Layihə
“Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında texniki reqlament”in təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında texniki reqlament” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “__” _________ 2025-ci il
№ ___
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2025-ci il ______ tarixli ____ nömrəli Qərarı
ilə təsdiq edilmişdir
“Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında” texniki reqlament
1.1. “Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında” texniki reqlament (bundan sonra – texniki reqlament) mənşə ölkəsindən asılı olmayaraq, Azərbaycan Respublikasına idxal və ya ölkə ərazisində istehsal edilən tikinti materiallarının, məmulat və konstruksiyalarının (bundan sonra – tikinti materialları) təhlükəsizliyinə dair məcburi tələblərin, eləcə də onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair tələblərin müəyyən edilməsi və tikinti materiallarının istehlak bazarında sərbəst dövriyyəsinin təmin edilməsi məqsədilə “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Texniki reqlamentlə həmçinin insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıları çaşdıran hərəkətlərin qarşısının alınması məqsədilə tikinti materiallarının uyğunluğunun qiymətləndirilməsinə dair tələblər, nişanlanma üsulları, forması və bununla bağlı öhdəliklər, eləcə də tikinti materialları ilə əlaqəli istehsal, saxlanma, daşınma və qablaşdırma proses və prosedurları da müəyyən edilir.
1.3. Bu Texniki reqlamentlə əhatə olunan tikinti materiallarının istehsalı, saxlanılması, qablaşdırılması, nişanlanması, daşınması satışı, istismarı, zərərsizləşdirilməsi və utilizasiyası zamanı “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun və digər texniki reqlamentlərin tələblərinə əməl olunmalıdır.
1.4. Tikinti materialları istehsalı prosesində və təyinatı üzrə istifadə edilən zamanı onların əsas xüsusiyyətlərinin bu Texniki reqlamentin 4-cü bölməsində qeyd edilən təhlükəsizliyə dair məcburi tələblərə uyğunluğu təmin edilməli və hər hansı riskin yaranma ehtimalı istisna edilməlidir.
1.5. Tikinti materiallarının əsas xüsusiyyətləri barədə məlumat, onların adları, növü və işarəsi, təsərrüfat subyektinin adı, ünvanı və əmtəə nişanı bilavasitə tikinti materialının üzərində və ya onun qablaşdırmasında əks etdirilməli yaxud istismar sənədlərində göstərilməlidir. İstismar sənədlərində həmçinin tikinti materiallarının təyinatı və tətbiq sahəsi, istehsal edildiyi tarix, təhlükəsiz istifadə və istismar, daşınma, saxlanma, realizə edilmə, məhvetmə və utilizasiya qaydaları, zədələnmə və nasazlıq hallarında həyata keçirilməli olan tədbirlər, eləcə də uyğunluğun qiymətləndirilməsi nəticələri barədə məlumat verilməlidir.
1.6. Tikinti materialları istifadə üçün yararlı olmalı, tikintinin texniki-iqtisadi əsaslandırılmasına və tikinti layihəsinə, tikinti işlərinin təyinatına və xüsusiyyətlərinə uyğun seçilməli və tikinti obyektlərinin təhlükəsizliyi ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulan əsas tələbləri (yanğın təhlükəsizliyi, konstruktiv möhkəmlik və davamlılıq, seysmik dayanıqlıq və s.) təmin etməlidir.
2. Texniki reqlamentin tətbiq dairəsi
2.1. Bu Texniki reqlamentin tələbləri “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına və “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq siyahısı bu Texniki reqlamentin 1 nömrəli əlavəsində verilən tikinti materiallarına şamil edilir.
2.2. Bu Texniki reqlament aşağıdakılara şamil edilmir:
2.2.1. “Avtomobil yollarının təhlükəsizliyi haqqında” texniki reqlamentlə əhatə olunan yol-tikinti materialları və məmulatları;
2.2.2. sərgilərin, yarmarkaların və reklam aksiyaların keçirilməsi üçün nümunələr, eksponatlar və reklam materialları kimi istifadə olunan tikinti materialları;
2.2.3. bu Texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsi məqsədilə sınaqların keçirilməsi üçün nümunələr kimi istifadə olunan tikinti materialları;
2.2.4. elmi-tədqiqat məqsədləri, o cümlədən elmi-tədqiqat proqramlarının icrası üçün istifadə olunan tikinti materialları;
2.2.5. xarici ticarət müqavilələri üzrə ixraca göndərilən tikinti materialları;
2.2.6. istifadə olunmuş tikinti materialları.
3. Əsas anlayışlar
3.1. Bu Texniki reqlamentin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
3.1.1. texniki reqlament - mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki normativ hüquqi akt;
3.1.2. tikinti materialı – tikinti obyektlərinin (bina və qurğuların) inşasında, cari və əsaslı təmirində, yenidən qurulması və bərpasında bilavasitə istifadə olunan, sənaye, hasilat və ya emal (təkrar emal) üsulu ilə istehsal olunan təbii və ya süni inşaat materialı, hazır məmulat və konstruksiya;
3.1.3. tikinti məmulatı – sənaye üsulu ilə hazırlanan və tikintidə istifadə olunan hazır məhsul;
3.1.4. tikinti materiallarının təhlükəsizliyi – tikinti materiallarının istifadəsi nəticəsində insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına ziyan vurulması ilə əlaqədar riskin olmaması;
3.1.5. tikinti materiallarının təhlükəsizliyinə dair məcburi tələblər – tikinti materialları ilə bağlı insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş başlıca tələblər;
3.1.6. tikinti materiallarının əsas xüsusiyyətləri – bu Texniki reqlamentin məcburi tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tikinti materiallarının normalaşdırılan əsas fiziki-mexaniki, kimyəvi göstəriciləri və digər texniki parametrləri;
3.1.7. tikinti materiallarının bazarda dövriyyəyə buraxılması – Azərbaycan Respublikası ərazisində tikinti materiallarının istehsalı başa çatdıqdan sonra istehsalçıdan istehlakçıya ötürülməsi prosesi;
3.1.8. tikinti materiallarının eyniləşdirilməsi – tikinti materiallarının bu Texniki reqlamentin tətbiq dairəsinə daxil olması və texniki sənədlərə uyğunluğunun müəyyən edilməsi proseduru;
3.1.9. tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular;
3.1.10. tikinti layihəsi – şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusu;
3.1.11. təyinatı üzrə istifadə – tikinti materialının istehsalçısı tərəfindən tikinti materiallarının üzərində və ya istismar sənədlərində göstərilən təyinata uyğun istehlakçı tərəfindən istifadə edilməsi;
3.1.12. təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent);
3.1.13. radon (Rn) - təbiətdə mövcud olan uran və torium radioaktiv izotoplarının parçalanması nəticəsində yaranan qoxusuz, rəngsiz və dadsız, inert təbii radioaktiv qaz;
3.1.14. risk – tikinti materiallarının, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurması ehtimalı və bu zərərə səbəb ola biləcək nəticələr məcmusu;
3.1.15. standart – tikinti materiallarına, onun xassələrinə, istehsal və sınaq metodlarına dair norma, qayda və tövsiyələri müəyyən edən, maraqlı tərəflərin iştirakı ilə hazırlanaraq standartlaşdırma qurumu tərəfindən təsdiq edilən, kütləvi istifadə üçün nəzərdə tutulan və tətbiqi könüllü olan normativ sənəd;
3.1.16. uyğunluğun qiymətləndirilməsi – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq standartın, texniki reqlamentin və digər texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi;
3.1.17. uyğunluğu qiymətləndirən qurum - “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş, malların texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər;
3.1.18. uyğunluq bəyannaməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi, qanunvericiliklə müəyyən olunmuş formada tərtib olunan sənəd;
3.1.19. inşaat konstruksiyası – bina və ya qurğularda müəyyən yükdaşıyıcı, qoruyucu və ya estetik funksiyaları yerinə yetirən hissələr;
3.1.20. yükdaşıyan konstruksiyalar (elementlər) – bina və qurğuların etibarlılığını (dayanıqlığını və möhkəmliyini) təmin edən konstruksiya sistemi;
3.1.21. qoruyucu konstruksiyalar – binalarda qoruyucu və ya sahələrin bölgüsü funksiyalarını yerinə yetirən konstruksiyalar;
3.1.22. polimer tərkibli tikinti materialları – yüksək molekulyar sintetik birləşmələrdən istifadə edilməklə əldə olunan materiallar;
3.1.23. yanğın - maddi ziyan vuran, insanların həyatına və sağlamlığına, habelə ətraf müihitə zərər yetirən nəzarətsiz yanma;
3.1.24. yanğının təhlükəli amilləri – kritik dərəcəyə çatdıqda insanların həyatı, sağlamlığı və əmlakı, eləcə də ətraf mühitə təhlükə yarada və maddi ziyan vura biləcək yanğın amilləri.
4. Tikinti materiallarının təhlükəsizliyinə dair məcburi tələblər
4.1. Tikinti materialları təyinatına görə aşağıdakı qruplara ayrılır:
- konstruksiya materialları – yükdaşıyan inşaat konstruksiyalarında (bünövrə, karkas elementləri, yükdaşıyan divar, mərtəbəarası örtük və digər) tətbiq edilən təbii və süni daş materialları, yapışdırıcı materiallar, bütün növ metalllar, ağac və kompozit məmulatlar;
- qoruyucu konstruksiyaların materialları – tikinti obyektlərinin daxili məkanlarının izolyasiya (mühafizə) edilməsində və ya yerləşgələrə ayrılmasında istifadə edilən beton, ağac, kərpic, metal, daş, kompleks konstruksiyalar, dam örtükləri, gipskarton lövhələr kimi tikinti materialları;
- tamamlama materialları – inşaat konstruksiyalarının dekorativ, bədii-memarlıq tərtibatında və yerləşgələrin interyerində istifadə olunan lak-boya, müxtəlif dekorativ örtüklər, plitələr, divar kağızları, linoleum, kovrolin, parket, laminat, kiçik memarlıq elementləri;
- xüsusi təyinatlı tikinti materialları – tikinti obyektlərinin ətraf mühit təsirlərindən mühafizəsi və istismar qabiliyyətinin artırılması məqsədilə istifadə olunan istilik izolyasiya, hidroizolyasiya, akustik, germetik, korroziya əleyhinə tikinti materialları.
4.2. Tikinti materialları təyinatı üzrə istifadə edilərkən təhlükəsiz olmalı, tikinti layihəsində, istismar sənədlərində və standartlarda müəyyən edilmiş istifadə və istismar şərtlərinə əməl edilməklə zəmanət və ya xidmət müddəti ərzində öz xüsusiyyətlərini saxlamalıdır.
4.3. Tikinti materiallarının əsas xüsusiyyətləri tikintidə təhlükəsizliyin təmin edilməsi məqsədilə standartlaşdırma üzrə dövlət fonduna daxil edilən dövlət standartlarında (o cümlədən ilkin dövlət standartlarında), beynəlxalq və regional, dövlətlərarası, xarici dövlətlərin standartlarında və ya texniki şərtlərdə təsbit edilir, faktiki qiymətləri müayinə və sınaqlar vasitəsilə təyin edilir və uyğunluğunun qiymətləndirilməsi nəticələrinə dair sənədlərdə göstərilir.
4.4. Tikinti materialları aşağıdakı təhlükəsizlik meyarları üzrə məcburi tələbləri ödəməlidir:
- mexaniki möhkəmlik və dayanıqlıq;
- yanğın təhlükəsizliyi;
- sanitariya-epidemioloji və gigiyenik tələblər, vibrasiya və səs-küy çirklənmələrindən qorunma;
- ekoloji təhlükəsizlik və təbii sərvətlərdən səmərəli istifadə;
- radiasiya təhlükəsizliyi;
- istismar (istifadə) prosesində təhlükəsizlik və əlçatımlılıq;
- enerji effektivliyi və istilik mühafizəsi;
- tikinti tullantılarının idarə olunması.
4.5. Mexaniki möhkəmlik və dayanıqlıq üzrə tələblər
4.5.1. Tikinti materiallarının möhkəmlik və dayanıqlıq həddi insanların həyat və ya sağlamlığına, ətraf mühitə və istənilən əmlak növünə zərər dəymə ehtimalını (riskini) istisna etməlidir. Tikinti materiallarının möhkəmlik və dayanıqlıq üzrə hesablamalarında və müayinə-sınaq prosedurlarında tikinti obyektinin funksional təyinatına və konstruktiv həllərinə uyğun olaraq bütün növ gərginliklər, yüklər və təsirlər, o cümlədən iqlim və texnoloji təsirlər, bu cür təsirlərə müqavimət göstərmək qabiliyyəti, etibarlılıq əmsalı, gərginlik-deformasiya amilləri, tikinti materiallarının plastik və reoloji (deformasiya və axıcılıq) xüsusiyyətləri, çatların yaranması, həndəsi parametrlərin dəyişməsi mümkünlüyü və digər amillər nəzərə alınmalıdır.
4.5.2. Tikinti materiallarının mexaniki möhkəmliyi və dayanıqlığının təmin edilməsi üzrə tələblərin yerinə yetirilməsi məqsədilə tikinti obyekti elə layihələndirilməli və inşa edilməlidir ki, tikinti obyektinə təsir edən yüklər tikinti prosesində və normativ istismar müddətində aşağıdakı neqativ nəticələrə səbəb olmasın:
- tikinti obyektinin və ya onun bir hissəsinin dağılması, vaxtından əvvəl sökülməsi və ya ətraf mühit amillərinin təsirindən normativ istismar müddətindən tez, möhkəmlik və dayanıqlıq nöqteyi-nəzərindən əhəmiyyətli dərəcədə aşınmaya məruz qalması;
- tikinti obyektində və ya onun bir hissəsində yolverilən həddi hal kəmiyyətini keçən deformasiyaların yaranması;
- tikinti obyektinin yükdaşıyan konstruksiyalarının güclü deformasiyası nəticəsində digər tikinti materiallarının, konstruksiyaların, avadanlıq və qurğuların zədələnməsi;
- ilkin zədələnmə mənbəyi olan ayrı-ayrı elementlərin dağılması səbəbindən tikinti obyektinin digər konstruksiyalarının ardıcıl şəkildə dağılması.
4.6. Yanğın təhlükəsizliyi üzrə tələblər
4.6.1. Tikinti materiallarının yanğın təhlükəliliyi yanma, tüstü əmələgətirmə, istilik ayırma, alışqanlıq, alovun səthlər üzrə yayılması, odadavamlılıq həddi, yanma məhsullarının toksikliyi kimi yanğın-texniki xüsusiyyətlərə görə təyin edilir.
4.6.2. Tikinti materiallarının yanğın-texniki təsnifatı əsasən yanğın təhlükəliliyi və odadavamlılıq meyarları üzrə, yanğının təhlükəli amillərinin yaranmasına və yayılmasına səbəb olan tikinti materiallarının xassələrindən və yanğının təsirinə və ya yayılmasına müqavimət göstərmək qabiliyyətindən asılı olaraq aparılır.
4.6.3. Tikintidə, xüsusən də binaların yükdaşıyan və qoruyucu konstruksiyalarında, dam örtüyündə, təxliyə yollarında yalnız sertifikatlaşdırılmış və yanğın təhlükəsizliyinə dair qanunvericiliyin tələblərinə uyğun yanmayan və çətin yanan tikinti materiallarından istifadə edilməlidir. Tikinti materiallarının yanğın təhlükəsizliyi baxımından layihələndirilən və inşa edilən tikinti obyektləri yanğına qarşı davamlı olmalı və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aşağıdakı tədbirlərin həyata keçirilməsi üçün zəruri imkanlara malik olmalıdır:
- insanların, eləcə də yanğının söndürülməsinə cəlb olunan xilasetmə xidmətinin heyətinin yanma məhsullarının təsirindən qorunması və təhlükəsizliyinin təmin edilməsi;
- şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş və insanların təhlükəsizliyinin təmin edilməsi, əmlakının mühafizəsi və ya yanğının aradan qaldırılması üçün tələb olunan müddət ərzində tikinti obyektinin yükdaşıyan və qoruyucu konstruksiyalarının öz yükdaşıma və qoruyucu xüsusiyyətlərini qoruyub saxlaması;
- yanğının təhlükəli amillərinin təsiri nəticəsində insanların, o cümlədən əlilliyi olan şəxslərin həyat və sağlamlığına təhdidlərin yaranma anına onların tikinti obyektindən təhlükəsiz şəkildə təxliyəsinin təşkil edilməsi;
- tikinti obyektinin inşası prosesində və tamamlama işləri aparılarkən odadavamlı tikinti materiallarının və yanğın əleyhinə konstruktiv həllərin (tüstükənarlaşdırma sistemlərinin, tüstülənməyən pilləkənlərin, bloklanmayan qapı və lyukların, yanğına qarşı maneələrin, divar və arakəsmələrin) tətbiq edilməsi hesabına tikinti obyektində yanğın zamanı alovun və tüstünün yayılmasının məhdudlaşdırılması və yanaşı tikinti obyektlərinə keçməsinin qarşısının alınması;
- yanğından mühafizə bölmələrinin və xilasedicilərin tikinti obyektinin bütün yerləşgələrinə maneəsiz daxil olmaq və yanğın texnikasının tikinti obyektinə sərbəst yan almaq imkanlarının mövcudluğu;
- yanğından mühafizə və yanğınsöndürmə vasitələrinin etibarlı şəkildə işləməsi, yanğın siqnalizasiya və yanğın haqqında xəbərdaretmə sistemlərinin vasitəsilə alışma mənbəyi barədə vaxtında bildirişlərin verilməsi.
4.6.4. Tikinti materiallarının, xüsusilə də üzvi və polimer tərkibli tikinti materiallarının yanğın təhlükəlilik dərəcəsinin azaldılması və yanğın riskinin qarşısının alınması məqsədilə onların istehsalı və istifadəsi prosesində əlavə olaraq yanğından mühafizə tədbirlərinin həyata keçirilməsinə yol verilir (misal üçün, tikinti materiallarının səthlərinə xüsusi odadavamlı maddələrin - antipirenlərin çəkilməsi və sair).
4.7. Sanitariya-epidemioloji və gigiyenik tələblər, vibrasiya və səs-küy çirklənmələrindən qorunma
4.7.1. Tikinti materialları təyinatı üzrə istifadə edilərkən aşağıdakı sanitar-epidemioloji və gigiyenik tələblərə uyğun olmalıdır:
- orqanoleptik göstəricilərə (xarici görünüş, rəng, qoxu, tam) dair tələblər;
- toksikoloji təhlükəsizliklə bağlı tələblər;
- mikrobioloji göstəricilərə dair tələblər;
- aşağı istilik və səskeçirmə (ötürmə) qabiliyyəti;
- zəif hiqroskopiklik (tikinti materialının hava buxarlarını udmaq və özündə saxlamaq qabiliyyəti);
- hava və buxar keçiriciliyi və digər.
4.7.2. Tikinti obyektlərinin yerləşgələrini fəsillər üzrə temperatur dəyişkənliyindən mühafizə etmək və fərqli temperatur-rütubət rejimli yerləşgələrin izolyasiyasını təmin etmək üçün tikinti materialları aşağı istilikkeçirmə qabiliyyətinə malik olmalıdır. Tikinti materiallarının seçimi və istifadəsi zamanı həmçinin onların istilikötürmə göstəriciləri, yəni tikinti materialına toxunarkən istiliyin insan orqanizminə ötürülməsi intensivliyi nəzərə alınmalıdır. Tikinti materiallarından, əsasən polimer tərkibli materiallardan istifadə edilərkən və daxili tərtibat işləri yerinə yetirilərkən sanitar-gigiyenik tövsiyələrə uyğun olaraq toksik kimyəvi maddələrin ətraf mühitə ayrılması halları istisna edilməli və səthlərində statik elektrik yükünün yığılmasının qarşısı alınmalıdır.
4.7.3. Tikinti obyektlərinin daxili tamamlama işlərində istifadə olunan tikinti materialları sağlam və təhlükəsiz mühitin, optimal mikroiqlimin formalaşdırılmasını və saxlanmasını təmin etməli, mikrofloranın, o cümlədən patogen mikrofloranın yaranmasına və artmasına səbəb olmamalıdır. Tikinti materialları yerləşgələrdə spesifik qoxu yaratmamalı, ətraf mühitə ayrılan uçucu maddələrin miqdarı insan orqanizminə birbaşa və ya dolayısı şəkildə təsir göstərən həddə olmalı və gigiyenik normativləri keçməməlidir.
4.7.4. Tikinti materiallarının sanitariya-epidemioloji və gigiyenik tələblərinə əməl edilməsi məqsədilə tikinti obyektlərinin layihələndirilməsi və inşası tikinti obyektinin daxilində və ya yaxınlığındakı insanların tələb olunan təhlükəsizlik səviyyəsini təmin etməli və aşağıdakı risk amillərindən qorumalıdır:
- havada təhlükə potensiallı maddələrin və mikroorqanizmlərin gigiyenik normativlərlə müəyyən edilmiş qiymətlərdən yüksək olması;
- zərərli şüalanma;
- suyun, torpağın çirklənməsi, heyvanlar və bitki aləmi obyektlərinin məhv olması;
- axar suların, qazların təmizlənməməsi və ya tələb olunan dərəcədə təmizlənməməsi, bərk və maye tullantıların zərərsizləşdirilməməsi;
- tikinti materiallarının daxilində və səthlərində rütubətin yığılması;
- təbii, süni, qarışıq işıqlanma və insolyasiyanın qeyri-məqbul parametrləri;
- yerləşgələrin (otaqların) qeyri-məqbul mikroiqlim parametrləri;
- təbii və texnogen xarakterli fövqəladə halların yaranması.
4.7.5. Tərkibində zərərli maddələr olan tikinti materialları germetik qapalı qablarda saxlanmalı, tozşəkilli və digər dənəvər materiallar kip bağlı tarada nəql edilməlidir. Lak-boya, polimer, izolyasiya, tamamlama materialları və zərərli maddələr ayıran digər tikinti materialları işlərin icra olunduğu yerlərdə tələb olunan həcmdə saxlanmalı və tikinti meydançasına istifadəyə hazır vəziyyətdə çatdırılmalıdır. Bu növ tikinti materialları istifadəyə hazırlanarkən (qarışıq və məhlulların hazırlanması, material və konstruksiyaların kəsilməsi və sair) tikinti meydançasında mexanizasiya, xüsusi avadanlıq və sorucu ventilyasiya ilə təchiz edilmiş yerləşgələr nəzərdə tutulmalıdır.
4.7.6. Tikinti materiallarının vibrasiya və səs-küy çirklənmələrindən qorunma tələblərinə əməl edilməsi baxımından tikinti obyektləri elə layihələndirilməli və inşa edilməlidir ki, yerləşgələrdə vibrasiya və nüfuzedici səs-küyün təsirləri insan sağlamlığına təhlükə törətməyən həddi keçməsin və iş fəaliyyəti, istirahət və yuxu zamanı akustik rahatlığı təmin etsin. Tikinti materiallarının və konstruksiyalarının istifadəsi baxımından tikinti obyektlərində səs-küyün və vibrasiyaların normalaşdırılan parametrləri və yolverilən qiymətləri “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” ilə müəyyənləşdirilir.
4.7.7. Səs və vibrasiyaların ötürülmə səviyyəsini azaltmaq və insan sağlamlığına, eləcə də binaların konstruktiv elementlərinə mənfi təsirini azaltmaq məqsədilə tikinti obyektlərinin inşası zamanı səsizolyasiya, səsuducu və vibroizolyasiya materiallarından istifadə edilməlidir.
4.8. Ekoloji təhlükəsizlik və təbii sərvətlərdən səmərəli istifadəyə dair tələblər
4.8.1. Tikinti materialları təyinatı üzrə istifadə edildikdə ekoloji sağlam olmalı, ekoloji standartlar da daxil olmaqla, tikinti fəaliyyəti zamanı ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə cavab verməli və ətraf mühitə təsiri baxımından qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməli və serifikatlaşdırılmalıdır.
4.8.2. Tikinti obyektlərinin daxilində əlverişli yaşayış və fəaliyyət mühitinin yaradılması, ətraf mühit amillərinin insan sağlamlığına mənfi təsirinin qarşısının alınması, respirator, allergik xəstəliklərin və sağlamlıqla bağlı digər problemlərin yaranma riskinin azaldılması məqsədilə tərkibində toksik maddələr (uçucu üzvi birləşmələr, formaldegid, ağır metallar, pestisidlər və sair) olmayan ekoloji nöqteyi-nəzərdən səmərəli tikinti materiallarından istifadə edilməlidir. Layihələndirmə və tikinti zamanı tikinti obyektinin yerləşgələrində optimal temperatur və rütubət səviyyəsini, havanın keyfiyyətini təmin edən, xarici mühitin təsirlərinə (rütubət, korroziya, ultrabənövşəyi şüalanma, temperatur dəyişiklikləri və digər) dayanaqlı tikinti materiallarının, eləcə də bərpa olunan enerji mənbələrindən istifadə edilməklə istehsal olunan “yaşıl” tikinti materiallarının seçim və istifadəsinə üstünlük verilməlidir.
4.8.3. Tikinti materiallarının seçimi və istifadəsi zamanı xammalın mənşəyi, yerli tikinti materiallarından istifadə edilməsinin üstünlükləri, keyfiyyət və uzunömürlük, təbii sərvətlərə və enerjiyə qənaət, tikinti tullantılarının səmərəli idarə olunması, bərpa olunan xammaldan və tikinti materiallarının təkrar emalı, onların təmirə yararlılığı, asanlıqla əvəzlənməsi və istifadədən sonra çeşidlənməsi kimi amillər nəzərə alınmalıdır.
4.8.4. Tikinti materiallarının və onlar üçün xammalın hasilatı, istehsalı, nəqli, tikintidə istifadəsi, istismarı (keyfiyyətinin, uzunömürlülük və istismar yararlığının artırlması məqsədilə yenilənməsi, təmiri və ya bərpası da daxil olmaqla), uyğun xassəli digər tikinti materialları ilə əvəzlənməsi, utilizasiyası və təkrar istifadəsi mərhələlərində aşağıdakı təhlükəli ekoloji vəziyyətin yaranmasının qarşısının alınması və aradan qaldırılması üzrə zəruri tədbirlər həyata keçirilməlidir:
- təbii sərvətlərin tükənməsi;
- ekoloji tarazlığın, biomüxtəlifliyin və landşaftın pozulması, torpaqların deqradasiyası;
- ekoloji sistemlərin zədələnməsi (hava, su, torpağın çirklənməsi);
- istehsal prosesində çirkləndirici maddələrin su hövzələrinə, eləcə də istixana qazlarının atmosferə tullantılarının (emissiyasının) həcminin artması.
4.8.5. Tikinti materiallarından səmərəli və kompleks şəkildə, təbiət qanunları, ölkənin təbii və təsərrüfat potensialının xüsusiyyətləri, təbii ehtiyatların qorunması, təbii və süni bərpası və artırılması imkanları nəzərə alınmaqla istifadə edilməlidir.
4.8.6. Tikinti materialları və onlar üçün xammal çıxarılarkən, eləcə də istehsal, nəql və tikintidə istifadə edilərkən torpaqların rekultivasiyası, təbii sərvətlərin bərpası, səmərəli istifadəsi və qənaət edilməsi, ərazilərin abadlaşdırılması və ətraf mühitin sağlamlaşdırılması üzrə tədbirlər görülməli, ətraf mühitin keyfiyyət normativlərinə riayət olunmalıdır.
4.9. Radiasiya təhlükəsizliyi üzrə tələblər
4.9.1. Azərbaycan Respublikasına idxal edilən və ölkə ərazisində istehsal edilən tikinti materialları radiasiyadan qorunma üzrə tələblərə cavab verməlidir.
4.9.2. Tərkibində təbii radionuklidlər mövcud olan tikinti materialları radionuklid tərkibinə görə tədqiq olunmalı və radiasiya təhlükəsizliyi üzrə sertifikatlaşdırılmalıdır.
4.9.3. Mineral tərkibli və vulkanik mənşəli, o cümlədən dağ süxurlarından və sənaye müəssislərində təkrar emal yolu ilə əldə edilən tikinti materiallarının radiasiya yükü nəzərə alınmalı, onların radioaktiv çirklənməsi və təbii radionuklidlərlə əlaqədar şüalandırılması radiasiyadan qorunma üzrə hüquqi aktlarda müəyyən edilmiş yol verilən səviyyələri aşmamalıdır.
4.9.4. Tikinti materiallarının tərkibindəki radionuklidlərin yüksək konsentrasiyası və ya aktivliyi səbəbindən insanların sağlamlığı və ya həyatına ionlaşdırıcı şüalanmanın (şüalandırılma dozalarının) zərərli təsirinin qarşısının alınması və ya azaldılması məqsədilə tikinti obyektlərinin layihələndirilməsi və inşası zamanı yüksək radiasiya aktivliyinə malik tikinti materiallarının istifadəsinə yol verilmir.
4.9.5. Qeyri-üzvi dənəvər tikinti materiallarında (qırmadaş, çınqıl, qum, sement, gips və s.) və tikinti məmulatlarına (üzlük tava, təbii daşdan dekorativ və digər məmulatlar, kərpic və divar daşı), həmçinin bilavasitə tikinti materialı və ya onun istehsalı üçün xammal kimi istifadə olunan sənaye istehsalı tullantılarında təbii radionuklidlərin xüsusi effektiv aktivliyi (Aeff) standartlarda nəzərdə tutulan konsentrasiya və ya aktivlik dərəcələrini keçməməlidir.
4.9.6. Əhali və işçilərin radon və onun parçalanma məhsullarının, o cümlədən tikinti materiallarından ayrılan radon qazının təsirindən qorunması məqsədilə tikinti aparılan ərazilərdə konsentrasiyası yüksək olan həmin qazların yerləşgələrə daxil olmasının qarşısının alınması və radonun səviyyəsinin aşağı salınması üzrə zəruri mühəndis tədbirlər həyata keçirilməlidir (qruntla təmasda olan döşəmə və zirzəmi divarlarının izolyasiya edilməsi, zəif radon keçiricilik qabiliyyətinə malik materialdan konstruksiyanın tətbiqi, membran örtükdən və hopdurucu materiallardan istifadə edilməsi, tikişlərin sıxlaşdırılması, təbii küləklənmə yaradılması və digər).
4.10. İstismar (istifadə) prosesində təhlükəsizlik və əlçatımlılıq tələbləri
4.10.1. Tikinti materialları istismar və istifadə prosesində təhlükəsiz olmalı, keyfiyyət göstəricilərinə və cari vəziyyətinə dağıtmadan nəzarət, vizual və mexaniki nəzarət, ultrasəs tədqiqatlar və digər üsullarla nəzarəti həyata keçirmək və texniki qulluq göstərmək (bərpa, gücləndirmə, cari və əsaslı təmir işləri aparmaq) üçün əlçatımlı olmalıdır.
4.10.2. İstismar və istifadə prosesində tikinti materiallarının təhlükəsizlik tələblərinə əməl edilməsi baxımından tikinti obyektləri elə layihələndirilməli və inşa edilməlidir ki, həmin obyektlərin istismarı və texniki qulluğu zamanı insanların həyat və ya sağlamlığının aşağıdakı risk amillərindən təhlükəsizliyi təmin edilsin:
- yıxılma;
- zərbə alma;
- tikinti obyektində sərbəst hərəkət imkanlarının məhdudlaşması və əsas təxliyyə yollarında maneələrin mövcudluğu;
- yanıq xəsarəti alma;
- elektrik cərəyanı vurması;
- partlayış;
- yanğının təhlükəli amillərinin təsiri;
- qəza nəticəsində mühəndis-kommunikasiya sistemlərinin su basması;
- nəqliyyat vasitələrinin hərəkəti nəticəsində qəza vəziyyətinin yaranması və digər amillər.
4.11. Enerji effektivliyi və istilik mühafizəsi üzrə tələblər
4.11.1. Tikinti materialları istifadə zamanı az enerji itkili və aşağı emissiyalı olmalı, enerji effektivliyi ilə bağlı tələblərə və istilik mühafizəsi göstəricilərinə uyğun olmalı, tikinti obyektlərində enerji resurslarından səmərəli istifadə edilməsini təmin etməlidir.
4.11.2. Tikinti materialları tikinti aparılan ərazinin iqlim şəraiti, binanın konstruktiv həlləri və funksional təyinatı, istilik itkisinin minimallaşdırılması, yerləşgələrin tələb olunan mikroiqlim parametrlərinin təmin edilməsinə çəkilən xərclərin azaldılması nəzərə alınmaqla seçilməli və tətbiq edilməlidir.
4.11.3. Tikinti obyektlərinin inşası, təmiri, yenidən qurulması və istismarı zamanı daxili iqlim parametrlərinə uyğun olaraq daha az istilik itkisi və istilikkeçiricilik göstəriciləri, təbii havalandırma axını üstün və balanslı hava axınına malik olan, daxili nisbi rütubəti təmin edən, günəşin zərərli şüalarından qoruyan tikinti material və konstruksiyalarına (hörgü konstruksiyaları, fasad və pəncərə sistemləri, qapılar, dam örtükləri, istilik izolyasiya material və məmulatları, dekorativ elementlər, aksesuarlar, elektrik ləvazimatları və s.) üstünlük verilməlidir. Bu kateqoriyaya aid tikinti materialları, konstruksiya və texnologiyaları, o cümlədən mühəndis avadanlığı isitmə dövrü müddətində binanın qızdırılmasına və ventilyasiyasına istilik sərfinin minimum enerji effektivliyi normaları üzrə optimal səviyyədə saxlanmasını təmin etməlidir.
4.11.4. Tikinti materiallarının və qoruyucu konstruksiyaların istilik texnikası göstəriciləri (istilikkeçirmə əmsalı) binanın enerji effektivliyi sinfindən, yerləşgələrin rütubətlilik rejimindən və tikinti rayonunun rütubətlilik zonasından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə, o cümlədən müvafiq standartlarla təyin edilir.
4.12. Tikinti tullantılarının idarə olunması
4.12.1. Tikinti sektorunda material ehtiyatlar və xammal bazasını genişləndirmək, təbii sərvətlərə qənaət etmək, qanunsuz tikinti tullantıları zibilliklərinin yaranmasının qarşısını almaq, torpaq və torpaq qatının, qrunt sularının və yerüstü su obyektlərinin çirklənmədən mühafizəsini təmin etmək məqsədilə tikinti materiallarının və onlar üçün xammalın hasilatı, istehsalı və istifadəsi nəticəsində əmələ gələn tikinti tullantılarının səmərəli idarə olunması üzrə zəruri tədbirlər həyata keçirilməlidir.
4.12.2. Tikinti tullantıları tikinti obyektinin yerləşdiyi məsafə daxilində olan ərazidə xüsusiləşdirilmiş təkrar istifadə və ya emal qurğularına və texnologiyalarına malik yığım məntəqələrinə, təkrar istifadə və ya emal üçün obyektin və müvafiq texnologiyanın mövcud olmadığı hallarda isə ümumi zərərsizləşdirmə və ya yerləşdirmə obyektlərinə göndərilməlidir.
4.12.3. Tikinti tullantılarının müvəqqəti toplama yerlərinin, təkrar emal, zərərsizləşdirmə və ya yerləşdirmə obyektlərinin sahələrindən kənar ərazilərdə, o cümlədən məişət tullantılarının toplama meydançalarına atılması və basdırılması, eləcə də tərkibində utilizasiyası qadağan edilən və ya faydalı komponentlər olan tullantıların poliqonda basdırılması qadağandır.
4.12.4. Daşınması və utilizasiyası əhəmiyyətli maddi xərclər tələb edən və ətraf mühitə təhlükə yaradan çeşidlənməmiş qarışıq tikinti tullantılarının əmələ gəlmə həcmini azaltmaq, ekosistemə mənfi təsirin qarşısını almaq, həmçinin təkrar emal etməklə hazır məhsul şəklində iqtisadi dövriyyəyə cəlb edilməsi məqsədilə tikinti tullantıları yığıldığı sahədə mənbədən ayrılmalı və çeşidlənməlidir. Bu halda tikinti fəaliyyəti prosesində yaranacaq, o cümlədən təkrar istifadəyə yararlı tullantıların və təhlükəli materialların qiymətləndirilməsi (götürüləcək nümunlər əsasında fiziki-mexaniki və kimyəvi xassələrinin təyini üzrə sınaqlar) aparılaraq texnoloji ardıcıllıqla ərazidən çıxarılması, emal və ya zərərsizləşdirilməsi təmin edilməlidir.
5. Tikinti materiallarının eyniləşdirilməsi proseduru
5.1. Tikinti materiallarının eyniləşdirilməsi onların bu Texniki reqlamentin tətbiq dairəsinə aidiyyətliyini müəyyən etmək və uyğunluğunu təsdiqləmək, istehlakçıları çaşdıran hərəkətlərin qarşısını almaq, tikinti materiallarının texniki sənədlərin tələblərinə uyğunluğunu təyin etmək məqsədilə aparılır.
5.2. Tikinti materiallarının eyniləşdirilməsi təsərrüfat subyekti (onun səlahiyyətli nümayəndəsi, satıcı, təchizatçı), akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum və Texniki reqlamentin tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirən qurum tərəfindən aparılır.
5.3. Tikinti materiallarının eyniləşdirilməsi proseduru onların əlamətlərinə görə - istehsalçının adına, ünvanına və əmtəə nişanına, tikinti materialının növünə, işarəsinə, mənşə, xüsusiyyətləri, təyinatı, tətbiq dairəsi və əsas xassələrinin faktiki göstəricilərinə, XİF MN üzrə koduna, partiyanın nömrəsinə, yararlılıq (istismar) müddəti və ya zəmanətli saxlama müddətinə görə aşağıdakı üsullarla həyata keçirilir:
- tikinti materiallarının əsas xüsusiyyətlərinin texniki sənədlər əsasında müqayisəsi;
- vizual baxış;
- instrumental (sınaq-müayinə) eyniləşdirmə üsulu ilə.
6. Təhlükəsizlik tələblərinə uyğunluğun təmin olunması
6.1. Tikinti materiallarının bu Texniki reqlamentə uyğunluğu standartların, o cümlədən istinad standartlarının və standartlaşdırma üzrə dövlət fonduna daxil edilmiş texniki şərtlərin tələblərinin yerinə yetirilməsi yolu ilə təmin edilir.
6.2. Tikinti materiallarının nəzarət-yoxlama (sınaq) və ölçmə üsulları və qaydaları tikinti materialları üzrə zəruri texniki tələbləri, nümunələrin götürülməsi qaydasını, funksional təyinatlı göstəricilərini, istehlak xassələrini, qəbul, qablaşdırılma, etiketləmə, daşınma, saxlanma, utilizasiya və məhvetmə qaydalarını, təşkilati-metodiki xarakterli digər müddəaları, eləcə də ümumi texniki norma və qaydaları ehtiva edən istinad standartları ilə müəyyən edilir.
6.3. Tikinti materiallarının təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsi zamanı bu Texniki reqlamentin 6.2-ci bəndində qeyd olunan istinad standartları olmadığı təqdirdə, təsərrüfat subyekti tərəfindən yeni texniki həllərin istifadəsini təmin etmək və konkret təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiqləmək üçün tikinti materiallarının fərqli nəzarət, ölçmə və sınaq metodikasına dair texniki şərtlər işlənib hazırlanır.
6.4. Təsərrüfat subyekti tikinti materiallarının bu Texniki reqlamentlə müəyyən edilmiş məcburi təhlükəsizlik tələblərinə uyğunluğunu təmin etmək üçün istehsalat nəzarəti aparmalı və digər zəruri tədbirlər görməlidir.
7. Tikinti materiallarının uyğunluğunun qiymətləndirilməsi
7.1. Bu Texniki reqlamentlə əhatə olunan tikinti materialları istehsal mərhələsində, bazara yerləşdirilməzdən, realizə edilməzdən və ya istismara verilməzdən əvvəl bu Texniki reqlamentdə nəzərdə tutulmuş məcburi təhlükəsizlik tələblərinə uyğunluğun qiymətləndirilməsi prosedurlarından (bundan sonra – uyğunluğun qiymətləndirilməsi) keçməlidir.
Uyğunluğun qiymətləndirilməsi uyğunluğun təsdiqlənməsi formasında həyata keçirilir.
7.2. Tikinti materiallarının bu Texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsi aşağıdakı üsullarla təmin olunur:
- sertifikatlaşdırma;
- uyğunluq bəyannaməsinin tərtibi.
7.3. Uyğunluğun qiymətləndirilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar (bundan sonra - uyğunluğu qiymətləndirən qurum) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “___”_______ tarixli _____ nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları” əsasında həyata keçirilir.
7.4. Tikinti materiallarının sertifikatlaşdırılması qaydası
7.4.1. Tikinti materiallarının sertifikatlaşdırılması uyğunluğu qiymətləndirən qurumlar tərəfindən 1s, 2s, 3s, 4s və 7s sertifikatlaşdırma sxemləri əsasında bu Texniki reqlamentin 7.4.4 - 7.4.5-ci yarımbəndlərində göstərilən prosedurlara uyğun olaraq həyata keçirilir.
Seriyalı istehsal olunan tikinti materiallarının sertifikatlaşdırılması 1s və 7s sertifikatlaşdırma sxemləri əsasında həyata keçirilir.
2s sertifikatlaşdırma sxemi istehsalçı idarəetmə sisteminin sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən sertifikatlaşdırılmış idarəetmə sisteminə malik olduğu hallarda seriyalı istehsal olunan tikinti materiallarına tətbiq olunur.
Tikinti materiallarının partiyalarına 3s sertifikatlaşdırma sxemi tətbiq olunur.
Tikinti materiallarının vahidinə 4s sertifikatlaşdırma sxemi o halda tətbiq olunur ki, müayinələrin, tədqiqlərin və ya sınaqların aparılması onların təyinatı üzrə istifadəsinə zərər vurmasın.
7.4.2. Təsərrüfat subyektinə sərbəst seçim imkanı vermək məqsədilə tikinti materialları, onlarla əlaqəli proseslər və istehsal metodları üçün bu Texniki reqlamentdə nəzərdə tutulmayan digər uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) də tətbiq edilə bilər.
7.4.3. Tikinti materiallarının bu Texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsi üçün təsərrüfat subyekti özünün sərbəst seçdiyi uyğunluğu qiymətləndirən quruma ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
7.4.3.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və yaxud nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
7.4.3.2. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
7.4.3.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
7.4.3.4. idxal olunan tikinti materiallarına dair hesab-faktura (invoys);
7.4.3.5. ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli;
7.4.3.6. idxal olunan tikinti materiallarına dair xarici mənşəli uyğunluq sənədləri və ya tikinti materiallarının təhlükəsizliyinə dair aparılmış sınaqların nəticələri;
7.4.3.7. Azərbaycan Respublikasının ərazisində istehsal olunan tikinti materiallarının təhlükəsizliyinə dair aparılmış sınaqların nəticələri (olduqda);
7.4.3.8. istinad edilmiş standartlar və ya texniki şərtlərin siyahısı (adı, tarixi və nömrəsi göstərilməklə);
7.4.3.9. tikinti materialları üçün texniki sənədlərin surəti (konstruktor, texnoloji, layihə) və texniki həllərin siyahısı;
7.4.3.10. idarəetmə sisteminin uyğunluq sertifikatının surəti (2s sertifikatlaşlaşdırma sxemi üçün);
7.4.3.11. malı müşayiət edən sənədlər (tikinti materiallarının tədarükünə dair müqavilə, istehsalçının zəmanət məktubu).
7.4.4. Uyğunluğu qiymətləndirən qurum (malın sertifikatlaşdırılmasını aparan qurum) sertifikatlaşdırma sxemlərinə uyğun olaraq aşağıdakı prosedurları həyata keçirir:
7.4.4.1. ərizəni və ona əlavə olunmuş sənədlərin tamlığını və uyğunluğunu araşdırır;
7.4.4.2. tikinti materialının eyniləşdirilməsini aparır, müvafiq müayinələrin, tədqiqat və ya sınaqların aparılması üçün tikinti materialından nümunələr götürür;
7.4.4.3. tikinti materialından götürülmüş nümunələrin bu Texniki reqlamentinin tələblərinə uyğunluğunun yoxlanılmasını təşkil edir, zərurət olduqda müayinə, tədqiqat və ya sınaq işlərinin aparılmasına akkreditasiya edilmiş sınaq laboratoriyasını cəlb edir;
7.4.4.4. uyğunluğun qiymətləndirilməsinin nəticələrinə dair protokollar tərtib edir;
7.4.4.5. istehsal obyektinə baxış həyata keçirir (sertifikatlaşdırma sxemi 1s və 7s);
7.4.4.6. tikinti materiallarının bu Texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin nəticələrindən asılı olaraq, uyğunluq sertifikatının verilməsi və ya onun verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir;
7.4.4.7. uyğunluğun qiymətləndirilməsinin müsbət nəticələri əsasında uyğunluq sertifikatını tərtib edir;
7.4.4.8. sertifikatlaşdırılmış tikinti materiallarının dövri qiymətləndirilməsini həyata keçirir, ərizəçini dövri yoxlamanın nəticələri barədə məlumatlandırır, yoxlamanın nəticələri mənfi olduqda uyğunluq sertifikatının qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul edir.
7.4.5. Təsərrüfat subyekti aşağıdakıları həyata keçirir:
7.4.5.1. sertifikatlaşdırma prosedurlarının həyata keçirilməsi üçün uyğunluğu qiymətləndirən qurumun mütəxəssislərinə, o cümlədən istehsal obyektinə baxışın keçirilməsi və tikinti materiallarının nümunələrinin götürülməsinə şərait yaradır;
7.4.5.2. tikinti materialının uyğunluğunun qiymətləndirilməsi təmin olunduğu halda, tikinti materialının istehlak bazarında dövriyyəsi üçün üzərinə uyğunluq nişanı vurur;
7.4.5.3. tikinti materiallarının istehsal texnologiyasına dəyişiklik edildikdə, bu barədə uyğunluğu qiymətləndirən qurumu qabaqcadan məlumatlandırır.
7.4.6. Malın sertifikatlaşdırılmasını aparan qurum və təsərrüfat subyekti sertifikatlaşdırma prosedurları yekunlaşdıqdan sonra tətbiq olunan sertifikatlaşdırma sxemindən asılı olaraq aşağıdakı sənədləri və məlumatları ehtiva edən təsdiqedici məlumat toplusunu formalaşdırır:
- bu Texniki reqlamentin 7.4.3.1 – 7.4.3.11-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlər;
- tikinti materiallarının eyniləşdirilməsi və nümunələrin götürülməsi haqqında aktlar;
- mal nümunələrinin tədqiq (sınaq) və müayinə protokolları;
- istehsal obyektinə baxışın nəticələri (sertifikatlaşdırma sxemi 1s və 7s);
- uyğunluq sertifikatının surəti.
7.4.7. Bu Texniki reqlamentin 7.4.6-cı yarımbəndində sadalanan sertifikatlaşdırma prosedurları ilə əlaqədar sənədlər toplusunun saxlanma müddətləri aşağıdakı kimi müəyyən edilir:
a) sənədlərin təsərrüfat subyekti tərəfindən saxlanma müddəti:
- seriyalı istehsal olunan tikinti materialları üçün – uyğunluq sertifikatının qüvvədə olma müddəti bitdiyi tarixdən və ya istehsalçı tərəfindən tikinti materiallarının istehsalına xitam verildiyi tarixdən (hansının daha tez baş verməsindən asılı olaraq) ən azı 10 (on) il ərzində;
- tikinti materiallarının partiyası və mal vahidi üçün - təsərrüfat subyekti tərəfindən mal partiyasının realizə olunduğu tarixdən ən azı 10 (on) il ərzində.
b) sənədlərin malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən saxlanma müddəti:
- seriyalı istehsal olunan tikinti materialları üçün – uyğunluq sertifikatının qüvvədə olma müddətinin bitmə tarixindən ən azı 5 (beş) il;
- tikinti materiallarının partiyası və mal vahidi üçün - uyğunluq sertifikatı qeydiyyata alındığı tarixdən ən azı 10 (on) il.
7.4.8. Uyğunluq sertifikatı seriyalı istehsal olunan tikinti materialları üçün 5 (beş) ildən çox olmayan müddətə verilir. Tikinti materiallarının partiyası və mal vahidi üçün uyğunluq sertifikatı tikinti materiallarının yararlılıq müddətinə verilir, yararlılıq müddəti təyin edilmədikdə isə uyğunluq sertifikatının qüvvədə olma müddəti ən çoxu 5 (beş) il təşkil edir.
7.4.9. Uyğunluq sertifikatının forması, hazırlanması və təqdim edilməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları” ilə müəyyən edilir.
7.5. Tikinti materialları üçün uyğunluq bəyannaməsinin tərtib və təqdim edilməsi qaydası
7.5.1. Tikinti materiallarının uyğunluğunun bəyan edilməsi 1b, 2b, 3b, 4b, 5b və 6b bəyannamə sxemləri əsasında bu Texniki reqlamentin 7.5.10-cu yarımbəndində göstərilən prosedurlara uyğun olaraq həyata keçirilir.
1b bəyannamə sxemi təsərrüfat subyekti tərəfindən bu Texniki reqlamentin tələblərinə uyğunluğu bəyan edilən seriyalı istehsal olunan tikinti materiallarına tətbiq olunur.
2b bəyannamə sxemi təsərrüfat subyekti tərəfindən bu Texniki reqlamentin tələblərinə uyğunluğu bəyan edilən tikinti materiallarının partiyasına və ya mal vahidinə tətbiq olunur.
3b bəyannamə sxemi akkreditasiya edilmiş sınaq laboratoriyası cəlb edilməklə təsərrüfat subyekti tərəfindən bu Texniki reqlamentin tələblərinə uyğunluğu bəyan edilən seriyalı istehsal olunan tikinti materiallarına tətbiq olunur.
4b bəyannamə sxemi akkreditasiya edilmiş sınaq laboratoriyası cəlb edilməklə təsərrüfat subyekti tərəfindən bu Texniki reqlamentin tələblərinə uyğunluğu bəyan edilən tikinti materiallarının partiyasına və ya mal vahidinə tətbiq olunur.
5b bəyannamə sxemi malın modifikasiyasının dövriyyəyə buraxılması planlaşdırıldığı hallarda, malın sertifikatlaşdırılmasını aparan qurum və akkreditasiya edilmiş sınaq laboratoriyası (zəruri olduqda) cəlb edilməklə təsərrüfat subyekti tərəfindən bu Texniki reqlamentin tələblərinə uyğunluğu bəyan edilən seriyalı istehsal olunan tikinti materiallarına tətbiq olunur.
6b bəyannamə sxemi təsərrüfat subyekti idarəetmə sisteminin sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən sertifikatlaşdırılmış idarəetmə sisteminə malik olduğu hallarda, idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurum və akkreditasiya edilmiş sınaq laboratoriyası cəlb edilməklə təsərrüfat subyekti tərəfindən bu Texniki reqlamentin tələblərinə uyğunluğu bəyan edilən seriyalı istehsal olunan tikinti materiallarına tətbiq olunur.
7.5.2. Təsərrüfat subyekti bu Texniki reqlamentin 7.5.1-ci yarımbəndində qeyd olunan bəyannamə sxemləri əsasında bəyannaməni tərtib etməklə yanaşı, uyğunluğun təsdiqlənməsi məqsədilə uyğunluğu qiymətləndirən qurumu cəlb edir. Uyğunluğu qiymətləndirən qurum uyğunluğun təsdiqi barədə təsdiqedici sənəd verir. Uyğunluğun təsdiqi barədə təsdiqedici sənəddə tikinti materiallarının bu Texniki reqlamentin tələblərinə uyğun olması qeyd edilir. Uyğunluğu təsdiq edən sənəd təsərrüfat subyekti tərəfindən tərtib edilmiş uyğunluq bəyannaməsinə müşayiətedici sənəd kimi əlavə olunur.
7.5.3. Bu Texniki reqlamentin 1 nömrəli əlavəsində göstərilən, Azərbaycan Respublikasında istehlak bazarında dövriyyəyə buraxılan tikinti materiallarının uyğunluğu aşağıdakı hallarda yararlılığın təsdiqi nəticələrinə görə verilən texniki şəhadətnamə (bundan sonra – texniki şəhadətnamə) əsasında təsdiqlənməlidir:
a) tikinti materiallarının əsas xüsusiyyətlərini tənzimləyən standartlaşdırma üzrə dövlət fonduna daxil edilən dövlət standartlarının tətbiq sahəsi tikinti materiallarına şamil olunmadıqda;
b) standartlaşdırma üzrə dövlət fonduna daxil edilən dövlət standartlarında müəyyən edilmiş tikinti materiallarının sınaq və ölçmə metodlarının tətbiqi mümkün olmadıqda.
Digər hallarda tikinti materiallarının yararlılığının təsdiqlənməsi üzrə prosedurların icrasına yol verilmir.
7.5.4. Tikinti materiallarının yararlılığının təsdiqlənməsi və texniki şəhadətnamələrin hazırlanması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətini və normativ-hüquqi tənzimləməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxs (sınaq laboratoriyaları, tikinti sahəsi üzrə elmi-tədqiqat və layihə təşkilatları) tərəfindən təmin edilir.
7.5.5. Təsərrüfat subyekti texniki şəhadətnamə aldığı halda, uyğunluğun təsdiqlənməsi seriyalı istehsal olunan tikinti materialları üçün 1b bəyannamə sxemi və tikinti materiallarının partiyası üçün 2b bəyannamə sxemi üzrə uyğunluq bəyannaməsinin tərtib və təqdim edilməsi formasında həyata keçirilir. Texniki şəhadətnamə əsasında uyğunluğun təsdiqlənməsi zamanı tikinti materiallarının əhəmiyyətli xüsusiyyətlərinin dəqiqləşdirilmiş siyahısı, faktiki qiymətləri, sınaq metodları, tikinti materiallarının təyinatı, tətbiq sahəsi və şərtləri təyin edilir.
7.5.6. Bu hallar üçün tərtib edilən uyğunluq bəyannamələrinin qüvvədə olma müddəti texniki şəhadətnamənin etibarlılıq müddətinə bərabər qəbul edilir və 1b bəyannamə sxemi əsasında uyğunluğu təsdiqlənən seriyalı istehsal olunan tikinti materialları üçün 5 (beş) il, 2b bəyannamə sxemi əsasında uyğunluğu təsdiqlənən tikinti materiallarının partiyası üçün isə 1 (bir) il təşkil edir.
7.5.7. Tikinti materiallarının yararlılığının təsdiqlənməsi qaydası bu Texniki reqlamentin 2 nömrəli əlavəsində göstərilib.
7.5.8. Texniki şəhadətnamənin forması bu Texniki reqlamentin 4 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilir.
7.5.9. Təsərrüfat subyekti tikinti materiallarının uyğunluğunun təsdiqlənməsi məqsədilə özünün sərbəst seçdiyi uyğunluğu qiymətləndirən quruma ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
7.5.9.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və yaxud nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
7.5.9.2. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
7.5.9.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
7.5.9.4. idxal olunan tikinti materiallarına dair hesab-faktura (invoys);
7.5.9.5. ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli;
7.5.9.6. idxal olunan tikinti materiallarına dair xarici mənşəli uyğunluq sənədləri və ya tikinti materiallarının təhlükəsizliyinə dair aparılmış sınaqların nəticələri;
7.5.9.7. Azərbaycan Respublikasının ərazisində istehsal olunan tikinti materiallarının akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmış sınaqların nəticələri;
7.5.9.8. istinad edilmiş standartlar və texniki şərtlər;
7.5.9.9. tikinti materialları üçün texniki sənədlərin surəti (konstruktor, texnoloji, layihə), texniki həllərin siyahısı, o cümlədən istehsalat nəzarətinin və ya texnoloji proseslərin təsviri;
7.5.9.10. texniki şəhadərnamənin surəti (bu Texniki reqlamentin 7.5.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda);
7.5.9.11. idarəetmə sisteminin uyğunluq sertifikatının surəti (6b bəyannamə sxemi üçün);
7.5.9.12. malı müşayiət edən sənədlər (tikinti materiallarının tədarükünə dair müqavilə, istehsalçının zəmanət məktubu).
7.5.9.13 tikinti materiallarının bu Texniki reqlamentin tələblərinə uyğunluğunu birbaşa və ya dolayısı ilə təsdiq edən digər sənədlər (olduqda).
7.5.10. Tikinti materiallarının uyğunluğunun təsdiqlənməsi məqsədilə bəyannamə sxemlərinə uyğun olaraq aşağıdakı prosedurlar həyata keçirilir:
7.5.10.1. ərizənin və ona əlavə olunmuş sənədlərin uyğunluğu qiymətləndirən qurum tərəfindən qəbulu və qeydiyyata alınması, təqdim edilmiş sənəd və məlumatların təhlili və onların tikinti materiallarına aid olmasının araşdırılması;
7.5.10.2. təsərrüfat subyekti tərəfindən uyğunluq bəyannaməsi sxeminin seçilməsi;
7.5.10.3. tikinti materialının eyniləşdirilməsi və (və ya) sınaqların aparılması üçün nümunələrin götürülməsi;
7.5.10.4. təsərrüfat subyektinin sərbəst seçdiyi akkreditasiya edilmiş sınaq laboratoriyasında və ya istehsalçının sınaq laboratoriyasında tikinti materiallarının tədqiqinin (sınaqlarının) və müayinələrinin aparılması;
7.5.10.5. təsərrüfat subyekti tərəfindən istehsalat nəzarətinin həyata keçirilməsi və istehsal prosesində tikinti materiallarının bu Texniki reqlamentin tələblərinə uyğunluğunu təmin etmək məqsədilə zəruri tədbirlərin görülməsi;
7.5.10.6. Uyğunluğu qiymətləndirən qurum tərəfindən verilmiş təsdiqedici sənəd əsasında təsərrüfat subyekti tərəfindən uyğunluq bəyannaməsinin tərtib edilməsi və qeydiyyata alınması;
7.5.10.7. tikinti materialının uyğunluğu təsdiq edildiyi halda, istehlak bazarında dövriyyəsi üçün tikinti materialının üzərinə təsərrüfat subyekti tərəfindən uyğunluq nişanının vurulması;
7.5.10.8. uyğunluq bəyannaməsi tərtib edildikdən sonra təsərrüfat subyekti tərəfindən bu Texniki reqlamentin 7.5.9-cu yarımbəndində nəzərdə tutulmuş texniki sənədlərin, habelə təsdiqedici məlumatların, texniki şəhadətnamənin (bu Texniki reqlamentin 7.5.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda) və uyğunluq bəyannaməsinin formalaşdırılması və saxlanması.
7.5.11. Seriyalı istehsal olunan tikinti materialları üçün uyğunluq bəyannaməsinin qüvvədə olma müddəti 5 (beş) il təşkil edir. Tikinti materiallarının partiyası və mal vahidi üçün uyğunluq bəyannaməsinin qüvvədə olma müddəti 1 (bir) ildən çox olmayaraq müəyyən edilir.
7.5.12. Uyğunluq bəyannaməsinin, texniki sənədlərin və təsdiqedici məlumatların saxlanma müddətləri aşağıdakı kimi müəyyən edilir:
a) təsərrüfat subyekti tərəfindən saxlanma müddəti:
- seriyalı istehsal olunan tikinti materialları üçün – uyğunluq bəyannaməsinin qüvvədə olma müddəti bitdiyi tarixdən və ya istehsalçı tərəfindən tikinti materiallarının istehsalına xitam verildiyi tarixdən ən azı 10 (on) il ərzində;
- tikinti materiallarının partiyası və mal vahidi üçün - uyğunluq bəyannaməsi tərtib edildiyi tarixdən ən azı 10 (on) il ərzində;
b) uyğunluğu qiymətləndirən qurum tərəfindən saxlanma müddəti:
- uyğunluq bəyannaməsinin qüvvədə olma müddətinin bitdiyi tarixdən etibarən ən azı 5 (beş) il ərzində.
7.5.13. Uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları” ilə müəyyən edilir.
8. İstehlak bazarında tikinti materiallarının dövriyyəsinə dair tələblər
8.1. Tikinti materialları bu Texniki reqlamentin, habelə Azərbaycan Respublikasında qüvvədə olan digər texniki reqlamentlərin (tətbiq olunduqda) tələblərinə uyğun olduqda və bu Texniki reqlamentin 7-ci bölməsində və Azərbaycan Respublikasında qüvvədə olan digər texniki reqlamentlərdə (tətbiq olunduqda) göstərilən qayda və üsullarla uyğunluğu təsdiq edildikdə Azərbaycan Respublikası ərazisində istehlak bazarlarında dövriyyəyə buraxıla bilər.
8.2. Bu Texniki reqlamentin tələblərinə uyğunluğu təsdiq edilməmiş tikinti materialları istehlak bazarlarında uyğunluq nişanı ilə işarələnə və istehlak bazarına dövriyyəyə buraxıla bilməz.
8.3. Uyğunluq nişanı vurulmayan tikinti materiallarının Azərbaycan Respublikasında istehlak bazarında dövriyyəyə buraxılmasına yol verilmir.
8.4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 97.4.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikinti materialları ilə bağlı təhlükə barədə ictimaiyyəti məlumatlandırmaq səlahiyyətinə malikdir.
8.5. Azərbaycan Respublikası qanunlarının və müvafiq texniki reqlamentlərin tələblərinə uyğunluğunu qoruyub saxlamaq, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədi ilə təsərrüfat subyekti istehsal etdiyi tikinti materiallarının seçmə nümunə əsasında sınağının aparılmasına şərait yaratmalı, uyğun olmayan tikinti materiallarının bazardan geri çağırılmasını və dövriyyədən çıxarılmasını təmin etməli, belə materialların uçotunu aparmalı və ticarət vasitəçilərini görülmüş tədbirlər barədə məlumatlandırmalıdır. Tikinti materialı risk təşkil edərsə, təsərrüfat subyekti dərhal Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini riskin təfərrüatları, xüsusilə uyğunsuzluqlar və görülmüş tədbirlər barədə yazılı formada məlumatlandırmalıdır.
9. Tikinti materiallarının müşayiətedici sənədlərinə və istehlak bazarında uyğunluq nişanı ilə nişanlanmasına dair tələblər
9.1. Təsərrüfat subyektləri tikinti materiallarının Azərbaycan dilində və asanlıqla başa düşülən təlimat və təhlükəsizlik məlumatları, habelə texniki reqlamentlərin tələblərinə uyğunluğunu təsdiq edən sənədlərlə müşayiət edilməsini təmin etməlidirlər.
9.2. Tikinti materialları istehlak bazarında dövriyyəyə buraxılarkən aşağıdakı sənədlərlə müşayiət edilməlidir:
- tikinti materialının tam adını və ya işarəsini, təyinat və tətbiq dairəsini, əsas xüsusiyyətlərinin faktiki qiymətlərini (parametrlərini) əks etdirən sənədlər;
- istehsalçı ölkənin, idxalçının, istehsalçının və ya onun səlahiyyətli nümayəndəsinin adını və əmtəə nişanını, ünvanını əks etdirən sənədlər;
- tikinti materialının istehsal tarixi və saxlanma müddəti barədə sənəd (tikinti materialının partiyasının nömrəsi də daxil olmaqla);
- tikinti materialının təhlükəsiz istismarı və istifadəsi, saxlanması, daşınması və utilizasiyası qayda və şərtləri;
- tikinti materiallarının tədarükünə dair sənədlər (müqavilə, hesab-faktura);
- uyğunluğu təsdiq edən sənədin qeydiyyat nömrəsi barədə məlumat (QR-kod tətbiq edilməsinə yol verilir);
- tikinti materialında zədələnmə və ya qüsur aşkar edildiyi hallarda həyata keçirilməli olan tədbirlər barədə məlumat;
- tikinti materialının uyğunluq nişanı ilə nişanlanmasına dair məlumat.
9.3. Bu Texniki reqlamentin təhlükəsizlik tələblərinə cavab verən və bu Texniki reqlamentin 7-ci bölməsində qeyd olunan üsulla uyğunluğu qiymətləndirilmiş tikinti materialları istehlak bazarında dövriyyəyə buraxılmazdan əvvəl uyğunluq nişanı ilə nişanlanmalıdır.
9.4. Uyğunluq nişanı tikinti materialının bütün xidmət müddəti ərzində aydın və dəqiq təsvirini təmin edən istənilən şəkildə və əlçatan yerdə işarə edilir.
9.5. Tikinti materialı bir neçə hissədən ibarət olduqda uyğunluq nişanı ayrıca yerləşdirilə bilən hissələrə vurulur.
9.6. Tikinti materialları Azərbaycan Respublikasında qüvvədə olan və onlara şamil edilən bütün texniki reqlamentlərin tələblərinə uyğun olduqda və uyğunluq nişanının tətbiqi nəzərdə tutulduqda uyğunluq nişanı ilə işarələnməlidir.
9.7. Tikinti materiallarının saxlanması, daşınması və istifadəsi ilə əlaqədar təhlükə mövcud olduqda, tikinti materiallarının uyğunluq nişanı ilə nişanlanması zamanı həmin təhlükələrə işarə edən piktoqram və ya nişanlar yerləşdirilməlidir.
9.8. Tikinti materiallarının üzərinə uyğunluq nişanının vurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq olunan “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na uyğun həyata keçirilir.
10. Tikinti materiallarının saxlanmasına və daşınmasına dair tələblər
10.1. Təsərrüfat subyekti tikinti materiallarının müşayiətedici sənədlərində həmin materialların saxlanması və daşınmasına dair tələbləri göstərməlidir. Tikinti materialları elə saxlanmalı və daşınmalıdır ki, tikinti materiallarının təsərrüfat subyekti tərəfindən bəyan edilmiş əsas xüsusiyyətlərinin qorunub saxlanması və saxlanma-daşınma ilə bağlı tələblərin yerinə yetirilməsi təmin edilsin.
10.2. Tikinti materiallarının saxlanma və istifadə müddəti keçdikdə, eləcə də onların saxlanması və daşınması üzrə tələblər pozulduqda, həmin materialların təyinatı üzrə istifadə edilməsinə və Azərbaycan Respublikasında istehlak bazarında dövriyyəyə buraxılmasına yol verilmir.
10.3. Tədarük zamanı tikinti materiallarının qablaşdırılması standarta uyğun olmalı, daşınma və saxlanma zamanı onların təhlükəsizliyini və asan yerdəyişməsini təmin etməlidir.
11. Texniki reqlamentin tələblərinə riayət olunmasına dövlət nəzarəti
11.1. İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan tikinti materiallarına qarşı nəzarət tədbirləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılır.
11.2. İstehsal zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.
12. Texniki reqlamentin tələblərinin pozulmasına görə məsuliyyət
12.1. Bu texniki reqlamentin tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Cinayət, Mülki və İnzibati Xətalar Məcəllələrinə uyğun məsuliyyət daşıyırlar.
12.2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, həmçinin bu texniki reqlamentlə nişanlanması tələb olunduğu hallarda, tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından istifadə edildikdə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.1.3-cü və 92.4.5-ci maddələrinə əsasən inzibati qaydada tikinti işlərini dayandırmadan bu pozuntuların aradan qaldırılması barədə yazılı göstəriş, habelə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilir.
13. Yekun müddəalar
13.1. Texniki reqlament dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minir.
“Tikinti materiallarının, məmulat və konstruksiyalarının
təhlükəsizliyi haqqında” texniki reqlamentə
1 nömrəli əlavə
Texniki reqlamentin şamil olunduğu tikinti materiallarının siyahısı
Bu texniki reqlamentin şamil olunduğu tikinti materiallarına “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına və “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq aşağıdakılar aiddir:
Sıra №-si |
Tikinti materialının adı |
XİF MN üzrə kod |
Uyğunluğun qiymətləndirilməsi barədə sənəd |
1. |
Gips əsaslı tikinti materialları |
2520 20 000 0-dan |
Uyğunluq sertifikatı |
2. |
Sönməmiş, sönmüş və hidravlik əhəng |
2522-dən |
Uyğunluq sertifikatı |
3. |
Tikintidə istifadə olunan boyanmış və ya boyanmamış, hazır və ya klinker formasında portlandsement, giltorpaqlı sement, şlaklı sement, supersulfat sementi və analoji hidravlik sementlər |
2523-dən |
Uyğunluq sertifikatı |
4. |
Odadavamlı sementlər, inşaat məhlulları, betonlar və analoji tərkiblər, dolomitli doldurma qarışığı da daxil olmaqla |
3816 00 000-dan |
Uyğunluq sertifikatı |
5. |
Odadavamsız inşaat məhlulları və betonları |
3824 50-dən |
Uyğunluq sertifikatı |
6. |
Keramikadan inşaat kərpicləri, döşəmələr üçün bloklar, dayaq və ya tir konstruksiyalarının doldurulması üçün keramik daşlar və analoji məmulatlar |
6904-dən |
Uyğunluq sertifikatı |
7. |
Susuzlaşdırılmış və ya susuzlaşdırılmamış digər gillər, andaluzit, kianit, sillimanit; mullit; şamot və ya dinas torpaqları |
2508-dən |
Uyğunluq sertifikatı |
8. |
Tikintidə istifadə olunan hazır yapışqanlar və digər hazır adqezivlər; netto çəkisi 1 kq-dan çox olmayan pərakəndə satış üçün qablaşmalarda yapışqanlar və ya adqezivlər kimi istifadəyə yararlı məhsullar |
3506-dan |
Uyğunluq sertifikatı |
9. |
Tikintidə istifadə olunan sintetik polimerlər və ya kimyəvi modifikasiya olunmuş təbii polimerlər əsasında, susuz mühitdə həll edilmiş və ya dispersləşdirilmiş boyalar və laklar (emallar və polituralar da daxil olmaqla); bu qrupun 4-cü qeydində göstərilən məhlullar |
3208-dən |
Uyğunluq sertifikatı |
10. |
Tikintidə istifadə olunan su mühitində dispersləşdirilmiş və ya həll olunmuş, sintetik polimerlər və ya kimyəvi modifikasiya olunmuş təbii polimerlər əsasında boyalar və laklar (emallar və polituralar da daxil olmaqla) |
3209-dan |
Uyğunluq sertifikatı |
11. |
Tikintidə istifadə olunan digər boyalar və laklar (emallar, polituralar və yapışqanlı boyalar da daxil olmaqla) |
3210 00-dan |
Uyğunluq sertifikatı |
12. |
Tikintidə istifadə olunan şüşə və bağ zamaskaları, qatran sementləri, sıxlaşdırma (bərkitmə) üçün tərkiblər və digər mastikalar; rəngsazlıq işləri üçün şpaklovkalar; bina fasadlarının, binaların daxili divarlarının, döşəmələrin, tavanların səthlərinin hazırlanması üçün odadavamsız və ya analoji tərkiblər |
3214-dən |
Uyğunluq sertifikatı |
13. |
Tikintidə istifadə olunan başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən mürəkkəb üzvi həlledicilər və durulaşdırıcılar; boyaların və ya lakların təmizlənməsi üçün hazır tərkiblər |
3814 00-dan |
Uyğunluq sertifikatı |
14. |
Döşənmə üçün plitələr, döşəmələr, sobalar, kaminlər və ya divarlar üçün keramik üzlük lövhəcikləri; mozaika işləri üçün keramik kubiklər və ya analoji məmulatlar, əsasda və ya onsuz; bəzək üçün keramik məmulatlar |
6907 |
Uyğunluq sertifikatı |
15. |
Təbii daşlardan (şistdən başqa) küçələrə döşənmə üçün dördtin daşlar, bordür daşları və plitələr |
6801 00 000 0 |
Uyğunluq sertifikatı |
16. |
Abidələr və ya tikinti üçün emal olunmuş daşlar (şistdən başqa), və onlardan məmulatlar; altlıqlı və ya altlıqsız mozaika üçün kubiklər və təbii daşlardan analoji məmulatlar (şist də daxil olmaqla); təbii daşlardan (şist də daxil olmaqla) süni boyanmış qranullar, qırıntılar və toz |
6802-dən |
Uyğunluq sertifikatı |
17. |
Emal olunmuş şist və şistdən və ya aqlomerasiya edilmiş şistdən məmulatlar |
6803 00-dan |
Uyğunluq sertifikatı |
18. |
Tikintidə istifadə olunan döyülmədən, isti yayılmadan, isti çəkilmədən və ya isti ekstruziyadan başqa sonrakı emala məruz qalmamış, yaymadan sonra burulmuş daxil olmaqla dəmirdən və ya aşqarlanmamış poladdan digər çubuqlar |
7214-dən |
Uyğunluq sertifikatı |
19. |
Tikintidə istifadə olunan sementdən, betondan və ya süni daşdan armaturlaşdırılmış və ya armaturlaşdırılmamış məmulatlar |
6810-dan |
Uyğunluq sertifikatı |
20. |
Tikintidə istifadə olunan şlak-pambığı, mineral silikat- pambığı və analoji mineral pambıqlar; laylanmış vermikulit, köpükləndirilmiş gillər, köpükləndirilmiş şlak və analoji köpükləndirilmiş mineral məhsullar; istilik izolyasiya, səs izolyasiya və ya səsuducu mineral materiallardan qarışıqlar və məmulatlar |
6806-dan |
Uyğunluq sertifikatı |
21. |
Tikintidə istifadə olunan gipsdən və ya onun əsasında olan qarışıqlardan məmulatlar |
6809-dan |
Uyğunluq sertifikatı |
22. |
Tekstil materiallarından divar örtükləri |
5905 00 |
Uyğunluq sertifikatı |
23. |
Divar kağızı və analoji divar örtükləri; pəncərələr üçün şəffaf kağız |
4814 |
Uyğunluq sertifikatı |
24. |
Özüyapışan və ya özüyapışmayan, rulonlarda və ya lövhələrdə plastmasdan döşəmə üçün örtüklər; divar və ya tavan üçün plastmas örtüklər |
3918 |
Uyğunluq sertifikatı |
25. |
Forma üzrə biçilmiş və ya biçilməmiş linoleum; forma üzrə biçilmiş və ya biçilməmiş tekstil əsaslı döşəmə örtükləri |
5904 |
Uyğunluq sertifikatı |
26. |
Uzununa mişarlanma və ya yarılma, rəndələnmə və ya cırtlama ilə əldə edilmiş, rəndələnmə, cilalanma ilə emal edilməmiş və ya emal edilmiş, bitişdirilmiş və ya bitişdirilməmiş, 6 mm-dən çox qalınlığı olan şalbanbaşı birləşmələri olan və ya olmayan, üz çəkmək üçün (laylı oduncağın bölünməsi ilə əldə edilən də daxil olmaqla), yapışqan vasitəsilə hazırlanmış faner üçün və ya analoji laylı oduncaqlar üçün vərəqlər və digər meşə materialları |
4408-dən |
Uyğunluq sertifikatı |
27. |
Bloklar, plitələr, tirlər və ya profil verilmiş formalar şəklində preslənmiş oduncaq |
4413 00 000 0-dan |
Uyğunluq sertifikatı |
28. |
Asbosementdən, sellüloz lifli sementdən və ya analoji materiallardan tikinti məmulatları |
6811-dən |
Uyğunluq sertifikatı |
29. |
Tikintidə istifadə olunan preslənmiş və ya tökmə şüşədən döşənmə üçün bloklar, plitələr, kərpiclər, lövhəciklər və digər armaturlaşdırılmış və ya armaturlaşdırılmamış məmulatlar; mozaika və analoji dekorativ işlər üçün altlıqlı və ya altlıqsız şüşə kubiklər və digər kiçik şüşə formaları; vitrajlar və analoji məmulatlar; bloklar, panellər, plitələr, pərdə şəklində və ya başqa formalarda məsaməli və ya köpükləndirilmiş şüşə |
7016-dan |
Uyğunluq sertifikatı |
30. |
Tikintidə istifadə olunan elektrik izolyasiyası olmayan qara metallardan burulmuş məftillər, troslar, kanatlar, hörmə qaytanlar, stroplar və analoji məmulatlar |
7312-dən |
Uyğunluq sertifikatı |
31. |
Tikintidə istifadə olunan buxtalara sərbəst sarınmış korroziyayadavamlı poladdan isti yayılmış çubuqlar |
7221 00-dan |
Uyğunluq sertifikatı |
32. |
Tikintidə istifadə olunan korroziyayadavamlı poladdan digər çubuqlar; korroziyayadavamlı poladdan künclüklər, fasonlu və xüsusi profillər |
7222-dən |
Uyğunluq sertifikatı |
33. |
Tikintidə istifadə olunan plastmas borular, borucuqlar, şlanqlar və onların fitinqləri (məsələn, birləşmələr, dirsəklər, flanslar) |
3917-dən |
Uyğunluq sertifikatı |
34. |
Tikintidə istifadə olunan qara metallardan digər borular və borucuqlar (məsələn, qaynaq edilmiş, pərçimlənmiş və ya analoji üsulla birləşdirilmiş), dairəvi en kəsikli, xarici diametri 406,4 mm-dən çox olan |
7305-dən |
Uyğunluq sertifikatı |
35. |
Tikintidə istifadə olunan qara metallardan (tökmə çuqundan istisna olmaqla) tikişsiz borular, borucuqlar və içiboş profillər |
7304-dən |
Uyğunluq sertifikatı |
36. |
Tikintidə istifadə olunan alüminiumdan məmulatlar |
7616-dan |
Uyğunluq sertifikatı |
37. |
Tikintidə istifadə olunan kvars (təbii qumlardan başqa); qaba xırdalanmış və ya xırdalanmamış, mişarlanmış və ya mişarlanmamış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat formalı da daxil olmaqla) formasında lövhələrə bölünmüş kvarsit |
2506-dan |
Uyğunluq sertifikatı |
38. |
Silisli daş unundan və ya analoji silisli süxurlardan başqa, odadavamlı kərpiclər, bloklar, lövhəciklər və analoji odadavamlı keramik tikinti materialları |
6902-dən |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
39. |
Tikintidə istifadə olunan digər odadavamlı keramik məmulatlar (məsələn, dirəklər, borular, borucuqlar, örtüklər, özəklər və çubuqlar) |
6903-dən |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
40. |
Tikintidə istifadə olunan tökmə çuqundan borular, borucuqlar və içiboş profillər |
7303 00-dan |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
41. |
Tikintidə istifadə olunan qara metallardan borular, borucuqlar və digər içiboş profillər (məsələn, açıq tikişli və ya qaynaq edilmiş, pərçimlənmiş və ya analoji üsulla birləşdirilmiş) |
7306-dan |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
42. |
Tikintidə istifadə olunan plastmas çubuqcuqlar, millər və fasonlu profillər |
3916-dan |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
43. |
Tikintidə istifadə olunan plastmasdan özüyapışan lövhələr, vərəqlər, plyonkalar, lentlər, zolaqlar və digər yastı formalar, rulonlarda olan və ya olmayan |
3919-dan |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
44. |
Tikintidə istifadə olunan plastmas lövhələr, vərəqlər, plyonkalar və lentlər və ya zolaqlar, məsaməli olmayan və armaturlaşdırılmamış, laylı olmayan, altlıqsız və ya analoji üsulla digər materiallarla birləşdirilməmiş |
3920-dən |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
45. |
Tikintidə istifadə olunan plastmasdan digər lövhələr, vərəqlər, plyonkalar, zolaqlar və ya lentlər |
3921-dən |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
46. |
Plastmas vannalar, duşlar, su axımı üçün çanaqlar, əl- üz yumaq üçün çanaqlar, bide, unitazlar, onlar üçün oturacaqlar və qapaqlar, unitaz üçün su axıtma bakları və analoji sanitar-texniki məmulatlar |
3922 |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
47. |
Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən plastmas inşaat detalları |
3925 |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
48. |
Tikintidə istifadə olunan bərk rezindən başqa, vulkanlaşdırılmış rezindən lövhələr, vərəqlər, zolaqlar və ya lentlər, çubuqlar və fasonlu profillər |
4008-dən |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
49. |
Tikintidə istifadə olunan bərk rezindən başqa, vulkanlaşdırılmış rezindən digər məmulatlar |
4016-dan |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
50. |
Tikintidə istifadə olunan xırda çay daşı, çınqıl, qırma daş və ya parçalanmış daş; termik emal edilmiş və ya edilməmiş xırda çay daşı, həmçinin qənbərlər və çaxmaq daşı; şlakdan, drossdan və ya analoji sənaye tullantılarından hazırlanmış, tərkibində bu mal mövqeyinin birinci hissəsində göstərilən materiallar olan və ya olmayan makadam; qudronlu makadam; termik emal edilmiş və ya emal edilməmiş daş qranulları, qırıntıları və toz** |
2517-dən |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
51. |
Keramikadan kirəmitlər, deflektorlar, tüstü borularının üstü üçün talvarlar, baca hissələri, arxitektura bəzəkləri və digər inşaat detalları |
6905 |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
52. |
Tikintidə istifadə olunan şüşə lifindən hazırlanmış məmulatlar (məsələn, iplik, parçalar) |
7019-dan |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
53. |
Tikintidə istifadə olunan asfaltdan və ya analoji materiallardan (məsələn, neft bitumundan və ya daş kömürü pekindən) məmulatlar** |
6807-dən |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
54. |
Tikintidə istifadə olunan qatranlarla və ya digər üzvi bağlayıcı maddələrlə hopdurulmuş və ya hopdurulmamış ağacyonqarlı plitələr, istiqamətləndirilmiş yonqarlı plitələr (OSB) və ağacdan və ya digər oduncaqlaşmış materiallardan analoji plitələr (məsələn, vafli plitələri) |
4410-dan |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
55. |
Tikintidə istifadə olunan ağacdan və ya digər oduncaqlaşmış materiallardan, qatran və ya digər üzvi maddələr əlavə edilmiş və ya əlavə edilməmiş ağaclifli plitələr |
4411-dən |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
56. |
Tikintidə istifadə olunan yapışqan vasitəsilə hazırlanmış faner, fanerlənmiş panellər və laylı oduncaqdan analoji materiallar |
4412-dən |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
57. |
Tikintidə istifadə olunan hər hansı bir kənarı, ucu və ya səthi profil verilmiş paqonaj halında olan (dişli, oyuqlu, zivanalı, yonulmuş kənarlı, yarımdairə fiqurlu rəndələnmə şəklində birləşdirmələri ilə, fasonlu və ya analoji), rəndələnmə və ya cilalanma ilə emal edilməmiş və ya emal edilmiş, şalbanbaşı birləşmələri olan və ya olmayan taxta-şalban (döşəmənin parket örtüyü üçün yığılmamış plankalar və frizlər də daxil olmaqla) |
4409-dan |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
58. |
Tikintidə istifadə olunan deşikli ağac panelləri, yığılmış döşəmə panelləri, dam qontu və taxtapuş çiləkəni də daxil olmaqla, ağacdan inşaat, xarratlıq və dülgərlik məmulatları |
4418-dən |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
59. |
Dəmirdən və ya aşqarlanmamış poladdan künclüklər, fasonlu və xüsusi profillər |
7216-dan |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
60. |
Dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış, buxtalara sərbəst sarınmış çubuqlar |
7213-dən |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
61. |
Qaba parçalanmış və ya parçalanmamış, mişarlanmış və ya mişarlanmamış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bölünmüş mərmər, travertin, və ya əhəngli tuf daşı, ekausin və xüsusi çəkisi 2,5 və ya daha çox olan abidələr və ya tikinti üçün digər əhəngdaşları və alebastr |
2515-dən |
Uyğunluq bəyannaməsi |
62. |
Qaba parçalanmış və ya parçalanmamış, mişarlanmış və ya mişarlanmamış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bölünmüş qranit, porfir, bazalt, qumdaşı və abidələr və ya tikinti üçün digər daşlar |
2516-dan |
Uyğunluq bəyannaməsi |
63. |
Daşdan və ya digər mineral maddələrdən məmulatlar (karbon liflərindən məmulatlar daxil olmaqla) |
6815-dən |
Uyğunluq bəyannaməsi |
64. |
Tikintidə istifadə olunan təbii bitum və asfalt; bitumlu şistlər və ya neftlilik şist və bitumlu qumdaşı; asfaltitlər və asfalt süxurları** |
2714-dən |
Uyğunluq bəyannaməsi |
65. |
Tikintidə istifadə olunan bitki liflərindən, samandan və ya yonqardan, talaşadan, hissəciklərdən, mişarağzıdan və ya digər ağac tullantılarından sementlə, gipslə və mineral bağlayıcı maddələrlə aqlomerasiya edilmiş panellər, plitələr, lövhəciklər, bloklar və analoji məmulatlar |
6808 00 000 0-dan |
Uyğunluq bəyannaməsi |
66. |
Tikintidə istifadə olunan kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan (məsələn, kizelqurdan, tripolitdən və ya diatomitdən) və ya analoji silisli süxurlardan digər keramik məmulatlar |
6901 00 000 0-dan |
Uyğunluq bəyannaməsi |
67. |
Tikintidə istifadə olunan təbii asfaltın, təbii bitumun, neft bitumunun, mineral qatranların və ya mineral qatranlarının peki (məsələn, yol örtükləri üçün bitumlu mastika, asfalt qarışıqları) əsasında bitumlu qarışıqlar** |
2715 00 000 0-dan |
Uyğunluq bəyannaməsi |
68. |
Tikintidə istifadə olunan vərəqlər şəklində və ya profillənmiş, uducu, əksedici və ya əks etdirməyən qata malik olan, lakin başqa üsulla emal olunmamış tökmə və yayma şüşələr |
7003-dən |
Uyğunluq bəyannaməsi |
69. |
Tikintidə istifadə olunan vərəqlər şəklində, uducu, əksedici və ya əks etdirməyən qata malik olan və ya olmayan, lakin başqa üsulla emal olunmamış, dartılmış və üfürülmüş şüşə |
7004-dən |
Uyğunluq bəyannaməsi |
70. |
Tikintidə istifadə olunan vərəqlər şəklində, uducu, əksedici və ya əks etdirməyən qata malik olan və ya olmayan, lakin başqa üsulla emal olunmamış, termik pardaqlanmış şüşələr və cilalanmış və ya pardaqlanmış səthli şüşələr |
7005-dən |
Uyğunluq bəyannaməsi |
71. |
Tikintidə istifadə olunan təhlükəsiz şüşə, həmçinin möhkəmləndirilmiş (bərkidilmiş) və ya çoxqatlı şüşə |
7007-dən |
Uyğunluq bəyannaməsi |
72. |
Tikintidə istifadə olunan şüşədən çoxqatlı izoləedici məmulatlar |
7008 00-dan |
Uyğunluq bəyannaməsi |
73. |
Alt və üst qabıqları alınmış və ya alınmamış və ya üst oduncağı kvadrat şəklində qaba yonulmuş və ya yonulmamış, emal edilməmiş meşə materialı |
4403-dən |
Uyğunluq bəyannaməsi |
74. |
Uzununa mişarlanma və ya yarılma, rəndələnmə və ya cırtlama ilə əldə edilmiş, rəndələnmə və ya cilalanma ilə emal edilməmiş və ya emal edilmiş, 6 mm-dən çox qalınlığı olan şalbanbaşı birləşmələri olan və ya olmayan meşə materialı |
4407-dən |
Uyğunluq bəyannaməsi |
75. |
Yığma tikinti konstruksiyaları |
9406 |
Uyğunluq sertifikatı |
76. |
Tikintidə istifadə olunan eni 600 mm və ya daha çox olan, isti yayılmış, üzərinə metal çəkilməmiş, qalvanik və ya digər örtüyü olmayan dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokat |
7208-dən |
Uyğunluq sertifikatı |
77. |
Qara metallardan metal konstruksiyalar (9406 mal mövqeyinin yığma tikinti konstruksiyalarından başqa) və onların hissələri (məsələn, körpülər və onların seksiyaları, şlüz qapıları, qüllələr, şəbəkəli dirəklər, dam çatıları, inşaat fermaları, qapılar və pəncərələr və onların çərçivələri, qapılar üçün kandarlar, jalyuzilər, balyustradlar, dayaqlar və sütunlar); metal konstruksiyalarında istifadə üçün nəzərdə tutulmuş qara metallardan hazırlanmış vərəqlər, çubuqlar, künclüklər, fasonlu profillər, borular və analoji məmulatlar |
7308 |
Uyğunluq sertifikatı |
78. |
Alüminium metal konstruksiyalar (9406 mal mövqeyinin yığma inşaat metal konstruksiyalarından başqa) və onların hissələri (məsələn, körpülər və onların seksiyaları, qüllələr, şəbəkəli dirəklər, dam çatıları, inşaat fermaları, qapılar, pəncərələr və onların çərçivələri, qapılar üçün kandarlar, balyustradlar, dayaqlar və sütunlar); metal konstruksiyalarında istifadə üçün nəzərdə tutulmuş vərəqlər, çubuqlar, profillər, borular və analoji alüminium məmulatları |
7610 |
Uyğunluq bəyannaməsi |
79. |
Tikintidə istifadə olunan alüminium çubuqlar və profillər |
7604-dən |
Uyğunluq bəyannaməsi |
80. |
Tikintidə istifadə olunan bütün növ boyanmış və ya boyanmamış təbii qum |
2505-dən |
Uyğunluq bəyannaməsi |
81. |
Tikintidə istifadə olunan neft bitumu** |
2713-dən |
Uyğunluq bəyannaməsi |
82. |
Tikintidə istifadə olunan hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallar** |
5603-dən |
Uyğunluq bəyannaməsi |
83. |
Tikintidə istifadə olunan bərk rezindən başqa, vulkanlaşdırılmış rezindən fitinqsiz və ya fitinqli (məsələn, birləşmələr, boru birləşdiriciləri, flanslarla) borular, borucuqlar və şlanqlar |
4009-dan |
Uyğunluq sertifikatı və ya Uyğunluq bəyannaməsi |
Qeyd:
**Yaşayış məntəqələrində, habelə digər yollarda (aerodromlar, kənd yerlərində) yolların tikintisində tətbiq edilən yol-tikinti materialları və məmulatları.
“Tikinti materiallarının, məmulat və konstruksiyalarının
təhlükəsizliyi haqqında” texniki reqlamentə
2 nömrəli əlavə
Tikinti materiallarının yararlılığının təsdiqlənməsi qaydası
1. Tikinti materiallarının tikintidə istifadəyə yararlılığının təsdiqlənməsi proseduru Azərbaycan Respublikasında istehlak bazarında dövriyyəyə buraxılan tikinti materiallarına münasibətdə bu Texniki reqlamentin 7.5.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda həyata keçirilir.
2. Tikinti materiallarının yararlılığının təsdiqlənməsi və texniki şəhadətnamələrin hazırlanması bu növ işlərin aparılması məqsədilə səlahiyyətləndirilmiş hüquqi şəxs (bundan sonra – hüquqi şəxs) tərəfindən təmin edilir.
3. Tikinti materiallarının yararlılığının təsdiqlənməsi üzrə işlərin aparılması məqsədilə hüquqi şəxsin səlahiyyətləndirilməsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətini və normativ-hüquqi tənzimləməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (bundan sonra – səlahiyyət orqan) tərəfindən həyata keçirilir.
4. Hüquqi şəxs aşağıdakı meyarlara cavab verdikdə yararlılığın təsdiqlənməsi sahəsində səlahiyyətlər əldə edir:
a) hüquq şəxs statusuna malik olduğunu təsdiq etdikdə;
b) ali texniki təhsili və tikinti materiallarının istehsalı, sınağı və tikintidə tətbiqi sahəsində ən azı 5 il iş təcrübəsi və peşəkar hazırlığı olan mütəxəssislər heyətinə malik olduqda;
c) fəaliyyətin həyata keçirilməsi üçün xidməti otaqları və zəruri təchizatı olduqda;
ç) standartlar fonduna malik olduqda;
d) tikinti materiallarının yararlılığının təsdiqlənməsi üzrə prosedurların yerinə yetirilməsi və nəticələrinin rəsmiləşdiriulməsi qaydasını müəyyən edən sənədləri olduqda;
e) ərizəçilərdən maliyyə və hüquqi cəhətdən müstəqil olduqda.
Hüquqi şəxsin bazasında tikinti və ya tikinti materialları üzrə texniki komitələr fəaliyyət göstərməli, bu bəndin b) yarımbəndində göstərilən mütəxəssislər isə texniki komitələrin fəaliyyətində iştirak etməlidirlər.
5. Tikinti materiallarının yararlılığının təsdiqlənməsi və texniki şəhadətnamənin hazırlanması ilə bağlı işlərin icrası üçün hüquqi şəxs qismində çıxış edən ərizəçi səlahiyyətli orqana ərizə ilə müraciət edir. Forması bu Texniki reqlamentin 3 nömrəli əlavəsində verilən ərizəyə aşağıdakı ilkin məlumat və sənədlər əlavə olunur:
- tikinti materiallarının prinsipal təsvirini özündə əks etdirən sənədlər (cizgilər, eskizlər və zərurət olduqda texniki həllər albomu);
- tikinti materiallarının keyfiyyəti barədə istehsalçının sənədi;
- tikinti materiallarının təsvirinə, təyinat və tətbiq sahəsinə, nomenklaturu, növü, markası, nişanlanmasına dair istehsalçının sənədi, tikinti materiallarının daşınması, istifadəsi, saxlanması, istismarı, tətbiqi, quraşdırılması üzrə təlimatlar;
- tikinti materiallarının sınaq nəticələri, xassələri və xüsusiyyətləri barədə məlumat;
- idarəetmə sisteminin uyğunluq sertifikatının surəti (olduqda);
- tikinti materiallarının tədarükünə dair müqavilənin surəti və spesifikasiyası (olduqda);
- tikinti materiallarının təyinatı və tətbiq üsulları.
Ərizəçinin fikrinə görə, tikinti materiallarının istifadəyə yararlılığını əsaslandıra biləcək digər texniki sənədlər və məlumatlar da onun öz istəyi ilə səlahiyyətli orqana təqdim edilə bilər.
6. Ərizəçi yararlılığı təsdiqlənən tikinti materialları ilə əlaqədar təqdim edilmiş sənədlərin düzgünlüyünə və tamlığına, məlumatların mötəbərliyinə, tikinti materiallarının daşıma və saxlama şəraitlərinin təmin edilməsinə, onların təhlükəsizlik göstəricilərinin texniki şəhadətnamədəki göstəricilərə uyğunluğuna görə məsuliyyət daşıyır.
7. Səlahiyyətli orqan:
- ərizəni, ona əlavə olunmuş sənədləri və ilkin məlumatları təhlil edir;
- yararlılığın təsdiqlənməsi ilə bağlı işlərin icrası barədə qərar qəbul edir;
- istehsalatın vəziyyətinin yoxlama və təhlilini aparır (seriyalı istehsal olunan tikinti materiallarının yararlılığı təsdiqlənərkən);
- sınaqlar proqramını hazırlayır, nümunələrin götürülməsini və akkreditasiya edilmiş sınaq laboratoriyasına göndərilməsini təmin edir;
- sınaq nəticələrini təhlil edir, bu Texniki reqlamentin tələblərinə uyğunluğun təmin edilməsi məqsədilə tikinti materiallarının əsas xüsusiyyətlərinin faktiki qiymətlərini təyin edir;
- tikinti materiallarının mümkün tətbiq şərtlərini və sahəsini müəyyənləşdirir;
- yararlılığın təsdiqlənməsi ilə bağlı işlərin nəticələrinə görə tikinti materiallarının tikintidə istifadəyə yararlılığının təsdiqlənməsi və texniki şəhadətmanənin verilməsinin mümkünlüyü (mümkünsüzlüyü) barədə qərar qəbul edir;
- texniki şəhadətnaməni tərtib və ərizəçiyə təqdim edir;
- tikinti materiallarının tətbiq şərtlərini və sahəsini müəyyənləşdirir.
8. Texniki şəhadətnamənin forması bu Texniki reqlamentin 4 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilir. Texniki şəhadətnaməyə tikinti materiallarının yararlılığı barədə səlahiyyətli orqan tərəfindən hazırlanan və aşağıdakı bölmələrdən ibarət rəy əlavə edilir:
- giriş və ümumi müddəalar, texniki şəhadərnamənin statusu və tətbiq şərtləri barədə məlumat;
- tikinti materiallarının təyinatı, tikinti materiallarını və onların tətbiq sahəsini eyniləşdirməyə imkan verən texniki təsviri;
- tikinti materiallarının sınağı zamanı əldə edilmiş əsas xüsusiyyətlərin qiymətləri;
- tikinti materiallarının istehsalının (mövcud olduqda), daşınmasının, saxlama və tətbiqinin xüsusi şərtləri, keyfiyyətə nəzarət, eləcə də tikinti materiallarının təhlükəsizliyinin təmin edilməsi və tikinti-quraşdırma, istismar, saxlama, daşıma, realizə edilmə və utilizasiya mərhələlərində onların əsas xüsusiyyətlərinin qorunub saxlanması istiqamətində görülməli olan tədbirlərin təsviri;
- tikinti materiallarının tikintidə istifadəyə yararlılığı barədə nəticələr, eləcə də onların tətbiqində məhdudiyyətlər;
- yararlılığın təsdiqlənməsi və texniki şəhadətnamənin hazrlanması prosedurlarının icrası zamanı istifadə edilmiş sənədlərin siyahısı (standartlaşdırma üzrə normativ sənədlər, texniki təsvirlər, rəylər, ekspertiza rəyləri, sınaq nəticələrinə dair hesabatlar, cizgi albomları və digər).
Tikinti materiallarının tikintidə istifadəyə yararlılığı barədə rəy bu Texniki 5 nömrəli əlavəsində verilən formada tərtib və təqdim edilir.
9. Tikinti materiallarının yararlılığının təsdiqlənməsi ilə bağlı işlər sınaq laboratoriyaları (mərkəzləri), elmi-tədqiqat, layihə təşkilatları və tikinti sahəsində layihələndirmə işlərinin və tədqiqatların aparılması üzrə ixtisaslaşmış digər səlahiyyətli təşkilatlar cəlb edilməklə təşkil edilir.
Sınaqlar tikinti materiallarının əsas xüsusiyyətlərinin faktiki qiymətlərini, əsas fiziki-mexaniki və digər xassələrini, xüsusiyyətlərini, təyinat və tətbiq sahəsini təyin etməyə imkan verən standart və ya xüsusi hazırlanmış, attestasiyadan keçmiş metodikalar əsasında aparılır.
10. Tikinti materiallarına dair texniki şəhadətnamənin hazırlanması müddəti, ərizəçi tərəfindən əsaslandırıcı materialların eyni vaxtda təqdim edilməsi şərtilə, ərizə təqdim edildiyi gündən ən geci üç ay təşkil edir. Bu halda ərizəçinin təqdim etdiyi məlumatların məxfiliyi təmin edilməlidir.
11. Texniki şəhadətnamənin qüvvəsi aşağıdakı hallarda dayandırılır:
- texniki şəhadətnamə qeyri-qanuni şəkildə istifadə edildikdə;
- tikinti materiallarının xüsusiyyətlərinə təsir edə biləcək tərkib və istehsalat texnologiyasında dəyişikliklər edildikdə;
- tikinti materiallarının keyfiyyəti ilə bağlı şikayətlər daxil olduqda və uyğunsuzluqların aradan qaldırılması müddəti üç aydan çox olmadıqda;
- sınaqların nəticələri mənfi olduqda.
12. Texniki şəhadətnamənin müddətinin uzadılması, əvvəl verilmiş texniki şəhadətmanənin qeydiyyat nömrəsi saxlanmaqla, yeni balnk üzərində rəsmiləşdirilir. Bu məqsədlə ərizəçi bu Qaydanın 5-ci bəndinə uyğun sənədləri təkrarən səlahiyyətli orqana təqdim edir.
13. Texniki şəhadətmanənin şərti işarəsi sənəd növünün işarəsindən (TŞ), defis, ölkə kodundan, qeydiyyat sıra nömrəsindən, texniki şəhadətmanənin vermiş səlahiyyətli orqanın eyniləşdirmə nömrəsi və qeydiyyat taixindən ibarətdir.
14. Səlahiyyətli orqan texniki şəhadətnəmələrdə əks olunan məlumatların obyektivliyinə və mötəbərliyinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.
“Tikinti materiallarının, məmulat və konstruksiyalarının
təhlükəsizliyi haqqında” texniki reqlamentə
3 nömrəli əlavə
Texniki şəhadətnamənin hazırlanması üçün ərizənin forması
______________________________
(ərizənin ünvanlandığı hüquqi şəxsin adı)
______________________________
(ərizənin ünvanlandığı hüquqi şəxsin ünvanı)
__________________________________________________________________________________________
(təşkilatın (ərizəçinin) adı)
“Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında” texniki reqlamentlə müəyyən edilmiş tikinti materiallarının tikintidə istifadəyə yararlılığının təsdiqlənməsi qaydasına əsasən,
___________________________________________________________________________
(normativ-texniki sənədin adı)
tələblərinə uyğun istehsal edilmiş (hazırlanmış) və
___________________________________________________________________________
(tikinti materialının təyinatı)
nəzərdə tutulan ______________________________________________________________
(tikinti materialının adı)
yararlılığını təsdiq etməyinizi və texniki şəhadətnamə verməyinizi xahiş edirik.
Bəyan edilən tikinti materialının yararlılığının əsaslandırılması üçün aşağıdakıları əlavə edirik:
___________________________________________________________________________
___________________________________________________________________________
(Bəyan edilən tikinti materialının tikintidə istifadəyə yararlılığı və təhlükəsizliyi haqqında məlumatları əks etdirən texniki materiallar, o cümlədən (olduqda):
__________________________________________________________________________________________
(məhsulun təsviri, texniki xüsusiyyətləri, tətbiq sahəsi, istifadə üzrə təlimat, sınaq protokolları, ixtisaslaşmış təşkilatların rəyləri, sertifikatlar)
__________________________________________________________________________________________
(tikinti materialı barədə digər məlumat və materiallar)
________________________________________________________________________________________
(təşkilatın VÖEN, ünvanı, əlaqələndirici şəxs, telefon, faks, elektron poçt ünvanı)
Ərizəçi
___________________ ____________________ ________________
(vəzifə) (imza) (soyad)
M.Y.
“Tikinti materiallarının, məmulat və konstruksiyalarının
təhlükəsizliyi haqqında” texniki reqlamentə
4 nömrəli əlavə
Tikinti materiallarının Azərbaycan Respublikası ərazisində tikintidə istifadəyə yararlılığı haqqında texniki şəhadətnamənin forması
TŞ-AZ- _____________________
(şərti işarəsi)
Qeydiyyat tarixi: “____” ______________ 20___ il
Etibarlıdır: “____” ______________ 20___ il
Bu texniki şəhadətnamə aşağıda adı, növü və təyinatı göstərilən tikinti materialının “Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında” texniki reqlamentin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində tikintidə istifadəyə yararlılığını təsdiq edir.
Yararlılığı təsdiq edən səlahiyyətli orqan
______________________________________________________________________
(səlahiyyətli orqanın adı, telefon, elektron poçt ünvanı)
Tikinti materialının adı _______________________________________________________
XİF MN üzrə kod ____________________________________________________________
Təyinatı ____________________________________________________________________
Ərizəçi ____________________________________________________________________
(Ərizəçinin tam və qısaldılmış adı, rekvizitləri)
İstehsalçı __________________________________________________________________
(İstehsalçının tam və qısaldılmış adı, rekvizitləri)
__________________________________________________________________________________________
(Texniki reqlamentin adı)
tələblərinə uyğundur.
Texniki şəhadətnamə _________________________________________________________
(Tikinti materialının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiqləyən sənədlər barədə məlumat)
əsasında verilib.
Əlavə məlumat ______________________________________________________________
Texniki şəhadətnamə _________________________________________________________
___________________________________________________________________________
(sınaq laboratoriyasının (mərkəzinin) adı, protokolun nömrəsi, ekspert rəylərinin verildiyi tarix)
aparılmış sınaqların protokolları əsasında verilib.
Texniki şəhadətnamə __________________________________________________müddətə
_______________________________________________________münasibətdə qüvvədədir.
(seriyalı istehsal, müqavilə, partiya, həcm)
Qoşma: Tikinti materialının tikintidə istifadəyə yararlılığı haqqında rəy (texniki şəhadətnaməni verən səlahiyyətli orqanın adı).
Texniki şəhadətnaməni verən səlahiyyətli orqanın məsul şəxsinin vəzifəsi, S.A.A. və imzası.
“Tikinti materiallarının, məmulat və konstruksiyalarının
təhlükəsizliyi haqqında” texniki reqlamentə
5 nömrəli əlavə
Tikinti materiallarının tikintidə istifadəyə yararlılığının təsdiqlənməsi prosedurunu həyata keçirən səlahiyyətli orqanın firma nişanı (blankı), adı və hüquqi ünvanı
“TƏSDİQ EDİRƏM”
(Tikinti materiallarının tikintidə istifadəyə yararlılığının təsdiqlənməsi prosedurunu həyata keçirən səlahiyyətli orqanın rəhbəri)
Tikinti materiallarının tikintidə istifadəyə yararlılığı barədə rəyin forması
___________________________________________________________________________
(Tikinti materialının adı)
Rəyin nömrəsi _________________________________________
Giriş _________________________________________________
1. Ümumi müddəalar ____________________________________
2. Tikinti materialının prinsipal təsviri,
təyinatı və tətbiq sahəsi ________________________________________________________
___________________________________________________________________________
(mətn, tikinti materialının şərti işarəsi, ilkin materialların və tərkib elementlərin siyahısı,
texnologiyanın xüsuiyyətləri)
3. Əsas xüsusiyyətlərin siyahısı və qiymətləri, parametrlər _____________________________
___________________________________________________________________________
(mətn, tətbiq olunan tikinti materiallarının ümumi spesifikasiyası, ərizəçinin bəyan etdiyi xüsusiyyətlər)
4. Tikinti materiallarının daşınmasının, saxlama
və tətbiqinin xüsusi şərtləri, keyfiyyətə nəzarət ______________________________________
___________________________________________________________________________
(istehsalçının (tədarükçünün) tövsiyələri və normativ sənədlərin tələbləri nəzərə alınmaqla, tikinti materialının daşınma, saxlama, istifadə təhlükəsizliyini və keyfiyyətə nəzarəti təmin edən xüsusi şərtlər (olduqda) barədə mətn)
5. Nəticələr _________________________________________________________________
___________________________________________________________________________
(məhsulun istifadəyə yararlılığı, tətbiq sahəsi və istifadə şərtləri barədə rəyin mətni)
6. İstifadə olunmuş materialların və normativ sənədlərin (standartların, texniki şərtlərin, sınaq metodikalarının siyahısı) _______________________________________________________
___________________________________________________________________________
Məsul icraçı İmza S.A.A.
__________________ _________________ _________________