Layihə
“Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında” texniki reqlament”in təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında” texniki reqlament təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “__” ______ 2025-ci il
№ ___
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2025-ci il ______ tarixli ____ nömrəli Qərarı ilə
təsdiq edilmişdir
Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında texniki reqlament
1.1. “Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında” texniki reqlament (bundan sonra – texniki reqlament) “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu texniki reqlament həmçinin insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan mülki müdafiə, təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizə üçün nəzərdə tutulmuş məhsullara (bundan sonra - məhsullar) tətbiqi və icrası məcburi olan tələbləri müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu texniki reqlamentdə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. mülki müdafiə - dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir;
2.1.2. mülki müdafiənin idarəetmə sistemi - dövlət idarəetmə sisteminin tərkib hissəsi olmaqla, mülki müdafiə sahəsində tapşırıqların yerinə yetirilməsi üçün təyin olunmuş, mülki müdafiənin idarəetməsini təmin edən idarəetmə orqanlarının, idarəetmə məntəqələrinin və texniki vasitələrin məcmusudur;
2.1.3. fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması -insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir;
2.1.4. qəza-xilasetmə işləri - fövqəladə hallar zamanı zərərçəkmişlərin axtarışı, onlara ilk yardımın göstərilməsi, təxliyə edilməsi və əhalinin həyat fəaliyyətinin təmin edilməsi tədbirləridir;
2.1.5. qəza-xilasetmə vasitələri - qəza-xilasetmə işlərinin aparılması üçün nəzərdə tutulan texniki vasitələrdir;
2.1.6. güclü təsirli zəhərləyici maddə - sənayedə və kənd təsərrüfatında istifadə olunan, qəza nəticəsində toksiki dozalarda ətrafa yayılması (dağılması) zamanı canlı orqanizmə zədələyici (zəhərləyici) təsir göstərə, ətraf mühitin çirklənməsinə səbəb ola biləcək təhlükəli kimyəvi maddədir;
2.1.7. əməliyyat növbətçisinin avtomatlaşdırılmış iş yeri - idarəetmə komandalarının, məlumatın (vəziyyətin) qəbulu, işlənməsi, ötürülməsi və əks etdirilməsi, eləcə də mülki müdafiə qüvvə və vasitələrinin avtomatlaşdırılmış idarə edilməsi üçün idarəetmə və rabitə vasitələrinin proqram-texniki kompleksidir;
2.1.8. əhalinin xəbərdarlığı üçün avtomatlaşdırılmış iş yeri - mülki müdafiənin idarəetmə məntəqəsindən və vahid növbətçi dispetçer xidmətindən xəbərdarlıq siqnallarının və məlumatların qəbulu, işlənilməsi, əks etdirilməsi, formalaşdırılması və bütün rabitə, xəbərdarlıq və media texniki sistemləri ilə idarəetmə göstərişlərinin verilməsi üçün nəzərdə tutulmuş proqram-texniki təminat kompleksidir;
2.1.9. bioloji zədələnmə - yoluxucu xəstəlik törədicisinin və ya onun həyat fəaliyyəti məhsullarının canlı orqnizmə daxil olaraq zədələnmiş orqanizmdə infeksion prosesin inkişafına gətirib çıxarmasıdır;
2.1.10. idarəetmə və rabitə texniki vasitələri üçün köməkçi avadanlıq - rabitə şəbəkələri üzərindən ötürülən və ya alınan siqnalların və məlumatların formalaşdırılması, yaradılması, konvertasiyası, emalı, habelə idarəetmə və rabitə texniki vasitələrinin enerji təchizatı üçün təyin olunmuş avadanlıqdır;
2.1.11. vahid növbətçi-dispetçer xidməti - inzibati ərazi vahidi üzrə mülki müdafiə qüvvələrinin və xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsi üçün təyin olunmuş fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sisteminin idarəetmə orqanıdır;
2.1.12. mülki müdafiə mühafizə qurğuları – fövqəladə hallar zamanı əhalinin qorunmasını təmin etmək üçün nəzərdə tutulmuş (sığınacaqlar, radiasiya əleyhinə daldalanacaqlar, əhalinin müvəqqəti daldalanması üçün uyğunlaşdırılmış bütün növ yeraltı tikililər və zirzəmilər (sadə daldalanacaqlar)) mühəndis qurğularıdır;
2.1.13. kimyəvi zəhərlənmə zonası - insanların həyat və sağlamlığı, kənd təsərrüfatı heyvanları və bitkiləri üçün təhlükə yaradan kimyəvi təhlükəli maddələrin yayıldığı müəyyən ərazi və ya akvatoriyadır;
2.1.14. fövqəladə hal zonası - fövqəladə hadisə baş verdiyi ərazi və ya akvatoriyadır; 2.1.15. xəbərdarlıq vasitəsi - xəbərdarlıq siqnallarının və məlumatların əhaliyə çatdırılmasını həyata keçirən texniki qurğudur;
2.1.16. abonent terminalı - idarəetmə orqanının (məntəqəsinin) vəzifəli şəxsini zəruri rabitə xidməti ilə təmin etmək üçün təyin olunmuş texniki qurğudur;
2.1.17. təhlükəli kimyəvi maddələr - canlılarda birbaşa və ya dolayı təsiri nəticəsində kəskin və xroniki xəstəliklər yarada bilən və ya ölümünə səbəb olan kimyəvi maddədir;
2.1.18. idarəetmə orqanı - mövcud səlahiyyətlər daxilində mülki müdafiənin alt sistemlərinin və bölmələrinin fəaliyyətinə operativ rəhbərlik və nəzarəti həyata keçirən Mülki müdafiə sisteminin struktur bölməsidir;
2.1.19. kütləvi qırğın silahları - nüvə, kimyəvi və bioloji silahlardır;
2.1.20. adi qırğın silahları - kütləvi qırğın silahlarına aid edilməyən, döyüş sursatı və ya tez alışan maddələrlə təchiz edilmiş silah növləridir;
2.1.21. zəhərləyici maddə - müəyyən toksiki və fiziki-kimyəvi xassələrə malik olan və insanlara zəhərləyici (zədələyici) təsir göstərən, havanın, ərazinin, silahların və digər texnikanın çirklənməsinə səbəb olan zəhərli kimyəvi maddədir;
2.1.22. zədələyici amil - fövqəladə hadisə zamanı yaranan fiziki, kimyəvi və bioloji təsir və ya təzahürlərlə xarakterizə olunan, müvafiq parametrlərlə müəyyən edilən təhlükəli hadisə və ya prosesin tərkib hissəsidir;
2.1.23. fövqəladə halların qarşısının alınması - fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir;
2.1.24. radiasiya əleyhinə daldalanacaq - ərazinin radioaktiv çirklənməsi nəticəsində ionlaşdırıcı şüalanmanın təsirindən daldalanan insanların müəyyən müddətdə qalması üçün nəzərdə tutulmuş mülki müdafiə mühafizə qurğusudur;
2.1.25. idarəetmə məntəqəsi – mülki müdafə idarəetmə orqanlarının fəaliyyətinin təmin edilməsi üçün təyin olunmuş, xüsusi avadanlıqlar, rabitə və digər texniki vasitələrlə təchiz olunmuş otaqlardan ibarət tikili (qurğu, çadır) və ya səyyar nəqliyyat vasitəsidir və yaxud onların kompleksidir;
2.1.26. radioaktiv çirklənmə - materialın səthində, daxilində, insan orqanizmində və ya ətraf mühitdə radioaktiv maddələrin insanların müəyyən olunmuş normadan artıq şüalanmasına səbəb ola biləcək miqdarda yığılmasıdır;
2.1.27. daxili havanın bərpası ilə tam və ya qismən izolyasiya rejimi, III rejim - sığınacağın daxilindəki havanın təkrar istifadə olunması üçün müəyyən fiziki-kimyəvi proseslərlə və ya balonlardan sıxılmış havanın (oksigenin) verilməsilə, həmçinin məhdud həcmdə xarici havanın süzgəcli ventilyasiya sistemləri vasitəsilə təmizlənməsi ilə ilkin tərkibinədək yenidən bərpa olunmasıdır;
2.1.28. süzgəcli ventilyasiya rejimi, II rejim - qaz halında olan güclü təsiredici zəhərli və digər təhlükəli kimyəvi maddələrdən, aerozollardan, tozdan, o cümlədən radioaktiv tozdan və təhlükəli bioloji vasitələrin aerozollarından süzgəcli ventilyasiya sistemləri vasitəsilə müəyyən edilmiş konsentrasiyalara qədər təmizlənmiş xarici hava ilə mülki müdafiə mühafizə qurğularının təchiz edilməsidir;
2.1.29. təmiz ventilyasiya rejimi, I rejim - süzgəcli ventilyasiya sistemlərindən istifadə etməklə tozdan təmizlənmiş xarici hava ilə mülki müdafiə mühafizə qurğularının təchiz edilməsidir;
2.1.30. mülki müdafiə xəbərdarlıq sistemi - dinc və müharibə (silahlı münaqişə) dövrlərində fövqəladə hallar nəticəsində insanların həyat və sağlamlığına yaranmış təhlükələr, həmçinin bu şəraitdə onların davranış və hərəkətləri ilə bağlı əhalinin, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarə orqanlarının və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin məlumatlandırılmasını təmin edən proqram təminatı və texniki vasitələrdir;
2.1.31. rabitə sistemi - fövqəladə halların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə mülki müdafiənin idarəetmə sistemində məlumat mübadiləsini təmin edən qüvvələrin və rabitə vasitələrinin məcmusudur;
2.1.32. rabitə vasitəsi - mülki müdafiə idarəetmə sistemində məlumatların qəbul edilməsini, saxlanılmasını, işlənilməsini və ötürülməsini həyata keçirən texniki qurğudur;
2.1.33. təbii fəlakət - baş verməsi nəticəsində insanların həyat və sağlamlığına təhlükənin yaranmasına, maddi sərvətlərin və tikililərin dağılmasına (və ya məhv olmasına) səbəb olan dağıdıcı təbii və (və ya) təbii-antropogen hadisə və ya proseslərdir;
2.1.34. fövqəladə halların monitorinqinin texniki vasitələri - ətraf mühitin, texnoloji obyektlərin qiymətləndirilməsi, təhlili və baş verən dəyişikliklərin vaxtında aşkar edilməsi məqsədilə həyata keçirilən monitorinqi təmin etmək üçün nəzərdə tutulmuş cihazlar, alətlər və informasiya-hesablama (proqram-texniki vasitələri) kompleksidir;
2.1.35. texniki xəbərdarlıq vasitələri - xəbərdarlıq siqnallarının və məlumatlarının qəbulunu, işlənilməsini və ötürülməsini həyata keçirən texniki qurğudur;
2.1.36. idarəetmə və rabitə texniki vasitəsi - mülki müdafiənin idarəetmə sistemində məlumatlarının ötürülməsini, işlənilməsini və qəbulunu həyata keçirən texniki qurğudur;
2.1.37. sığınacaq - insanları müəyyən müddət ərzində nüvə, kimyəvi, bioloji silahların və adi silahların bütün zədələyici amillərinin təsirlərindən qorumaq üçün nəzərdə tutulmuş mülki müdafiə mühafizə qurğusudur;
2.1.38. sadə daldalanacaq - insanların, maddi və mədəni sərvətlərin adi silahların zədələyici təsirindən, eləcə də bina və tikililərin konstruksiyalarının dağıntılarından qorunması üçün nəzərdə tutulmuş mülki müdafiə mühafizə qurğusudur.
2.1.39. radiasiya əleyhinə daldalanacaqlar – ərazidə radioaktiv çirklənmə (zəhərlənmə) zamanı insanların ionlaşdırıcı şüalanmadan qorunmasını və normativ vaxt ərzində qalmasını təmin edən mülki müdafiənin mühafizə qurğusudur.
3. Texniki reqlamentin tətbiq dairəsi
3.1. Bu texniki reqlamentin tələbləri “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq siyahısı bu texniki reqlamentin 1 nömrəli əlavəsində verilən texniki tənzimləmə obyektlərinə şamil edilir.
3.2. Bu texniki reqlamentin tələbləri aşağıdakılara şamil edilmir:
3.2.1. hərbi məqsədlər üçün istifadə oluna bilən bioloji obyektlərin və radioaktiv materialların tanınması, aşkarlanması və ya belə obyekt və materiallardan qorunmaq üçün nəzərdə tutulmuş və modifikasiya edilmiş məhsullara;
3.2.2. kimyəvi silahlarda və kütləvi iğtişaşlara qarşı mübarizədə istifadə olunan toksiki kimyəvi maddələrin tanınması, aşkar edilməsi və ya belə kimyəvi maddələrdən və vasitələrdən qorunmaq üçün nəzərdə tutulmuş və modifikasiya edilmiş məhsullara, eləcə də bu məhsullar üçün xüsusi hazırlanmış komponentlərə;
3.2.3. “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında” texniki reqlamentlə əhatə olunan məhsullara.
4. Məhsulun eyniləşdirilməsi qaydaları
4.1. Məhsulların eyniləşdirilməsi istehsalçı (istehsalçı tərəfindən səlahiyyət verilmiş şəxs), satıcı, idxalçı, eləcə də dövlət nəzarətinin həyata keçirilməsinə cavabdeh və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən bu texniki reqlamentin tələblərinə əməl etməklə aşağıdakı məqsədlər üçün həyata keçirilir:
4.1.1. məhsulların bu texniki reqlamentin texniki tənzimləmə obyektlərinə aid olduğunu müəyyən etmək;
4.1.2. istehlakçıların aldadılması hərəkətlərinin qarşısını almaq.
4.2. Məhsulların bu texniki reqlamentin texniki tənzimləmə obyektlərinə mənsubiyyətini müəyyən etmək üçün bu texniki reqlamentin 4.1-ci bəndində göstərilən şəxs (məhsulu identifikasiya edən) onun bu texniki reqlamentin əlavəsində nəzərdə tutulmuş məhsullar qrupuna aid olmasına və reqlamentin 3.2-ci bəndinə aid edilməməsinə əmin olmalıdır.
4.3. Məhsulların eyniləşdirilməsi onun xüsusiyyətlərinin texniki sənədlərdə verilmiş faktiki xüsusiyyətləri və identifikasiya əlamətləri, o cümlədən adı, tipi (növü), təyinatı, texniki parametrləri və xüsusiyyətləri, əmtəə nişanı və istehsalçının adı, istehsal edildiyi ölkənin adıyla eyniləşdirilməklə həyata keçirilir.
5. İstehlak bazarında məhsulların dövriyyəsi qaydası
5.1. Bu Texniki reqlamentin tələblərinə uyğunluğu təsdiq edilməmiş məhsullar istehlak bazarlarında uyğunluq nişanı ilə işarələnə və istehlak bazarına çıxarıla bilməz.
5.2. Məhsullar, bu texniki reqlamentin tələblərinə uyğun olduqda bu Qaydaların 7-ci Bölməsinə əsasən uyğunluğun qiymətləndirilməsindən keçmək şərti ilə istehlak bazarında dövriyyəyə buraxılır.
6. Məhsula olan tələblər
6.1. Mülki müdafiənin mühafizə qurğularının qoruyucu-hermetik qurğu və məmulatlarına dair tələblər:
6.1.1. Qoruyucu-hermetik və hermetik qapıların, darvazalar və pəncərə qapaqlarının əsas elementləri aşağıdakılardır:
a) qapı tağı - divardakı oyuğu tutmaq üçün nəzərdə tutulmuş, metal profil və təbəqələrdən hazırlanmış konstruksiyadır. Qapı tağları ayrı-ayrı polad hissələri qaynaq etməklə hazırlana bilər;
b) qapı qutusu - yükün qapı tağından çəpərləyici tikinti konstruksiyalarına ötürmək, həmçinin divardakı oyuğun hermetikliyi üçün nəzərdə tutulmuş profillərdən qaynaq edilərək hazırlanmış çərçivədir;
c) kip bağlama mexanizmi - qapını bağlamaq və hermetikləşdirmək üçün nəzərdə tutulmuş, konusvari reduktordan, vintli dartıcı pazdan və şturvaldan (sükan çarxlarından, tutacaqlardan) ibarətdir. Bağlama mexanizmi məmulatın daxili hissəsində yerləşdirilməli və onun hər iki tərəfdən açılıb-bağlanmasını təmin etməlidir. Sürgünün kilidləmə pazları bağlandıqda qapı tağını qutuya kip sıxmalıdır.
6.1.2. Qoruyucu-hermetik və hermetik qapıların, darvazaların və pəncərə qapaqlarının hermetikliyi qapı tağının perimetri ətrafında yerləşən xüsusi kipləndirici hesabına təmin edilməlidir.
6.1.3. Qoruyucu-hermetik qapılar, darvazalar və pəncərə qapaqları sığınacaqların hermetikliyini və sığınacaqda olan insanların nüvə silahının və adi silahların zədələyici amillərindən təsirindən qorunmasını təmin etməlidir.
6.1.4. Qoruyucu-hermetik qapı və darvazalar vestibüllər üçün xarici, tambur-şlüzlər üçün isə daxili və xarici qurğular kimi istifadə edilməlidir.
6.1.5. Qoruyucu-hermetik pəncərə qapaqları boşluqlarda, genişləndirici kameralarda, süzgəclərin quraşdırılması kameralarında və digər oxşar yerlərdə quraşdırılması üçün daxili və xarici qurğular kimi istifadə edilməlidir.
6.1.6. Hermetik qapıların, darvazaların və pəncərə qapaqlarının xarici radioaktiv şüalanmanın və təhlükəli kimyəvi maddələrin təsirindən sığınacaqların hermetikliyini təmin etməlidir.
6.1.7. Hermetik qapılar və darvazalar tambur üçün daxili qurğular, dizel elektrik stansiyasının tamburu üçün isə daxili və xarici qurğular kimi istifadə edilməlidir.
6.1.8. Hermetik pəncərə qapaqları daxili qurğular kimi istifadə edilməli, qoruyucu-hermetik pəncərə qapaqlarının arxasındakı boşluqların tamburlarında və digər oxşar yerlərdə quraşdırılmalıdır.
6.1.9. Qoruyucu-hermetik və hermetik qapılar, darvazalar yana açılan və ya siyirtməli olmalıdır.
6.1.10. Yana açılan qapıların açılıb-bağlanması qapı qutusuna qaynaq edilmiş həncama (rəzə) ətrafında dönməklə həyata keçirilməlidir. Siyirtməli qurğularda qapı tağı qutuya qaynaq edilmiş monorels boyunca hərəkət edən arabalara bərkidilməlidir.
6.1.11. Mülki müdafiə mühafizə qurğularında qoruyucu-hermetik və hermetik qapıların, darvazaların və pəncərə qapaqlarının quraşdırılması layihə sənədlərinə uyğun olaraq həyata keçirilir.
6.1.12. Qoruyucu-hermetik və hermetik qapılar, darvazalar və pəncərə qapaqları kilidləmə qurğusu-idarəetmə məntəqəsindən siqnal verilmədən tağın hermetiksizləşməsinin qarşısını alan elektromaqnit qıfıl ilə təchiz oluna bilər.
6.1.13. Qoruyucu-hermetik və hermetik qapıların, darvazaların və pəncərə qapaqlarının (sürtünən, qeyri-metal və sinklənmiş metal istisna olmaqla) hissələrinin və birləşmələrinin bütün xarici səthləri rənglənməlidir.
6.1.14. Sıxılma mexanizminin kilidləmə pazları rəvan (ilişmədən və ya tıxanmadan) hərəkət etməli, süngər isə sıxıldıqda bütün perimetr boyunca bərabər sıxılmasını təmin etməlidir.
6.1.15. Siyirtməli qoruyucu-hermetik və hermetik qapılar, darvazalar və pəncərə qapaqları elə quraşdırılmaldır ki, daha böyük təzyiq (təsir) olan tərəfdən tağ qutuya basılsın və sıxılsın.
6.1.16. Siyirtməli qoruyucu-hermetik və hermetik qapılar, darvazalar və pəncərə qapaqları sağ və sola açılmaqla quraşdırılır, quraşdırma zamanı 1800 dönməsi təmin olunur. Siqnalizasiya cihazı olduqda, sonuncu elektrik açarı qapı qutusunun yuxarı hissəsində quraşdırılmalıdır.
6.1.17. Qoruyucu-hermetik və hermetik qapıların, darvazaların və pəncərə qapaqlarının xarici səthində istehsalçı, məhsul kodu və istehsal tarixi göstərilir.
6.1.18. Partlayışa qarşı qoruyucu seksiyalar ventilyasiya sistemlərini zərbə dalğasının 0,03 - 1,0 MPa təzyiqindən qorumaq üçün təyin olunmalıdır. Bu zaman zərbə dalğasının təsiri altında olan partlayışa qarşı qoruyucu seksiyalar avtomatik olaraq ventilyasiya şaxtasını və ya hava kanallarını bağlamalı və dalğanın mülki müdafiə mühafizə qurğularına nüfuz etməsindən mühafizəsini təmin etməlidir.
6.1.19. Genişləndirici kameralar 0,02 MPa təzyiqə (yükə) davam gətirmək üçün hesablanmalıdır.
6.1.20. Elektrik və əllə idarə olunan hermetik klapanlar ventilyasiya sistemlərinin hava kanallarında kilidləmə qurğuları kimi quraşdırılması üçün təyin edilir və otaqların xarici mühitdən etibarlı təcrid edilməsinə və ya bir otağın digərindən etibarlı izolyasiyasına xidmət edir.
6.1.21. Elektrik və əllə idarə olunan hermetik klapanların aerodinamik müqavimət əmsalı 0,3-ə bərabər olmalıdır.
6.1.22. Hermetik klapanlar otaqların xarici mühitdən etibarlı şəkildə təcrid edilməsi və ya bəzi otaqların digərlərindən etibarlı təcrid olunması üçün kilidləmə qurğuları kimi təyin edilmişdir və -50 °C-dən +50 °C-ə qədər hava temperaturunda iş qabiliyyətini saxlamalıdır.
6.1.23. Hermetik klapanlar quraşdırılır:
6.1.23.1. hava kanallarının xarici və daxili hermetikləşmə sərhədləri ilə kəsişməsində;
6.1.23.2. süzgəcli-ventilyasiya, eləcə də daxili havanın bərpası ilə tam və ya qismən izolyasiya rejimlərində havanın təmizlənməsi və regenerasiyası üçün istifadə olunan müxtəlif süzgəcləri ayırmaq üçün;
6.1.23.3. hava kanallarını zəhərli, partlayıcı və yanğın-partlayış təhlükəli maddə və materiallar olan otaqlardan ayırmaq üçün;
6.1.23.4. qəza vəziyyətlərində açılan və ya bağlanan hava kanallarında (tüstü çıxaran kanallarda) və ya ventilyasiya sistemlərinin işini bir rejimdən digərinə keçirmək üçün.
6.1.24. Hermetik klapanın elektrik ötürücüsünün tərtibatında aşağıdakılar nəzərdə tutulmalıdır:
6.1.24.1. kilidləmə qurğusunun "açıq" və "bağlı" vəziyyətlərində uzaqdan idarə olunan və ya yerli siqnalizasiya;
6.1.24.2. "açıq" və "bağlı" vəziyyətlərə çatdıqda kilidləmə qurğusunun avtomatik dayandırılması;
6.1.25. fırladıcı momentinin təyin edilmiş qiymətini keçdikdə kilidləmə qurğusunun avtomatik dayandırılması.
6.1.26. İzafi təzyiq klapanları avtomatik olaraq izafi təzyiqi bitişik otaqlarda sabit saxlamaq və bir otaqdan digərinə yalnız bir istiqamətdə hava vermək üçün təyin edilir. Klapanlar lövhənin (tarel) səthində izafi təzyiq nəticəsində yaranan qüvvəyə görə işə düşməli (açılmalı) və yüksək təzyiqli otağın yan tərəfinə quraşdırılmalıdır. Təzyiq təyin olunmuş həddə çatdıqdan sonra, həmçinin klapanın arxasında təzyiq artdıqda o, yükün ağırlıq qüvvəsinin və ya təzyiqin təsiri ilə bağlanmalıdır. Klapanlar boltlar vasitəsilə flanşa birləşdirilir. İzafi təzyiq klapanları millimetrlə ifadə olunan (100, 150, 200, 300 mm) birləşdirildiyi borunun nominal diametrinə görə təsnif edilməlidir.
6.1.27. Tənzimləyici qapayıcılar otaqların divarlarında diametri 150 mm və ya 200 mm olan ventilyasiya dəliklərində quraşdırılmalı və tənzimləyici və kilidləmə qurğusu kimi istifadə edilməlidir.
6.1.28. Qurğular və məmulatlar aşağıdakı iqlim amillərinə məruz qaldıqda iş qabiliyyətini saxlamalıdır:
6.1.28.1. ətraf mühitin temperaturunun +50 ° C-ə qədər artması;
6.1.28.2. ətraf mühitin temperaturunun -50 ° C-ə qədər enməsi;
6.1.28.3. ətraf mühitin 50 °C temperaturunda havanın nisbi rütubətinin 98 faizə qədər olması.
6.1.29. Qurğular və məmulatların etibarlılığı aşağıdakı göstəricilərlə xarakterizə edilməlidir:
6.1.29.1. orta bərpa müddəti - 5 saatdan çox olmamalı;
6.1.29.2. vəziyyətinin son hədd meyarı - metalın korroziyası.
Qurğuların xidmət müddəti istehsalçı tərəfindən sənədləşdirilməlidir.
6.2. Mülki müdafiə mühafizə qurğularının ventilyasiya aqreqatlarına, süzgəclərinə və regenerasiya qurğularına dair tələblər:
6.2.1. Mülki müdafiə mühafizə qurğularında elektrik ötürücü ilə və elektrik əl ötürücü ilə ventilyatorlardan istifadə edilməlidir:
6.2.1.1. tutumu 600 nəfərdən az olan sığınacaqların havalandırılması üçün iqlim zonalarından asılı olaraq elektrik əl ötürücü ilə ventilyatorlardan istifadə edilməsi tövsiyə olunur.
6.2.1.2. Hər bir elektromexaniki ventilyator əks klapanla - hava sərfiyyatı göstəricisi ilə təchiz olunmalıdır.
6.2.1.3. Elektrik ötürücü ilə iistifadə edilən zaman reduktor avtomatik olaraq işçi valdan keçirici mufta vasitəsilə ayrılmalıdır. Elektrik enerjisi kəsildikdə val reduktorun tutacağı vasitəsilə əllə hərəkətə gətirilməlidir.
6.2.1.4. Tutacağın fırlanma tezliyi 1 dəqiqədə 45 dövr olan zaman elektrikl ötürücü və elektrik əl ötürücü ilə ventilyatorların məhsuldarlığı, quraşdırılmış süzgəclərin aerodinamik müqaviməti nəzər alınmaqla sığınacağın layihədə göstərilən tələbatını təmin etməlidir.
6.2.2. Xarici havanı tozdan və yanma məhsullarının aerozol hissəciklərindən bütün rejimlərdə təmizləmək üçün mülki müdafiə mühafizə qurğularının ventilyasiya sisteminin layihə gücünə uyğun olan yuva süzgəclərindən istifadə edilməlidir.
6.2.3. I və II rejimlərdə ön süzgəclərdən istifadə edildikdə, onların qarşısında sığınacaqların ventilyasiya sisteminin layihə gücünə uyğun gələn təmizləmə əmsalı ən azı 0,8 olan yuva süzgəcləri quraşdırmaq lazımdır.
6.2.4. Bütün rejimlərdə xarici havanı tozdan və aerozol hissəciklərindən daha detallı təmizləmək üçün yuva süzgəclərindən sonra quraşdırılan ön süzgəclərdən istifadə edilməlidir.
6.2.5. Şəbəkənin aerodinamik müqaviməti 160 Pa-a çatdıqda yuva süzgəclərinin regenerasiyası çirklənmiş süzgəclərin təmizlənməsi dövründə, ehtiyat süzgəclərlə əvəz etməklə aparılmalıdır.
6.2.6. I və II rejimlərdə istifadə olunan ön süzgəclər aşağıdakı göstəricilərə malik olmalıdır:
6.2.6.1. məhsuldarlığı – 1000 m3/saatdan çox olmamalı;
6.2.6.2. hava axınının müqaviməti - 265 Pa-dan çox olmamalı;
6.2.6.3. standart yağ dumanı üzrə sıçrayış əmsalı 14 faizdən çox olmamalıdır.
6.2.7. Dinc dövrdə xarici havanı tozdan təmizləmək tələb olunmadıqda, yuva süzgəclərinin yuvalarını və ya ön süzgəc kasetlərinin sökülməsi imkanları nəzərdə tutulmalıdır. Bu zaman, xarici hava zəhərli, radioaktiv maddələrdən və bioloji vasitələrdən uducu süzgəclərdən istifadə etməklə təmizlənməlidir.
6.2.8. Karbon qazının ilkin konsentrasiyası 20 ± 2 mq/l olduqda daxili havanın regenerasiyası mühafizə müddəti 5 saatdan çox olan regenerativ patronlarda nəzərdə tutulmalıdır. Dinc dövrdə regenerativ patronlar yalnız fövqəladə hallarda istifadə edilə bilər.
6.3. İdarəetmə və rabitənin texniki vasitələri
6.3.1. İstismar şərtlərinə görə idarəetmə və rabitənin texniki vasitələri aşağıdakı qruplara bölünür:
a) stasionar tikili və qurğular üçün;
b) mülki müdafiə mühafizə qurğuları üçün;
c) səyyar idarəetmə məntəqələri üçün;
d) açıq məkanlar üçün.
6.3.2. İdarəetmə və rabitənin texniki vasitələri aşağıdakı şərtlər daxilində fəaliyyət göstərməlidir:
a) açıq məkana yerləşdirildikdə:
ətraf mühitin temperaturu - - 50 ° C-dən + 50 ° C-ə qədər;
nisbi rütubət – 30%-dən 95 %-ə qədər;
atmosfer təzyiqi - 74,8-dən 106,7 kPa-a qədər;
təbəqəsinin qorunma dərəcəsi - IP 54-dən aşağı olmamalı;
b) qızdırılan qapalı otaqlara yerləşdirildikdə:
ətraf mühitin temperaturu - -10 ° C-dən + 45 ° C-ə qədər;
nisbi rütubət - 30 faizdən 78 faizə qədər.
6.3.3. Əməliyyat növbətçisinin avtomatlaşdırılmış iş yeri aşağıdakıları təmin etməlidir:
6.3.3.1. idarəetmə komandalarının qəbulunu və ötürülməsini, mülki müdafiə qüvvələrinin və vasitələrinin idarə edilməsinin avtomatlaşdırılmasını, eləcə də fövqəladə hallardan mühafizəni;
6.3.3.2. mülki müdafiənin idarə edilməsinin bütün səviyyələrində avtomatlaşdırılmış iş yerlərinin bir-biri ilə və qarşılıqlı fəaliyyət göstərən idarəetmə orqanlarının avtomatlaşdırılmış iş yerlərinin proqram təminatının uyğunluğu və texniki bağlılığı;
6.3.3.3. informasiya təhlükəsizliyi.
6.3.4. Sonuncu abonent terminalı idarəetmə orqanının vəzifəli şəxsini aşağıdakılarla təmin etməlidir:
6.3.4.1 zəruri rabitə xidmətlərinə çıxış;
6.3.4.2. resursların, rabitə xidmətlərinin və məlumatların ötürülməsinin idarə edilməsi məqsədilə vizual və audio informasiyanı idarə etmək imkanı.
6.3.5. Köməkçi avadanlıqlar idarəetmə və rabitə texniki vasitələri üçün aşağıdakıları təmin etməlidir:
6.3.5.1. rabitə şəbəkələri üzrə ötürülən və ya qəbul edilən siqnal və məlumatların hazırlanması, email, işlənilməsi və məlumatların ötürülməsini;
6.3.5.2. informasiyanın icazəsiz girişdən qorunmasını;
6.3.5.3. əməliyyat növbətçinin avtomatlaşdırılmış iş yerlərinin və sonuncu abonent terminallarının fasiləsiz enerji təchizatı ilə təmin edilməsini.
6.4. Hərbi münaqişələr nəticəsində yaranan təhlükələr, eləcə də fövqəladə hallar barədə əhalinin xəbərdarlığının texniki vasitələri
6.4.1. Texniki xəbərdarlıq vasitələri aşağıdakı qruplara bölünür:
a) funksional təyinatına görə:
- əhalini xəbərdar etmək üçün avtomatlaşdırılmış iş yeri;
- xəbərdaredici qurğuların işə salınması üçün avadanlıq;
- xəbərdarlıq vasitələri.
b) istismar şərtlərinə görə:
- stasionar tikili və qurğular üçün;
- kollektiv mühafizə qurğuları üçün;
- səyyar idarəetmə məntəqələri üçün;
- açıq məkanlar üçün.
6.4.2. əhalini xəbərdar etmək üçün avtomatlaşdırılmış iş yeri aşağıdakıları təmin etməlidir:
a) mülki müdafiənin idarə edilməsinin bütün səviyyələrində və qartşılıqlı fəaliyyət göstərən idarəetmə orqanlarında əhalinin xəbərdar edilməsi üçün avtomatlaşdırılmış iş yerlərinin proqram təminatının uyğunluğu və texniki bağlılığı;
b) bütün səviyyələrdə idarəetmə orqanlarından siqnalların və xəbərdarlıq məlumatlarının qəbulu;
c) təbii və texnogen xarakterli fövqəladə halların monitorinq sistemlərindən məlumatların alınması, təhlili, xəbərdarlıq məlumatlarının, xəbərdar ediləcək abonentlərin siyahısının və əhalini xəbərdar etmək üçün istifadə olunan texniki vasitələrin hazırlanması;
d) aşağıdakı rejimlərdə xəbərdarlıq siqnallarının və məlumatların hazırlanması və ötürülməsi:
- sirkulyar;
- qrup;
- seçmə.
e) aşağıdakı növ siqnalların və xəbərdarlıq məlumatlarının ötürülməsi:
- səsli xəbərdarlıq;
- danışıq məlumatı;
- mətnli (hərf-rəqəm) məlumat;
- videoməlumat.
f) ünvana çatmayan siqnalların və məlumatların avtomatik təkrarlanması;
g) əvvəlcədən yazılmış siqnalların və xəbərdarlıq məlumatlarının maqnit (elektron) daşıyıcılarında və ya birbaşa ötürülməsi vasitəsilə;
h) siqnal və xəbərdarlıq məlumatlarının yazılması (qeydə alınması);
i) xəbərdarlıq məlumatını operativ daxil etmək və ya əvvəllər daxil edilmiş xəbərdarlıq məlumatını redaktə etmək imkanı;
j) səs yazmaq imkanı olan bir və ya bir qrup avtomatlaşdırılmış xəbərdarlıq iş yerləri ilə konfrans rejimində ikitərəfli danışıq məlumatları mübadiləsinin aparılması;
k) audio, danışıq, mətn və video məlumatların, xəbərdarlıq proqramlarının hazırlanması (yazılması), saxlanması, onların ötürülməsi variantlarının və rejimlərinin hazırlanması (yazılması);
l) abunəçilərin məlumatlandırılması zamanı prioritetlərin təyin edilməsi (bildiriş siyahısında abunəçilərin xəbərdar edilməsi növbəliyinin idarəedilməsi);
m) növbətçi rejimdə və xəbərdarlıq siqnallarının və məlumatların ötürülməsi zamanı əhalinin xəbərdarlıq texniki vasitələrinin və rabitə kanallarının vəziyyətinin mütəmadi monitorinqinin aparılması;
o) xəbərdarlıq seansının komanda ilə dayandırılması və ya ləğv edilməsi;
ğ) xəbərdarlıq obyektlərinin siyahısını, vaxtını (hər bir obyekt üçün) və həyata keçirildiyi kanalları göstərməklə prosesin real vaxt rejimində vizuallaşdırılması;
p) xəbərdarlığın gedişi və nəticələri haqqında məlumat bazasının formalaşdırılması (bu məlumatı çap etmək imkanı ilə);
c) xəbərdarlıq siqnallarının və məlumatların ötürülməsi üçün şəbəkələrin və rabitə kanallarının kompleks istifadəsi.
6.4.3. Xəbərdarlıq vasitələrinin işə salınması cihazları rabitə kanallarının və yayım şəbəkələrinin dəyişdirilməsi və xəbərdarlıq siqnallarının və məlumatların ötürülməsi üçün nəzərdə tutulmuşdur. Xəbərdarlıq vasitələrinin işə salınması cihazları təmin etməlidir:
a) 2 müstəqil rabitə növü üzrə xəbərdarlıq vasitələrinin işini;
b) rabitə kanallarının və yayım şəbəkələrinin dəyişdirilməsini;
c) xəbərdarlıq siqnallarının və məlumatların ötürülməsi üçün xəbərdarlıq vasitələrinin işə salınmasını (söndürülməsini);
d) rəqəmsal, analoq şəbəkələr və rabitə kanalları, eləcə də rabitə kanallarının müxtəlif kombinasiyaları üzrə işnii.
6.4.4. “Səsləndirici qurğu” tipli xəbərdarlıq vasitəsi səs siqnallarını və xəbərdarlıq məlumatlarını ötürmək üçün nəzərdə tutulmuşdur və əhalinin yerləşdiyi, qapalı və açıq yerlərdə quraşdırılmalıdır.
6.4.4.1. “Səsləndirici qurğu” tipli xəbərdarlıq vasitəsi səsləndirilən tezlik diapazonunu - 0,3 - 3,4 kHz-dən az olmayaraq təmin etməlidir.
6.4.4.2. Aşağıdakı xüsusiyyətlərə uyğun gələn danışıq məlumatlarının qəbulunun etibarlılığı:
heca anlaşıqlılığı - ən azı 90 faiz;
söz anlaşıqlılığı - ən azı 97 faiz.
6.4.5. Sakit havada açıq ərazidə ölçülən akustik oxda “Səsləndirici qurğu” tipli xəbərdarlıq vasitəsinin yaratdığı akustik təzyiqin səviyyəsi tərtibatçı tərəfindən 1 kHz tezliyi olan sinusoidal siqnal üçün müəyyən edilir. Akustik təzyiqin 1 kHz tezlikdə akustik qurğu üçün təyin edilmiş tezlik diapazonunda mənfi 14 dB-ə qədər dəyişməsinə icazə verilir.
Yaranan təzyiqin parametri sakit havada akustik oxda “Səsləndirici qurğu” tipli xəbərdarlıq vasitəsindən 30 m məsafədə ölçülür.
6.4.6. Açıq yerə yerləşdirildikdə, “Səsləndirici qurğu” tipli xəbərdarlıq vasitəsi aşağıdakı şərtlər daxilində sabit işləməlidir:
ətraf mühitin temperaturu - mənfi 50 ° C-dən + 50 ° C-ə qədər;
nisbi rütubət - 30 faizdən 95 faizə qədər;
atmosfer təzyiqi – 74,8 kPa-dan 106,7 kPa;
təbəqəsinin qorunma dərəcəsi IP 54-dən aşağı olmamaqla.
6.4.7. Qızdırılan qapalı otaqlara yerləşdirildikdə, “Səsləndirici qurğu” tipli xəbərdarlıq vasitəsi aşağıdakı şərtlərdə sabit işləməlidir:
ətraf mühitin temperaturu - mənfi 10 ° C-dən + 45 ° C-ə qədər;
nisbi rütubət - 30 faizdən 78 faizə qədər.
6.4.8. “Sirena” tipli xəbərdaredici vasitəsi əhalinin qapalı və açıq yerləşdiyi yerlərdə quraşdırılmalıdır.
6.4.9. “Sirena” tipli xəbərdarlıq vasitəsi sirena siqnallarının fasiləsiz və fasiləli ötürülməsini təmin etməlidir.
6.4.10. "Sirena" tipli xəbərdarlıq vasitəsi tərəfindən yaradılan akustik təzyiqin səviyyəsi tərtibatçı tərəfindən müəyyən edilir və üfüqi istiqamətlərdə 30 m məsafədə açıq sahələrdə sakit havada ölçülür. Səsin tezliyi 400-450 Hz olmalıdır.
6.4.11. Açıq yerə yerləşdirildikdə, sirena tipli xəbərdarlıq vasitəsi aşağıdakı şərtlər daxilində sabit işləməlidir:
- ətraf mühitin temperaturu - mənfi 50 ° C-dən + 50 ° C-ə qədər;
- nisbi rütubət - 30 faizdən 95 faizə qədər;
- atmosfer təzyiqi – 74,8 kPa-dan 106,7 kPa;
- təbəqəsinin qorunma dərəcəsi IP 54-dən aşağı olmamaqla.
6.4.12. Qapalı qızdırılan otaqlara yerləşdirildikdə, sirena tipli xəbərdarlıq vasitəsi aşağıdakı şərtlərdə dayanıqlı işləməlidir:
ətraf mühitin temperaturu - mənfi 10 ° C-dən + 45 ° C-ə qədər;
nisbi rütubət - 30 faizdən 78 faizə qədər.
6.4.13. Mərkəzləşdirilmiş enerji təchizatı söndürüldükdə sirena tipli xəbərdarlıq vasitələri istisna olmaqla, obyektin fəsiləsiz elektrik təminatı sistemi tərəfindən texniki xəbərdarlıq vasitələri xəbərdarlıq siqnallarının və məlumatların ötürülməsi üçün növbətçi rejimdə ən azı 6 saat, siqnal və məlumatların ötürülməsi rejimində isə ən azı 1 saat işlək vəziyyətdə qalmalıdır. Texniki xəbərdarlıq vasitələri aşağıdakı tələblərə cavab verməlidir:
- etibarlı iş müddəti ən azı 30.000 saat olmalıdır;
- istismar müddəti istehsalçı tərəfindən texniki (konstruktor, mühəndis, texnoloji və (və ya) istismar) sənədlərdə müəyyən edilməlidir.
6.4.14. Texniki xəbərdarlıq vasitələrinin enerji təchizatı 230 – 400 V (± 10 – 15 faiz) gərginlikli, 50 ± 1 Hz tezlikli dəyişən cərəyan şəbəkəsindən həyata keçirilməlidir. Bu vasitələr 60 ± 12 V, 48 ± 12 V, 12 ± 2 V və digər texniki sənədlərə uyğun olan sabit cərəyan şəbəkələrinin enerji təchizatına qoşula bilər.
6.4.15. Qəza-xilasetmə vasitələrinə aşağıdakı təhlükəsizlik tələbləri qoyulur:
a) qəza-xilasetmə vasitələrinin tərtibatı aşağıdakıları təmin etməlidir:
- elektrik təhlükəsizliyini;
- yanğın təhlükəsizliyini;
- partlayış təhlükəsizliyini;
- radiasiya təhlükəsizliyini;
- təhlükəli kimyəvi maddələrin təsirindən mühafizəni;
- qulluq göstərmə zamanı təhlükəsizliyi;
- izafi təzyiqə dayanıqlılığı.
b) qəza-xilasetmə vasitələrinin tərtibatı bu avadanlıqları idarə edərkən xidməti heyətin səhv hərəkətlərindən mühafizəni nəzərdə tutmalıdır;
c) qəza-xilasetmə avadanlığının tərtibatı, istifadə olunan materiallar, sürtkülər, yağlar və s. zədələyici amillərin təsiri zamanı yanğın ocaqlarının, avadanlığın hissələrində elektrik gərginliyinin, radiasiya təhlükəsizliyi standartları və müvafiq sanitar qaydalar ilə müəyyən edilmiş normaları aşan daxili ionlaşdırıcı şüalanmanın, habelə xidməti heyətin iş zonasında təhlükəli kimyəvi maddələrin buxarlarının yaranmasını istisna etməlidir.
d) funksional təyinatlarından asılı olaraq qəza-xilasetmə maşınları hava təmizləyici qurğularla (vasitələrlə) təchiz edilməlidir;
e) qəza-xilasetmə vasitələri iş qabiliyyətinin pozulması, o cümlədən elektrik enerjisinin qəfil kəsilməsi (qəza vəziyyətinin yaranmasına səbəb olan) zamanı qəza dayanma qurğuları ilə təchiz olunmalıdır;
f) qəza-xilasetmə vasitələrinin elektrik avadanlığı və elektrik şəbəkələri (əgər nəzərdə tutulubsa) onların istismarı və xarici mühitin təsirinə məruz qalması zamanı mexaniki zədələnmələrdən, bütün elektrik şəbəkələri isə həddindən artıq yüklənmədən və qısaqapanmadan etibarlı şəkildə qorunmalıdır;
g) qəza-xilasetmə vasitələrinin təhlükəsizliyi istismar şərtləri ilə müəyyən edilmiş xarici iqlim və mexaniki amillərin təsirindən azalmamalıdır;
h) təhlükəsizlik tələblərinə əməl edilməsi qəza-xilasetmə vasitələrinin bütün istismar müddəti ərzində təmin olunmalıdır;
i) qəza-xilasetmə vasitələri və onların komponentləri üçün müəyyən edilmiş saxlama və xidmət müddətləri istehsalçı tərəfindən sənədlərlə təsdiq edilməlidir;
j) hər bir qəza-xilasetmə vasitəsinə istismar sənədləri əlavə edilməlidir.
6.4.16. Qəza-xilasetmə vasitələrinə təyinatına görə aşağıdakı tələblər qoyulur:
a) qəza-xilasetmə vasitələri onların növünə və sinfinə uyğun olaraq yerüstü, dağ, suüstü (sualtı) və yeraltı xilasetmə işləri aparılarkən və əhalinin ilkin həyat təminatının təşkili zamanı aşağıdakı zonalarda istifadə edilməlidir:
- radioaktiv çirklənmə;
- kimyəvi zəhərlənmə;
- dağıntı;
- yanğın;
- subasma və daşqın;
- bioloji zədələnmə;
b) qəza-xilasetmə vasitələri qəza-xilasetmə işlərinin vaxtında, fasiləsiz, istənilən iqlim şəraitində, yüksək temp və səmərəli təşkilati və texnoloji prinsiplərin həyata keçirilməsini təmin etməlidir;
c) qəza-xilasetmə vasitələrinin nəqliyyat bazası yüksək keçiricilik, hərəkətin sabitliyini saxlamaq və verilmiş iş məkanında istismar sürətində sərbəst manevr etmək qabiliyyətlərinə malik olmalıdır;
d) eyni tip və sinifə məxsus qəza-xilasetmə vasitələri qidalandırıcı gərginliyindəki və onun tezliyindəki dəyişikliklərə elektrik və mexaniki cəhətdən uyğun olmalıdır;
e) tərtibatında radioelektron qurğuları olan qəza-xilasetmə vasitələri radio maneəyə davamlı olmalıdır;
f) qəza-xilasetmə vasitələri istifadə olunduğu qəza mühiti üçün xarakterik olan xarici təsirlərə davamlı olmalı, eləcə də zədələyici amillərin (fiziki-mexaniki, fiziki-kimyəvi) təsirinə məruz qaldıqda öz xüsusiyyətlərini və parametrlərini saxlamaq qabiliyyətinə malik olmalıdır;
g) radioelektron qəza-xilasetmə vasitələri elektromaqnit uyğunluğuna malik olmalı və öz elektromaqnit mühitində işləməlidir;
h) robot qəza-xilasetmə vasitələri fövqəladə hadisələrin baş verdiyi ərazilərdə (təhlükəli zonada) insanın bilavasitə iştirakı olmadan xilasetmə əməliyyatlarını yerinə yetirməlidir.
6.4.17. Qəza-xilasetmə vasitələrinə aşağıdakı etibarlılıq tələbləri qoyulur.
6.4.18. Qəza-xilasetmə vasitələri fəaliyyətinin xüsusiyyətinə görə işinin dayanması fəlakətli nəticələrə səbəb olmayan təkrar dövri istifadə məhsulları kimi təsnif edilməlidir.
6.4.19. Qəza-xilasetmə vasitələri üçün aşağıdakı etibarlılıq göstəriciləri təyin edilməlidir:
- davamlılıq;
- uzunömürlülük;
- təmir olunan;
- saxlanılan ;
istifadəyə hazırlıq vəziyyəti.
6.4.20. Qəza-xilasetmə vasitələri aşağıdakı təsirlərə məruz qaldıqda işlək vəziyyətdə qalmalıdır:
a) mexaniki amillər;
b) iqlim və digər təbii amillər (temperatur, təzyiq, rütubət);
c) radiasiya faktorları (radioaktiv maddələr və onların komponentləri);
d) kimyəvi amillər (təhlükəli kimyəvi maddələr);
e) xüsusi mühitin amilləri (toz, dəmir-beton konstruksiyaların elementləri və s.);
f) istilik amilləri (yanğın).
6.4.21. Qəza-xilasetmə vasitələrinə aşağıdakı ümumi tələblər qoyulur:
a) bütün siniflərə aid qəza-xilasetmə vasitələri maksimal unifikasiyalı nəqliyyat bazası olan blok-modul konstruksiyasına, texniki vasitələrə, alət və avadanlıqlara malik olmalıdır;
b) korpusunun konstruksiyası, onun elementlərinin ölçüləri və nisbi mövqeyi möhkəmliyini, komponentlərin və hissələrin texniki istismarının etibarlılığını və istismar zamanı ətraf mühitin çirklənməsinin maksimum istisnasını təmin etməlidir;
c) qəza-xilasetmə vasitələrinin blok-modul elementlərinin konstruksiyası zədələyici amillərin təsiri şəraitində qəza-xilasetmə avadanlığının təyinatına uyğun olaraq bütün funksiyaların yerinə yetirilməsini təmin etməli, eləcə də minimal ölçülərə, texniki xidmət üçün komponentlərə sərbəst girişə, komponentləri və blokları sökmədən təmir qabiliyyətinə malik olmalıdır;
d) xilasetmə alət və avadanlıqlarla, xüsusi axtarış cihazlarla təchizatın bütün variantları üzrə qəza-xilasetmə vasitələrinin çəkisi, ölçüləri və digər parametrləri bu sinif və növ qəza-xilasetmə vasitəsi üçün təyin olunmuş meyarlara uyğun olmalıdır;
e) qəza-xilasetmə vasitələrinin konstruksiyası istismar müddəti ərzində ilin və günün istənilən vaxtında onlardan istifadənin mümkünlüyünü və elektrik qidalanmasının qəfil kəsilməsi, avadanlıqların və texniki vasitələrin istismar məhdudiyyətlərinin pozulması, gəmiricilər və bioloji zərərvericilər tərəfindən zədələnməsi nəticəsində yaranmış artıq yüklənmələrdən funksional avadanlıq və texniki vasitələrin mühafizəsini təmin etməlidir;
f) qəza-xilasetmə vasitələrinin daxili (bortda) enerji mənbələri müstəqil olmalı və müəyyən edilmiş müddətdə fasiləsiz işləməsini təmin etməlidir;
g) qəza-xilasetmə vasitələrinin materiallarının möhkəmlilik xüsusiyyətləri xarici amillərin təsirinə (mexaniki, iqlim, radiasiya, xüsusi mühit, istilik) məruz qaldıqda etibarlı işini təmin etməlidir;
h) qəza-xilasetmə vasitələrinin komponentləri təyinatından asılı olaraq emal edilməlidir:
- su ilə, səthi aktiv maddələrin sulu məhlulları ilə, spirt əsaslı məhlullarla;
- deqazasiya, dezinfeksiya və dezaktivasiya məhlullarla;
- hava axını ilə;
- qeyri-metal fırçalarla mexaniki təsirlə.
i) qəza-xilasetmə vasitələrinin istehsalında istifadə olunan materiallar mexanizmlərin və cihazların hissələrinin işçi səthləri onları aşınmadan qoruyan qoruyucu örtüklərə malik olmalıdır;
j) qəza-xilasetmə vasitələrinin hissələri əllə və ya avtomatik bir-birinə etibarlı və sürətli birləşməni təmin etməli, səhv yığılma ehtimalını istisna etməlidir;
k) özüyeriyən qəza-xilasetmə vasitələri və qəza-xilasetmə vasitələrinin nəqliyyat bazası qəza-xilasetmə vasitələri işıqlandırma cihazları, fərqləndirici işıq-akustik sistemlər və səs siqnalı cihazları ilə təchiz edilməlidir. Qaranlıqda və işıqlandırılmayan otaqlarda bu qəza-xilasetmə vasitələrinin istismarına yalnız işıqlandırması və fərqləndirici hərəkət cihazları qoşulmuş vəziyyətdə icazə verilir.
6.4.22. Qəza-xilasetmə vasitələrinə aşağıdakı daşınma tələbləri tətbiq edilir:
a) qəza-xilasetmə vasitələri nəqliyyat konteyneri ilə və ondan istifadə etmədən bütün mümkün nəqliyyat növləri ilə daşınma imkanına malik olmalıdır;
b) qəza-xilasetmə vasitələrinin nəqliyyat vasitəsinin şassisi üzərində daşınması bütün istismar müddəti ərzində funksional səmərəliliyi azalmadan təmin edilməlidir;
c) qəza-xilasetmə vasitələrinin hava, dəmir yolu və su nəqliyyatı ilə daşınması onların texniki vəziyyətinin səviyyəsi aşağı salınmadan, məsafə və sürət məhdudlaşdırılmadan təmin edilməlidir;
d) sökülmə üzrə əməliyyatlar sadə olmalı və minimal vaxtda həyata keçirilməlidir. Qəza-xilasetmə vasitələrinin qismən sökülməsinə sərbəst hərəkət etmək qabiliyyətini itirmədən icazə verilir;
e) qəza-xilasetmə vasitələri istənilən nəqliyyat növü ilə daşınarkən nəqliyyat vasitəsinə bərkidilməsi üçün simsiz standart qurğular dəstinə malik olmalıdır;
f) özüyeriyən qəza-xilasetmə vasitələri və qəza-xilasetmə vasitələrinin nəqliyyat bazası onların başqa nəqliyyat vasitəsi ilə yedəklənməsini təmin edən qurğulara malik olmalıdır.
6.4.23. Qəza-xilasetmə vasitələrinə texnoloji cəhətdən aşağıdakı tələblər qoyulur:
6.4.23.1 texniki xidmətin və təmirin asanlığı və rahatlığı;
6.4.23.2. ştat hesabı çərçivəsində istismar zamanı işləmə qabiliyyətinin bərpasını təmin edən etibarlılıq.
6.4.24. Qəza-xilasetmə vasitələri aşağıdakı xüsusi tələblərə cavab verməlidir:
6.4.24.1. özüyeriyən qəza-xilasetmə vasitələri və qəza-xilasetmə vasitələrinin nəqliyyat bazası rabitə və naviqasiya avadanlığı ilə təchiz edilməlidir;
6.4.24.2. rabitə və naviqasiya avadanlığı ilə təchiz edilmiş bütün qəza-xilasetmə vasitələrində radio avadanlığının qidalanması üçün ən azı 2 elektrik mənbəyi (əsas və ehtiyat) olmalıdır.
6.5. Fövqəladə halların monitorinqi üçün texniki vasitələr
6.5.1. Fövqəladə halların monitorinqi üçün texniki vasitələr funksional təyinatı üzrə təsnifata uyğun olmalıdır.
6.5.2. Texnogen xarakterli fövqəladə halların monitorinqi aşağıdakılar üzrə həyata keçirilir:
a) texnoloji proseslər;
b) həyat təminatı və təhlükəsizlik üzrə mühəndis sistemləri;
c) bina və qurğuların mühəndis (yükdaşıyan) konstruksiyaları;
d) radioaktiv, kimyəvi, partlayıcı və yanğın-partlayış təhlükəli maddə və materialların istehsalı, email, daçınması və saxlanılması obyektləri;
e) ətraf mühitin radioaktiv, kimyəvi və bioloji çirklənməsi (zəhərlənməsi).
6.5.3. Təbii xarakterli fövqəladə halların monitorinqi aşağıdakılar üzrə həyata keçirilir:
a) geoloji proseslər və hadisələr;
b) meteoroloji proseslər və hadisələr;
c) hidroloji proseslər və hadisələr;
d) təbii yanğınlar.
6.5.4. Fövqəladə halların monitorinqi üzrə texniki vasitələr fasiləsiz və (və ya) dövri monitorinq rejimlərində fəaliyyət göstərməlidir.
6.5.5. Fövqəladə halların monitorinqi üzrə texniki vasitələr idarəetmə orqanları tərəfindən aşağıdakı funksiyaların yerinə yetirilməsini məlumatla təmin etməlidir:
a) fövqəladə hallarda risklərin idarə edilməsi;
b) fövqəladə halların proqnozlaşdırılması;
c) monitorinq nəticələrinə əsasən fövqəladə halların qarşısının alınmasının effektivliyinin qiymətləndirilməsi;
6.5.6. Fövqəladə halların monitorinqi üzrə texniki vasitələr real vaxtda aşağıdakı funksiyaları yerinə yetirməlidir:
a) ətraf mühit parametrlərinin və ya onun ayrı-ayrı komponentlərinin vəziyyətindəki dəyişikliklərin monitorinqi üzrə sensorlar və ölçü vasitələri ilə fövqəladə hallar mənbələrinin potensial təhlükəsini xarakterizə edən parametrlərə nəzarət etmək;
b) məlumatların ötürücü vasitələrlə fövqəladə halların mənbələrinin potensial təhlükəsini xarakterizə edən ətraf mühit parametrlərində və ya onun ayrı-ayrı komponentlərində təhlükəli dəyişikliklər haqqında məlumatların idarəetmə orqanları vasitəsilə fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması üzrə səlahiyyətli orqanlara və obyekt rəhbərlərinə çatdırılmasını təmin etmək;
c) informasiya hesablama (proqram-texniki) monitorinq kompleksləri ilə dövlət orqanları və obyekt rəhbərləri səviyyəsində fövqəladə halların qarşısının aliınması və nəticələrinin aradan qaldırılması üzrə qərarların qəbulu üçün informasiya dəstəyini təmin etmək.
6.5.7. informasiya hesablama (proqram-texniki) monitorinq kompleksləri, məlumatların ötürülməsi vasitələri, eləcə də ətraf mühit parametrlərinin və ya onun ayrı-ayrı komponentlərinin vəziyyətindəki dəyişikliklərin monitorinqi üzrə sensorlar və ölçmə vasitələri avtomatlaşdırılmış idarəetmə sistemləri ilə uyğunluğu və informasiya-texniki bağlılığı təmin etməlidir. Onların qoşulması (bağlanması) bu orqanlar tərəfindən müəyyən edilmiş texniki şərtlərə (tələblərə) uyğun olmalıdır.
6.5.8. Fövqəladə halların monitorinqi zamanı informasiya və hesablama (proqram və texniki vasitələrin) monitorinq sistemləri və məlumatların ötürülməsi vasitələri məlumatın icazəsiz girişlərdən qorunmasını təmin etməlidir.
6.5.9. Fövqəladə halların monitorinqi zamanı ümumi rabitə şəbəkəsi kanallarından istifadəyə icazə verilir.
6.5.10. İnformasiyanın ötürülməsində nasazlıq yarandıqda (müvəqqəti əlaqə olmadıqda) informasiya hesablama (proqram-texniki) monitorinq kompleksləri aşağıdakıları təmin etməlidir:
a) ötürülən məlumatların növbədə (məlumatlar bazasında) saxlanması;
b) bu əməliyyat uğurla başa çatana qədər növbədən məlumat ötürmək cəhdlərinin dövri təkrarlanması;
c) bütün məlumatların uğurla ötürülməsi zamanı növbənin silinməsi.
6.5.11. Monitorinq parametrlərində kritik dəyişiklik baş verdiyi andan ətraf mühitin parametrlərinin və ya onun ayrı-ayrı komponentlərinin vəziyyətindəki dəyişikliklərin monitorinqi üzrə sensorlar və ölçü alətlərindən məlumatların verilməsində orta gecikmə 30 saniyədən çox olmamalıdır.
6.5.12. Texniki monitorinq vasitəsinin etibarlılıq göstəriciləri aşağıdakı kimi olmalıdır:
a) hazırlıq əmsalı – ən azı 99,8 faiz;
b) orta işləmə müddəti – 10 000 saatdan az olmamalı.
6.5.13. Fövqəladə halların monitorinqi üzrə texniki vasitələr aşağıdakıların diaqnostikasını təmin etməlidir:
a) fövqəladə halların monitorinqi üzrə texniki vasitələrinin iş qabiliyyətini;
b) fövqəladə halların monitorinqi üzrə texniki vasitələrin nəzarət olunan sistemlərlə bağlılığını;
c) fövqəladə halların monitorinqi üzrə texniki vasitələrin xarici sistemlərlə bağlılığını;
d) avtomatik göndərilən yoxlama bildirişlərinə cavab almaqla fövqəladə halların monitorinqi üzrə texniki vasitələrin operatorunun iş qabiliyyətinin vəziyyətini.
6.5.14. Fövqəladə halların monitorinqi üzrə texniki vasitələrin istismar müddəti istehsalçı tərəfindən sənədlərlə təsdiq olunmalıdır.
6.5.15. Ətraf mühitin parametrlərinin və ya onun ayrı-ayrı komponentlərinin vəziyyətinin dəyişməsinin monitorinqi üzrə sensorlar və ölçü cihazları, eləcə də məlumatların ötürülməsi vasitələri mexaniki və iqlim amillərinə davamlı olmalıdır.
6.5.16. Fövqəladə halların monitorinqi üzrə texniki vasitələr ehtiyat enerji mənbələrindən təchizatının ən azı 2 saat təminatı olan avadanlıqların tərkibinə daxil edilməlidir.
6.5.17. Fövqəladə halların monitorinqi üzrə texniki vasitələr elektrik şəbəkəsinin gərginliyində baş verilən aşağıdakı dəyişikliklər zamanı işlək vəziyyətdə qalmalıdır:
a) 15%-ə qədər azaldıqda;
b) 10%-ə qədər artdıqda.
6.5.18. İnformasiya-hesablama (proqram-texniki) monitorinq komplekslərinin proqram təminatı aşağıdakı tələblərə cavab verməlidir:
a) rahat, intuitive aydın qrafik interfeysinin mövcudluğu təmin etməlidir;
b) dialoq pəncərələrinın tərtibat tərzi və qrafikanın keyfiyyəti istifadə olunan əməliyyat sisteminin tərtibatına uyğun olmalıdır;
c) operatorun işi menyuya daxil edilmiş ekran formaları ilə interaktiv manipulyasiyalar şəklində aparılmalıdır.
6.5.19. Fövqəladə halların monitorinqi üçün texniki vasitələr konstruktiv cəhətdən modul və blok-aqreqat prinsipi əsasında qurulmalı və aşağıdakıları təmin etməlidir:
a) dəyişdirilə bilən eyni tipli tərkib hissələrinin qarşılıqlı əvəz olunmasını;
b) parametrlərin idarəetmə elemetlərinə icazəsiz daxil olmalardan qorunmasını;
c) istismar prosesi zamanı tənzimləməsi və ya dəyişdirilməsi tələb olunan bütün elementlərə, qovşaq və bloklara girişi.
6.6. Məhsulun nişanlanmasına dair tələblər
6.6.1. Məhsullar və qablaşdırma aşağıdakı məlumatlar ilə nişanlanmalıdır:
a) məhsulun adı və onun tipi (növü), nişanı, modeli;
b) məhsulun təyinatı, əsas texniki parametrləri və xüsusiyyətləri;
c) istehsalçı ölkənin adı;
ç) istehsalçı olan hüquqi şəxsin olduğu yer və ünvanı (iş yerinin ünvanı (ünvanlar fərqli olduqda), telefon nömrəsi və (və ya) elektron poçt ünvanı);
e) əmtəə nişanı (əgər varsa);
f) məhsulun istehsal tarixi (ay, il);
g) istifadə müddəti (yararlılıq);
h) xammalın tərkibi (zəruri olduqda);
i) istehsalçının zəmanəti (zəruri olduqda);
j) məhsul partiyasının nömrəsi (zəruri olduqda).
6.6.2. Nişanlanma azərbaycan dilində və ərazisində məhsulun satıldığı Dövlətin (qanunvericiliyində müvafiq tələblər olduqda) dövlət dilində tətbiq edilməlidir. Zərurət olarsa, məzmunun mətnlə eyni olması şərti ilə digər dillərdə əlavə işarələrə icazə verilir.
6.6.3. Əgər nişanlanma birbaşa məhsula tətbiq edilə bilməzsə, qablaşdırmaya tətbiq edilməli və məhsulun texniki sənədlərinə daxil edilməlidir. İstehsalçı məhsullara nişanın tətbiqinin mümkünlüyünü və ya qeyri-mümkünlüyünü müstəqil olaraq müəyyənləşdirir.
Məhsulun nişanlanması oxunaqlı, oxunması asan olmalı və baxış üçün əlçatan yerdə yerləşdirilməlidir.
7. Məhsulun texniki reqlamentin tələblərinə uyğunluğunun təmin edilməsi
7.1. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən təsərrüfat subyektinin istifadə etdiyi istinad edilmiş standart və ya texniki şərt texniki reqlamentin əsas tələblərinin yerinə yetirilməsini təmin etdikdə və bu, malın müvafiq istinad edilmiş standarta və ya texniki şərtə uyğun olduğunu təsdiq edən sənədlərdə göstərildikdə, mal müvafiq texniki reqlamentin əsas tələblərinə uyğun hesab edilir.
7.2. Bu texniki reqlamentin əhatə etdiyi texniki tənzimləmənin obyekti olan ölçmə vasitəsi və ya ölçmə vasitəsi ilə təmin olunan texniki qurğular ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericiliyin tələblərinə uyğun olmalıdır.
7.3. Məhsulların tədqiqi (sınağı) və ölçülməsi üsulları beynəlxalq və regional (dövlətlərarası) standartların siyahısına daxil edilmiş standartlarda, onlar olmadıqda isə tədqiqat (sınaq) və ölçmə qaydalarını və üsullarını özündə əks etdirən (dövlət) standartlarda, o cümlədən bu texniki reqlamentlərin tələblərinin tətbiqi və həyata keçirilməsi və texniki tənzimləmə obyektlərinin uyğunluğunun qiymətləndirilməsi üçün zəruri olan nümunələrin götürülməsi qaydalarla müəyyən edilir
8. Məhsulun uyğunluğunun qiymətləndirilməsi.
8.1. Bu Texniki reqlamentlə əhatə etdiyi məhsulların istehsal mərhələsində, bazara yerləşdirilməzdən, realizə edilməzdən və ya istismara verilməzdən əvvəl bu Texniki reqlamentdə nəzərdə tutulmuş məcburi təhlükəsizlik tələblərinə uyğunluğun qiymətləndirilməsi prosedurlarından (bundan sonra – uyğunluğun qiymətləndirilməsi) keçməlidir.
8.2. Məhsulun bu texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsi bu texniki reqlamentlə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla standart sxemlər əsasında bu bölməyə uyğun olaraq aparılır.
8.3. Məhsulun bu texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsi aşağıdakı sxemlərdən birinə uyğun olaraq sertifikatlaşdırma yolu ilə həyata keçirilir:
- seriyalı istehsal edilən məhsullar üçün – 1s və 2s sxeminə;
- qurğuların partiyası üçün – 3s sxeminə;
- bir qurğu üçün – 4s sxeminə uyğun olaraq.
8.4. Uyğunluq təsdiq edilərkən, ərizəçi qanunvericiliyə uyğun olaraq fərdi sahibkar kimi qeydiyyata alınmış aşağıdakı hüquqi və ya fiziki şəxsdir:
- seriyalı istehsal olunan məhsullar üçün - istehsalçı (istehsalçının nümayəndəsi);
- məhsul partiyası (tək məhsul) üçün – istehsalçı (istehsalçının nümayəndəsi), satıcı (idxalçı).
8.5. Uyğunluğun qiymətləndirilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar (bundan sonra - uyğunluğu qiymətləndirən qurum) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “___”_______ tarixli _____ nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları” əsasında həyata keçirilir.
8.6. Məhsulun sertifikatlaşdırılması qaydası
Sertifikatlaşdırma aparılarkən ərizəçi:
a) sertifikatlaşdırma üçün ərizə və aşağıdakı sənədlər toplusunu təqdim edir:
- məhsulun texniki (layihə, konstruktor, texnoloji və (və ya) istismar) sənədlərinin surətini, həmçinin məhsulun istehsalına uyğun sənədin(lərin) surətini (standartlar, texniki şərtlər və ya digər sənədlər) (mövcud olduqda);
- tətbiqi halında bu texniki reqlamentin tələblərinin ödənilməsinin təmin edən (ərizəçi tərəfindən tətbiq edildiyi təqdirdə) standartların siyahısı (onların işarələri və adları habelə bölmələr (bəndlər və yarımbəndlər göstərilməklə,), əgər bu texniki reqlamentin tələblərinin yerinə yetirilməsi bu standartların ayrı-ayrı bölmələrinin (bəndlərin, yarımbəndlərin) tətbiqi ilə təmin edilirsə;
- bu texniki reqlamentin həyata keçirilməsini təmin edən standartların siyahısına daxil edilmiş standartlar olmadıqda və ya tətbiq edilmədikdə (zəruri hallarda) bu texniki reqlamentin tələblərinin yerinə yetirilməsini təsdiq edən texniki həllərin təsvirini və risklərin qiymətləndirilməsinin nəticələrini;
- standartın tələblərinə uyğunluğunu təsdiq edən və sertifikatlaşdırma orqanı tərəfindən verilmiş idarəetmə sisteminin uyğunluq sertifikatının surəti (2c sxemi üçün);
- məhsul nümunələri üçün tədqiqat (sınaq) və ölçmə protokollarının surətləri (əgər varsa);
- məhsulun bu texniki reqlamentlərin tələblərinə uyğunluğunu təmin edən istehsalçı (o cümlədən xarici istehsalçı) ilə müqavilənin surəti (1s sxemi üçün);
- bir məhsulu və ya məhsul partiyasını, o cümlədən ölçüsünü (3s və 4s sxemləri üçün) müəyyən edən müqavilənin (təchizat müqaviləsinin) və müşayiət sənədlərinin surətləri;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ərizəçinin hüquqi və ya fiziki şəxsin fərdi sahibkar kimi dövlət qeydiyyatı zamanı ona verilmiş qeydiyyat və ya qeydiyyat (fərdi, eyniləşdirilmiş) nömrəsi haqqında məlumat;
- ərizəçinin seçimi ilə məhsulun bu texniki reqlamentin tələblərinə (əgər varsa) uyğunluğunu təsdiq edən digər sənədlər.
Sertifikatlaşmanın keçirilməsi üçün ərizə və sənədlər toplusu akreditasiya edilmiş uyğunluğu qiymətləndirən quruma təqdim edilir.
Sertifikatlaşdırma üçün ərizə ərizəçi tərəfindən uyğunluğun qiymətləndirilməsi sxemlərinə uyğun doldurulur.
Sertifikatlaşdırma ərizəsində həmçinin, məhsul partiyasının eyniləşdirmə nişanları da olmalıdır (3s və 4s sxemləri üçün)
b) uyğunluğun qiymətləndirilməsi prosedurları başa çatdıqdan sonra məhsula vahid nişan tətbiq edilir;
v) bu texniki reqlamentlərin tələblərinə uyğunluğuna təsir göstərə bilən məhsulun istehsal texnologiyasında dəyişikliklər barədə akreditasiya edilmiş uyğunluğu qiymətləndirən quruma əvvəlcədən məlumat verir (1c və 2c sxemləri üçün).
8.6. Sertifikatlaşdırma apararkən akreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum:
a) sertifikatlaşdırma ərizəsini və ərizəçinin təqdim etdiyi sənədlər toplusunu təhlil edir və sertifikatlaşdırmanın keçirilmə şərtlərini özündə əks etdirən qərar barədə ərizəçiyə məlumat verir;
b) bu texniki reqlamentin IV bölməsinə uyğun olaraq eyniləşdirməni, həmçinin tədqiqat (sınaq) və ölçmələrin aparılması üçün məhsul nümunələrinin seçilməsini həyata keçirir;
v) akkreditasiya olunmuş sınaq laboratoriyasında (mərkəzdə) məhsul nümunələrinin tədqiqatını (sınağını) və ölçülməsini təşkil edir;
q) istehsalın vəziyyətinin təhlilini aparır (1s sxemi üçün);
c) tətbiq edilmiş sertifikatlaşdırma sxeminin tələblərinə uyğun olaraq yerinə yetirilmiş işlərin nəticələrinin təhlilini aparır və məhsulun bu texniki reqlamentin tələblərinə uyğunluğu barədə sertifikatın (bundan sonra - uyğunluq sertifikatı) verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul edir;
d) ərizəçi tərəfindən təqdim edilmiş sənədlər toplusunun təhlili, tətbiq olunan sertifikatlaşdırma sxeminin tələblərinə uyğun olaraq aparılan məhsul nümunələrinin tədqiqatı (sınağı) və ölçmələri və istehsalın vəziyyətinin təhlili müsbət nəticələndikdə vahid formada tərtib edilmiş uyğunluq sertifikatını ərizəçiyə təqdim edir;
e) uyğunluq sertifikatı haqqında məlumatları uyğunluq bəyannamələrinin vahid reyestrinə daxil edir;
j) uyğunluq sertifikatının qüvvədə olduğu müddət ərzində sertifikatlaşdırılmış məhsulların dövri qiymətləndirilməsini ildə bir dəfə aşağıdakı qaydada həyata keçirir:
- akkreditasiya olunmuş sınaq laboratoriyasında (mərkəzdə) məhsul nümunələrinin tədqiqatını (sınağını), ölçülməsini və (və ya) istehsalın vəziyyətinin təhlilini (1s sxemi üçün) aparır;
- akkreditasiya olunmuş sınaq laboratoriyasında (mərkəzdə) məhsul nümunələrinin tədqiqatlarının (sınaqlarının), ölçmələrinin və idarəetmə sistemlərinin dövri qiymətləndirilməsinin nəticələrinin təhlilinin aparılması (2c sxemi üzrə);
z) sertifikatlaşdırılmış məhsulun dövri qiymətləndirilməsinin nəticələri müsbət olduqda, uyğunluq sertifikatının etibarlılığın təsdiq edir və bu barədə müvafiq aktda qeyd edir;
i) sertifikatlaşdırılmış məhsulların dövri qiymətləndirilməsinin nəticələri mənfi olduqda, uyğunluq sertifikatının təsirinin dayandırılması və ya ləğv edilməsi haqqında qərar qəbul edir;
k) sertifikatlaşdırılmış məhsulların dövri qiymətləndirilməsinin nəticələrinə dair qərarı ərizəçiyə təqdim edir.
8.7 Uyğunluq sertifikatının etibarlılıq müddəti:
a) seriyalı istehsal olunan məhsullar üçün - 5 ildən çox olmayan müddətə təyin edilir;
b) məhsul partiyası (bir məhsul) üçün – təyin edilmir.
8.8. Akreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum və ərizəçi sertifikatlaşdırma başa çatdıqdan sonra məhsulun bu texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən materialların toplusunu yaradır və saxlayır, o cümlədən:
a) bu texniki reqlamentin 8.5-ci bəndinin 8.5.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlər;
b) məhsulların nümunələrinin (nümunələrinin) eyniləşdirilməsi və (və ya) seçilməsi haqqında akt(lar);
v) tədqiqatların (sınaqların) və ölçmələrin aparılması ilə bağlı protokol(lər);
q) istehsalın vəziyyətinin təhlilinin nəticələri (sxem 1s sxemi üçün);
d) uyğunluq sertifikatı (uyğunluq sertifikatının surəti).
8.9. Məhsulun uyğunluğunun təsdiqlənməsi prosedurundan sonra yaradılan sənədlər toplusu ərizəçidə aşağıdakı müddətlərdə saxlanılmalıdır:
a) seriyalı istehsal olunan məhsullar üçün - uyğunluq sertifikatının qüvvədən düşdüyü tarixdən ən azı 5 il;
b) məhsulun partiyası (tək məhsul) üçün - məhsul partiyasının (tək məhsulun) satışının başa çatdığı tarixdən ən azı 5 il.
8.10. Sertifikatlaşdırmanın nəticələrini təsdiq edən sənəd və materiallar uyğunluq sertifikatını vermiş akreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumda uyğunluq sertifikatının müddətinin bitdiyi tarixdən ən azı 5 il saxlanılır.
8.11. Uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.
9. Texniki reqlamentin tələblərinə nəzarət
9.1. İstehlak bazarlarında bu texniki reqlamentin tələblərinə uyğun olmayan məhsullara qarşı nəzarət tədbirləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılır.
10. Yekun müddəalar
10.1. Texniki reqlament dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minir.
“Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen
xarakterli fövqəladə hallardan mühafizəsi üçün nəzərdə
tutulmuş məhsulların təhlükəsizliyi haqqında” texniki reqlamentə
1 nömrəli əlavə
Sıra №-si |
Malın adı |
XİF MN üzrə kod |
Uyğunluğun qiymətləndirilməsi barədə sənəd |
1. Mülki müdafiənin mühafizə strukturlarının texniki vasitələri |
|||
1.1. Mülki müdafiənin mühafizə qurğularının qoruyucu-hermetik qurğuları və məmulatları |
|||
1.1.1. |
Qoruyucu-hermetik və hermetik qapılar, darvazalar və pəncərə qapaqları |
7308 30 000 0-dan 7308 90 590 0-dan |
Uyğunluq sertifikatı |
1.1.2.. |
Partlayışa qarşı qoruyucu seksiyalar |
7308 30 000 0-dan 7308 90 590 0-dan |
Uyğunluq sertifikatı |
1.1.3. |
Genişləndirici kameralar |
7309 00 100 0-dan |
Uyğunluq sertifikatı |
1.1.4. |
Hermetik klapanlar |
8481 80 710 0-dan 8481 80 739 0-dan |
Uyğunluq sertifikatı |
1.1.5. |
İzafi təzyiq klapanları |
8481 10 190 0-dan 8481 10 990 0-dan 8481 30 910 0-dan 8481 30 990 0-dan 8481 40 100 0-dan 8481 40 900 0-dan |
Uyğunluq sertifikatı |
1.1.6. |
Tənzimləyici qapayıcılar |
8481 80 591 0-dan 8481 80 599 0-dan |
Uyğunluq sertifikatı |
1.2. Mülki müdafiənin mühafizə qurğularının ventilyasiya aqreqatları, süzgəcləri və regenerasiya qurğuları |
|||
1.2.1. |
Elektrik əl ötürücü ilə ventilyatorlar |
8414 59 200 0-dan 8414 59 400 0-dan 8414 59 800 9-dan |
Uyğunluq sertifikatı |
1.2.2. |
Elektrik ötürücü ilə ventilyatorlar |
8414 51 000 9-dan 8414 59 200 0-dan 8414 59 400 0-dan 8414 59 800 9-dan |
Uyğunluq sertifikatı |
1.2.3. |
Xarici havanı tozdan və yanma məhsullarının aerozol hissəciklərindən bütün rejimlərdə təmizləmək üçün mülki müdafiə mühafizə qurğularının ventilyasiya sisteminin layihə gücünə uyğun olan yuva filtrləri |
8421 39 200 0-dan 8421 99 000 0-dan |
Uyğunluq bəyannaməsi |
1.2.4. |
Xarici havanı tozdan və yanma məhsullarının aerozol hissəciklərindən təmizləmək üçün mülki müdafiə mühafizə qurğularının ventilyasiya sistemləri üçün ön filtrlər |
8421 39 200 0-dan 8421 99 000 0-dan |
Uyğunluq bəyannaməsi |
1.2.5. |
Bərpaedici (regenerativ) patronlar və qurğular (müxtəlif regenerasiya texnologiyaları) |
8421 39 610 0-dan 8421 39 800 0-dan |
Uyğunluq sertifikatı |
2. İdarəetmənin, rabitənin və xəbərdarlığın texniki vasitələri |
|||
2.1. İdarəetmənin və rabitənin texniki vasitələri |
|||
2.1.1. |
Əməliyyat növbətçisinin avtomatlaşdırılmış iş yeri (giriş-çıxış və məlumatların göstərilməsi qurğusu, fərdi elektron-hesablama maşını, ümumi və xüsusi proqram təminatı, mikrofon və akustik sistemlər daxil olmaqla, iş yeri üçün avadanlıq dəsti) |
8471 41 000 0-dan 8471 49 000 0-dan |
Uyğunluq sertifikatı |
Son abunəçi terminalı, o cümələdən: |
|||
2.1.2. |
İP-telefonlar |
8517 18 000 0-dan |
Uyğunluq sertifikatı |
2.1.3. |
150-170 MHs və 450-470 MHs tezlik diapazonu ilə 5 Vt-a qədər çıxış gücü olan portativ radiostansiyalar |
8517 62 000 9-dan |
Uyğunluq sertifikatı |
Yardımçı avadanlıq, o cümlədən: |
|||
2.1.4. |
5 Vt-a qədər çıxış gücü olan portativ radiostansiyalar üçün qida blokları |
8504 40 300 0-dan |
Uyğunluq bəyannaməsi |
2.1.5. |
300 Hs-dən 3,4 kHs-ə qədər tezlik diapazonuna malik, diametri 10 mm-dən və hündürlüyü 3 mm-dən çox olmayan, telekommunikasiya üçün istifadə olunan mikrofonlar |
8518 10 300 0-dan |
Uyğunluq bəyannaməsi |
2.1.6. |
Mikrofonla birləşdirilmiş və ya birləşdirilməmiş qulaqlıqlar və qulaq telefonları, mikrofon və bir və ya bir neçə səsucaldandan ibarət olan dəstlər |
8518 30 950 0-dan |
Uyğunluq sertifikatı |
2.2. Yaranan təhlükələr, habelə fövqəladə hallar barədə əhalini xəbərdar edən texniki vasitələr |
|||
2.2.1. |
Avtomatlaşdırılmış xəbərdarlıq iş yeri (giriş-çıxış və məlumatların göstərilməsi qurğusu, xüsusi proqram təminatı olan fərdi elektron-hesablama maşını daxil olmaqla, əhalini xəbərdar etmək üçün iş yeri üçün avadanlıq dəsti) |
8471 41 000 0-dan 8471 49 000 0-dan |
Uyğunluq sertifikatı |
Son xəbərdarlıq vasitələrinin işəsalma və monitorinq aparatı, o cümlədən: |
|||
2.2.2. |
Son xəbərdarlıq vasitələri ilə əlaqə qurmaq üçün cihazlar (bloklar) |
8471 80 000 0-dan |
Uyğunluq sertifikatı |
2.2.3. |
Son xəbərdarlıq vasitələri üçün səsgücləndirici dəstlər, gücləndirici-kommunikasiya blokları |
8518 50 000 0-dan |
Uyğunluq sertifikatı |
2.2.4. |
Rabitə kanalı vasitəsilə “siren” tipli son xəbərdarlıq qurğusunun işə salınması üçün qurğular |
8531 80 950 9-dan |
Uyğunluq sertifikatı |
Son xəbərdarlıq vasitəsi, o cümlədən: |
|
||
|
Müxtəlif güclü ruporlu səsucaldanlar, akustik sistemlər |
8518 21 000 0-dan |
Uyğunluq sertifikatı |
|
Bir korpusa quraşdırılmış səsucaldanlar dəstləri |
8518 22 000 0-dan 8518 50 000 0-dan |
-
|
|
“Siren” tipli son xəbərdarlıq vasitəsi |
8531-dən |
- |
3.1. Qəza-xilasetmə maşınları, o cümlədən qəza-xilasetmə əməliyyatları üçün nəqliyyat və nəqliyyat-yükləmə vasitələri: |
|||
3.1.1. |
Xilasetmə dəstələrini, zərərçəkmişləri, xilasetmə vasitələrini, diaqnostik avadanlıqları, xilasetmə alətlərini və avadanlıqlarını daşımaq üçün avtomobil-furqonlar, qar və bataqlıq üzərində hərəkət etmək üçün nəqliyyat vasitələri, transportyorlar və amfibiyalar |
8427 20 190 0-dan 8427 20 900 0-dan 8427 90 000 0-dan 8703 10 110 0-dan 8703 10 180 0-dan 8703 21 109 9-dan 8703 22 109 9-dan 8703 23 194 9-dan 8703 23 198 9-dan 8703 24 109 9-dan 8703 31 109 9-dan 8703 32 199 9-dan 8703 33 199 9-dan 8703 40 109 9-dan 8703 40 309 9-dan 8703 40 592 9-dan 8703 40 599 9-dan 8703 40 709 9-dan 8703 50 109 9-dan 8703 50 399 9-dan 8703 50 599 9-dan 8703 60 109 9-dan 8703 60 309 9-dan 8703 60 592 9-dan 8703 60 599 9-dan 8703 60 709 9-dan 8703 70 109 9-dan 8703 70 399 9-dan 8703 70 599 9-dan 8703 80 000 8-dən 8703 80 000 9-dan 8703 90 009 0-dan 8704 10 101 0-dan 8704 10 102 0-dan 8704 10 108 0-dan 8704 10 900 0-dan 8704 21 320 0-dan 8704 21 920 0-dan 8704 22 920 0-dan 8704 23 920 0-dan 8704 31 320 0-dan 8704 31 920 0-dan 8704 32 920 0-dan 8704 41 310 0-dan 8704 41 910 0-dan 8704 42 910 0-dan 8704 43 910 0-dan 8704 51 310 0-dan 8704 51 910 0-dan 8704 52 910 0-dan 8704 60 000 0-dan 8704 90 000 0-dan 8705 90 900 0-dan |
Uyğunluq sertifikatı |
3.1.2. |
Dağıntıları təmizləmək üçün qəza-xilasetmə maşınları |
8427 20 190 0-dan 8427 20 900 0-dan 8427 90 000 0-dan 8429 11 001 0-dan 8429 11 002 0-dan 8429 11 009 0-dan 8429 19 000 0-dan 8429 20 001 0-dan 8429 20 009 0-dan 8429 30 000 0-dan 8705 10 001 0-dan 8705 10 009 0-dan |
Uyğunluq sertifikatı
|
3.2. Robot-texniki qəza-xilasetmə vasitələri: |
|||
3.2.1. |
Robot-texniki qəza-xilasetmə vasitələri |
8428 70 000 0-dan 8479 50 000 0-dan 8479 89 970 0-dan 8806 21 000 0-dan 8806 22 000 0-dan 8806 23 000 0-dan 8806 24 000 0-dan 8806 91 000 0-dan 8806 92 000 0-dan 8806 93 000 0-dan 8806 94 000 0-dan |
Uyğunluq bəyannaməsi |
Qəza-xilasetmə alətləri, o cümlədən: |
|||
3.2.2. |
Dartı qüvvəsi 20 kN və daha çox olan yüklərin yerdəyişməsi üçün elektrik bucurqadların korroziyayadavamlı poladdan hazırlanmış troslar |
7312 10 200 0-dan |
Uyğunluq sertifikatı |
3.2.3. |
Beton üzrə zəncirli mişarlar üçün lövhələr |
8202 40 000 0-dan |
Uyğunluq bəyannaməsi |
3.2.4. |
Metal konstruksiyaların kəsilməsi üçün mexanikləşdirilmiş qayçılar |
8203 30 000 0-dan 8203 40 000 0-dan 8467 29 200 0-dan 8467 29 850 0-dan |
Uyğunluq sertifikatı |
3.2.5. |
Yedəklənən təkərli şassi üzərində, səmərəliliyi 2 m3/dəq-dən çox olmayan, təzyiq tənzimləyicisi olan qəza-xilasetmə alətləri üçün kompressor qurğuları |
8414 40 100 0-dan |
Uyğunluq sertifikatı |
3.2.6. |
Yedəklənən təkərli şassi üzərində, səmərəliliyi 2 m3/dəq-dən çox olan, təzyiq tənzimləyicisi olan qəza-xilasetmə alətləri üçün kompressor qurğuları |
8414 40 900 0-dan |
Uyğunluq sertifikatı |
3.2.7. |
Dartı qüvvəsi 20 kN və daha çox olan yüklərin yerdəyişməsi üçün elektrik bucurqadları |
8425 31 000 0-dan |
Uyğunluq sertifikatı |
3.2.8. |
Qəza-xilasetmə işləri üçün hidravlik domkratlar |
8425 42 000 9-dan |
Uyğunluq sertifikatı |
3.2.9. |
Qəza-xilasetmə işləri üçün elektrik domkratlar |
8425 49 000 0-dan |
Uyğunluq sertifikatı |
3.2.10. |
Qəza-xilasetmə işləri üçün pnevmatik domkratlar, pnevmatik tıxaclar və pnevmatik plastrlar |
8467 19 000 0-dan |
Uyğunluq sertifikatı |
3.2.11. |
Zərbə enerjisi 80C və ya daha çox olan elektrik perforatorlar |
8467 21 990 0-dan |
Uyğunluq sertifikatı |
3.2.12. |
Beton konstruksiyaların kəsilməsi üçün zəncirli elektrik mişarlar |
8467 22 100 0-dan |
Uyğunluq sertifikatı |
3.2.13. |
Kəsmə dərinliyi 150 mm və daha çox olan diskli elektrik mişarlar |
8467 22 300 0-dan |
Uyğunluq sertifikatı |
3.2.14. |
Beton üçün benzinli kəsicilər |
8467 22 300 0-dan 8467 89 000 0-dan |
Uyğunluq sertifikatı |
3.2.15. |
Qəza-xilasetmə işləri üçün hidravlik tel kəsiciləri, kombinə edilmiş qayçılar, genişləndiricilər, hidravlik silindrlər (bir və iki ştoklu) |
8467 89 000 0-dan |
Uyğunluq sertifikatı |
3.2.16. |
Qəza-xilasetmə işləri üçün nasoslar, nasos qurğuları, elastik hidravlik xətlər, hidravlik alət üçün tezaçılan birləşmələr |
8413 50 200 9-dan 8413 50 400 0-dan 8413 50 610 0-dan 8413 50 690 0-dan 8413 50 800 9-dan 8413 60 310 0-dan 8413 60 390 0-dan 8413 60 610 0-dan 8413 60 690 0-dan 8413 60 700 0-dan 8413 60 800 9-dan 8413 70 210 0-dan 8413 70 290 0-dan 8413 70 300 0-dan 8413 70 350 0-dan 8413 70 450 0-dan 8413 70 510 0-dan 8413 70 590 0-dan 8413 70 650 0-dan 8413 70 750 0-dan 8413 70 810 0-dan 8413 70 890 0-dan 8413 81 000 9-dan 8414 10 250 0-dan 8414 10 810 0-dan 8414 10 890 9-dan 8414 20 800 9-dan |
Uyğunluq bəyannaməsi
|
3.3. Zərərçəkmişlərin axtarışı üçün vasitələr, o cümlədən: |
|||
3.3.1. |
Fövqəladə hal zonasında zərərçəkmişlərin axtarışı üçün televiziya sistemləri |
8525 81 190 0-dan 8525 83 190 0-dan 8525 89 190 0-dan |
Uyğunluq sertifikatı |
3.3.2. |
Fövqəladə hal zonasında zərərçəkmişlərin axtarışı üçün radiolokasiya sistemləri |
8526 10 000 9-dan |
Uyğunluq sertifikatı |
3.3.3. |
İstiliyin və ya səsin ölçülməsinə və ya nəzarətinə əsaslanan fiziki və kimyəvi analiz üçün cihazlar və aparatlar, fövqəladə hal zonasında zərərçəkmişlərin axtarışı üçün cihazlar və aparatlar |
9027 89 000 0-dan |
Uyğunluq sertifikatı |
3.4. Qəza-xilasetmə işləri zamanı su maneələrini dəf etmək vasitələri, o cümlədən: |
|||
3.4.1. |
Müvəqqəti üzən körpülərin metal konstruksiyaları |
7308 10 000 0-dan 7308 90 590 0-dan 7308 90 980 0-dan 7610 90 100 0-dan |
Uyğunluq sertifikatı |
3.4.2. |
Xilasetmə və axtarış-xilasetmə gəmiləri, o cümlədən hava yastıqları olan gəmilər |
8903 11 000 0-dan 8903 12 000 0-dan 8903 19 000 0-dan 8906 90 100 0-dan 8906 90 910 0-dan 8906 90 990 0-dan |
Uyğunluq bəyannaməsi
|
3.4.3. |
Hava ilə doldurulan körpülər və xilasetmə salları |
8907 10 000 0-dan |
Uyğunluq bəyannaməsi |
3.4.5. |
Üzən platformalar üçün plastik pontonlar və müvəqqəti körpü konstruksiyalarının dayaqları, xilasedici gəmilər üçün buylar |
8907 90 000 0-dan |
Uyğunluq bəyannaməsi |
3.5. Xilasedicilər və zərərçəkmişlər üçün həyat təminatı vasitələri: |
|||
3.5.1. |
Mobil binalar və tikililər |
9406 10 100 0-dan 9406 90 100 0-dan 9406 90 900 0-dan |
Uyğunluq bəyannaməsi |
3.5.2. |
Karkaslı çadırlar |
6306 22 000 0-dan 6306 29 000 0-dan |
Uyğunluq bəyannaməsi |
3.5.3. |
Ümumi təyinatlı xilasedicinin xüsusi qoruyucu geyimi |
6201 40 000 0-dan 6201 90 000 0-dan 6202 40 000 0-dan 6202 90 000 0-dan 6203 12 000 0-dan 6203 19 300 0-dan 6203 19 900 0-dan 6203 22 100 0-dan 6203 23 100 0-dan 6203 29 110 0-dan 6203 29 900 0-dan 6203 42 110 0-dan 6203 42 510 0-dan 6203 42 900 0-dan 6203 43 110 0-dan 6203 43 310 0-dan 6203 43 900 0-dan 6203 49 110 0-dan 6203 49 310 0-dan 6203 49 900 0-dan 6204 13 000 0-dan 6204 19 100 0-dan 6204 19 900 0-dan 6204 22 100 0-dan 6204 23 100 0-dan 6204 29 110 0-dan 6204 29 900 0-dan 6204 32 100 0-dan 6204 33 100 0-dan 6204 39 110 0-dan 6204 39 900 0-dan 6204 53 000 0-dan 6204 59 100 0-dan 6204 59 900 0-dan 6204 62 110 0-dan 6204 62 390 0-dan 6204 62 510 0-dan 6204 62 900 0-dan 6204 63 110 0-dan 6204 63 310 0-dan 6204 63 900 0-dan 6204 69 110 0-dan 6204 69 310 0-dan 6204 69 500 0-dan 6204 69 900 0-dan 6211 32 100 0-dan 6211 33 100 0-dan 6211 39 000 0-dan 6211 42 100 0-dan 6211 43 100 0-dan 6211 49 000 0-dan |
Uyğunluq sertifikatı |
3.5.4. |
Xilasedicinin xüsusi qoruyucu geyimi (ləvazimatı) |
6307 20 000 0-dan 8513 10 000 0-dan |
Uyğunluq sertifikatı |
3.5.5. |
Xilasedicinin əllərinin, ayaqlarının və başının mühafizə vasitələri |
3926 20 000 0-dan 4203 29 100 0-dan 6116 10 200 0-dan 6116 10 800 0-dan 6116 10 900 0-dan 6116 91 000 0-dan 6116 92 000 0-dan 6116 93 000 0-dan 6116 99 000 0-dan 6216 00 000 0-dan 6401 10 000 0-dan 6401 92 100 0-dan 6401 92 900 0-dan 6401 99 000 0-dan 6402 91 100 0-dan 6402 91 900 0-dan 6402 99 050 0-dan 6402 99 100 0-dan 6403 40 000 0-dan 6403 91 110 0-dan 6403 91 130 0-dan 6403 91 160 0-dan 6403 91 180 0-dan 6403 91 910 0-dan 6403 91 930 0-dan 6403 91 960 0-dan 6403 91 980 0-dan 6403 99 910 0-dan 6403 99 930 0-dan 6403 99 960 0-dan 6403 99 980 0-dan 6405 90 100 0-dan 6405 90 900 0-dan 6506 10 100 0-dan 6506 10 800 0-dan |
Uyğunluq sertifikatı |
4.1. |
İnformasiya hesablama (proqram-texniki) monitorinq sistemləri |
8471 41 000 0-dan 8471 49 000 0-dan 8471 50 000 0-dan |
Uyğunluq sertifikatı |
4.2. |
Məlumat ötürmə vasitələri |
8517 61 000-dan 8517 62 000-dan 8517 69 390 0-dan 8517 69 900 0-dan |
Uyğunluq sertifikatı |
4.3. |
Ətraf mühitin parametrlərinin və ya onun ayrı-ayrı komponentlərinin vəziyyətindəki dəyişikliklərin nəzarəti üçün sensorlar və ölçmə vasitələri |
9014 20 200 0-dan 9014 20 800 0-dan 9014 80 000 0-dan 9015 40 100 0-dan 9015 40 900 0-dan 9015 80 110 0-dan 9015 80 190 0-dan 9015 80 910 0-dan 9015 80 930 0-dan 9015 80 990 0-dan 9015 90 000 0-dan 9022 29 000 0-dan 9022 90 000 0-dan 9025 11 800 0-dan 9025 19 200 0-dan 9025 19 800 0-dan 9025 80 200 0-dan 9025 80 400 0-dan 9025 80 800 0-dan 9025 90 000 0-dan 9026 10 210 0-dan 9026 10 290 0-dan 9026 10 810 0-dan 9026 10 890 0-dan 9026 20 200 0-dan 9026 20 400 0-dan 9026 20 800 0-dan 9026 80 200 0-dan 9026 80 800 0-dan 9027 10 100 0-dan 9027 10 900 0-dan 9027 89 000 0-dan 9031 80 380 0-dan 9031 80 980 0-dan 9032 81 000 0-dan 9032 89 000 9-dan |
Uyğunluq bəyannaməsi |