Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

 Layihə

“Pirotexniki məmulatların təhlükəsizliyi haqqında texniki reqlament”in təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

Pirotexniki məmulatların təhlükəsizliyi haqqında  texniki reqlament” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri, “__” ______ 2025-ci il

№ ___

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2025-ci il ______ tarixli ____ nömrəli Qərarı

ilə təsdiq edilmişdir

Pirotexniki məmulatların təhlükəsizliyi haqqında texniki reqlament

1 Ümumi müddəalar

1.1. “Pirotexniki məmulatların təhlükəsizliyi haqqında  texniki reqlament” texniki reqlament (bundan sonra – texniki teqlament) “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu texniki reqlament “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pirotexniki məmulatların təhlükəsizliyinin təmin edilməsi və onların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir.

1.3. Azərbaycan Respublikasında pirotexniki məmulatların təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə pirotexniki məmulatlar ona tətbiq olunan bütün texniki reqlamentlərin də tələblərinə uyğun olmalıdır.

2. Əsas anlayışlar

2.1. Bu texniki reqlamentin məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. təhlükəsizlik – zərər və (və ya) ziyanvurma ehtimalı ilə əlaqəli qəbuledilməz riskin olmamasıdır;

2.1.2. pirotexniki məmulatların eyniləşdirilməsi – pirotexniki məmulatların texniki reqlamentin tətbiqi sahəsinə aid edilməsi və onlara dair texniki sənədlərə (o cümlədən istismar sənədlərinə) uyğunluğunun müəyyən edilməsi prosedurudur;

2.1.3. idxalçı – pirotexniki məmulatların idxalı üçün Azərbaycan Respublikasının qeyri-rezidenti ilə xarici ticarət müqaviləsi bağlayan, həmin malların realizə olunmasını həyata keçirən və texniki reqlamentin təhlükəsizlik tələblərinə uyğunluğuna görə məsuliyyət daşıyan Azərbaycan Respublikasının rezidenti;

2.1.4. manipulyasiya nişanları – yüklə davranma üsullarını göstərən təsvirlərdir;

2.1.5. pirotexniki məmulatların dövriyyəsi – pirotexniki məmulatların satışı, saxlanılması, istismarı, daşınması, istehlak bazarına idxalı və istehlak bazarından çıxarılmasıdır;

2.1.6. təhlükəli zona – pirotexniki tərkibi və onun tərkibində olan məmulatı əhatə edən və daxilində ən azı bir təhlükəli amilin təhlükəli həddə çatdığı məkanın hissəsidir;

2.1.7. təhlükəli amil – pirotexniki tərkibi və onun tərkibində olan məmulatların yaratdığı, təhlükəli həddə çatdıqda insanların sağlamlığına təhlükə yaradan, əmlaka və ətraf mühitə ziyan vuran spesifik təsirdir;

2.1.8. topdansatış anbarı – istehsalat təşkilatının qablaşdırılmasında topdansatış miqdarda pirotexniki məmulatların saxlanması üçün nəzərdə tutulmuş standartlara uyğun olaraq yanğın siqnalizasiyası və yanğınsöndürmə avadanlığı ilə təchiz edilmiş, məhsulların yenidən qablaşdırılmadan qəbulu və buraxılması üzrə işlərə icazə verən yanğın və partlayış təhlükəsi üzrə müvafiq kateqoriyalı ayrıca tikilidir (binadır);

2.1.9. pirotexniki məmulat – pirotexniki tərkibin yanması (partlaması) yolu ilə istənilən effekti əldə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Pirotexniki tərkiblərin xüsusiyyətlərindən və kimyəvi çevrilmələr zamanı baş verən proseslərin xarakterindən asılı olaraq, pirotexniki məmulatlar yanğın təhlükəli və partlayıcı məmulatlara bölünür. Təyinatına görə pirotexniki məmulatlar məişətdə istifadə olunan pirotexniki məmulatlara və texniki təyinatlı pirotexniki məmulatlara bölünür. Pirotexniki məmulatlar saxlanma zamanı texniki xidmət və ya istismar zamanı enerji sərfiyyatı tələb etmir;

2.1.10. məişət təyinatlı pirotexniki məmulat – əhalinin istifadəsi üçün nəzərdə tutulmuş və istifadə qaydalarına uyğun olaraq istismarı insanların, əmlakın və ətraf mühitin təhlükəsizliyini təmin edən pirotexniki məmulatdır;

2.1.11. texniki təyinatlı pirotexniki məmulat – istifadəsi üçün xüsusi bilik və mexanizmlər (qurğular) tələb olunan pirotexniki məmulatdır;

2.1.12. pirotexniki tərkib – müstəqil surətdə və ya ətraf mühitin iştirakı ilə yanma qabiliyyətinə malik olan, yanma prosesi zamanı qaz və kondensasiya olunmuş məhsullar, istilik, işıq və mexaniki enerji əmələ gətirən, müxtəlif optik, elektrik, təzyiq və digər xüsusi effektlər yaradan komponentlərin qarışığıdır;

2.1.13. təyinatı üzrə istifadə (istismar) ​​– pirotexniki məmulatların istehsalçı tərəfindən bu məhsullar üzərində və (və ya) istismar sənədlərində göstərdiyi məqsədə uyğun istifadə edilməsidir;

2.1.14. atəşfəşanlıq nümayişlərinin keçirilməsi – texniki məqsədlər üçün pirotexniki məmulatlardan istifadə edilən kütləvi əyləncə xarakterli tədbirdir;

2.1.15. istehlak anbarı – yanğın və partlayış təhlükəsi üzrə müvafiq kateqoriyalı, pirotexniki məmulatların yararlılıq müddətində müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş standartlara uyğun olaraq yanğın siqnalizasiyası və yanğınsöndürmə avadanlığı ilə təchiz edilmiş pirotexniki məmulatların istehlak qablaşdırmasına, təkrar qablaşdırmaya, kiçik partiyaların formalaşmasına və paylanmasına imkan verən tikilidir (binadır, səyyar anbardır);

2.1.16. pirotexniki məmulatların satışı – pirotexniki məmulatların satışıdır;

2.1.17. pərakəndə satış şəbəkəsi anbarı – pərakəndə satış şəbəkəsi vasitəsilə satılan məişət təyinatlı pirotexniki məmulatların qısamüddətli (1 ilədək) saxlanması üçün nəzərdə tutulmuş sahədir (satış sahəsidir);

2.1.18. istehsalçı tərəfindən müvəkkil edilmiş şəxs – pirotexniki məmulatların uyğunluğunun təsdiq edilməsi və istehlak bazarında yerləşdirilməsi zamanı adından hərəkətlərin həyata keçirilməsi, habelə pirotexniki məmulatların bu texniki reqlamentlərin tələblərinə uyğun olmamasına görə məsuliyyət qoyulması üçün istehsalçı tərəfindən onunla bağlanmış müqavilə əsasında müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş hüquqi və ya fiziki şəxsdir;

2.1.19. pirotexniki məmulatların utilizasiyası – pirotexniki məmulatların təhlükəsiz vəziyyətə gətirilməsi və ya pirotexniki tərkiblərin təkrar istifadəsi məqsədilə emalıdır;

2.1.20. atəşfəşanlıq məmulatı – kütləvi əyləncə xarakterli tədbirlər zamanı səs, işıq, tüstü və digər effektlər yaratmaq üçün nəzərdə tutulmuş texniki təyinatlı pirotexniki məmulatdır;

2.1.21. pirotexniki məmulatların saxlanması – pirotexniki məmulatların topdansatış, istehlak və pərakəndə satış obyektlərinin anbarlarında, ixtisaslaşdırılmış nəqliyyat vasitələrində və vətəndaşların şəxsi yerlərində pirotexniki məmulatların xassələrinin və təhlükəsizliyinin qorunmasını təmin etməklə onların yerləşdirilməsidir;

2.1.22. pirotexniki məmulatların istismarı – pirotexniki məmulatların hazırlanması və təyinatı üzrə istifadə edilməsidir.

2.2. Texniki reqlamentdə istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

3. Pirotexniki məmulatların təhlükəsizliyinə dair texniki reqlamentin tətbiq dairəsi

3.1. Bu Texniki reqlamentin tələbləri “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına və “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq siyahısı bu texniki reqlamentin 1 nömrəli əlavəsində verilən pirotexniki məmulatlara şamil edilir.

3.2. Bu texniki reqlament istehlak bazarında pirotexniki məmulatlara və bununla bağlı istehsal, daşınma, saxlanma, satış, istismar, utilizasiya proseslərinə tətbiq və icra edilməsi üçün məcburi tələbləri və insanların həyatını və/və ya sağlamlığını, əmlakını qorumaq, habelə təyinatı və təhlükəsizliyi ilə bağlı istehlakçıları (istifadəçiləri) çaşdıran hərəkətlərin qarşısını almaq məqsədilə onların uyğunluğunun qiymətləndirilməsi prosedurlarını müəyyən edir.

3.3. “Pirotexniki  məmulatların təhlükəsizliyi haqqında” texniki reqlament dövlətin təhlükəsizliyi və müdafiəsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi sahəsinə şamil edilmir.

4. İstehlak bazarında pirotexniki məmulatların dövriyyəsinə dair tələblər

4.1. Pirotexniki məmulatların istehlak bazarında dövriyyəsi onların bu texniki reqlamentin tələblərinə uyğunluğu təsdiq edildikdən sonra mümkündür.

4.2. Bu texniki reqlamentin tələblərinə uyğunluğu təsdiq edilməmiş pirotexniki məmulatlar, bazarda uyğunluq nişanı ilə nişanlanmamalı və dövriyyəyə buraxılmamalıdır.

4.3. Pirotexniki məmulatların satışı hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir, bu zaman texniki təyinatlı pirotexniki məmulatların satışı IV və V sinif pirotexniki məmulatların yayılmasına lisenziyası (icazəsi) olan hüquqi şəxs tərəfindən həyata keçirilir.

5. Təhlükəsizlik tələbləri

5.1. Ümumi tələblər

5.1.1. Pirotexniki məmulatlar istismar zamanı potensial təhlükə dərəcəsinə görə aşağıdakı təhlükə siniflərindən birinə uyğun olmalıdır:

5.1.1.1. I sinif – hərəkətin kinetik enerjisi 0,5 C-dan çox olmayan, zərbə dalğası və təhlükə zonasından kənarda uçan qəlpələri olmayan, pirotexniki məmulatlardan 0,25 m məsafədə akustik şüalanma 125 dB-dən və digər amillər üzrə təhlükə zonasının radiusu 0,5 m-dən çox olmayan pirotexniki məmulatlar;

5.1.1.2. II sinif – hərəkətin kinetik enerjisi 5 C-dan çox olmayan, zərbə dalğası və təhlükə zonasından kənarda uçan qəlpələri olmayan, pirotexniki məmulatlardan 2,5 m məsafədə akustik şüalanma 140 dB-dən və digər amillər üzrə təhlükə zonasının radiusu 5 m-dən çox olmayan pirotexniki məmulatlar;

5.1.1.3. III sinif - istiqamətli hərəkət zamanı kinetik enerji dəyəri 5 C-dan çox olan, qeyri-istiqamətli hərəkət zamanı 20 C-dan çox olmayan, zərbə dalğası və təhlükə zonasından kənarda uçan qəlpələri olmayan, pirotexniki məmulatlardan 5 m məsafədə akustik şüalanma 140 dB-dən, digər amillər üzrə təhlükə zonasının radiusu III sinif üçün 30 m-dən, III a yarımsinfi üçün 20 m-dən çox olmayan pirotexniki məmulatlar;

5.1.1.4. IV sinif – zərbə dalğası olmayan və digər amillərdən ən azı biri üzrə təhlükə zonasının radiusu 30 m-dən çox olan pirotexniki məmulatlar;

5.1.1.5. V sinif – I – IV siniflərə daxil olmayan digər pirotexniki məmulatlar.

5.1.2 Zəruri hallarda bu texniki reqlamentin istinad standartlarında müəyyən edilmiş təhlükə sinifləri daxilində əlavə yarımsiniflərin tətbiqinə icazə verilir.

5.1.3. Qanunvericiliyə əsasən təhlükə sinfinin (yarımsinfinin) azaldılması üçün başqa məhdudiyyətlər müəyyən edilməsə, məişət təyinatlı pirotexniki məmulatlar III sinifdən yüksək təhlükə sinfinə malik ola bilməz.

5.1.4. Müxtəlif nəqliyyat növləri ilə daşınma üçün daşıma təhlükəsi BMT-nin Nümunəvi Qaydaları və təhlükəli yüklərin təsnifatının beynəlxalq prinsipləri əsasında müəyyən edilən pirotexniki məmulatlar təhlükəli yüklər hesab edilir.

Pirotexniki məmulatların nəqliyyat təhlükəsinin təsnifatı bu texniki reqlamentə 2 nömrəli əlavədə verilmişdir.

5.2. Pirotexniki məmulatların təhlükəsizlik tələbləri.

Pirotexniki məhsullar icazə verilən maksimum təhlükəsizlik səviyyəsini təmin etməlidir, o cümlədən:

5.2.1. Daxili işəsalma qurğusundan və ya xarici standart elektrik detonatorundan (ED-8 tipli) işə salındıqda I – IV sinif pirotexniki məmulatlar partlamamalı və məhsulun təsadüfən işə düşməsi yaxınlıqda (qablaşdırmada) yerləşən oxşar məhsulun anormal işləməsinə (təhlükəli amillərin nomenklaturasının və təhlükə zonasının radiusunun dəyişməsinə) səbəb olmamalıdır;

5.2.2. Hündürlükdə effekt yaradan məişət təyinatlı pirotexniki məmulatın istismara başlamazdan əvvəlki ləngimə vaxtı istehlakçını istifadə təlimatında göstərilən məsafəyə çıxarmaq üçün kifayət etməlidir;

5.2.3. Məişət təyinatlı pirotexniki məmulatların saxlanması və istismarı zamanı funksionallığını, habelə elektrik işəsalma qurğularını yoxlamaq qadağandır;

5.2.4. I sinif məhsullarda elektrik işəsalma sistemlərinin istifadəsinə icazə verilmir;

5.2.5. Atəşfəşanlıq məhsulları üçün istismar sənədlərində aşağıdakı əlavə xüsusi məlumatlar olmalıdır:

–   mortirada (atma avadanlığının digər təsir qüvvələrində) yaranan maksimum təzyiq;

- yaranan təsirlərin təsviri;

- qırılma (qaldırma) hündürlüyünün göstəricisi;

- piroelementlərin mümkün yanma hündürlüyünün göstərilməsi;

- küləyin sürətindən asılı olaraq təhlükə zonasının radiusu;

- yavaşlama vaxtı (yanğınkeçirici elementi olan məhsullar üçün);

–   mortiranın tövsiyə olunan ölçüləri (diametri, işçi hissəsinin uzunluğu);

5.2.6. Qrup oyunları və texniki yaradıcılığın inkişafı üçün pirotexniki məmulatlar (nişanlayıcı, siqnal, hədəf təyinatlı qumbaralar, raketlər, minalar, mikromühərriklər, işəsalma və atma qurğuları):

– IV sinifdən yüksək təhlükəyə malik olmamalıdır;

- istehlakçılar üçün zəruri qoruyucu vasitələrin siyahısı, istiqamət xüsusiyyətləri və uçuş məsafəsi, istismar şərtləri üzrə məhdudiyyətlər (görünmə, küləyin sürəti, geriçəkilmə qüvvəsi, bu məhsulların işlədilməli olduğu səthin xarakteri) daxil olmaqla xüsusi məlumatları ehtiva edən istismar sənədləri, eləcə də onların xüsusi təchiz olunmuş oyun sahəsindən (meydançasından) kənarda və təlimatçının nəzarəti olmadan istifadəsinin yolverilməzliyi barədə xəbərdarlıq olmalıdır;

5.2.7. Pirotexniki məmulatlar üçün konstruksiya və texnoloji sənədlər tərtib edilir ki, ona riayət edilməsi işlənmiş pirotexniki məmulatların dövriyyəsinin sonrakı mərhələlərində bu texniki reqlamentin tələblərinə uyğunluğu təmin edilsin. Konstruksiya sənədlərində pirotexniki məmulatların təhlükəsizliyini müəyyən edən texniki tələblərin və xüsusiyyətlərin onlara nəzarət üsulu göstərilmədən qeyd olunmasına yol verilmir;

5.2.8. pirotexniki məmulatlar üçün təhlükəli amillər aşağıdakılar nəzərə alınmaqla onlarla davranışın bütün mərhələlərində müəyyən edilir:

- istifadə edilən pirotexniki tərkiblərin xassələri;

- pirotexniki məmulatların xarici amillərə həssaslığı;

- pirotexniki məmulatın və onun qablaşdırılmasının konstruksiya xüsusiyyətləri;

- pirotexniki məmulatların istismar üsulları və metodları;

- pirotexniki məmulatların utilizasiya üsulları və metodları;

5.2.9. pirotexniki məmulatlar üçün aşağıdakı vasitələrlə sonrakı mərhələlərdə onlarla davranışla bağlı təhlükəsizlik tədbirləri təhlil və müəyyən edilir:

– təhlükə xüsusiyyətlərinin tədqiqi və müəyyən edilməsi, o cümlədən təhlükə sinfinin müəyyən edilməsi;

- Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş təhlükəli yüklərin daşınması üçün pirotexniki məmulatların təsnifat kodları da daxil olmaqla daşınma şərtlərinin, yararlılıq müddətlərinin və tələblərinin müəyyən edilməsi;

- pirotexniki məmulatların təhlükəsiz istismarı və utilizasiyası üzrə istehlakçılar üçün zəruri olan məlumatların işlənib hazırlanması.

5.3. Məişət təyinatlı pirotexniki məmulatlar içərisində alovsöndürən maddələr olan və yanğına qarşı emala məruz qoyulmuş nəqliyyat tarasına qablaşdırılır. Taranın üzərinə “Yanğından mühafizə ilə qablaşdırma” xüsusi yanğın təhlükəsizliyi nişanı və “Daxili yanğından mühafizə” yazısı vurulur.

5.4. Pirotexniki məmulatların istehsal prosesinə dair təhlükəsizlik tələbləri.

Pirotexniki məmulatların istehsalı istehsalçı tərəfindən həyata keçirilir:

5.4.1. Yanğın və partlayış təhlükəli işlərin görülməsi üçün tələblər nəzərə alınmaqla hazırlanmış və müəyyən edilmiş qaydada təsdiq edilmiş texnoloji sənədlər üzrə;

5.4.2. Müəyyən edilmiş istismar qaydalarına uyğun olaraq pirotexniki məmulatların istehsalı prosesini təmin edən və nəzarət avadanlığının, texnoloji prosesin təhlükəsizliyini təmin edən istehsal qurğularının tətbiq edilməsi ilə istehsal sahələrində;

5.4.3. Qanunvericiliyə uyğun olaraq pirotexniki məmulatların istehsalı üzrə fəaliyyətin həyata keçirilməsinə icazə (lisenziya) olduqda.

5.5. Pirotexniki məmulatların satışı prosesində təhlükəsizlik tələbləri.

Pirotexniki məhsulların satışı prosesində aşağıdakı təhlükəsizlik tələbləri yerinə yetirilir (dövlətin qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmayıbsa):

5.5.1.  Texniki təyinatlı pirotexniki məmulatların satışı IV və V sinif pirotexniki məmulatların yayılmasına lisenziyası (icazəsi) olan hüquqi şəxs tərəfindən həyata keçirilir;

5.5.2.  Məişət təyinatlı pirotexniki məmulatların pərakəndə satışı məhsulların təhlükəsizliyini təmin edən, birbaşa Günəş şüalarını və atmosfer yağıntılarının düşməsini istisna edən mağazalarda, mağaza şöbələri və bölmələrində, pavilyonlarda və köşklərdə həyata keçirilir. Ticarət sahələrinin pirotexniki məmulatlarla yüklənməsi üçün birbaşa standartlar ticarət sahəsinin hər 25 m2 üçün brutto çəki üzrə 1200 kq pirotexniki məmulat miqdarında müəyyən edilir. Sahəsi 25 m2-dən az olan ticarət sahələrində brutto çəki üzrə eyni zamanda 333 kq-dan çox olmayan məişət təyinatlı pirotexniki məmulatların saxlanmasına və satışına icazə verilir;

5.5.3. Məişət təyinatlı pirotexniki məmulatların satıldığı yerlər fövqəladə vəziyyətlərdə insanların təxliyəsinə maneə yaratmamalıdır. Məişət təyinatlı pirotexniki məhsulların satışı üçün ticarət sahələri yanğın siqnalizasiyası və ilkin yanğınsöndürmə avadanlığı ilə təchiz edilmişdir. Dövlətin qüvvədə olan qanunvericiliyinə əsasən, yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq əlavə yanğın təhlükəsizliyi tələblərinin müəyyən edilməsinə icazə verilir;

5.5.4. Ticarət obyektlərində məişət istifadəsi üçün pirotexniki məmulatların nümunələri olan vitrinlər alıcıya pirotexniki məmulatların üzərindəki yazılarla tanış olmaq imkanı verir və alıcılar tərəfindən vizual yoxlamadan başqa məhsullarla hər hansı hərəkəti istisna edir;

5.5.5. Məişət təyinatlı pirotexniki qurğular istilik sisteminin qızdırıcı cihazlarından 0.5 m-dən çox olmayan məsafədə yerləşir. Məişət təyinatlı pirotexniki məmulatları olan otaqlarda mexaniki və (və ya) istilik hərəkətləri ilə müşayiət olunan işlərə yol verilmir;

5.5.6. Özünəxidmət mağazalarının satış yerlərində məişət təyinatlı pirotexniki məmulatların satışı yalnız ixtisaslaşdırılmış bölmələrdə satış məsləhətçiləri tərəfindən həyata keçirilir, alıcıların məişət təyinatlı pirotexniki məmulatlara birbaşa çıxışı istisna edilir.

5.6. Pirotexniki məmulatların saxlanma prosesinə qoyulan tələblər.

5.6.1 Pirotexniki məmulatların saxlanması qanunvericiliyə uyğun olaraq istismar sənədlərinin tələblərinə və yanğın (sənaye) təhlükəsizliyi qaydalarına əsasən həyata keçirilir və pirotexniki məmulatlar olan qablaşdırmalara birbaşa Günəş şüalarının və atmosfer yağıntılarının düşməsini istisna edir.

5.6.2 İstifadəyə yararsız (qüsurlu) pirotexniki məmulatların anbarlarda müvəqqəti saxlanmasına yalnız xüsusi ayrılmış yerdə və xəbərdaredici məlumatlarının olması ilə icazə verilir. Tamlığı pozulmuş taralarda saxlanılan və işləndikdə təhlükə yaradan pirotexniki məmulatlar təcrid olunaraq ayrıca otaqda (yerdə) və ya ayrıca qablaşdırmada saxlanılır.

5.6.3 Vətəndaşlar tərəfindən şəxsi istifadə üçün alınmış məişət təyinatlı pirotexniki məmulatlar yanğın təhlükəsizliyi tələblərinə və müvafiq pirotexniki məmulatlardan istifadə qaydalarına riayət olunmaqla saxlanılır.

5.6.4 Pirotexniki məmulatların saxlanması topdansatış, istehlak malları və pərakəndə satış anbarlarındakı ştabellərdə (paletlərdə və ya taxta döşəmələrdə) və rəflərdə həyata keçirilir. Pirotexniki məmulatların aparılan işlərin texnoloji dövrü ərzində təchiz edilmiş nəqliyyat vasitələrində və ya istifadə yerlərində müvəqqəti saxlanmasına icazə verilir.

5.7. Pirotexniki məmulatların daşınması prosesinə dair tələblər.

5.7.1. Pirotexniki məmulatların daşınması prosesində aşağıdakı təhlükəsizlik tələbləri yerinə yetirilir:

5.7.1.1. pirotexniki məmulatların daşınması onların xassələrinin qorunmasını təmin edir və məhsulun təhlükə sinfi nəzərə alınmaqla bu nəqliyyat növü üçün qüvvədə olan yüklərin daşınması qaydalarına uyğun olaraq həyata keçirilir;

5.7.1.2. pirotexniki məmulatların daşınmasına yalnız onların qablaşdırması, etiketlənməsi, daşıma nişanları, lazımi göndərmə sənədlərinin olması, daşınma zamanı onların istehlak xassələrinin qorunub saxlanması və istismar sənədlərinin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə icazə verilir;

5.7.1.3. vətəndaşlar tərəfindən şəxsi istifadə üçün alınmış məişət təyinatlı pirotexniki məmulatların hər göndərişdə ümumi çəkisi 333 kq-dan çox olmayan həcmdə istismar sənədlərinin tələblərinə uyğun olaraq daşınmasına icazə verilir;

5.7.1.4. Bu texniki reqlamentin 2 nömrəli əlavəsinə əsasən, nəqliyyat təhlükəsi 1.4 yarımsinfə malik pirotexniki məmulatların çəki məhdudiyyəti qoyulmadan daşınması yükgöndərən və ya alıcı tərəfindən müəyyən edilmiş marşrut üzrə avtomobil nəqliyyatı ilə daşıma qaydalarının tələblərinə uyğun olaraq təhlükəli yüklərin daşınmasına buraxılış şəhadətnaməsi lisenziyası olan sürücünün idarə etdiyi bir nəqliyyat vasitəsi ilə həyata keçirilir. Yükü müşayiət etmək üçün yükgöndərən və ya yükalan məsul şəxs təyin edilir. Onun funksiyalarını daşınan pirotexniki məmulatların xassələrini və xüsusiyyətlərini bilən sürücü yerinə yetirə bilər.

Daşınma marşrutunun dövlətin səlahiyyətli orqanı ilə razılaşdırılması və daşıma icazəsinin rəsmiləşdirilməsi tələb olunmur.

5.7.2. Bu texniki reqlamentin 2 nömrəli əlavəsinə əsasən, nəqliyyat təhlükəsi yarımsinfi 1.4-dən yuxarı olan IV sinif, habelə V sinif pirotexniki məmulatların daşınması aşağıdakı hallarda həyata keçirilir:

­– istehlak bazarında qüvvədə olan təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq ölkə ərazisi üzrə;

– “Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında” Avropa Sazişinə (DOPOQ) və İmzalama Protokoluna (Azərbaycan Respublikası 2000-ci il 18 iyul tarixli 913-I Q nömrəli Qanunla qoşulmuşdur) uyğun olaraq ən azı iki dövlətin ərazisi üzrə.

5.8. Pirotexniki məmulatların istismarı zamanı təhlükəsizlik tələbləri.

Pirotexniki məhsulların istismarı prosesində aşağıdakı təhlükəsizlik tələbləri yerinə yetirilir:

5.8.1. pirotexniki məhsulların istismarı istismar sənədlərinin tələblərinə və ya qanunvericiliyə əsasən yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq müəyyən edilən, yanğın təhlükəsizliyi tələbləri nəzərə alınmaqla hazırlanan və müəyyən edilmiş qaydada təsdiq edilmiş texnoloji təlimatlara (texnoloji proseslərə) uyğun olaraq həyata keçirilir. Pirotexniki məmulatların təyinatının kənar məqsədlər üçün istifadəsinə yol verilmir;

5.8.2. pirotexniki məmulatların istehsal (sənaye tətbiqi) şəraitində istismarı texnoloji əməliyyatların yerinə yetirilməsi üsullarını, yanğın və partlayış təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirləri və ona riayət olunmasına nəzarəti özündə əks etdirən texnoloji təlimatlara (texnoloji proseslərə) müvafiq olaraq həyata keçirilir;

5.8.3. atəşfəşanlıq nümayişlərinin və ya texniki təyinatlı pirotexniki məmulatların istifadəsi ilə bağlı olan digər əyləncə xarakterli tədbirlərin keçirilməsi üçün icazə (lisenziya) Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxslərə verilir;

5.8.4. pirotexniki məmulatlarla işlər bu pirotexniki məmulat və istifadə olunan avadanlıq üçün normativ sənədlərin tələblərinə uyğun olaraq istismara yararlı avadanlıqda aparılır.

5.9. Pirotexniki məmulatların utilizasiya prosesinə dair təhlükəsizlik tələbləri istehlak xüsusiyyətlərini itirmiş və (və ya) bu texniki reqlamentlərin tələblərinə uyğun olmayan pirotexniki məmulatlar, o cümlədən elektrik yandırıcıların nasazlığı, tərkib hissələrin alovlanmaması, məmulatların natamam işləməsi, elektrik yandırıcı naqillərin qırılması, yararlılıq müddətinin bitməsi, eyniləşdirmə əlamətlərinin olmaması (itirilməsi), zərər izlərinin aşkar edilməsi kimi hallarda saxta pirotexniki məmulatlar utilizasiya edilməlidir.

Pirotexniki məhsulların utilizasiyası prosesində aşağıdakı təhlükəsizlik tələbləri yerinə yetirilir:

– pirotexniki məmulatlar istismar sənədlərində göstərilən tələblərə uyğun olaraq və ya məhsulun üzərində işarələr şəklində yanğın təhlükəsizliyi və partlayışa qarşı təhlükəsizlik tədbirlərinə riayət olunmaqla istehlakçı tərəfindən utilizasiya edilməlidir;

– pirotexniki məmulatların, o cümlədən istehsal və istehlak tullantılarının təkrar məhsulların (xammal, material, komponentlər) əldə edilməsi məqsədilə təkrar emalı texnoloji təlimatlara (texnoloji proses) uyğun olaraq pirotexniki məhsulların istehsalına icazəsi olan təşkilatlar tərəfindən qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.

5.10. Pirotexniki məmulatların nişanlamasına dair tələblər.

5.10.1. Pirotexniki məmulatların birmənalı eyniləşdirilməsini təmin etmək və istehlakçını çaşdıran hərəkətlərin qarşısını almaq üçün məmulata və (və ya) qablaşdırmaya (taraya) məlumat mətni və manipulyasiya nişanları şəklində işarələr vurulur.

5.10.2. Pirotexniki məhsulların nişanlanmasına aşağıdakılar daxildir:

– pirotexniki məmulatların adı (şərti işarəsi);

– pirotexniki məmulatların təhlükəsi və təhlükə sinfi haqqında xəbərdarlıq;

– pirotexniki məmulatların istehsalçısının (təchizatçısının və / və ya idxalçının) adı və yeri;

– pirotexniki məmulatların istehsal olunduğu standartların və ya digər sənədlərin göstərilməsi;

– yararlılıq müddətinin son tarixi;

– təhlükəli amillərin siyahısı və təhlükə zonasının ölçüləri;

– dövriyyə şərtlərinə məhdudiyyətlər;

– pirotexniki məmulatların təhlükəsiz saxlanmasına və utilizasiyasına dair tələblər;

– istifadəsinə dair təlimat;

– pirotexniki məmulatların bu texniki reqlamentlərin tələblərinə uyğunluğunun təsdiqi haqqında məlumat;

– pirotexniki məmulatların təyinatı və ya tətbiq sahəsi.

5.10.3. Nəqliyyat qablaşdırmasında (tarada) yükün təhlükə sinfi və istehsalçının (təchizatçının) və ya idxalçının adı, habelə partiyanın təfərrüatları göstərilir.

5.10.4. İşarələrin mətni dəqiq, aydın və oxunaqlı olmalıdır. Xəbərdarlıq bildirişləri ziddiyyətli şriftlə vurğulanır və ya “Diqqət!” yazısı ilə müşayiət olunur. İşarələrin sahəsi pirotexniki məmulatların və (və ya) onların qablaşdırmasının (tarasının) böyük tərəfinin sahəsinin ən azı 30%-ni tutmalıdır.

6. Təhlükəsizlik tələblərinə uyğunluğun təmin edilməsi

6.1. Pirotexniki məmulatların texniki reqlamentin tələblərinə uyğunluğu bilavasitə bu tələblərin yerinə yetirilməsi yolu ilə və ya texniki reqlamentin tələblərinə riayət olunmasının təmin edildiyi istinad standartlarının tələblərinin yerinə yetirilməsi yolu ilə təmin edilir.

7. Pirotexniki məmulatların uyğunluğunun qiymətləndirilməsi

7.1. Pirotexniki məmulatların bu texniki reqlamentin tələblərinə uyğunluğu 3 nömrəli əlavəyə uyğun olaraq, uyğunluq bəyannaməsi və ya sertifikatlaşdırma formasında məcburi təsdiq edilməlidir.

İstehsalçının öz ehtiyacları üçün hazırlanmış və xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmayan pirotexniki məmulatlara münasibətdə və ya hazır pirotexniki məmulatların komplektləşdirilməsinə dair kontrakt (müqavilə), habelə pirotexniki məmulatların sərgi (nümayiş) nümunələrinin uyğunluğunun təsdiq edilməsi tələb olunur.

7.2. Uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq təqdim edilir.

7.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınmış hüquqi şəxs (fərdi sahibkar kimi fiziki şəxs) və ya xarici istehsalçının funksiyalarını yerinə yetirən şəxs ərizəçi ola bilər.

7.4. Uyğunluq bəyannaməsinin və ya uyğunluq sertifikatının qüvvədə olma müddəti 3 ildir. Uyğunluq sertifikatının qüvvədə olma müddəti ərzində seriya və ayrıca partiya ilə buraxılan məmulatlar üçün uyğunluq bəyannaməsinin və ya uyğunluq sertifikatının qüvvədə olma müddəti həmin pirotexniki maddələrin yararlılıq müddəti bitənə qədərdir.

7.5. Uyğunluq bəyan edilərkən və sertifikatlaşdırılarkən pirotexniki məmulatların tədqiqi (sınağı) və parametrlərinin ölçülməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş sınaq laboratoriyaları (bundan sonra – “akkreditasiya edilmiş sınaq laboratoriyaları”) tərəfindən həyata keçirilir.

Ölkədə əldə edilmiş pirotexniki məhsulların sınaq nəticələri (sınaq protokolları) akkreditasiya edilmiş sertifikatlaşdırmanı aparan qurum və akkreditasiya edilmiş sınaq laboratoriyaları tərəfindən aşağıdakı şərtlərə riayət edilməsi ilə tanınır:

– pirotexniki məmulatların eyni və ya müqayisə edilə bilən tədqiqat (sınaq) və ölçü üsullarından istifadə edilməsi;

– malın (xidmətin, işin) sertifikatlaşdırmasını aparan orqanların və sınaq laboratoriyalarının (mərkəzlərinin) vahid reyestrinə daxil edilmiş sınaq laboratoriyalarında (mərkəzlərində) sınaqların aparılması.

Bəyannamə sxeminin seçimi ərizəçi tərəfindən bu texniki reqlamentin 4 nömrəli əlavəsinə uyğun olaraq həyata keçirilir.

Uyğunluq bəyannaməsi dövlətin qanunvericiliyinə uyğun olaraq sertifikatlaşdırma orqanları tərəfindən müvafiq qaydada qeydiyyata alınmalıdır.

7.6. Sertifikatlaşdırma dövlətin qanunvericiliyinə əsasən müəyyən edilmiş qaydada akkreditasiya edilmiş sınaq laboratoriyaları tərəfindən ərizəçi ilə bağlanmış müqavilə əsasında bu texniki reqlamentinin 5 nömrəli əlavəsinə uyğun olaraq həyata keçirilir. Bu texniki reqlamentə 6 nömrəli əlavəyə uyğun olaraq sertifikatlaşdırma sxeminin seçimi pirotexniki məmulatların istehsalının xüsusiyyətləri, həcmləri, təyinatı və potensial təhlükəsi nəzərə alınmaqla ərizəçi tərəfindən həyata keçirilir.

7.7. Uyğunluğun məcburi təsdiqini həyata keçirmək üçün ərizəçi sertifikatlaşdırma orqanına pirotexniki məmulatın istismar prinsipini, konstruksiyasını, texniki xarakteristikalarını, istismar zamanı şərtləri və məhdudiyyətləri, eləcə də tədqiqatların (sınaqların) nəticələrini və ölçmələr barədə məlumatları özündə əks etdirən texniki sənədləri və pirotexniki məmulatların bu texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq etmək üçün əsaslandırılmış zəruri digər sənədləri təqdim edir. Zəruri hallarda sertifikatlaşdırma orqanı pirotexniki məmulatın konstruksiyası, məmulatda istifadə olunan materialların və tərkib hissələrinin xassələri, nəzarət edilən parametrlərin nomenklaturası və nəzarətin həcmi, istismar tələbləri və məhdudiyyətlərinin əsaslandırılmaları barədə əlavə məlumat tələb etmək (əsaslandırmaları qeyd etməklə) hüququna malikdir.

7.8. Pirotexniki məmulatların eyniləşdirilməsi məcburi uyğunluğun təsdiqi zamanı aparılır və aşağıdakı ardıcıllıqla həyata keçirilir:

7.8.1. sənədlərin təhlili və yoxlanması;

7.8.2. pirotexniki məmulatların vizual yoxlanması, nişanlamaların olub-olmamasının və sənədlərdə göstərilən işarələrə uyğunluğunun yoxlanması;

7.8.3. müəyyən edilmiş pirotexniki məmulatların bu tip pirotexniki məmulatlara xas olan əsas əlamətlərə uyğunluğunun onlar üçün normativ sənədlərə müvafiq olaraq yoxlanması.

Pirotexniki məmulatların eyniləşdirilməsinin nəticələri eyniləşdirilməsini həyata keçirmiş orqanın rəyi ilə rəsmiləşdirilir.

7.9. Pirotexniki məmulatların uyğunluğunun qiymətləndirilməsi prosedurunun aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli, 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nın 2.23-cü maddəsinə əsasən tənzimlənir və bu texniki reqlamentə  əsasən uyğunluğunun qiymətləndirilməsi prosedurunun aparılması üçün son müddət 3 ay təşkil edir.

7.10. Pirotexniki məmulatların istehlak bazarında dövriyyəsinə o halda icazə verilir ki, onlar istehlak bazarında bu texniki reqlamentlə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsi prosedurlarından aşağıdakı şərtlərə əməl etməklə keçiblər:

7.10.1. Akkreditasiya edilmiş sertifikatlaşdırmanı aparan qurum və akkreditasiya edilmiş sınaq laboratoriyaları  tərəfindən sertifikatlaşdırmanın aparılması;

7.10.2. Uyğunluq sertifikatları və ya uyğunluq bəyannamələrinin tərtib olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli, 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na əsasən həyata keçirilməsi.

8. Pirotexniki məmulatların istehlak bazarında uyğunluq nişanı ilə nişanlanması

8.1. Bu texniki reqlamentin tələblərinə cavab verən və bu texniki reqlamentin 7-ci hissəsinə uyğun olaraq uyğunluğunun qiymətləndirilməsi prosedurundan keçmiş pirotexniki məmulatlar istehlak bazarında uyğunluq nişanı ilə nişanlanmalıdır.

8.2. İstehlak bazarında  uyğunluq nişanı ilə nişanlanma pirotexniki məmulatların bazarda dövriyyəyə buraxılmasından əvvəl həyata keçirilir.

8.3. Texniki reqlamentin təhlükəsizlik tələblərinə uyğun olan və Texniki reqlamentdə göstərilən qaydada uyğunluğu qiymətləndirilən pirotexniki məmulatlar istehlak bazarında məhsulun uyğunluq nişanı ilə nişanlanmalıdır.

8.3.1. Pirotexniki məmulatlara uyğunluq nişanının vurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq olunan “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na uyğun həyata keçirilir.

8.3.2. Pirotexniki məmulatların uyğunluq nişanı ilə nişanlanması onların istehlak bazarında dövriyyəyə buraxılmasından əvvəl tətbiq olunur.

8.3.3. Məhsulun uyğunluq nişanı hər bir pirotexniki məmulat vahidinə və istifadə müddəti ərzində dəqiq və aydın əks olunmasını təmin edən istənilən üsulla tətbiq olunur.

8.3.4. Məhsulun uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədi ilə təmin olunduğu halda, uyğunluq nişanı birbaşa məhsulun üzərinə vurulur..

8.3.5. İstehlak bazarında məhsulun uyğunluq nişanının bilavasitə pirotexniki məmulatlara tətbiqi mümkün olmadıqda onun yalnız qablaşdırmada və əlavə olunan istismar sənədlərində göstərilməsinə icazə verilir.

8.4. Əgər İstehlak bazarında uyğunluq nişanı məmulatların konstruksiya xüsusiyyətlərinə görə bilavasitə məmulatlara tətbiq edilə bilməzsə, göstərilən nişanın yalnız pirotexniki məmulatların qablaşdırılmasına tətbiq edilməsinə və onlara əlavə edilmiş istismar sənədlərində göstərilməsinə icazə verilir.

8.5. Pirotexniki məmulatların istehlak bazarında uyğunluq nişanı ilə nişanlanması onun bu texniki reqlamentlərin tələblərinə uyğunluğunu göstərir.

8.6. Pirotexniki məmulatların üzərinə uyğunluq nişanının vurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 216 nömrəli  Qərarı ilə təsdiq olunmuş “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na uyğun həyata keçirilir.

9. Texniki reqlamentin tələblərinə nəzarət

9.1. İstehlak bazarlarında bu texniki reqlamentin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılır.

10.Yekun müddəalar

10.1. Texniki reqlament dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minir.

“Pirotexniki məmulatların təhlükəsizliyi

haqqında” texniki reqlamentə

1 nömrəli əlavə

“Pirotexniki məmulatların təhlükəsizliyi haqqında” texniki reqlamentin şamil olunduğu pirotexniki məmulatların siyahısı

Bu texniki reqlamentin şamil olunduğu pirotexniki məmulatlara “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına və “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq aşağıdakılar aiddir:

Sıra №

Malın adı

XİF MN üzrə kod

Uyğunluğun qiymətləndirilməsi (təsdiqi) üzrə sənədlər

1

Əyləncə xarakterli məişət təyinatlı pirotexniki məmulatları, o cümlədən I, II, III dərəcə pirotexniki məmulatlar

3604 10 000 0

3604 90 000 9

Uyğunluq sertifikatı

2

Pirotexniki atəşfəşanlıq vasitələri (məmulatları), o cümlədən:

Yüksək hündürlükdə

Park

Sınaq

Konsert (xüsusi) pirotexniki məmulatları

Kino- və videoməhsulun istehsalında istifadə olunan imitasiya pirotexniki məmulatları

Uyğunluq sertifikatı

3

Pirotexniki odkeçirən və fitil qaytanlar, pirotexniki kibritlər

Uyğunluq sertifikatı

4

Pirotexniki işıqlandırıcı və fotoişıqlandırıcı vasitələr

Uyğunluq sertifikatı

5

Pirotexniki siqnal vasitələri, o cümlədən:

Ümumi təyinatlı

Siqnal vasitələri və fəlakət siqnalları

Kiçikhəcmli gəmilər üçün siqnal vasitələri və fəlakət siqnalları

Mühafizə

Uyğunluq sertifikatı

6

Məişət təyinatlı pirotexniki tüstü vasitələri

Uyğunluq sertifikatı

7

Pirotexniki imitasiya, təlim-imitasiya və digər vasitələri, o cümlədən:

Təlim-imitasiya vasitələri

Qrup oyunları keçirtməsi üçün vasitələr

Texniki yaradıcılığın inkişafı üçün vasitələr

İsitmə və qızdırma üçün vasitələr (qrelkalar)

Dezinfeksiya və həşəratlarla mübarizə üçün vasitələr

Uyğunluq sertifikatı

 

Pirotexniki təşəbbüs vasitələri, o cümlədən:

Mexaniki təsir

Elektrik işəsalma

İsti işəsalma

Uyğunluq sertifikatı

8

Turizm üçün pirotexniki məmulatlar, o cümlədən insanları isitmək, yeməyi qızdırmaq vasitələri və digər vasitələr

Uyğunluq sertifikatı

9

Pirotexniki təbiətə təsir vasitələri:

Atmosfer hadisələrinə aktiv təsir vasitələri

Dolu əleyhinə raketlər

Uyğunluq bəyannaməsi

10

Pirotexniki bərk yanacaq güllələr, o cümlədən:

Sənayə təyinatlı mühərriklər üçün pirotexniki güllələr

Bərk yanacaq güllərinin pirotexniki alışdırıcıları

Uyğunluq bəyannaməsi

11

Pirotexniki termit vasitələri

Uyğunluq bəyannaməsi

12

Texniki təyinatlı pirotexniki tüstü vasitələri

Uyğunluq bəyannaməsi

13

Pirotexniki piroavtomatika, əngəllərin və səddləri dəf etməsi vasitələri, o cümlədən:

Pirotexniki cərəyan mənbələri və sensorlar

Yavaşıdıcılar

Piroboltlar, kəsicilər və digər icraedici qurğular

Mayenin sıxışdırılması və tozların püskürtülməsi üçün patronlar

Əngəllərin yaratma vasitələri

Səddləri dəf etmək vasitələri

Uyğunluq bəyannaməsi

14

Sənayə təyinatlı pirotexniki vasitələri, o cümlədən:

Qaz generasiya

Çıxaran quyularına təsirlər

Qaynaqlar, kəsicilər, əritmələr

Müxtəlif materialların məhv etmə (utilizasiya) vasitələri

Yanğınsöndürmə üçün vasitələr

Çatdırılma vasitələri (ip atıcılar)

Uyğunluq bəyannaməsi

15

Avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya sistemləri üçün pirotexniki cihazlar və aparatura

Uyğunluq bəyannaməsi

 

“Pirotexniki məmulatların təhlükəsizliyi 

haqqında” texniki reqlamentə

2 nömrəli əlavə

Tərkibi pirotexniki məhsullar olan təhlükəli malların təsnifatı

Sinif

Alt sinif

Adı

Təsnifat xüsusiyyətləri

I

1.1

kütləvi partlayış təhlükəsi olan pirotexniki məmulatlar

kütləvi partlayış təhlükəsi ilə xarakterizə olunan pirotexniki məmulatlar

 

 

1.2

kütləvi partlayış təhlükəsi olmayan pirotexniki məmulatlar

səpələmə təhlükəsi olan, lakin kütləvi partlayış təhlükəsi yaratmayan pirotexniki məmulatlar

 

 

1.3

yanğın təhlükəli, kütləvi partlayış təhlükəsi olmayan pirotexniki məmulatlar

yanğın, kiçik partlayış və ya cüzi səpələmə təhlükəsi və ya hər ikisi olan, lakin kütləvi partlayış təhlükəsi olmayan pirotexniki məhsullar

 

1.4

əhəmiyyətli təhlükəsi olmayan pirotexniki məmulatlar

daşınma zamanı alışdıqda və ya işə salındıqda kiçik partlama riski olan pirotexniki məmulatlar. Effektlər ilk növbədə qablaşdırmanın daxili hissəsi ilə məhdudlaşır, bu zaman əhəmiyyətli ölçülü və ya əhəmiyyətli məsafəyə qəlpə atılması gözlənilmir. Xarici yanğın qablaşdırmanın, demək olar ki, bütün tərkibinin ani partlamasına səbəb olmamalıdır

IV

4.1

tez alışan bərk maddələr

az enerjili alovlanma mənbəyinin qısa müddətli (30 saniyəyə qədər) təsirindən alışa bilən, həmçinin sürtünmə nəticəsində alışan pirotexniki məmulatlar

Qeydlər:

1. Kütləvi partlayış – demək olar ki, dərhal bütün yükə yayılan partlayış.

2. Məişət təyinatlı pirotexniki məmulatlar 1.4-cü və 4.1-cü yarımsiniflərinə, texniki təyinatlılar isə 1.1 – 1.4-cü və 4.1-ci yarımsinifləri əhatə edən təhlükəli yüklərə aid edilir.

“Pirotexniki məmulatların təhlükəsizliyi 

haqqında” texniki reqlamentə

3 nömrəli əlavə

Uyğunluğun məcburi təsdiq forması

Uyğunluğun məcburi təsdiq forması

Pirotexniki məmulatların siyahısı

Pirotexniki məmulatların təhlükəsizliyinə dair texniki reqlamentin 4 nömrəli əlavəsinə uyğun olaraq sxemlər üzrə bəyannamə

təbiətə pirotexniki təsir vasitələri, o cümlədən:

atmosfer hadisələrinə aktiv təsir vasitələri;

dolu əleyhinə raketlər;

pirotexniki yüklər;

bərk yanacaq, o cümlədən:

sənaye təyinatlı mühərriklər üçün pirotexniki yüklər;

bərk yanacaq yüklərinin pirotexniki alışdırıcıları;

termit pirotexniki vasitələr;

texniki təyinatlı pirotexniki tüstü məmulatları;

pirotexniki piroavtomatların, maneələrin və əngəllərin aradan qaldırılması vasitələri, o cümlədən:

pirotexniki cərəyan mənbələri və sensorlar;

gecikdiricilər;

piroboltlar, kəsicilər və digər icra qurğuları;

mayelərin sıxışdırılıb çıxarılması və tozların püskürdülməsi üçün patronlar;

maneə yaratmaq üçün vasitələr;

əngəlləri dəf etmək üçün vasitələr;

sənaye təyinatlı pirotexniki məmulatlar, o cümlədən:

qaz əmələ gətirən;

hasilat quyularına;

qaynağa, kəsməyə, lehimləməyə təsirlər;

müxtəlif materialların məhvedilmə (utilizasiya) vasitələri;

yanğınsöndürmə vasitələri;

çatdırılma vasitələri (xətt atıcılar);

avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya sistemləri üçün pirotexniki qurğular və avadanlıqlar

Pirotexniki məmulatların təhlükəsizliyinə dair texniki reqlamentlərə 6 nömrəli əlavəyə uyğun olaraq sxemlər üzrə sertifikatlaşdırma

odkeçirici və fitilli pirotexniki şnurlar (keçiricilər), pirotexniki kibritlər;

pirotexniki işıqlandırma və foto işıqlandırma vasitələri;

pirotexniki siqnal cihazları, o cümlədən:

ümumi təyinatlı;

kiçik gəmilər üçün siqnal vasitələri və qəza siqnalları;

mühafizə;

pirotexniki atəşfəşanlıq vasitələri (məmulatları), o cümlədən:

hündürlükdə olanlar;

parklananlar;

sınaq üçün olanlar;

konsert (xüsusi) pirotexniki məmulatlar;

kino və video məmulatların istehsalında istifadə edilən imitasiya pirotexniki məmulatları;

məişət təyinatlı pirotexniki tüstü məhsulları;

pirotexniki imitasiya, təlim-imitasiya və digər vasitələr, o cümlədən:

təlim və imitasiya vasitələri;

qrup oyunları üçün vasitələr;

texniki yaradıcılığın inkişafı üçün vasitələr;

isitmə və qızdırma vasitələri (qızdırıcılar);

dezinfeksiya və həşəratlara qarşı mübarizə vasitələri;

pirotexniki inisiasiya vasitələri, o cümlədən:

mexaniki təsirli (işə salma);

elektrik işə salma;

termal işə salma;

məişət təyinatlı əyləncə xarakterli, o cümlədən I, II, III sinif pirotexniki məmulatlar;

turizm üçün pirotexniki məmulatlar, o cümlədən insanları isitmək, yeməkləri qızdırmaq üçün vasitələr və digər vasitələr

“Pirotexniki məmulatların təhlükəsizliyi 

haqqında” texniki reqlamentə

4 nömrəli əlavə

Pirotexniki məmulatların uyğunluq bəyannaməsi sxemi

Sxem

Sxemin məzmunu

1b

İstehsalı ən azı bir il fasiləsiz həyata keçirilən, seriyalı istehsal olunan pirotexniki məmulatların uyğunluğunu bəyan edərkən ərizəçi öz sübutları əsasında aşağıdakıları həyata keçirir:

a) bu texniki reqlamentin 7-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq texniki sənədlər toplusunun formalaşdırılması;

b) uyğunluq bəyannaməsinin qəbulu (rəsmiləşdirilməsi və qeydiyyatı);

c) pirotexniki məmulatların bazarda uyğunluq nişanı ilə nişanlanması.

2b

İstehsalı ən azı bir il fasiləsiz həyata keçirilən, seriyalı istehsal olunan pirotexniki məmulatların uyğunluğunu bəyan edərkən ərizəçi öz sübutları və üçüncü tərəfin iştirakı ilə alınmış sübutlar əsasında aşağıdakıları həyata keçirir:

a) sınaq üçün pirotexniki məmulatların eyniləşdirilməsi və seçilməsi;

b) akkreditasiya edilmiş sınaq laboratoriyası tərəfindən sınaq <*>;

c) ərizəçi tərəfindən bu texniki reqlamentin 7-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq texniki sənədlər toplusunun formalaşdırılması;

d) uyğunluq bəyannaməsinin qəbulu (rəsmiləşdirilməsi və qeydiyyatı);

e) ərizəçi tərəfindən pirotexniki məmulatların bazarda uyğunluq nişanı ilə nişanlanması.

3b

İstehsalı ən azı bir il ayrıca partiyalarla həyata keçirilən, seriyalı istehsal olunan pirotexniki məmulatların uyğunluğunu bəyan edərkən ərizəçi öz sübutları əsasında və müvafiq pirotexniki məmulatların istehsalı üçün keyfiyyət sisteminə malik olduqda aşağıdakıları həyata keçirir:

a) bu texniki reqlamentin 7-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq texniki sənədlər toplusunun formalaşdırılması;

b) uyğunluq bəyannaməsinin qəbulu (rəsmiləşdirilməsi və qeydiyyatı);

c) ərizəçi tərəfindən pirotexniki məmulatların bazarda uyğunluq nişanı ilə nişanlanması.

4b

İstehsalı ən azı bir il ayrıca partiyalarla həyata keçirilən, seriyalı istehsal olunan pirotexniki məmulatların uyğunluğunu bəyan edərkən ərizəçi öz sübutları və üçüncü tərəfin (sınaq laboratoriyasının) iştirakı ilə alınmış sübutlar əsasında aşağıdakıları həyata keçirir:

a) sınaq üçün pirotexniki məmulatların eyniləşdirilməsi və seçilməsi;

b) akkreditasiya edilmiş sınaq laboratoriyası tərəfindən sınaq <*>;

c) ərizəçi tərəfindən bu texniki reqlamentin 7-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq texniki sənədlər toplusunun formalaşdırılması;

d) uyğunluq bəyannaməsinin qəbulu (rəsmiləşdirilməsi və qeydiyyatı);

e) ərizəçi tərəfindən pirotexniki məmulatların bazarda uyğunluq nişanı ilə nişanlanması.

5b

Öz sübutları və üçüncü tərəfin (sınaq laboratoriyasının) iştirakı ilə alınmış sübutlar əsasında pirotexniki məmulatların ayrıca partiyalarının (təcrübəli, xüsusi sifarişlə hazırlanan) uyğunluğunun təsdiq edilməsi üçün aşağıdakılar həyata keçirilir:

a) sınaq üçün pirotexniki məmulatların eyniləşdirilməsi və seçilməsi;

b) akkreditasiya edilmiş sınaq laboratoriyası tərəfindən sınaq <*>;

c) ərizəçi tərəfindən bu texniki reqlamentin 7-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq texniki sənədlər toplusunun formalaşdırılması;

d) uyğunluq bəyannaməsinin qəbulu (rəsmiləşdirilməsi və qeydiyyatı);

e) ərizəçi tərəfindən pirotexniki məmulatların bazarda uyğunluq nişanı ilə nişanlanması.

6b

Öz sübutlarından və müvafiq pirotexniki məmulatların işlənib hazırlanması üçün keyfiyyət sistemindən istifadə etməklə pirotexniki məmulatların ayrıca partiyalarının (təcrübəli, xüsusi sifarişlə hazırlanan) uyğunluğunun təsdiq edilməsi üçün aşağıdakılar həyata keçirilir:

a) bu texniki reqlamentin 7-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq texniki sənədlər toplusunun formalaşdırılması;

b) uyğunluq bəyannaməsinin qəbulu (rəsmiləşdirilməsi və qeydiyyatı);

c) ərizəçi tərəfindən pirotexniki məmulatların bazarda uyğunluq nişanı ilə nişanlanması.

<*> Sınaq proqramı sınaq laboratoriyası ilə razılaşdırılır, nümunələr sınaq laboratoriyası tərəfindən götürülür. Sınaqlar və onların nəticələrinin qeydiyyatı bu texniki reqlamentin 5 nömrəli əlavəsində nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilir.

“Pirotexniki məmulatların təhlükəsizliyi 

haqqında” texniki reqlamentə

5 nömrəli əlavə

Pirotexniki məmulatların sertifikatlaşdırılma qaydaları

1. Məişət və texniki təyinatlı pirotexniki məmulatların sertifikatlaşdırılmasına aşağıdakılar daxildir:

a) sertifikatlaşdırma orqanına pirotexniki məmulatlara dair sənədlər, o cümlədən texniki şərtlər, məmulatın və qablaşdırmanın çertyojları, texniki təsviri, istismar və ya istifadəyə dair təlimatlar əlavə edilən ərizənin (bundan sonra ərizə) təqdim edilməsi;

b) ərizə üzrə qərarın qəbul edilməsi;

c) sertifikatlaşdırma işinə dair müqavilənin (razılaşmanın) bağlanması;

d) nümunələrin seçilməsi, eyniləşdirilməsi və onların sınaqdan keçirilməsi;

e) istehsal obyektinə baxış (seçilmiş sertifikatlaşdırma sxemində nəzərdə tutulubsa);

f) əldə edilmiş sınaq nəticələrinin təhlili və uyğunluq sertifikatının verilməsi (verilməsindən imtina edilməsi) haqqında qərarın qəbul edilməsi;

g) sertifikatlaşdırılmış pirotexniki məmulatlar üzərində müfəttiş nəzarətinin həyata keçirilməsi (sertifikasiya sxemində nəzərdə tutulmuşdursa).

2. Sertifikatlaşdırma işinin aparılması üçün ərizəçi seçilmiş sertifikatlaşdırma orqanına müvafiq ərizə təqdim edir. Müraciətə baxılarkən sertifikatlaşdırma orqanı pirotexniki məmulatların istehsalı ilə bağlı əlavə məlumat tələb etmək hüququna malikdir.

3. Sertifikatlaşdırma orqanı ərizəyə baxır və qəbul etdiyi qərar barədə ərizəçiyə ərizənin daxil olduğu tarixdən bir ay müddətində məlumat verir. Ərizəyə baxılarkən sertifikatlaşdırma orqanı:

a) ərizədə olan məlumatların yetərliliyinə, bu texniki reqlamentin və müvafiq standartların tələblərinə uyğunluğuna dair ekspertiza aparır;

b) təqdim edilmiş sənədlərin təhlili əsasında sertifikatlaşdırılmış pirotexniki məmulatların bütün təhlükəli amillərini, sertifikatlaşdırma sınaqları zamanı onların təyin edilməsi parametrlərini, üsullarını müəyyən edir, sertifikatlaşdırma sınaqlarının proqramını hazırlayır və onu seçilmiş sınaq laboratoriyası ilə razılaşdırır.

4. Ekspertizanın nəticələri müsbət olduqda sertifikatlaşdırma orqanının qərarında sertifikatlaşdırma işinin sonrakı mərhələlərinin şərtləri və sertifikatlaşdırma sınaqlarının aparılması qaydası (proqramı) göstərilir.

İmtahanın nəticələri mənfi olarsa, ərizəçiyə əsaslandırılmış səbəb göstərilməklə sertifikatlaşdırmadan imtina haqqında qərar göndərilir.

5. Sertifikatlaşdırma orqanının nümayəndəsi qəbul edilmiş pirotexniki məmulatlardan sertifikatlaşdırma sınaqları üçün nümunələr seçir, onların normativ sənədlərin tələblərinə uyğunluğu sənədlə (keyfiyyət sertifikatı, pasport, blank və digər sənədlərlə) təsdiq edilir.

Nümunələr seçilərkən onların eyniləşdirilməsi, eləcə də pirotexniki məmulatın qablaşdırılmasının və ona vurulmuş nişanlanmanın, tamlığının və saxlanma şəraitinin məhsulun texniki sənədlərinin tələblərinə və ərizə materiallarına uyğunluğuna nəzarət həyata keçirilir.

6. Sınaq üçün götürülən nümunələrin tövsiyə olunan sayı 12 ədəd, lakin 2 minimum istehlak paketindən (əgər varsa) az olmamalıdır. Ərizəçi seçilmiş nümunələri qablara çatdırılma, sertifikatlaşdırma sınaqlarına hazırlıq və onların keçirilməsi zamanı xassələrinin qorunmasını, habelə eyniləşdirilməsini təmin edəcək şəkildə qablaşdırır. İçərisində seçilmiş nümunələr olan qablaşdırmalar sertifikatlaşdırma orqanının nümayəndəsi və ərizəçi tərəfindən möhürlənir. Sertifikatlaşdırma sınaq proqramı varsa, nümunələr onun tələblərinə uyğun olaraq seçilir və qablaşdırılır.

7. Sertifikatlaşdırma sınaqları üçün nümunələrin eyniləşdirilməsi bu texniki reqlamentin 7-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq həyata keçirilir. Sertifikatlaşdırma sınaqları üçün nümunələrin götürülməsinin nəticələri sertifikatlaşdırma orqanı tərəfindən müəyyən edilmiş formada seçim aktı ilə sənədləşdirilir.

8. Sertifikatlaşdırma sınaqları sertifikatlaşdırma sınaq proqramına uyğun olaraq akkreditasiya edilmiş sınaq laboratoriyasında aparılır. Sınaq laboratoriyası yalnız texniki səriştəyə görə akkreditasiya edildiyi halda sertifikatlaşdırma sınaqları sertifikatlaşdırma orqanının nümayəndəsinin məcburi iştirakı ilə aparılır. Sınaq hesabatı sınaq laboratoriyasının rəhbəri və sertifikatlaşdırma orqanının nümayəndəsi tərəfindən imzalanır.

9. Sertifikatlaşdırma sınaqlarının nəticələri sınaq aktı ilə sənədləşdirilir və sertifikatlaşdırma orqanına göndərilir. Sertifikatlaşdırma sınağı hesabatında aşağıdakılar göstərilməlidir:

a) pirotexniki məmulatın adı;

b) sertifikatlaşdırma sınağı proqramının bənd nömrəsi və sınaq nəticələri göstərilməklə həyata keçirilən sınaqların növləri;

c) faktiki sınaq rejimi;

d) sınaq şərtləri;

e) istifadə olunan avadanlıq və qurğular haqqında məlumatlar.

10. Sertifikatlaşdırma sınağı protokolu sınaq laboratoriyasının rəhbəri tərəfindən imzalanır.

11. Sertifikatlaşdırma orqanı seçilmiş sertifikatlaşdırma sxemində nəzərdə tutulmuş sertifikatlaşdırma sınaqlarının nəticələrini və yoxlama materiallarını təhlil edir,  uyğunluq sertifikatının verilməsi və ya onun verilməsindən imtina barədə qərar qəbul edir.

Müsbət qərar olduqda sertifikatlaşdırma orqanı müəyyən edilmiş formada uyğunluq sertifikatı verir, onu uyğunluq sertifikatlarının vahid reyestrində qeydə alır və ərizəçiyə verir.

Mənfi qərar qəbul edildikdə ərizəçiyə 10 gün müddətində uyğunluq sertifikatının verilməsindən imtina barədə qərar göndərilir.

12. Sertifikatlaşdırılmış pirotexniki məmulatın bir neçə variantı olduqda uyğunluq sertifikatında yalnız sertifikatlaşdırılmış variantlar göstərilir. Bu zaman müəyyən edilmiş formada uyğunluq sertifikatına əlavələrdən istifadə oluna bilər.

Uyğunluq sertifikatında sertifikatlaşdırma orqanı pirotexniki məhsulun təhlükə sinfini göstərir.

13. Sertifikatlaşdırmadan keçmiş pirotexniki məmulatlar uyğunluq nişanı ilə markalanır.

14. Sertifikatlaşdırılmış pirotexniki məmulatlara dövri qiymətləndirmə (sertifikasiya sxemində nəzərdə tutulmuşdursa) uyğunluq sertifikatının qüvvədə olduğu müddət ərzində aşağıda sadalananlar daxil olmaqla planlı və plandankənar yoxlamalar şəklində həyata keçirilir:

a) bu texniki reqlamentlərin tələblərinə uyğunluğunun yoxlanması;

b) pirotexniki məmulatların normativ sənədlərinə edilmiş dəyişikliklərin təhlili və onların pirotexniki məmulatların təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi;

c) istehlakçılara göndərilmək üçün qəbul edilmiş və hazırlanmış hazır pirotexniki məmulatların normativ sənədlərin tələblərinə uyğunluğunun seçmə monitorinqinin aparılması;

d) sertifikatın qüvvədə olduğu müddət üçün bütün sınaq protokollarının yoxlanması;

e) texniki şərtlərə uyğun olaraq pirotexniki məmulatların sınaqdan keçirilməsi üçün sınaq avadanlıqlarının və ölçü vasitələrinin mövcudluğunun yoxlanması;

f) avadanlıqların və ölçü vasitələrinin yoxlanmasının vaxtında aparılmasının yoxlanması;

g) istehsalçının (satıcının) şikayət və istehlakçı iddialarının təhlili sisteminin, habelə qüsurların səbəblərinin aradan qaldırılması üçün görülən tədbirlərin yoxlanması;

h) istehsal obyektinə baxış (sertifikasiya sxemində nəzərdə tutulubsa);

i) pirotexniki məmulatların nümunələrinin sınaqdan keçirilməsi.

15. Dövri qiymətləndirmə uyğunluq sertifikatını vermiş sertifikatlaşdırma orqanının nümayəndəsi tərəfindən həyata keçirilir.

Dövri qiymətləndirmə zamanı nümunələrin seçilməsi, eyniləşdirilməsi, sınaqdan keçirilməsi və istehsal obyektinə baxış ilkin sertifikatlaşdırma sınaqları zamanı olduğu qaydada həyata keçirilir.

Dövri qiymətləndirmənin nəticələrinə əsasən, nümunələrin sınaq nəticələrinin qiymətləndirilməsi və aşkar edilmiş çatışmazlıqlara dair təkliflərin göstərilməsi ilə sertifikatlaşdırma orqanının rəyi tərtib edilir və ərizəçiyə göndərilir.

Nəzarət nəticələri qənaətbəxş olmadıqda sertifikatlaşdırma orqanı uyğunluq sertifikatının qüvvəsini dayandırmaq (xitam vermək) haqqında qərar qəbul edir.

Uyğunluq sertifikatı sahibinin dövri qiymətləndirməni həyata keçirməkdən yayınması sertifikatın etibarlılığının dayandırılması üçün əsasdır.

16. İstehsalın vəziyyətinin təhlili (sertifikasiya sxemində nəzərdə tutulubsa) sertifikatlaşdırma orqanının nümayəndəsi tərəfindən aparılır.

Ərizəçi bu növ işləri yerinə yetirmək üçün səlahiyyətli nümayəndə (məsləhətçi) təyin edir.

17. İstehsalın vəziyyətinin təhlili üzrə işlərin aparılması qaydasına yoxlamalar və onların nəticələrinə əsasən nəticənin tərtib edilməsi daxildir. Yoxlama zamanı aşağıdakılara nəzarət edilir:

a) sertifikatlaşdırılmış pirotexniki məmulatların istehsalı hüququ üçün lisenziyanın olması;

b) sertifikatlaşdırılmış pirotexniki məmulatlar və onların istehsalı üçün normativ sənədlərin mövcudluğu;

c) sertifikatlaşdırılmış pirotexniki məmulatlara dair normativ sənədlərdə müəyyən edilmiş tələblərin bu texniki reqlamentin tələblərinə uyğunluğu;

ç) pirotexniki məmulatların istehsalı zamanı nəzarət əməliyyatlarının (sınaqlarının) etibarlılığı və keyfiyyəti;

e) sertifikatlaşdırılmış pirotexniki məmulatların keyfiyyətinin təmin edilməsi üzrə heyətin məsuliyyət bölgüsünün olması;

f) istehsal olunan pirotexniki məmulatların normativ sənədlərin tələblərinə uyğunluğunun sabitliyi.

18. İstehsalın vəziyyəti qənaətbəxş olduqda istehsalın təhlilinin nəticələri rəy şəklində və ya müəyyən edilmiş uyğunsuzluqlar aradan qaldırılanadək sertifikatlaşdırma işlərinin dayandırılması və ya uyğunluq sertifikatının verilməsindən imtina barədə qərar şəklində rəsmiləşdirilir.

“Pirotexniki məmulatların təhlükəsizliyi 

haqqında” texniki reqlamentə

6 nömrəli əlavə

Pirotexniki məmulatların sertifikatlaşdırılma sxemi

Sxem

Sxemin məzmunu

1s

İstehlak bazarında buraxılışı ən azı bir il fasiləsiz həyata keçirilən, seriyalı istehsal edilmiş pirotexniki məmulatların sertifikatlaşdırılması zamanı aşağıdakılar həyata keçirilir:

a) ərizəçi tərəfindən bu texniki reqlamentin 7-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq sertifikatlaşdırma üçün ərizə və texniki sənədlər toplusunun sertifikatlaşdırma orqanına təqdim edilməsi;

b) təqdim edilmiş sənədlərin sertifikatlaşdırma orqanı tərəfindən yoxlanılması, ərizəyə baxılması və ona dair qərarın qəbul edilməsi;

c) sertifikatlaşdırma sınaqları üçün pirotexniki məmulatların müəyyən edilməsi və seçilməsi;

d) seçilmiş nümunələrin akkreditasiya edilmiş sınaq laboratoriyası tərəfindən sınaqdan keçirilməsi;

e) sınaq nəticələrinin təhlili və ərizəçiyə uyğunluq sertifikatının verilməsi (verməkdən imtina barədə qərar).

2s

İstehlak bazarında buraxılışı bir ildən az müddət ərzində ayrıca partiyalarla həyata keçirilən seriyalı istehsal edilmiş pirotexniki məmulatların sertifikatlaşdırılması zamanı aşağıdakılar həyata keçirilir:

a) ərizəçi tərəfindən bu texniki reqlamentin 7-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq sertifikatlaşdırma üçün ərizə və texniki sənədlər toplusunun sertifikatlaşdırma orqanına təqdim edilməsi;

b) təqdim edilmiş sənədlərin sertifikatlaşdırma orqanı tərəfindən yoxlanması, ərizəyə baxılması və ona dair qərar qəbul edilməsi;

c) sertifikatlaşdırma sınaqları üçün pirotexniki məmulatların müəyyən edilməsi və seçilməsi;

d) seçilmiş nümunələrin akkreditasiya edilmiş sınaq laboratoriyası tərəfindən sınaqdan keçirilməsi;

e) sertifikatlaşdırma orqanı tərəfindən istehsal obyektinə baxışın aparılması;

f) sınaqların nəticələrinin və istehsal obyektinə baxışın ümumiləşdirilməsi və ərizəçiyə uyğunluq sertifikatının verilməsi (verilməkdən imtina barədə qərar).

3s

İstehlak bazarında seriyalı istehsal edilmiş pirotexniki məmulatların yeni variantlarının sertifikatlaşdırılması zamanı aşağıdakılar həyata keçirilir:

a) ərizəçi tərəfindən bu texniki reqlamentin 7-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq sertifikatlaşdırma üçün ərizə və texniki sənədlər toplusunun sertifikatlaşdırma orqanına təqdim edilməsi;

b) təqdim edilmiş sənədlərin sertifikatlaşdırma orqanı tərəfindən yoxlanması, ərizəyə baxılması və ona dair qərar qəbul edilməsi;

c) sertifikatlaşdırma sınaqları üçün pirotexniki məmulatların müəyyən edilməsi və seçilməsi;

d) seçilmiş nümunələrin akkreditasiya edilmiş sınaq laboratoriyası tərəfindən sınaqdan keçirilməsi;

e) sınaq nəticələrinin təhlili və ərizəçiyə uyğunluq sertifikatının verilməsi (verməkdən imtina barədə qərar);

f) sertifikatlaşdırılmış pirotexniki məmulatlara təftiş nəzarəti

4s

İstehlak bazarında seriyalı istehsal olunmuş pirotexniki məmulatların ayrı-ayrı partiyalarda sertifikatlaşdırılması zamanı və onlara xarakteristikalarının dəyişməsinə səbəb olan dəyişikliklər edildikdə aşağıdakılar həyata keçirilir:

a) ərizəçi tərəfindən bu texniki reqlamentin 7-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq sertifikatlaşdırma üçün ərizə və texniki sənədlər toplusunun sertifikatlaşdırma orqanına təqdim edilməsi;

b) təqdim edilmiş sənədlərin sertifikatlaşdırma orqanı tərəfindən yoxlanması, ərizəyə baxılması və ona dair qərar qəbul edilməsi;

c) sertifikatlaşdırma sınaqları üçün pirotexniki məmulatların müəyyən edilməsi və seçilməsi;

d) seçilmiş nümunələrin akkreditasiya edilmiş sınaq laboratoriyası tərəfindən sınaqdan keçirilməsi;

e) sertifikatlaşdırma orqanı tərəfindən istehsal obyektinə baxışın aparılması;

f) sınaqların nəticələrinin və istehsal obyektinə baxışın ümumiləşdirilməsi və ərizəçiyə uyğunluq sertifikatının verilməsi (verməkdən imtina haqqında qərar);

g) sertifikatlaşdırılmış pirotexniki məmulatlara təftiş nəzarəti.

5s

İstehlak bazarında seriyalı istehsal olunmuş pirotexniki məmulatların ayrı-ayrı partiyalarda sertifikatlaşdırılması zamanı və onlara xarakteristikalarının dəyişməsinə səbəb olan dəyişikliklər edildikdə və ərizəçi keyfiyyət sisteminin uyğunluq sertifikatına malik olduqda aşağıdakılar həyata keçirilir:

a) ərizəçi tərəfindən bu texniki reqlamentin 7-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq sertifikatlaşdırma üçün ərizə və texniki sənədlər toplusunun sertifikatlaşdırma orqanına təqdim edilməsi;

b) təqdim edilmiş sənədlərin sertifikatlaşdırma orqanı tərəfindən yoxlanılması, ərizəyə baxılması və ona dair qərar qəbul edilməsi;

c) sertifikatlaşdırma sınaqları üçün pirotexniki məmulatların müəyyən edilməsi və seçilməsi;

d) seçilmiş nümunələrin akkreditasiya edilmiş sınaq laboratoriyası tərəfindən sınaqdan keçirilməsi;

e) sınaq nəticələrinin təhlili və keyfiyyət sisteminin sertifikatlaşdırılması və ərizəçiyə uyğunluq sertifikatının verilməsi (verilməkdən imtina barədə qərar);

f) sertifikatlaşdırılmış pirotexniki məmulatlara təftiş nəzarəti

6s

Pirotexniki məmulatlar partiyalarının sertifikatlaşdırılması zamanı aşağıdakılar həyata keçirilir:

a) ərizəçi tərəfindən bu texniki reqlamentin 7-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq sertifikatlaşdırma üçün ərizə və texniki sənədlər toplusunun sertifikatlaşdırma orqanına təqdim edilməsi;

b) təqdim edilmiş sənədlərin sertifikatlaşdırma orqanı tərəfindən yoxlanması, ərizəyə baxılması və ona dair qərar qəbul edilməsi;

c) sertifikatlaşdırma sınaqları üçün pirotexniki məmulatların müəyyən edilməsi və seçilməsi;

d) seçilmiş nümunələrin akkreditasiya edilmiş sınaq laboratoriyası tərəfindən sınaqdan keçirilməsi;

e) sınaqların nəticələrinin təhlili və ərizəçiyə pirotexniki məmulatlar partiyası üçün uyğunluq sertifikatının verilməsi (verilməkdən imtina barədə qərar)

7s

İdxal edilmiş partiyaların təkrar tədarükü üçün aşağıdakılar həyata keçirilir:

a) ərizəçi tərəfindən bu texniki reqlamentin 7-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq sertifikatlaşdırma üçün ərizə və texniki sənədlər toplusunun sertifikatlaşdırma orqanına təqdim edilməsi;

b) təqdim edilmiş sənədlərin sertifikatlaşdırma orqanı tərəfindən yoxlanması, ərizəyə baxılması və ona dair qərar qəbul edilməsi;

c) pirotexniki məmulatların partiyasının satış hüququ olmadan gömrük ərazisinə gətirilməsinə dair ərizə əsasında ərizəçiyə uyğunluq sertifikatının verilməsi;

d) sertifikatlaşdırma sınaqları üçün pirotexniki məmulatların müəyyən edilməsi və seçilməsi;

e) pirotexniki məmulatların istehlak bazarına idxalı zamanı akkreditasiya edilmiş sınaq laboratoriyası tərəfindən təftiş nəzarəti məqsədilə idxal olunan məhsulların partiyasından seçilmiş nümunələrin sertifikatlaşdırma sınaqlarının aparılması;

f) sınaq nəticələrinin təhlili və idxal edilən pirotexniki məmulat partiyasının sonrakı dövriyyəyə buraxılması üçün sınaq protokoluna istinadla yoxlanış nəzarətinin nəticələrinə əsasən ərizəçiyə uyğunluq sertifikatının verilməsi (verilməkdən imtina barədə qərar).

8s

İdxal edilən pirotexniki məhsulların ilkin və ya birdəfəlik tədarükü üçün aşağıdakılar həyata keçirilir:

a) ərizəçi tərəfindən bu texniki reqlamentin 7-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq sertifikatlaşdırma üçün ərizə və texniki sənədlər toplusunun sertifikatlaşdırma orqanına təqdim edilməsi <*>;

b) təqdim edilmiş sənədlərin sertifikatlaşdırma orqanı tərəfindən yoxlanması, ərizəyə baxılması və ona dair qərar qəbul edilməsi;

c) ərizə əsasında partiyanın sertifikatlaşdırma sınaqlarına görə kifayət qədər hissəsi üçün ərizəçiyə uyğunluq sertifikatının verilməsi;

d) sertifikatlaşdırma sınaqları üçün idxal edilən pirotexniki məmulatların eyniləşdirilməsi;

e) pirotexniki məmulatların partiyasından gətirilən nümunələrin akkreditasiya edilmiş sınaq laboratoriyası tərəfindən sınaqdan keçirilməsi;

f) sınaq nəticələrinin təhlili və sınaq nəticələrinə əsasən satış hüququ olmadan pirotexniki məmulatların ölkənin gömrük ərazisinə idxalı üçün ərizəçiyə uyğunluq sertifikatının verilməsi (verməkdən imtina barədə qərar);

g) pirotexniki məmulatların idxal partiyasına akkreditasiya edilmiş sınaq laboratoriyasında sınaqdan keçirilməklə təftiş nəzarətinin həyata keçirilməsi;

h) sınaq nəticələrinin təhlili və pirotexniki məmulatların sonrakı dövriyyəsi üçün dövri qiymətləndirmənin nəticələrinə əsasən, pirotexniki məmulatların partiyasına uyğunluq sertifikatının ərizəçiyə verilməsi (verilməkdən imtina barədə qərar).

<*> İdxalçı tərəfindən təqdim olunan sənədlər ərizəçinin imzası və möhürü ilə təsdiq edilmiş mənbə dildən Azərbaycan dilinə tərcüməsi ilə verilir.