Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Layihə

“Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın təhlükəsizliyi haqqında”   texniki reqlamentin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

“Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın təhlükəsizliyi haqqında texniki reqlament” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri, “__” ______ 2025-ci il

№ ___

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2025-ci il ______ tarixli ____ nömrəli Qərarı

ilə təsdiq edilmişdir

“Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın təhlükəsizliyi haqqında” texniki reqlament

1. Ümumi müddəalar

1.1. “Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın təhlükəsizliyi haqqında   texniki reqlament” (bundan sonra - texniki reqlament) “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu texniki reqlament Azərbaycan Respublikası ərazisində partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın təhlükəsizliyinin təmin edilməsi və onların istehlak bazarda sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir.

1.3. Azərbaycan Respublikasında partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlıqların təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə, Azərbaycan Respublikasında olan partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlıqlar ona tətbiq olunan bütün texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır.

2. Əsas anlayışlar

2.1. Bu texniki reqlamentin məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. qəza rejimi - partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın xassələrinin istehsalçının texniki sənədlərində göstərilən məhdudiyyət hədlərindən kənara çıxdığı rejim;

2.1.2. istehsalçının istehsal obyektinə baxışın keçirilməsi – istehsalçıda buraxılan avadanlığın bu texniki reqlamentinin tələblərinə uyğunluğunun təmin edilməsi üçün zəruri şəraitin olmasının qiymətləndirilməsi;

2.1.3. istismara verilmə – avadanlığın təyinatı üzrə istifadəyə hazırlığını fiksasiya edən sənədli şəkildə rəsmiləşdirilmiş hadisə;

2.1.4. partlayışdan mühafizənin növü - partlayış təhlükəli ətraf mühitin alışmasının qarşısının alınması məqsədi ilə partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlıqda nəzərdə tutulan xüsusi tədbirlər;

 2.1.5. partlayış təhlükəsizliyi – partlayış təhlükəli ətraf mühitin ziyanın dəyməsi və (və ya) zərərin vurulması mümkünlüyü ilə bağlı yolverilməz alışma riskinin olmaması;

 2.1.6. partlayışdan mühafizə - partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlıqların partlayış təhlükəsizliyini təmin edən tədbirlər;

 2.1.7. partlayış təhlükəli zona – avadanlığın quraşdırılması, hazırlanması, montajı və istismarı zamanı xüsusi mühafizə tədbirləri tələb edən həcmdə partlayış təhlükəli mühitin olduğu və ya yarana biləcəyi qapalı və ya açıq məkanın hissəsi;

 2.1.8. partlayış təhlükəli mühit – alışdıqdan sonra alovun öz-özünə yayılmasını təmin edən, atmosfer şəraitində yaranan qaz, buxar, duman, toz, liflər və ya uçucu hissəciklər şəklində olan yanar maddələrlə hava qarışığı; 

 2.1.9. avadanlığın eyniləşdirilməsi – avadanlığın xarakteristikalarının onun mühüm əlamətləri ilə eyniliyinin müəyyən edilməsi;

 2.1.10. istehsalçı– mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlıq istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar;

 2.1.11. idxalatçı – Azərbaycan Respublikasının rezidenti olan və bu texniki reqlamentin təhlükəsizlik tələblərinin uyğunluğuna görə partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlıqların verilməsinə dair qeyri-rezident olan şəxslərlə ticarət müqaviləsi bağlamış,  bu avadanlığın satışını həyata keçirən və məsuliyyət daşıyan şəxsdir;

2.1.12. Ex-komponent – avadanlığa quraşdırılan, partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın təhlükəsiz istismarı üçün zəruri olan, lakin müstəqil istifadə üçün nəzərdə tutulmayan partlayışdan mühafizə olunmuş texniki qurğu;

2.1.13. səthin maksimal temperaturu – hissələrdən və ya səthlərdən birində avadanlığın istismarı prosesində onun istehsalçının texniki sənədlərində nəzərdə tutulan, müəyyən edilmiş iş rejimlərinin pozulması və ya zədə zamanı, lakin konkret növ partlayışdan mühafizə üçün müəyyən edilmiş kənaraçıxmalar çərçivəsində ən yüksək temperatur;

2.1.14. partlayışdan mühafizə nişanlanması - partlayış təhlükəli mühitlərdə istifdə olunan avadanlığa və Ex-komponentlərə vurulan və istehsalçının texniki sənədlərində göstərilmiş, xüsusi partlayış təhlükəsizliyi nişanı və partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın və Ex-komponentlərin partlayış təhlükəsizliyini müəyyən edən göstəricilərin eyniləşdirici şərti işarələri;

2.1.15. normal istismar rejimi – avadanlığın elektrik və mexaniki xarakteristikalarının istehsalçı tərəfindən texniki sənədlərdə göstərilmiş məhdudiyyətlər çərçivəsindən kənara çıxmadığı iş rejimi;

2.1.16. partlayış təhlükəli mühitlərdə istifdə olunan avadanlıq - partlayış təhlükəli mühitlərdə istifadə üçün nəzərdə tutulan və daxilində partlayış təhlükəli ətraf mühitin alışma təhlükəsi yaradan potensial mənbəsi olan (ola bilən), lakin konstruksiyasında bu mühitin yolverilməz alışma riskinin istisna edilməsi tədbirlərinin nəzərdə tutan texniki qurğu (maşın, aparat, stasionar və ya səyyar qurğu, onların idarəetmə, müdafiə sistemlərinin elementi, mühafizəni təmin edən qurğu, nəzarət-ölçü cihazı);

2.1.17. imtina – avadanlığın iş qabiliyyətinin pozulmasından ibarət olan hadisə;

2.1.18. xüsusi partlayış təhlükəsizliyi nişanı – avadanlığa və Ex-komponentlərə vurulan və avadanlıq və Ex-komponentlərin partlayışdan mühafizə olunmuş şəkildə icra edilməsini təsdiq edən nişan;

2.1.19. partlayış təhlükəli qaz mühitinin öz-özünə alışma temperaturu –müəyyən şəraitdə qaz və ya buxar-hava qarışığı şəklində olan yanar maddələri alovlandıran qızmış səthin ən aşağı temperaturu;

2.1.20. toz qatının öz-özünə alışma temperaturu–qızmış səthdə müəyyən qalınlıqda olan toz qatının öz-özünə alışmasının baş verdiyi ən aşağı temperatur;

2.1.21. istehsalçının texniki sənədləri - partlayış təhlükəli mühitlərdə istifadə olunan  avadanlığın (detalların, yığma vahidlərinin, kompleks və komplektlərin) qurulması, istehsalı və istismarı zamanı, eləcə də mühafizə sistemlərinin layihələndirilməsi, qurulması və istismarı zamanı istifadə edilən cədvəl və mətn şəklində olan sənədlər sistemi;

2.1.22. partlayışdan mühafizə səviyyəsi– alışma mənbəyi olmaq təhlükəsindən və partlayış təhlükəli mühitlərdə istifadə şərtlərindən asılı olaraq avadanlığa verilən partlayışdan mühafizə səviyyəsi.

2.2. Texniki reqlamentdə istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

3. Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın təhlükəsizliyinə dair texniki reqlamentin tətbiq sahəsi

3.1. Texniki reqlament partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlıqların təhlükəsizliyini təmin edən tələbləri müəyyən edir.

3.2. Texniki reqlament insanların həyat və sağlamlığının, əmlakın müdafiəsi, istehlakçıların təhlükəsizlik baxımından səhv hərəkətlərinin qarşısının alınması məqsədi ilə qəbul edilir.

3.3. Bu Texniki reqlamentin tələbləri “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına və “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq siyahısı bu Texniki reqlamentin 1 nömrəli əlavəsində verilən elektrik avadanlıqlarına, o cümlədən Ex-komponentlərinə və qeyri-elektrik avadanlıqlarına şamil edilir.

İstehsalçının texniki sənədlərində partlayışdan mühafizə vasitələrinin nəzərdə tutulması (mövcudluğu), eləcədə avadanlığa və Ex-komponentə vurulmuş partlayışdan mühafizə marklanmasının olması partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlıqların və Ex-komponentlərin eyniləşndirmə əlamətidir.

3.4. Bu texniki reqlament aşağıdakılara şamil edilmir:

- Tibbi təyinatlı məmulatlar;

- İstismarı zamanı yalnız partlayıcı təhlükəli maddələrin və sabit olmayan kimyəvi birləşmələrin olması səbəbindən partlayış təhlükəsi yaranan avadanlıq;

- Alışan qazın gözlənilməyən sızması nəticəsində partlayış təhlükəli mühitin yarandığı şəraitdə məişət və qeyri-sənaye tətbiq üçün avadanlıq;

- Fərdi müdafiə vasitələri;

- Dəniz gəmiləri, daxili və qarışıq (çay-dəniz) naviqasiya gəmiləri, dəniz və daxili sularında işləmək üçün səyyar dəniz platformaları və qazma platformaları, digər üzən vasitələr, habelə onlarda istifadə olunan maşın və avadanlıqlar;

- Hava, yerüstü, dəmiryolu və ya su nəqliyyatı ilə sərnişinlərin və yüklərin daşınması üçün nəzərdə tutulmuş ictimai nəqliyyat vasitələri;

- Partlayış təhlükəli zonalarda yerləşən onların tərkibinə daxil olan avadanlıqlar istisna olmaqla, nüvə silahları, nüvə müdafiəsi kompleksi təşkilatlarının tədqiqat obyektləri.

 4. İstehlak bazarında partlayış təhlükəli mühitdə istifadə olunan avadanlığın dövriyyəsinə dair tələblər

4.1. Partlayış təhlükəli mühitlərdə istifadə olunan  avadanlıq  bu texniki reqlamentin, habelə Azərbaycan Respublikasında qüvvədə olan digər texniki reqlamentlərin tələblərinə uyğun olduqda və Texniki Reqlamentin 7-ci hissəsi və Azərbaycan Respublikasında qüvvədə olan digər texniki reqlamentlərlə müəyyən olunan qaydada uyğunluğu təsdiq edildikdə uyğunluq nişanı ilə nişanlana və  Azərbaycan Respublikası ərazisində istehlak bazarında dövriyyəyə buraxıla bilər.  

4.2. Texniki reqlamentin tələblərinə uyğunluğu təsdiq edilməmiş partlayış təhlükəli mühitlərdə istifadə olunan  avadanlıqlar istehlak bazarında uyğunluq nişanı ilə nişanlanmamalı və  dövriyyəyə buraxılmamalıdır.

5. Təhlükəsizlik tələbləri

5.1. Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlıq (bundan sonra – avadanlıq), partlayış riski ilə bağlı təhlükəsiz iş və istismar üçün zəruri olan tələblərə uyğun olmalıdır:

5.1.1.Avadanlıqdan yanar maddələrin ayrılması səbəbindən yarana bilən partlayış təhlükəli mühitin əmələ gəlməsinin qarşısının alınması üzrə;

5.1.2. Partlayış yaradan hər bir mənbənin xassələri nəzərə alınmqla partlayış təhlükəli mühitin alışmasının qarşısının alınması üzrə;

5.1.3. avadanlığın tətbiqi sahəsinə əsasən partlayışdan mühafizə səviyyələri və növlər 2 nömrəli əlavəyə uyğun olmalıdır.

5.2. Avadanlığın partlayış təhlükəsizliyi normal iş rejimlərində və onun tətbiq şərtləri nəzərə alınmaqla, istehsalçının texniki sənədləri ilə müəyyən edilmiş kənaraçıxmalar çərçivəsində təmin edilməlidir.

5.3. Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlıq elə işlənib hazırlanmalı və istehsal edilməlidir ki, onun təyinatı üzrə istifadəsi və quraşdırmaya, istismara (istifadəyə), daşınmaya (nəql edilməyə), texniki xidmətə və təmirə dair tələblərinin yerinə yetirilməsi zamanı aşağıdakı təhlükəsizlik tələblərinin yerinə yetirilməsi təmin edilsin:

5.3.1. Avadanlıq istismar zamanı, nəzərdə tutulan bütün (hesablanmış) istismar müddəti ərzində partlayış təhlükəsizliyini təmin etməlidir;

5.3.2. Avadanlıq ətraf mühitin faktiki və ya proqnozlaşdırılan şəraitində işləməlidir;

5.3.3 Avadanlıq istehsalçı tərəfindən müəyyən edilmiş iş şəraitinin məhdudiyyətləri nəzərə alınmaqla ətraf mühitin dəyişən şəraitində və xarici təsirlərin (rütubət, vibrasiya, çirklənmə, ildırım və kommutasiya gərginlik həddinin artması və s.) olduğu halda partlayış təhlükəsizliyini qoruyub saxlamalıdır.Avadanlığın hissələri müvafiq mexaniki və istilik təsiri üçün hesablanmalı və mövcud və ya ehtimal olunan aqressiv maddələrin təsirinə davamlı olmlıdır;

5.3.4.Avadanlıqda alışma mənbələri ola biləcək hissələrin olduğu halda, o söndürülmüş vəziyyətdə açılmalı və ya yalnız qığılcım təhlükəsizliyinə malik tərtibatları olmalı və ya personalın toxunuşuna qarşı mühafizəyə və xəbərdaredici yazılara malik olmalıdır;

5.3.5. Örtüklərdə alışma mənbəyi ola biləcək elektrik yükü toplayıcılarının (kondensatorların) və qızmış elementlərin olduğu halda, örtüklər quraşdırılmış kondensatorların təhlükəsiz qalıq enerji qiymətinədək boşalması və ya qızmış elementlərin temperaturunun avadanlığın üzərində göstərilmiş maksimal səth temperaturundan və ya temperatur sinfindən aşağı düşməsi üçün kifayət edəcək müddətdə açılmalıdır;

Elektrik təchizatı söndürüldükdən sonra avadanlığın qoruyucu qazla doldurulması yolu ilə partlayışdan müdafiəsi zamanı quraşdırılmış kondensatorlar boşalanadək və ya qızmış elementlərin temperaturu yuxarıda göstərilmiş qiymətlərədək azalanadək qoruyucu qazla doldurulmanın davam etdirilməsinin nəzərdə tutulduğu halda, istehsalçı avadanlığın açılan hissələrinə xəbərdaredici yazı vurmalıdır.

5.3.6.  “Xüsusi partlayış təhlükəsizliyi” (“çox yüksək”) və “partlayış təhlükəsizliyi” (“yüksək”) partlayışdan mühafizə səviyyəsinə malik avadanlığın və (və ya) onun hissələrinin səth temperaturu partlayış təhlükəli ətraf qaz mühitinin özüalışma temperaturundan və göstərilmiş qəza rejimlərində istismar zamanı (istehsalçının texniki sənədləri ilə müəyyən edilmiş kənaraçıxmalar çərçivəsində) və ətraf mühit şəraitinin dəyişdiyi halda toz qatının özbaşına alışma temperaturundan aşağı olmalıdır.

İstismar zamanı partlayış təhlükəli ətraf mühitin özüalışma temperaturundan yuxarı temperatur (istehsalçının texniki sənədlərində müəyyən edilmiş kənaraçıxmalar çərçivəsində) yalnız istehsalçının qeyd edilən avadanlığın mühafizəsi ilə bağlı əlavə tədbirlər gördüyü halda yol verilə bilər.

Temperaturun xarici qızma mənbələri və kimyəvi reaksiyaların doğurduğu yüksəlməsi nəzərə alınmalıdır;

5.3.7. “Partlayışa qarşı yüksək etibarlılıq” (“yüksək”) partlayışdan mühafizə səviyyəsinə malik avadanlığın səth temperaturu normal istismar rejimində maksimal səth temperaturundan yüksək olmamalıdır.

Bu cür avadanlığın konstruksiyasında partlayış təhlükəli ətraf mühitin alışmasına səbəb olan qığılcım əmələ gətirən hissələr olmamalıdır;

5.3.8. I-ci qrup avadanlıq tozdan mühafizəlı icrada olmalı və kömür tozunun alışma təhlükəsinin qarşısını almalıdır;

5.3.9.  III-cü qrup avadanlıqda, o cümlədən, kabel girişləri və birləşmələri daxil olmaqla,  toz (onun hissəciklərinin ölçüsü nəzərə alınmaqla) hava ilə partlayış təhlükəli qarışıqlar və ya avadanlığın daxilində təhlükəli yığıntılar əmələ gətirməməlidir;

5.3.10. Alışqan qazlar və ya toz ifraz edə biləcək avadanlıq qapalı konstruksiyaya malik olmalıdır. Avadanlıqda olan dəliklər və ya qeyri-germetik birləşmələr elə layihələndirilməlidir ki, əmələ gələn qazlar və ya toz avadanlığın xarici tərəfində partlayış təhlükəli mühitin yaranmasına gətirib çıxarmasın. Materialların daxil edildiyi və ya çıxarıldığı dəliklər elə layihələndirilməli və təchiz edilməlidir ki, doldurulma və ya axıdılma zamanı alışqan materialların çıxışı məhdudlaşsın;

5.3.11. Toz olan obyektlərdə və ya onların müəyyən sahələrində istifadə üçün nəzərdə tutulmuş avadanlıq elə layihələndirilməlidir ki, onun səthinə çökmüş toz alışmasın. Avadanlığın səthinin üzərində yığılmış toz qatının təmizlənməsi istismar sənədlərində (təlimatda) göstərilən dövriliklə məhdudlaşdırılmalıdır. Avadanlıq hissələrinin səthinin temperaturu toz qatının öz-özünə alışma temperaturundan aşağı olmalıdır. Bu zaman çökmüş toz qatının qalınlığından asılı olaraq təhlükəli istilik ayrılmasının qarşısının alınması məqsədi ilə avadanlığın hissələrinin səth temperaturunun məhdudlaşdırılması vasitələrinin tətbiqi nəzərdə tutulmalıdır;

5.3.12. Avtomatik proseslərə qoşulmuş avadanlığın istehsalçının texniki sənədlərində nəzərdə tutulan iş rejimlərinin pozulduğu halda, onun əl rejimində dayandırılması, əgər təhlükəsizliyə mənfi təsir etməyəcəksə, nəzərdə tutulmalıdır;

5.3.13. Avadanlığın qəza söndürülməsi zamanı akkumulyasiya olunmuş enerji açılan qapaqlarda yerləşdirilmiş xəbərdaredici lövhəciklərdə göstərilmiş vaxt ərzində təhlükəsiz qiymətədək azalmlıdır;

5.3.14. Avadanlıq müvafiq giriş qurğuları ilə təchiz edilməlidir, bu zaman, avadanlığın digər avadanlıqlarla birlikdə istifadəsinin nəzərdə tutulduğu halda, onların birləşməsi təhlükəsiz olmalıdır;

5.3.15. Avadanlığın partlayış təhlükəli mühitə nəzarət üçün aşkarlama qurğularına və ya xəbərdaredici siqnalizasiyaya qurğuları mövcuddursa, onların yerləşmə yerləri və şərtləri istehsalçının texniki sənədlərində nəzərdə tutulmalıdır;

5.3.16. Avadanlıqda partlayış təhlükəli mühit yaradan yanar maddələr ifraz edən materiallar olmamalıdır;

5.3.17. İstehsalçının texniki sənədlərində müəyyən edilmiş iş şəraiti çərçivəsində istifadə olunan, partlayışdan mühafizəyə mənfi təsir göstərə biləcək materiallarla partlayış təhlükəli mühit yaradan maddələr arasında kimyəvi reaksiyanın mümkünlüyü istisna edilməlidir;

5.3.18. Avadanlıqda ətraf mühitin temperaturunun və istismar şəraitinin təsirindən, eləcə də digər materiallarla birləşdikdə öz xassələrini dəyişməsi nəticəsində avadanlığın partlayışdan mühafizə səviyyəsini azaldan materiallar olmamalıdır;

5.3.19. Avadanlıqda quraşdırılan və ya avadanlığın və mühafizə sisteminin detallarının əvəz edilməsi üçün istifadə edilən Ex-komponentlər istehsalçının istismar sənədinə (təlimatına) uyğun quraşdırılmalı və partlayış təhlükəsizliyini təmin edən tələblərə uyğun təhlükəsiz işləməlidir;

5.3.20. Xarici təsirə məruz qala biləcək avadanlıq əlavə mühafizə vasitələri ilə təchiz edilməlidir. Avadanlıq onun partlayışdan mühafizəsi pozulmadan xarici təsirlərə davamlı olmalıdır;

5.3.21 Əgər avadanlıq partlayışdan mühafizə növünün bir hissəsi olan korpusda və ya bağlı konteynerdə yerləşdirilibsə, bu korpus və ya konteyner yalnız xüsusi alətin köməyi ilə və ya müvafiq mühafizə tədbirləri tətbiq etməklə açılmalıdır;

5.3.21. Avadanlığın həddindən artıq təhlükəli yüklənməsinin qarşısının alınması üçün ölçü, tənzimləmə və nəzarət cihzlarının (maksimal elektrik açarları, temperatur məhdudlaşdırıcıları, diferensial təzyiq releləri, məsrəfölçənlər, zaman möhlətli rele, sürət aşma indikatorları və (və ya) analoji tipli cihazlar nəzərdə tutulmalıdır.

5.4 Avadanlığın konstruksiyası aşağıdakı potensial alışma mənbələrindən mühafizəni təmin etməlidir:

5.4.1. Qığılcımlar (elektrik və friksiya), alov, qızmış səthlərin yüksək temperaturu, elektromaqnit, ultrasəs, optik və ionlaşdırıcı şüalar;

5.4.2. Statik elektrikləşmə (təhlükəli boşalmalara səbəb ola biləcək elektrostatik yüklər);

5.4.3. Səthlərin təhlükəli korroziyasının, qığılcımların və ya həddindən artıq qızmasına gətirib çıxara və beləliklə də, alışma mümkünlüyü yarada biləcək dolaşan cərəyanlar və sızma cərəyanları;

5.4.4. Materiallar və kənar əşyaların fırlanması və ya düşməsi zamanı bir biri ilə təmas edən hissələr arasında yarana biləcək sürtünmə və ya zərbələr nəticəsində həddindən artıq qızma;

5.4.5. Təzyiqin tənzimləyici qurğularla həyata keçirilən və alışmaya gətirib çıxaran zərbə dalğaları və ya sıxılma doğura biləcək kompensasiyası;

5.4.6. İldırım vurmaları;

5.4.7. Toz qatının öz-özünə alışması daxil olmaqla, ekzotermik reaksiyalar.

Bu zaman partlayışın yaranması təhlükəsinin bütün amilləri diqqətə alınmalı və partlayış təhlükəli mühitlərin alışmasının yaranma mənbələri aşkarlanmalıdır. Təhlükə amillərinin aparılmış qiymətləndirilməsi nəzərə alınmaqla avadanlığın partlayış təhlükəli mühitlərdə tətbiqi üçün partlayışdan mühafizənin təmin edilməsi üsulları (partlayış müdafiəsi növləri) seçilməlidir.

5.5 Qəza rejimlərində avadanlığın mühafizəsini təmin edən qurğular aşağıdakı tələblərə uyğun olmalıdır:

5.5.1. Qoruyucu qurğular iş üçün zəruri olan istənilən ölçü və ya nəzarət cihazlarından asılı olmayaraq işləməlidir. Qoruyucu qurğunun imtinası texniki sənədlərdə nəzərdə tutulmuş texniki vasitələrin köməyi ilə aşkarlanmalıdır;

5.5.2.Qəza sönməsi müvafiq idarəetmə qurğularını proqram təminatının aralıq komandası olmadan bilavasitə işə salmalıdır;

5.5.3. Qoruyucu qurğuların qəza idarəetmə vasitələri təkrar işədüşmənin bloklanması mexanizmləri və ya digər qurğuları ilə təchiz edilməlidir. Yeni işəsalma komandasının yerinə yetirilməsi və normal işin bərpası yalnız təkrar işəsalmanın bloklanmasının xüsusi ləğvindən sonra mümkündür;

5.5.4.Tətbiq edilən idarəetmə qurğuları və indikatorlar partlayış riski baxımından istismar təhlükəsizliyinin maksimum mümkün səviyyəsinin təmin edilməsi məqsədilə layihələndirilməlidir;

5.5.5. Ölçü funksiyasına malik qurğular onların partlayış təhlükəli mühitdə istifadəsinin istismar tələbləri və şərtləri nəzərə alınmaqla layihələndirilməli və istehsal olunmalı və vahid ölçmələrin təmin edilməsi tələblərinə cavab verməlidir;

5.5.6. Ölçü funksiyasına malik qurğuların göstəricilərinin dəqiqliyinin və fəaliyyətinin yoxlanması mümkünlüyü təmin edilməlidir;

5.5.7. Ölçü funksiyasına malik qurğuların potensial alışma mənbəyinin qəza həddi texniki sənədlərdə müəyyən edilmiş təhlükəsizlik əmsalı, iş şəraiti və ölçü sistemi xətaları nəzərə alınmaqla, partlayışın və (və ya) qeydiyyata alınan partlayış təhlükəli mühitlərin alışmasının son hədd şərtlərindən aşağı olmalıdır;

5.5.8. İdarə olunan avadanlığın proqram təminatı proqramda xətalarla bağlı riskləri nəzərə almalıdır.

5.6. Avadanlığın istehlakçıya tədarükü zamanı ona (avadanlığa) istehsalçının, aşağıdakı sənədlər daxil olmaqla, texniki sənədləri əlavə edilməlidir:

5.6.1. Avadanlığın adı və (və ya) işarəsi (tipi, markası, modeli), onun təhlükəsizliyə təsir göstərən parametrləri və xarakteristikaları, istehsalçının adı və (və ya) əmtəə nişanı;

5.6.2. Onun təyinatına dair məlumat;

5.6.3. Quraşdırma, yığılma, nizamlama və ya tənzimləməyə dair göstərişlər;

5.6.4. Avadanlığın istifadəsinə və istismar zamanı riayət edilməli olan təhlükəsizliyin təmin edilməsi tələblərinə dair göstərişlər (istismara verilmə, birbaşa təyinatı üzrə istifadə, texniki xidmət, bütün təmir və texniki şəhadətləndirmə növləri, intensivliyin azaldılmasına və zərərli istehsalat amillərinin lokallaşdırılmasına yönəldilmiş mühafizə vasitələri, daşınma və saxlanma şəraiti daxil olmaqla);

5.6.5. Təyin edilmiş xidmət müddəti göstəriciləri və (və ya) təyin edilmiş resurs;

5.6.6. Avadanlığın qəza rejimlərinə gətirib çıxaran kritik imtinaların, personalın (istifadəçinin) mümkün səhvlərinin və qeyd edilən səhvlərin qarşısını alan tədbirlərin siyahısı;

5.6.7. Son hədd vəziyyətlərin parametrləri;

5.6.8. Bu avadanlığın nasazlığının aşkarlanması zamanı görülməli olan tədbirlər haqqında məlumat;

5.6.9. Əlavə elementlərlə (kabel girişləri və s.) əlavə komplektləşdirmə zərurətinə dair məlumat;

5.6.10. Avadanlığın partlayış təhlükəsizliyini şərtləndirən texniki xarakteristikalarının qorunmasının təmin edilməsinə dair tələblər;

5.6.11. Qablaşdırmasına, konservasiyasına, daşınma və saxlanma şəraitinə dair tələblər, təyin edilmiş saxlanma müddəti, saxlanma müddəti bitmiş ayrı-ayrı elementlərin, detalların, hissələrin vəziyyətinin təkrar şəhadətləndirilməsi, əvəz edilməsinin reqlament müddətlərinə dair tələblər;

5.6.12. Avadanlığın utilizasiyasına dair tələblər;

5.6.13. Saxlanma, daşınma və utilizasiya qaydaları və şərtləri (zəruri olduqda – onlara dair tələblərin müəyyən edilməsi);

5.6.14.Personala dair tələblər;

5.6.15.İstehsalçının ünvanı, onunla əlaqə saxlamaq üçün məlumat;

5.6.16.İstehsalçı tərəfindən səlahiyyət verilmiş şəxsin, idxalatçının adı və yerləşmə yeri, onunla əlaqə saxlamaq üçün məlumat;

5.6.17.İstehsal tarixi.

Texniki sənədlər kağız daşıyıcılarda hazırlanır. Ona elektron daşıyıcılarda texniki sənədlər komplekti əlavə oluna bilər.

5.7. Avadanlığa aşağıdakıları ehtiva edən etiketləmə vurulmalıdır:

5.7.1. İstehsalçının adı və ya onun qeydiyyatdan keçmiş əmtəə nişanı;

5.7.2. Avadanlığın tipinin işarəsi;

5.7.3. Zavod nömrəsi;

5.7.4.Uyğunluq sertifikatının nömrəsi;

5.7.5. Partlayışdan mühafizə etiketləməsi.

Partlayış təhlükəsizliyinin xüsusi işarəsinin təsviri 3 nömrəli əlavədə müəyyən edilib.

5.8. Etiketləmə  və istehsalçının texniki sənədləri dövlət dilində yerinə yetirilir.

5.9. Etiketləmə bu avadanlığın sökülmədən və ya alətlərdən istifadə edilmədən əlçatan olan səthinə və ya lövhəciklərə vurulmalı və avadanlığın bütün  istismarı müddəti ərzində qalmalıdır.

5.10. İstehsalçının qərarı ilə və ya tədarük müqaviləsinə (kontraktına) uyğun olaraq avadanlığın etiketlənməsi onun təhlükəsiz istifadəsi üçün əhəmiyyətə malik olan əlavə informasiyanı ehtiva edə bilər, o cümlədən:

5.10.1.Nominal gərginlik və ya nominal gərginliklər diapazonu;

5.10.2.Uzunmüddətli yolverilən işçi təzyiq;

5.10.3.Cərəyan növünün şərti işarəsi (nominal tezlik göstərilməyibsə);

5.10.4.İnsanın elektrik cərəyanı ilə vurulmaqdan müdafiə sinfinin şərti işarəsi;

5.10.5.Örtüklə təmin edilən mühafizə dərəcəsi;

5.10.6.Nominal istehlak edilən və ya faydalı güc və ya nominal cərəyan;

5.10.7.Kütlə;

5.10.8.Qabarit ölçülər;

5.10.9. İstehsal tarixi.

Təhlükəsizlik tələblərinə uyğunluğun təmin edilməsi

6.1. Avadanlığın bu texniki reqlamentin tələblərinə uyğunluğu bilavasitə bu tələblərin yerinə yetirilməsi yolu ilə və ya bu texniki reqlamentin tələblərinə riayət olunmasının təmin edildiyi standartlar siyahısına daxil edilmiş istinad standartlarının və ya texniki şərtlərin tələblərinin yerinə yetirilməsi yolu ilə təmin edilir.

 6.2. Avadanlığın tədqiqat (sınaq) və ölçü metodları tədqiqat (sınaq) və ölçü qaydaları və metodlarını, o cümlədən, bu texniki reqlamentin tələblərinin tətbiqi, icrası və avadanlığın uyğunluğunun qiymətləndirilməsinin (təsdiqinin) həyata keçirilməsi üçün zəruri olan nümunələrin götürülməsi qaydalarını ehtiva edən standartlar siyahısına daxil edilmiş istinad standartlarının və ya texniki şərtlərin tələbləri ilə müəyyən edilir.

7. Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın uyğunluğunun qiymətləndirilməsi (təsdiqi)

7.1. Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlıqların bu texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsi məcburi olmaqla sertifikatlaşdırma üsulu ilə həyata keçirilir.

7.2. Avadanlığın bu texniki reqlamentin tələblərinə uyğunluğunun təsdiqi (bundan sonra – uyğunluğun təsdiqi) aşağıdakılar vasitəsilə həyata keçirilir:

7.2.1. Seriyalı istehsal olunan avadanlıqlar:

- avadanlığın akkreditasiya olunmuş sınaq laboratoriyasında tipik nümunənin sınaqları və istehsal obyektinə baxış və sonrakı dövri qiymətləndirmə əsasında sertifikatlaşdırılması (1s  sxemi);

7.2.2. Məhdud sayda partiya ilə buraxılan avadanlıqlar:

- akkreditasiya olunmuş sınaq laboratoriyasında bu partiyadan olan avadanlıq nümunələrinin sınaqları əsasında sertifikatlaşdırılması (3s sxemi);

- avadanlıq vahidlərinin akkreditasiya olunmuş sınaq laboratoriyasında sınaqları əsasında sertifikatlaşdırılması (4s sxemi).

7.3. 1s sxemi əsasında sertifikatlaşdırma zamanı ərizəçi dövlət qanunvericiliyinə uyğun olaraq onun ərazisində qeydiyyatdan keçmiş, ya istehsalçı, ya da xarici istehsalçı ilə müqavilə əsasında onun tədarük edilən məhsulların bu texniki reqlamentin tələblərinə uyğunluğunun təmin edilməsi hissəsində funksiyalarını yerinə yetirən (xarici istehsalçının funksiyalarını yerinə yetirən şəxs) hüquqi şəxs və ya fərdi sahibkar qismində fiziki şəxs ola bilər.

 

7.4. 3s, 4s sxemləri üzrə sertifikatlaşdırma zamanı ərizəçi qanunvericiliyə müvafiq olaraq onun ərazisində qeydiyyatdan keçmiş və ya istehsalçı, ya satıcı ya da xarici istehsalçı ilə müqavilə əsasında onun tədarük edilən məhsulların bu texniki reqlamentin tələblərinə uyğunluğunun təmin edilməsi hissəsində funksiyalarını yerinə yetirən (xarici istehsalçının funksiyalarını yerinə yetirən şəxs) hüquqi şəxs və ya fərdi sahibkar qismində fiziki şəxs ola bilər.

7.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli 17 iyul 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi  təqdim edilir.

7.5.1. Sertifikatlaşdırma (uyğunluğun qiymətləndirilməsi (təsdiqi)) orqanı:

7.6.1.1. Təqdim edilmiş avadanlığın xarakteristikalarının bu texniki reqlamentinin 1-ci maddəsində müəyyən edilmiş əlamətlərə, eləcə də bu texniki reqlamentlə müəyyən edilmiş müddəalarla eyniliyinin müəyyən edilməsi yolu ilə onun eyniləşdirilməsini həyata keçirir;

7.6.1.2. Akkreditasiya olunmuş sınaq laboratoriyasında avadanlığın nümunəsinin (nümunələrinin)  bu texniki reqlamentinin 5-ci maddəsinin 1-ci bəndində göstərilmiş standartlar siyahısından olan standartların tələblərinə uyğunluğu ilə bağlı sınaqlarının keçirilməsini təşkil edir və sınaq protokolunun (protokollarının) təhlilini aparır. Sınaq protokolunda avadanlıq və Ex-komponentin bu texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən texniki sənədlərin (partlayışdan müdafiənin təmin edilməsi vasitələrinin çizgilərinin) siyahısı göstərilir.

7.6.1.3. İstehsalçının avadanlığın istehsalına və quraşdırılmasına dair texniki sənədlərində spesifik tələblər olduqda və zərurət yarandıqda, avadanlığın quraşdırıldığı və ya istehsl olunduğu yerdə sınağ işlərinin aparılmasına yol verilir. 

7.6.1.4. İstehsalçı tərəfindən standartlar tətbiq edilməyibsə və ya standartlar yoxdursa, sertifikatlaşdırma (uyğunluğun qiymətləndirilməsi (təsdiqi)) orqanı avadanlığın bilavasitə bu texniki reqlamentin partlayış təhlükəsizliyi tələblərinə uyğunluğunun təsdiqini həyata keçirir. Bu məqsədlə sertifikatlaşdırma orqanı:

7.6.1.5. Bu texniki reqlamentin partlayış təhlükəsizliyi tələblərinin yerinə yetirilməsini təsdiq edən, istehsalçının izahedici qeydində göstərilən texniki sənədlərdən və ya qəbul edilmiş texniki həllərin təsviri və risklərin qiymətləndirilməsindən istifadə etməklə sertifikatlaşdırılan avadanlıq üçün konkret təhlükəsizlik tələbləri müəyyən edir;

7.6.1.6. Bu texniki reqlamentinin 6-cı maddəsinin 2-ci bəndində göstərilmiş standartlar siyahısına daxil olan, ölçmə və sınaq metodlarına dair standartları müəyyən edir, və ya bu standartlar olmadığı halda, avadanlığın qəbul edilmiş konkret tələblərə uyğunluğunun təsdiqi üçün avadanlığın nəzarət, ölçü və sınaq metodikasını müəyyən edir;

7.6.1.7. Akkreditasiya olunmuş sınaq laboratoriyasında avadanlığın sınaqlarının aparılmasını təşkil edir;

7.6.1.8.İstehsalçının istehsal obyektinə baxış keçirir. İstehsalçıda istehsalatın sertifikatlaşdırılmış keyfiyyəti idarəetmə sisteminin olduğu və ya avadanlığın işlənib hazırlandığı və istehsal edildiyi halda bu sistemin hazırkı texniki reqlamentin tələblərinə cavab verən sertifikatlaşdırılmış avadanlığın stabil buraxılışını təmin etmək imkanını qiymətləndirir;

7.6.1.9. Avadanlıq partiyasının (tək avadanlığın) uyğunluğunun təsdiqi zamanı istehsal obyektinə baxış aparılmır;

7.6.1.10. Akkreditasiya olunmuş sınaq laboratoriyasında nümunələrin sınaqlarının aparılması və (və ya) istehsalın vəziyyətinin təhlili vasitəsilə (1s sxemi), uyğunluq sertifikatının qüvvədə olduğu bütün müddət ərzində sertifikatlaşdırılmış avadanlığın dövri qiymətləndirmə (sertifikatlaşdırma sxemi ilə nəzərdə tutulubsa);

7.6.2.Komissiyanın qərarı ilə təsdiq edilmiş vahid formalı uyğunluq sertifikatı verir:

7.6.2.1. Seriyalı buraxılan avadanlıq üçün qüvvədə olma müddəti 5 ildən çox olan;

7.6.2.2.Partiya şəkilində buraxılan avadanlıq üçün (tək avadanlıq)  müddət müəyyən edilmir.

Ex-komponentlərin bu texniki reqlamentinin tələblərinə uyğunluq sertifikatı bu yarımbənddə göstərilmiş prosedurlar yerinə yetirildikdən sonra eyni formada verilir.

Uyğunluq sertifikatının əlavəsində, o cümlədən, aşağıdakı məlumatlar əks olunmalıdır:

7.6.2.3. Partlayışdan mühafizənin təmin edilməsinə dair  konstruksiyanın və vasitələrinin təsviri;

7.6.2.4. Xüsusi tətbiq şərtləri (partlayışdan mühafizə nişanlanmasında “X” işarəsi göstərilibsə);

7.6.3.İstehsalçı (istehsalçı tərəfindən səlahiyyət verilmiş şəxs), idxalatçı:

7.6.3.1. Uyğunluq sertifikatını aldıqda məhsulun uyğunluq nişanını və sertifikatlaşdırma (uyğunluğun qiymətləndirilməsi (təsdiqi)) orqanının qeydiyyat nömrəsini vurur;

7.7. Avadanlığa dair aşağıdakı sənədlər komplektini formalaşdırır:

7.7.1. Avadanlığa dair bu bəndin 1-ci yarımbəndində verilmiş sənədlər;

7.7.2. Sınaq protokolu (protokolları);

7.7.3.  Uyğunluq sertifikatı;

7.7.4. İstehsal prosesinin stabil olması və istehsal olunan avadanlığın bu texniki reqlamentin tələblərinə uyğunluğu təmin etməsi üçün bütün zəruri tədbirləri görür (1s sxemi).

7.8. İstehsalçı tərəfindən konstruksiyaya və (və ya) avadanlığın və (və ya) Ex-komponentin bu texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən texniki sənədlərə avadanlığın partlayış təhlükəsizliyi göstəricilərinə təsir göstərən dəyişikliklər etdiyi halda, o uyğunluq sertifikatını vermiş sertifikatlaşdırma (uyğunluğun qiymətləndirilməsi (təsdiqi)) orqanına dəyişikliklərin təsvirini, dəyişiklik edilmiş texniki sənədləri (partlayışdan mühafizəni təmin edilməsi vasitələrinin cizgilərini və sertifikatlaşdırma (uyğunluğun qiymətləndirilməsi (təsdiqi)) orqanının avadanlığın və (və ya) Ex-komponentin dəyişikliklər edilmiş bu texniki reqlamentinə uyğunluğu haqqında qərarın qəbul edilməsi üçün yalnız dəyişikliklər edilmiş texniki sənədlərin ekspertizasının kifayət olmadığını hesab etdiyi halda, əlavə sınaqların aparılması üçün nümunəni təqdim edir.

Bu halda, sertifikatlaşdırma (uyğunluğun qiymətləndirilməsi (təsdiqi)) orqanı dəyişikliklər edilmiş texniki sənədlərin (partlayışdan mühafizənin təmin edilməsi vasitələrinin cizgilərinin) ekspertizasını, bunun kifayət olmadığını hesab etdiyi halda isə, nümunənin əlavə sınaqlarını keçirir. Nəticənin müsbət olduğu halda, (uyğunluğun qiymətləndirilməsi (təsdiqi)) orqanı edilmiş dəyişikliklər nəzərə alınmaqla uyğunluq sertifikatının qüvvəsinin təsdiqi haqqında qərar rəsmiləşdirir və ya edilmiş dəyişikliklərin avadanlığın və (və ya) Ex-komponentin yeni məmulat kimi nəzərdən keçirilməsini tələb etdiyi halda, texniki reqlamentə yeni uyğunluq sertifikatı rəsmiləşdirir.

7.9.Ölkə ərazisində uyğunluğu təsdiq edən sənədlər də daxil olmaqla, aşağıdakı sənədlər komplekti saxlanmalıdır:

7.9.1.Avadanlıq üçün-istehsalçıda (istehsalçı tərəfindən səlahiyyət verilmiş şəxsdə) bu avadanlığın istehsalatdan çıxarıldığı (xitam verildiyi) tarixdən azı 10 il ərzində;

7.9.2. Avadanlığın partiyası (tək məmulat) üçün – idxatlçıda, istehsalçıda və ya istehsalçı tərəfindən səlahiyyət verilmiş şəxsdə partiyanın son məmulatının satılması tarixindən azı 10 il ərzində.

7.9.3.Sertifikatlaşdırmanın nəticələrini təsdiq edən sənədlər və materiallar uyğunluq sertifikatını vermiş sertifikatlaşdırma orqanında uyğunluq sertifikatının qüvvədə olması müddətinin bitməsi tarixindən azı 5 il ərzində.

Sənədlər komplekti dövlət nəzarət orqanlarının tələbi ilə onlara təqdim edilməlidir.

8.  Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın istehlak bazarında uyğunluq nişanı ilə nişanlanması

8.1. Texniki reqlamentin  təhlükəsizlik tələblərinə uyğun olan və bu sənədin 6-cı hissəsində qeyd olunan üsulla uyğunluğu qiymətləndirilən avadanlıqlar istehlak bazarında dövriyyəyə buraxılmazdan əvvəl uyğunluq nişanı ilə nişanlanmalıdır.

8.2.  Avadanlıqların üzərinə uyğunluq nişanının vurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 216 nömrəli  Qərarı ilə təsdiq olunan “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na uyğun həyata keçirilir.

8.3. İstehlak bazarında uyğunluq nişanı avadanlığın bütün xidmət müddəti ərzində aydın və dəqiq təsviri təmin edən istənilən şəkildə nişanlanır.

8.5. İstehlak bazarda məhsulların uyğunluq nişanı avadanlığın üzərinə tətbiq edilir, həmçinin uyğunluq nişanı avadanlığa tətbiq edilə bilmədikdə, əlavə edilmiş istismar sənədlərində də göstərilə bilər.

8.6. Avadanlıqlar Azərbaycan Respublikasında qüvvədə olan və onlara şamil edilən bütün texniki reqlamentlərin tələblərinə uyğun olduqda və uyğunluq nişanının tətbiqi nəzərdə tutulduqda uyğunluq nişanı ilə nişanlanmalıdır.

9. Texniki reqlamentin tələblərinə nəzarət

9.1. İstehlak bazarlarında bu texniki reqlamentin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılır.

10. Yekun müddəalar

10.1 Texniki reqlament dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minir.

“Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın

təhlükəsizliyi haqqında” texniki reqlamentə

1 nömrəli əlavə

 

“Partlayış təhlükəli mühitlərdə iş üçün avadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlamentin şamil olunduğu partlayış təhlükəli mühitlərdə iş üçün elektrik avadanlıqlarının, o cümlədən Ex-komponentlərin və qeyri-elektrik avadanlıqlarının siyahısı

Bu texniki reqlamentin şamil olunduğu partlayış təhlükəli mühitlərdə iş üçün elektrik avadanlıqlarına, o cümlədən Ex-komponentlərinə və qeyri-elektrik avadanlıqlarına “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına və “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq aşağıdakılar aiddir:

Sıra №

Malın adı

XİF MN üzrə kod

Uyğunluğun qiymətləndirilməsi (təsdiqi) üzrə sənədlər

I qrup: Mədən qazı və (və ya) yanar toz səbəbindən təhlükəli olan şaxtaların yeraltı hazırlanmalarında və onların yerüstü quruluşlarının tətbiq üçün nəzərdə tutulmuş avadanlıqlar

II qrup: Partlayış təhlükəli qaz mühitləri səbəbindən təhlükəli olan yerlərdə (şaxtaların yeraltı hazırlanmalarında və onların yerüstü quruluşları istisna olmaqla) tətbiq üçün nəzərdə tutulmuş avadanlıqlar

1.

Partlayışdan mühafizənin “partlayış keçirməyən örtüklər “d” növü olan partlayışa davamlı elektrik avadanlıqları

7308-dən

7322-dən

8412-dən

8413-dən

8414-dən

8415-dən

8419-dan

8421-dən

8423-dən

8425-dən

8426-dan

8428-dən

8430-dan

8437-dən

8470-dən

8471-dən

8474-dən

8481-dən

8501-dən

8502-dən

8504-dən

8505-dən

8506-dan

8507-dən

8512-dən

8513-dən

8514-dən

8517-dən

8518-dən

8519-dan

8521-dən

8525-dən

8526-dan

8528-dən

8530-dan

8531-dən

8532-dən

8533-dən

8535-dən

8536-dan

8537-dən

8538-dən

8539-dan

8541-dən

8542-dən

8543-dən

8546-dan

8547-dən

9013-dən

9024-dən

9025-dən

9026-dan

9027-dən

9028-dən

9029-dan

9030-dan

9031-dən

9032-dən

9405-dən

Uyğunluq sertifikatı

2.

Partlayışdan mühafizənin “izafi təzyiq altında örtüklər “p” növü olan partlayışa davamlı elektrik avadanlıqları

7322-dən

8501-dən

8504-dən

8505-dən

8506-dan

8507-dən

8514-dən

8517-dən

8518-dən

8519-dan

8521-dən

8525-dən

8531-dən

8532-dən

8535-dən

8536-dan

8537-dən

8538-dən

8541-dən

Uyğunluq sertifikatı

3.

Partlayışdan mühafizənin “örtüyün kvarsla doldurulması “q” növü olan partlayışa davamlı elektrik avadanlıqları

7308-dən

8501-dən

8504-dən

8505-dən

8506-dan

8507-dən

8512-dən

8514-dən

8532-dən

8535-dən

8536-dan

8537-dən

8538-dən

8546-dan

8547-dən

Uyğunluq sertifikatı

4.

Partlayışdan mühafizənin “örtüyün yağla doldurulması “o” növü olan partlayışa davamlı elektrik avadanlıqları

8501-dən

8504-dən

8505-dən

8506-dan

8507-dən

8514-dən

8532-dən

8535-dən

8536-dan

8537-dən

8538-dən

8546-dan

8547-dən

Uyğunluq sertifikatı

5.

Yüksəldilmiş təhlükəsizik “e” növü olan partlayışa davamlı elektrik avadanlıqları

7322-dən

8412-dən

8470-dən

8471-dən

8501-dən

8504-dən

8505-dən

8506-dan

8507-dən

8512-dən

8513-dən

8514-dən

8517-dən

8518-dən

8519-dan

8521-dən

8525-dən

8526-dan

8528-dən

8531-dən

8532-dən

8535-dən

8536-dan

8537-dən

8538-dən

8541-dən

9024-dən

9025-dən

9026-dan

9027-dən

9028-dən

9029-dan

9030-dan

9031-dən

9032-dən

9405-dən

Uyğunluq sertifikatı

6. 

Partlayışdan mühafizənin “qığılcım təhlükəsiz elektrik dövrəsi “i” və “qığılcım təhlükəsiz sistemlər” növü olan partlayışa davamlı elektrik avadanlıqları

7322-dən

8412-dən

8413-dən

8414-dən

8415-dən

8419-dan

8421-dən

8423-dən

8425-dən

8426-dan

8428-dən

8430-dan

8437-dən

8470-dən

8471-dən

8474-dən

8481-dən

8501-dən

8502-dən

8504-dən

8505-dən

8506-dan

8507-dən

8512-dən

8513-dən

8514-dən

8517-dən

8518-dən

8519-dan

8521-dən

8525-dən

8528-dən

8530-dan

8531-dən

8532-dən

8533-dən

8535-dən

8536-dan

8537-dən

8538-dən

8539-dan

8541-dən

8542-dən

8543-dən

9013-dən

9024-dən

9025-dən

9026-dan

9027-dən

9028-dən

9029-dan

9030-dan

9031-dən

9032-dən

9405-dən

Uyğunluq sertifikatı

7. 

Avadanlığın izafi təzyiq altında “p” olan otaqlar və süni ventilyasiyası “v” olan otaqlar tərəfindən qorunması

7322-dən

8501-dən

8504-dən

8505-dən

8506-dan

8507-dən

8514-dən

8517-dən

8518-dən

8519-dan

8521-dən

8525-dən

8531-dən

8532-dən

8535-dən

8536-dan

8537-dən

8538-dən

8541-dən

Uyğunluq sertifikatı

8. 

Partlayışdan mühafizənin “n” növü olan partlayışa davamlı elektrik avadanlıqları

7322-dən

8412-dən

8426-dan

8470-dən

8471-dən

8501-dən

8504-dən

8505-dən

8506-dan

8507-dən

8512-dən

8513-dən

8514-dən

8517-dən

8518-dən

8519-dan

8521-dən

8525-dən

8531-dən

8532-dən

8535-dən

8536-dan

8537-dən

8538-dən

8541-dən

8546-dan

8547-dən

9024-dən

9025-dən

9026-dan

9027-dən

9028-dən

9029-dan

9030-dan

9031-dən

9032-dən

9405-dən

Uyğunluq sertifikatı

9. 

Partlayışdan mühafizənin “kompaundla hermetikləşdirmə “m” növü olan partlayışa davamlı elektrik avadanlıqları

7322-dən

8412-dən

8413-dən

8414-dən

8415-dən

8419-dan

8421-dən

8423-dən

8425-dən

8426-dan

8428-dən

8430-dan

8437-dən

8470-dən

8471-dən

8474-dən

8481-dən

8501-dən

8502-dən

8504-dən

8505-dən

8506-dan

8507-dən

8512-dən

8513-dən

8514-dən

8517-dən

8518-dən

8519-dan

8521-dən

8525-dən

8528-dən

8530-dan

8531-dən

8532-dən

8533-dən

8535-dən

8536-dan

8537-dən

8538-dən

8541-dən

8542-dən

8543-dən

8546-dan

8547-dən

9024-dən

9025-dən

9026-dan

9027-dən

9028-dən

9029-dan

9030-dan

9031-dən

9032-dən

9405-dən

Uyğunluq sertifikatı

10.

Xüsusi partlayışdan mühafizənin “s” növü olan partlayışa davamlı elektrik avadanlıqları

7322-dən

8412-dən

8470-dən

8471-dən

8501-dən

8504-dən

8505-dən

8506-dan

8507-dən

8512-dən

8513-dən

8514-dən

8517-dən

8518-dən

8519-dan

8521-dən

8525-dən

8526-dan

8531-dən

8532-dən

8535-dən

8536-dan

8537-dən

8538-dən

8541-dən

8546-dan

8547-dən

9024-dən

9025-dən

9026-dan

9027-dən

9028-dən

9029-dan

9030-dan

9031-dən

9032-dən

9405-dən

Uyğunluq sertifikatı

11.

Mədən qazı səbəbindən təhlükəli olan şaxtalarda tətbiq üçün baş işıqları

8512-dən

8513-dən

8539-dan

9405-dən

Uyğunluq sertifikatı

12.

Müqavimətli (rezistiv) paylanmış (bölüşdürülmüş) elektrik qızdırıcıları

8419-dan

8516-dan

Uyğunluq sertifikatı

III qrup: Partlayış təhlükəli toz mühitləri səbəbindən təhlükəli olan yerlərdə (şaxtaların yeraltı hazırlanmalarında və onların yerüstü quruluşları istisna olmaqla) tətbiq üçün nəzərdə tutulmuş avadanlıqlar

13.

Partlayış təhlükəli toz mühitləri səbəbindən təhlükəli olan yerlərdə (şaxtaların yeraltı hazırlanmalarında və onların yerüstü quruluşları istisna olmaqla) tətbiq üçün nəzərdə tutulmuş avadanlıqlar

7322-dən

8412-dən

8413-dən

8414-dən

8415-dən

8419-dan

8421-dən

8423-dən

8425-dən

8426-dan

8428-dən

8430-dan

8437-dən

8470-dən

8471-dən

8474-dən

8481-dən

8501-dən

8502-dən

8504-dən

8505-dən

8506-dan

8507-dən

8512-dən

8513-dən

8514-dən

8516-dan

8517-dən

8518-dən

8519-dan

8521-dən

8525-dən

8528-dən

8530-dan

8531-dən

8532-dən

8533-dən

8535-dən

8536-dan

8537-dən

8538-dən

8539-dan

8541-dən

8543-dən

8546-dan

8547-dən

9024-dən

9025-dən

9026-dan

9027-dən

9028-dən

9029-dan

9030-dan

9031-dən

9032-dən

9405-dən

Uyğunluq sertifikatı

Partlayış təhlükəli mühitlər üçün qeyri-elektrik avadanlıqlar

14.

Partlayışdan mühafizənin “konstruksiya təhlükəsizliyi “c”, alovlanma mənbəyinə nəzarəti “b”, mayeyə daldırma “k”, məhdud qaz keçiriciliyi olan örtük ilə müdafiə “fr”, partlayış keçirməyən örtüyün müdafiə ilə “d” növləri olan qeyri-elektrik avadanlıqları

7308-dən

7322-dən

8412-dən

8413-dən

8414-dən

8415-dən

8416-dan

8417-dən

8421-dən

8424-dən

8425-dən

8426-dan

8428-dən

8430-dan

8431-dən

8474-dən

8479-dan

8481-dən

8528-dən

Uyğunluq sertifikatı

“Partlayış təhlükəli mühitlərdə istifadə olunan

 avadanlığın təhlükəsizliyi haqqında”   

texniki reqlamentə 2 nömrəli əlavə

Avadanlığın partlayış təhlükəsizliyini müəyyən edən göstəricilərin Təsnifatı

1. Partlayış təhlükəli zonaların Təsnifatı

1.1. Partlayış təhlükəli zonaların təsnifatı avadanlığın müvafiq partlayış təhlükəli zonada bu cür avadanlığın təhlükəsiz istismarını təmin edən partlayışdan mühafizə səviyyəsinə görə seçilməsi məqsədi ilə tətbiq edilir.

1.2. Partlayış təhlükəli qaz və toz mühitlərinin mövcudluq tezliyi və müddətindən asılı olaraq partlayış təhlükəli zonalar aşağıdakı siniflərə bölünür:

1) partlayış təhlükəli qaz mühitləri üçün – sinif 0, 1 və 2;

2) partlayış təhlükəli toz mühitləri üçün – sinif 20, 21 və 22.

2. Avadanlıqların qruplar üzrə Təsnifatı

Tətbiq sahəsindən asılı olaraq avadanlıqlar aşağıdakı qruplara bölünür:

1 ) I qrup avadanlıq – şaxtaların mədən qazı və (və ya) alışqan toz baxımından təhlükəli yeraltı mədənlərində və onların yerüstü tikililərində istifadə üçün nəzərdə tutulmuş avadanlıq. Konstruksiyasından asılı olaraq I qrup avadanlıq üç partlayışdan müdafiə səviyyəsindən birinə malik ola bilər;

2) II qrup avadanlıq – partlayış təhlükəli qaz mühitləri baxımından təhlükəli yerlərdə (şaxtaların yeraltı mədənləri və yerüstü tikililərindən başqa) istifadə üçün nəzərdə tutulmuş avadanlıq. Konstruksiyasından asılı olaraq II qrup avadanlıq üç partlayışdan müdafiə səviyyəsindən birinə malik ola bilər. II qrup avadanlıq nəzərdə tutulduğu partlayış təhlükəli mühit kateqoriyasından asılı olaraq IIA, IIB, IIC yarımqruplarına bölünə bilər;

3) III qrup avadanlıq – partlayış təhlükəli toz mühitləri baxımından təhlükəli yerlərdə (şaxtaların yeraltı mədənləri və yerüstü tikililərindən başqa) istifadə üçün nəzərdə tutulmuş avadanlıq. Konstruksiyasından asılı olaraq II qrup avadanlıq üç partlayışdan müdafiə səviyyəsindən birinə malik ola bilər. III qrup avadanlıq nəzərdə tutulduğu partlayış təhlükəli mühit kateqoriyasından asılı olaraq IIIA, IIIB, IIIC yarımqruplarına bölünə bilər.

3. Avadanlıqların partlayışdan mühafizə səviyyələrinə görə Təsnifatı

3.1. Avadanlıqlar, onların alışma mənbəyi olma təhlükəsindən və partlayış təhlükəli mühitlərdə istifadə şəraitindən asılı olaraq partlayışdan mühafizə səviyyəsinə görə təsnifatlandırılırlar:

- “xüsusi partlayışdan  təhlükəsiz” (“çox yüksək”);

- “partlayışdan təhlükəsiz” (“yüksək”);

- “partlayışa qarşı yüksək etibarlılıq” (“həddindən artıq yüksək”).

3.2 “Xüsusi partlayışdan təhlükəsiz” (“çox yüksək”) partlayışdan mühafizə səviyyəsi istehsalçı tərəfindən müəyyən edilmiş istismar parametrlərinə müvafiq iş üçün nəzərdə tutulmuş avadanlığa şamil olunur, hətta az ehtimal olunan imtinalar zamanı belə lazımi partlayışdan mühfizə səviyyəsini təmin edir, partlayış təhlükəli və bir mühafizə vasitəsinin imtinası zamanı zəruri partlayışdan mühafizə səviyyəsinin ikinci müstəqil mühafizə vasitəsilə ilə təmin edildiyi və ya zəruri partlayışdan mühafizə səviyyəsinin mühafizə vasitələrinin bir birindən asılı olmadan iki dəfə dayanması zamanı təmin edildiyi mühitin olduğu halda işlək olaraq qalır.

Bu partlayışdan mühafizə səviyyəsinə malik avadanlıqlar mədən qazının və (və ya) alışqan tozun olması təhlükəsinin mövcud olduğu şaxtaların yeraltı mədənlərində və onların yerüstü tikililərində (I qrup avadanlıq) və ya havanın qaz, buxar, duman və ya toz, liflər, uçucu maddələr şəklində alışqan maddələrlə qarışığının yaratdığı partlayış təhlükəli mühitin uzunmüddətli dövrlər ərzində daima və ya tez-tez mövcud olduğu obyektlərdə və (və ya) onların hissələrində (II və III qrup avadanlıq) istifadə üçün nəzərdə tutulub.

3.3 “Partlayışdan təhlükəsiz” (“yüksək”) partlayışdan mühafizə səviyyəsi istehsalçı tərəfindən müəyyən edilmiş istismar parametrlərinə müvafiq olaraq iş üçün nəzərdə tutulmuş və bir təsdiq edilmiş ehtimal olunan zədə zamanı normal iş rejimində partlayışdan mühafizəni və işin zəruri səviyyəsini təmin edən avadanlıqlara şamil edilir.

Bu partlayışdan mühafizə səviyyəsinin I qrup avadanlığı ətraf mühitdə mədən qazının reqlamentləşdirilən konsentrasiyaya çatdıqda təhlükəsiz söndürülmə imkanına malik olmalıdır.

Bu partlayışdan mühafizə səviyyəsinə malik avadanlıq mədən qazının və (və ya) alışqan tozun olması ehtimalı olunan  şaxtaların yeraltı mədənlərində və onların yerüstü tikililərində (I qrup avadanlıq) və ya qaz, buxar, duman və ya toz, liflər, uçucu maddələr şəklində partlayış təhlükəli mühitin yaranma ehtimalı olan obyektlərdə və (və ya) onların sahələrində (II və III qrup avadanlıq) istifadə üçün nəzərdə tutulur.

3.4  “Partlayışa qarşı yüksək etibarlılıq” (“həddindən artıq yüksək”) partlayışdan mühafizə səviyyəsi istehsalçı tərəfindən müəyyən edilmiş istismar parametrlərinə müvafiq iş üçün nəzərdə tutulan və yalnız istehsalçı tərəfindən qeyd-şərt edilmiş normal iş rejimində işi təmin edən avadanlığa şamil olunur.

Bu partlayışdan mühafizə səviyyəsinin I qrup avadanlığı ətraf mühitdə mədən qazı reqlamentləşdirilən konsentrasiyaya çatdıqda təhlükəsiz söndürülmə imkanına malik olmalıdır.

Bu partlayışdan mühafizə səviyyəsinə malik avadanlıqlar normal istismar şəraitində şaxtaların yeraltı mədənlərində və onların yerüstü tikililərində (I qrup avadanlıq) və ya normal istismar şəraitində mədən qazının və (və ya) alışqan tozun və yaxud havanın qaz, buxar, duman,toz, liflər, uçucu maddələr şəklində alışqan maddələrlə qarışıqlarının yaratdığı partlayış təhlükəli mühitin mövcudluğu az ehtimal olunan, partlayış təhlükəli mühitin olduğu halda isə, yalnız qısa zaman müddətində mövcud olduğu obyektlərdə və (və ya) onların sahələrində (II və III qrup avadanlıq) istifadə üçün nəzərdə tutulur.

4. Avadanlıqların partlayışdan mühafizə növləri

4.1 Partlayış təhlükəli ətraf mühitin alışmasının qarşısının alınması üçün nəzərdə tutulmuş xüsusi tədbirlərdən asılı olaraq avadanlıqlar partlayışdan mühafizənin bir növünə və ya bir neçə növünün birləşməsinə malik ola bilər:

4.1.1. Partlayış təhlükəli qaz mühitlərində iş üçün nəzərdə tutulmuş elektrik avadanlıqları ilə bağlı:

“d” – partlayışı keçirməyən örtüklü;

“e” – yüksək mühafizəli;

“i” (“ia”, “ib”, “ic”) – qığılcımdan mühafizəli (qığılcımdan təhlükəsiz elektrik zənciri);

“m” (“ma”, “mb”, “mc”) – kompaundla germetikləşdirilmiş;

“nA” – qığılcımlanmayan avadanlıq;

“nC” – partlayış keçirməyən örtükdə olan kontakt qurğusu və ya germetik lehimlənmiş qurğu və ya alışdırmayan komponent və yaxud germetik qurğu;

“nR” – qazları məhdud buraxan örtük;

“nL” – tərkibində məhdud enerjili elektrik zəncirli avadanlıq;

“nZ” – izafi təzyiq altında örtük;

“o” –yağla doldurulmuş örtük;

“p” (“px”, “py”, “pz”) – örtüyün izafi təzyiq altında doldurulması və ya üfürülməsi;

“q” –kvarsla doldurulmuş örtük;

“s” – partlayışdan mühafizənin xüsusi növü;

4.1.2. Partlayış təhlükəli tozlu mühitlərdə istifadə üçün nəzərdə tutulmuş elektrik avadanlıqları ilə bağlı:

“t” (“ta”, “tb”, “tc”) – örtüklə mühafizə;

“i” (“ia”, “ib”) – qığılcımdan təhlükəsiz icralı (qığılcımdan təhlükəsiz icralı elektrik zənciri);

“m” (“ma”, “mb”, “mc”) – kompaundla germetikləşdirilmiş;

“p” – örtüyün izafi təzyiq altında doldurulması və ya üfürülməsi;

“s” – partlayışdan mühafizənin xüsusi növü;

4.1.3. Partlayış təhlükəli mühitlərdə iş üçün nəzərdə tutulmuş qeyri-elektrik avadanlığı:

“c” – konstruksiya təhlükəsizliyi;

“b” – alışma mənbəyinə nəzarət;

“k” – mayeyə daldırılma ilə müdafiə;

“d” – partlayış keçirməyən örtüklə müdafiə;

“fr” – qazları məhdud buraxan örtüklə müdafiə;

“p” – yüksək təzyiqlə müdafiə;

4.1.4.Partlayışdan müdafiənin digər təsdiq edilmiş növləri.

4.2.Avadanlığın partlayışdan mühafizə növləri partlayış təhlükəli ətraf mühitin alışmasının qarşısının alınması məqsədi ilə müxtəlif partlayışdan mühafizə səviyyələrinə malik avadanlıqda nəzərdə tutulmuş aşağıdakı xüsusi tədbirlərlə müəyyən edilir:

4.2.1. Partlayış keçirməyən örtük “d”-avadanlığın partlayış təhlükəli qaz mühitini alışdırmağa qadir olan hissələrinin onun daxilində partlayış təhlükəli qarışığın partlayış təzyiqinə davam gətirmək və partlayışın partlayış təhlükəli ətraf mühitə yayılmasının qarşısını ala bilən, örtüyə salınan partlayışdan mühafizə növü;

4.2.2.Örtüklə müdafiə “t” - avadanlığın tozdan mühafizəli ( tozun dolmasından)  örtüklə və səthin temperaturunu məhdudlaşdıran vasitələrlə təchiz edildiyi partlayışdan müdafiə növü;

4.2.3. “e” növünə aid yüksək mühafizə-yolverilən temperaturun mümkün yüksəlməsinə, eləcə də normal və ya göstərilən (qəza) iş rejimində qığılcımlanmanın yaranmasına qarşı əlavə tədbirlərin istifadə edildiyi partlayışdan mühafizə növü;

4.2.4. Qığılcım təhlükəsizliyi (qığılcımdan təhlükəsiz icralı elektrik zənciri) “i” – elektrik boşalmasında elektrik enerjisinin (gücünün) və elektrik avadanlığının elementlərinin temperaturunun qığılcımlanmadan və ya istilik təsirindən alışmaya səbəb olan səviyyədən aşağı qiymətədək məhdudlaşdırılmasına əsaslanmış partlayışdan mühafizə növü;

4.2.5.Kompaundla germetikləşdirmə “m” – avadanlığın qığılcımlanma və ya qızma nəticəsində partlayış təhlükəli mühiti alışdırmaq iqtidarında olan hissələrinin istismar və ya quraşdırma zamanı partlayış təhlükəli mühitin alışmasının istisna edilməsi üçün kompaunda salındığı partlayışdan mühafizə növü;

4.2.6. “n” mühafizə növü – elektrik avadanlığının normal və göstərilmiş (qəza) iş rejimlərində partlayış təhlükəli ətraf qaz mühitinin alışmasını istisna edən əlavə mühafizə tədbirlərinin görüldüyü partlayışdan mühafizə növü;

4.2.7. Örtüyün yağla doldurulması “o”-avadanlığın və ya avadanlığın bir hissəsinin mayenin üzərində və ya örtüyün xaricində mövcud ola biləcək partlayış təhlükəli qaz mühitinin alışma mümkünlüyünü istisna edən qoruyucu mayeyə daldırıldığı partlayışdan müdafiə növü;

4.2.8. Örtüyün izafi təzyiq altında doldurulması və ya üfürülməsi “p”-xarici mühitin örtüyə düşməsini və ya onlarda qoruyucu qazın olması hesabına xarici mühitin təzyiqindən yüksək təzyiq altına yerləşdirilməsini istisna edən partlayışdan mühafizə növü;

4.2.9. Örtüyün kvarsla doldurulması “q”-partlayış təhlükəli mühiti alışdırmaq iqtidarında olan hissələrin müəyyən mövqedə fiksasiya olunduğu və partlayış təhlükəli xarici ətraf mühitin alışmasının qarşısını alan doldurucu ilə tam əhatə olunduğu partlayışdan mühafizə növü;

4.2.10. Partlayışdan mühafizənin xüsusi növü “s” – bu bəndin 1-9 yarımbəndləri ilə nəzərdə tutulmuş mühafizə tədbirlərindən fərqlənən, lakin qiymətləndirmə və ya sınaqlar zamanı partlayışdan mühafizənin təmin edilməsi üçün kifayət edəcək hesab olunan mühafizə tədbirlərinə əsaslanmış partlayışdan mühafizə növü;

4.2.11. Konstruksiya təhlükəsizliyi “c”-avadanlığın hərəkətli hissələrinin qızmış səthlərinin, yaranmış qığılcım və adiabatik sıxılma nəticəsində  partlayış təhlükəli ətraf mühitin alışması mümkünlüyünü istisna edən əlavə mühafizə tədbirlərinin görüldüyü partlayışdan mühafizə növü;

4.2.12.Alışma mənbəyinə nəzarət “b”- qeyri-elektrik avadanlığında alışma mənbəyinin əmələ gəlməsini istisna edən və daxili quraşdırılmış datçiklərin avadanlıq elementlərinin parametrlərinə nəzarət etməsi üçün istifadə edilən və avtomatik mühafizə qurğularının və ya siqnalizatorlarının işədüşməsinə gətirib çıxaran qurğunun quraşdırılmasını nəzərdə tutan partlayışdan mühafizə növü;

4.2.13.Mayeyə daldırılma ilə müdafiə “k” – potensial alışma mənbələrinin təhlükəsiz olduğu və ya partlayış təhlükəli mühitdən qoruyucu mayeyə tam və ya qismən daldırılma yolu ilə ayrıldığı partlayışdan mühafizə növüdür ki, bu zaman təhlükəli səthlər maye səviyyəsindən yuxarıda və ya avadanlığın örtüyündən kənarda ola biləcək partlayış təhlükəli mühitin alışa bilməyəcəyi şəkildə qoruyucu maye ilə daima örtülmüş olur.

4.2.14.Qazları məhdud buraxan örtüklə müdafiə “fr” – örtük vasitəsilə partlayış təhlükəli ətraf mühitin örtüyə daxil olmasının örtükdəki partlayış təhlükəli mühitin konsentrasiyasının alovun yayılmasının aşağı qatılıq həddindən artıq olduğu məqbul aşağı səviyyəyədək məhdudlaşdırıldığı partlayışdan mühafizə növü.

5. Avadanlığın temperatur siniflərinə görə Təsnifatı

Avadanlığın səthinin ən yüksək yolverilən səthindən asılı olaraq II-ci qrup avadanlıqlar aşağıdakı temperatur siniflərinə bölünür:

1) Т1 - 450 dərəcə Selsi;

2) Т2 - 300 dərəcə Selsi;

3) Т3 - 200 dərəcə Selsi;

4) Т4 - 135 dərəcə Selsi;

5) Т5 - 100 dərəcə Selsi;

6) Т6 - 85 dərəcə Selsi.

“Partlayış təhlükəli mühitlərdə istifadə olunan

 avadanlığın təhlükəsizliyi haqqında”

texniki reqlamentə 3 nömrəli əlavə

 

Xüsusi partlayış təhlükəsizliyi nişanının şəkili

Xüsusi partlayış təhlükəsizliyi nişanının təsviri

Xüsusi partlayış təhlükəsizliyi nişanının şəkli latın əlifbasının hündürlüyün enə 11/8 nisbətində açıq (şək. 1) və ya kontrastlı fonda (şək. 2) düzbucaqlıya salınmış iki üslublaşdırılmış “E” və “x” hərflərinin birləşməsindən ibarətdir, “x” hərfinin hündürlüyü “E” hərfinin hündürlüyünün 5/9 ölçüsünü təşkil edir.

Ех partlayışdan mühafizə kimi açıqlanır (Explosion-proof).

Xüsusi partlayış təhlükəsizliyi nişanının ölçüləri avadanlığın istehsalçısı tərəfindən partlayış təhlükəli mühitlərdə istifadə üçün müəyyən edilir. Düzbucaqlının hündürlüyünün baza ölçüsü 10 mm-dən az olmamalıdır. Xüsusi partlayış təhlükəsizliyi nişanının ölçüləri onun elementlərinin dəqiqliyinə və onların avadanlığın və ya Ex-komponentin ümumi rəng fonunda adi gözlə görünə bilməsinə zəmanət verməlidir.

Tətbiqi nəticəsində könüllü əsaslarla “Partlayış təhlükəli mühitlərdə iş üçün avadanlığın təhlükəsizliyi haqqında” texniki reqlamentinin tələblərinə riayət olunmasının təmin edildiyi standartlar siyahısının mətni.

Tədqiqat (sınaq) və ölçü qaydaları və metodlarını, o cümlədən, “Partlayış təhlükəli mühitlərdə iş üçün avadanlığın təhlükəsizliyi haqqında” texniki reqlamentinin  tələblərinin tətbiqi və icrası və məhsulun uyğunluğunun qiymətləndirilməsinin (təsdiqinin) həyata keçirilməsi üçün zəruri olan nümunələrin götürülməsi qaydalarını ehtiva edən standartlar siyahısının mətni