Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Layihə

“Attraksionların təhlükəsizliyi haqqında” texniki reqlamentin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

 “Attraksionların təhlükəsizliyi haqqında texniki reqlament” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “__” ______ 2025-ci il

№ ___

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2025-ci il ______ tarixli ____ nömrəli Qərarı ilə

təsdiq edilmişdir

Attraksionların təhlükəsizliyi haqqında texniki reqlament

1. Ümumi müddəalar

1.1. “Attraksionların təhlükəsizliyi haqqında” texniki reqlament (bundan sonra – texniki teqlament) “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Texniki reqlament Azərbaycan Respublikası ərazisində attraksionların təhlü­kəsizliyinin təmin edilməsi, onlara dair məcburi tələblərin müəyyən edilməsi və attraksionların istehlak bazarında sərbəst dövriyyəsinin təmin edilməsi dair zəruri tələbləri müəyyən edir.

1.3. Azərbaycan Respublikasında attraksionların təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə, ölkədə olan attriaksionlar ona tətbiq olunan bütün texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır.

2. Əsas anlayışlar

2.1. Bu texniki reqlamentin məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. qəza – attraksionun və ya onun kritik komponentinin insanların həyatı və ya sağlamlığı üçün bilavasitə təhlükə yaradan və ya insan həyatı və sağlamlığına zərər vuran dağılması;

2.1.2. avtodrom və kartinq – sərnişin modullarının çəpərlənmiş (məhdud) məkan­da istiqamətləndirilən hərəkətlərdən kənar sərbəst hərəkət edə bildiyi attrak­sionlar;

2.1.3. attraksion – biomexaniki təsir də daxil olmaqla, hərəkət zamanı sərni­şinlərin əylənməsi üçün nəzərdə tutulmuş avadanlıq;

2.1.4. mexanikləşdirilməmiş su attraksionu – akvaparklar, hovuzlar və su hövzələri üçün sudan istifadə etməklə attraksion;

2.1.5. uşaqlar üçün attraksion – xüsusi olaraq uşaqların əylənməsi üçün layihələndirilmiş attraksion (90 sm-dən 160 sm-dək);

2.1.6. mexanikləşdirilmiş attraksion – sərnişinləri verilmiş trayektoriya ilə və ya insanın əzələ enerjisi istisna olmaqla, müxtəlif enerji növlərindən istifadə etməklə məhdud məkan hüdudlarında hərəkət etdirən attraksion;

2.1.7. mexanikləşdirilmiş fırlanan hərəkətli attraksion – sərnişin modullarını əsasən fırlanma ilə (fırlanma və (və ya) yırğalanma yolu ilə) hərəkət etdirən, o cüm­lədən, mürəkkəb hərəkətli attraksion;

2.1.8. mexanikləşdirilmiş irəli hərəkətli attraksion – sərnişin modullarını əsasən istiqamətləndiricilər üzrə irəli hərəkət etdirən attraksion;

2.1.9. mürəkkəb hərəkətli mexanikləşdirilmiş attraksion – sərnişin modullarını mürəkkəb trayektoriya ilə və ya sərnişinlərə nümayiş etdirilən təsvirlə birlikdə hərəkət etdirən attraksion;

2.1.10. hava ilə doldurulan attraksion – konstruksiyası öz aralarında birləş­dirilən və vurulan havanın izafi təzyiqi ilə qorunub saxlanılan bir və ya bir neçə qişadan ibarət olan attraksion;

2.1.11. biomexaniki təsir – sərnişinlərə onların hərəkət etdirilməsi ilə bağlı qüvvələrin təsiri;

2.1.12. attraksionun istismara verilməsi – attraksionun texniki reqla­mentin tələblərinə uyğunluğunun zəruri qiymətləndirilməsi prosedurlarından keçdik­dən sonra sərnişinlərlə işə başlaması;

2.1.13. attraksionların növü – təkcins təsir prinsipinə və ya təkcins funksi­yalar cəminə malik bir neçə attraksion tipinin məcmusu;

2.1.14. attraksionların yardımçı qurğuları – attraksionlarla birlikdə istifadə edilən dekorasiyalar və tərtibat elementləri, çəpərlər, illüminasiyalar, çadırlar, talvarlar, qoruyucu ekranlar, pavilyonlar;

2.1.15. attraksionların dövriyyəyə buraxılması– attraksionların ölkə ərazi­sində kommersiya fəaliyyəti zamanı ödənişsiz və ya ödənişli əsaslarla yayılması məqsədi ilə tədarükü və idxalı (o cümlədən, istehsalçının anbarından göndərilmə və ya anbar­lamadan göndərilmə);

2.1.16. yüksək potensial biomexaniki risk dərəcəsi (RB-1) – sərnişinə (sərnişinlərə) biomexaniki təsir nəticəsində onun (onların) həyatı üçün təhlükə yaradan zərərin vurulması ehtimalı;

2.1.17. uşaqlar – 90 sm-dən 160 sm-dək (2 yaşdan 14 yaşadək) müsafirlər, o cümlədən, sərnişinlər;

2.1.18. hərəkət zamanı risk zonaları –  hərəkət etdirilən sərnişinlərin bədənləri ətra­fında olan, konstruksiyalar və ya kənar əşyaların düşdüyü halda sərnişinlərə müxtəlif ağırlıq dərəcəsinə malik zərərin dəyə biləcəyi zona;

2.1.19. təhlükəsizlik konturu – sərnişinin hərəkət etdiyi məkan hissəsinin konstruk­siyanın hərəkətli və hərəkətsiz elementləri ilə təmas nəticəsində zədələrin alınması riskinin minimuma enməsi və ya aradan qalxmasını təmin edən məhdud­laşdırılması;

2.1.20. kritik komponent – attraksionun konstruksiyasının imtinası insanın ölümünə və ya insan sağlamlığına zərərin dəyməsinə səbəb ola biləcək hissəsi, qovşağı və ya detalı;

2.1.21. kritik parametr -  attraksionun və ya onun kritik komponentinin pozun­tusu insanın ölümünə və ya insan sağlamlığına zərərin dəyməsinə səbəb ola biləcək mühüm xarakteristikası;

2.1.22. modifikasiya – kritik komponentin konstruksiyasının istənilən dəyi­şikliyi və ya layihələndirilənlə müqayisədə kritik parametrin dəyişdirilməsi;

2.1.23. təyin edilmiş resurs – texniki vəziyyətindən asılı olmayaraq toplandığı halda attraksionun istismarının dayandırılmalı olduğu ümumi iş müddəti;

2.1.24. təyin edilmiş xidmət müddəti – texniki vəziyyətindən asılı olmayaraq çatdığı halda attraksionun istismarının dayandırılmalı olduğu attraksionun istismarının təqvim müddəti;

2.1.25. yolverilməz istifadə – attraksionun təyinatı üzrə istifadə edilməməsi və ya istismar sənədlərinin tələblərini pozmaqla istifadəsi;

2.1.26. aşağı potensial biomexaniki risk dərəcəsi (RB-3) – biomexaniki təsir nəticəsində sərnişinin (sərnişinlərin) əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə zərərin vurulması ehtimalı;

2.1.26. cüzi potensial biomexaniki risk dərəcəsi (RB-4) – biomexaniki təsir nəticəsində sərnişinə (sərnişinlərə) əmək qabiliyyətinin hər hansı bir formada itirilməsi olmadan zərərin vurulması ehtimalı;

2.1.27. uşaq oyun meydançası üçün avadanlıq– uşaqların binada və ya açıq meydançalarda, öz mülahizəsinə görə və qaydalara əsasən fərdi və ya qrup şəklində istifadə etməklə və üzərində oynaya biləcəkləri avadanlıq;

2.1.28. attraksion layihəsinin təhlükəsizliyinin əsaslandırılması – attraksionun hazırkı texniki reqlamentin və ölkənin digər qüvvəyə minmiş texniki reqlamentlərinin onlara şamil edilən tələblərinə uyğunluğunun təsdiqi üçün attraksionun təhlükəsizliyi haqqında sənədlər komplekti;

2.1.29. istifadənin məhdudlaşdırılması – sağlamlığında pozuntular olan və ya boy, çəki ilə bağlı, eləcə də özünü pis hiss etməsi ilə bağlı məhdudiyyətləri olan sərnişinlər üçün attraksiondan istifadənin məhdudlaşdırılması;

2.1.30. attraksionun texniki vəziyyətinin qiymətləndirilməsi (texniki şəha­dət­lən­dirmə) – attraksionun müəyyən dövrdə sonrakı təhlükəsiz istismarı müm­künlüyünün müəyyən edilməsi məqsədi ilə istismar sənədlərinin tələblərinə uyğunluğuna vizual, ölçü, dağıtmayan və digər nəzarət metodlarından istifadə etməklə attraksionun texniki vəziyyətinin yoxlanması üzrə işlər kompleksi;

2.1.31. attraksionun pasportu – istehsalçının zəmanətlərini, attraksionun əsas parametrləri və xarakteristikalarının qiymətlərini təsdiq edən məlumatları, eləcə də attraksionun uyğunluğunun təsdiqi və utilizasiyası haqqında məlumatları ehtiva edən sənəd;

2.1.32. sərnişin – attraksion vasitəsilə hərəkət etdirilən şəxs;

2.1.33. sərnişin modulu – attraksionun sərnişinlərin hərəkət etdirilməsi üçün nəzər­də tutulmuş hissəsi (arabacıq, kabinə, oturacaq);

2.1.34. müsafir– attraksionlar və ya attraksionların yardımçı qurğularının zonasında olan insan;

2.1.35. attraksiondan istifadə qaydaları – sərnişinlər və müsafirlər üçün layihəçi (işləyib hazırlayan) və ya istismarçı tərəfindən işlənib hazırlanmış tələblər;

2.1.36.  sınaq işəsalması – istismar sənədlərində müvafiq tələbin olduğu hal­da attraksionun sərnişinlərlə tam yüklənməsini imitasiya etməklə sərnişinsiz sınaq işəsalması;

2.1.37. illik yoxlama – illik texniki xidmətin həyata keçirilməsindən sonra istismarçı tərəfindən attraksionun, onun kritik komponentlərinin və kritik para­metr­ləri­nin tam yoxlanması;

2.1.38. gündəlik yoxlama – istismarçı tərəfindən sınaq işəsalmalarının həyata keçirilməsi də daxil olmaqla, attraksionun kritik komponentlərinin, kritik parametrlərinin və istismar sənədlərində göstərilmiş digər hissələrinin iş qabiliyyətinin və texniki vəziyyətinin yoxlanması;

2.1.39. nəzarət yoxlaması – nəzarət orqanı tərəfindən texniki reqlamentə müvafiq olaraq sınaq işəsalması da daxil olmaqla, attraksionun uyğunluq qiymət­ləndirilməsi haqqında sənədlərin və istismar sənədlərinin reqlamentləşdirilmiş yoxlan­ması;

2.1.40. tam yoxlama – istismarçı tərəfindən istismar sənədlərinin tələblərinə müvafiq olaraq attraksionun bütün kritik komponentləri və kritik parametrlərinin vəziy­yətinin (komponentlərin sökülməsi və baxış keçirilməsi (zəruri olduqda), sınaqlar və sınaq işəsalmasının həyata keçirilməsi daxil olmaqla), eləcə də attraksionun digər hissələrinin texniki vəziyyətinin qiymətləndirilməsi;

2.1.41. layihəçi (işləyib hazırlayan) – attraksionun layihəsini işləyib hazırlamış mütəxəssis və ya təşkilat;

2.1.42. orta potensial biomexaniki risk dərəcəsi (RB-2) – biomexaniki təsir nəticəsində sərnişinin (sərnişinlərin) sağlamlığına ağır zərərin vurulması ehtimalı;

2.1.43. potensial biomexaniki risk dərəcəsi – nəticələrin mümkün ağırlıq dərəcəsi nəzərə alınmaqla müxtəlif dərəcəli biomexaniki təsir nəticəsində sərnişinin (sərnişinlərin) sağlamlığına ağır zərərin vurulması ehtimalı;

2.1.44. attraksionların tipi – biomexaniki təsirlərin işi və yaranması baxı­mın­dan bənzər attraksionlar;

2.1.45. saxlayıcı qurğular – sərnişinlərin biomexaniki təsirlər və ya attrak­siondan istifadə zamanı və ya sərnişinin davranışı üzündən yaranan qüvvələrin təsiri nəti­cəsində təhlükəsizlik konturu hüdudlarından kənara yerdəyişməsinin qarşısının alın­ması üçün nəzərdə tutulmuş attraksion elementləri (məsələn, otura­caqlar, ayaq oyuqları, tutacaqlar və fiksasiya edici qurğular);

2.1.46. fiksasiya edici qurğu – sərnişin (sərnişinlər) tərəfindən attraksionda sürət­lənmənin təhlükəsiz qəbul edilməsi üçün sərnişinin yerdərişməsinin qarşısının alın­ması, məhdudlaşdırılması və (və ya) bədəninin verilmiş pozasının qorunub sax­lanması üçün nəzərdə tutulmuş qurğu;

2.1.47. attraksionun formulyarı – istehsalçının zəmanətlərini, attraksionun əsas parametrləri və xarakteristikalarının qiymətlərini təsdiq edən məlumatları, attrak­sionun texniki vəziyyətini əks etdirən məlumatları, attraksionun uyğunluğunun təsdiq edilməsi və utilizasiyası haqqında məlumatları, eləcə də onun istismarı dövründə daxil edilən məlumatları (işin müddəti və şərtləri, texniki xidmət, təmir və digər məlumatlar) ehtiva edən sənəd;

2.1.48. istismarçı – qanuni əsaslarla attraksionun istismarını həyata keçirən və bu attraksiondan sərnişinlərə əyləncə xidmətlərinin təqdim edilməsi üçün istifadə edən hüquqi və ya fiziki şəxs;

2.1.49. istismar sənədi – attraksionun istismar qaydalarını müəyyən edən və (və ya) attraksionun əsas parametrləri və xarakteristikalarının istehsalçı tərəfindən zəma­nət verilmiş qiymətlərini, eləcə də təyin edilmiş xidmət müddəti ərzində onun istismar zəmanətləri və məlumatlarını təsdiq edən məlumatları əks etdirən (ayrı-ayrılıqda və ya digər sənədlərlə məcmu şəkildə) konstruktor sənədi.

2.2. Texniki reqlamentdə istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

3. Attraksionların təhlükəsizliyinə dair texniki reqlamentin tətbiq sahəsi

3.1. Bu Texniki reqlamentin tələbləri “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına və “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq siyahısı bu Texniki reqlamentin 1 nömrəli əlavəsində verilən attraksionlara şamil edilir.

3.2. Attraksionların növləri və tipləri 2 nömrəli əlavədə müəyyən edilib.

3.3. Sərnişinlərə biomexaniki təsir növləri, potensial biomexaniki risk dərə­cə­ləri və sərnişin kreslolarının maillik növləri 3 nömrəli əlavəyə əsasən siyahıya müvafiq olaraq müəyyən edilir.

3.4. Texniki reqlament uşaq oyun meydançaları üçün avadanlıqlara və cüzi dərəcədə potensial biomexaniki risk RB-4 olan attraksionlara, habelə bu texniki reqlament qüvvəyə minənədək istehsal edilmiş və istismara verilmiş attraksionlara şamil edilmir. Texniki reqlamentin qüvvəyə minməsindən öncə istehsal olunmuş və istismara verilmiş attraksionların istismarının mümkünlüyü və şərt­ləri ölkə qanunvericiliyi ilə müəyyən edilir.

3.5. Attraksionların komplektinə daxil olan  hissələrinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildiyi və qüvvəyə mindiyi halda, attraksionların bu hissələri (komplektə daxil) hazırkı texniki reqlamentin tələblərinə də uyğun olmalıdır.

4. Attraksionların eyniləşdirilmə qaydaları

4.1. Attraksionların eyniləşdirilməsi onların texniki reqlamentin tətbiq sahəsinə mənsubiyyətinin müəyyən edilməsi üçün həyata keçirilir.

4.2. Attraksionların eyniləşdirilmə əlamətləri onların növləri, tipləri, potensial biomexaniki risk dərəcələri, eləcə də sərnişinlərə biomexaniki təsir növləri və həcm­ləridir.

4.3. Attraksionların eyniləşdirilməsi aşağıdakı şəxslər tərəfindən aparılır:

4.3.1. Attraksionların ərazilərində dövriyyəyə buraxılmasını həyata keçirən isteh­salçı, istehsalçı tərəfindən səlahiyyət verilmiş şəxs, satıcı (tədarükçü);

4.3.2. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlar (bundan sonra – “akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlar”) və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq akkreditasiya edilmiş sınaq laboratoriyası (bundan sonra – “akkreditasiya edilmiş sınaq laboratoriyası”);

4.3.3. Dövlətin səlahiyyətli orqanı – texniki reqlamentin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsi zamanı.

4.4. Attraksionların eyniləşdirilməsi aşağıdakı metodlardan birinin və ya onla­rın məcmusunun tətbiqi yolu ilə həyata keçirilir:

4.4.1. Sənədlər əsasında eyniləşdirmə (attraksionun tipi və növünün və onun istismar sənədlərində göstərilmiş texniki xarakteristikalarının texniki reqlamentə 2 və 3 nömrəli əlavələrlə nəzərdə tutulmuş məlumatlarla müqayisəsi);

4.4.2. Vizual metod (attraksionun xarici görünüşünün istismar sənədlərində verilmiş təsvirlə müqayisəsi);

4.4.3. Diaqnostik metod (attraksionların ölçülərinin müəyyən edilməsi və ya sınaqlarının aparılması nəticəsində əldə olunmuş məlumatların istismar sənədlərində göstərilmiş texniki xarakteristikalarla müqayisəsi). Diaqnostik metod attraksionların bu bəndin 1-ci və 2-ci yarımbəndlərində göstərilmiş metodların tətbiqi yolu ilə eyni­ləş­dirilməsinin mümkün olmadığı halda tətbiq edilir.

5. İstehlak bazarında attraksionların  dövriyyəsinə dair tələblər

5.1. Attraksionlar bu texniki reqlamentin, habelə Azərbaycan Respublikasında qüvvədə olan digər texniki reqlamentlərin (tətbiq olunduqda) tələblərinə uyğun olduqda və bu texniki reqlamentin 12-ci hissəsi və Azərbaycan Respublikasında qüvvədə olan digər texniki reqlamentlərin (tətbiq olunduqda) müəyyən olunan qaydada uyğunluğu təsdiq edildikdə uyğunluq nişanı ilə nişanlana və Azərbaycan Respublikası ərazisində istehlak bazarında dövriyyəyə buraxıla bilər.

5.2. Texniki reqlamentin və ölkədə qüvvəyə minmiş digər texniki reqlamentlərin onlara şamil edilən tələblərinə cavab verən attraksionlar istehlak bazarında məhsulların uyğunluq nişanı ilə nişanlanmalıdır.

5.3. Dövriyyəyə buraxılan attraksionlar onların təyinatı üzrə istifadə olunması şərti ilə təyin edilmiş bütün xidmət müddəti ərzində təhlükəsizlik tələblərinə cavab verməlidir.

5.4. Texniki reqlamentin tələblərinə uyğunluğu təsdiq olunmamış attrak­sionlar istehlak bazarında məhsulların uyğunluq nişanı ilə nişanlanmamalıdır və onların istehlak bazarında dövriyyəyə buraxılmasına icazə verilmir.

6. Layihələndirilmə zamanı attraksionlara dair təhlükəsizlik tələbləri

6.1. Attraksionların layihələndirilməsi zamanı həyat dövrəsinin bütün mərhə­lələrində, o cümlədən, normal istismar zamanı, fövqəladə halların (imtinalar və xarici təsirlər nəticəsində) yarandığı halda, personalın ehtimal olunan səhvləri və yolverilməz istifadə zamanı bütün mümkün risklər eyniləşdirilməlidir.

6.2. Kreslonun qalxma (enmə) hündürlüyündən, kənaraçıxma və ya çevrilmə sürətindən, bucağından asılı olaraq attraksionda sərnişinlərin hərəkəti zamanı müxtəlif dərəcəli biomexaniki risklər mövcud ola bilər. Bununla əlaqədar olaraq, biomexaniki risklərin minimuma endirilməsi və ya istisna edilməsi tədbirləri sərnişinlərə biomexaniki təsirlərin növləri və kəmiyyətləri nəzərə alınmaqla tətbiq edilməlidir. Attraksionların layihələndirilməsi zamanı risklərin və imtinaların mümkün nəticələrinin təhlili üçün sərnişinlərin biomexaniki təsirlərə necə və hansı tezliklə məruz qalmasının nəzərə alınması vacibdir.

6.3. Attraksiondan istifadə zamanı sərnişinə (sərnişinlərə) göstərilən biome­xaniki təsirlər sağlamlığı pis olan və ya özünü pis hiss edən insanlar üçün heç də həmişə məqbul deyil, buna görə də attraksionun ekstremallığı və attraksiondan istifadənin istənilən məhdudiyyətləri haqqında məlumatlar attraksionun istismarına dair rəhbəredici sənəddə və müsafirlər üçün informasiyada qeyd edilməlidir.

6.4. Attraksionlar elə layihələndirilməlidir ki, onların istehsalı və istismarı za­manı istifadə olunan xammal, materiallar və maddələr insanın həyatı və (və ya) sağlamlığına, əmlaka və ətraf mühitə təhdid yaratmasın. Maye və qazların istifadəsi zamanı bununla bağlı təhlükələr istisna edilməlidir.

6.5. Attraksionların idarəetmə sistemləri onların bütün nəzərdə tutulmuş iş rejimlərində və istismar şərtləri ilə nəzərdə tutulmuş istənilən xarici təsirlər zamanı onların istismar təhlükəsizliyini təmin etməlidir.

6.6. Attraksionların idarəetmə sistemləri mümkün məntiqi səhvlərə yol verildiyi və operator tərəfindən idarəetmə əməliyyatlarının pozulduğu halda təhlükəli vəziy­yətlərin yaranmasını istisna etməlidir.

6.7. Attraksionların idarəetmə sistemləri xəbərdaredici siqnalizasiya vasi­tələrini və attraksionun fəaliyyətinin təhlükəli vəziyyətlərin yaranmasına gətirib çıxaran pozuntuları haqqında xəbərdar etmək üçün digər vasitələri ehtiva etməlidir.

6.8. Attraksionun fəaliyyətinin pozuntuları haqqında xəbərdarlıq vasitələri operator tərəfindən informasiyanın səhvsiz, dəqiq və tez qavranmasını təmin etməlidir.

6.9. Attraksionun işə salınması, eləcə də dayandırılıqdan sonra təkrar işə salınması (dayanma səbəbindən asılı olmayaraq) yalnız idarəetmə orqanı tərəfindən işə­salmadan istifadə etməklə həyata keçirilməlidir. Təhlükəsizlik mülahizəsinə görə zəruri olduğu halda, attraksion onun hərəkətə başlamasından öncə operator tərə­findən işə salınan xəbərdaredici səs siqnalı ilə təchiz edilir.

6.10. Qəza dayanmasının idarəetmə qurğusu aşağıdakı tələblərə cavab verməlidir:

6.10.1. Asanlıqla eyniləşdirilən və asan əlçatan olmalıdır;

6.10.2. Attraksionu tez dayandırmalı və bu zaman təhlükə yaratmamalıdır;

6.10.3. İşə salındıqdan sonra məcburi şəkildə ilkin vəziyyətə qaytarılmayana qədər dayanmaya uyğun vəziyyətdə olmalıdır;

6.10.4. İlkin vəziyyətə qaytarıldıqdan sonra attraksionun işədüşməsinə gətirib çıxar­mamalıdır;

6.10.5. Qırmızı rəngli olmalı, formasına və ölçülərinə görə digər idarəetmə orqan­larından fərqlənməlidir.

6.11. Seçilmiş idarəetmə rejimi qəza dayanması istisna olmaqla, digər ida­rəetmə rejimlərinə nisbətdə prioritetə malik olmalıdır.

6.12. Elektrik təchizatının tam və ya qismən dayanması və sonradan bərpa olunması, eləcə də elektrik təchizatının idarəetmə zəncirinin zədələnməsi aşağıdakılar da daxil olmaqla, təhlükəli vəziyyətlərin yaranmasına gətirib çıxarmamalıdır:

6.12.1. Elektrik təchizatının bərpa olunduğu halda attraksionun özbaşına işə­düşməsi;

6.12.2.Artıq verilmiş dayanma komandasının yerinə yetirilməməsi;

6.12.3.Qoruyucu qurğuların effektivliyinin azalması.

6.13. Attraksionların, sərnişin modullarının və çəpərlərin əlçatan hissələrində zədələrə səbəb ola biləcək iti kənarlar və nahamar səthlər olmamalıdır.

6.14. Attraksionların hərəkət edən hissələri insanların hərəkət edən hissələrlə mümkün zədələnməsi zonalarına düşməsinin qarşısını alan çəpərlərlə təchiz edil­məlidir.

6.15. Attraksionun bütün çəpərləri çəpərlənən zonaya girişin yalnız alətlərdən istifadə etməklə mümkün olması üçün etibarlı şəkildə bərkidilməlidir. Çəpərin qapıları bağlayıcı qurğularla təchiz edilməlidir.

6.16. Attraksionun yüksək və ya aşağı temperaturlu detalları və ya onun ava­danlığı ilə təmas və ya onlara yaxınlaşma nəticəsində yaranmış təhlükənin aradan qaldırılması üçün tədbirlər görülməlidir.

6.17. Attraksionlar elə layihələndirilməlidir ki, qanunvericilik ilə müəyyən edil­miş yanğın təhlükəsizliyi tələblərinə müvafiq olaraq attraksionun avadanlığının işi nəticəsində yaranmış yanğın və ya həddindən artıq qızma təhlükəsi olmasın.

6.18. Attraksionların layihələndirilməsi zamanı onların istismarı prosesində təhlükəsizliyi təmin edən səs-küy (səs), infrasəs, ultrasəs, ümumi və (və ya) lokal vibrasiya, elektrik, maqnit, elektromaqnit və elektrostatik sahələr, eləcə də infraqırmızı (istilik), ultrabənövşəyi və lazer şüası da daxil olmaqla, görünən diapazonlu şüalarla bağlı gigiyenik parametrlərə (göstəricilərə) riayət olunması nəzərdə tutulmalıdır. Təsir növləri hər bir konkret attraksion üçün potensial risklərin təhlili əsasında müəyyən edilir.

6.19.  Attraksionda lazer avadanlığının istifadə edildiyi halda, bu cür avadanlıq təsadüfi şüalanmanın qarşısını alacaq və birbaşa, əks olunmuş, səpələnmiş və ikincili şüalardan müdafiəni təmin edəcək şəkildə layihələndirilməli və istehsal edilməlidir.

6.20. Attraksionların layihələndirilməsi zamanı personalın və sərnişinlərin ionlaşmayan şüanın, statik elektrik, sabit maqnit sahələrinin, sənaye tezlikli elektro­maqnit sahələrinin, radiotezlik və optik diapazonlu elektromaqnit şüalarının əlverişsiz təsirindən müdafiəsi üçün tədbirlər görülməlidir.

6.21. Attraksionların layihələndirilməsi zamanı risklər aşağıdakı tədbirlərin tətbiqi yolu ilə tam aradan qaldırılmalı və ya minimuma endirilməlidir:

6.21.1. Kompleks elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçiril­mə­sinin təmin edilməsi;

6.21.2. Müəyyən edilmiş qaydada verifikasiya edilmiş metodikalara əsaslanmış zəruri hesablamalar və sınaqlar kompleksinin həyata keçirilməsi;

6.21.3. İstismar parametrlərindən və şərtlərindən asılı olaraq ayrı-ayrı attraksion növlərində tətbiq edilən materiallar və maddələrin müəyyən edilməsi;

6.21.4. Layihəçi (işləyib hazırlayan) tərəfindən son hədd vəziyyətlərin əsas­landırılmış meyarlarının müəyyən edilməsi;

6.21.5. Layihəçi (işləyib hazırlayan) tərəfindən təyin edilmiş xidmət müddətlərinin, təyin edilmiş resursların, texniki xidmət, təmir və utilizasiya müddətlərinin müəyyən edilməsi;

6.21.6. Yolverilməz istifadəsinin qarşısını alan tələblərin müəyyən edilməsi;

6.21.7. Müsafirlərin attraksionun ekstremallığı və biomexaniki təsiri haqqında əlçatan və anlaşılan şəkildə məlumatlandırılması zərurətinin nəzərə alınması;

6.21.8. Ayrı-ayrı kateqoriyalardan olan şəxslər üçün attraksionun istifadəsinin məhdudlaşdırılması;

6.21.9. Sərnişinlər və konstruksiyaya normativ yüklər və təsirlərin lazımi seçimi;

6.21.10. Attraksionun sərnişinlərin saxlanması qurğularının lazımi şəkildə layihə­ləndirilməsi;

6.21.11. Konstruksiyaların və idarəetmə sistemlərinin lazımi şəkildə layihə­lən­diril­məsi və hazırlanması, o cümlədən, kritik parametrlərin, kritik komponentlərin aşkar­lanması və kritik komponentlərin rezerv edilməsi;

6.21.12 Attraksionların qəza dayanması üçün qurğularla (zəruri olduqda) və təxliyə vasitələri ilə təmin edilməsi;

 6.21.13. Attraksionun qovşaq və detallarının baxış, təmir və texniki xidmət üçün əlçatanlığının təmin edilməsi;

 6.21.14. Attraksionun idarəetmə təhlükəsizliyini təmin edən operatorlar üçün müvafiq iş şəraitinin və operatorun iş yerindən kifayət qədər görüntüsünün yara­dılması;

 6.21.15. İstismarçı üçün attraksionların qeyri-düzgün quraşdırılma (yığılma, montaj), nizamlama, texniki xidmət və istismar risklərinin istisna edilməsi məqsədi ilə istismar sənədlərinin işlənib hazırlanması və istifadəsi;

6.21.16. Sərnişinlər və personalın mümkün təxliyə üsulları və yollarının təşkil edilməsi.

6.22. Attraksionların layihələndirilməsi zamanı aşağıdakılar zəruridir:

6.22.1. Mexanikləşdirilmiş attraksionların konstruksiyasının onların xarici enerji mənbəyi ilə hərəkət gətirilməsi nəticəsində zərər vura biləcək xüsusiy­yətlərini nəzərə almaq;

6.22.2. Sürətlənmə və inersiya qüvvələrinin təsiri nəzərə alınmaqla sərnişinlərin irəli və fırlanan hərəkətli mexanikləşdirilmiş attraksionlarla hərəkət xarakterini nəzərə almaq;

6.22.3. Hava ilə doldurulan attraksionların küləyin təsiri altında aşma təhlükəsindən ibarət potensial biomexaniki risklərini, yağış zamanı elektrik cərəyanı ilə vurma risk­lərini, uşaqların dəliklərə, boşluqlara, yarıqlara və tunellərə düşməsi zamanı zədə alma risklərini nəzərə almaq;

6.22.4. Sərnişinlərə yolverilməz sürətlənmənin təsirini istisna etmək;

6.22.5. Sərnişinlərin hərəkəti, eləcə də etibarlı idarəetmə sisteminin və attraksionun əyləc sistemi üçün kifayət ölçülü təhlükəsizlik konturlarının yaradılmasını təmin etmək;

6.22.6. Attraksionların komponentlərinin bərkidilmə və birləşmələrinin etibarlılığını təmin etmək;

6.22.7. Sərnişin modullarının hərəkəti və gözlənilməz tormozlanmaları zamanı risk zonalarını nəzərə almaq. Zədələrin ağırlıq dərəcəsi nəzərə alınmaqla bu cür zonaların ölçüləri sərnişinlərin antropometrik məlumatlarından, fiksasiya sistemlərindən və nisbi hərəkət sürətindən asılıdır. Qeyd edilən risklərin azaldılması məqsədi ilə müvafiq zonanın çəpərlənmə sahələrinin artırılması və ya risklərin təhlili əsasında müvafiq məsafədə maneələrin aradan qaldırılması üçün tədbirlərin nəzərdə tutulması zəruridir.

6.23. Attraksionların layihələndirilməsi zamanı imtinaların növləri, nəticələri və kritikliyinin təhlili aparılmalı və aşkarlanmış risklərə müvafiq olaraq imtinanın nəticə­lərindən asılı olaraq onların təsnifatını həyata keçirmək lazımdır:

6.23.1.Sərnişinlərin ölümünə və ya attraksionun qəzasına səbəb ola biləcək qəza riski;

6.23.2.Sərnişinlərin ağır zədələrinə və ya attraksionun böyük zədəsinə gətirib çıxara biləcək kritik risk;

6.23.3.Sərnişinlərin yüngül travmalarına və ya əmlakın zədələnməsinə səbəb ola biləcək cüzi risk;

6.23.4.Sərnişinlərin travmasına və ya əmlakın zədələnməsinə gətirib çıxara biləcək kifayət qədər ciddi olan əhəmiyyətsiz risk.

6.24. Risklərin konstruksiyanın qarşılıqlı əlaqəli hissələrinə təsirinin ardıcıl yoxlanması ilə onların aradan qaldırılması və ya minimuma endirilməsi üçün tədbirlər görmək.

6.25. Attraksionların layihələndirilməsi zamanı “sərnişin kreslosundan – attrak­sio­nun əsasına doğru” ardıcıllıqla aşağıdakı kritik komponentlərin təhlil edilməsi zəruridir:

6.25.1. Fiksasiya edici qurğular, oturacaq yerləri, bağlayıcı qurğular, bərkidilmə yer­ləri, qoltuqaltılar, söykənəcəklər, təhlükəsizlik kəmərləri (təsir göstərən sürətlənmə istiqamətləri və kəmiyyətləri nəzərə alınmaqla), o cümlədən, sərnişinlərin yıxılması və ya zədə almasının qarşısını alan istifadə qaydalarının bilərəkdən pozulduğu halda;

6.25.2. Sərnişin modulları (sərnişinlərin çəkisi, bütün dinamik yüklərin yaratdığı yekun­­laşdırıcı qüvvələrin təsiri nəzərə alınmaqla) və onların hərəkət istiqa­mətlən­diricilərinə və (və ya) digər sərnişin modullarına etibarlı bərkidilməsi;

6.25.3. Bloklayıcı, əyləc və müdafiə qurğuları (onlara təsir göstərən bütün amillər nə­zərə alınmaqla);

6.25.4. İstiqamətləndirici qurğular və onların bərkidilməsi;

6.25.5. Attraksionun əsas daşıyıcı konstruksiyaları;

6.25.6.Təhlükəsizlik konturuna düşə biləcək yerdəyişən mexaniki hissələr.

6.26. Attraksionların layihələndirilməsi zamanı kritik komponentləri və məhdud resursa malik komponentləri aşkarlamaq, onları kritik komponentlər siyahısına və istis­mar sənədlərinə əlavə edilən məhdud resurslu komponentlər siyahısına daxil etmək, eləcə də qeyd edilən siyahıları layihə-konstruktor sənədləri ilə birlikdə isteh­salçıya təqdim etmək lazımdır.

6.27. Kritik komponentlər rezerv olunmalı, ehtiyat element əsas elementin yük­lənmə xarakteri və şərtləri nəzərə alınmaqla, ondan az olmayan etibarlılığa malik olmalıdır.

6.28. Əvəzləmə üsulu ilə rezervasiyanın mümkün olmadığı halda, bu kritik kom­­ponentin (attraksionun hissəsinin) bütün elementlərində hesablama gərginliklərin kifayət qədər azaldılması ilə təmin edilir. Bu zaman kritik komponentin dağıtmaya nə­zarət üsulu və dövriliyi göstərilir. Hesablamalar zamanı etibarlılıq əmsalının ən böyük qiymətlərinə istismar prosesində birbaşa nəzarət üçün əlçatan olmayan ele­mentləri malik olmalıdır.

6.29. Attraksionlarda elektrik enerjisinin istifadə edildiyi halda, o elektrik enerjisi ilə vurulma təhlükəsinin istisna ediləcəyi şəkildə layihələndirilir.

6.30. Attraksionlarda qeyri-elektrik enerjisinin (hidravlik və ya pnevmatik) istifa­də edildiyi halda, o elə layihələndirilir ki, bu enerji növləri ilə bağlı istənilən təhlükə aradan qalxsın. Boru kəmərləri nəzərdə tutulmuş yüklərə davam gətirməli, etibarlı şəkil­də fiksasiya olunmalı və xarici mexaniki təsirlərdən müdafiə olunmalıdır. Boru kəmərlərinin dağılması, gözlənilmədən yerdəyişməsi zamanı təhlükəli nəticələrdən və onların mümkün dağılması zamanı yüksək təzyiqli şırnaqlardan müdafiə üçün tədbirlər görülməlidir.

6.31. Uşaqlar üçün attraksionlar 4 nömrəli əlavəyə əsasən təhlükəsizlik tələb­lərinə, mexanikləşdirilməmiş su attraksionları isə 5 nömrəli əlavəyə əsasən təhlükəsizlik tələblərinə müvafiq olmalıdır.

6.32. Layihəçi (işləyib hazırlayan) attraksionun bu texniki reqlamentin tələb­lərinə uyğunluğunun təsdiq edilməsi məqsədi ilə attraksion layihəsinin təhlükəsizliyinin əsaslandırılmasını işləyib hazırlayır.

6.33. Attraksion layihəsinin təhlükəsizliyinin əsaslandırılmasının əsli layihə­çidə, surəti isə akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlarında təyin edilmiş xidmət müddəti bitənədək saxlanılır. Təyin edilmiş xidmət müddətinin uzadıldığı halda və ya attraksion layihəsinin təhlükəsizliyinin əsaslandırılmasının modifi­kasiyasından sonra dəqiq­ləşdirilməlidir.

6.34. Attraksion layihəsinin təhlükəsizliyinin əsaslandırılması aşağıdakıları ehtiva edir:

6.34.1. Attraksionun, konstruksiyanın əsas hissələrinin və attraksionun iş prinsip­lərinin təsviri, attraksionun əsas texniki xarakteristikaları haqqında, mexaniki, pnev­matik, hidravlik, elektrik və elektron avadanlığın (idarəetmə sistemləri daxil olmaq­la) və digər istifadə edilən avadanlığın xarakteristikaları haqqında məlumatlar, eləcə də attraksionun spesifik xüsusiyyətləri və onun quraşdırılması (yığılma, montaj) üsulları, qabarit ölçüləri və bu ölçülərdən kənara çıxan yerdəyişmələr haqqında, məhdu­diyyətlər, konstruktiv xüsusiyyətlər və istifadə olunmuş materiallar, hərəkət sistemləri, ötürücü tipləri, sürətlər, sürətləndirmələr, elektrik avadanlığı, iş dövrəsi, idarəetmə qaydası və ayrı-ayrı müsafirlər üçün məhdudiyyətlər haqqında informasiya;

6.34.2. Attraksionun potensial biomexaniki risklərinin təhlili (Potensial biomexaniki riskin dərəcəsi, biomexaniki təsirlər (hərəkətlər, fırlanmalar və s.) nəticəsində cazibənin istifadəçisinə (sərnişinə) zərər vurma ehtimalı.) və onun barəsində həyat dövrəsi mərhələsində risklərin azaldılması üçün tədbirlərin görülməli olduğu kritik komponentləri və kritik parametrlərinin siyahısı;

6.34.3. Təhlükəsizlik tələblərinin təmin edilməsi üçün əhəmiyyətə malik olan qurğu­ların ölçüləri göstərilməklə çertyojlar. Çertyojlarda onların yoxlanması və təsdiq edil­məsi üçün tələb olunan en kəsiklərinin bütün ölçüləri və qiymətləri, materialların, yığım vahidlərinin və detalların, bərkitmələr və birləşmələrin xarakteristikaları, eləcə də əsas sürətlər və sürətləndirmələrin qiymətləri göstərilir. Attraksionun çertyojlar komplektinə aşağıdakılar daxil edilir:

- ümumi ölçülər, daxili ölçülər (oturacaqların, yan və arxa dayaqların, əl və ayaqlar üçün sahənin), əl və ayaqlar üçün dayaqların, bağlayıcı və qoruyucu qur­ğuların, tutacaqların olması göstərilməklə sərnişin modullarının çertyojları (tələb olunan şəkildə və en kəsiklərində);

- dayaqları, ötürücüləri və idarəetmə sistemləri, qaldırma və döndərmə ampli­tudaları göstərilməklə qaldırıcı və döndərici mexanizmlərin çertyojları;

- yüklər göstərilməklə, ötürücü təkərlər və təhlükəsizlik qurğularının, diyircəkli yastıqların, oxların, valların, onların birləşmələrinin və sərnişin moduluna nisbətən yerdəyişmə mümkünlüyünün, idarəetmə və nəzarət qurğularının, diyirlənməyə qarşı qurğular, relsdən çıxma və aşmadan qoruyan qurğuların, bamperlərin, qoruyucu qurğuların, ötürücülər və əyləclərin, özüldəki bərkidilmələrin ətraflı təsviri ilə hərəkət mexanizmlərinin çertyojları;

-  elektrik (elektron), pnevmatik və hidravlik avadanlığın sxemləri;

6.34.4. Ölçülər, materiallar və kritik parametrlər, eləcə də son hədd vəziyyətlərin təhlil nəticələri göstərilməklə kritik komponentlərin çertyojları və hesablamaları. Yüklər və təsirlər bu texniki reqlamentin uyğun olmalı və təhlükəsizliyi təmin etməlidir. Qaynaq birləşmələrinin tikişlərinin hesablanması kəsiklərin kəskin dəyişməsi yerlərində gərgin­liyin konsentrasiyası əmsallarını tətbiq etməklə onların yorğunluq möhkəmliyinin təmin edilməsi nəzərə alınmaqla həyata keçirilir;

6.34.5. Əsas hərəkətverici qüvvələr, kütlələr, küləyin sürəti, dayaqlar üçün altlıqlar, texniki nəzarətin həyata keçirilməsi üçün zəruri olan bütün gərgin sahələr haqqında məlumatlar göstərilməklə daşıyıcı konstruksiyaların möhkəmlik və etibarlılığının hesablamalarının əsas nəticələri və yekunları;

6.34.6. 400 və daha çox şərnişin üçün nəzərdə tutulmuş qapalı binalar üçün hesab­lamaların yoxlanması ilə ehtiyat çıxışların və onların ölçülərinin təsviri ilə planlar, yanğın zamanı xüsusi təlimatlar;

6.34.7. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə uyğun olaraq “istinad standartlarının” siyahısı və qeyd edilən standartların tətbiq edilmədiyi halda – texniki reqlamentin tələblərinin gerçəkləşdirilməsinə yönəldilmiş qərarların təsviri;

6.34.8. Quraşdırılmış attraksionun sınaqlar proqramı və metodikası;

6.34.9. Ştatdan kənar vəziyyətlərin yarandığı halda, sərnişinlərin attraksiondan təxliyəsinə dair təlimat.

6.35. Attraksionların layihələndirilməsi zamanı aşağıdakıları ehtiva edən istismar sənədləri işlənib hazırlanır:

6.35.1. Attraksionun pasportu və ya formulyarı;

6.35.2. Attraksionun istismarına dair rəhbər sənəd;

6.35.3. Attraksionun texniki xidməti və təmirinə dair rəhbər sənəd;

6.35.4. Ehtiyat hissələrin və ləvazimatların siyahısı;

6.35.5. Attraksionun quraşdırılması (yığılması, montajı), işə salınması, tənzim­lən­məsi və sınaqdan çıxarılmasına dair təlimat;

6.35.6. Attraksionun daşınması və saxlanmasına dair təlimat;

6.35.7. Attraksionun istismardan çıxarılması və utilizasiyasına dair təlimat;

6.35.8. Bu bəndin 2-ci və 3-cü yarımbəndləri ilə nəzərdə tutulmuş sənədlərə müvafiq olaraq attraksionun istismarı və texniki xidmətinin uçot jurnalları (istismar və texniki xidmətə dair tələblərin yerinə yetirilməsinin uçotunu təmin edən məlumatlar göstəril­mək­lə).

6.36. RB-1 və RB-2 potensial biomexaniki risk dərəcələrinə malik attrak­sion­ların uyğunluğunun qiymətləndirilməsi və texniki vəziyyətinə nəzarət təd­birlərinin keçirilməsi üçün məzmunu 6 nömrəli əlavədə verilmiş attraksion formulyarı (ayrıca sənəd şəklində) rəsmiləşdirilir.

6.37. RB-3 potensial biomexaniki risk dərəcəsinə malik attraksionlar üçün məzmunu 7 nömrəli əlavədə verilmiş attraksion pasportu rəsmiləşdirilir.

6.38. İstismara dair təlimat aşağıdakıları ehtiva etməlidir:

6.38.1. Attraksionun işinin təsviri, o cümlədən, əsas sistemlərin, mexanizmlərin, idarəetmə sistemlərinin və onların işinin ətraflı təsviri;

6.38.2. Bir sərnişin modulunda və (və ya) ümumilikdə attraksionda sərnişinlərin maksimal miqdarı çəkisinin göstərlilməsi;

6.38.3. İstismara verilmə, istismarın dayandırılması prosedurlarına, eləcə də tex­niki səbəblərdən boşdayanmaya və təkrar istismara verilmə prosedurana dair tələblər;

6.38.4. Fövqəladə hallarda fəaliyyətə dair tələblər də daxil olmaqla, içində sərni­şinlər olan attraksionun istismarını həyata keçirən operatorların iş qaydası;

6.38.5. Attraksionun biomexaniki təsirinin yolverilməz olduğu halda müsafirlər üçün attrak­siondan istifadə qaydaları, eləcə də əlil sərnişinlərə xidmət qaydaları;

6.38.6. Sərnişinlər tərəfindən sağlamlıq vəziyyətinə, yaşına, boyuna və çəkisinə görə (zəruri olduqda) attraksiondan istifadənin məhdudlaşdırılmaısna dair infor­ma­si­ya;

6.38.7. Sərnişinlərin böyük hündürlükdən və ya yerə münasibətdə böyük mailliyə malik kreslolardan qəza təxliyə üsulları;

6.38.8. Attraksionun istismarının yolverilməz olduğu hava şəraitinin təsviri;

6.38.9. İçində sərnişinlər olan attraksionun təhlükəsiz istismar qaydaları, attrak­sionun sərnişinlərlə yüklənmə sxemləri (zəruri olduqda);

6.38.10. Kritik komponentlərlə və kritik parametrlərlə münasibətdə gündəlik yoxla­maların aparılma qaydası.

6.39. Texniki xidmət və təmirə dair rəhbəredici sənəd aşağıdakıları ehtiva etməlidir:

6.39.1. Kritik komponentlərin və kritik parametrlərin siyahısı, məhdud resurslu hissələrin siyahısı və onların əvəz edilmə qrafiki, texniki xidmət və təmirin həyata keçirilməsi üçün zəruri olan əsas ölçüləri, prinsipial elektrik, hidravlik, pnevmatik sxemləri əks etdirən yığılma çertyojları və şəkilləri;

6.39.2. Attraksionun açılışından öncə və işi başa çatdıqdan sonra attraksionun gündəlik texniki vəziyyətinin yoxlanması prosedurunun təsviri;

6.39.3. Attraksionların ayrı-ayrı hissələrinin yığılması, sökülməsi, tənzimlənməsi və yağlanması qaydası, onların dövriliyi və tətbiq edilən sərfiyyat materialları;

6.39.4. Məzmunu və texniki tələbləri ətraflı şərh edilməklə texniki xidmət və təmir növlərinin siyahısı;

6.39.5. Elektrik avadanlığının texniki xidməti və təmirinə dair tövsiyələr;

6.39.6. Layihəçinin təsdiqi olmadan istismarçı və ya üçüncü şəxs tərəfindən modifi­kasiyaya qadağa;

6.39.7. Komponentlərin modifikasiyasının aparılması qaydası və şərtləri (yalnız layihəçinin göstərişi ilə və (və ya) onunla razılaşdırılmaqla).

6.40. İstismardan çıxarılma və utilizasiyaya dair təlimatlar aşağıdakıları əks etdirməlidir.

6.40.1. Attraksionun istismardan çıxarılma qaydası;

6.40.2. Tərkibində təhlükəli maddələr olan elektron komponentlərin və ayrı-ayrı hissələrin utilizasiya xüsusiyyətlərini nəzərə almaqla, ayrı-ayrı hissələrin təhlükəsiz utilizasiya qaydası.

6.41. Attraksionun istismar sənədləri Azərbaycan dilində və qanun­veri­ciliyində müvafiq tələblərin olduğu halda, attraksionun istismar edildiyi dövlətin dövlət dilində (dillərində) icra edilir. İstismar sənədləri kağız daşıyıcılarda icra edilir (zəruri olduğu halda, onlara istismar sənədlərinin elektron daşıyıcılarda komplekti əlavə edilə bilər).

7. Attraksionların istehsalı zamanı təhlükəsizlik tələbləri

7.1. Attraksionların istehsalı zamanı onların layihə-konstruktor sənədlərinə uyğunluğu təmin edilməlidir.

7.2. Attraksionların komponentləri və detallarının hazırlanması üçün yalnız layihə-konstruktor sənədləri ilə nəzərdə tutulmuş konstruksiya materiallarından isti­fadə edilməlidir. Konstruksiya materiallarının layihəçi ilə razılaşdırılmadan əvəz edil­məsinə icazə verilmir.

7.3. Xüsusi diqqət qaynaq birləşmələrinə və kritik komponentlər üçün seçilmiş materialların qaynaq edilə bilməsinə yetirilməlidir.

7.4. Bərkidici məmulatlar layihəçi tərəfindən müəyyən edilmiş etibarlılıq tələblərinə uyğun olmalıdır.

7.5. Attraksionun təhlükəsizliyinin asılı olduğu materiallar, detallar, qurğular və hissələr texnik tələblərə, hesablama xarakteristikalarına və texniki reqlamentin digər qüvvəyə minmiş reqlamentlərinin onlara şamil olunan təhlükəsizlik tələblərinə uyğun olmalıdır.

7.6. Kritik komponentlər onların sonradan eyniləşdirilməsi mümkünlüyünün təmin edilməsi üçün dəqiq və aydın olmalı və baxış üçün əlçatan yerdə yerləşməli olan istehsalçı və ya podratçının nişanlanmasına malik olmalıdır.

7.7. Kritik komponentlər üçün tədarük edilən bütün materiallar və komp­lektləşdiricilər zəruri sənədləri rəsmiləşdirməklə giriş nəzarətindən (verifikasiyadan) keçməlidirlər.

7.8. İstehsal prosesində istər istehsalçının özü, istərsə də onun tədarükçüləri tərəfindən istehsal edilmiş materiallara (sərfiyyat materialları da daxil olmaqla) və komponentlərə nəzarət həyata keçirilməlidir.

7.9. Layihə-konstruktor sənədlərində kritik komponentlər üçün onların isteh­salı prosesində sınaqların keçirilməsinin zəruri olduğunun göstərildiyi halda, istehsalçı onların həyata keçirilməsini təmin etməlidir.

7.10. Layihə-konstruktor sənədlərinin yoxlanması zamanı və ya texniki tələblərdə bu detallar və ya qovşaqların təhlükəsizliyin təmin edilməsi üçün vacib olmasının və onlar üçün sınaqların zəruri olduğunun göstərildiyi halda, istehsalçı bu sınaqların keçirilməsini təmin etməlidir.

7.11. Dağıdıcı olmayan nəzarət attraksionun layihələndirilməsi zamanı forma­laşdırılmış və layihə-konstruktor sənədləri ilə birlikdə istehsalçıya təqdim edilmiş kritik komponentlərin siyahısı ilə nəzərdə tutulmuş kritik komponentlər və element birləş­mələri ilə bağlı tətbiq edilməlidir.

7.12. İstehsalçı hər bir material və hər bir komponent üçün əsas təhlükəsizlik xarakteristikalarının və keyfiyyət göstəricilərinin layihə-konstruktor sənədlərində gös­tə­rilmiş tələblərə uyğunluğunu təmin etməli və müvafiq istehsal prosedurları nəzərdə tutmalıdır.

7.13. Attraksionun konstruksiyasında istifadə edilən zəncirlər, polad kanatlar, tekstil kanatlar və lentlər aşağıdakı informasiyanı özündə əks etdirən şəhadətnaməyə malik olmalıdır:

7.13.1. İstehsalçının adı və onun yerləşmə yeri (ünvanı);

7.13.2. Zəncirin, polad kanatın, tekstil kanatın və ya lentin nominal ölçü, konst­ruksiya və material haqqında məlumatları özündə əks etdirən marka;

7.13.3. Sınaqların istifadə olunmuş həyata keçirilmə metodu;

7.13.4. Minimal qırılan (və ya dağıdan) yük.

7.13.5. Zəncirin, kanatın və ya lentin yığma vahidi olmayan hər bir hissəsi üzərinə vurulmuş nişanlanmaya, bunun mümkün olmadığı hallarda isə - istehsalçının adı və onun yerləşmə yeri (ünvanı) göstərilməklə lövhəcik və ya çıxarıla bilməyən halqaya malik olmalıdır.

7.14. Bu texniki reqlamentin 7.13-cü bəndində göstərilmiş şəhadətnamə formasını Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təsdiq edir.

7.15. İstehsalçı attraksionun bütün metal hissələrinin korroziyadan, taxta hissələrinin çürümədən, attraksionun şüşə-plastik və polimer materiallarının köhnəl­mədən layihəçi tərəfindən göstərilmiş müdafiə üsulunu təmin etməlidir. İstismar zamanı bu cür hissələrin yoxlanma dövriliyi istismar sənədlərində göstərilməlidir. Konstruksiya poladından içiboş seksiyaların istifadəsi zamanı daxili korroziyanın qarşısının alınması zərurəti nəzərə alınmalıdır.

7.16. Attraksionların metal konstruksiyalarının kritik komponentlərinin, o cümlədən, dəyişən yükləri qəbul edən qaynaq birləşmələri onların təhlükəsizliyini təmin etməlidir.

7.17. Hər bir attraksionda istehsalçının aşağıdakı məlumatları ehtiva edən məlumat lövhəciyi quraşdırılmalıdır:

7.17.1. İstehsalçının və (və ya) satıcının (tədarükçünün) adı və yerləşmə yeri;

7.17.2. Attraksionun adı və (və ya) işarəsi (modelin tipi (nömrəsi));

7.17.3. Məmulatın zavod nömrəsi;

7.17.4. İstehsal ayı və ili.

7.18.Texniki reqlamentin 7.17-ci bəndində göstərilmiş informasiya lövhə­ciyindəki məlumatlar attraksionun bütün xidmət müddəti ərzində aydın və yaxşı görünən təsviri təmin edən istənilən üsulla vurula bilər. Lövhəcik dövlət dilində və ya qanunvericiliyində müvafiq tələblərin olduğu halda, attraksionun quraşdırıldığı dövlətin dövlət dilində (dillərində) tərtib edilməlidir.

8. Attraksionların  təhlükəsiz quraşdırılması (yığılması, montajı) və tənzimlənməsinin təmin edilməsi 

8.1. Attraksionun quraşdırılması (yığılması, montajı) zamanı təhlü­kə­sizliyin təmin edilməsi üçün istismara verilməzdən öncə aşağıdakı tələblər yerinə yetiril­məlidir:            

8.1.1. Attraksionun quraşdırılması (yığılması, montajı) quraşdırılmaya (yığıl­maya, montaja), işəsalmaya, tənzimləməyə və sınaqdan keçirilməyə dair təlimata və quraşdırılmaya (yığılmaya, montaja), nizamlamaya və tənzim­ləməyə dair göstərişləri ehtiva edən digər istismar sənədlərinə müvafiq olaraq həyata keçirilir;

8.1.2. İstismarçı və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs əmin olmalıdır ki, attraksion, istismar sənədlərində olan göstərişlərə əsasən bu məqsəd üçün münasib olan sahədə yerləşir. Əmin olmaq lazımdır ki:

- qrunt attraksionun yükünə təhlükəsiz davam gətirə bilər;

- meydança attraksionun quraşdırılması (yığılması, montajı) formulyarına və təlimatına müvafiq olaraq attraksionun təhlükəsiz quraşdırılması (yığılması, montajı) və istismarı üçün kifayət qədər yastı, hamar və möhkəmdir.

- attraksionun quraşdırılmasından (yığılmasından, montajından) sonra qrunt, xüsusi olaraq, əlverişsiz hava şəraitində daşıyıcı qabiliyyətinin pisləş­məməsinə əmin olmaq üçün müntəzəm olaraq yoxlanmalıdır. Attraksionun altındakı meydança attraksiona qrunt sularının təsir riskinin olduğu halda drenajla təchiz edilməlidir;

8.1.3. İstismarçı, zəruri olduqda müvafiq orqanın tövsiyələrini nəzərə almaqla, attraksionun quraşdırılması (yığılması, quraşdırılması) və ya istismarı zamanı təhlükə yarada biləcək yeraltı kommunikasiyaların və ya hava xətlərinin yerini müəyyən etmə­lidir. Kommunikasiyanın personal və ya müsafirlər üçün təhlükə mənbəyi ola biləcəyi halda bu cür təhlükənin qarşısının alınması üçün və ya münasib və lazımi şəkildə yerləşdirilmiş baryerlərdən istifadə vasitəsilə və ya digər üsulla bütün məq­sədəuyğun və mümkün ehtiyat tədbirləri görülməlidir.

- Qruntda dirəklər və ya payaların quraşdırılması və yaxud səngər və ya çuxurların qurulması işlərinin aparılması zamanı yeraltı kommunikasiyaların zədələnməməsi təmin edilməlidir. Bu cür işlərə başlamazdan öncə yeraltı kommunikasiyaların olmasının əvvəlcədən müəyyən edilmədiyi halda, kom­munikasiyaların aşkarlanmasının xüsusi metodları tətbiq edilməlidir;

8.1.4. Attraksionların quraşdırılması zamanı istismarçı aşağıdakı prinsipləri rəhbər tutmalıdır:

- attraksionun küləyin təsiri altında qruntdan təhlükəli ayrılması ehtimalı nəzərə alınmalıdır;

- attraksionlar elə yerləşdirilməlidirlər ki, müsafirlər müəyyən edilmiş yerlərdə hər bir attraksiona təhlükəsiz girişə və ondan təhlükəsiz çıxışa malik olsunlar, fövqəladə hallarda təhlükəli tıxaca səbəb ola biləcək dar keçidlər olmasın;

- giriş yollarında attraksionlar və attraksionların yardımçı qurğular arasında və onların üzərində qəza xidmətlərinin nəqliyyat vasitələri üçün girişi, eləcə də, stasionar yanğın hidrantlarına girişi (o cümlədən, müsafirlərin təxliyəsi zamanı) təmin etmək üçün kifayət qədər məsafə nəzərdə tutulmalıdır;

- qonşu attraksionlar, qurğular və ya məşğul olan digər zonalar arasında yanğın zamanı alovun yayılması riskini minimuma endirmək üçün kifayət qədər məsafə olmalıdır;

- attraksionların kəsişdiyi və ya bir birinin içindən keçdiyi halda, minimum hər bir attraksion üçün təhlükəsizlik konturları tətbiq edilməlidir. İstismarçı istər sərnişinlərin, istərsə də digər müsafirlərin təhlükəsizlik konturlarına riayət olunmasını təmin etməlidir;

- uşaqlar üçün jetonla işləyən attraksionlar üçün onlar arasında məsafə təhlükəsizlik konturlarına riayət olunması şərti ilə dəyişə bilər;

8.1.5. Attraksionun özül üzərində quraşdırıldığı (yığıldığı, montajı) halda, özülün təhlükəsizliyi attraksionun quraşdırılmasına (yığılmasına, montajına) başla­mazdan öncə təsdiq edilməlidir. Özüllər tikinti sahəsində qanun­vericili­yinin tələblərinə uyğun olmalıdır;

8.1.6. Attraksionların özülsüz quraşdırıldığı halda, attraksionun işi zamanı attrak­sio­nun yerdəyişməsi və ya aşmasına gətirib çıxarmalı olmayan dinamik yüklər nəzə­rə alınmalıdır;

8.1.7. Attraksionun quraşdırılması (yığılması, montajı) işləri sona çatdıq­dan sonra istehsalçının tövsiyələrinə müvafiq olaraq onun nizamlanması və tənzimlənməsi həyata keçirilməlidir.

8.2. Attraksionların istismara verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

9. Attraksionların istismarı zamanı təhlükəsizlik tələbləri

9.1.  Attraksionların istismarı zamanı:

9.1.1. İstismar sənədlərinin tələbləri yerinə yetirilməli, müvafiq jurnallar aparılmalı;

9.1.2. Attraksiona girişin qarşısında müsafirlər üçün attraksiondan istifadə qaydaları, eləcə də attraksionun biomexaniki təsirinin yolverilən olduğu əlil sərnişinlərə xidmət qaydaları yerləşdirilməli;

9.1.3. Attraksiona girişin qarşısında sağlamlıq vəziyyətinə, yaşa, boya və çəkiyə görə attraksiondan istifadənin məhdudlaşdırılması (istismar sənədləri ilə nəzərdə tutulduğu halda) haqqında məlumat yerləşdirilməlidir. Məlumat Azərbaycan dilində  və dövlət qanunvericiliyində müvafiq tələblərin olduğu halda, attraksionun quraşdırıldığı dövlətin dövlət dilində (dillərində) tərtib edilməlidir;

9.1.4. Sərnişinlərin boyu və çəkisinin ölçülməsi üçün vasitələr (istismar sənədləri ilə nəzərdə tutulduğu halda) olmalı;

9.1.5. Hər bir istismar edilən attraksionun girişinin qarşısında yoxlamanı aparmış təşkilat göstərilməklə sonuncu illik yoxlamanın tarixi haqqında və ən yaxın illik yoxlama tarixi haqqında məlumatları ehtiva edən informasiya lövhəsi yerləşdirilməlidir. Lövhə oxuna bilən, hava təsirlərindən və bilərəkdən zədələnmədən müdafiə edilmiş olmalıdır;

9.1.6. Attraksionun pultu ilə yanaşı attraksionun əsas texniki xarakteristikaları haqqında məlumatları əks etdirən lövhəciklər yerləşdirilməli;

9.1.7. Tibbi dərman qutuları olmalı;

9.1.8. Zəruri təxliyə nişanları, sərnişinlərin böyük hündürlükdən və ya yerə nis­bətdə böyük mailliyə malik kreslolardan təxliyəsinə dair plan tədbirlər yerləş­dirilməli;

9.1.9. Sərnişinlərin sərnişin modullarından təxliyəsi vasitələri (istismar sənədləri ilə nəzərdə tutulduğu halda) mövcud olmalı;

9.1.10. Xidməti personalın iş yerində attraksiona xidmət üzrə əsas qaydalar yerləş­dirilməli;

9.1.11. Attraksionun sərnişinlərlə yüklənmə sxemləri yerləşdirilməli (istismar sə­nəd­­ləri ilə nəzərdə tutulduğu halda);

9.1.12. Xidməti personalın iş yerində personalla bağlı kritik komponentlər və kritik parametrlərlə münasibətdə gündəlik yoxlamaların aparılması qaydasına dair lövhə­ciklər yerləşdirilməli;

9.1.13. Attraksionun istismara gündəlik buraxılmasına dair jurnalda qeydlər aparılmaqla attraksionun gündəlik yoxlamaları aparılmalı;

9.1.14. Attraksionun işlədiyi və işləmədiyi halda müsafirlərin təhlükəli zonalara (sərnişin modullarının, mexanizmlərin hərəkət zonaları, elektrik avadanlığı şkafları, xidməti personal üçün platformalar və pilləkənlərə) sərbəst girişi istisna edilməli;

9.1.15. Attraksionun yolverilməz istifadəsi istisna edilməli;

9.1.16. Personalın təhlükəsiz iş yerləri təşkil edilməli;

9.1.17. Attraksion meydançasında küləyin gücünün və ətraf havanın tempe­raturunun ölçülməsi üçün cihazlar (istismar sənədləri ilə nəzərdə tutulduğu halda) quraşdırılmalıdır.

9.2. İstismarçı attraksionların gündəlik və illik yoxlamalarını, eləcə də istismar sənədləri ilə nəzərdə tutulmuş digər yoxlama növlərini həyata keçirir.

9.3. İstismarda olmuş attraksionlar üçün istismarın uzunmüddətli (12 aydan çox) dayandırılması, texniki səbəblərdən boşdayanmadan sonra attraksionun qismən və ya tam sökülməsi zamanı istismarçı tərəfindən attraksionun tam yoxlanması yerinə yetirilir.

9.4. Attraksionların texniki xidməti və təmiri istismar sənədlərinə müvafiq olaraq həyata keçirilir.

9.5. Attraksionun əsas daşıyıcı konstruksiyasının və əvəz edilə bilməyən hissələrinin təyin edilmiş xidmət müddətinin bitdiyi halda, attraksionun istismarçı tərəfindən istismarı dayandırılmalıdır.

9.6. Attraksionun təyin edilmiş xidmət müddəti bitdikdən sonra onun qalıq resursun qiymətləndirilməsi həyata keçirilmədən sonraki təyinatı üzrə istifadəsi yolverilməzdir.

9.7. Təyin edilmiş xidmət müddəti bitmiş attraksionun qalıq resursunun qiymət­ləndirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən müayinə formasında həyata keçirilir.

9.8. Attraksionun müayinəsi zamanı aşağıdakılar müəyyən edilir:

9.8.1. Təyin edilmiş xidmət müddəti bitmiş attraksionun texniki reqlamentin tələblərinə uyğunluğu;

9.8.2. Attraksionun texniki reqlamentin ona şamil olunan tələblərinə uyğun­luğunun təmin edilməsi üçün zəruri tədbirlər və onların yerinə yetirilməsi müddətləri.

9.9. Attraksionun müayinəsi zamanı aşağıdakılar həyata keçirilir:

9.9.1. Qüsurlar, nasazlıqlar, köhnəlmə və korroziya dərəcələri aşkarlanmış attrak­sionun avadanlığın vəziyyətinin müəyyən edilməsi;

9.9.2. Metal konstruksiyaların, sərnişin modullarının, fiksasiya edici qurğuların vəziyyəti, sərnişin kreslolarının, şassilər, tormoz qurğularının, idarəetmə sistemlərinin bərkidilmə etibarlılığına nəzarət;

9.9.3. Elektrik zəncirləri və elektrik avadanlığının izolyasiya sınaqları, attraksion avadanlığının torpaqlanmasına (sıfırlanmasına) vizual və ölçü nəzarəti.

9.10. Aparılmış müayinə haqqında məlumatlar attraksionun formulyarında göstərilir.

9.11. Müayinə nəticələri əsasında attraksionun istismar şərtlərini və mümkün uzadılma müddətini özündə əks etdirən rəy rəsmiləşdirilir.

9.12. Qalıq resursun qiymətləndirilməsi texniki vəziyyətin qiymətləndirilməsi (texniki şəhadətləndirmə) çərçivəsində aparılmalıdır.

9.13. Layihəçinin razılığı olmadan attraksionda modifikasiyalarının yerinə yetirilməsinə icazə verilmir.

10. Daşınma, saxlanma və utilizasiya zamanı attraksionların təhlükəsizliyinin təmin edilməsi

10.1. Attraksionların daşınması və saxlanması istismar sənədləri ilə nəzərdə tutulmuş təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir.

10.2. İstismar sənədlərində attraksionun təhlükəsiz utilizasiyasına dair tövsi­yə­lər müəyyən edilməlidir.

11. Attraksionların təhlükəsizlik tələblərinə uyğunluğunun təmin edilməsi

11.1. Attraksionların texniki reqlamentə uyğunluğu bilavasitə ona şamil olunan tələblərinin yerinə yetirilməsi və yaxud beynəlxalq və regional (dövlətlərarası) standartların tələblərinin, onların olmadığı halda isə - tətbiqi nəticəsində req­lamentin tələblərinə riayət olunmasının təmin edildiyi (dövlət) stan­dartlarının yerinə yetirilməsi yolu ilə təmin edilir.

11.2. Attraksionların tədqiqat (sınaq) və ölçü metodları, ölçü qaydaları, o cümlədən, reqlamentin tələblərinin tətbiq edilməsi və icrası attraksionların uyğun­luğunun qiymətləndirilməsinin həyata keçirilməsi üçün zəruri olan nümunələrin götürülməsi qaydalarını özündə əks etdirən standartlar siyahısına daxil edilmiş istinad standartlarında müəyyən edilir.

12. Attraksionların uyğunluğunun qiymətləndirilməsi və təsdiqi

12.1. İstehlak bazarında dövriyyəyə buraxılan attraksionlar reqlamentin və qüvvəyə minmiş digər texniki reqlamentlərinin ona şamil olunan tələblərinə uyğunluğu baxımından qiymətləndirilməlidir.

12.2. Texniki reqlamentin tələblərinə uyğunluğun qiymətləndirilməsi sertifikatlaşdırma və uyğunluq bəyannaməsinin tərtib olunması ilə təmin olunur.

12.3. Attraksionların texniki reqlamentin tələblərinə uyğunluğunun təsdiqi məcburi sertifikatlaşdırma və ya uyğunluğun bəyan edilməsi formasında həyata keçirilir.

12.4 Attraksionun texniki reqlamentin tələblərinə uyğunluğunun təsdiqi aşağıdakı formada həyata keçirilir:

12.4.1.  RB-1 potensial biomexaniki risk dərəcəsinə malik attraksionlarla bağlı akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlar tərəfindən məcburi sertifikatlaşdırma formasında;

12.4.2.  Şəxsi sübutlar və akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumların, akkreditasiya edilmiş sınaq laboratoriyasının iştirakı ilə əldə olunmuş sübutlar əsasında RB-2, RB-3 potensial biomexaniki risk dərəcələrinə malik attraksionlarla bağlı uyğunluğun bəyan edilməsi formasında.

12.5. Uyğunluq bəyannaməsi və ya uyğunluq sertifikatı haqqında məlumatlar, o cümlədən, onların qüvvədə olma müddəti attraksionun formulyarında və ya attraksionun pasportunda göstərilir.

12.6. Attraksionun uyğunluğunun təsdiqi üçün ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nın 2.7-ci bəndində göstərilmiş sənədlər komplektini formalaşdırır.

13. Attraksionların uyğunluğunun bəyan edilmə qaydası

13.1. Attraksionların uyğunluğunun bəyan edilməsi aşağıdakı sxemlər əsasında həyata keçirilir:

13.1.1. 1b sxemi – RB-2 və RB-3 potensial biomexaniki risk dərəcələrinə malik seriyalı buraxılan attraksionlar üçün tətbiq edilir və ərizəçi tərəfindən yerinə yetirilən aşağıdakı fəaliyyətləri ehtiva edir:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nın 2.7-ci bəndində göstərilmiş sənədlər komplektinin formalaşdırılması;

- istehsalat nəzarətinin həyata keçirilməsi;

- istehsal prosesinin attraksionların bu texniki reqlamentin tələblərinə uyğun­luğunu təmin etməsi üçün bütün zəruri tədbirlərin görülməsi;

- ərizəçinin akkreditasiya edilmiş sınaq laboratoriyasında nümunələrin sınaqlarının həyata keçirilməsi;

- uyğunluq bəyannaməsinin qəbul edilməsi və qeydiyyatı;

13.1.2. 2b sxemi – RB-2 və RB-3 potensial biomexaniki risk dərəcələrinə malik attraksionlar partiyası (tək məmulat) üçün tətbiq edilir və ərizəçi tərəfindən yerinə yetirilən aşağıdakı fəaliyyətləri ehtiva edir:

- ərizəçinin akkreditasiya edilmiş sınaq laboratoriyasında və (və ya) akkreditasiya edilmiş sınaq laboratoriyasında nümunələrin sınaqlarının həyata keçirilməsi;

- uyğunluq bəyannaməsinin qəbul edilməsi və qeydiyyatı.

13.1.3.  5b sxemi – RB-2 potensial biomexaniki risk dərəcəsinə malik seriyalı bu­ra­­xılan attraksionlar üçün onların istismar yerində quraşdırılmasından (yığılmasından, montajından) öncə sınaqların tam həcmdə aparılmasının mümkün olmadığı halda tətbiq edilir və ərizəçi tərəfindən yerinə yetirilən aşağıdakı fəaliyyətləri ehtiva edir:

- istehsalat nəzarətinin həyata keçirilməsi;

- istehsal prosesinin attraksionların bu texniki reqlamentin tələblərinə uyğun­luğunu təmin etməsi üçün bütün zəruri tədbirlərin görülməsi;

- akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlara (akkreditasiya edilmiş sınaq laboratoriyasına) attraksionun tipinin tədqiqinin həyata keçirilməsinə dair ərizənin aşağıdakı üsullardan biri ilə göndərilməsi;

- planlaşdırılmış istehsal üçün attraksion nümunəsinin bütün gələcək məhsulların tipik nümayəndəsi kimi tədqiqi;

- attraksionun nümunələri və ya kritik komponentlərinin texniki sənədlərinin, sınaqlarının təhlili.

Attraksionun tipinin tədqiq nəticələri akkreditasiya edilmiş sınaq laboratoriyasının attrak­sion tipinin bu texniki reqlamentin tələblərinə uyğunluğuna qiymət verdiyi rəydə (uyğunluq sertifikatında) və (və ya) protokolda rəsmiləşdirilir.

Ərizəçi rəy (uyğunluq sertifikatı) və (və ya) protokol əsasında uyğunluq bəya­n­naməsi qəbul edir və qeydiyyatdan keçirir;

13.1.4.  6b sxemi – RB-2 potensial biomexaniki risk dərəcəsinə malik seriyalı bura­xılan attraksionlar üçün istehsalçıda sertifikatlaşdırılmış idarəetmə sisteminin olduğu halda tətbiq edilir və ərizəçi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nın 2.7-ci bəndində göstərilmiş, dövlətin akkreditasiya orqanından akkreditasiya olunmuş və ölkə qanun­vericiliyinə müvafiq olaraq hüquqi şəxs qismində qeydiyyatdan keçmiş idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən verilmiş idarəetmə sisteminə dair sertifikatın (idarəetmə sisteminə dair sertifikatın surətinin) da daxil olduğu sənədlər komplektinin formalaşdırılmasını əks etdirir.

13.2. İstehsalçı istehsal prosesinin attraksionların texniki reqlamentin tələblərinə uyğunluğunu təmin etməsi üçün istehsalat nəzarəti həyata keçirir və bütün zəruri tədbirləri görür, akkreditasiya edilmiş sınaq laboratoriyasında nümunələrin sınaqlarını yerinə yetirir, uyğunluq bəyannaməsi qəbul edir və qeydiyyatdan keçirir.

13.3. 1b, 5b və 6b sxemləri üzrə uyğunluğun bəyan edilməsi zamanı ərizəçi dövlətin ərazisində onun qanunvericiliyinə müvafiq olaraq qeydiyyatdan keçmiş isteh­salçı və ya istehsalçı tərəfindən səlahiyyət verilmiş şəxs olan hüquqi və ya fərdi sahibkar qismində fiziki şəxs ola bilər.

13.4. 2b sxemi üzrə uyğunluğun bəyan edilməsi zamanı ərizəçi dövlətin ərazisində onun qanunvericiliyinə müvafiq olaraq qeydiyyatdan keçmiş istehsalçı və ya satıcı və yaxud istehsalçı tərəfindən səlahiyyət verilmiş şəxs olan hüquqi və ya fərdi sahibkar qismində fiziki şəxs ola bilər.

13.5. Uyğunluq bəyannaməsi Azərbaycan Respublikasının Prezidenti yanında pinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə təsdiq edilmiş vahid forma əsasında rəsmiləşdirilir. Uyğunluq bəyan­naməsində bəyan edilən attrak­sion­ların aid olduqları potensial biomexaniki risklərin dərəcəsi göstərilir.

13.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə 2021-ci il 17 iyul tarixli 215 nömrəli qərarına əsasən Uyğunluq bəyannaməsinin reyestri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılır. Reyestr dövlət dilində, vahid forma, metod, prinsiplər əsasında aparılır və elektron qaydada tərtib edilir.

13.7. Ərizəçi uyğunluq bəyannaməsini qüvvədə olma müddətinin bitməsi tarixindən 10 (on) il ərzində saxlamalıdır.

14. Attraksionların sertifikatlaşdırılmasının aparılma qaydası

14.1. RB-1 potensial biomexaniki risk dərəcəsinə malik attraksionların sertifikatlaşdırılması aşağıdakı sxemlər üzrə həyata keçirilir:

14.1.1. 1s sxemi – seriyalı buraxılan attraksionlar üçün tətbiq edilir və aşağıdakı fəaliyyətləri ehtiva edir:

- ərizəçi akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlara sertifikatlaşdırma üçün ərizə verir;

- akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlar təqdim edilmiş sənədlərin təhlilini və bəyan edilmiş məhsulun eyniləşdirilməsini, o cümlədən, potensial biomexaniki risk dərə­cəsi üzrə eyniləşdirilməsini aparır, akkreditasiya edilmiş sınaq laboratoriyasında sınaqların aparılması üçün ərizəçidən nümunələr götürür, sınaqlar proq­ramını müəyyən edir;

- akkreditasiya edilmiş sınaq laboratoriyası avadanlıq nümunələrinin sınaqlarını həyata keçirir;

- akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlar istehsalçının istehsalatının vəziyyətini və attrak­sion nümunələrinin aparılmış sınaqlarının nəticələrini təhlil edir və nəticələrin müsbət olduğu halda, ərizəçiyə uyğunluq sertifikatı verir;

- akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlar akkreditasiya edilmiş sınaq laboratoriyasında attraksionların nümunə­lərinin sınaqları və (və ya) istehsal obyektinə baxış vasitəsi ilə sertifikatlaşdırılmış avadanlığa dövri qiymətləndirmə həyata keçirir;

14.1.2.  2s sxemi – istehsalçıda sertifikatlaşdırılmış idarəetmə sisteminin olduğu hal­da seriyalı buraxılan attraksionlar üçün tətbiq edilir və aşağıdakı fəaliyyətləri ehtiva edir:

- ərizəçi mütləq şəkildə idarəetmə sisteminin akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlar tərəfindən verilmiş idarə­etmə sisteminə dair sertifikatın (idarəetmə sisteminə dair sertifikatın surə­tinin) daxil olduğu sənədlər komplektini formalaşdırır və akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlara sertifikatlaşdırma üçün ərizə verir;

- akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlar təqdim edilmiş sənədlərin təhlilini və bəyan edilmiş məhsulun eyniləşdirilməsini, o cümlədən, potensial biomexaniki risk dərə­cəsi üzrə eyniləşdirilməsini aparır, akkreditasiya edilmiş sınaq laboratoriyasında sınaqların aparılması üçün ərizəçidən nümunələr götürür, sınaqlar proq­ramını müəyyən edir;

- akkreditasiya edilmiş sınaq laboratoriyası avadanlıq nümunələrinin sınaqlarını həyata keçirir;

- akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlar istehsalçının istehsalatının vəziyyətini və attrak­sion nümunələrinin aparılmış sınaqlarının nəticələrini təhlil edir və nəticə­lərin müsbət olduğu halda, ərizəçiyə uyğunluq sertifikatı verir;

- akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlar akkreditasiya edilmiş sınaq laboratoriyasında attraksionların nümunə­lərinin sınaqları və (və ya) istehsalçının sertifikatlaşdırılmış idarəetmə siste­minə idarəetmə sistemlərinin akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlar tərəfindən aparılmış dövri qiymətləndirmə nəticələrinin təhlili vasitəsi ilə sertifi­katlaşdırılmış attraksionlara dövri qiymətləndirmə həyata keçirir;

14.1.3. 3s sxemi – attraksionlar partiyası (tək məmulat) üçün tətbiq edilir və aşağıdakı fəaliyyətləri ehtiva edir:

- ərizəçi akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlara sertifikatlaşdırma üçün ərizə verir;

- akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlar təqdim edilmiş sənədlərin təhlilini və bəyan edilmiş məhsulun eyniləşdirilməsini, o cümlədən, potensial biomexaniki risk dərə­cəsi üzrə eyniləşdirilməsini aparır, akkreditasiya edilmiş sınaq laboratoriyasında sınaqların aparılması üçün ərizəçidən nümunələr götürür, sınaqlar proq­ramını müəyyən edir;

- akkreditasiya edilmiş sınaq laboratoriyası avadanlıq nümunələrinin sınaqlarını həyata keçirir. Attraksionun quraşdırılma (yığılma, montaj) yerinə bütünlüklə deyil, ayrı-ayrı hissələrlə daşındığı halda, sınaqlar onun istismar yerində quraş­dırılmasından (yığılmasından, montajından) və nizam­lanmasından sonra həyata keçirilir;

- akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlar attraksion nümunələrinin sınaqlarının nəticələrini təhlil edir və nəticələrin müsbət olduğu halda, ərizəçiyə uyğunluq sertifikatı verir;

14.1.4. 9s sxemi – xarici istehsalçı tərəfindən tədarük edilən məhdud həcmdə attraksion partiyası üçün tətbiq edilir və aşağıdakı fəaliyyətləri ehtiva edir:

- akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlar ərizəçi tərəfindən təqdim edilmiş sənədlər komp­lek­tinin təhlilini və bəyan edilmiş attraksionların eyniləşdirilməsini, o cüm­lədən, potensial biomexaniki risk dərəcəsi üzrə eyniləşdirilməsini aparır və nəticələrin müsbət olduğu halda, ərizəçiyə uyğunluq sertifikatı verir.

14.2. 1s, 2s və 9s sxemləri üzrə sertifikatlaşdırma zamanı ərizəçi, qanun­veri­ciliyə müvafiq olaraq onun ərazisində qeydiyyatdan keçmiş, istehsalçı və ya istehsalçı tərəfindən səlahiyyət verilmiş şəxs olan hüquqi şəxs və ya fərdi sahibkar qismində fiziki şəxs ola bilər.

14.3. 3s sxemi üzrə sertifikatlaşdırma zamanı ərizəçi qanun­vericiliyə müvafiq olaraq onun ərazisində qeydiyyatdan keçmiş, istehsalçı və ya satıcı və yaxud isteh­salçı tərəfindən səlahiyyət verilmiş şəxs olan hüquqi şəxs və ya fərdi sahibkar qismində fiziki şəxs ola bilər.

14.4. Sertifikatlaşdırma sxeminin seçilməsi ərizəçi tərəfindən texniki reqlamentin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

14.5. Uyğunluq bəyannaməsi Azərbaycan  Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə təsdiq edilmiş vahid forma əsasında rəsmiləşdirilir. Uyğunluq bəyan­naməsində bəyan edilən attrak­sion­ların aid olduqları potensial biomexaniki risklərin dərəcəsi göstərilir.

Ərizəçi sertifikatlaşdırma üçün müvafiq akkreditasiya sahəsinə malik istənilən akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlara müraciət edə bilər.

14.6.  Akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurum ərizəyə baxır və sertifikatlaşdırmanın aparılmasının mümkünlüyünə dair qərar qəbul edir.

14.7. Akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurum sertifikatlaşdırma sxeminə əsasən işləri yerinə yetirir, qərar hazırlayır və nəticələrin müsbət olduğu halda ərizəçiyə uyğunluq sertifi­katı verir.

14.8. Sertifikatlaşdırma nəticəsinin mənfi olduğu halda, ərizəçiyə uyğunluq sertifikatının verilməsindən imtina haqqında əsaslandırılmış qərar göndərir.

14.9. Partiyadan götürülmüş nümunənin (nümunələrin) və ya tək məmulatın sınaqları akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumların tapşırığı ilə akkreditasiya edilmiş sınaq laboratoriyası tərə­findən sınaq protokolunun verildiyi akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumları tərəfindən müəyyən edilmiş sınaq proqramına müvafiq olaraq həyata keçirilir.

14.10. İstehsalat vəziyyətinin təhlili akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumları tərəfindən isteh­salçıda həyata keçirilir (sertifikatlaşdırma sxemi ilə nəzərdə tutulduğu halda). Təhlil nəticələri aktla rəsmiləşdirilir.

14.11. Sertifikatlaşdırma sxemi ilə nəzərdə tutulmuş yoxlamaların nəticələrinin müsbət olduğu halda, akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumları tərəfindən uyğunluq sertifikatı rəsmi­ləşdirilir və ərizəçiyə verilir.

14.12. Uyğunluq sertifikatı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə təsdiq edilən vahid forma üzrə rəsmi­ləşdirilir. Uyğunluq sertifikatı sertifikatlaşdırılan attraksionların aid olduğu poten­sial biomexaniki risk dərəcəsi haqqında məlumatları ehtiva etməlidir.

14.13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə 2021-ci il 17 iyul tarixli 215 nömrəli qərarına əsasən Uyğunluq bəyannaməsinin reyestri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

14.14. Uyğunluq sertifikatının qüvvədə olma müddəti seriyalı istehsal olunan attraksionlar üçün müəyyən edilir və maksimum 5 (beş) il təşkil edir, attraksionlar partiyası üçün müddət müəyyən edilmir.

14.15. Sertifikatlaşdırılmış məhsullara dövri qiymətləndirmə seçilmiş sertifikat­laş­dırma sxemi ilə nəzərdə tutulmuş hallarda uyğunluq sertifikatının qüvvədə olduğu müddət ərzində ildə 1 dəfədən az olmayaraq uyğunluq sertifikatı vermiş akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurum tərəfindən aparılır. Dövri qiymətləndirmənin nəticələrinə əsasən akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurum:

14.15.1. Uyğunluq sertifikatında müəyyən edilmiş qüvvədə olma müddəti çərçivəsində onun qüvvəsini təsdiq edir;

14.15.2. Uyğunluq sertifikatının qüvvədə olma müddətini müvafiq qərarın qəbul edilməsi tarixindən 2 aydan çox olmayan müddətə dayandırır;

14.15.3. Uyğunluq sertifikatının qüvvəsinə xitam verir.

14.16. Uyğunluq sertifikatının forması, habelə uyğunluq sertifikatının qüvvəsinin dayandırılması və ləğvi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları” ilə müəyyən edilir.

14.17. Uyğunluq sertifikatının qüvvəsinə xitam verilməsi haqqında qərar dövri qiymətləndirmənin aparılması zamanı aşkarlanmış bu texniki reqlamentin tələblərinə uyğun­suzluqların akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurum ilə razılaşdırılmış düzəldici tədbirlərin həyata keçirilməsi zamanı aradan qaldırıla bilmədiyi halda qəbul edilir.

14.18. Akkreditasiya edilmiş sınaq laboratoriyasında sınaq protokolları, uyğunluq serti­fikatı ərizəçidə və akkreditasiya edilmiş sertifikatlaşdırılmanı aparan qurumlarında aşağıdakı müddət ərzində saxlan­malıdır:

14.18.1. Seriyalı buraxılan attraksionlar üçün – uyğunluq sertifikatının qüvvəsinə xitam verilməsi tarixindən azı 10 (on) il;

14.18.2. Attraksionlar partiyası (tək məmulat) üçün – partiyadan olan sonuncu məmulatın satıldığı tarixdən azı 10 (on) il.

14.19. Texniki reqlamentin 12.6-cı bəndində göstərilmiş sənədlər dövlət nəzarət orqanlarının tələbi ilə onlara təqdim edilməlidir.

15. Attraksionun qeydiyyatı (uçota alınması), texniki vəziyyətinin qiymətləndirilməsi (texniki şəhadətləndirmə)

15.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə 2021-ci il 17 iyul tarixli 215 nömrəli qərarına əsasən Uyğunluq bəyannaməsinin reyestri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılır. Reyestr dövlət dilində, vahid forma, metod, prinsiplər əsasında aparılır və elektron qaydada tərtib edilir.

15.2. Təyin edilmiş xidmət müddəti (təyin edilmiş resurs) ərzində attraksionun uyğunluğunun qiymətləndirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiyadan keçmiş (səlahiyyət verilmiş) təşkilat tərəfindən 12 ayda 1 dəfədən az olmayaraq texniki vəziyyətin qiymətləndirilməsi formasında həyata keçirilir.

15.3. Attraksionun ikinci dəfə, o cümlədən, modifikasiyadan (əsaslı təmirdən), qəza səbəbindən istismarın dayandırılmasından, attraksionun təyin edilmiş xidmət müddətinin bitməsi səbəbindən istismarın dayandırılmasından sonra istismara verilməsi zamanı onun bu texniki reqlamentin tələblərinə müvafiq olaraq nəzarət yoxlaması həyata keçirilməlidir.

16. Attraksionların istehlak bazarında məhsulların uyğunluq nişanı ilə nişanlanması

16.1. Texniki reqlamentin tələblərinə görə qüv­vəyə minmiş digər texniki reqlamentlərinin ona şamil olunan tələblərinə uyğun olan və texniki reqlamentin tələblərinə və qüvvəyə minmiş digər texniki reqlamentlərinin ona şamil olunan tələb­lərinə uyğunluğunun təsdiqi prosedurundan keçmiş attraksionlar istehlak bazarında məhsulların uyğunluq nişanı ilə nişanlanır.

16.2. İstehlak bazarında məhsulların uyğunluq nişanı ilə nişanlanması attraksionların dövriyyəyə buraxılmasından öncə həyata keçirilir.

16.3. İstehlak bazarında məhsulların uyğunluq nişanı attraksionların bütün xidmət müddəti ərzində dəqiq və aydın görünməsini təmin edən istənilən üsulla vurulur.

16.4. İstehlak bazarında məhsulların uyğunluq nişanı məmulatın özünə və istismar sənədlərinə vurulur.

17. Yekun müddəalar

17.1. Texniki reqlament dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minir.

“Attraksionların təhlükəsizliyi haqqında”

texniki reqlamentə

1 nömrəli əlavə

“Attraksionların təhlükəsizliyi haqqında” texniki reqlamentin şamil olunduğu attraksionların siyahısı

Bu texniki reqlamentin şamil olunduğu attraksionlara “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına və “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarına uyğun olaraq aşağıdakılar aiddir:

Sıra №

Malın adı

XİF MN üzrə kod

Uyğunluğun qiymətləndirilməsi (təsdiqi) üzrə sənədlər

Müvəqqəti quraşdırılmış (daşınan) attraksionlar və stasionar attraksionlar (bünövrələr üstündə yığılmış və ya bünövrəsiz):

  1.  

Potensial biomexaniki risk dərəcəsi RB-1 olan

9508 21 000 0

9508 22 000 0

9508 23 000 0

9508 24 000 0

9508 25 000 0

9508 26 000 0

9508 29 000 0

9508 30 000 0

9508 40 000 0

Uyğunluq sertifikatı

  1.  

Potensial biomexaniki risk dərəcələri RB-2 və RB-3 olan

Uyğunluq bəyannaməsi

“Attraksionların təhlükəsizliyi haqqında”

texniki reqlamentə

2 nömrəli əlavə

Attraksionların növləri və tiplərinin siyahısı

 

Attraksionların növü

Attraksionların tipi

 1. Mexanikləşdirilmiş irəli hərəkətli (o cümlədən, sudan istifadə etməklə)

sürüşmə təpəcikləri

sərbəst enmə qüllələri

qayıq və ya sallarda su sürüşmə təpəcikləri

katapultlar

rels üzərində monorels və kanat part qatarları

park yolları

 2. Mexanikləşdirilmiş fırlanan hərəkətli

panorama çarxı

yelləncəklər

karusellər

 3. Mexanikləşdirilmiş mürəkkəb hərəkətli

mexanikləşdirilmiş irəli-fırlanan hərəkətli

kinoteatrların kresloları stimulyatorlar

sənaye robotları əsasında attraksionlar

 4. Avtodromlar və kartinqlər

toqquşan avtomobillər

park gəzinti avtomobilləri və ya avtoqatarları

kartinqlər (o cümlədən, estakada üzərində)

mini-avtomobillərlə sürət yolları

 5. Hava ilə doldurulan

hava ilə doldurulan batutlar

təpəciklər

labirintlər

 6. Mexanikləşdirilməmiş su

düz və virajlı su enişləri

tramplinlər

üzən platformalar

qismən suya daldırılmış

suyun müsafirlərin üzərinə tökülməsi ilə

7. Mexanikləşdirilməmiş

təpəciklər

yelləncəklər

karusellər

“tarzankalar”

batutlar

8. Uşaqlar üçün

təpəciklər, enişlər

yelləncəklər

karusellər

elektromobillər və ya pedallı avtomobillər

“Attraksionların təhlükəsizliyi haqqında”

texniki reqlamentə

3 nömrəli əlavə

Attraksion sərnişinlərinə biomexaniki təsir növlərinin, potensial biomexaniki risk dərəcələrinin və sərnişin kreslolarının maillik növlərinin siyahısı

1.Attraksion sərnişinlərinə biomexaniki təsirlərin və potensial biomexaniki risk dərəcələrinin növləri və kəmiyyətləri

  1. Biomexaniki təsir növü

İşarə

Potensial biomexaniki risk dərəcəsi

RB-1

RB-2

RB-3

biomexaniki təsir kəmiyyəti

 

 

yüksək

orta

aşağı

Hündürlüyə qalxma və enmə[*]

 

 

 

Н (m)

Н>8

2<Н≤8

0,4<Н≤2

 Sürətlə yerdəyişmə

V (m/s)

V>20

10

3

Kresloda maillə qalxma və enmə:

Н (m)

Н≥3

2<Н≤3

0,4<Н≤2

 

 

 

 

irəli (şək.1)

α (°)

135< α ≤180

45< α ≤135

10< α ≤45

geri (şək.2)

β (°)

135< β ≤180

105< β ≤135

95< β ≤105

yana (şək.3)

γ (°)

120< γ ≤180

60< γ ≤120

30< γ ≤60

[*] Biomexaniki risk dərəcələri insanların hündürlükdən yıxılması zamanı zədələrin nəticələrinə dair statistik məlumatlarla əsaslandırılıb.

Qeyd. Attraksionun potensial biomexaniki risk dərəcəsinin müəyyən edilməsi zamanı maksimal qiymətlərlə göstəricilər seçilir.

II. SƏRNİŞİN KRESLOLARININ MAİLLƏRİNİN NÖVLƏRİ

Sərnişin kreslolarının irəli mailinin növləri şəkil 1-də təqdim edilib.

Şəkil 1. Sərnişin kreslolarının irəli mailliyi

Sərnişin kreslolarının arxaya mailinin növləri şəkil 2-də təqdim edilib.

Şəkil 2. Sərnişin kreslolarının arxaya mailliyi

Sərnişin kreslolarının yana maillik növləri şəkil 3-də təqdim edilib.

Şəkil 3. Sərnişin kreslolarının yana mailliyi

“Attraksionların təhlükəsizliyi haqqında”

texniki reqlamentə

4 nömrəli əlavə

Uşaqlar üçün nəzərdə tutulmuş attraksionlara dair təhlükəsizlik tələbləri

1. Uşaqlar üçün nəzərdə tutulmuş attraksionların layihələndirilməsi və istehsalı müxtəlif yaş qrupularından olan uşaqlar üçün səciyyəvi olan fizioloji, psixoloji, antro­pometrik amillərlə bağlı əlavə risklər, eləcə də, aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir:

a) müxtəlif yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulmuş attraksionların istismar xüsusiyyətlərinin nəzərə alınması;

b) avadanlığın bütün hərəkət edən hissələrinin, eləcə də hərəkətsiz elementlərinin (uşaqların təmasda ola biləcəyi detalların) zədələnmə baxımından təhlükəsiz materiallar və ya örtüklərdən hazırlanması zərurəti;

c) uşaqların əlləri, ayaqları, başı, barmaqları, geyiminin müxtəlif boşluqlarda, yarıqlarda, dəliklərdə ilişib qalmasının yolverilməzliyi;

d) uşaqların attraksionun istismarına dair rəhbəredici sənədlə tövsiyə olunmuş sü­rüş­mə, yellənmə, tullanma yerlərində (zonalarında) avadanlığın detallarında (detal­ları arasında) kənar əşyaların düşə biləcəyi yarıqlar, boşluqlar, dəliklərin olmasının (yaranmasının) yolverilməzliyi;

e) təhlükəsiz sərbəst enmə hündürlüyünün təmin edilməsi;

f) attraksionların hərəkətli və hərəkətsiz elementləri arasında təhlükəsiz məsa­fələrin təmin edilməsi;

g) avadanlığın səthində suyun toplanmasının yolverilməzliyi və sərbəst axma və qurumanın təmin edilməsi;

h) bərkidici birləşmələrin kənara çıxan sonlarının müdafiəsinin təmin edilməsi;

i) geyimin kənara çıxan hissələrə ilişməsi mümkünlüyünün istisna edilməsi;

j) attraksionların taxta elementlərinin “möhkəm” və “orta möhkəm” sinif ağacdan hazırlanması, səthdə emal qüsurlarının olmasının yolverilməzliyi;

k) avadanlıq elementlərinin bərkidilməsinin alətdən istifadə etmədən çıxarıl­ması mümkünlüyün istisna edəcək şəkildə təmin edilməsi;

l) müəyyən edilmiş normalara müvafiq olaraq uşaqların tuta bilmələri üçün avadanlıq elementlərinin eninin təmin edilməsi;

m) uşaqların yaş qrupları nəzərə alınmaqla attraksionların lazımi yerlərdə məhəccər və çəpərlərlə (zəruri olan yerdə) təmin edilməsi zərurəti. Bu zaman məhəc­cər və çəpərlərin konstruksiyası uşaqları onların üzərində durmaq və oturmağa təşviq etməli deyil, uşaqların onun üzərinə çıxması və ya olmasına imkan verən elementlər olmamalıdır.

2. Uşaqlar üçün nəzərdə tutulmuş attraksionlar üçün materiallarla bağlı aşağıdakı tələblər irəli sürülür:

a) istifadə edilən materiallar uşağın sağlamlığına və ətraf mühitə zərərli təsir göstərməməli, çox yüksək və ya çox alçaq temperaturlu iqlim zonalarında uşağın dərisi ilə təmas zamanı termik yanığa səbəb olmamalıdır;

b) uşaqlar üçün nəzərdə tutulmuş attraksionlar üçün aşağıdakı materialların istifadəsi yolverilməzdir:

- polimer tezalışan materiallar;

- toksiklik baxımından olduqca təhlükəli yanma məhsulları;

- xassələri kifayət qədər öyrənilməmiş yeni materiallar;

c) müxtəlif matrisa əsaslı polimer materiallar, kompozit materiallar ultra­bənöv­şəyi şüanın təsirinə qarşı dayanıqlı olmalıdır;

d) istismar prosesində müxtəlif matrisa əsaslı polimer materiallar, kompozit materialların kövrək olduğu halda, istehsalçı onların təhlükəsiz istismar dövrünü göstərməlidir;

e) polimer və kompozit materialların köhnəlməyə davamlılığı və möhkəmliyi təyin edilmiş bütün xidmət müddətində uşaqların təhlükəsizliyini təmin etməlidir;

f) laylanan və ya qabıqlanan oksidlər əmələ gətirən metal materiallar qeyri-toksik örtüklə müdafiə olunmalıdır;

g) faner atmosfer təsirlərinə qarşı dayanıqlı olmalıdır.

3. Uşaqlar üçün nəzərdə tutulmuş attraksionların yığılması və quraşdırılmasına dair aşağıdakı tələblər irəli sürülür:

- attraksionların yığılması və quraşdırılması layihə-konstruktor sənədlərinə, yığılma, quraşdırma, işəsalma, tənzimləmə və sınaqdan keçirilmə təlimatlarına müvafiq olaraq yerinə yetirilir;

- attraksionlar özüllərə etibarlı şəkildə bərkidilməli və ya onların daşıyıcı konstruksiyasının aşması mümkünlüyünü istisna etməlidir.

Uşaqların təhlükəsizliyini təmin etməyən attraksiondan istifadə etmək qadağandır (attraksionun təhlükəsiz quraşdırılması başa çatmayıbsa, zərbəni udan örtük icra edilməyibsə və ya texniki xidmət təhlükəsizliyi təmin edə bilmirsə).

4. Uşaqlar üçün nəzərdə tutulmuş attraksionların istismarı zamanı istismarçı:

a) zəruri informasiyanı əks etdirən məlumat lövhəcikləri və stendləri quraşdırmalı;

b) attraksionların təhlükəsizliyi və fəaliyyətinin qorunub saxlanması üzrə tədbirlər kompleksi həyata keçirməli;

c) zədələndiyi və uşaqların sağlamlığına zərər vura biləcəyi halda avadanlığı istismar mümkünlüyünü istisna etməli, o cümlədən, məktəbəqədər yaşlı (2 yaşdan 6 yaşadək) uşaqlar üçün nəzərdə tutulmuş attraksionlarda bütün tip lazer məmulat­larının istifadəsinə, məktəb yaşlı (7 yaşdan yuxarı) uşaqlar üçünsə - kollimasiya edilmiş çıxış şüası göz və dərinin şüalanması zamanı təhlükə yaratmayan 1-ci təhlükə sinfindən yuxarı lazer məmulatlarının istifadəsinə yol verməməli;

d) attraksionların quraşdırılma (yığılma, montaj) zonasında zədəyə səbəb ola biləcək maneələrin olmasını təmin etməli;

e) təhlükəsizlik zonasında maneələrin (konstruksiya elementlərin, ağac budaq­larının, skamyaların, elan lövhələrinin) olmamasını təmin etməlidir. Təhlükəsizlik zonasının müəyyən edilməsi zamanı uşağın və attraksionların hərəkətli elementlərinin mümkün yerdəyişmələri nəzərə alınmalıdır;

f) attraksiondan yıxıldıqda uşaqların zədə almasının istisna edilməsi üçün yumşaldıcı, elastik və ya amortizasiya edən örtüklü yerə enmə zonasını təchiz etməli;

g) yerə enmə zonasında maneələrin olmamasını təmin etməlidir.

“Attraksionların təhlükəsizliyi haqqında”

texniki reqlamentə

5 nömrəli əlavə

 

Mexanikləşdirilməmiş su attraksionlarının təhlükəsizliyinə dair tələblər

1. Mexanikləşdirilməmiş su attraksionlarının layihələndirilməsi və istehsalı zamanı attraksionlarda suyun istifadəsi ilə bağlı aşağıdakı əlavə risklər nəzərə alınır:

a) su mühitinin xüsusiyyətləri, müsafirlərin sürüşkən səthdə yıxılma riskləri, suyun toplanmasının yolverilməzliyi (əyləncə effektlərinin yaradılması üçün nəzərdə tutulduğu halda), boğulma riskləri, yaş mühitdə elektrik cərəyanı ilə vurma riskləri, hündürlükdən su səthinə yıxılma zamanı zədələnmə riskləri;

b) attraksionların iti kənarları, çıxıntıları, nahamarlıqlarına dəyməklə mexaniki zədələrin alınmasının yolverilməzliyi;

c) əllərin, ayaqların, başın, barmaqların boşluqlarda, yarıqlarda, dəliklərdə ilişməsinin yolverilməzliyi;

d) hündürlüyü 0,4 metrdən çox olan çəpərlənməmiş səthlərdən, maili səth­lərdən, kifayət qədər bərkidilməmiş dayaq səthlərindən yıxılma riskləri (bunun əyləncə effektlərinin yaradılması üçün nəzərdə tutulduğu halda);

e) keçidlərin eninin kifayət qədər olması, təxirəsalınmaz yardımın göstərilməsi üçün girişin mümkünlüyü;

f) saxlayıcı vasitələrin (məhəccərlər, tutacaqlar və attraksionların konstruksi­yalarının analoji elementlərinin) kifayət qədər və rahat olması. Bu zaman onların konstruksiyası onlarla enişə və ya onların yıxılma riski ilə tam dəf edilməsinə yol verməməlidir;

g) attraksionların sərnişinlərinin bədəni ilə təmasda olan hamar səthlərin təmin edilməsi zərurəti, səthlərin səviyyə dəyişiklikləri ilə sərnişinlərin sürüşməsi zamanı onları zədələyə biləcək birləşmələrin olmaması;

h) dərinin zədələrinin, o cümlədən, sürtülmə zamanı yanıqların qarşısının alın­ması üçün səthlərin kifayət qədər su sürtküsünün və ya su axınının təmin edilməsinin zəruriliyi;

i) attraksionların təhlükəsiz formasının, xüsusilə də sərnişinlərin böyük sürətlə sürüşməsi üçün sərnişinlərə təsir göstərən yolverilən sürətlənmələri, eləcə də başın sürüşmə səthinə dəyməsi riskinin olmadığı sürətlənmələri təmin edən səth for­malarının hesablanması zərurəti;

j) müsafirlərin müstəqil şəkildə və ya personalın köməyi ilə tez təxliyəsi üçün enişdən sonra tormozlama yerinin kifayət qədər və rahat olması, insanların enişlərdə və sürüşmə zamanı toqquşmasının yolverilməzliyi;

k) attraksionun elementlərində attraksionun konstruksiyası və istismara dair rəhbəredici sənədlə nəzərdə tutulduğundan daha çox sayda istifadəçinin olmasının yolverilməzliyi (o cümlədən, təşkilati və texniki tədbirlərin tətbiqi yolu ilə).

2. Mexanikləşdirilməmiş su attraksionlarına dair istismar sənədləri bu Tələblərin 1-ci bəndi, eləcə də, ölkənin “Attraksionların təhlükəsizliyi haqqında” texniki reqlamenti ilə nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla işlənib hazırlanır.

3. Mexanikləşdirilməmiş su attraksionları və əyləncə qurğuları üçün tətbiq edilən materiallar metal, taxta, qeyri-metal konstruksiyalar və bərkidici məmulatların sürətli korroziyası xüsusiyyətlərini nəzərə almalıdır. Təhlükəsizlik baxımından ən mü­hüm birləşdirici elementlərə müntəzəm nəzarətin təmin edilməsi üçün tədbirlər nəzərdə tutulmalıdır.

4. Mexanikləşdirilməmiş su attraksionlarının sürüşmə səthləri və dayaq səthləri onların laylanması və ya deformasiyasını istisna edən materiallardan istehsal olunur.

5. Mexanikləşdirilməmiş su attraksionlarının istifadə edilən materialları və örtükləri ekoloji tələblərə uyğun olmalıdır. İnsanların dəri örtükləri ilə bilavasitə təmasda olan materiallar və örtüklər gigiyenik təhlükəsizlik tələblərinə uyğun olmalıdır.

6. Mexanikləşdirilməmiş su attraksionlarının və (və ya) akvaparkın zəruri yer­lərində informasiya lövhəcikləri, göstəricilər, eləcə də müsafirlər üçün attraksion­lardan təhlükəsiz istifadə qaydaları yerləşdirilməlidir.

“Attraksionların təhlükəsizliyi haqqında”

texniki reqlamentə

6 nömrəli əlavə

Attraksionun formulyarının məzmunu

1. İstehsalçının adı

2. Attraksionun adı

3. Attraksionun zavod nömrəsi, buraxılma tarixi

4. Potensial biomexaniki risk dərəcəsi

5. Attraksionun texniki xarakteristikaları

6. Təhvil-təslim şəhadətnaməsi

7. Attraksionun “Attraksionların təhlükəsizliyi haqqında” texniki reqlamentinə ona şamil olunan qüvvəyə minmiş digər texniki reqlamentlərinə uyğunluğunun təsdiqi haqqında məlumatlar

8. Attraksionun təyin edilmiş xidmət müddəti (təyin edilmiş resursu)

9. Attraksionun konstruksiyasının əsas hissələri və işinin təsviri

10. “Attraksionların təhlükəsizliyi haqqında” texniki reqlamentinə 2 nömrəli əlavə ilə nəzərdə tutulmuş sərnişinlərə son hədd yolverilən və faktiki əsas biomexaniki təsirlər

11. Sərnişin modullarının hərəkət sürətində məhdudiyyətlər

12. Kritik komponentlər və məhdud resurslu komponentlərin siyahıları, onların əsas texniki xarakteristikaları

13. İstismar yükləri və parametrləri

14. Sağlamlıq üçün zərər göstərişlərinə görə attraksiondan istifadə zamanı müsafirlər üçün məhdudiyyətlər

15. Müsafirlər üçün yaşa, boya və çəkiyə görə məhdudiyyətlər

16. Konkret attraksion üçün küləyin son hədd istismar və son hədd hesablanma sürəti

17. Attraksionun özülünə və ya əsasının meydançasına dair tələblər

18. Qar yükünə görə mümkün məhdudiyyətlər

19. Seysmik davamlılığa dair tələblər

20. Digər mövcud məhdudiyyətlər

21. Attraksionun komponentlərinin dağıtmayan nəzarətinə dair məlumatlar

22. Təmirlər, modifikasiyalar, plandankənar texniki xidmət əməliyyatlarına dair məlumatlar

23. Akkreditasiya edilmiş sınaq laboratoriyaları (tərəfindən keçirilən yoxlamaların, sınaq­ların və texniki nəzarətin keçirilməsi və nəticələri haqqında məlumatlar

24. Nəzarət orqanları tərəfindən keçirilən yoxlamalar haqqında məlumatlar

25. İnsidentlər, qəzalar, bədbəxt hadisələr haqqında məlumatlar

26. Attraksion sahiblərinin siyahısı

27. Attraksionun istismarına və ya istismara verilməsinə icazə

28. Attraksionun istismarına və ya istismara verilməsinə icazənin müddətinin uzadılması haqqında məlumatlar

29. Attraksionun qeydiyyatı (uçota alınması) haqqında məlumatlar

30. Attraksionun utilizasiyası haqqında məlumatlar

“Attraksionların təhlükəsizliyi haqqında”

texniki reqlamentə

7 nömrəli əlavə

Attraksionun pasportunun məzmunu

 

1. Attraksion haqqında əsas məlumatlar və onun texniki xarakteristikası

2. Komplektlilik

3. Təyin edilmiş resurs (təyin edilmiş xidmət müddəti və saxlanma müddəti), istehsalçının (tədarükçünün) zəmanətləri

4. Konservasiya

5. Qablaşdırma şəhadətnaməsi

6. Təhvil-təslim şəhadətnaməsi

7. Məmulatın istismarda hərəkəti (zəruri olduğu halda)

8. Təmir və bülletenlər və göstərişlər üzrə işin uçotu (zəruri olduğu halda)

9. İstismara və saxlanmaya dair qeydlər (zəruri olduğu halda)

10. Attraksionun “Attraksionların təhlükəsizliyi haqqında” texniki reqlamentinə və ona şamil olunan qüvvəyə minmiş digər texniki reqlamentlərinə uyğun­luğunun təsdiqi haqqında məlumatlar

11. Utilizasiya haqqında məlumatlar

12. Attraksionun qeydiyyatı (uçota alınması) haqqında məlumatlar da daxil olmaqla, xüsusi qeydlər