Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Layihə

“Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların təhlükəsizliyi haqqında”  texniki reqlamentin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların təhlükəsizliyi haqqında  texniki reqlament” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri,  “__” ______ 2025-ci il

№ ___

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2025-ci il ______ tarixli ____ nömrəli Qərarı ilə

təsdiq edilmişdir

Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların təhlükəsizliyi haqqında  texniki reqlament

1.Ümumi müddəalar

1.“Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların təhlükəsizliyi haqqında”  texniki reqlament (bundan sonra – texniki teqlament) “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Texniki reqlament partlayıcı maddələrə və onların əsasında hazırlanan mallara, habelə onlarla bağlı istehsal, istifadə, saxlama, daşınması (nəqletmə) və istifadəsi proseslərinə dair zəruri tələbləri müəyyən edir.

1.3. Texniki reqlament insanların həyatını və (və ya) sağlamlığını, əmlakını, ətraf mühiti qorumaq, istehlakçıları çaşdıran hərəkətlərin qarşısını almaq məqsədi ilə qəbul edilmişdir.

1.4. Azərbaycan Respublikasında partlayıcı maddələrin və onların əsasında hazırlanan malların təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə, Azərbaycan Respublikasında olan partlayıcı maddələr və onların əsasında hazırlanan mallar ona tətbiq olunan bütün texniki reqlamentlərin tələblərinə də uyğun olmalıdır.

2. Əsas anlayışlar

2.1. Bu texniki reqlamentin məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. partlayıcı maddə – xarici impulsun təsiri altında müəyyən şəraitdə çoxlu miqdarda istilik və qaz məhsullarının ayrılması ilə sürətli öz-özünə yayılan kimyəvi çevrilmə (partlayış) qabiliyyətinə malik olan qatılaşdırılmış kimyəvi maddə və ya belə maddələrin qarışığıdır;

2.1.2. partlayıcı əsaslı mal – tək və ya digər partlayıcı maddələrlə birlikdə istehsal edilmiş formada istifadə üçün nəzərdə tutulmuş, qabığa salınmış və ya onsuz, son ölçülü partlayıcı maddənin kompakt kütləsidir;

2.1.3. partlatma vasitələri – tərkibində partlayıcı maddə olan, başlanğıc impulsu partlayıcı maddə atımına çatdırmaq və partlayışı oyatmaq üçün nəzərdə tutulmuş mallardır;

2.1.4. partlayıcı maddələrdən və onların əsasında hazırlanmış  mallardan istifadə – bu maddələrin və ya malların birbaşa təyinatı üzrə nəzərdə tutulmuş işlərin və ya hərəkətlərin yerinə yetirilməsi, habelə onların icrasına hazırlıqdır;

2.1.5. partlayışoyadıcı partlayıcı maddə – partlayışı oyatmaq və ya digər partlayıcı maddələri alovlandırmaq üçün nəzərdə tutulmuş, ən sadə ilkin impulslardan (zərbə, sürtünmə, qızma, qığılcım atılması) asanlıqla partlayan, yüksək həssas partlayıcı maddədir;

2.1.6. partlayıcı maddələrin və onların əsasında hazırlanmış malların qablaşdırılmasının etiketlənməsi – partlayıcı maddələrin və onların əsasında hazırlanmış malların istehlak qablaşdırmalarına, habelə partlayıcı maddələr əsasında hazırlanmış mallara işarələrin və yazıların tətbiqidir;

2.1.7. partlayıcı maddələrin etiketlənməsi – onların istehsalı zamanı partlayıcı maddələrə xüsusi üsullarla müəyyən edilmiş etiketlənən maddənin və (və ya) mikrodaşıyıcının daxil edilməsidir;

2.1.8. mikrodaşıyıcı – partlayıcı maddəni, onun istehsalçısını müəyyən etməyə imkan verən malları ehtiva edən maddi obyektdir;

2.1.9. texniki sənədlər – partlayıcı maddələrə və onların əsasında hazırlanan mallara tələbləri müəyyən edən sənədlər (istifadəsinə dair dərslik (təlimat), texnoloji reqlament, konstruktor sənədləri);

2.1.10 partlayıcı maddələrin qablaşdırılması – partlayıcı maddələrin və onların əsasında hazırlanmış malların zədələnmədən qorunması və atmosfer hadisələrinə məruz qalmasının istisna edilməsi, partlayıcı maddələrin və onların əsasında hazırlanmış malların ətraf mühitə atılmasının qarşısının alınması üçün nəzərdə tutulmuş, eləcə də onların təhlükəsiz saxlanma, daşınma (nəqletmə), tətbiq edilmə şəraitini təmin edən vasitə və ya vasitələr dəstidir.   

2.2. Texniki reqlamentdə istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

3. Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların təhlükəsizliyinə dair texniki reqlamentin tətbiq dairəsi

3.1. Bu Texniki reqlamentin tələbləri “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına və “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq siyahısı bu Texniki reqlamentin 1 nömrəli əlavəsində verilən partlayıcı maddələrin və onların əsasında hazırlanan mallara şamil edilir.

3.2. Bu texniki reqlament müdafiə təyinatlı məhsullara aid partlayıcı maddələrə və onların əsasında mallara və pirotexniki mallara şamil edilmir.

4. İstehlak bazarında partlayıcı maddələrin və onların əsasında hazırlanan malların dövriyyəsinə dair tələblər

4.1. Partlayıcı maddələr Texniki Reqlamentin, habelə Azərbaycan Respublikasında qüvvədəd olan digər texniki reqlamentlərin (tətbiq olunduqda) tələblərinə uyğun olduqda və Texniki Reqlamentin 8-ci hissəsi və Azərbaycan Respublikasında qüvvədə olan digər texniki reqlamentlərlə (tətbiq olunduqda) müəyyən olunan qaydada uyğunluğu təsdiq edildikdə uyğunluq nişanı ilə nişanlana və Azərbaycan Respublikası ərazisindəki istehlak bazarında dövriyyəyə buraxıla bilər.

4.2. Texniki reqlamentin tələblərinə uyğunluğu təsdiq edilməmiş partlayıcı maddələr və onların əsasında hazırlanan mallar istehlak bazarında uyğunluq nişanı ilə nişanlanmamalı və dövriyyəyə buraxılmamalıdır.

5. Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların etiketlənməsi

5.1. İstehsal edilmiş partlayıcı maddələr aşağıda sadalananlarla nişanlanmalıdır:           

5.1.1.  Partlayıcı maddələrin onlara texniki və ya digər vasitələrlə məsafədən aşkar edilməsini təmin edən etiketlənməsi maddələrin daxil edilməsi ilə məsafədən aşkar edilməsi məqsədilə;

5.1.2. İstehsalçı ölkəni, məhsulu, istehsalçısını, seriyası və istehsal tarixini özündə əks etdirən mikrodaşıyıcıların daxil edilməsi yolu ilə partlayıcı maddələrin istehsalçısını müəyyən etmək məqsədilə.

5.2. Etiketlənən maddələr və mikrodaşıyıcılar:

5.2.1. Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların dövriyyəsi zamanı yaranan təsirlərdən qorunması məqsədilə zəmanətli saxlanma müddətində onların təyinatının səmərəliliyini təmin etməli;

5.2.2. Kütləsi on qram və ya daha çox olan partlayıcı maddələrin istehsal olunmuş partiyasının hər hansı hissəsinə aid mikrodaşıyıcıda çap edilmiş malın əldə edilməsi imkanını təmin etməli;

5.2.3. Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların istehlak xassələrinə mənfi təsiri aradan qaldırmalıdır.

Mikrodaşıyıcılar saxtakarlıqdan qorunmalı və məlumatları birmənalı oxumaq imkanı təmin etməlidir.

5.3. Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların qablaşdırılmasının etiketlənməsinə aşağıdakılar daxil edilməlidir:

5.3.1. partlayıcı maddənin və ya malın adı (şərti işarəsi);

5.3.2. istehsalçının (təchizatçının və (və ya) idxalçının) əmtəə nişanı (varsa) və onların hüquqi ünvanı;

5.3.3. bu texniki reqlamentin 2-4-cü əlavələrinə uyğun olaraq təsnifat nişanları;

5.3.4. nəqliyyat qablarının mexaniki möhkəmlik baxımından uyğunluğunun işarələnməsi;

5.3.5. nişanlama haqqında məlumat (nişanlayıcı maddə və (və ya) mikrodaşıyıcı);

5.3.6. bu standartlar tətbiq olunarsa, məhsulların istehsal olunduğu texniki şərtlərin və ya standartların təyin edilməsi;

5.3.7. zəmanətli saxlama müddəti;

5.3.8. məhsulun bu texniki reqlamentlərin tələblərinə uyğunluğunun təsdiqi haqqında məlumat.

5.4. Partlayıcı maddələr əsasında hazırlanan mallara bu maddədə nəzərdə tutulmuş tələblərin mənasını dəyişdirməyən əlavə malların tətbiq edilməsinə yol verilir.

5.5. Etiketlənmə aydın, oxunaqlı, daşınma zamanı baş verə biləcək müxtəlif təsirlərə (nəm, işıq, duzlar, yüksək və aşağı temperatur) davamlı olmalı, həmçinin partlayıcı maddələrin və onların əsasında hazırlanan malların zəmanətli saxlanma müddəti ərzində saxlanmalıdır.

6. Təhlükəsizlik tələbləri

6.1. Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların təsnifatı:

6.1.1. Partlayış işlərində istifadə məqsədləri üçün tətbiq edilmə şəraitindən asılı olaraq bu texniki reqlamentin 3-cü maddəsinin 1-ci bəndinin a yarımbəndində göstərilən partlayıcı maddələr və onların əsasında hazırlanmış mallar yeddi sinfə və konkret tətbiq şərtlərindən asılı olaraq dörd qrupa ayrılır. Partlayıcı maddələrin növündən və tətbiq edilmə şəraitindən asılı olaraq, partlayıcı maddələrin sinifləri və qrupları, eləcə də patronların (bağlamaların) qabıqlarının rəngi və ya patronların (bağlamaların) qabıqlarına və nəqletmə taralarına tətbiq olunan fərqləndirici zolağın rəngi bu texniki reqlamentlərə 2 nömrəli əlavədə göstərilir;

6.1.2. Partlayıcı maddələr və onların əsasında hazırlanmış mallar törətdiyi təhlükə dərəcəsindən asılı olaraq altı yarımsinfə və uyğun hesab edilən partlayıcı maddələrin və onların əsasında hazırlanan malların növlərini müəyyən edən səkkiz uyğunluq qrupuna bölünür;

1-ci sinif partlayıcı maddələrin və onların əsasında hazırlanan malların yarımsinifləri, uyğunluq qrupları və təsnifat kodları bu texniki reqlamentə müvafiq olaraq 3 və 4 nömrəli əlavələrdə verilmişdir.

6.1.3. Daşınma (nəqletmə) və saxlama məqsədləri üçün partlayıcı maddələr və onların əsasında hazırlanmış mallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydarı”nda müəyyən edilmiş təsnifata uyğun olaraq 1-ci sinif kimi təsnif edilir.  

6.2. Partlayıcı maddələr və onların əsasında hazırlanan malların təhlükəsizlik tələbləri:

6.2.1. İstehsalçı partlayıcı maddələr və onların əsasında hazırlanan mallar üçün texniki sənədləri tərtib etməlidir. Bu texniki reqlamentin 3-cü maddəsinin 1-ci bəndinin b yarımbəndində göstərilən partlayıcı maddələrə və c yarımbəndində göstərilən emulsiya və matrislərə istifadəyə dair göstərişlər (təlimatlar) verilmir.

Partlayıcı maddələrin və onların əsasında hazırlanmış malların texniki sənədlərində onların təhlükəsizliyinə təsir edən xüsusiyyətlər (istehsal, saxlama, daşınma (nəqletmə), istifadə zamanı), qablaşdırma və qablara qoyulan tələblər, partlayıcı maddənin etiketlənməsi barədə mal, istehlakçı tərəfindən giriş nəzarətinin həyata keçirildiyi göstəricilər də göstərilməlidir;

6.2.2. İstifadəyə dair göstərişlərdə (təlimatda) aşağıdakı mallar olmalıdır:

6.2.2.1. Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların adı və şərti işarəsi;

6.2.2.2. Təyinatı və tətbiq sahəsi;

6.2.2.3. Çatdırılmanın tamlığı;

6.2.2.4. Partlayıcı maddələrin və onların əsasında malların istehlak xassələrini müəyyən edən

6.2.2.5. Texniki göstəricilər (ayrıca nəzarət olunan və nəzarət olunmayan göstəricilər);

6.2.2.6. Yanğın, partlayış və elektrostatik təhlükə göstəriciləri;

6.2.2.7. Qablaşdırmanın təsviri, (zəruri hallarda) açılması və istifadə edildikdən sonra məhv edilməsi (və ya qaytarılması) qaydası;

6.2.2.8. Yükün təhlükə sinfinin və uyğunluq qrupunun göstəricisi;

6.2.2.9. Anbarlarda və tətbiq yerində mexanikləşdirmə üsulunun göstərilməsi ilə mexanikləşdirilmiş əməliyyatların tətbiqi;

6.2.2.10. İstifadə olunmamış partlayıcı maddələrin və onların əsasında hazırlanan malların anbara qaytarılması qaydası;

6.2.2.11.Partlayıcı maddələr və onların əsasında hazırlanmış mallarla işləmək üçün təhlükəsizlik tələbləri (iş sahəsinin havasında zərərli maddələrin icazə verilən maksimum konsentrasiyası, maddələrin insan orqanizminə təsirinin xarakteri, zərərli təsirlərdən qorunma tədbirləri və vasitələri, yanğınsöndürənlər);

6.2.2.12. Partlayıcı maddənin və ya malın lağıma və ya quyuya yerləşdirilməsi üsulu;

6.2.2.13. Partlayış üsulu;

6.2.2.14. Partlayıcı maddələrin və onların əsasında hazırlanmış malların istehlakçının anbarına  qəbulu zamanı və anbarda saxlanarkən yoxlanılan xüsusiyyətləri;

6.2.2.15. Saxlama şəraiti, zəmanətli saxlama müddəti, zəmanət verilmiş saxlama müddəti bitdikdən sonra görülən tədbirlər, məhv edilmə qaydası və üsulları;

6.2.2.16. Heyətin ixtisaslarına dair tələblər;

6.2.2.17. Fövqəladə hallarda heyət üçün hərəkət qaydası;

6.2.2.18. İmtinaların aradan qaldırılması qaydası.

Partlayıcı maddələrin (bu texniki reqlamentin 3-cü maddəsinin 1-ci bəndinin b yarımbəndində göstərilən partlayıcı maddələr və c yarımbəndində göstərilən emulsiyalar və matrislər istisna olmaqla) və onların əsasında hazırlanan malların istehsalçısı istehlakçıya istifadə qaydalarına dair göstərişlər (təlimatlar) verməlidir.

6.2.3. Malların risk qrupları üzrə təsnifatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 yanvar tarixli 63 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların risk qruplarının təyin edilməsi meyarları” əsasında İqtisadiyyat Nazirliyi tərəfindən aparılır. Partlayıcı maddələrin işlənməsi zamanı onların təhlükəsizliyi üçün zəruri olan göstəricilərin siyahısı bu texniki reqlamentə 5 nömrəli əlavədə verilmişdir;

6.2.4. Zərbə həssaslığı sınaqlarının nəticələrinə əsasən, aşağı həddi 100 mm-dən, sürtünmə həssaslığına görə sınaqdan keçirildikdə isə aşağı həddi 200 MPa-dan az olduqda partlayıcı maddələrin istifadəsinə icazə verilmir;

6.2.5. Ammonium nitrat emulsiyası təhlükəli yüklərin təsnifatı üzrə beynəlxalq prinsiplər əsasında müəyyən edilmiş sınaq metodlarına uyğun olaraq 1-ci sinifdə təsnif edilə bilən dəyərdən yüksək sıxlığa malik olmalıdır;

6.2.6. Texniki sənədlərdə müəyyən edilmiş şərtlərə (istehsal, qablaşdırma, daşınma, saxlama, istifadə) uyğun olaraq partlayıcı maddələr əsasında hazırlanan malların müxtəlif qrupları:

6.2.6.1. Vaxtından əvvəl partlayış ehtimalını istisna etməli;

6.2.6.2. Partlayış vasitələri ilə etibarlı şəkildə partladılmalı;

6.2.6.3. İstifadə zamanı onların yerləşdirilməsi şərtləri nəzərə alınmaqla detonasiyanın məhsuldan mala ötürülməsini təmin etməli;

6.2.6.4. Mexaniki yüklər altında zədələnmənin qarşısını almaq üçün qabığın və ya gövdənin kifayət qədər möhkəmliyini təmin etməli;

6.2.6.5. Tələb olunan suya davamlılığı təmin etməli;

6.2.6.6. Partlayıcı mühitdə istifadə üçün nəzərdə tutulmuş və istehsal edilmişdirsə, partlayışın baş verməsini istisna etməli;

6.2.6.7. İstismar temperaturu intervalında standartlaşdırılmış xüsusiyyətlərin qorunmasını təmin etməli;

6.2.6.8. Zəmanətli saxlama müddəti ərzində standartlaşdırılmış xüsusiyyətlərin qorunmasını təmin etməli;

6.2.6.9. Statik elektrikə qarşı davamlılığı təmin etməlidir;

6.2.7. Elektrik detonatorları və dalğa ötürücüləri üçün tələblər:

6.2.7.1. Elektrik detonatorları aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

- təhlükəsiz cərəyan ədədi ən azı 0,18 A;

- uzunmüddətli alovlanma cərəyanı ən azı 0,22 A;

- təhlükəsiz alovlanma impulsu ən azı 0,6 A .ms2;

6.2.7.2. Elektriksiz partlayış sistemlərinin dalğa ötürücüləri (zərbə boruları) partlayıcı maddələrin yan səthi və onunla təmasda olan digər partlatma vasitələri ilə partlamağa başlamamalıdır;

6.2.8. İstehsalçı texniki sənədlərdə nəzərdə tutulmuş partlayıcı maddələrin və onların əsasında malların göstəricilərinə nəzarət üsullarını göstərməlidir.

6.3. Partlayıcı maddələrin və onların əsasında malların istehsalı üçün təhlükəsizlik tələbləri:

6.3.1. Partlayıcı maddələr (bu texniki reqlamentin 3-cü maddəsinin 1-ci bəndinin b yarımbəndində göstərilən partlayıcı maddələr və c yarımbəndində göstərilən emulsiyalar və matrislər istisna olmaqla) və onların əsasında hazırlanan mallar sənaye təhlükəsizliyi sahəsində səlahiyyətli orqanlardan biri tərəfindən verilmiş daimi istifadəyə İcazə olduqda istehsal edilə bilər;

6.3.2. Partlayıcı maddələr və onların əsasında hazırlanan mallar, onların mümkün olan ən yüksək təhlükəsizlik dərəcəsini təmin etmək üçün texniki xüsusiyyətlərə malik olmalıdır və bu xüsusiyyətlərə olan tələblər texniki reqlamentdə müəyyən edilmişdir;

6.3.3. Partlayıcı maddələrin və onların əsasında malların istehsalı texniki sənədlərə və bu texniki reqlamentin tələblərinə uyğun həyata keçirilməlidir;

6.3.4. Texniki reqlament partlayıcı maddələrin və onların əsasında malların istehsalı üçün istifadə olunan komponentlərin və xammalın giriş yoxlanışı zamanı yoxlanılmalı olan göstəriciləri nəzərdə tutmalıdır;

6.3.5. İstehsal olunan partlayıcı maddələrin və onların əsasında hazırlanan malların standartlaşdırılmış xarakteristikalarına təsir edən texnoloji proseslərin parametrləri texnoloji reqlamentdə və konstruktor sənədlərində onların xarakteristikalarının təkrar istehsalını təmin edən dəqiqliklə göstərilməlidir;

6.3.6. İstehsal olunan partlayıcı maddələrin və onların əsasında malların standartlaşdırılmış xarakteristikalarına təsir edən texnoloji proseslərin parametrləri onların istehsalı zamanı sənədləşdirilməlidir. Sənədləşdirilmiş qeydlərin saxlanma müddəti partlayıcı maddələrin və onların əsasında hazırlanan malların zəmanətli saxlanma müddətindən az olmamalıdır;

6.3.7. Partlayıcı maddələrin və onların əsasında hazırlanmış malların istehsalçısı bu partlayıcı maddələr və onların əsasında hazırlanmış mallar üçün texniki sənədlərdə nəzərdə tutulmuş zəruri sınaqları (ölçmələri) həyata keçirməlidir;

6.3.8. Texnoloji proseslərin təşkili hazır partlayıcı maddələrə və onların əsasında hazırlanmış mallara, onların daşınması (nəqletməsi), saxlanması, istifadəsi zamanı xassələrinə təsir edən və ya təhlükəsizliyə təsir edən maddələrin və ya əşyaların daxil olması ehtimalını istisna etməli, həmçinin qüsurlu partlayıcı maddələrin və onların əsasında hazırlanmış malların, istehsalat tullantılarının hazır partlayıcı maddələrlə və onların əsasında hazırlanmış məhsulların qarışdırılması imkanlarını istisna etməlidir.

6.4. Qablaşdırma tələbləri.

Qablaşdırma davamlı olmalı, partlayıcı maddələrin sızmasının, dağılmasının və ya məhsulların düşməsinin tam qarşısını almalı, istənilən iqlim şəraitində, o cümlədən yükləmə-boşaltma əməliyyatları zamanı, habelə saxlama zamanı, bütün növ nəqliyyat vasitələri ilə daşınma prosesində onların salamatlığını və təhlükəsizliyini təmin etməlidir.

6.5. Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların istifadəsi zamanı təhlükəsizlik tələbləri:

6.5.1. Partlayıcı maddələr və onların əsasında hazırlanmış mallar texniki sənədlərə uyğun olaraq saxlanma və istifadə zamanı təhlükəsizliyi müəyyən etmək üçün istehlakçı tərəfindən sınaqdan keçirilməlidir:

6.5.1.1. İstehsalçıdan daxil olan zaman (giriş nəzarəti);

6.5.1.2. Keyfiyyətin yaxşılığına dair şübhələr olduqda (xarici yoxlama və ya partlayış işlərinin qeyri-qənaətbəxş nəticələri (natamam partlayışlar, imtinalar) əsasında);

6.5.1.3. Zəmanətli saxlama müddəti bitənə qədər.

6.5.2. Sınaq nəticələri sonradan sınaq jurnalına daxil edilməklə aktla sənədləşdirilməlidir;

6.5.3. Texniki sənədlərdə nəzərdə tutulmuş sınaqdan keçmədən saxlanma müddəti bitmiş partlayıcı maddələrin və onların əsasında hazırlanmış məhsulların istifadəsinə və saxlanmasına yol verilmir.

6.6. Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların daşınması (nəqletməsi) ölkə ərazisində qüvvədə olan təhlükəli yüklərin daşınması normalarına və qaydalarına uyğun olaraq həyata keçirilməlidir.

6.7. Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların saxlanmasına dair təhlükəsizlik tələbləri:

6.7.1. Saxlama şəraiti partlayıcı maddələrin və onların əsasında hazırlanan malların xüsusiyyətlərinə ətraf mühitin təsirini istisna etməli və normativ və / və ya texniki sənədlərin tələblərinə, o cümlədən istifadəsinə dair göstərişlərə (təlimatlara) uyğun olmalıdır;

6.7.2. Partlayıcı maddələr və onların əsasında hazırlanmış mallar saxlama zamanı onların uyğunluğu nəzərə alınmaqla anbarlara yerləşdirilməlidir;

6.7.3. Xarab olmuş və qüsurlu partlayıcı maddələrin və onların əsasında hazırlanmış malların anbarlarda müvəqqəti saxlanması yalnız “DİQQƏT NÖQSANLI MƏHSUL” xəbərdarlıq nişanı ilə qeyd olunan xüsusi ayrılmış yerdə aparılmalıdır. Xarab olmuş və qüsurlu partlayıcı maddələr və onların əsasında hazırlanmış mallar olan qablaşdırmaya oxşar yazı olan lövhə yapışdırılır və (və ya) qablaşdırmaya oxşar yazı vurulur;

6.7.4. Sınaqlar nəticəsində alınan göstəricilər texniki sənədlərdə göstərilən göstəricilərə uyğun gəlmədikdə, partlayıcı maddələrin və onların əsasında hazırlanmış malların istifadəsinə icazə verilmir və onlar ən qısa müddətdə məhv edilməlidir.

7. Partlayıcı maddələrin və onların əsasında malların daimi istifadəsinə icazənin rəsmiləşdirilmə qaydası

7.1. Bu texniki reqlamentin 3-cü maddəsinin 1-ci bəndinin a yarımbəndində göstərilən yeni partlayıcı maddələr və onların əsasında hazırlanmış mallar üçün sənaye təhlükəsizliyi sahəsində səlahiyyətli orqanlardan biri tərəfindən daimi istifadəyə icazə (bundan sonra - İcazə) verilməlidir.

7.2. İcazə almaq üçün ərizəçi sənaye təhlükəsizliyi sahəsində səlahiyyətli orqana təcrübə partiyasının qəbul sınaqlarının aktının və sənaye təhlükəsizliyi üzrə ekspert rəyinin əlavə edilməsi ilə ərizə təqdim edir.

7.3. Yeni partlayıcı maddələrə və onların əsasında hazırlanmış mallara icazə istehsal şəraitində nəzarət-qəbul sınaqları aparıldıqdan sonra verilir.

7.4. Sınaq komissiyasının tərkibinə istehsalçının, tərtibatçının, sınaqların aparıldığı təşkilatın, ekspert təşkilatının, sənaye təhlükəsizliyi sahəsində səlahiyyətli orqanın və digər orqanların (razılaşma əsasında) nümayəndələri daxil edilməlidir.

7.5. Qəbul sınaqlarının keçirilməsi üçün tələb olunan partlayıcı maddələrin təcrübə partiyalarının kütləsi bu texniki reqlamentə 6 nömrəli əlavədə verilmişdir.

Bu texniki reqlamentə 2 nömrəli Əlavədə göstərilən partlayıcı maddələrin xüsusi sinfi üçün partlayıcı maddələrin təcrübə partiyasının kütləsi, partlayış vasitələrinin sayı, perforasiya və partlayış işləri üçün yüklər və yükləmə dəstləri ekspert təşkilatı və sənaye təhlükəsizliyi sahəsində səlahiyyətli orqan ilə razılaşdırılmış proqramda və sınaq metodologiyasında tərtibatçı tərəfindən müəyyən edilir.

7.6. İcazə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir.

8. Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların uyğunluğunun qiymətləndirilməsi

8.1. Ölkə ərazisində dövriyyəyə buraxılan partlayıcı maddələr və onların əsasında hazırlanan mallar bu texniki reqlamentin tələblərinə müvafiq olaraq təsdiq edilməlidir.

Bu texniki reqlamentin tələblərinə uyğunluğun təsdiqi sertifikatlaşdırma formasında həyata keçirilir.

Uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq təqdim edilir.

8.2. Şəxsi ehtiyaclar üçün hazırlanmış partlayıcı maddələr və onların əsasında hazırlanmış mallar üçün uyğunluğun təsdiqi tələb olunmur.

8.3. Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların sertifikatlaşdırılması 3s,7s, 8s və 9s sertifikatlaşdırma sxemlərinə uyğun olaraq həyata keçirilir.

8.4. Sertifikatlaşdırma zamanı ərizəçi qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçmiş, istehsalçı və ya xarici istehsalçının funksiyalarını yerinə yetirən şəxs ola bilər.

Sertifikatlaşdırma, akkreditasiya edilmiş sertifikatlaşdırmanı aparan qurum və akkreditasiya edilmiş sınaq laboratoriyaları  tərəfindən həyata keçirilir.

Uyğunluğu təsdiqləmək üçün sınaqlar akkreditasiya edilmiş sertifikatlaşdırmanı aparan qurum və akkreditasiya edilmiş sınaq laboratoriyaları tərəfindən həyata keçirilir.

Bu maddənin 3-cü bəndində göstərilən qanunlarla nəzərdə tutulmuş yoxlamaların nəticələri müsbət olduqda, akkreditasiya edilmiş sertifikatlaşdırmanı aparan qurum uyğunluq sertifikatını rəsmiləşdirir və onu ərizəçiyə verir.

Uyğunluq sertifikatının qüvvədə olma müddəti partlayıcı maddələrin və onların əsasında hazırlanmış malların növü və təyinatından, seçilmiş sertifikatlaşdırma sxemindən, partlayıcı maddələrin və onların əsasında hazırlanan malların planlaşdırılmış buraxılış tarixindən asılı olaraq, lakin 3 ildən çox olmamaqla müəyyən edilir.

9. Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların istehlak bazarında uyğunluq nişanı ilə nişanlanması

9.1. Bu texniki reqlamentin tələblərinə, habelə Azərbaycan Respublikasının onlara şamil edilən digər texniki reqlamentlərinin tələblərinə cavab verən, bu texniki reqlamentin 8-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi (təsdiqi) prosedurundan keçmiş və İcazəsi olan partlayıcı maddələr və onların əsasında hazırlanmış mallar istehlak bazarında uyğunluq nişanına malik olmalıdır.

9.2. Bazarda məhsulların uyğunluq nişanı ilə nişanlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 216 nömrəli  Qərarı ilə təsdiq olunan “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na uyğun həyata keçirilir.

9.3. Bazarda məhsulların uyğunluq nişanı tətbiq yerlərində istehsal olunan və qablaşdırması olmayan partlayıcı maddələr və onların əsasında hazırlanmış mallar istisna olmaqla, partlayıcı maddələrin və onların əsasında hazırlanmış malların istehlak qablaşdırmasına (tarasına), zəmanətli saxlama müddəti ərzində təsvirinin aydınlığını təmin edən hər hansı üsulla partlayıcı maddələr əsasında hazırlanmış mallara  tətbiq edilir.

10. Texniki reqlamentin tələblərinə nəzarət

10.1. İstehlak bazarlarında bu texniki reqlamentin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılır.

11.Yekun müddəalar

11.1. Texniki reqlament dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minir.

“Partlayıcı maddələrin və onların əsasında hazırlanan

malların təhlükəsizliyi haqqında”  texniki reqlamentə

1 nömrəli əlavə

“Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların təhlükəsizliyi haqqında” texniki reqlamentin şamil olunduğu partlayıcı maddələr və onların əsasında malların siyahısı

Bu texniki reqlamentin şamil olunduğu partlayıcı maddələr və onların əsasında mallara “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına və “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq aşağıdakılar aiddir:

Sıra №

Malın adı

XİF MN üzrə kod

Uyğunluğun qiymətləndirilməsi (təsdiqi) üzrə sənədlər

  1.  

Sənaye məqsədlərdə istifadə olunan barıt

3601 00 000 9

Uyğunluq sertifikatı

  1.  

Hazırlanmış partlayıcı maddələr (barıtdan başqa), o cümlədən:

I və II dərəcələrin qoruyucu olmayan partlayıcı maddələri

III dərəcənin qoruyucu partlayıcı maddələri

IV dərəcənin qoruyucu partlayıcı maddələri

V dərəcənin qoruyucu partlayıcı maddələri

VI dərəcənin qoruyucu partlayıcı maddələri

VII dərəcənin qoruyucu partlayıcı maddələri və V-VI dərəcələrin qoruyucu partlayıcı maddələrdən mallar

Qoruyucu olmayan və qoruyucu partlayıcı maddələr və onların əsasında xüsusi dərəcə 1-4 siniflərin malları

3602 00 000 0

Uyğunluq sertifikatı

  1.  

Sənaye təyinatlı brizant partlayıcı maddələr

Uyğunluq sertifikatı

  1.  

Sənaye təyinatlı brizant partlayıcı maddələrdən mallar

Uyğunluq sertifikatı

  1.  

Odkeçirən qaytanlar; detonasiya şnurları; zərbə və ya detonasiya kapsulları; fitillər; elektrodetonatorlar

3603 00

Uyğunluq sertifikatı

  1.  

Su-emulsiya və su-gel partlayıcı maddələrin alınması üçün hazırlanmış (layihələnmiş) və istehsal edilmiş, ammonium nitrat əsasında oksidləşdiricinin emulsiyaları və matrisaları

3102 30

Uyğunluq sertifikatı

“Partlayıcı maddələrin və onların əsasında hazırlanan

malların təhlükəsizliyi haqqında” texniki reqlamentə

2 nömrəli əlavə

 Partlayıcı maddələrin sinifləri, qrupları və onların tətbiq şərtləri

Partlayıcı maddələrin sinfi

Partlayıcı maddələrin qrupu

Partlayıcı maddələrin növü və tətbiq şərtləri

Patronların (bağlamaların) fərqli zolağının və ya qabıqlarının rəngi

I

-

Yalnız açıq işlərdə partlayış üçün qoruyucusuz partlayıcılar

II

-

Yanar qazların və ya partlayıcı kömür (şist) tozunun buraxılmadığı və ya partlayış işlərində partlayış təhlükəli mühitin alovlanmasını istisna edən dib boşluğunun inertizasiyasının tətbiq edildiyi yerin səthində və yeraltı mədən qazmalarının diblərində partlayış üçün qoruyucusuz partlayıcılar

Qırmızı

III

-

Yanar qazların buraxıldığı, lakin partlayıcı kömür (şist) tozunun olmadığı yeraltı mədən qazmalarının diblərində yalnız süxurların partladılması üçün qoruyuculu partlayıcılar

Göy

IV

-

Partlayış üçün qoruyuculu partlayıcı maddələr: yanar qazların buraxılmaması zamanı kömür (şist) tozunun partlaması nəticəsində təhlükəli olan yeraltı mədən qazmalarının diblərində kömür və (və ya) qaya və ya neft şistləri üzrə; yanar qazların çox buraxıldığı mədən qazmaları istisna olmaqla, yanar qazların buraxıldığı kömür layı boyunca aparılan yeraltı mədən qazmalarının diblərində kömür və (və ya) süxur üzrə; kömür şaxtalarının yeraltı mədən qazmalarının diblərində şok partlayışları üçün

Sarı

V

-

Partlayış dəlik yükünün yan səthinin ya süxurun çatlarında, ya da mədən qazmalarında olan qaz-hava qarışığı ilə təması olmadıqda, yüksək yanar qaz ayrılmasının olduğu mədən qazmalarında kömür və (və ya) süxur boyu partlayış üçün qoruyuculu partlayıcı maddələr

Sarı

VI

-

Partlayış üçün qoruyuculu partlayıcı maddələr: partlayış dəlik yükünün yan səthinin ya süxurun çatlarında, ya da mədən qazmalarında olan qaz-hava qarışığı ilə təmasının mümkün olduğu şəraitdə aparılan yüksək yanar qaz ayrılması ilə mədən qazmalarında kömür və (və ya) süxur üzrə; 20 m-dən çox mədə yeri uzunluğu olan və ümumi şaxta depressiyası hesabına ventilyasiyanı təmin edən əvvəlcədən qazılmış quyular olmadan yanar qazın ayrıldığı yüksələn (10°-dən çox) mədən qazmalarının kömür və qarışıq diblərində

Sarı

VII

-

Xüsusi partlayış işləri üçün V - VI sinif qoruyucusuz partlayıcı maddələr və qoruyucusuz partlayıcı maddələrdən hazırlanmış mallar (su ilə çiləmə və toz inhibitorlarının səpilməsi, dam örtüyü qoyularkən taxta dirəklərin partlayıcı şəkildə qırılması, kömür buraxılması işlərində asılmış süxur kütləsinin aradan qaldırılması, iri ölçülü materialların əzilməsi) yanar qaz və kömür tozunun partlama təhlükəli konsentrasiyasını əmələ gətirə bilən yeraltı mədən qazmalarının diblərində

Sarı

Xüsusi (C)

-

Yanar qazın və kömür (şist) tozunun partlayıcı konsentrasiyalarının əmələ gəlməsi mümkün olan yeraltı mədən qazmalarının dibləri istisna olmaqla, xüsusi partlayış işləri üçün nəzərdə tutulmuş qoruyucusuz və qoruyuculu partlayıcı maddələr və onların əsasında mallar

-

1

Yer səthində partlayış işləri: metalların impulsla emalı; quyuların və cəmləşdirilmiş yüklərin detonasiyalanması; çıxıntıların əyrilikləri üçün kontur partlatma; donmuş torpaqların dağıdılması; iri ölçülü süxur kütlələrinin parçalanması; quyularda seysmik kəşfiyyat; meşə yanğınlarının lokallaşdırılması üçün maneə zolaqlarının yaradılması və digər xüsusi işlər

2

Qaz və (və ya) kömür (şist) tozunun təsiri ilə təhlükəli olmayan yeraltı mədən qazmalarının diblərində partlayış işləri; sulfid filizlərinin partladılması; iri ölçülü süxur kütlələrinin parçalanması; kontur partlatma və digər xüsusi işlər

Qırmızı

3

Kəşfiyyat, neft və qaz quyularında perforasiya və partlayış işləri

Qara

4

Kükürd və neft mədənlərində, kükürd tozu, hidrogen və ağır karbohidrogen qazlarının partlayış təhlükəsi olan digər mədənlərdə partlayış işləri

Yaşıl

“Partlayıcı maddələrin və onların əsasında hazırlanan

malların təhlükəsizliyi  haqqında” texniki reqlamentə

3 nömrəli əlavə

Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların alt sinifləri

Alt sinif nömrəsi

Alt sinfin adı

1.1

Kütləvi partlayış qabiliyyətli partlayıcı maddələr və onların əsasında hazırlanan mallar

1.2

Kütləvi olaraq partlamayan, lakin partlama zamanı ətrafa səpələnmək və ətrafdakı obyektlərə xeyli ziyan vurmaq təhlükəsi olan partlayıcı maddələr və onların əsasında hazırlanan mallar

1.3

Yanğın təhlükəli, kütləvi partlamayan partlayıcı maddələr və onların əsasında hazırlanan mallar

1.4

Daşınma zamanı yalnız alışdıqda və ya detonasiyalandıqda kiçik partlama riski yaradan partlayıcı maddələr və onların əsasında hazırlanmış mallar. Partlayışın təsiri qablaşdırma ilə məhdudlaşır. Xarici impuls mənbəyi qablaşdırmanın tərkibinin dərhal partlamasına səbəb olmamalıdır

1.5

Kütləvi partlayış təhlükəsi olan, lakin çox aşağı həssaslığa malik, normal daşınma şəraitində işə düşmə və ya yanmadan partlamaya keçidin baş verməməli olduğu partlayıcı maddələr və onların əsasında hazırlanan mallar

1.6

Həddindən artıq aşağı həssaslığa malik, kütləvi partlamayan və təsadüfi işə düşmə ehtimalının aşağı olması ilə xarakterizə olunan partlayıcı maddələr əsasında hazırlanan mallar. 1.6 alt sinfinin malları ilə şərtlənən təhlükə bir malın partlaması ilə məhdudlaşır

“Partlayıcı maddələrin və onların əsasında hazırlanan

malların təhlükəsizliyi  haqqında” texniki reqlamentə

4 nömrəli əlavə

Partlayıcı maddələrin və onların əsasında malların uyğunluq qrupları

Uyğunluq qrupu

Maddənin, malın adı

Təsnifat şifrəsi

1

2

3

B

Tərkibində partlayışoyadıcı partlayıcı maddələr olan və ikidən az müstəqil qoruyucu qurğusu olan mallar. Həmçinin kapsul detonatorlar, detonator qurğuları və işə salan partlayıcı olmayan kapsullar kimi mallar da daxildir.

1.1B

1.2B

1.4B

C

Tullayıcı partlayıcı maddələr və mallar (tüstüsüz barıt)

 

D

Partlatma vasitələri və tullayıcı yükü olmayan partlayıcı maddələr və onların əsasında hazırlanmış mallar; tərkibində partlayışoyadıcı partlayıcı maddələr olan, iki və ya daha çox müstəqil qoruyucu qurğusu olan mallar

1.1D

1.2D

1.4D

1.5D

E

Tərkibində partlayış vasitələri olmayan, lakin tullayıcı yüklü partlayıcı maddə tərkibli mallar (tərkibində alışan maye və ya gel və ya öz-özünə alışan maye olanlar istisna olmaqla)

1.1E

1.2E

1.4E

F

Tərkibində ikinci dərəcəli detonasiya edici partlayıcı maddələr, partlayış vasitələri və tullayıcı yükləri olan və ya tullayıcı yükü olmayan mallar

1.1F

1.2F

1.3F

1.4F

G

Pirotexniki maddələr və onların tərkibində olan mallar

1.1G

1.2G

1.3G

1.4G

S

Təsadüfi partlayış zamanı hər hansı təhlükəli təzahür qablaşdırmanın özü ilə məhdudlaşacaq və tara yanğın zamanı məhv olduqda isə partlayışın və ya atmanın təsiri məhdud olacaq şəkildə qablaşdırılmış və ya hazırlanmış (bu, qablaşdırmanın bilavasitə yaxınlığında qəza tədbirlərinin və ya yanğının söndürülməsinə mane olmur) partlayıcı maddələr və ya mallar

1.4S

N

Tərkibində çox aşağı həssaslığa malik partlayıcı maddələr olan məhsullar

1.6N

“Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların

təhlükəsizliyi  haqqında” texniki reqlamentə

5 nömrəli əlavə

Partlayıcı maddələrin işləməsi zamanı onların təhlükəsizliyi üçün zəruri olan göstəricilərin siyahısı

Zərbəyə qarşı həssaslıq

Sürtünməyə qarşı həssaslıq

TNT ekvivalenti

Kritik detonasiya diametri

Minimum işə salma impulsu

İstilik müqaviməti

Xüsusi həcmli elektrik müqaviməti (yalnız emulsiya maddələri üçün su tərkibli partlayıcı maddələrdə)

Partlayış məhsullarında zərərli qazların həcmi

Kritik sıxlıq

Konstruksiya materialları ilə uyğunluq

Qoruyucu xassələri (qoruyuculu partlayıcı maddələr üçün)

Aqressiv mühitlərə uyğunluq (sulfid yataqlarında istifadə olunan partlayıcı maddələr üçün)

Suya davamlılıq

“Partlayıcı maddələrin və onların əsasında hazırlanan

malların təhlükəsizliyi haqqında” texniki reqlamentə

6 nömrəli əlavə

Qəbul sınaqları üçün tələb olunan partlayıcı maddələr partiyasının minimum kütləsi

 

Partlayıcı maddələrin tətbiq sahəsi

Partlayıcı maddələrin kütləsi, ton

Lağımların və quyuların əllə doldurulması zamanı yeraltı işlər üçün partlayıcı maddələr

3

Lağımların və quyuların mexanikləşdirilmiş doldurulması zamanı yeraltı işlər üçün partlayıcı maddələr

5

Qoruyuculu partlayıcı maddələr

3

Açıq işlər üçün nəzərdə tutulmuş partlayıcı maddələr

50

Açıq və yeraltı işlərdə PM atımının hazırlanması üçün nəzərdə tutulmuş patronlaşdırılmış partlayıcı maddələr, şaşkalar və digər ayrıca partlayıcı maddələr

5

Elektriksiz partlayış sistemləri

1000 (dəst)