Layihə
“Liftlərin təhlükəsizliyi haqqında” texniki reqlamentin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Liftlərin təhlükəsizliyi haqqında texniki reqlament” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “__” ______ 2025-ci il
№ ___
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2025-ci il ______ tarixli ____ nömrəli
Qərarı ilə təsdiq edilmişdir
Liftlərin təhlükəsizliyi haqqında texniki reqlamenti
1.1. “Liftlərin təhlükəsizliyi haqqında” texniki reqlament (bundan sonra - texniki reqlament) “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır.
1.2. Bu texniki reqlament sərnişinlərin həyat və sağlamlığının qorunması, habelə liftlərin təyinatı və təhlükəsizliyi ilə əlaqədar istehlakçıları çaşqınlığa səbəb olan hərəkətlərin qarşısını almaq məqsədilə liftlərin təhlükəsizliyinin təmin edilməsi və onların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir.
1.3. Azərbaycan Respublikasında liftlərin təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə, ölkədə olan liftlər ona tətbiq olunan bütün texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır.
2. Əsas anlayışlar
2.1. Bu texniki reqlamentin məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. bufer – kabin hərəkət edərkən, həddindən artıq iş mövqeyinin əks ağırlığı ilə xəsarət alma və ya avadanlığın xarab olma təhlükəsinin azaldılması məqsədi ilə hərəkət edən kabinənin yavaşlama miqdarını məhdudlaşdırmaq, əks ağırlıq üçün nəzərdə tutulmuş cihazdır;
2.1.2. hidravlik təhlükəsizlik qurğusu – hidravlik silindirlə möhkəm birləşdirilmiş və kabinənin düşməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş hidravlik qurğudur (partlayış klapanıdır);
2.1.3 şaxta qapısının kilidi – şaxta qapısının kilidlənməsi üçün nəzərdə tutulmuş avtomatik qurğudur;
2.1.4. xidmət sahəsi – lift avadanlığının yanında bu avadanlığa xidmət edən personalın yerləşdiyi sərbəst sahədir;
2.1.5. istehsalçı – öz adından liftlərin, liftlərin təhlükəsizlik cihazlarının istehsalı və (və ya) satışı ilə məşğul olan və onların texniki reqlamentin tələblərinə uyğunluğuna cavabdeh olan hüquqi şəxs, o cümlədən xarici şəxs və ya fərdi sahibkardır;
2.1.6. kabin – insanların və (və ya) yüklərin bir səviyyədən digərinə keçərkən yerləşdirilməsi üçün nəzərdə tutulmuş lift hissəsidir;
2.1.7. lift – şaquli istiqamətə maillik bucağı 15°-dən çox olmayan sərt yönəldicilər boyunca hərəkət edən kabində insanları və (və ya) yükləri bir səviyyədən digərinə keçirmək üçün nəzərdə tutulmuş qurğudur;
2.1.8. tutucular – müəyyən edilmiş sürət həddini aşdıqda və (və ya) dartma elementləri qırıldıqda kabinəni (əks ağırlığı) yönəldicilərdə dayandırmaq və saxlamaq üçün nəzərdə tutulmuş qurğudur;
2.1.9. liftin modernləşdirilməsi – istismarda olan liftin təhlükəsizlik və texniki səviyyəsinin bu texniki reqlamentlə müəyyən edilmiş səviyyəyə yüksəldilməsi üzrə tədbirlərdir;
2.1.10. nominal sürət – liftin nəzərdə tutulduğu lift kabinəsinin hərəkət sürətidir;
2.1.11. sürət məhdudlaşdırıcı – kabinənin və ya əks çəkinin müəyyən edilmiş sürətini aşdıqda tutma mexanizmini işə salmaq üçün nəzərdə tutulmuş qurğudur;
2.1.12. lift pasportu – istehsalçı, liftin istehsal tarixi və seriya nömrəsi haqqında məlumatlardan, liftin və onun avadanlıqlarının əsas texniki məlumatlarından və xüsusiyyətlərindən, təhlükəsizlik cihazları haqqında məlumatlardan, liftin təyin olunmuş istismar müddəti haqqından məlumatlardan ibarət, habelə istismar zamanı məlumatların daxil etmək üçün nəzərdə tutulmuş sənəddir;
2.1.13. təyinatı üzrə istifadə – lift istehsalçısının istismar sənədlərində göstərdiyi təyinatına uyğun olaraq liftlərdən istifadə edilməsidir;
2.1.14. iş meydançası – lift avadanlığında təmir və texniki xidmət işləri aparan heyətin yerləşdirilməsi üçün nəzərdə tutulmuş qurğudur;
2.1.15. standart nümunə – liftlərin standart ölçü diapazonunun əsaslarına malik olan liftdir;
2.1.16. standart ölçü diapazonu – yükgötürmə qabiliyyətinə, sürətinə, qaldırıcı hündürlüyünə və (və ya) lift sürücüsünün, kabinəsinin, idarəetmə sisteminin avadanlığının konfiqurasiyasına, habelə avadanlığın nisbi yerləşdirilməsinin xüsusiyyətlərinə görə fərqlənən vahid konstruksiya həlləri ilə səciyyələnən liftlərdir;
2.1.17. liftə texniki qulluq – liftin istismarı zamanı onun işləmə qabiliyyətini və təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar məcmusudur;
2.1.18. liftin təhlükəsizlik qurğusu – liftin təhlükəsizliyini təmin edən texniki vasitədir;
2.1.19. dispetçer nəzarət qurğusu – liftin işinə məsafədən nəzarət etmək və dispetçer (operator) ilə əlaqəni təmin etmək üçün texniki vasitədir;
2.1.20. liftin istismarı – liftin istismar dövrünün onun keyfiyyətinin həyata keçirildiyi, saxlandığı və bərpa olunduğu, təyinatı üzrə istifadəni, istismar, texniki xidmət və təmir zamanı saxlanmasını əhatə edən mərhələsidir.
2.2. Texniki reqlamentdə istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.
3. Liftlərin təhlükəsizliyinə dair texniki reqlamentin tətbiq dairəsi
3.1. Bu Texniki reqlamentin tələbləri “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına və “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq siyahısı bu texniki reqlamentin 1 nömrəli əlavəsində verilən liftlər və liftlərin təhlükəsizlik qurğularına şamil edilir.
3.2.Texniki reqlament aşağıda sadalanan obyektlərdə istifadə üçün nəzərdə tutulmuş və istifadə olunan (olunmuş) liftlərə şamil edilmir:
- Mədən və kömür sənayesinin şaxtalarında;
- Gəmilərdə və digər üzən vasitələrdə;
- Dənizdə kəşfiyyat və qazma platformalarında;
- Təyyarələrdə və uçucu aparatlarında;
- Dişli-tamasalı və ya vintli qaldırma mexanizmi olan liftlər;
- Hərbi məqsədlər üçün xüsusi təyinatlı liftlər.
- Obyektdə montaj edilmiş (quraşdırılmış) liftin istismara verilməzdən əvvəl bu texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsi uyğunluq bəyannaməsi formasında həyata keçirilir.
4. İstehlak bazarında liftlərin dövriyyəsinə dair tələblər
4.1. Liftlər bu texniki reqlamentin, habelə Azərbaycan Respublikasında qüvvədə olan digər texniki reqlamentlərin (tətbiq olunduqda) tələblərinə uyğun olduqda və bu sənədin 7-ci hissəsində və qüvvədə olan digər texniki reqlamentlərdə (tətbiq olunduqda) göstərilən qaydada uyğunluğu qiymətləndirildikdə Azərbaycan Respublikası ərazisində istehlak bazarlarında dövriyyəyə buraxıla bilər. İstehlak bazarlarında texniki reqlamentin tələblərinə uyğun olmayan liftlərə qarşı nəzarət tədbirləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tərəfindən aparılır.
4.2. Uyğunluq nişanı vurulmayan liftlərin Azərbaycan Respublikasında istehlak bazarında dövriyyəyə buraxılmasına yol verilmir.
4.3. Liftlər və lift təhlükəsizlik cihazları texniki reqlamentə uyğun olduqda, liftlər və lift təhlükəsizlik cihazları dövriyyəyə buraxılır.
4.4. Dövriyyəyə buraxılan liftlər və liftin təhlükəsizlik cihazları istehsalçı tərəfindən müəyyən edilmiş bütün istismar müddəti ərzində təhlükəsizlik tələblərinə cavab verməlidir, bir şərtlə ki, lift və təhlükəsizlik qurğuları təyinatı üzrə istifadə olunsun və texniki reqlamentin 5-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq istehsalçının qoşma sənədlərinin tələbləri yerinə yetirilsin.
4.5. Dövriyyəyə buraxılan liftlərin texniki sənədləri və liftin təhlükəsizlik cihazları texniki reqlamentə uyğun ölkə ərazisində dövlət dilində (Azərbaycan dilində) və istehsalçı ölkənin qoşma sənədlərilə təchiz edilməlidir.
Qoşma sənədlərə aşağıdakılar daxildir:
- istismara dair göstərişlər (təlimat);
- pasport;
- quraşdırma (montaj) çertyoju;
- elementlərin siyahısı ilə prinsipial elektrik sxemi;
- prinsipial hidravlik sxemi (hidravlik liftlər üçün);
- liftin, liftin təhlükəsizlik cihazının, yanğın qapılarının (əgər varsa), sənədlərinin surəti.
İstismara dair göstərişlərə (təlimatlara) daxildir:
- montaj, sazlama, tənzimləmə, sınaq və yoxlama prosedurlarının keçirilmə qaydası üzrə göstərişlərdən ibarət quraşdırma təlimatları;
- istismara verilməsi, təyinatı üzrə istifadəsi, texniki xidməti, tədqiqi, təftişi, təmiri, sınaqları daxil olmaqla, istismar zamanı liftlərin istismarı və təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında təlimatlar;
- tez köhnələn hissələrin siyahısı;
- insanların kabindən təhlükəsiz evakuasiyası üsulları;
- utilizasiyadan əvvəl istismardan çıxarma təlimatları.
4.6. Liftə onun bütün istismar müddəti ərzində dəqiq və aydın təsviri təmin edən istənilən üsulla istehsalçının adından və (və ya) onun əmtəə nişanından, liftin eyniləşdirmə (zavod) nömrəsindən, istehsal ilindən ibarət olan məlumat göstərilməlidir.
Bu məlumat kabinin içərisində və ya kabində, xidmət heyəti üçün əlçatan yerdə yerləşdirilir.
4.7. Liftin təhlükəsizlik qurğusuna onun bütün istismar müddəti ərzində dəqiq və aydın təsviri təmin edən istənilən üsulla istehsalçının adından və (və ya) onun əmtəə nişanından, qurğunun eyniləşdirmə nömrəsindən ibarət olan məlumat göstərilməlidir.
5. Təhlükəsizlik tələbləri
5.1. Liftin layihələndirilməsi, istehsalı, quraşdırılması zamanı və təyin edilmiş istismar müddəti ərzində təhlükəsizliyini təmin etmək üçün ümumi təhlükəsizlik tələblərinin və liftin təyinatı və istismar şərtləri nəzərə alınmaqla 2 nömrəli əlavə ilə müəyyən edilmiş xüsusi təhlükəsizlik tələblərinin yerinə yetirilməsi üçün vasitələr və (və ya) tədbirlər nəzərdə tutulur.
Enerji səmərəliliyi sinfi liftin texniki sənədlərində və onun nişanlanmasında göstərilmişdir.
5.2. Obyektdə quraşdırılmış liftin təhlükəsizliyini təmin etmək üçün istismara verilməzdən əvvəl aşağıdakı tələblər yerinə yetirilməlidir:
5.2.1. Liftin quraşdırılması montaj, sazlama və tənzimləmə təlimatlarını özündə əks etdirən quraşdırma sənədlərinə, eləcə də liftin quraşdırılması üçün layihə sənədlərinə uyğun olaraq ixtisaslı lift quraşdırma işçiləri tərəfindən həyata keçirilir;
5.2.2. Quraşdırılmış liftin uyğunluğunun təsdiqi və istismara verilməsi bu texniki reqlamentin 7-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
5.3. Liftin təyin olunmuş istismar müddəti ərzində təhlükəsizliyi təmin etmək üçün aşağıdakı tələblər yerinə yetirilməlidir:
5.3.1. Liftdən təyinatı üzrə istifadə edilməsi, istehsalçının istismar təlimatlarına uyğun olaraq liftə texniki qulluq, təmir və yoxlama aparılması;
5.3.2. Liftə texniki qulluq və təmir işlərinin ixtisaslı işçilər tərəfindən yerinə yetirilməsi;
5.3.3. Texniki reqlamentin 6-cı maddəsi ilə müəyyən edilmiş qaydada liftin texniki yoxlaması formasında uyğunluğun qiymətləndirilməsinin aparılması;
5.3.4. Təyin olunmuş istismar müddəti başa çatdıqdan sonra liftin təyinatı üzrə istifadə müddətinin uzadılması mümkünlüyü və şərtlərinin müəyyən edilməsi, modernləşdirilməsinin və ya uyğunluğun qiymətləndirilməsi nəzərə alınmaqla dəyişdirilməsinin yerinə yetirilməsi məqsədilə uyğunluq qiymətləndirilməsi aparılmadan liftdən təyinatı üzrə istifadə edilməsinə yol verilmir.
Uyğunluğun qiymətləndirilməsi bu texniki reqlamentin 7-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
- Texniki reqlament qüvvəyə minənədək istismara verilmiş liftin pasportunda təyin edilmiş istismar müddəti haqqında məlumat yoxdursa, liftin təyin olunmuş istismar müddəti onun istismara verildiyi gündən 25 ilə bərabər müəyyən edilir.
6. Təhlükəsizlik tələblərinə uyğunluğun təmin edilməsi
6.1. Liftlərin və liftin təhlükəsizlik cihazlarının texniki reqlamentə uyğunluğu birbaşa onun təhlükəsizlik tələblərinin yerinə yetirilməsi və ya istinad edilmiş standartların tələblərinin yerinə yetirilməsi ilə təmin edilir.
6.2. İstinad edilmiş standartların tələblərinə könüllü olaraq riayət edilməsi liftlərin və liftin təhlükəsizlik cihazlarının bu texniki reqlamentlərin tələblərinə uyğunluğunu göstərir.
6.3. Liftlərin texniki reqlamentin tələblərinə uyğunluğu aşağıdakılarla təmin edilir:
6.3.1. Bu sənədin 3 nömrəli əlavəsində (“Məcburi sertifikatlaşdırılmalı olan liftin təhlükəsizlik cihazlarının siyahısı”) göstərilən təhlükəsizlik tələbləri ilə;
6.3.2. Texniki reqlamentin təhlükəsizlik tələbləri (bu maddənin 5.1.ci yarımbəndində göstərilənlər istisna olunmaqla) bilavasitə və ya istinad edilmiş standartlarının tələbləri ilə;
6.4. Liftlərin tədqiqi (sınağı) üsulları, texniki reqlamentlərin tələblərinin tətbiqi və həyata keçirilməsi və məhsulun uyğunluğunun qiymətləndirilməsi üçün zəruri olan nümunələrin götürülməsi qaydalarını, o cümlədən tədqiqat və ölçmə qaydalarını və üsullarını ehtiva edən istinad standartları siyahısına daxil edilmiş standartlarla müəyyən edilir.
7. Liftlərin uyğunluğunun qiymətləndirilməsi
7.1. Liftlər istehlak bazarlarına dövriyyəyə buraxılmazdan əvvəl bu texniki reqlamentin təhlükəsizlik tələblərinə cavab verməlidir.
7.2. Liftlərin texniki reqlament tələblərinə uyğunluğun qiymətləndirilməsi sertifikatlaşdırma üsulu ilə aparılır.
7.3. Sertifikatlaşdırma 1s, 2s, 3s sertifikatlaşdırma sxemlərinə uyğun olaraq malın sertifikatlaşdırılmasını aparan qurumlar və (və ya) akkreditasiya edilmiş sınaq laboratoriyaları tərəfindən həyata keçirilir.
7.4. Seriyalı istehsal olunan liftlərin sertifikatlaşdırılması 1s və 2s sxemlərinə əsasən həyata keçirilir. Sertifikatlaşdırma üçün nümunələrin götürülməsi malın sertifikatlaşdırılmasını aparan qurumlar və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirilir.
7.5. Lift partiyalarının sertifikatlaşdırılması 3s sertifikatlaşdırma sxeminə uyğun həyata keçirilir. Sertifikatlaşdırma üçün nümunələrin götürülməsi malın sertifikatlaşdırılmasını aparan qurumlar və ya onun adından digər səlahiyyətli şəxslər tərəfindən həyata keçirilir.
7.6. İstehsalçı (istehsalçının səlahiyyətli nümayəndəsi) və idxalçı liftlərin bu texniki reqlamentin təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən aşağıda qeyd olunan sənədlər toplusunu sertifikatlaşdırma orqanına təqdim etməlidir:
7.6.1. Liftin hazırlanma sənədi;
7.6.2. Liftin standart nümunəsinin rəngli təsviri;
7.6.3. Liftin standart nümunəsinin texniki təsvirinin izahı və ya konstruktor sənədlərinin surəti;
7.6.4. Xammal, materiallar və komponentlər haqqında məlumat;
7.6.5. İstismar sənədləri (olduqda);
7.6.6. İstinad standartlarının siyahısı;
7.6.7. İdarəetmə sisteminin uyğunluq sertifikatının surəti (sertifikatlaşlaşdırma sxemi 2s);
7.6.8. Liftlərin sertifikatlaşdırılması aparılarkən, bu sənədin 6.3.1 və 6.3.2-ci yarımbəndlərində göstərilən standartlar siyahısından olan standartlar tətbiq edilmədikdə və ya onlar olmadıqda (sertifikatlaşdırma sxemləri 1s, 2s və 3s):
7.6.9. İstehsalçı (istehsalçının səlahiyyətli nümayəndəsi), idxalçı sertifikatlaşdırma orqanına liftlərin bu texniki reqlamentin təhlükəsizlik tələblərinə uyğunluğu təsdiq edən aşağıdakı sənədlər toplusunu təqdim edir:
7.6.9.1. Liftin hazırlanma sənədi (sertifikatlaşdırma sxemləri 1s və 2s);
7.6.9.2. Standart lift nümunələrinin rəngli təsviri;
7.6.9.3. Konstruktor sənədlərinin və ya liftlərin standart nümunələrinin texniki təsviri;
7.6.9.4. İstismar sənədləri (olduqda);
7.6.9.5. Xammal, materiallar və komponentlər və onların istehsalçıları və idxalçıları haqqında məlumat (sertifikatlaşdırma sxemləri 1s və 2s);
7.6.9.6. Qəbul edilmiş texniki həllərin təsviri və bu texniki reqlamentin təhlükəsizlik tələblərini təsdiq edən risklərin qiymətləndirilməsi (insan sağlamlığına, əmlaka və (yaxud) ətraf mühitə təsir edə biləcək təhlükənin ağırlıq dərəcəsinin baş vermə ehtimalının (və ya tezliyi) müəyyənləşdirilməsi üçün istifadə edilən proses;
7.6.9.7. Lift istehsalının idarəetmə sisteminin uyğunluq sertifikatı (sertifikatlaşdırma sxemi 2s);
7.6.9.8. Müqavilə (təchizat müqaviləsi) və ya malı müşayiət edən sənədlər (lift partiyası üçün) (sertifikatlaşdırma sxemi 3s).
7.6.10. Sertifikatlaşdırma ərizəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nın 2.7-ci bəndində göstərilmiş sənədlər komplekti əlavə edilir.
7.7. Sertifikatlaşdırma orqanı liftlərin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar aşağıdakıları edir:
7.7.1. Liftlərin eyniləşdirilməsini həyata keçirir;
7.7.2. Lift nümunələrinin texniki reqlamentinin tələblərinə uyğunluğunun yoxlanılmasını təşkil edir və sınaq protokollarını təhlil edir;
7.7.3. İstehsal obyektinə baxış həyata keçirir (sertifikatlaşdırma sxemi 1s);
7.7.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na əsasən uyğunluq sertifikatını təqdim edir. Seriyalı istehsal olunan liftlər üçün uyğunluq sertifikatı 5 ildən çox olmayan müddətə verilir. Lift partiyaları üçün uyğunluq sertifikatının qüvvədə olma müddəti müəyyən edilmir.
7.8. İstehsalçı (istehsalçının səlahiyyətli nüməyəndəsi), idxalçı aşağıdakıları həyata keçirir:
7.8.1. İstehlak bazarında məhsulların dövriyyəsi üçün uyğunluq nişanını tətbiq edir;
7.8.2. Uyğunluğun təsdiqi fəaliyyəti yekunlaşdıqdan sonra aşağıdakı sənədlər toplusunu formalaşdırır:
7.8.2.1. Bu sənədin 7.6-ci yarımbəndində nəzərdə tutulmuş sənədlər;
7.8.2.2. Sınaq protokolları;
7.8.2.3. İstehsal obyektinə baxışın nəticələri (sertifikatlaşdırılma sxemi 1s);
7.8.2.4. Uyğunluq sertifikatı.
7.9. Sertifikatlaşdırma orqanı sertifikatlaşdırılmış iftlərin dövri qiymətləndirilməsini aşağıdakı üsullarla həyata keçirir:
7.9.1. Nümunələrin akkreditasiya edilmiş sınaq laboratoriyasında sınağının aparılması və (və ya) istehsal obyektinə baxış (sertifikatlaşdırma sxemi 1s);
7.9.2. Nümunələrin akkreditasiya olunmuş sınaq laboratoriyasında sınağının aparılması və ya idarəetmə sisteminin sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən lift istehsalının sertifikatlaşdırılmış idarəetmə sistemininə görə dövri qiymətləndirmənin nəticələrinin təhlilinin aparılması (sertifikatlaşdırma sxemi 2s).
7.10. Sertifikatlaşdırma orqanı aşağıdakıları həyata keçirir:
- liftlərin eyniləşdirilməsi;
- Liftlərin bilavasitə bu texniki reqlamentin təhlükəsizlik tələblərinə uyğun sertifikatlaşdırılmasını.
7.10.1.1. Texniki reqlamentin təhlükəsizlik tələblərinin əsasında sertifikatlaşdırılmış liftlər üçün spesifik təhlükəsizlik tələblərini müəyyən edir;
7.10.1.2. Bu sənədin 6.4-cü bəndində qeyd olunan standartların siyahısından tədqiq (sınaq) aparılması metodalrını göstərən standartları və ya onlar olmadığı təqdirdə, liftlərin konkret təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiqləmək üçün nəzarət, ölçmə və sınaq metodlarını müəyyən edir;
7.10.1.3. Liftlərin tədqiqinin (sınaqlarının) aparılmasını təşkil edir və tədqiq (sınaq) protokollarının təhlilini aparır.
7.10.2. İstehsal obyektinə baxış həyata keçirir (sertifikatlaşdırma sxemi 1s);
7.10.3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının forması və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq uyğunluq sertifikatını təqdim edir. Seriyalı istehsal olunan liftlər üçün uyğunluq sertifikatı 5 (beş) ildən çox olmayan müddətə verilir, lift partiyalarına təqdim olunan uyğunluq sertifikatları üçün qüvvədə olma müddəti müəyyən edilmir.
7.11. İstehsalçı (onun səlahiyyətli nümayəndəsi), idxalçı aşağıdakıları həyata keçirir:
7.11.1. İstehlak bazarında dövriyyəyə buraxılan liftlərin üzərinə uyğunluq nişanı vurulmasını təmin edir;
7.11.2. Uyğunluğun təsdiqi fəaliyyəti yekunlaşdıqdan sonra aşağıdakı sənədlər toplusunu formalaşdırır:
7.11.2.1. Bu sənədin 7.6-cı yarımbəndində nəzərdə tutulmuş sənədlər;
7.11.2.2. Sınaq protokolları;
7.11.2.3. İstehsal obyektinə baxışın nəticələri (sertifikatlaşdırma sxemi 1s);
7.11.2.4. Uyğunluq sertifikatı.
7.12. Sertifikatlaşdırma orqanı sertifikatlaşdırılmış liftlərin dövri qiymətləndirilməsini aşağıdakı üsullarla həyata keçirir:
7.12.1. Nümunələrin akkreditasiya olunmuş sınaq laboratoriyasında sınağının aparılması və (və ya) istehsal obyektinə baxışın aparılması ilə (sertifikatlaşdırma sxemi 1s);
7.12.2. Nümunələrin akkreditasiya olunmuş sınaq laboratoriyasında sınağının aparılması və ya idarəetmə sisteminin sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən lift istehsalının sertifikatlaşdırılmış idarəetmə sistemininə görə dövri qiymətləndirmənin nəticələrinin təhlilinin aparılması (sertifikatlaşdırma sxemi 2s).
7.13. Liftlərin sənədlər toplusu liftin istismar müddəti ərzində (25 il) Azərbaycan Respublikası ərazisində saxlanılmalıdır.
8. Liftin və liftin təhlükəsizlik cihazlarının uyğunluğunun təsdiqi
8.1. 3 nömrəli əlavədə göstərilən liftin və liftin təhlükəsizlik cihazlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun təsdiqi onların texniki reqlamentə ölkə ərazisində dövriyyəyə buraxılmazdan əvvəl məcburi sertifikatlaşdırma formasında həyata keçirilir.
8.2. Liftin və liftin təhlükəsizlik cihazlarının sertifikatlaşdırılması aşağıdakı qaydada aparılır:
8.2.1. 3 nömrəli əlavədə göstərilən liftin və liftin təhlükəsizlik cihazlarının sertifikatlaşdırılması ərizəçi ilə müqavilə əsasında müəyyən edilmiş qaydada “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq akkretitasiya edilmiş sertifikatlaşdırmanı aparan qurum (bundan sonra akkreditasiya edilmiş sertifikatlaşdırmanı aparan qurum) tərəfindən həyata keçirilir;
8.2.2. Seriyalı istehsal üçün nəzərdə tutulmuş liftin və liftin təhlükəsizlik cihazlarının məcburi sertifikatlaşdırılması 4 nömrəli əlavədə göstərilən 1s sxeminə uyğun olaraq həyata keçirilir. Bu halda ərizəçi liftin və liftin təhlükəsizlik cihazlarının istehsalçısı (istehsalçı tərəfindən icazə verilmiş şəxs) olur;
8.2.3. Birdəfəlik istehsal liftinin, birdəfəlik istehsal liftinin təhlükəsizlik cihazının, eyni zamanda istehsal olunan liftin və eyni zamanda istehsal olunan liftin təhlükəsizlik qurğusunun məcburi sertifikatlaşdırılması 3s sxemi (eyni zamanda istehsal olunan partiya üçün) və 4 nömrəli əlavədə göstərilən 4s sxemi (birdəfəlik istehsal üçün) üzrə aparılır;
8.2.4. Məcburi sertifikatlaşdırma üçün ərizəçi aşağıdakı məlumatları özündə əks etdirən sertifikatlaşdırma ərizəsini təqdim edir:
- ərizəçinin adı və yeri;
- istehsalçının adı və yeri;
- sertifikatlaşdırma obyektini müəyyən etməyə imkan verən məlumatlar;
- sertifikatlaşdırma obyektinin sınaqdan keçirildiyi yer haqqında məlumat;
- liftin və liftin təhlükəsizlik cihazlarının bu texniki reqlamentin tələblərinə uyğunluğunu təmin etmək üçün istinad standartlar haqqında məlumat;
8.2.5. Sertifikatlaşdırma ərizəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nın 2.7-ci bəndində göstərilmiş sənədlər komplekti əlavə edilir.
8.2.6. Lifti sertifikatlaşdırarkən ərizəçi sınaq üçün birdəfəlik istehsal edilən yığılmış lifti, eyni zamanda istehsal edilmiş lift partiyasının standart nümunəsini və ya seriyalı istehsal liftlərin standart ölçü diapazonunun standart nümunəsini və 8.2.5-ci bəndində göstərilən sənədləri təqdim edir;
8.2.7. 4 nömrəli əlavədə göstərilən lift təhlükəsizliyi cihazlarının sertifikatlaşdırılması zamanı ərizəçi texniki reqlamentə ölkə ərazisində sınaqdan keçirilməsi üçün sertifikatlaşdırma orqanına təqdim edir:
- birdəfəlik istehsal olunan təhlükəsizlik qurğusu, eyni zamanda istehsal olunan partiyanın təhlükəsizlik qurğusunun standart nümunəsi, seriyalı istehsal olunan təhlükəsizlik qurğusunun standart ölçü diapazonunun nümunəsi;
- sertifikatlaşdırılmış təhlükəsizlik cihazını sınaqdan keçirmək üçün lazım olan komplektləşdirici məmulatlar;
- bu maddənin 8.2.5-ci bəndində göstərilən sənədlər.
Lift istehsalçısı tərəfindən istehsal olunan, onun öz istehsalı olan liftləri tamamlamaq üçün istifadə etdiyi və öz istehsalı olan liftlərdə eyni lift təhlükəsizlik cihazlarını əvəz etmək üçün ehtiyat hissələri kimi təqdim edilən liftlərin təhlükəsizlik cihazları məcburi sertifikatlaşdırılaşdırılmır. Belə liftlərin təhlükəsizlik cihazlarının sınaqdan keçirilməsi qaydası, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş istinad standartlarında müəyyən edilir.
Belə sınaqların nəticələri protokollarla rəsmiləşdirilir. Liftlərin sertifikatlaşdırılması zamanı protokolların surətləri verilir;
8.2.8. Texniki reqlamentə 2 nömrəli əlavədə göstərilən liftin və liftin təhlükəsizlik cihazlarının eyniləşdirilməsi onların xarakteristikalarının mühüm əlamətlərlə eyniliyini müəyyən etməklə sertifikatlaşdırma orqanı tərəfindən həyata keçirilir;
8.2.9. Liftin əsas xüsusiyyətlərinə aşağıdakılar daxildir:
- kabinin olması;
- sərt yönəldicilərin olması;
- yönəldicilərin şaquli tərəfə maillik bucağı 15 dərəcədən çox olmaması;
- kabini qaldırmaq və ya endirmək üçün istiqamətləndiricinin olması.
8.2.10. 3 nömrəli əlavədə göstərilən liftin təhlükəsizlik cihazlarının mühüm xüsusiyyəti onların bu texniki reqlamentin 2-ci maddəsində göstərilən müvafiq anlayışların təriflərindən irəli gələn funksional təyinatıdır.
Eyniləşdirmə ərizəçinin təqdim etdiyi texniki sənədlərdən istifadə etməklə həyata keçirilir.
Eyniləşdirmənin nəticəsi, məhsulların texniki reqlamentin texniki tənzimləmə obyektinə aid edilməsi və ya aid edilməməsidir.
8.2.11. Liftlərin və liftin təhlükəsizlik cihazlarının məcburi sertifikatlaşdırılması zamanı tədqiqat (sınaq) və ölçmələr müvafiq qaydada akkreditə olunmuş sınaq laboratoriyası (mərkəzi) tərəfindən həyata keçirilir;
8.2.12. Sertifikatlaşdırma orqanı ərizəçi ilə müqavilədə müəyyən edilmiş müddətlərdə seçilmiş sertifikatlaşdırma sxeminə uyğun olaraq sertifikatlaşdırma aparır və uyğunluq sertifikatının verilməsi və ya onun verilməsindən imtina barədə qərar qəbul edir.
Uyğunluq sertifikatı və onun əlavələrində liftin növü (modeli), istehsalçısı, mənşə ölkəsi və liftin aşağıdakı komponentləri və təhlükəsizlik cihazları haqqında məlumatlar olmalıdır:
- bucurqadlar;
- hidravlik qurğu (hidravlik lift üçün);
- idarəetmə sistemi (nəzarətçi);
- kabin qapı ötürücüsü;
- şaxta qapıları;
- şaxta qapılarının kilidləri;
- tutucular;
- sürət məhdudlaşdırıcı;
- bufer;
- hidravlik təhlükəsizlik cihazı.
Uyğunluq sertifikatının verilməsindən imtina barədə qərarda liftin və ya liftin təhlükəsizlik qurğusunun texniki reqlamentin tələblərinə uyğun gəlməməsinin əsaslandırılması göstərilməlidir.
Göstərilən uyğunsuzluğu aradan qaldırdıqdan sonra ərizəçi uyğunluq sertifikatının verilməsi üçün ərizə ilə yenidən sertifikatlaşdırma orqanına müraciət edir;
8.2.13. Seriyalı istehsal olunan liftlər və lift təhlükəsizlik cihazları üçün uyğunluq sertifikatlarının qüvvədə olma müddəti texniki reqlamentin 3 nömrəli əlavəsində göstərilən 1s sxemi üçün 5 (beş) ildən çox olmamalıdır.
Birdəfəlik istehsal olunan liftlər və lift təhlükəsizlik cihazları, eyni zamanda istehsal olunan partiyadan olan liftlər və lift təhlükəsizlik cihazları üçün bu texniki reqlamentin 4 nömrəli əlavəsində göstərilən 3s və 4s sxemlərinə uyğun olaraq verilmiş uyğunluq sertifikatı liftin xidmət müddətinin bitməsinə kimi qüvvədədir;
8.2.14. Seriyalı istehsal olunan liftlər və lift təhlükəsizlik cihazları üçün uyğunluq sertifikatının qüvvədə olma müddəti bitdikdən sonra ərizəçi bu maddə ilə müəyyən edilmiş qaydada uyğunluq sertifikatı almaq üçün sertifikatlaşdırma orqanına müraciət edə bilər.
8.2.15. Ərizəçi 3 nömrəli əlavədə göstərilən liftin təhlükəsizlik cihazlarının konstruksiyasında edilmiş dəyişikliklər, habelə liftin konstruksiyasında onun təhlükəsizliyinə təsir edən dəyişikliklər barədə uyğunluq sertifikatını vermiş sertifikatlaşdırma orqanını xəbərdar etməlidir.
Sertifikatlaşdırma orqanı ərizəçinin təqdim etdiyi sənədləri təhlil edir və konstruksiyası dəyişdirilmiş liftin və (və ya) liftin təhlükəsizlik cihazlarının uyğunluq sertifikatının yenidən rəsmiləşdirilməsi və ya liftin və (və ya) liftin təhlükəsizliyinin yeni sınaqlarının aparılması zərurəti barədə qərar qəbul edir;
8.2.16. Sertifikatlaşdırma orqanı bu maddənin 8.2.15-ci bəndində müəyyən edilmiş tələblərə əməl edilmədikdə və (və ya) sertifikatlaşdırılmış məhsulların yoxlanış nəzarətinin nəticələri mənfi olduqda (1s sxeminə uyğun olaraq) uyğunluq sertifikatının qüvvəsini dayandırır;
8.2.17. Texniki reqlamentə uyğun olaraq ölkə ərazisində məhsullar dövriyyəyə buraxılarkən aşağıda sadalananların sənədlər toplusu saxlanılmalıdır:
- liftin və liftin təhlükəsizlik cihazlarının – liftin istehsaldan çıxarılması (dayandırılması) tarixindən etibarən istehsalçıda ən azı 10 il müddətinə;
- liftlərin və liftin təhlükəsizlik cihazlarının partiyası (tək məhsul) – partiyadan sonuncu məhsulun (tək məhsulun) satıldığı tarixdən etibarən satıcıda (təchizatçıda) ən azı 10 il müddətinə.
Liftlərin texniki reqlamentin tələblərinə uyğunluğunun sertifikatlaşdırılması zamanı istifadə edilmiş sənədlərin surətləri və uyğunluq sertifikatlarının surətləri uyğunluq sertifikatının qüvvədə olduğu müddət ərzində və müddəti bitdikdən sonra beş il müddətində uyğunluq sertifikatını vermiş sertifikatlaşdırma orqanında saxlanılmalıdır;
8.2.18. Sertifikatlaşdırma üçün təqdim edilən sənədlər toplusu dövlət dilində aparılır.
8.3. İstifadəyə verilməzdən əvvəl obyektdə quraşdırılmış liftin texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsi texniki reqlamentin 4 nömrəli əlavəsində göstərilən 4b sxeminə uyğun olaraq liftin uyğunluq bəyannaməsi formasında aşağıdakı qaydada aparılır:
8.3.1. Liftin uyğunluğunun bəyan edilməsi öz sübutları və akkreditə olunmuş sınaq laboratoriyasının (mərkəzinin) iştirakı ilə əldə edilmiş sübutlar əsasında həyata keçirilir.
Şəxsi sübut olaraq, liftin quraşdırılması başa çatdıqdan sonra liftin işləməsini yoxlamaq üçün protokoldan, pasportdan, quraşdırılmış liftin quraşdırma cizgisindən və liftin quraşdırılması üçün layihə sənədlərindən istifadə olunur.
Liftin quraşdırılması cizgisindən lift qurğusunun bu texniki qaydaların tələblərinə uyğunluğunu yoxlamaq üçün lazım olan məlumatlar və ölçülər olmalıdır. Cizgidə görünüşlər və bölmələr (ölçüləri ilə), o cümlədən lift komponentlərinin yeri və qarşılıqlı əlaqəsi haqqında təsəvvürlər verən şaxta, maşın və blok otaqlarının görünüş və bölmələri, eləcə də liftin binanın (qurğunu) tikinti hissəsinə verdiyi yüklər göstərilir;
8.3.2. Ərizə akkreditə olunmuş sınaq laboratoriyasına (mərkəzinə) verilir;
8.3.3. Akkreditə olunmuş sınaq laboratoriyası (mərkəzi) ərizəçi ilə müqavilədə müəyyən edilmiş müddətlərdə yoxlamalar, tədqiqatlar, sınaqlar və ölçmələr aparır. Bu halda aşağıdakılar həyata keçirilir:
- lift avadanlığının quraşdırılmasının quraşdırma sənədlərinə və binada (qurğuda) liftin quraşdırılması üçün layihə sənədlərinə uyğunluğunun yoxlanılması;
- liftin və liftin təhlükəsizlik cihazlarının işləməsinin yoxlanılması;
- elektrik şəbəkələrinin və elektrik avadanlıqlarının izolyasiyasının sınaqdan keçirilməsi, lift avadanlıqlarının torpaqlanmasına (sıfırlanmasına) vizual və ölçü nəzarəti;
- dartma elementlərinin dartma çarxı (sürtünmə barabanı) ilə bəndlənməsinin yoxlanılması və əyləc sisteminin elektriklə idarə olunan liftdə sınaqdan keçirilməsi;
- hidravlik ötürücülü liftdə hidravlik silindrin və boru kəmərinin sıxlığa sınaqdan keçirilməsi;
- kabinin, dartma elementlərinin, asma və (və ya) kabin dayaqlarının, onların bərkidici elementlərinin möhkəmliyinin yoxlanılması;
8.3.4. Yoxlamaların, tədqiqatların, sınaqların və ölçmələrin nəticələri protokollarla sənədləşdirilir, onların surətləri liftin pasportuna əlavə edilir.
Akkreditə olunmuş sınaq laboratoriyasının (mərkəzinin) mütəxəssisi yoxlamaların, tədqiqatların, sınaqların və ölçmələrin nəticələri barədə liftin pasportuna qeydlər edir;
8.3.5. Liftin pasportuna liftin bu texniki reqlamentin tələblərinə uyğunluğu haqqında bəyannamə əlavə edilir. Liftin pasportu və bəyannaməsi liftin təyin olunmuş istismar müddəti ərzində saxlanılmalıdır;
8.3.6. İstifadəyə verilməzdən əvvəl liftin quraşdırılması, tənzimlənməsi və sınaqdan keçirilməsi ilə bağlı hallar istisna olmaqla, insanların və (və ya) yüklərin daşınması üçün istifadə edilməsinə icazə verilmir;
8.3.7. Lift texniki reqlamentə uyğun dövlət qanunvericiliyi ilə müəyyən edilmiş qaydada istismara verilir.
8.4. Liftin təyin edilmiş istismar müddəti ərzində uyğunluğunun qiymətləndirilməsi texniki reqlamentə dövlət qanunvericiliyi ilə müəyyən edilmiş akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən ən azı 12 ayda bir dəfə texniki müayinə formasında aparılır.
Liftin uyğunluğunun qiymətləndirilməsinin nəticəsi aktla rəsmiləşdirilir və liftin pasportunda göstərilir.
8.5. Təyin edilmiş istismar müddətini başa vurmuş liftin uyğunluğunun qiymətləndirilməsi texniki reqlament dövlət qanunvericiliyi ilə müəyyən edilmiş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən müayinə şəklində aparılır;
8.5.1. Lifti yoxlayarkən aşağıdakılar müəyyən edilir:
- təyin edilmiş istismar müddətini başa vurmuş liftin bu texniki reqlamentin 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş ümumi təhlükəsizlik tələblərinə və (liftin təyinatı nəzərə alınmaqla) bu texniki sənədə 2 nömrəli əlavə ilə müəyyən edilmiş xüsusi təhlükəsizlik tələblərinə uyğunluğu;
- liftin bu texniki reqlamentlərin tələblərinə uyğunluğunu təmin etmək üçün zəruri tədbirlər (o cümlədən liftin modernləşdirilməsi) və tədbirlərin görülmə müddəti;
8.5.2. Lifti yoxlayarkən aşağıdakılar həyata keçirilir:
- lift avadanlığının, o cümlədən liftin təhlükəsizlik cihazlarının vəziyyətinin müəyyən edilməsi, qüsurların, nasazlıqların, aşınma və korroziya dərəcələrinin aşkara çıxarılması ilə;
- çərçivənin metal konstruksiyalarına, kabin asmasına, əks çəkiyə, həmçinin yönəldicilərə və onların bərkidilməsi elementlərinə nəzarət;
- elektrik şəbəkələrinin və elektrik avadanlıqlarının izolyasiyasının sınaqdan keçirilməsi, lift avadanlıqlarının torpaqlanmasına (sıfırlanmasına) vizual və ölçü nəzarəti.
Aparılan müayinə haqqında məlumat liftin pasportunda göstərilir;
8.5.3. Müayinənin nəticələrinə əsasən aşağıdakılar əks etdirilir:
- liftdən istifadə şərtləri və liftdən istifadə müddətinin mümkün uzadılması;
- liftin təkmilləşdirilməsi və ya dəyişdirilməsi üçün tövsiyələr.
Liftin modernləşdirilməsi və ya dəyişdirilməsindən sonra uyğunluğunun qiymətləndirilməsi bu maddənin 3-cü bəndində müəyyən edilmiş qaydada aparılır.
Modernləşdirilmiş liftin uyğunluğunu qiymətləndirərkən əlavə olaraq aşağıdakılar həyata keçirilir:
- modernləşdirilmiş liftin texniki reqlamentin 2 nömrəli əlavəsində müəyyən edilmiş ümumi təhlükəsizlik tələblərinə və (liftin təyinatı nəzərə alınmaqla) texniki reqlamentə 2 nömrəli əlavədə müəyyən edilmiş xüsusi təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması;
- lift avadanlığının quraşdırılmasının modernləşdirmə üçün layihə sənədlərinə uyğunluğunun yoxlanılması;
- təyin olunmuş istismar müddətini başa vurmuş liftin uyğunluğunun qiymətləndirilməsinin nəticələrinə əsasən rəydə göstərilən liftin modernləşdirilməsi üzrə tövsiyələrin yerinə yetirilməsinin yoxlanılması.
Ərizəçi uyğunluğun qiymətləndirilməsinin müsbət nəticələrinə əsasən, uyğunluq bəyannaməsini tərtib edir və liftə yeni istismar müddəti təyin edir, pasportda liftin istismar müddəti və istismara verilməsinə dair texniki hazırlığı barədə qeyd aparır;
8.5.4. Liftin modernləşdirilməsinə və ya dəyişdirilməsinə ehtiyac olmadıqda və istismar müddətinin uzadılması şərtlərinə əməl edildikdə, liftdən təyinatı üzrə istifadə müddəti müəyyən edilir;
8.5.5. Texniki reqlament qüvvəyə minənədək istismara verilmiş və təyin edilmiş istismar müddətini başa vurmuş liftlər bu texniki reqlamentin qüvvəyə mindiyi tarixdən 12 ildən çox olmayan müddət ərzində bu texniki reqlamentin tələblərinə uyğunlaşdırılmalıdır.
9. Texniki reqlamentə uyğun istehlak bazarında məhsulların uyğunluq nişanı ilə nişanlanma
9.1. Təhlükəsizlik tələblərinə cavab verən və uyğunluğun qiymətləndirilməsi prosedurundan keçmiş liftlər və təhlükəsizlik cihazları texniki reqlamentə uyğun istehlak bazarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na uyğun olaraq uyğunluq nişanı ilə nişanlanmalıdır.
9.2. Texniki reqlamentə uyğun istehlak bazarında uyğunluq nişanı ilə nişanlanma liftlər və təhlükəsizlik cihazları bazara dövriyyəyə buraxılmazdan əvvəl həyata keçirilir.
9.3. Texniki reqlamentə uyğun istehlak bazarında uyğunluq nişanı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq hər bir liftə və liftin təhlükəsizlik qurğularına tətbiq edilir və ona əlavə edilmiş istismar sənədlərində də göstərilir.
9.4. Liftlərin və təhlükəsizlik cihazlarının texniki reqlamentə uyğun istehlak bazarında uyğunluq nişanı ilə nişanlanması onların bu texniki reqlamentin tələblərinə uyğunluğunu göstərir.
10. Keçid müddəaları
10.1. Texniki reqlament dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minir.
“Liflərin təhlükəsizliyi haqqında”
texniki reqlamentə
1 nömrəli əlavə
“Liftlərin təhlükəsizliyi haqqında” texniki reqlamentin şamil olunduğu liftlər və liftlərin təhlükəsizlik qurğuların siyahısı
Bu texniki reqlamentin şamil olunduğu liftlər və liftlərin təhlükəsizlik qurğularıa “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına və “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq aşağıdakılar aiddir:
Sıra № |
Malın adı |
XİF MN üzrə kod |
Uyğunluğun qiymətləndirilməsi (təsdiqi) üzrə sənədlər |
17.1. |
Elektriklə idarə olunan liftlər, digər liftlər |
8428 10 200 0 8428 10 800 9 |
Uyğunluq sertifikatı |
Liftlərin təhlükəsizlik qurğuları: |
|||
17.2. |
Bufer: Enerji yığıcı tipli (növü) (xətti xarakteristikalar ilə enerjiyığıcı tipli buferlər istisna olamqla): Qeyri-xətti xarakteristikalar ilə Amortizasiya edilmiş əks-gedişi ilə Enerji dağıdıcı tipli |
8431 31 000 0-dan |
Uyğunluq sertifikatı |
17.3. |
Təhlükəsizlik hidravlik aparatı (kəsilən klapan) |
||
17.4. |
Şaxta qapısının kilidi |
||
17.5. |
Tutucular |
||
17.6. |
Sürət məhdudlaşdırıcısı |
“Liflərin təhlükəsizliyi haqqında”
texniki reqlamentə
2 nömrəli əlavə
Təhlükəsizlik tələbləri
1. Liftin təhlükəsizliyini təmin etmək üçün aşağıdakı ümumi tələblər yerinə yetirilməlidir:
1.1. Aşağıda sadalanan yerlərdə quraşdırılmış lift avadanlığının istifadəçilər və icazəsiz şəxslər üçün əlçatmazlığı:
- avadanlıqların yerləşdirilməsi üçün şkaflarda;
- maşın otağında;
- blok otağında;
- lift kabinində yerləşən avadanlıqlar istisna olmaqla, lift şaxtasında;
1.2. Lift avadanlığının hərəkət edən hissələri ilə təmas nəticəsində istifadəçiləri və üçüncü şəxsləri xəsarətlərdən qorumaq üçün tədbirlərin olması;
1.3. Şaxtanın qapısı bağlanmadıqda və ya kilidlənmədikdə, kabinin hərəkətini dayandırmaq və ya qarşısını almaq üçün qoruyucu və bloklayıcı qurğuların olması, avadanlığa texniki xidmət üçün qapı, qəza qapısı, yoxlama və qəza lyukunun qapağı və kabin qapısı bağlı deyil. Bu tələb kabin eniş yerinə yaxınlaşdıqda avtomatik qapıların ilkin açılmasına və yükləmə / boşaltma zamanı kabinin eniş səviyyəsinə çatdırılması üçün liftin layihəsində nəzərdə tutulmuş rejimə şamil edilmir;
1.4. İnsanların dayanmış kabinədən şəxsi heyət tərəfindən təhlükəsiz evakuasiya edilməsi imkanının olması;
1.5. İstifadəçilər və digər şəxslər üçün əlçatan olan lift avadanlığında onlar üçün təhlükə yaradan qeyri-bərabər səthlər olmamalıdır;
1.6. İnsanların daşınması üçün nəzərdə tutulmuş kabinin işıqlandırılması üçün vasitələrin mövcudluğu, o cümlədən elektrik enerjisinin kəsilməsi zamanı;
1.7. Lift avadanlığı liftin istismarının ehtimal edildiyi iqlim və seysmik şəraitə uyğun olmalıdır;
1.8. Binanın (qurğunun) mərtəbələrindən və ona bitişik ərazilərindən və kabindən insanların şaxtaya düşməsinin qarşısını almaq üçün vasitələrin və (və ya) tədbirlərin olması;
1.9. Liftin qapısının ölçüləri kabinə təhlükəsiz daxil olmanı və ondan mərtəbə meydançasına çıxışı, kabinin təhlükəsiz yüklənməsini və boşaldılmasını təmin etməlidir;
1.10. Mərtəbə meydançasının kandarları ilə kabin arasındakı üfüqi və şaquli məsafə kabinəyə təhlükəsiz giriş və çıxışı təmin etməlidir;
1.11. Kabinin konstruktiv elementləri ilə şaxta arasındakı məsafə şaxtanın və kabinin qapıları açıq olduqda, habelə kabin mərtəbə meydançasının sahəsinin ərazisində olduqda bir adamın şaxtaya daxil olma ehtimalını istisna etməlidir;
1.12. Avtomatik bağlanan kabin və (və ya) şaxta qapısının hərəkət yolunda yerləşən şəxsin və ya obyektin xəsarət riskini azaldacaq dərəcədə sıxma gücünün qarşısını alan və ya azaldan vasitələrin olması;
1.13. Kabin, dartma elementləri, kabinin asması və (və ya) dayağı, əks çəki, onların bərkidilmə elementləri liftin təyinatı üzrə istifadəsi və sınaqdan keçirilməsi zamanı yaranan yüklərə tab gətirməlidir;
1.14. İnsanların hərəkəti üçün nəzərdə tutulmuş kabinin ikitərəfli rabitəyə qoşulma vasitələri ilə təchiz edilməsi, onun köməyi ilə sərnişin kənardan kömək çağıra bilər;
1.15. Normal iş zamanı həddindən artıq yüklənmiş kabinin işə salınmasının qarşısını almaq üçün vasitələrin olması;
1.16. Kabinin həddindən artıq iş yerlərindən (mərtəbə meydançalarından) kənarda hərəkətini məhdudlaşdıran vasitələrin olması;
1.17. Yaralanma və ya avadanlığın sıradan çıxma riskini azaldan hədlərə enərkən kabinin nominal sürətindən artıqlıq miqdarını məhdudlaşdıran vasitələrin olması;
1.18. Tutucular və buferlər işə salındıqda yaralanma və ya avadanlığın xarab olma riskini azaltmaq üçün kabinin hərəkətinin ləngiməsini təmin etməlidir;
1.19. İnsanların hərəkəti üçün nəzərdə tutulmuş kabində hava mübadiləsinin təmin edilməsi;
1.20. Avadanlığa xidmət üçün iş zonalarının ölçüsü və yeri işin təhlükəsiz yerinə yetirilməsini təmin etmək üçün kifayət qədər olmalıdır;
1.21. Heyətin lift avadanlığına təhlükəsiz girişinin olması;
1.22. Şaxtada işçi platformasına və (və ya) kabinin damına şəxsi heyət üçün təhlükəsiz girişin və ondan çıxışın olması;
1.23. İşçi platforması və (və ya) kabinin damı (heyətin yerləşdirilməsi zərurəti olduqda) onun üzərində yerləşən heyətin yüklərinə tab gətirməlidir;
1.24. Şaxtada yerləşən işçi platformadan və (və ya) kabin damından heyətin düşmə riskini azaldan vasitə və tədbirlərin olması;
1.25. Texniki xidmət zamanı heyət tərəfindən kabinin hərəkətini dayandırmaq və nəzarət etmək üçün vasitələrin olması. Heyətin şaxta boyu hərəkət etdirilməsi zərurəti yaranarsa, kabin təhlükəsiz sürətlə hərəkətə nəzarət etmək və kabini heyət tərəfindən dayandırmaq üçün vasitələrlə təchiz edilməlidir. Bu vasitələr istifadəçilər və icazəsiz şəxslər üçün əlçatmaz yerlərdə olmalıdır;
1.26. Lift hissələrinin nəzarətsiz hərəkəti nəticəsində lift şaxtasında heyətin zədələnməsinin qarşısını almaq üçün tədbirlərin və (və ya) vasitələrin olması;
1.27. Hərəkət zamanı heyətin lift avadanlığının elementləri: kəmərlər, şkivlər, bloklar, çıxıntılı mühərrik valları, dişli çarxlar, ulduzcuqlar, hərəkət zəncirləri ilə zədələnməsinin qarşısını almaq üçün tədbirlərin və (və ya) vasitələrin olması;
1.28. Heyət tərəfindən işlərin təhlükəsiz yerinə yetirilməsi üçün kifayət qədər xidmət sahələrinin işıqlandırma səviyyəsini yaratmaq üçün vasitələrin mövcudluğu;
1.29. İstifadəçilərin, digər şəxslərin və heyətin lifti idarəetmə cihazları ilə qarşılıqlı əlaqədə olduqda və (və ya) liftin keçirici konstruksiyalarına toxunduqda onların elektrik təhlükəsizliyini təmin edən tədbirlərin və (və ya) vasitələrin olması;
1.30. Şaxta qapılarının yanğına davamlılıq həddi yanğın təhlükəsizliyi tələblərinə uyğun olaraq təyin edilməlidir;
1.31. Binada (qurğuda) yanğın təhlükəsi yarandıqda sərnişinlərin kabini təhlükəsiz tərk etmələrini təmin edən tədbirlərin olması;
1.32. Liftlərin təhlükəsiz utilizasiyası üçün tələblər təmin edilməlidir.
2. Əlillərin və hərəkət qabiliyyəti məhdud insanların daşınması üçün nəzərdə tutulmuş liftdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı xüsusi tələblər yerinə yetirilməlidir:
2.1. Kabinin, kabin və şaxta qapısının ölçüləri kabinə təhlükəsiz giriş və çıxışı, habelə istifadəçinin kabində əlil arabasında yerləşdirilməsini təmin etməlidir;
2.2. İstifadəçini müşayiət edən şəxslər olmadan əlil arabasında daşımaq üçün nəzərdə tutulmuş kabin və lift şaxtasının qapıları avtomatik açılıb bağlanmalıdır;
2.3. Liftin kabini ən azı bir tutacaqla təchiz olunmalıdır ki, onun yeri istifadəçinin kabinəyə və idarəetmə qurğularına daxil olmasını asanlaşdırmalıdır;
2.4. Kabinənin astanaları ilə mərtəbə meydançası arasındakı üfüqi və şaquli məsafə əlil arabasında olan istifadəçinin kabinəyə təhlükəsiz daxil olmasını və kabindən çıxmasını təmin etməlidir;
2.5. Lift kabinində və mərtəbə meydançasında idarəetmə və siqnal cihazlarının (səs və işıq) konstruksiyası və yerləşdirilməsi liftin təhlükəsizliyini və əlillər və əhalinin digər azhərəkətli qrupları üçün əlçatanlığını təmin etməlidir.
3. Yanğın zamanı yanğınsöndürənlərin daşınmasını təmin edən liftdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı xüsusi tələblər yerinə yetirilməlidir:
3.1. Kabinənin ölçüləri və liftin qaldırma qabiliyyəti yanğınsöndürənlərin yanğınsöndürmə vasitələri ilə və (və ya) yanğın zamanı xilas edilən insanların daşınmasını təmin etməlidir;
3.2. İdarəetmə sistemləri və siqnalizasiyalar birbaşa yanğınsöndürənlərin nəzarəti altında liftin işini təmin etməlidir. Digər lift idarəetmə rejimləri söndürülməlidir;
3.3. Qrup idarəetmə sistemi ilə birləşdirilmiş digər liftlərin işindən asılı olmayaraq liftin idarə edilməsi rejiminin olması;
3.4. Lift kabinində və əsas eniş (təyin edilmiş) mərtəbəsində kabinin yeri və onun hərəkət istiqaməti haqqında vizual məlumatın olması;
3.5. Lift şaxtasının qapıları odadavamlı olmalıdır, onların yanğına davamlılıq həddi binaların (qurğuların) yanğın təhlükəsizliyi tələblərinə uyğun olaraq müəyyən edilir;
3.6. Mərtəbələr arasında dayanmış kabindən yanğınsöndürənləri evakuasiya etmək üçün tədbirlərin və (və ya) vasitələrin olması;
3.7. Kabin kupesinin konstruksiyasında tətbiq olunan yanma, alovlanma, tüstü əmələ gəlmə qabiliyyəti, alovun yayılması və yanma zamanı toksiklik göstəriciləri baxımından yanğın təhlükəsi riskini azaldan materialların istifadəsi.
4. Dispetçer nəzarət qurğusuna qoşulması nəzərdə tutulan liftin təhlükəsizliyini təmin etmək üçün aşağıdakı xüsusi tələblər yerinə yetirilməlidir:
- liftdən onun işləməsinə nəzarət edən dispetçer nəzarət qurğusuna aşağıdakı məlumatların ötürülməsi məqsədi ilə siqnalların çıxarılması imkanı nəzərdə tutulmalıdır:
- elektrik təhlükəsizlik zəncirlərinin işə salınması haqqında;
- şaxta qapılarının icazəsiz açılması haqqında;
- liftin idarəetmə qurğusunun qapısının (qapağının) maşın otağı olmadan açılması haqqında.
5. Lift avadanlığının qəsdən zədələnməsinin mümkün olduğu bina və ya tikilidə quraşdırılması üçün nəzərdə tutulmuş liftin təhlükəsizliyini təmin etmək üçün aşağıdakı xüsusi tələblər yerinə yetirilməlidir:
5.1. Kabin kupesinin qoruyucu konstruksiyaları, eləcə də divarların, tavanın və döşəmənin işləmələri onların qəsdən zədələnmə və ya alışma riskini azaldan materiallardan hazırlanmalıdır;
5.2. Kabində və mərtəbə meydançalarında idarəetmə, siqnalizasiya və işıqlandırma cihazları qəsdən zədələnmə və ya alışma riskini azaldan konstruksiyalara malik olmalı və materiallardan hazırlanmalıdır;
5.3. Şaxtanın tamamilə hasarlanması nəzərdə tutulmalıdır;
5.4. “Normal iş” rejimində mərtəbədə kabin olmadıqda şaxta qapılarının icazəsiz açılması zamanı lifti “Normal iş” rejimindən çıxaran vasitələrin olması. “Normal iş” rejiminə qayıtma xidmət personalı tərəfindən həyata keçirilməlidir.
“Liflərin təhlükəsizliyi haqqında”
texniki reqlamentə
3 nömrəli əlavə
Məcburi sertifikatlaşdırılmalı olan liftin təhlükəsizlik cihazlarının siyahısı
1. Bufer:
- enerji toplayıcı tipli (xətti xüsusiyyətləri olan enerji toplama tipli buferlər istisna olmaqla):
- qeyri-xətti xüsusiyyətli;
- amortizasiyalı geri dönmə gedişli;
- enerji yayan tipli.
2. Hidravlik təhlükəsizlik cihazı (partlayış klapanı).
3. Şaxta qapısının kilidi.
4. Tutucular.
5. Sürət məhdudlaşdırıcı.
“Liflərin təhlükəsizliyi haqqında”
texniki reqlamentə
4 nömrəli əlavə
Liftlərin və liftin təhlüksəzilik qurğularının texniki reqlamentin tələblərinə uyğunluğunun təsdiq edilməsi sxeminin məzmunu və tətbiqi
1. 1s sxemi:
1.1. Akkreditə olunmuş sınaq laboratoriyası:
Təsdiq edilmiş siyahıdan standartlarla müəyyən edilmiş qaydada və həcmdə liftin quraşdırıldığı obyektdə və ya sınaq stendində onun parametrlərinin sınaqlarını və ölçülərini həyata keçirir;
Sınaq və ölçmə nəticələrini protokollarla rəsmiləşdirir.
1.2. Sertifikatlaşdırma orqanı:
- sertifikatlaşdırma obyektinin, sınaq nəticələrinin və ölçmələrin texniki reqlamentlərin tələblərinə uyğunluğunun təhlilini aparır;
- istehsalın vəziyyətini təhlil edir;
- bu texniki reqlamentin 6-cı maddəsində göstərilən məlumatların və sübut materiallarının təhlilinin müsbət nəticələri, habelə akkreditə olunmuş sınaq laboratoriyası tərəfindən aparılan sınaqların və ölçmələrin müsbət nəticələri olduqda uyğunluq sertifikatını tərtib edir və ərizəçiyə verir;
- sertifikatlaşdırılmış obyekt üzərində təftiş nəzarətini həyata keçirir.
Təftiş nəzarətinin dövriliyi sertifikatlaşdırma orqanı tərəfindən, lakin ildə bir dəfədən az olmamaqla müəyyən edilir.
2. 3s sxemi (eyni zamanda istehsal olunan partiya üçün) və 4s sxemi (birdəfəlik istehsal üçün):
2.1. Akkreditə olunmuş sınaq laboratoriyası:
- təsdiq edilmiş siyahıdan standartlarla müəyyən edilmiş qaydada və həcmdə liftin quraşdırıldığı obyektdə və ya sınaq stendində onun parametrlərinin sınaqlarını və ölçülərini həyata keçirir;
- sınaq və ölçmə nəticələrini protokollarla rəsmiləşdirir;
2.2. Sertifikatlaşdırma orqanı:
- sertifikatlaşdırma obyektinin, sınaq nəticələrinin və ölçmələrin texniki reqlamentlərin tələblərinə uyğunluğunun təhlilini aparır;
- bu texniki reqlamentin 6-cı maddəsində göstərilən məlumatların və sübut materiallarının təhlilinin nəticələri müsbət olduqda, habelə akkreditə olunmuş sınaq laboratoriyası tərəfindən aparılan sınaq və ölçmələrin nəticələri müsbət olduqda, uyğunluq sertifikatını tərtib edir və ərizəçiyə verir.
3. 4b sxemi (bəyannamə sxemi):
3.1. Ərizəçi:
- texniki reqlamentin 5-ci maddəsində göstərilən öz sübutlarını hazırlayır;
- liftin texniki müayinəsi formasında uyğunluğun qiymətləndirilməsinin aparılması üçün akkreditə olunmuş sınaq laboratoriyasına (mərkəzinə) ərizə verir;
3.2. Akkreditə olunmuş sınaq laboratoriyası (mərkəzi):
- liftin texniki ekspertizası formasında uyğunluğun qiymətləndirilməsini aparır;
- liftin texniki müayinə aktını tərtib edir;
3.3. Ərizəçi öz sübutlarına və texniki müayinənin müsbət nəticələrinə əsaslanaraq uyğunluq bəyannaməsi tərtib edir.