Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Layihə

“Maşın və avadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlamentin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

“Maşın və avadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlament təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri 

 Bakı şəhəri, “__” ______ 2025-ci il

№ ___

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2024-cü il ______ tarixli __ nömrəli qərarı

ilə təsdiq edilmişdir.

Maşın və avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament

1. Ümumi müddəalar

1.1. “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” (bundan sonra-  Texniki reqlament) “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə uyğun olaraq hazırlanmış və  insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın mühafizəsi, heyvanların həyat və sağlamlığının qorunması, istehlakçıları çaşdıran hərəkətlərin qarşısının alınması məqsədilə istehlak bazarında maşın və (və ya) avadanlıqlarla bağlı hazırlanma (layihələndirilmə), istehsal, montaj, sazlanma, istismar, saxlanma, daşınma, satış və utilizasiya zamanı tətbiqi və icrası məcburi olan, habelə onların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir.

1.2. Azərbaycan Respublikasında maşın və avadanlıqlara dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə, maşın və avadanlıqlar Azərbaycan Respublikasında ona tətbiq olunan bütün texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır.

2. Tətbiq sahəsi

2.1. Texniki reqlament aşağıdakı tələblərə cavab verən maşın və (və ya) avadanlığa şamil olunur:

2.1.1. istehlak bazarında dövriyyəyə buraxılan;

2.1.2. təhlükə potensiallı istehsal obyektlərində istifadə olunan;

2.1.3. Texniki reqlamentin 1 və 2 nömrəli əlavələrində aradan qaldırılması və azaldılması ilə bağlı tələblər müəyyən edilmiş, təhlükə növləri aşkar edilmiş və identifikasiya edilmiş (eyniləşdirilmiş).

2.2. Texniki reqlament aşağıdakı maşın və (və ya) avadanlıq növlərinə şamil olunmur:

2.2.1. rabitə şəbəkələrinin fəaliyyətinin dayanıqlığının təmin edilməsi və radiotezlik spektrinin istifadəsi ilə bağlı maşın və (və ya) avadanlıqlar;

2.2.2. tibbi məqsədlər üçün tətbiq edilən və pasiyent ilə birbaşa təmasda istifadə olunan maşın və avadanlıqlar (rentgen, diaqnostik, terapevtik, ortopedik, stomatoloji, cərrahi avadanlıqlar);

2.2.3. atom enerjisindən istifadə sahəsində tətbiq üçün xüsusi düzəldilmiş maşın və (və ya) avadanlıqlar. Atom enerjisindən istifadə sahəsində tətbiq edilən ümumi sənaye məqsədləri üçün maşın və (və ya) avadanlıq nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinə zidd olmayan dərəcədə Texniki reqlamentə şamil edilir;

2.2.4. təkərli nəqliyyat vasitələri, onlarda quraşdırılan maşın və (və ya) avadanlıqlar istisna olmaqla;

2.2.5. dəniz və çay nəqliyyat vasitələri (gəmilər və üzən qurğular, o cümlədən onlarda istifadə olunan maşın və (və ya) avadanlıqlar);

2.2.6.  uçuş aparatları və kosmik aparatlar;

2.2.7. dəmiryol nəqliyyatında tətbiq üçün xüsusi düzəldilmiş dəmiryol hərəkət tərkibi və texniki vasitələr;

2.2.8. attraksionlar;

2.2.9. silah və hərbi texnika;

2.2.10. fiziki imkanları məhdud olan şəxslər tərəfindən istifadə üçün nəzərdə tutulmuş maşın və (və ya) avadanlıqlar;

2.2.11. aqrar sahədə və meşə təsərrüfatında istifadə edilən özügedən maşınlar və qoşqular, onlarda quraşdırılan maşın və (və ya) avadanlıqlar (asma-qoşma kənd təsərrüfatı mexanizmləri) istisna olmaqla;

2.2.12. qazma platformaları, onlarda istifadə olunan maşın və (və ya) avadanlıqlar istisna olmaqla;

2.2.13. İstismarda olan və ya istehsalçının öz ehtiyacları üçün hazırlanmış maşın və (və ya) avadanlıqlar, habelə maşın və (və ya) avadanlıqların təmiri (texniki baxış) üçün istifadə olunan maşınlara komplektləşdirici məmulatlar və ehtiyat hissələri.

2.3. Maşın və (və ya) avadanlıqların identifikasiyası zamanı konkret maşın və (və ya) avadanlıqların nümunəyə və ya onların təsvirinə uyğunluğu müəyyən edilir. Bu təsvirlər kimi Texniki reqlamentin istinad standartlarından, təsnifatlardan, spesifikasiya və çertyojlardan, texniki şərtlərdən, istismar sənədlərindən istifadə oluna bilər.

2.4. Müəyyən maşın və avadanlıq kateqoriyaları üçün əlavə təhlükəsizlik tələbləri 2 nömrəli Əlavəyə uyğun olaraq müəyyən edilib.

3. Əsas anlayışlar

3.1. Texniki reqlamentin məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

3.1.1. qəza – maşın və (və ya) avadanlığın zədələnməsi və ya sıradan çıxması, maşın və (və ya) avadanlıqların istismarı prosesində nəzarətsiz partlayışın baş verməsi və (və ya) təhlükəli və zərərli maddələrin xaric edilməsi;

3.1.2. icazə verilən risk – istehsalçının texniki və iqtisadi imkanlarına əsaslanaraq, maşın və (və ya) avadanlığın istifadəsindən yaranan, məhsulun mövcudluq dövrünün bütün mərhələlərində təmin edilməli olan təhlükəsizlik səviyyəsinə uyğun gələn risk dəyəri;

3.1.3. mövcudluq dövrü – maşın və (və ya) avadanlığın layihələndirilməsindən başlayaraq, utilizasiyasının başa çatmasına qədər bir-biri ilə əlaqəli mərhələləri (layihələndirmə, istehsal, saxlanma, montaj, sazlanma, istismar, o cümlədən müasirləşdirmə, təmir, texniki və servis xidməti) ehtiva edən dövr;

3.1.4. insident – maşın və (və ya) avadanlığın nasazlığı, texnoloji proses rejimindən kənara çıxma;

3.1.5. kritik nasazlıq – maşın və (və ya) avadanlığın insan həyat və sağlamlığına, əmlaka, ətraf mühitə, heyvanların və bitkilərin həyat və sağlamlığına zərər vurulması ilə nəticələnə biləcək nasazlığı;

3.1.6. maşın – ən az bir hissəsi və ya bir detalı müvafiq ötürücülər, idarəetmə zəncirləri, enerji mənbələrinin köməyi ilə hərəkət edən, konkret istifadə (məsələn, materialın emalı, təkrar emalı, daşınması və ya qablaşdırılması) məqsədilə bir-birinə birləşdirilmiş bir sıra əlaqəli hissə və detallar;

3.1.7. mobil enerji vasitələri – traktorlar, universal enerji vasitələri, özügedən şassilər;

3.1.8. təyin edilmiş resurs – maşın və (və ya) avadanlığın ümumi işləmə müddəti, həmin müddət çatdıqdan sonra texniki vəziyyətindən asılı olmayaraq, onun istismarı dayandırılmalıdır;

3.1.9. işləmə müddəti və ya həcmi – maşın və (və ya) avadanlığın işləmə müddəti və ya həcmi;

3.1.10. təyin edilmiş istifadə müddəti – maşın və (və ya) avadanlığın təqvim üzrə istifadə müddətidir, həmin müddət başa çatdıqdan sonra texniki vəziyyətindən asılı olmayaraq, onun istismarı dayandırılmalıdır;

3.1.11. təyin edilmiş saxlanma müddəti – maşın və (və ya) avadanlığın təqvim üzrə saxlanma müddətidir, həmin müddət başa çatdıqdan sonra texniki vəziyyətindən asılı olmayaraq, onun saxlanılması dayandırılmalıdır;

3.1.12. maşının təyinatına görə istifadəsi – maşın və (və ya) avadanlığın istehsalçının istismar sənədlərində göstərdiyi təyinatına uyğun olaraq istifadəsi;

3.1.13. təhlükəsizlik əsaslandırması – təhlükəsizliyin təmin edilməsi üzrə minimum zəruri tədbirlər haqqında konstruktor, istismar, texnoloji sənədlərdən məlumatları özündə əks etdirən, maşını və (və ya) avadanlığı mövcudluq dövrünün bütün mərhələlərində müşayiət edən sənəd;

3.1.14. avadanlıq – müstəqil şəkildə istifadə olunan və ya maşına quraşdırılan, onun əsas və (və ya) əlavə funksiyalarının yerinə yetirilməsi, həmçinin bir neçə maşının bir sistemdə birləşdirilməsi üçün zəruri olan texniki qurğu;

3.1.15. nasazlıq – layihələndirmə zamanı konstruktiv pozuntular, müəyyən edilmiş istehsal və ya təmir prosesinə riayət olunmaması, istismar qaydalarının və ya təlimatının yerinə yetirilməməsi nəticəsində maşın və (və ya) avadanlığın işlək vəziyyətinin pozulmasından ibarət hadisə;

3.1.16. son hədd vəziyyəti – maşın və (və ya) avadanlığın gələcək istismarının yolverilməz olduğu və ya məqsədəuyğun olmadığı, yaxud işlək vəziyyətinin bərpasının qeyri-mümkün olduğu və ya məqsədəuyğun olmadığı vəziyyəti;

3.1.17. qoşulan maşın – səyyar, qoşqulu, yarımqoşqulu, örtülü, yarımörtülü və ya mobil elektrik vasitəsinə montaj olunan, məhsul istehsalı və ilkin emalı əməliyyatlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş maşın;

3.1.18. tərtibatçı (layihə mütəxəssisi) – yeni maşın və avadanlıq növünün yaradılması, sınaq nümunəsi üçün texniki sənədlərin işlənib hazırlanması və sınaq nümunəsinin hazırlanması prosesini həyata keçirən hüquqi və ya fiziki şəxs;

3.1.19. sistem tərtibatçısı (layihə mütəxəssisi – maşın və (və ya) avadanlıq sisteminin (istehsalat dövrü ilə bir-birinə bağlı olan texnoloji xətlər) layihə sənədlərinin hazırlanması prosesini həyata keçirən hüquqi və ya fiziki şəxs;

3.1.20. maşın-traktor aqreqatı –yarımqoşqulu və ya montaj olunan maşınla (və ya maşınlarla) enerji mənbəyinin birləşməsindən ibarət olan və texnoloji əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulan kompleks;

3.1.21. sistem – tələb olunan funksiyaların yerinə yetirilməsi üçün konstruktiv və (və ya) funksional cəhətdən bir-biri ilə birləşdirilmiş maşın və (və ya) avadanlıqların cəmi;

3.1.22. təhlükə – insan həyat və sağlamlığına, əmlaka, ətraf mühitə potensial zərər mənbəyi;

3.1.23. təhlükəli zona – maşın və ya avadanlığın yaratdığı təhlükənin insana təsir etdiyi yer;

3.1.24. ərizəçi - uyğunluğu qiymətləndirmək üçün malları təqdim etmiş fiziki və ya hüquqi şəxs;

3.1.25. istehsalçının səlahiyyətli nümayəndəsi - tədarük olunan məhsulun Texniki reqlamentin tələblərinə uyğunluğunun təmin edilməsi baxımından və tədarük olunan məhsulun texniki reqlamentinin tələblərinə uyğun olmamasına görə məsuliyyət baxımından onunla müqavilə əsasında xarici istehsalçı funksiyalarını yerinə yetirən (xarici istehsalçı funksiyalarını yerinə yetirən şəxs), qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçmiş hüquqi şəxs və ya fiziki şəxs qismində fərdi sahibkar.

3.2. Texniki reqlamentdə istifadə olunan digər anlayışlar Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

4. İstehlak bazarında maşın və avadanlıqların dövriyyəsinə dair tələblər

4.1. Maşın və (və ya) avadanlıqlar Texniki reqlamentə, həmçinin Azərbaycan Respublikasında qüvvədə olan və onlara şamil olunan digər texniki reqlamentlərə uyğun olduqları halda və Texniki reqlamentdə, həmçinin onlara şamil olunan digər texniki reqlamentlərdə müəyyən edilmiş qaydada uyğunluğu qiymətləndirildikdə istehlak bazarında dövriyyəyə buraxılır.

4.2. Texniki reqlamentin tələblərinə uyğunluğu təsdiq edilməmiş maşın və (və ya) avadanlıqlar istehlak bazarında uyğunluq nişanı ilə nişanlanmamalı və dövriyyəyə buraxılmamalıdır.

5. Hazırlanma (layihələndirilmə) zamanı maşın və (və ya) avadanlıqların təhlükəsizliyinin təmin edilməsi

5.1 Maşın və (və ya) avadanlıqların hazırlanması (layihələndirilməsi) zamanı onların mövcudluq dövrünün bütün mərhələlərində mümkün təhlükə növləri müəyyən edilməlidir.

5.2. Müəyyən edilmiş təhlükə növləri üçün eksperimental, ekspert yolu ilə və ya analoji maşın və (və ya) avadanlıqların istismar məlumatları əsasında qiymətləndirilir.

5.3. Hazırlanma (layihələndirmə) zamanı maşın və (və ya) avadanlıq üçün icazə verilən risk də müəyyən edilə bilər. Bu zaman müəyyən edilmiş riskə uyğun gələn təhlükəsizlik səviyyəsi aşağıdakılarla təmin edilir:

5.3.1. elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin tamlığı;

5.3.2. müəyyən edilmiş qaydada təsdiq edilmiş metodlara əsaslanan zəruri hesablamalar və sınaqlar kompleksinin həyata keçirilməsi;

5.3.3. istismar parametrlərindən və şərtlərindən asılı olaraq, ayrı-ayrı maşın və (və ya) avadanlıq növlərində istifadə olunan materialların və maddələrin seçilməsi;

5.3.4. tərtibatçı (layihə mütəxəssisi) tərəfindən son hədd vəziyyəti meyarlarının müəyyən edilməsi;

5.3.5. tərtibatçı (layihə mütəxəssisi) tərəfindən təyin edilmiş xidmət müddətinin, təyin edilmiş resursların, texniki xidmət, təmir və utilizasiya müddətlərinin müəyyən edilməsi;

5.3.6. maşın və (və ya) avadanlıqların təxmin olunan mümkün yanlış istifadəsi ilə bağlı bütün təhlükələrin müəyyən edilməsi;

5.3.7. maşın və (və ya) avadanlıqların istifadəsinin məhdudlaşdırılması.

5.4. Maşın və (və ya) avadanlığın icazə verilən riski müəyyən edən texniki xüsusiyyətlərinə layihənin dəyişdirilməsi ilə nail olmaq mümkün olmadıqda, həmçinin bu, iqtisadi cəhətdən məqsədəuyğun olmadıqda, istismar kitabçasında (təlimatında) bu maşının və (və ya) avadanlığın istifadə şərtlərini məhdudlaşdıran və ya təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərin görülməsi zərurəti haqqında xəbərdarlıq edən məlumat göstərilir.

5.5. Maşın və (və ya) avadanlıqların hazırlanması (layihələndirilməsi) zamanı fiziki amillərin (səs-küy, infrasəs, hava və kontakt ultrasəsi, lokal və ümumi vibrasiya, elektromaqnit sahələrinin səviyyəsi), həmçinin təhlükəli və zərərli maddələrin ayrılmasının maşın və (və ya) avadanlıqların istismarı zamanı təhlükəsizliyi təmin edən səviyyələri müəyyən edilməlidir.

5.6. Maşın və (və ya) avadanlığın hazırlanması (layihələndirilməsi) zamanı təhlükəsizlik əsaslandırması hazırlanmalıdır.

5.7. Maşın və (və ya) avadanlıqların təhlükəsizlik əsaslandırmasının əsli tərtibatçıda (layihə mütəxəssisində), surəti isə maşın və (və ya) avadanlıqların istehsalçısında və maşın və (və ya) avadanlıqları istismar edən təşkilatda qalmalıdır.

5.8. İstismar kitabçasının (təlimatının) işlənib hazırlanması maşın və (və ya) avadanlığın hazırlanmasının (layihələndirilməsinin) ayrılmaz tərkib hissəsidir. İstismar kitabçası (təlimatı) aşağıdakıları ehtiva edir:

5.8.1. maşın və (və ya) avadanlıqların konstruksiyası, iş prinsipi, xüsusiyyətləri haqqında məlumatlar;

5.8.2. maşın və (və ya) avadanlığın montajı və ya yığılması, sazlanması və ya tənzimlənməsi, ona texniki xidmət və onun təmiri ilə bağlı göstərişlər;

5.8.3. maşın və (və ya) avadanlıqdan istifadə ilə bağlı göstərişlər və istismara verilmə, təyinatı üzrə istifadə, texniki xidmət, bütün təmir növləri, dövri qiymətləndirmə, sınaqlar, daşınma, qablaşdırma, konservasiya və saxlama şərtləri də daxil olmaqla, təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər;

5.8.4. konstruktiv xüsusiyyətlərindən asılı olaraq, təyin edilmiş göstəricilər (təyin edilmiş saxlanma müddəti, təyin edilmiş istifadə müddəti və (və ya) təyin edilmiş resurs). Təyin edilmiş göstəricilərə (təyin edilmiş resurs, saxlanma müddəti, istifadə müddəti) çatdıqda maşın və (və ya) avadanlıqlar istismardan çıxarılır və onların təmirə göndərilməsi, utilizasiyası, yoxlanılması və yeni təyin edilmiş göstəricilərin (təyin edilmiş resursun, saxlanma müddətinin, istifadə müddətinin) müəyyən edilməsi haqqında qərar qəbul edilir;

5.8.5. kritik nasazlıqların siyahısı, personalın insident və ya qəzaya səbəb olan mümkün səhv hərəkətləri;

5.8.6. insident, kritik nasazlıq və ya qəza halında personalın hərəkətləri;

5.8.7. son hədd vəziyyəti meyarları;

5.8.8. istismardan çıxarma və utilizasiya ilə bağlı göstərişlər;

5.8.9. xidmət personalının ixtisası haqqında məlumatlar.

5.9. Maşın və (və ya) avadanlıq peşəkar istifadəçilər tərəfindən istismar üçün nəzərdə tutulmadığı halda istismar kitabçasında (təlimatında) bu istifadəçilərin bilikləri, bacarıqları və təcrübəsi nəzərə alınmalıdır.

6. İstehsal, saxlanma, daşınma, istismar və utilizasiya zamanı maşın və (və ya) avadanlıqların təhlükəsizliyinin təmin edilməsi

6.1. Maşın və (və ya) avadanlığın istehsalı zamanı onların layihə (konstruktor) sənədlərinin və  Texniki reqlamentin tələblərinə uyğunluğu təmin edilməlidir.

6.2. Maşın və (və ya) avadanlığın istehsalı zamanı istehsalçı təhlükəsizliyin təmin edilməsi üzrə layihə (konstruktor) sənədlərində müəyyən edilmiş bütün tədbirlər kompleksini yerinə yetirməlidir, bu zaman təhlükəsizliyin asılı olduğu bütün texnoloji əməliyyatların yerinə yetirilməsinə nəzarət imkanı təmin edilməlidir.

6.3. Maşın və (və ya) avadanlığın istehsalı zamanı layihə (konstruktor) sənədlərində nəzərdə tutulmuş sınaqlar keçirilməlidir.

6.4. Maşın və (və ya) avadanlığın istehsalı zamanı Texniki reqlamentə uyğun olaraq, tətbiq olunan texnoloji proseslər və nəzarət sistemi nəzərə alınmaqla, layihə (konstruktor) sənədlərində müəyyən edilmiş təhlükəsizlik tələbləri təmin edilməlidir.

6.5. Maşın və (və ya) avadanlığın istehsalı zamanı layihə (konstruktor) sənədlərindən kənaraçıxmalar tərtibatçı (layihə mütəxəssisi) ilə razılaşdırılmalıdır. Razılaşdırılmış layihə (konstruktor) sənədlərinə əsaslanaraq istehsal olunmuş maşın və (və ya) avadanlığın istifadəsi ilə bağlı risk tərtibatçısı (layihə mütəxəssisi) tərəfindən müəyyən edilmiş icazə verilən riskdən yüksək olmamalıdır.

6.6. Maşın və (və ya) avadanlıq istehsalçısı maşın və (və ya) avadanlıqları istismar kitabçası (təlimatı) ilə təmin etməlidir.

6.7. Maşın və (və ya) avadanlıq təhlükə növləri haqqında aydın və silinməyən xəbərdarlıq yazı və ya nişanlarına malik olmalıdır.

6.8. Maşın və (və ya) avadanlıq aşağıdakıları ehtiva edən yaxşı oxunan, aydın və silinməyən identifikasiya (eyniləşdirmə) yazısına malik olmalıdır:

6.8.1. istehsalçının adı və (və ya) əmtəə nişanı;

6.8.2. maşın və (və ya) avadanlığın adı və (və ya) işarəsi (növü, markası, modeli (mövcud olduqda));

6.8.3. istehsal ili;

6.8.4. identifikasiya və ya seriya, şassi nömrəsi (özügedən nəqliyyat vasitəsi və onun qoşqusuna münasibətdə). 

6.9. Texniki reqlamentin 6.8-ci bəndində verilən məlumatları maşın və (və ya) avadanlığın üzərinə tətbiq etmək mümkün olmadıqda (sözügedən nəqliyyat vasitəsi və onun qoşqusu istisna olmaqla), onlar yalnız bu maşına və (və ya) avadanlığa qoşulan istismar kitabçasında (təlimatında) göstərilə bilər. Bu zaman istehsalçının adı və (və ya) əmtəə nişanı, maşının və (və ya) avadanlığın adı və işarəsi (növü, markası, modeli (mövcud olduqda)) qablaşdırmada göstərilməlidir. İdentifikasiya nömrəsi dublikat olaraq maşın və ya avadanlığın digər dəyişməyən hissəsinin üzərində də basma üsulu ilə vurulmalıdır.

6.10. Texniki reqlamentin 6.8-ci bəndində verilən məlumatlar istismar kitabçasında (təlimatında) yer almalıdır. Bundan başqa, istismar kitabçası (təlimatı) istehsalçının (istehsalçı tərəfindən səlahiyyət verilmiş şəxsin), idxalatçının adını və ünvanını, onun əlaqə məlumatlarını ehtiva etməlidir.

6.11. İstismar kitabçası (təlimatı) Azərbaycan Respublikasının dövlət dilində hazırlanır.

6.12. İstismar kitabçası (təlimatı) kağız üzərində hazırlanır. Ona elektron daşıyıcılarda istismar sənədləri toplusu əlavə oluna bilər. Qeyri-məişət təyinatlı maşın və (və ya) avadanlığın dəstinə daxil olan istismar kitabçası (təlimatı), istehsalçının seçimindən asılı olaraq, yalnız elektron daşıyıcılarda hazırlana bilər.

6.13. Maşın və (və ya) avadanlığın qablaşdırılması üçün istifadə olunan materiallar və maddələr təhlükəsiz olmalıdır.

6.14. Maşın və (və ya) avadanlıqların, onların hissələrinin və detallarının daşınması və saxlanması layihə (konstruktor) və istismar sənədlərində nəzərdə tutulmuş təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir.

6.15. Maşın və (və ya) avadanlığa texniki xidmət, təmir və yoxlama işləri zamanı bu işlərin yerinə yetirildiyi bütün müddət ərzində istismar kitabçasında (təlimatında), texniki xidmət və ya təmirin həyata keçirilməsi proqramında müəyyən edilmiş tələblərə riayət olunmalıdır.

6.16. Maşın və (və ya) avadanlığın təmiri zamanı onun konstruksiyasında baş verən dəyişikliklər tərtibatçı (layihə mütəxəssisi) ilə razılaşdırılmalıdır.

6.17. İstismar kitabçasında (təlimatında) maşın və (və ya) avadanlığın təhlükəsiz utilizasiyası ilə bağlı tövsiyələr müəyyən edilməlidir.

6.18. Maşın və (və ya) avadanlığın layihələndirilməsi zamanı istismar kitabçasında (təlimatında) maşın və (və ya) avadanlığın təyin edilmiş resursa və ya təyin edilmiş istifadə müddətinə çatdıqdan sonra təyinatından kənar istifadəsinin qarşısının alınması üçün tədbirlər müəyyən edilməlidir.

7. Təhlükəsizlik tələblərinə uyğunluğun təmin edilməsi

7.1. Maşın və (və ya) avadanlıqların Texniki reqlamentə uyğunluğu bilavasitə onun tələblərinə riayət olunması və ya Azərbaycan Repsublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən dərc edilmiş istinad standartlarının tələblərinin yerinə yetirilməsi ilə təmin olunur.

8. Maşın və avadanlıqların uyğunluğunun qiymətləndirilməsi

8.1. İstehlak bazarında dövriyyəyə buraxılan maşın və (və ya) avadanlıqların Texniki reqlamentin tələblərinə uyğunluğu qiymətləndirilməlidir.

8.2. İstismarda olmuş və ya istehsalçılarının şəxsi ehtiyacları üçün istehsal edilmiş maşın və (və ya) avadanlıqların, həmçinin maşınların maşın və (və ya) avadanlıqların təmiri (texniki xidmət) üçün istifadə olunan komplekt və ehtiyat hissələrinin Texniki reqlamentin tələblərinə uyğunluğunun təsdiqi tələb olunmur.

8.3. Maşın və (və ya) avadanlıqların uyğunluğunun qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ___ tarixli ___ nömrəli Qərarı ilə təsdiq olunan “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları”na uyğun olaraq həyata keçirilir.

8.4. Maşın və (və ya) avadanlıqların Texniki reqlamentin tələblərinə uyğunluğu aşağıdakı formada təsdiq edilir:

8.4.1. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq akkreditasiya edilmiş sertifikatlaşdırmanı aparan qurumlar (bundan sonra – sertifikatlaşdırmanı aparan qurumlar) tərəfindən sertifikatlaşdırma;

8.5.2. Öz dəlilləri əsasında və (və ya) sertifikatlaşdırmanı aparan qurumun və ya “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq akkreditasiya edilmiş sınaq laboratoriyasının (bundan sonra – akkreditasiya edilmiş sınaq laboratoriyası) iştirakı ilə əldə edilmiş dəlillər əsasında ərizəçi tərəfindən uyğunluğun bəyan edilməsi.

8.5. Sertifikatlaşdırma texniki tənzimləmənin şamil olunduğu mallar siyahısına daxil edilmiş maşın və (və ya) avadanlıqlar üçün 3 nömrəli əlavədə göstərilmiş sertifikatlaşdırma formasında həyata keçirilir.

8.6. Uyğunluğun bəyan edilməsi ərizəçi tərəfindən texniki tənzimləmənin şamil olunduğu mallar siyahısına daxil edilmiş maşın və (və ya) avadanlıqlar üçün 3 nömrəli Əlavədə göstərilmiş uyğunluğun bəyan edilməsi formasında həyata keçirilir.

8.7. Ərizəçinin qərarı ilə ərizəçinin malın Texniki reqlamentin tələblərinə uyğunluğu təsdiq edən dəlilləri olmadığı və ya kifayət etmədiyi halda, texniki tənzimləmənin şamil olunduğu mallar siyahısına daxil edilmiş maşın və (və ya) avadanlıqlar üçün uyğunluğun bəyan edilməsi əvəzinə Texniki reqlamentdə nəzərdə tutulmuş sertifikatlaşdırma sxemləri ilə sertifikatlaşdırma həyata keçirilə bilər.

8.8. Uyğunluq sertifikatı və ya,uyğunluq bəyannaməsi maşın və (və ya) avadanlığın Texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən yeganə sənəddir. İdxal olunan mallara münasibətdə müvafiq texniki reqlamentin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada tanındıqda həmin malların Texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsi tələb olunmur. 

8.9. Uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi bərabər hüquqi qüvvəyə malikdir və istehlak bazarında dövriyyəyə buraxılan maşın və (və ya) avadanlıqlar üçün uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsinin etibarlılıq müddəti ərzində və hər bir vahidə (maşın və (və ya) avadanlığa) münasibətdə onun istifadə müddəti ərzində Azərbaycan Respublikası ərazisində etibarlıdır.

8.10. Uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi haqqında məlumatlar maşın və (və ya) avadanlığın pasportunda göstərilməlidir.

8.11. Uyğunluğun təsdiq edilməsi zamanı maşın və (və ya) avadanlıqların Texniki reqlamentin birbaşa müəyyən edilmiş tələblərinə və ya Texniki reqlamentin istinad standartlarında müəyyən edilmiş tələblərinə uyğunluğu yoxlanılır.

8.12. Maşın və (və ya) avadanlıqların uyğunluğunun təsdiq edilməsi zamanı ərizəçi maşın və (və ya) avadanlığın Texniki reqlamentin təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər toplusunu hazırlayır. Bu sənədlər toplusuna aşağıdakılar daxildir:

8.12.1. təhlükəsizlik əsaslandırması;

8.12.2. texniki şərtlər (mövcud olduqda);

8.12.3. istismar sənədləri;

8.12.4. istinad standartlarının siyahısı (istehsalçı onları tətbiq edirsə);

8.12.5. müqavilə (tədarük müqaviləsi) (partiya üçün, bir mal üçün) və ya məhsulu müşayiət edən sənədlər (partiya üçün, bir mal üçün);

8.12.6. istehsalçının idarəetmə sisteminin uyğunluq sertifikatı (mövcud olduqda);

8.12.7. aparılmış tədqiqatlar haqqında məlumatlar (mövcud olduqda);

8.12.8. maşın və (və ya) avadanlığın istehsalçı, satıcı, xarici istehsalçı funksiyalarını yerinə yetirən şəxs və (və ya) sınaq laboratoriyaları tərəfindən aparılmış sınaqlarına dair protokollar (mövcud olduqda);

8.12.9. materialların və komponentlərin uyğunluq sertifikatları və ya onların sınaq protokolları (mövcud olduqda);

8.12.10. maşın və (və ya) avadanlıqlara xarici dövlətlərdə verilmiş uyğunluq  sənədləri (mövcud olduqda);

8.12.11. maşın və (və ya) avadanlıqların Texniki reqlamentin təhlükəsizlik tələblərinə uyğunluğunu birbaşa və ya dolayı şəkildə təsdiq edən digər sənədlər (mövcud olduqda).

9. Maşın və (və ya) avadanlıqların uyğunluğunun bəyan edilməsi

9.1. Maşın və (və ya) avadanlıqların uyğunluğu aşağıdakı sxemlər əsasında bəyan edilir:

9.1.1. 1b sxemi, seriyalı istehsal olunan maşın və (və ya) avadanlıqlar üçün, aşağıdakı addımlardan ibarətdir:

1. istehsal nəzarətinin həyata keçirilməsi və istehsal prosesinin maşın və (və ya) avadanlıqların Texniki reqlamentin tələblərinə uyğunluğunu təmin etməsi üçün bütün zəruri tədbirlərin görülməsi; sınaq laboratoriyasında və ya akkreditasiya edilmiş sınaq laboratoriyasında nümunələrin sınağının keçirilməsi;

9.1.2. 2b sxemi, maşın və (və ya) avadanlıq partiyası (bir məmulat) üçün, aşağıdakı addımlardan ibarətdir:

1. sınaq laboratoriyasında və ya akkreditasiya edilmiş olunmuş sınaq laboratoriyasında nümunələrin sınağının keçirilməsi,

9.1.3. 3b sxemi, seriyalı istehsal olunan maşın və (və ya) avadanlıqlar üçün, aşağıdakı addımlardan ibarətdir:

1. istehsal nəzarətinin həyata keçirilməsi və istehsal prosesinin maşın və (və ya) avadanlıqların Texniki reqlamentin tələblərinə uyğunluğunu təmin etməsi üçün bütün zəruri tədbirlərin görülməsi; akkreditasiya edilmiş olunmuş sınaq laboratoriyasında nümunələrin sınağının keçirilməsi,

9.1.4. 4b sxemi, maşın və (və ya) avadanlıq partiyası (bir məmulat) üçün, aşağıdakı addımlardan ibarətdir:

1. akkreditasiya edilmiş sınaq laboratoriyasında (mərkəzində) nümunələrin sınağının keçirilməsi,

9.1.5. 5b sxemi, təhlükə potensiallı obyektlərdə istifadə olunan, istismar yerində quraşdırılana qədər tam həcmdə sınağının keçirilməsi mümkün olmayan, uyğunluğun təsdiq edilməsi zamanı istehsalçı və ya istehsalçının səlahiyyətli nümayəndəsi tərəfindən istinad standartları tətbiq edilməyən, o cümlədən innovativ məhsul olan maşın və (və ya) avadanlıqlar üçün istifadə olunur və aşağıdakı addımlardan ibarətdir:

1. istehsal nəzarətinin həyata keçirilməsi və istehsal prosesinin maşın və (və ya) avadanlıqların Texniki reqlamentin tələblərinə uyğunluğunu təmin etməsi üçün bütün zəruri tədbirlərin görülməsi və istehsalçı və ya istehsalçının səlahiyyətli nümayəndəsinin növün (tipin) tədqiq edilməsi məqsədilə sertifikatlaşdırmanı aparan quruma müraciət etməsi;

2. sertifikatlaşdırmanı aparan qurum istehsalçı və ya istehsalçının səlahiyyətli nümayəndəsindən  əldə etdiyi sənədləri nəzərə almaqla növü (tipi) tədqiq edir. İstehsalçı və ya istehsalçının səlahiyyətli nümayəndəsinin standartları tətbiq etmədiyi halda sertifikatlaşdırmanı aparan qurum qeyd edilən standartların tələblərinin bəyan edilmiş tələblərlə əvəz edilməsi mümkünlüyünü qiymətləndirir. İstehsalçı və ya istehsalçının səlahiyyətli nümayəndəsinin təqdim etdiyi sənədlərdən asılı olaraq, növün tədqiqi aşağıdakı üsullardan biri ilə aparılır:

2.1. sonradan istehsal olunan bütün maşın və (və ya) avadanlıqların nümayəndəsi kimi bir nümunənin tədqiqi;

2.2.  təqdim edilmiş sənədlərin tədqiqi, nümunənin və ya maşın və (və ya) avadanlıqların həlledici (kritik) komponentlərinin sınağı;

 3. aparılmış növ (tip) tədqiqatlarının nəticələri müsbət olduqda sertifikatlaşdırmanı aparan qurum təsdiqedici sənədi tərtib edir və ərizəçiyə təqdim edir. Təsdiqiedici sənəd uyğunluq haqqında bəyannamənin ayrılmaz tərkib hissəsidir və dövlət nəzarət orqanları tərəfindən Texniki reqlamentə uyğunluğun yoxlanılması zamanı onda yer alan, maşın və (və ya) avadanlıqla bağlı bəyan edilmiş, onun Texniki reqlamentin tələblərinə uyğunluğunun yetərli dəlili hesab olunmuş tələblərdən istifadə olunur;

9.1.7. 6b sxemi, istehsalçının sertifikatlaşdırılmış idarəetmə sistemi olduqda seriyalı istehsal olunan maşın və (və ya) avadanlıqlar üçün, aşağıdakı addımlardan ibarətdir:

1. idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı tərəfindən verilmiş idarəetmə sistemi sertifikatı (uyğunluq sertifikatının surəti) da daxil olan sənədlər toplusununun hazırlanması; istehsal nəzarətinin həyata keçirilməsi və istehsal prosesinin maşın və (və ya) avadanlıqların Texniki reqlamentin tələblərinə uyğunluğunu təmin etməsi üçün bütün zəruri tədbirlərin görülməsi; akkreditasiya edilmiş sınaq laboratoriyasında nümunələrin sınağının keçirilməsi,

9.2. 1b, 3b, 5b, 6b uyğunluğun bəyan edilməsi sxemləri istehsalçı və ya istehsalçının səlahiyyətli nümayəndəsinə şamil olunur. çıxış edir.

9.3. 2b, 4b uyğunluğun bəyan edilməsi sxemləri istehsalçı, istehsalçının səlahiyyətli nümayəndəsi, idxalatçı və ya satıcıya şamil olunur.

9.4. Təsərrüfat subyekti uyğunluğun qiymətləndirilməsinin müsbət nəticələri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun olaraq uyğunluq bəyannaməsini tərtib edir.

10. Uyğunluq bəyannaməsinin qəbulu üçün əsas olan sübut xarakterli materiallar

10.1. Öz dəlilləri əsasında uyğunluq haqqında bəyannamənin qəbul edilməsi üçün əsas olan dəlil xarakterli materiallar kimi Texniki reqlamentin 8.12-ci bəndində göstərilən sənədlərdən, həmçinin istinad standartlarından istifadə olunur.

10.2. Qeyd edilən sənədlərdən istifadə şərtləri aşağıdakılar ola bilər:

10.2.1. sınaq protokolları üçün:

1. sınaq protokollarında Texniki reqlamentdə müəyyən edilmiş, bəyan edilən konkret məhsula şamil olunan bütün tələblərə uyğunluğu təsdiq edən göstəricilərin dəyərlərinin mövcudluğu;

2.  sınaq protokollarının bəyan edilmiş maşın və (və ya) avadanlıqlara şamil olunması;

3. uyğunluğunun təsdiqi tələb olunan son məhsulun təhlükəsizliyini müəyyən edirsə, xammal, material və komponentlərin uyğunluq sertifikatları, uyğunluq bəyannamələri və ya sınaq protokolları;

4. bəyan edilmiş maşın və (və ya) avadanlıqların istehsalına şamil olunursa, istehsalın keyfiyyət idarəetmə sisteminin sertifikatları;

5. maşın və (və ya) avadanlıqların müəyyən edilmiş tələblərə uyğunluğunu birbaşa və ya dolayı şəkildə təsdiq edən digər sənədlər, bəyan edilmiş maşın və (və ya) avadanlıqların könüllü sertifikatlaşdırma zamanı verilmiş uyğunluq sertifikatları (könüllü sertifikatlaşdırma zamanı bütün zəruri tələblərin təsdiq edilməsi şərtilə).

10.3. Uyğunluq bəyannaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq tərtib edilir.

10.4. Uyğunluq bəyannaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 215 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”na uyğun olaraq qeydiyyatdan keçirilməlidir. Uyğunluq bəyannaməsinin etibarlılığı onun qeydiyyatı günündən etibarən başlayır. Uyğunluq bəyannaməsinin etibarlılıq müddəti maksimum 5 il təşkil edir.

10.5. Ərizəçi uyğunluq bəyannaməsini və sübut xarakterli materialları uyğunluq bəyannaməsinin etibarlılıq müddəti başa çatdığı andan etibarən 10 (on) il ərzində saxlamalıdır.

10.6. Uyğunluğu təsdiq edən sənədlər toplusu dövlət nəzarət orqanlarının tələbi ilə onlara təqdim edilməlidir.

11. Maşın və (və ya) avadanlıqların sertifikatlaşdırılması

11.1. Maşın və (və ya) avadanlıqların sertifikatlaşdırılması aşağıdakı sxemlərə əsasən həyata keçirilir:

11.1.1. 1s sxemi, seriyalı istehsal olunan maşın və (və ya) avadanlıqlar üçün, aşağıdakı addmlardan ibarətdir:

1. akkreditasiya edilmiş sınaq laboratoriyası maşın və (və ya) avadanlıqların nümunələrinin sınağını keçirir;

2. Sertifikatlaşdırmanı aparan qurum istehsalçının istehsal obyektinə baxışı həyata keçirir və maşın və (və ya) avadanlıqların nümunələrinin sınaq nəticələrini təhlil edir və nəticələr müsbət olduqda ərizəçiyə uyğunluq sertifikatı təqdim edir;

3. Sertifikatlaşdırmanı aparan qurum akkreditasiya edilmiş sınaq laboratoriyasında nümunələrin sınaqlarını keçirməklə və (və ya) istehsal obyektinə baxış aparmaqla sertifikatlaşdırılmış maşın və (və ya) avadanlıqlara dövri qiymətləndirilməsini həyata keçirir.

11.1.2. 3s sxemi, maşın və (və ya) avadanlıq partiyası (bir məmulat) üçün, aşağıdakı addımlardan ibarətdir:

1. sertifikatlaşdırmanı aparan qurum və ya akkreditasiya edilmiş sınaq laboratoriyası  sınaqların keçirilməsi üçün ərizəçidən nümunə götürür;

2. akkreditasiya edilmiş sınaq laboratoriyası maşın və (və ya) avadanlıqların nümunələrinin sınağını keçirir;

3. sertifikatlaşdırmanı aparan qurum maşın və (və ya) avadanlıq nümunələrinin sınaq nəticələrinin təhlilini aparır və nəticələr müsbət olduqda ərizəçiyə uyğunluq sertifikatı təqdim edir;

11.1.3. 9s sxemi, Azərbaycan Respublikası ərazisində müəssisənin təchiz edilməsi üçün nəzərdə tutulmuş məhdud həcmdə maşın və (və ya) avadanlıq partiyası üçün, aşağıdakı addımlardan ibarətdir:

1. sertifikatlaşdırma orqanı ərizəçi tərəfindən təqdim edilmiş sənədlər toplusunu təhlil edir və nəticələr müsbət olduqda ərizəçiyə uyğunluq sertifikatı təqdim edir.

11. 2. 1s, 9s sxemləri istehsalçı və ya istehsalçının səlahiyyətli nümayəndəsinə şamil olunur.

11. 3. 3s sxemi istehsalçı, istehsalçının səlahiyyətli nümayəndəsi,  satıcı və ya idxalatçıya şamil olunur.  

11.4. Ərizəçi Texniki reqlamentin tələblərinə uyğunluğu sertifikatlaşdırma formasında təsdiq edilməli olan maşın və avadanlıqların sertifikatlaşdırılması üçün akkreditasiya edilmiş istənilən sertifikatlaşdırmanı aparan quruma müraciət edə bilər.

11.5. Sertifikatlaşdırma üçün ərizə ərizəçi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq tərtib edilir.

11.4. Sertifikatlaşdırma aparan qurum ərizəni nəzərdən keçirir və sertifikatlaşdırmanın aparılması mümkünlüyü haqqında qərar qəbul edir.

11.5. Qərar müsbət olduqda sertifikatlaşdırmanı aparan qurum ərizəçi ilə sertifikatlaşdırma işlərinin aparılması haqqında müqavilə bağlayır.

11.6. Sertifikatlaşdırmanı aparan qurum işləri sertifikatlaşdırma sxeminə uyğun olaraq yerinə yetirir, qərarı hazırlayır və nəticə müsbət olduqda ərizəçiyə uyğunluq sertifikatı təqdim edir.

11.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq sertifikatlaşdırmanın nəticəsi mənfi olduqda sertifikatlaşdırma orqanı ərizəçiyə uyğunluq sertifikatının verilməsindən imtina haqqında əsaslandırılmış qərar göndərir.

11.8. Maşın və (və ya) avadanlıqların standart nümunəsinin (standart nümunələrinin) və ya bir məmulatın sınaqları sertifikatlaşdırma aparan qurumun tapşırığı ilə akkreditasiya edilmiş sınaq laboratoriyası tərəfindən keçirilir, sınaq protokolu həmin sertifikatlaşdırmanı aparan quruma təqdim edilir.

11.9. İstehsal obyektinə baxış sertifikatlaşdırma orqanı tərəfindən istehsal obyektində aparılır. İstehsal obyektinə baxışın nəticələri aktla rəsmiləşdirilir.

11.10. İstehsalçının sertifikatlaşdırılmış istehsalın keyfiyyət idarəetmə sistemi və ya maşın və (və ya) avadanlıqların hazırlanması və istehsalının keyfiyyət idarəetmə sistemi olduqda sertifikatlaşdırmanı aparan qurum bu sistemin Texniki reqlamentin tələblərinə cavab verən sertifikatlaşdırılmış maşın və (və ya) avadanlıqların sabit istehsalını təmin etmək qabiliyyətini qiymətləndirir.

11.11. Sertifikatlaşdırma sxemində nəzərdə tutulmuş prosedurların nəticələri müsbət olduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq sertifikatlaşdırmanı aparan qurum uyğunluq sertifikatını tərtib edir və ərizəçiyə təqdim edir.

11.12. Uyğunluq sertifikatı 2021-ci il 17 iyul tarixli “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq tərtib edilir.

11.13. Uyğunluq sertifikatının etibarlılıq müddəti istehsal edilən maşın və (və ya) avadanlıqlar üçün maksimum 5 (beş) il olaraq müəyyən edilir, istehsal edilmiş partiya üçün müddət müəyyən edilmir.

11.14. Uyğunluq sertifikatının şamil olunduğu konkret məmulatların siyahısını ehtiva edən əlavəsi ola bilər. Aşağıdakı hallarda əlavə tərtib edilir:

11.14.1. ərizəçinin istehsal etdiyi və eyni tələblərə əsasən sertifikatlaşdırılmış eynicinsli məhsul qrupunun tərkibinin təfərrüatlı şəkildə təsvir edilməsi tələb olunduğu hallarda;

11.14.2. daha böyük birliklərə daxil olan, vahid məhsul istehsalı şərtlərinə malik olan istehsalçı zavodları qeyd etmək tələb olunduğu hallarda.

12. İstehlak bazarında məhsulun uyğunluq nişanı ilə nişanlanması

12.1. Texniki reqlamentin təhlükəsizlik tələblərinə uyğun olan və Texniki reqlamentdə göstərilən qaydada uyğunluğu qiymətləndirilən maşın və (və ya) avadanlıqlar istehlak bazarında məhsulun uyğunluq nişanı ilə nişanlanmalıdır.

12.2. Maşın və avadanlıqlara uyğunluq nişanının vurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 216 nömrəli  Qərarı ilə təsdiq olunan “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na uyğun həyata keçirilir.

12.3. Maşın və avadanlıqların uyğunluq nişanı ilə nişanlanması onların istehlak bazarında dövriyyəyə buraxılmasından əvvəl tətbiq olunur.

12.4. Məhsulun uyğunluq nişanı hər bir maşın və (və ya) avadanlıq vahidinə, maşın və (və ya) avadanlığın bütün istifadə müddəti ərzində dəqiq və aydın əks olunmasını təmin edən istənilən üsulla tətbiq olunur.

12.5. İstehlak bazarında məhsulun uyğunluq nişanı onun üzərinə tətbiq olunur.

12.6. İstehlak bazarında məhsulun uyğunluq nişanının bilavasitə maşına və (və ya) avadanlığa tətbiqi mümkün olmadıqda modelin seriya (identifikasiya) nömrəsi qeyd olunmaqla onun yalnız qablaşdırmada və əlavə olunan istismar sənədlərində göstərilməsinə icazə verilir.

13. Yekun müddəalar

13.1.Təsərrüfat subyektləri Texniki reqlamentin tələblərinə uyğun olmayan maşın və (və ya) avadanlıqların dövriyyəyə buraxılmasının məhdudlaşdırılması, qadağan edilməsi, həmçinin maşın və (və ya) avadanlıqların bazardan çıxarılması üçün bütün tədbirləri görmək öhdəliyi daşıyırlar.

13.2. Texniki reqlament dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minir.

“Maşın və avadanlıqların

təhlükəsizliyi haqqında” texniki reqlamentə

1 nömrəli əlavə

Maşın və (və ya) avadanlıqlarla bağlı əsas təhlükəsizlik tələbləri

1. Maşın və (və ya) avadanlığın istehsalçı tərəfindən nəzərdə tutulmuş şərtlərdə personalın təhlükəyə məruz qalmadan tənzimlənməsi və ona texniki xidmətin mümkünlüyü təmin edilməlidir.

2. Maşın və (və ya) avadanlıqların hazırlanması (layihələndirilməsi) və istehsalı zamanı məsul şəxslər:

2.1. təhlükəni aradan qaldırmalı və ya azaltmalı, habelə təhlükədən qorunma tədbirləri görməli;

2.2. istehlakçılara qorunma tədbirləri haqqında məlumat verməli, xüsusi təlimin tələb olunub-olmadığını qeyd etməli və texniki mühafizə tədbirlərinə ehtiyac olub-olmadığını müəyyən etməlidirlər.

3. Maşın və (və ya) avadanlıqlar hazırlanarkən (layihələndirilərkən) və istehsal edilərkən, həmçinin maşın və (və ya) avadanlığın istismar kitabçası (təlimatı) hazırlanarkən maşın və (və ya) avadanlıqların istismarı zamanı icazə verilən risk nəzərə alınmalıdır.

4. Yolverilməz istismar nəticəsində təhlükə yarana biləcəyi halda maşının və (və ya) avadanlığın konstruksiyası belə bir istismarın qarşısını almalıdır. Bu, mümkün deyilsə, istismar kitabçasında (təlimatında) bu cür vəziyyətlər istehlakçının nəzərinə çatdırılır.

5. Maşın və (və ya) avadanlığın hazırlanması (layihələndirilməsi) və istehsalı zamanı narahatlıq, yorğunluq və psixoloji gərginliyin personala təsirinin mümkün olan minimum səviyyəyə endirilməsi üçün erqonomik prinsiplərdən istifadə olunmalıdır.

6. Maşın və (və ya) avadanlığın hazırlanması (layihələndirilməsi) və istehsalı zamanı fərdi qoruyucu vasitələrdən istifadə halında operatorun hərəkətlərinə qoyulan məhdudiyyətlər nəzərə alınmalıdır.

7. Maşın və (və ya) avadanlıq istismar kitabçasına uyğun olaraq təhlükəsiz tənzimləmələrin, texniki xidmətin həyata keçirilməsi və təyinatı üzrə istifadə üçün zəruri cihaz və alətlərlə təchiz olunmalıdır.

8. Maşın və (və ya) avadanlıq elə hazırlanmalı tərtib edilməli (layihələndirilməli) və istehsal olunmalıdır ki, onların istehsalı və istismarı zamanı istifadə olunan xammal, material və maddələr insan həyat və sağlamlığının təhlükəsizliyi, əmlak, ətraf mühit, heyvanların həyat və sağlamlığı üçün təhdid təşkil etməsin.

9. Maye və qazlardan istifadə zamanı onlardan istifadə ilə bağlı təhlükələr aradan qaldırılmalıdır.

10. Maşın və (və ya) avadanlığın təhlükəsiz istismarı üçün əlavə işıqlandırma nəzərdə tutulmalıdır.

11. Maşın və (və ya) avadanlığın tez-tez baxış, tənzimləmə və texniki xidmət tələb edən daxili hissələri və sahələri təhlükəsizliyi təmin edən işıqlandırmaya malik olmalıdır.

12. Maşın və (və ya) avadanlığın istismarı zamanı kölgəli sahələrin, nasazlıq, göz qamaşdırma və stroboskopik effekt yaradan sahələrin yaranmasının qarşısı alınmalıdır.

13. Maşın və (və ya) avadanlıq və ya onların hər bir hissəsi təhlükəsiz və zədələnmədən saxlanıla biləcək, kifayət qədər dayanıqlı ola biləcək şəkildə qablaşdırılmalıdır.

14. Maşın və (və ya) avadanlığın və ya onların ayrı-ayrı hissələrinin çəkisi, ölçüsü və ya forması onların əl ilə daşınmasına imkan vermirsə, maşın və (və ya) avadanlıq və ya onların hər bir hissəsi:

14.1. mexanizmlə qaldırmaq üçün qurğularla təchiz edilməlidir;

14.2. elə konfiqurasiyaya malik olmalıdır ki, standart qaldırıcı vasitələrdən istifadə etmək mümkün olsun.

15. Maşın və (və ya) avadanlıq və ya onların hissələrindən biri əl ilə daşınacaqsa, onlar asanlıqla hərəkət etdirilməli və ya qaldırmaq üçün mexanizmlərlə təchiz edilməlidir.

16. İstismar zamanı ehtiyac olan hissə və detalların alətlərinin təhlükəsiz yerləşdirilməsi üçün xüsusi yerlər nəzərdə tutulmalıdır.

17. Maşın və (və ya) avadanlığı idarəetmə sistemləri nəzərdə tutulmuş bütün iş rejimlərində və istismar şərtlərində nəzərdə tutulmuş bütün xarici təsirlər zamanı onların istismarının təhlükəsizliyini təmin etməlidir.

18. İdarəetmə sistemləri mümkün məntiqi səhvlər zamanı və ya personalın idarəetmə hərəkətlərini pozması ilə əlaqədar təhlükəli vəziyyətlərin yaranmasını istisna etməlidir.

19. Maşın və (və ya) avadanlıqların idarə edilməsinin və iş rejiminə nəzarətin mürəkkəbliyindən asılı olaraq, idarəetmə sistemlərinə iş rejimlərinin avtomatik tənzimlənməsi vasitələri və ya iş rejiminin pozuntusu təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilərsə, avtomatik dayandırma vasitələri daxil olmalıdır.

20. Maşın və (və ya) avadanlığı idarəetmə sistemlərinə xəbərdarlıq siqnalizasiyası vasitələri və maşın və (və ya) avadanlığın işində təhlükəli vəziyyətlərin yaranmasına gətirib çıxaran pozuntular haqqında xəbərdarlıq edən digər vasitələr daxil olmalıdır.

21. Maşın və (və ya) avadanlıqların işində pozuntular haqqında xəbərdarlıq edən vasitələr məlumatın personal tərəfindən səhvsiz, dəqiq və tez başa düşülməsini təmin etməlidir.

22. Maşın və (və ya) avadanlığı idarəetmə vasitələri asanlıqla əlçatan olmalı və aydın görünməli, üzərinə yazılar, simvollar tətbiq edilməli və ya digər üsullarla işarələnməlidir;

22.1. öz-özünə hərəkət etməsinin qarşısı alınacaq və etibarlı, inamlı və birmənalı manipulyasiyası təmin ediləcək şəkildə hazırlanmalı və yerləşdirilməlidir;

22.2. hərəkət etdirilməsi üçün tələb olunan səylər, ardıcıllıq və istifadə tezliyi, həmçinin funksiyalarının əhəmiyyəti nəzərə alınmaqla yerləşdirilməlidir;

22.2.3. forma və ölçüləri tutma (barmaqla, əllə) və ya sıxma (əl barmağı ilə, ovucla, ayaqla) üsuluna uyğun olacaq şəkildə hazırlanmalıdır;

22.4. təhlükəli zonadan kənarda yerləşməlidir (funksional təyinatı personalın təhlükəli zonada olmasını tələb edən idarəetmə vasitələri istisna təşkil edir) və bu zaman təhlükəsizliyin təmin edilməsi üzrə əlavə tədbirlər görülür.

22.5. Bir idarəetmə vasitəsi ilə bir neçə hərəkətin idarə edilməsi nəzərdə tutulduğu halda yerinə yetirilən hərəkət nəzarət vasitələrində əks olunmalı və yoxlanılması mümkün olmalıdır.

22.6. Maşın və (və ya) avadanlığın işə salınması, həmçinin dayandıqdan sonra (dayanma səbəbindən asılı olmayaraq) yenidən işə salınması yalnız işəsalmanı idarəetmə vasitəsi ilə həyata keçirilməlidir. Avtomatik rejimdə işləyən istehsalat avadanlığının dayandıqdan sonra təkrar işə salınması bu rejimdə nəzərdə tutulubsa, bu tələb həmin avadanlığın dayandıqdan sonra təkrar işə salınmasına aid deyil.

22.7. Maşın və (və ya) avadanlıqların sistemində sistemi və ya onun ayrı-ayrı hissələrini işə salan bir neçə idarəetmə vasitəsi varsa, onlardan istifadə ardıcıllığının pozulması isə təhlükəli vəziyyətlərin yaranmasına gətirib çıxara bilərsə, idarəetmə ardıcıllığın pozulmasının qarşısını alan qurğularla təmin edilməlidir.

22.8. Maşın və (və ya) avadanlıqların hər bir sistemi onun təhlükəsiz şəkildə tamamilə dayandırılmasını təmin edəcək idarəetmə vasitəsi ilə təchiz edilməlidir. Maşın və (və ya) avadanlığın dayandırılmasının idarə edilməsi işə salmanın idarə edilməsi üzərində üstünlüyə malik olmalıdır.

22.9. Enerji mənbələrinin söndürülməsinin təhlükəli vəziyyətlərin yaranmasına gətirib çıxara biləcəyi hallar istisna olmaqla, maşın və (və ya) avadanlıq dayandırıldıqdan sonra maşın və (və ya) avadanlıqların ötürücülərindən enerji mənbəyi söndürülməlidir. Təcili əyləcləmə və qəza vəziyyətində dayanma (söndürülmə) vasitələrindən istifadə təhlükəni azalda və ya onun qarşısını ala bilərsə, maşın və (və ya) avadanlığı idarəetmə sistemləri (əl ilə idarə olunan portativ maşınlar istisna olmaqla) bu sistemlərlə təchiz edilməlidir.

22.10. Qəza vəziyyətində dayanmanı təmin edən idarəetmə vasitəsi:

22.10.1. aydın şəkildə müəyyən edilə bilən və asanlıqla əlçatan olmalıdır;

22.10.2. maşın və (və ya) avadanlığı tez, təhlükə yaratmadan dayandırmalıdır;

22.10.3. işə salındıqdan sonra istifadəçi tərəfindən ilkin vəziyyətinə qaytarılana qədər dayandırmaya uyğun vəziyyətdə olmalıdır;

22.10.4. maşının və (və ya) avadanlığın işə düşməsinə səbəb olmadan ilkin vəziyyətə qayıtmalıdır;

22.10.5. qırmızı rəngdə olmalı, forması və ölçüləri ilə digər idarəetmə vasitələrindən fərqlənməlidir.

23. Maşın və (və ya) avadanlıqlar sisteminin idarəetməsi onların birgə işləmələri nəticəsində, həmçinin hər hansı hissədə nasazlıq olduqda təhlükə yaranmasını istisna etməlidir.

24. Maşın və (və ya) avadanlıq sisteminin idarəetməsi zərurət olduqda personalın sistemin işə salınmasını bloklamasına, həmçinin onu dayandırmasına imkan verməlidir.

25. Maşın və (və ya) avadanlıq sisteminin idarəetmə pultu personal üçün təhlükəli zonalarda işçilərin və ya digər şəxslərin olmamasına nəzarət imkanını təmin etməlidir və ya idarəetmə təhlükəli zonada işçilər və ya digər şəxslər olduğu təqdirdə maşın və (və ya) avadanlıq sisteminin işini istisna etməlidir. Hər dəfə sistem işə salınmazdan əvvəl xəbərdarlıq siqnalı verilməlidir, onun səslənmə müddəti təhlükəli zonada olan şəxslərin bu zonanı tərk etməsinə və ya sistemin işə salınmasının qarşısını almasına imkan verməlidir.

26. Maşın və (və ya) avadanlıq sisteminin idarəetmə pultu sistemin istənilən hissəsinin istismarında pozuntular haqqında məlumatı əks etdirən vasitələrlə, həmçinin sistemin və (və ya) onun ayrı-ayrı hissələrinin qəza vəziyyətində dayandırılması (söndürülməsi) vasitələri ilə təchiz edilməlidir.

27. Maşın və (və ya) avadanlığın idarə edilməsində istismar rejimlərinin açarı olduqda onun hər bir vəziyyəti yalnız bir istismar rejiminə uyğun olmalı və etibarlı şəkildə sabitlənməlidir.

28. Maşın və (və ya) avadanlığın müəyyən istismar rejimlərində personalın yüksək səviyyədə qorunması tələb olunursa, bu rejimlərin açarla aktivləşdirilməsi aşağıdakıları təmin etməlidir:

28.1. avtomatik idarəetmənin bloklanmasının mümkünlüyünü;

28.2. konstruksiya elementlərinin yalnız hərəkəti idarəetmə vasitəsinə daimi qüvvənin tətbiqi ilə hərəkətə gəlməsini;

28.3. maşın və (və ya) avadanlığın işi personal üçün təhlükə təşkil edəcəksə, onların işinin dayandırılmasını;

28.4. maşın və (və ya) avadanlığın seçilmiş rejimin həyata keçirilməsində iştirak etməyən hissələrinin işinin istisna edilməsi;

28.5. maşın və (və ya) avadanlığın seçilmiş rejimin həyata keçirilməsində iştirak edən hissələrinin hərəkət sürətinin azaldılması.

29. Seçilmiş idarəetmə rejimi, qəza vəziyyətində dayanma istisna olmaqla, bütün digər idarəetmə rejimləri üzərində üstünlük təşkil etməlidir.

30. Elektrik təchizatının tamamilə və ya qismən kəsilməsi və sonradan bərpa edilməsi, həmçinin enerji təchizatını idarəetmə zəncirinin zədələnməsi, aşağıdakılar da daxil olmaqla, təhlükəli vəziyyətlərin yaranmasına səbəb olmamalıdır:

30.1. enerji təchizatı bərpa edildikdə maşın və (və ya) avadanlığın öz-özünə işə düşməsi;

30.2. artıq verilmiş dayanma komandasının yerinə yetirilməməsi;

30.3. maşın və (və ya) avadanlığın hərəkət edən hissələrinin və onlara bərkidilmiş əşyaların, hissələrin, alətlərin düşməsi və atılması;

30.4. qoruyucu qurğuların səmərəliliyinin azalması.

31. Maşın və (və ya) avadanlığı idarəetmə sxemində pozuntu (nasazlıq və ya zədələnmə), aşağıdakılar da daxil olmaqla, təhlükəli vəziyyətlərin yaranmasına səbəb olmamalıdır:

31.1. enerji təchizatı bərpa edildikdə maşın və (və ya) avadanlığın öz-özünə işə düşməsi;

31.2. artıq verilmiş dayanma komandasının yerinə yetirilməməsi;

31.3. maşın və (və ya) avadanlığın hərəkət edən hissələrinin və onlara bərkidilmiş əşyaların, hissələrin, alətlərin düşməsi və atılması;

31.4. qoruyucu qurğuların səmərəliliyinin azalması.

32. Maşın və (və ya) avadanlıq nəzərdə tutulan iş şəraitində dayanıqlı olmalı, aşma, düşmə və ya gözlənilmədən hərəkət etmə təhlükəsi olmadan istifadəni təmin etməlidir.

33. İstismar kitabçasında (təlimatında) müvafiq birləşdirici elementlərdən istifadə göstərilməlidir.

34. Maşın və (və ya) avadanlıqların detalları və birləşmələri onların istismar zamanı məruz qaldığı qüvvə və gərginliklərə davamlı olmalıdır.

35. İstifadə olunan materialların möhkəmliyi, yorğunluq, köhnəlmə, korroziya və dağılma təzahürləri ilə bağlı təhlükənin yaranması nəzərə alınmaqla, nəzərdə tutulan istismara uyğun olmalıdır.

36. Maşın və (və ya) avadanlıqların istismar kitabçasında (təlimatında) təhlükəsizliyin təmin edilməsi üçün tələb olunan nəzarət və texniki xidmətin növü və dövriliyi göstərilməlidir. Zərurət olduqda dağılmaya məruz qalmış hissələr və onların dəyişdirilməsi meyarları göstərilməlidir.

37. Görülən tədbirlərə baxmayaraq, maşın və (və ya) avadanlığın zədələnməsi təhlükəsi qalırsa, qoruyucu hasarlar elə quraşdırılmalıdır ki, maşın və (və ya) avadanlığın hissə və detalları zədələndikdə onların parçaları ətrafa səpələnməsin.

38. Boru kəmərləri nəzərdə tutulan yüklərə davamlı olmalı, möhkəm bərkidilməli və xarici mexaniki təsirlərdən qorunmalıdır.

39. Boru kəmərlərinin zədələnməsi, qəfil hərəkəti zamanı təhlükəli nəticələrdən və onların zədələnməsi zamanı yüksək təzyiqli axınlardan mühafizə tədbirləri görülməlidir.

40. Maşın və (və ya) avadanlıqdan atılan hissələrin, onların parçalarının, tullantıların yaratdığı təhlükənin qarşısının alınması üçün ehtiyat tədbirləri görülməlidir.

41. Maşın və (və ya) avadanlıqların əlçatan hissələrinin xəsarət yetirə biləcək və texnoloji cəhətdən maşın və (və ya) avadanlığın funksiyalarının yetirilməsi ilə əlaqəsi olmayan kəsici kənarları, iti küncləri və nahamar səthləri olmamalıdır.

42. Maşın və (və ya) avadanlıq hər bir əməliyyat arasında emal olunan predmetin yerinin mexaniki qaydada dəyişdirilməsi ilə bir neçə müxtəlif əməliyyatın yerinə yetirilməsi üçün nəzərdə tutulubsa, hər bir funksional elementdən personal üçün təhlükə təşkil edən digər elementlərdən ayrılıqda istifadə mümkünlüyü təmin edilməlidir.

43. Maşın və (və ya) avadanlıq müxtəlif rejimlərdə, müxtəlif sürətlərlə iş üçün nəzərdə tutulduğu halda bu rejimlərin təhlükəsiz və etibarlı şəkildə seçilməsi və sazlanması təmin edilməlidir.

44. Maşın və (və ya) avadanlıqların hərəkət edən hissələri xəsarət almaq mümkünlüyü yaranmayacaq şəkildə yerləşdirilməlidir və ya, təhlükə qalırsa, maşın və (və ya) avadanlığa bədbəxt hadisəyə səbəb olacaq təmasların qarşısını almaq üçün xəbərdarlıqedici nişan və (və ya) yazılardan, qoruyucu və ya mühafizə qurğularından istifadə olunmalıdır.

45. Hərəkət edən hissələrin təsadüfən bloklanmasının qarşısını almaq üçün tədbirlər görülməlidir. Görülmüş tədbirlərə baxmayaraq, bloklanma baş verə bilərsə, blokun təhlükəsiz şəkildə açılması üçün xüsusi alətlər nəzərdə tutulmalıdır. Blokun açılması qaydaları və metodları istismar kitabçasında (təlimatında) göstərilməlidir, maşına və avadanlığa isə müvafiq işarə tətbiq edilməlidir

46. Maşın və (və ya) avadanlığın hərəkət edən hissələrinin yaratdığı təhlükədən qorunmaq üçün istifadə olunan qoruyucu və mühafizə qurğuları risk nəzərə alınmaqla seçilməlidir.

47. Qoruyucu və mühafizə qurğuları:

47.1. möhkəm, dayanıqlı konstruksiyaya malik olmalıdır;

47.2. təhlükəsiz olmalıdır;

47.3. təhlükəli zonadan müvafiq məsafədə yerləşməlidir;

47.4. təhlükəli zonalarda istehsalat prosesinə nəzarətin həyata keçirilməsinə mane olmamalıdır;

47.5. alətin sazlanması və (və ya) dəyişdirilməsi, həmçinin maşın və (və ya) avadanlıqlara texniki xidmət işlərinin yerinə yetirilməsinə imkan verməlidir.

48. Sabit qoruyucu hasarlar hasarlanan zonaya girişin yalnız alətlərdən istifadə ilə mümkün olacağı şəkildə etibarlı bərkidilməlidir.

49. Səyyar qoruyucu hasarlar:

49.1. İmkan daxilində maşın və (və ya) avadanlıq açıq olduqda, onlarda bərkidilmiş olaraq qalmalıdır;

49.2. qoruyucu hasarlar açıq olduğu zaman maşın və ya avadanlığın işləməsinə mane olan bloklayıcı qurğularla təchiz edilməlidir.

50. Səyyar qoruyucu hasarlar və qoruyucu qurğular elə hazırlanmalı (layihələndirilməli) və maşının və (və ya) avadanlığın idarəetmə sisteminə daxil edilməlidir ki:

51.1. hərəkət edən hissələr personal üçün əlçatan zonada olduqları müddətdə onların işə salınması mümkün olmasın;

51.2. qoşulma anında mümkün təsirə məruz qalan şəxslər hərəkət edən hissələrin bilavasitə yaxınlığında olmasın;

51.3. yalnız alətlərdən istifadə ilə quraşdırıla bilsin;

51.4. bu qurğuların komponentlərindən birinin olmaması və ya işə düşməməsi hərəkət edən hissələrin işə salınmasının və ya dayandırılmasının qarşısını alsın;

51.5. atılan hissələrdən mühafizə müvafiq baryerin yaradılması yolu ilə təmin edilsin.

52.  Maşın və (və ya) avadanlıqların hərəkətli hissələrinin iş üçün zəruri olan yerlərinə çıxışı məhdudlaşdıran qurğular:

52.1. mexaniki və ya avtomatik quraşdırılmalı (iştirak etdikləri işin növündən asılı olaraq);

52.2. alətlərdən istifadə ilə quraşdırılmalı;

52.3. atılan hissələrin yaratdığı təhlükəni məhdudlaşdırmalıdır.

53. Qoruyucu qurğular maşın və (və ya) avadanlığın idarəetmə sistemləri ilə elə əlaqələndirilməlidir ki:

53.1. hərəkət edən hissələr operatorun bilavasitə yaxınlığında olduğu müddətdə onların işə salınması mümkün olmasın;

53.2. maşın və (və ya) avadanlıqların hərəkət edən hissələrini işə salarkən personalın onların bilavasitə yaxınlığında olması mümkün olmasın;

53.3. qoruyucu vasitələrin komponentlərindən birinin olmaması və ya işlək vəziyyətdə olmaması hərəkətli hissələrin işə salınması və ya dayandırılması mümkünlüyünü istisna etsin.

54. Qoruyucu qurğular yalnız alətlərdən istifadə ilə quraşdırılmalıdır (sökülməlidir).

55. Maşın və (və ya) avadanlıqlarda elektrik enerjisindən istifadə olunduğu halda onlar elə hazırlanmalı (layihələndirilməli), istehsal edilməli və quraşdırılmalıdır ki, elektrik cərəyanından zədələnmə təhlükəsi aradan qaldırılsın.

56. Maşın və (və ya) avadanlıqlarda elektrik enerjisindən başqa enerjidən (hidravlik, pnevmatik, istilik enerjisi) istifadə olunursa, onlar elə hazırlanmalı (layihələndirilməli) və istehsal edilməlidir ki, bu enerji növləri ilə bağlı istənilən təhlükə aradan qalxsın.

57. Maşın və (və ya) avadanlığın yığılması zamanı təhlükə mənbəyi ola biləcək səhvlər aradan qaldırılmalıdır. Bu, mümkün deyilsə, maşın və (və ya) avadanlığa bilavasitə xəbərdarlıq yazısı tətbiq edilməlidir. Təkrar yığılma zamanı mümkün səhvlər haqqında məlumat istismar kitabçasında (təlimatında) göstərilməlidir.

58. Yığılma zamanı maye və qazların qarışması və (və ya) elektrik naqillərinin səhv birləşdirilməsinin səbəb olduğu təhlükə aradan qaldırılmalıdır. Bu, mümkün deyilsə, borularda, naqillərdə və (və ya) birləşdirici bloklarda bu barədə məlumat göstərilməlidir.

59. Maşın və (və ya) avadanlığın yüksək və ya aşağı temperaturlu detallarına və ya materiallarına təmas və ya yaxınlığın yaratdığı təhlükənin aradan qaldırılması üçün tədbirlər görülməlidir.

60. Maşın və (və ya) avadanlıqlardan yüksək və ya aşağı temperaturlu işçi və tullantı maddələrin atılması təhlükəsi qiymətləndirilməlidir, təhlükə olduqda isə onun azaldılması üçün tədbirlər görülməlidir.

61. Maşın və (və ya) avadanlığın hissələri ilə təmas və ya bilavasitə yaxınlıq və ya işdə yüksək və ya aşağı temperaturlu maddələrdən istifadə zamanı xəsarətlərdən qorunma təmin edilməlidir.

62. Əl alətlərinin metal səthləri, maşın və (və ya) avadanlıqların metal tutacaqları və qıfılları istilik izolyasiyası materialı ilə örtülməlidir. Dərinin açıq hissəsinin avadanlığın metal səthləri ilə mümkün (təsadüfi) təması olduqda onların temperaturu icazə verilən dəyərlər daxilində olmalıdır.

63. Maşın və (və ya) avadanlıq elə hazırlanmalıdır (layihələndirilməlidir) ki, bilavasitə maşın və (və ya) avadanlığın, maşın və (və ya) avadanlıq tərəfindən yaradılan və ya istifadə olunan qazların, mayelərin, tozların, buxarların və digər maddələrin səbəb olduğu yanğın və ya qızma təhlükəsi olmasın.

64. Maşın və (və ya) avadanlıq elə hazırlanmalıdır (layihələndirilməlidir) ki, bilavasitə maşın və (və ya) avadanlığın, maşın və (və ya) avadanlıq tərəfindən yaradılan və ya istifadə olunan qazların, mayelərin, tozların, buxarların və digər maddələrin səbəb olduğu yolverilməz partlayış riski olmasın, bunun üçün:

65. partlayış təhlükəli maddələrin təhlükəli konsentrasiyasından qaçınılmalıdır;

65.1. partlayış təhlükəli maddələrin konsentrasiyasına fasiləsiz avtomatik nəzarət həyata keçirilməlidir;

65.2. potensial partlayış təhlükəli mühitin alışmasının qarşısı alınmalıdır;

65.3. partlayışın nəticələri minimuma endirilməlidir.

66. Maşın və (və ya) avadanlıqların hazırlanması (layihələndirilməsi) zamanı maşın və (və ya) avadanlıqların istismarı zamanı icazə verilən parametrləri aşmayan səs-küy, infrasəs, hava və təmas ultrasəsi parametrləri təmin edilməlidir.

67. İstismar kitabçasında (təlimatında) maşın və (və ya) avadanlığın səs-küy parametrləri və qeyri-müəyyənlik parametrləri müəyyən edilməlidir.

68. Maşın və (və ya) avadanlıqların hazırlanması (layihələndirilməsi) zamanı personala təsir edən vibrasiyanın icazə verilən parametrlərə uyğun olması təmin edilməlidir.

69. Maşın və (və ya) avadanlığın layihəsində yaranan vibrasiyanın personala təsirinin səbəb olduğu icazə verilən risk təmin edilməlidir.

70. Əl maşınları və ya əl ilə idarə olunan maşınlar üçün, həmçinin personal üçün iş yeri ilə təchiz edilmiş maşınlar üçün istismar kitabçasında (təlimatında) personala təsir edən korreksiya edilmiş vibrasiya sürətlənməsinin tam orta kvadrat dəyəri və bu dəyərin qiymətləndirilməsi üçün qeyri-müəyyənlik parametrləri göstərilməlidir.

71. Maşın və (və ya) avadanlıq ionlaşdırıcı şüalar təhlükə yaratmayacaq şəkildə hazırlanmalı (layihələndirilməli) və istehsal edilməlidir.

72. Lazer avadanlığından istifadə zamanı:

72.1. təsadüfi şüalanmanın qarşısı alınmalıdır;

72.2.birbaşa, əks olunan, yayılmış və ikinci dərəcəli şüalanmadan qorunma təmin edilməlidir;

72.3. lazer avadanlığının müşahidəsi və ya sazlanması üçün istifadə olunan optik avadanlığın təhlükə yaratmaması təmin edilməlidir.

73. Maşın və (və ya) avadanlıqların hazırlanması (layihələndirilməsi) zamanı personalın ionlaşdırmayan şüaların, statik elektrik, daimi maqnit sahələrinin, sənaye tezliyindəki elektromaqnit sahələrinin, radiotezlik və optik diapazonlardakı elektromaqnit şüalarının əlverişsiz təsirindən qorunması üzrə tədbirlər görülməlidir.

74. Maşın və (və ya) avadanlıqların istismar zamanı buraxdığı qazlar, mayelər, tozlar, buxarlar və digər tullantılar insan həyat və sağlamlığı və ətraf mühit üçün təhlükə mənbəyi olmamalıdır.

75. Belə bir təhlükə mövcud olduqda maşın və (və ya) avadanlıq bu maddələrin yığılması və (və ya) kənarlaşdırılması üçün bu maddələrin buraxılması mənbəyinə mümkün qədər yaxın yerləşən qurğularla, həmçinin tullantılara fasiləsiz avtomatik nəzarətin həyata keçirilməsi üçün qurğularla təchiz edilməlidir.

76. Maşın və (və ya) avadanlıq personalın maşın və (və ya) avadanlığın içində bağlı qalmasının qarşısını alan vasitələrlə, bu, mümkün deyilsə, köməyə çağırmaq üçün siqnal cihazları ilə təchiz edilməlidir.

77. Maşın və (və ya) avadanlığın personalın ola biləcəyi hissələri personalın sürüşməsinin, büdrəməsinin və ya onlarda və ya onlardan yıxılmasının qarşısını alacaq şəkildə hazırlanmalıdır (layihələndirilməlidir).

78. Maşın və (və ya) avadanlığa texniki xidmət yerləri təhlükəli zonalardan kənarda yerləşməlidir.

79. Texniki xidmət imkan daxilində maşın və (və ya) avadanlığın dayanması zamanı həyata keçirilməlidir. Texniki səbəblərdən bu şərtlərə riayət olunması mümkün deyilsə, texniki xidmətin təhlükəsiz olması təmin edilməlidir.

80. Maşın və (və ya) avadanlıqlarda nasazlıqların aşkar edilməsi üçün diaqnostika avadanlığının quraşdırılması mümkünlüyü təmin edilməlidir.

81. Maşın və (və ya) avadanlıqların tez-tez dəyişdirilməsi tələb olunan hissələrinin tez və təhlükəsiz şəkildə çıxarılması və dəyişdirilməsi mümkünlüyü təmin edilməlidir (xüsusən, onların istismar zamanı dəyişdirilməsi tələb olunursa və ya onlar dağılmış və ya köhnəlmişsə, bu, təhlükə yarada bilər). Bu işlərin istismar təlimatına uyğun olaraq alət və ölçmə cihazlarından istifadə ilə yerinə yetirilməsi üçün bu elementlərə təhlükəsiz çıxış təmin edilməlidir.

82. İş yerinə, bütün texniki xidmət zonalarına təhlükəsiz çıxış üçün vasitələrin (pilləkən, qalereya, keçid və s..) mövcudluğu təmin edilməlidir.

83. Maşın və (və ya) avadanlıqlar rəngi və ölçüsü ilə identifikasiya olunan bütün enerji mənbələrindən ayırma vasitələri ilə təchiz edilməlidir. Onların işə düşməsi təhlükənin təsir zonasında olan şəxslər üçün təhlükə yarada biləcəyi hallarda onların bloklanması mümkünlüyü təmin edilməlidir.

84. Personal çıxışı olan istənilən yerdə olduğu zaman enerji təchizatının söndürülüb-söndürülmədiyini yoxlaya bilmədiyi halda enerji təchizatının söndürülməsi vasitələrinin bloklanması mümkünlüyü təmin edilməlidir.

85. Enerji təchizatı söndürüldükdən sonra maşın və (və ya) avadanlığın dövrələrində qalan istənilən enerjini təhlükəsiz şəkildə boşaltmaq (dağıtmaq) mümkünlüyü təmin edilməlidir. Zərurət olduqda informasiyanın qorunması, qəza işıqlandırması üçün bəzi dövrələr enerji mənbələrinə qoşulmuş olaraq qala bilər. Bu halda personalın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməlidir.

86. Maşın və (və ya) avadanlıq elə hazırlanmalıdır (layihələndirilməlidir) ki, istismar kitabçasında (təlimatında) nəzərdə tutulmayıbsa, personalın müdaxiləsi zərurəti məhdudlaşdırılsın.

87. Personalın müdaxiləsinin qarşısını almaq mümkün olmadıqda bu müdaxilə təhlükəsiz olmalıdır.

88. Maşın və (və ya) avadanlıqların təhlükəli elementlər ehtiva edən daxili hissələrinin maşın və (və ya) avadanlığa daxil olmadan təmizlənməsi, həmçinin bayır tərəfdən açılma mümkünlüyü nəzərdə tutulmalıdır. Təmizləmə prosesinin təhlükəsiz şəkildə aparılması təmin edilməlidir.

89. Maşın və (və ya) avadanlığın idarə edilməsi üçün zəruri olan məlumat personal tərəfindən birmənalı başa düşülməlidir. İstismar zamanı personalı çox yükləməmək üçün məlumat həddindən artıq çox olmamalıdır.

90. Personal işdə nasazlıqlarla əlaqədar təhlükəyə məruz qala biləcəyi təqdirdə maşın və (və ya) avadanlıq xəbərdarlıqedici akustik siqnal və ya işıq siqnalı verən cihazlarla təchiz edilməlidir.

91. Maşın və (və ya) avadanlıqların xəbərdarlıqedici siqnalizasiya cihazlarının verdiyi siqnallar birmənalı başa düşülməlidir. Personal xəbərdarlıqedici siqnalizasiya cihazlarının işini yoxlamaq imkanına malik olmalıdır.

92. Görülmüş tədbirlərə baxmayaraq, təhlükə varsa, maşın və (və ya) avadanlıq aydın olan və Azərbaycan Respublikasının dövlət dilində (dillərində) tərtib edilmiş xəbərdarlıq yazıları (nişanları) ilə təchiz edilməlidir.

 

“Maşın və avadanlıqların

təhlükəsizliyi haqqında” texniki reqlamentə

2 nömrəli əlavə

 

 

MAŞIN VƏ AVADANLIQLARIN MÜƏYYƏN KATEQORİYALARI ÜÇÜN ƏLAVƏ TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

1. Özügedən və mobil maşınlar

1.1. Hərəkətlərindən dolayı təhlükələrin yaranmasına səbəb olan maşınlar həm də bu əlavədə göstərilən təhlükəsizlik tələblərinə cavab verməlidir.

1.2. Maşın və onun işçi orqanları təyinatı üzrə istifadə edilərkən operatorun və təhlükəli zonada olan personalın təhlükəsizliyini təmin etmək məqsədilə operatorun iş yerindən müşahidəlilik kifayət qədər olmalıdır. Zəruri hallarda zəif görünüş sahəsi nəticəsində yaranan təhlükələri aradan qaldırmaq məqsədilə tələb olunan vasitələr təmin edilməlidir.

1.3. Operator özünün iş yerində olarkən maşını istismar etmək üçün zəruri olan idarəetmə vasitələrini hərəkətə gətirmək imkanına malik olmalıdır. İstisnaları yalnız təhlükəsizliyin təmin edilməsi məqsədilə operatorun iş yerindən kənarda yerləşən idarəetmə vasitələrinin köməyi ilə yerinə yetirilməli olan iş növləri təşkil edir.

1.4. Təkərli maşınların sükanla idarəetmə sistemi sükan çarxına və ya idarəetmə linglərinə idarəedilən təkərlərə xarici təsirlər nəticəsində yaranan qüvvəni azaldacaq şəkildə layihələndirilməli və istehsal edilməlidir.

1.5. Diferensialın bloklamanı idarəetmə vasitəsi maşın hərəkətdə olarkən diferensialı blokdan çıxarmağın mümkün olacağı şəkildə layihələndirilməli və istehsal edilməlidir.

1.6 Əgər maşın  təyin edilmiş funksiyaları icra edərək istehsal proseslərini yerinə yetirmək məqsədilə onun ölçülərini aşan avadanlıqlarla (məsələn, stabilizatorlarla, oxlarla və s.) təchiz edilmişdirsə, operator hərəkətə başlamazdan əvvəl həmin avadanlıqların maşın hərəkətdə olarkən təhlükə yaratmayan, əvvəlcədən müəyyən edilmiş vəziyyətdə olmasına əmin olmalıdır.

1.7. Mühərriki işə salarkən maşının sərbəst hərəkəti ehtimalı istisna edilməlidir.

1.8. Maşınlar istismar sənədlərində nəzərdə tutulmuş iş rejimlərində, yük səviyyəsində və hərəkət sürətində təhlükəsizliyi təmin etmək məqsədilə sürətin azaldılması, dayanma, tormozlama və hərəkətsiz vəziyyətdə qalma prosesləri üçün irəli sürülən tələblərə cavab verməlidir.

1.9. Operator idarəetmənin işçi orqanının köməyi ilə özügedən maşının sürətini azaltmaq və ya onu tamamilə dayandırmaq imkanına malik olmalıdır. Əgər bu, təhlükəsizliyi təmin etmək məqsədilə tələb olunarsa, idarəetmə sisteminin nasazlığı və ya enerji təchizatı prosesinin pozulması halında maşınlar tam müstəqil və asanlıqla əldə edilə bilən idarəetmə orqanlı hərəkət sürətinin azaldılması üçün qəza və ya dayandırma qurğusu ilə təchiz edilməlidir.

1.10. Əgər bu, təhlükəsizliyi təmin etmək məqsədilə tələb olunarsa, maşınlar onların tam hərəkətsizliyini təmin edən duracaq tormozu ilə təchiz edilməlidir.

1.11. Maşını və ya maşınlar sistemini distant (məsafədən) idarəetmə zərurəti yaranarsa, hər bir idarəetmə bloku nəzərdə tutulduğu maşınla aydın şəkildə eyniləşdirilməlidir.

1.12. Distant idarəetmə sistemi yalnız müvafiq maşını və (və ya) müəyyən əməliyyatları idarə edə biləcək şəkildə layihələndirilməli və istehsal edilməlidir.

1.13. Distant idarəetmə sistemi ilə təchiz edilmiş maşın yalnız müəyyən idarəetmə blokundan gələn siqnallara cavab verəcək şəkildə layihələndirilməli və istehsal edilməlidir.       

1.14. Yaxınlıqda gedən operator tərəfindən idarə olunan maşının hərəkəti yalnız operatorun müvafiq idarəetmə vasitələrinə davamlı təsiri nəticəsində mümkün olmalıdır. Mühərriki işə salma prosesində maşının sərbəst hərəkəti ehtimalı istisna edilməlidir.

1.15. Yaxınlıqda gedən operator tərəfindən idarə olunan maşının idarəetmə sistemləri onun operatora doğru sərbəst hərəkəti ilə bağlı bütün riskləri minimuma endirmək məqsədilə layihələndirilməlidir.

1.16. Maşının hərəkət sürəti yaxınlıqda gedən operatorun hərəkət sürəti ilə müqayisə edilməlidir.

1.17. Əgər maşın fırlanan alətlə təchiz olunubsa, onun geriyə hərəkəti prosesində alətin qoşulma ehtimalı istisna edilməlidir, maşının birbaşa həmin fırlanan alətlə hərəkətə gətirilməsi istisna hal kimi nəzərə alınmalıdır. Sonuncu halda maşının geriyə hərəkət sürəti operator üçün təhlükə törətməməlidir.

1.18. Sükanla idarəetmə enerjisi mənbəyinin nasazlığı (olduğu halda) maşının tam dayanması üçün zəruri olan bütün müddət ərzində onun idarə olunmasına mane olmamalıdır.

1.19. Maşın onun ağırlıq mərkəzinin hərəkət prosesində meydana gələn nəzarətsiz titrəyişlərin onun dayanıqlığına təsir göstərməyəcək şəkildə və onun konstruksiyasında həddindən artıq yük yaratmayacaq şəkildə layihələndirilməli, istehsal edilməli və zərurət olduqda şassiyə quraşdırılmalıdır.

1.20. Özügedən maşın nəzərdə tutulmuş istismar şəraitində dayanıqlığını itirməyəcək şəkildə layihələndirilməli və istehsal edilməlidir.

1.21. Əgər nəzərdə tutulan istismar şəraitində özügedən maşının aşma təhlükəsi yaranarsa, o, aşma halları zamanı mühafizə qurğusu ilə təchiz olunmalıdır. Maşın aşdıqda həmin qurğunun konstruksiyası maşında olan operatoru müvafiq həcmdə deformasiya məhdudiyyəti ilə təmin etməlidir.

1.22. Maşının oturacaqları müvafiq konstruksiyaya malik olmalı və ya operatora maşının idarə edilməsi üzrə zəruri hərəkətləri məhdudlaşdırmadan olduğu yerdə özünü saxlamasına imkan verən mühafizə sistemi ilə təchiz edilməlidir.

1.23. Əgər özügedən maşının istismar şəraitindən asılı olaraq onun üzərinə müxtəlif əşyaların düşməsi riski varsa, o, düşən əşyalardan qorunmaq üçün qurğu ilə təchiz olunmalıdır.

1.24. Əşyalar düşdükdə həmin qurğunun konstruksiyası maşında olan operatoru müvafiq həcmdə deformasiya məhdudiyyəti ilə təmin etməlidir.

1.25. Yedəkləmə üçün nəzərdə tutulmuş və ya özləri yedəklənən maşınlar asan və təhlükəsiz birləşmə və ya ayırmanı təmin etmək, habelə istismar zamanı təsadüfi ayrılmanın qarşısını almaq məqsədilə layihələndirilmiş, düzəldilmiş və yerləşdirilmiş dartıcı-qoşma qurğusu ilə təchiz edilməlidir.

1.26. Yarımqoşqulu, yarımasma maşınlar yükə və torpaq şəraitinə uyğun dayaq səthli dirəklərlə təchiz edilməlidir.

1.27. Özügedən maşınları (traktorları) yedəyə alınan maşınların ilk sərt dayaqları ilə birləşdirən və çıxarıla bilən mexaniki güc götürmə qurğuları elə layihələndirilməli və istehsal edilməlidir ki, istismar zamanı hərəkət edən hər hansı detal bütün uzunluğu boyunca qorunub saxlanılsın.

1.28. Çıxarıla bilən mexaniki güc götürmə qurğusunun qoşulduğu özügedən maşının (traktorun) güc götürmə valı özügedən maşına (traktora) möhkəm şəkildə bərkidilmiş xüsusi qoruyucu maneələrlə və ya ekvivalent mühafizə səviyyəsini təmin edən hər hansı digər qurğu ilə qorunmalıdır.

1.29. Çıxarıla bilən güc götürmə qurğusuna girişi təmin etmək məqsədilə bu qoruyucu maneə açılma imkanına malik olmalıdır. Yuxarıda qeyd edilmiş qurğunu  quraşdırarkən özügedən maşın (traktor) hərəkətdə olarkən kardan valının qoruyucu maneəni zədələməsinin qarşısını almaq üçün kifayət qədər yer qalmalıdır.

1.30. Yedəyə alınan maşının güc götürmə valı ona bərkidilmiş qoruyucu örtüyə bağlanmalıdır.

1.31. Burucu moment məhdudlaşdırıcıları və ya qabaqlama muftası yalnız yedəyə alınan maşın tərəfdən kardan valının universal oynağına bərkidilə bilər. Çıxarıla bilən mexaniki güc götürmə qurğusu müvafiq şəkildə markalanmalıdır.

1.32. İşləyə bilməsi üçün yedəyə alınan bütün maşınları özügedən maşınlarla (traktorlarla) birləşdirən və çıxarıla bilən mexaniki güc götürmə qurğusunun tələb olunduğu bütün yedəklənən maşınlar onun elə bir birləşdirmə sisteminə malik olmalıdır ki, maşınları ayırmaq zərurəti yarandıqda qurğunun özünü və onun qoruyucu maneələrini yerlə və maşınların detalları ilə onların təması nəticəsində yaranan zədələrdən qoruya bilsin.

1.33. Qoruyucu maneələrin xarici hissələri çıxarıla bilən mexaniki güc götürmə qurğusu ilə eyni vaxtda fırlana bilməyəcək şəkildə layihələndirilməli, istehsal edilməli və yerləşdirilməlidir. Qoruyucu maneə kardan valını daxili oynaq çəngəllərinin sonuna qədər (sadə universal oynaqlar olduqda) və geniş bucaqlı universal oynaqlar olduqda ən azı xarici oynağın ortasına qədər örtməlidir.

1.34. Əgər maşında iş yerlərinə giriş vasitələri çıxarıla bilən mexaniki güc götürmə qurğusunun yaxınlığında yerləşirsə, onlar, konstruksiyada nəzərdə tutulmuş hallar istisna olmaqla, kardan valının qoruyucu maneələrinin pilləkən kimi istifadə ehtimalını istisna edəcək şəkildə layihələndirilməli və istehsal edilməlidir.

1.35. Akkumulyator batareyalarının quraşdırılma yerləri maşın aşdığı zaman elektrolitin operatorun üzərinə düşməsi ilə nəticələnə biləcək təhlükəni və operatorun iş yerində elektrolit buxarlarının yığılmasını istisna edəcək şəkildə layihələndirilməli və istehsal edilməlidir.

1.36. Maşın akkumulyator batareyalarını asanlıqla əldə edilə bilən və xüsusi olaraq bu məqsəd üçün nəzərdə tutulmuş qurğu (ayırıcı) vasitəsilə ayırmağın mümkün olacağı şəkildə layihələndirilməli və istehsal edilməlidir.

1.37. Təhlükələrin növlərindən asılı olaraq maşın asanlıqla əldə edilə bilən yerlərdə yerləşən odsöndürənlər və (və ya) quraşdırılmış yanğınsöndürmə sistemləri ilə təchiz edilməlidir.

1.38. Maşının əsas funksiyası təhlükəli maddələrin tozlanmasıdırsa, operator həmin maddələrin ona təsiri riskindən qorunmalıdır.

1.39. Operatorlar üçün oturacaqlarla təchiz olunmuş maşınlar yedəyə alan maşından yedəyə alınan maşına müvafiq siqnal ötürmə qurğusu ilə təchiz edilməlidir (zəruri olduqda).

1.40. Aqreqatın istismarı zamanı enerji vasitəsinin kabinəsindən kənarda yerləşən kənd təsərrüfatı maşınları operatorlarının iş yeri torpaq, texnoloji material və palçığın atılmasından mühafizə edilməlidir.

1.41. Daşınma enini və (və ya) hündürlüyünü azaltmaq məqsədilə nəzərdə tutulmuş qatlama elementləri onları daşınma vəziyyətində saxlamaq üçün mexaniki və ya digər vasitələrə malik olmalıdır.

1.42. Dağ şəraitində istismar üçün nəzərdə tutulmuş özügedən maşınlar və enerji vasitələri maksimum icazə verilən yana əyilmə siqnalizatorları ilə təchiz edilməlidir.

1.43. Asma, yarımasma, qoşqulu, yarımqoşqulu və quraşdırılmış kənd təsərrüfatı maşınları üçün müəyyən edilmiş təhlükəsizlik tələbləri asma, yarımasma, qoşqulu və ya quraşdırılan maşından və enerji vasitəsindən (traktordan) ibarət maşın-traktor aqreqatının tərkibində sınaqdan keçirilərkən qiymətləndirilir.

1.44. Əgər özügedən maşınlar və enerji vasitələri təhlükəli mühitdə istifadə üçün nəzərdə tutulubsa və ya maşın və enerji vasitələrinin özləri təhlükəli mühitin yaranmasına səbəb olurlarsa, o zaman operatorun normal işini təmin etmək və onu gözlənilən təhlükələrdən qorumaq üçün müvafiq qurğular nəzərdə tutulmalıdır.

1.45. Operatorun iş yerini kabinə ilə təchiz edərkən həmin kabinə operatora tez bir zamanda maşını tərk etməyə imkan verməli və ən azı bir qəza çıxışına malik olmalıdır.

1.46. Daşınma vəziyyətində enerji vasitəsinin işıq siqnalı qurğularını örtən, enerji vasitəsi ilə aqreqatlaşdırılan maşınlar, eləcə də özügedən maşınlar şəxsi xarici işıqlandırma cihazları ilə təchiz edilməlidir.

2.Yükqaldıran maşınlar

2.1. Yükqaldıran maşınlar elə layihələndirilməli və istehsal edilməlidir ki, onların istismar prosesi zamanı (işlək və işlək olmayan vəziyyətdə), eləcə də istismar müddətinin digər mərhələlərində (istehsal, quraşdırma, sınaq, sökülmə və s.) onlar bildirilmiş həndəsi formanı, möhkəmliyi, sərtliyi, sabitliyi, aşınma və korroziyaya davamlılığı, həmçinin tarazlığı (sonuncu yalnız portallı kran oxlarının bəzi növləri üçün) qoruyub saxlasın.

2.2. Müəyyən edilmiş iş rejimləri nəzərə alınmaqla metalkonstruksiyanın hesabi elementlərinin möhkəmliyi, sərtliyi, dayanıqlığı və tarazlığı, habelə yükqaldıran maşın mexanizmlərinin müvafiq təhlükəsizlik göstəriciləri hesablama ilə təsdiq edilməlidir.

2.3. Dəmiryol relsi ilə hərəkət edən yükqaldıran maşınlar onların relsdən çıxma riskinin, habelə küləyin təsiri altında icazəsiz hərəkətinin qarşısını alan xüsusi qurğularla təchiz edilməlidir.

2.4. Qeyd edilmiş qurğuların olmasına baxmayaraq, relsdən çıxma riski mövcuddursa (məsələn, mümkün seysmik təsirlər və ya relslərinin özlərinin qırılması səbəbi ilə), avadanlıqların mümkün düşməsinin qarşısını alan əlavə cihazlardan istifadə etmək lazımdır.

2.5. Yükqaldıran maşınlar nəzərdə tutulan istismar şəraiti, iş vaxtı və mexanizmlərin iş rejimi nəzərə alınmaqla layihələndirilməli və istehsal edilməlidir. İntensiv texnoloji proseslərə xidmət etmək üçün nəzərdə tutulmuş yükqaldıran maşınların qaldırıcı mexanizmləri işləmə müddətinin qeydediciləri ilə təchiz edilməlidir.

2.6. Həmçinin bütün sərbəst dayanan ox tipli yükqaldıran kranlar işləmə müddətinin qeydediciləri ilə (yük momentinin məhdudlaşdırıcıları ilə) təchiz edilməlidir.

2.7. Yükqaldıran maşınların istehsalı üçün istifadə olunan materiallar temperatur, ətraf mühitin aqressivliyi, ətraf mühitin partlayış-yanğın təhlükəsi və s. kimi nəzərdə tutulmuş istismar şəraiti (işlək və işlək olmayan vəziyyətlərdə) nəzərə alınmaqla seçilməlidir. Materialların keyfiyyəti istehsalçı sertifikatları ilə təsdiq edilməlidir.

2.8. Polad kanatlar üçün bloklar və barabanların diametri onların quraşdırıldığı mexanizmin təsnifat qrupu ilə müəyyən edilmiş diametrdən aşağı olmamalıdır. Blok şırnağı və barabandakı novcuqların yivi quraşdırılmış polad kanatın diametrinə uyğun olmalıdır.

2.9. Polad kanatın seçimi üçün hesabi qüvvə polispastın tam bölünməsi nəzərə alınmaqla mexanizmin konstruksiyası ilə müəyyən edilir. Polad kanatdan minimum istifadə əmsalı (ehtiyat əmsalı) onun quraşdırıldığı mexanizmin təsnifat qrupu ilə müəyyən edilən əmsaldan aşağı olmamalıdır. Çoxqollu ilgəklərin qolları arasında 90°-dən çox olmayan maksimum bucaq nəzərə alınmaqla hər bir ayrıca ilgək qolu üçün polad kanatdan minimum istifadə əmsalı (ehtiyat əmsalı) ən azı 6 olmalıdır. Çoxqollu ilgəklərin qollarının hər biri üçün hesabi yük həmin yükün üç və ya daha az qol tərəfindən tutulması şərti ilə qəbul edilir.

2.10. Yükü birbaşa qaldırmaq və ya saxlamaq üçün nəzərdə tutulmuş polad kanatlar (kanat yollarının və halqaşəkilli ilgəklərin kanatları istisna olmaqla), kanatların uclarının bağlanmasından başqa, heç bir birləşdirməyə malik olmamalıdır.

2.11. Mexanizmin və bütövlükdə yükqaldıran maşının müvafiq təhlükəsizlik səviyyəsini təmin etmək məqsədilə ucların bağlanma keyfiyyəti və polad kanatların bərkidilmə üsulu seçilir.

2.12.Ulduzcuqların ölçüləri mexanizmin təsnifat qrupu və zəncir addımı nəzərə alınmaqla seçilməlidir.

2.13. Zəncir seçimi üçün hesabi qüvvə polispastın tam bölünməsi nəzərə alınmaqla mexanizmin konstruksiyası ilə müəyyən edilir. Zəncirin minimum istifadə əmsalı (ehtiyat əmsalı) onun quraşdırıldığı mexanizmin təsnifat qrupu ilə müəyyən edilən əmsaldan aşağı olmamalıdır.

2.14. Halqaşəkilli zəncirin bərkidilməsi və birləşdirilməsi üsulu mexanizmin və bütövlükdə yükqaldıran maşının müvafiq təhlükəsizlik səviyyəsini təmin etmək məqsədilə seçilir.

2.15. Çoxqollu ilgəklərin qolları arasında 90°-dən çox olmayan maksimum bucaq nəzərə alınmaqla hər bir ayrıca ilgək qolu üçün zəncirin minimum istifadə əmsalı (ehtiyat əmsalı) ən azı 4 olmalıdır. Çoxqollu ilgəklərin qollarının hər biri üçün hesabi yük həmin yükün üç və ya daha az qol tərəfindən tutulması şərti ilə qəbul edilir.

2.16. İlgəklərin konstruksiyasında toxuculuq kanatları və lentlərindən istifadə edilərkən çoxqollu ilgəklərin qolları arasında 90°-dən çox olmayan maksimum bucaq nəzərə alınmaqla hər bir ayrıca ilgək qolu üçün toxuculuq kanatından və ya lentindən minimum istifadə əmsalı (ehtiyat əmsalı) ən azı 7 olmalıdır.

2.17. Toxuculuq kanatları və lentlərinin birləşdirilməsi (tikilməsi) hər bir ayrıca ilgək qolunun müəyyən edilmiş minimum istifadə əmsalının azalmasına səbəb olmamalıdır.

2.18. Hərəkətlərə nəzarəti həyata keçirmək məqsədilə nəzərdə tutulmuş qurğular elə çalışmalıdır ki, onların quraşdırıldığı yükqaldıran maşınlar təhlükəsiz olsun.

2.19. Yükqaldıran maşınlar müvafiq maşın komponentlərinin hərəkət amplitudunu müəyyən edilmiş hədlərdə məhdudlaşdırmağa imkan verəcək şəkildə layihələndirilməli, istehsal edilməli və ya xüsusi qurğularla təchiz edilməlidir. Zərurət olduqda bu qurğuların işə düşməsi zamanı xəbərdarlıq siqnalı verilməlidir.

2.20. Ayrıca dayanan və dəmiryol relsləri üzərində hərəkət edən yükqaldıran maşınlar təsadüfən bir-birinə yaxınlaşaraq toqquşma riski yarada bilərsə, onlar bu riskin baş verməməsi üçün sistemlərlə təchiz edilməlidir.

2.21. Yükqaldıran maşınlar elektrik enerjisinin tam və ya müvəqqəti kəsilməsi və ya operatorun maşını dayandırması halında belə təhlükəli hərəkətin və ya onların üzərinə yerləşdirilmiş yüklərin sərbəst şəkildə və nəzarətsiz halda düşməsinin qarşısını alacaq layihələndirilməli və istehsal edilməlidir.

2.22.Normal istismar şəraitində, başqa cür işləyə bilməyən maşınlar istisna olmaqla, yalnız friksion əyləc sistemindən istifadə etməklə yükün endirilmə prosesi yeganə mümkün üsul olmamalıdır.

2.23. Yük saxlayan qurğular yüklərin təsadüfən düşmə ehtimalının qarşısını alacaq şəkildə layihələndirilməli və istehsal edilməlidir.

2.24. Yükqaldıran maşının iş vəziyyəti elə olmalıdır ki, bilavasitə yaxınlıqda eyni vaxtda hərəkət edən və bununla da müəyyən təhlükə yaradan insanlar, avadanlıq və ya digər maşınlarla mümkün toqquşmaların qarşısını almaq məqsədilə onun hərəkət edən hissələrinin trayektoriyalarına maksimum mümkün müşahidə təmin edilsin.

2.25. Dəmiryol relsi ilə hərəkət edən yükqaldıran maşınlar insanları yüklər, nəqliyyat platformaları və ya əks-yüklərin (olduğu halda) səbəb olduğu xəsarətlərdən qoruyacaq şəkildə layihələndirilməli və istehsal edilməlidir. Bu tələbi yerinə yetirmək zərurəti yarandıqda normal istismar şəraitində yükün yerdəyişmə zonasına giriş istisna edilməlidir.

2.26. Yoxlama və ya texniki xidmət prosesi zamanı nəqliyyat platformasının altında və ya üstündə olan insanın bədən hissələrinin hər hansı sabit element və nəqliyyat platforması arasında əzilməsi riski varsa, sığınacaq şəklində kifayət qədər boş yer təmin etmək və ya nəqliyyat platformasının hərəkət prosesinin qarşısını alan mexaniki qurğular quraşdırmaq lazımdır.

2.27. Sabit meydançalara xidmət edən yükqaldıran maşının nəqliyyat platformasının hərəkəti sərt istiqamətləndiricilər üzrə həyata keçirilməlidir. Həmçinin qayçı tipli oynaqlı mexanizmə malik qaldırıcı sistemlər sərt istiqamətləndiricili sistemlər hesab olunur.

2.28. Əgər insanların nəqliyyat platformasına çıxışı varsa, yükqaldıran maşın giriş zamanı, xüsusən də yükləmə və ya boşaltma zamanı nəqliyyat platformasının sabit vəziyyətdə qalmasını təmin edəcək şəkildə layihələndirilməli və istehsal edilməlidir.

2.29. Yükqaldıran maşın nəqliyyat platformasının səviyyələri ilə onun xidmət etdiyi enmə meydançası arasındakı fərq sürüşmə və ya düşmə riskinə səbəb olmayacaq şəkildə layihələndirilməli və istehsal edilməlidir.

2.30. Əgər nəqliyyat platformasından yükün düşməsi ilə bağlı risk varsa, yükqaldıran maşın həmin riskin yaranmasını istisna edəcək şəkildə layihələndirilməli və istehsal edilməlidir.

2.31. Mindirmə/endirmə (yükləmə/boşaltma) yerlərində insanların hərəkət edən platforma və ya yükqaldıran maşının digər hərəkətdə olan hissələri ilə təmasda olma riski istisna edilməlidir.

2.32. Nəqliyyat platforması enmə (yükləmə-boşaltma) meydançasında olmadıqda onun hərəkət zonasında insanların yıxılma ehtimalı ilə bağlı risk varsa, həmin riskin mümkünlüyünü istisna edən qoruyucu maneələr nəzərdə tutulmalıdır. Bu qoruyucu maneələr nəqliyyat platformasının hərəkət zonası istiqamətində açılmamalıdır. Onlar nəqliyyat platformasının tutduğu mövqedən asılı olaraq işləyən, qoruyucu maneələr bağlanana və bloklanana qədər nəqliyyat platformasının təhlükəli hərəkətinin və müvafiq enmə (yükləmə və boşaltma) meydançasının nəqliyyat platformasının dayanmasına qədər qoruyucu manenin açılmasının qarşısını alan blokirovkalı qoruyucu qurğuya malik olmalıdır.

2.33. Yükqaldıran maşınların iş bacarığını təsdiqləmək məqsədilə onlar vaxtaşırı olaraq nominal yükgötürmə qabiliyyətinin 1,25 (statik sınaqlar) və nominal yükgötürmə qabiliyyətinin 1,1) yükü ilə statik və dinamik yük sınaqlarından keçməlidir (dinamik sınaqlar). Yük sınaqlarının keçirilmə metodikası yükqaldıran maşının istismarı üzrə təlimatda göstərilməlidir.

2.34. Yenidən istehsal edilmiş yükqaldıran maşınlar (sərbəst dayanan ox tipli kranlar) üçün çevrilməyə qarşı ümumi dayanıqlıq üzrə əlavə sınaqlar keçirilir. Yük sınaqlarının keçirilmə metodikası yükqaldıran maşının istismarı üzrə təlimatda göstərilməlidir.

2.35. Əllə hərəkətə gətirilən yükqaldıran maşınların idarəetmə qurğuları avtomatik olaraq başlanğıc vəziyyətə qayıtmaq xüsusiyyətinə malik olmalıdır. Bununla belə, yüklərin və ya maşınların toqquşma təhlükəsinin tamamilə baş verməməsinin müşahidə edildiyi hissə və ya bütün hərəkət prosesini idarə edərkən bu idarəetmə qurğuları avtomatik olaraq başlanğıc vəziyyətə qayıtmaq xüsusiyyətinə malik qurğudan istifadə etmədən əvvəlcədən müəyyən edilmiş vəziyyətlərdə avtomatik dayanmağa imkan verən xüsusi qurğularla əvəz edilə bilər.

2.36. Kanatlı nəqliyyat platformaları, dartı vasitələri əks-yüklər və ya dartmaya nəzarət etməyə imkan verən qurğu ilə dayanmalıdır.

2.37. Yükqaldıran zəncir, kanat və ya ilgəyin yığma vahid olmayan hər bir hissəsinin üzəri markalanmalıdır, bunun mümkün olmadığı hallarda isə o, istehsalçının adını və ünvanını göstərən lövhəcik və ya çıxarıla bilməyən halqaya malik olmalıdır.

2.38. Yükqaldıran zəncirlər, polad kanatlar, toxuculuq kanatları və lentləri aşağıdakı məlumatları özündə ehtiva edən vəsiqəyə malik olmalıdır:

2.38.1. istehsalçının adı və ünvanı;

2.38.2. zəncir, polad kanat, toxuculuq kanatı və ya lentinin nominal ölçü, konstruksiya və material haqqında məlumatları özündə əks etdirən markası;

2.38.3. istifadə olunmuş sınaq metodu;

2.38.4. minimum qırılan (və ya dağıdıcı) yük.

2.39. Bütün yüktutan tərtibatlarda onların nəzərdə tutulduğu materialın təyinatı (əgər bu məlumat təhlükəsiz istismar üçün zəruridirsə) və maksimum yükgötürmə qabiliyyəti qeyd edilməlidir.

2.40. Nişanlanması mümkün olmayan yüktutan tərtibatlar üçün yuxarıda göstərilən məlumatlar onların üzərinə möhkəm şəkildə bərkidilmiş lövhəcikdə qeyd edilməli və ya onların sürtülüb yeyilmə (məsələn, köhnəlmə nəticəsində) və ya yüktutan tərtibatların davamlılıq səviyyəsinə mənfi təsir göstərmə riskinin daha az olduğu yerdə yerləşdirilməli və aydın görünməlidir.

2.41. Hər bir yükqaldıran maşının üzərində onun maksimum nominal yükgötürmə qabiliyyəti göstərilməlidir, ox tipli kranlar üçün  isə yük xüsusiyyətlərini göstərən əlavə lövhəcik quraşdırılmalıdır.

2.42. Yalnız yüklərin qaldırılması üçün nəzərdə tutulmuş, insanların giriş imkanını təmin edən nəqliyyat platformaları ilə təchiz edilmiş yükqaldıran maşınlar insanların qalxmasını qadağan edən xəbərdarlıqla aydın şəkildə işarələnməlidir. Bu xəbərdarlıq nəqliyyat platformalarına girişin mümkün olduğu istənilən yerdən aydın görünməli və maşının bütün istismar müddəti ərzində saxlanılmalıdır.

2.43. Yükqaldıran maşının mexanizmləri normal qapalı tipli əyləclərlə təchiz olunmalıdır (normal açıq ola bilən dönmə mexanizminin əyləcləri istisna olmaqla).

2.44. Yükqaldıran maşının qaldırma mexanizminin əyləc ehtiyatı əmsalı mexanizmin təsnifat qrupu nəzərə alınmaqla təyin edilir (əmsal 1,5-dən aşağı olmamalıdır).

2.45. Təhlükəli yüklərin qaldırılması və daşınması üçün nəzərdə tutulmuş yükqaldıran maşınların qaldırıcı mexanizmləri iki əyləclə təchiz edilməlidir, bununla yanaşı, onların hər birinin əyləc ehtiyatı əmsalı müəyyən edilmiş təhlükəsizliyin təminatı əsasında təyin olunur.

2.46. Yükqaldıran maşının yüktutan orqanları müəyyən edilmiş təhlükəsizliyin təmin edilməsi tələblərinə cavab verməli və yükün qaldırılması və daşınması zamanı, o cümlədən idarəetmə sistemində nasazlıqlar baş verdikdə onun qeyri-iradi  açılmasının, düşməsinin və ya tökülməsinin qarşısını almalıdır.

2.47. Yük qarmaqları, xüsusi hazırlanmış qarmaqlar istisna olmaqla, daimi diyirlənmə yataqlarına quraşdırılmalıdır.

2.48. Qarmağın asqıya bərkidilməsi istismar zamanı onun asqıdan icazəsiz ayrılmasını tamamilə istisna etməlidir.

2.49. Yükqaldıran maşının hər bir qarmağı yükün qaldırılması və daşınması zamanı ilgək, halqa və ya gözün ixtiyarı şəkildə qarmağın ağzından düşməsinin qarşısını alan dilçə ilə təchiz olunmalıdır.

2.50. Yükqaldıran maşının elektrik avadanlığı və idarəetmə sistemi müəyyən edilmiş təhlükəsizliyin təmin edilməsi tələblərinə uyğun olmalı və onun üzərində quraşdırılmış mexanizmlərin təsnifat qruplarının tələblərinə cavab verməlidir.

2.51.Yükqaldıran maşının idarəetmə sistemi ən azı sıfır və cərəyan mühafizəsi ilə təchiz olunmalı, mexanizm intiqallarının icazəsiz işə salınması, habelə personalı elektrik cərəyanının vurması ehtimalını istisna etməlidir.

2.52. Yükqaldıran maşının hidravlik avadanlığı müəyyən edilmiş təhlükəsizliyin təmin edilməsi tələblərinə cavab verməli, metalkonstruksiya elementləri ilə təmasda olarkən hidrointiqal elementlərinin zədələnməsinin qarşısını almalı və qəza vəziyyətlərində yükün (oxun) qeyri-iradi şəkildə düşməsini istisna etməlidir.

2.53. Hər bir hidravlik kontur sınanmış yükgötürməyə bərabər nominal yüklə işləmək üçün tənzimlənmiş və plomblanmış qoruyucu klapanla artıq təzyiqdən qorunmalıdır.

2.54. Yükqaldıran maşınlar zəruri təhlükəsizlik cihazları: məhdudlaşdırıcılar (məsələn, iş hərəkətlərinin məhdudlaşdırıcıları, kabinəyə giriş qapılarının zəruri blokirovkaları və s.) və göstəricilərlə (məsələn, enerji gərginliyi mövcudluğunun işıq indikasiyası, çəki ölçən qurğuların indikasiyası, yüklərin qaldırılması və daşınmasının başlanması üçün səs siqnalizasiyası və s.) təchiz edilməlidir. Yükqaldıran maşının zəruri məhdudlaşdırıcılarının və göstəricilərinin siyahısı və sayı onun konstruktiv xüsusiyyətlərinə, məsuliyyət dərəcəsinə və tələb olunan təhlükəsizlik səviyyəsinin təmin edilməsinə əsasən seçilir.

2.55. Yükqaldıran maşının idarəetmə aparatları idarəetmənin rahat olacağı və yüktutan orqana və yükə nəzarəti çətinləşdirməyəcək şəkildə layihələndirilməli və quraşdırılmalıdır.

2.56. Dəstək və linglərin hərəkət istiqaməti mexanizmlərin hərəkət istiqamətinə mümkün qədər uyğun olmalıdır.

2.57. Yükqaldıran maşının idarəetmə kabinələrinin daxili ölçüləri həmin avadanlıqlar üçün müəyyən edilmiş erqonomik və təhlükəsizlik tələblərinə cavab verməlidir.

2.58. Yükqaldıran maşının hərəkətdə olan, asanlıqla əldə edilə bilən hissələri mexanizmlərə baxış keçirilməsinə və xidmət edilməsinə imkan verən möhkəm, çıxarıla bilən maneələrlə örtülməlidir.

2.59. Yükqaldıran maşınların elektrik avadanlıqlarının toxunma ehtimalını istisna etməyən yerlərdə yerləşmiş, izolyasiya edilməmiş cərəyanaparan hissələri mühafizə edilməlidir.

2.60. Yükqaldıran maşınların qalereyaları, meydançaları və pilləkənləri müəyyən edilmiş davamlılığı təmin etməli, ölçüləri isə təsbit edilmiş təhlükəsizlik tələblərinə uyğun olmalıdır.

2.61. Yükqaldıran maşınların metalkonstruksiyalarının hesabi elementlərinin qaynaq olunmuş birləşmələri onların təhlükəsizliyini təmin etməlidir.

2.62. Dəmiryol (dəmiryolla hərəkət edən yükqaldıran maşınlar üçün) istismar prosesi zamanı (işlək və işlək olmayan vəziyyətdə), eləcə də yükqaldıran maşının həyat dövrünün digər mərhələlərində (quraşdırma, sınaq və s.) müəyyən edilmiş möhkəmliyi, sərtliyi, sabitliyi, yorğunluğu, aşınma və korroziyaya davamlılığı qoruyacaq şəkildə layihələndirilməli və istehsal edilməlidir.

3. Ərzaq emalı və istehsalı, kosmetik vasitələrin və ya əczaçılıq məhsullarının istehsalı üçün avadanlıqlar

 3.1. Ərzaq, kosmetik vasitələr və ya əczaçılıq məhsulları ilə təmasda olan materiallar təyinatı üzrə istifadəyə yararlı olmalıdır. Materialların səthləri və onların örtükləri təmasda olan mühitlərə davamlı olmalı və onların xarab olmadan, çatlamadan, qopmadan, laylanmadan və sürtülüb yeyilmədən təmizlənməsinə və dezinfeksiya edilməsinə imkan verməlidir.

3.2. Ərzaq, kosmetik vasitələr və ya əczaçılıq məhsulları ilə təmasda olan avadanlıqların səthləri hamar olmalı və məhsulun yığılmasına səbəb ola biləcək çıxıntılara və ya çökəkliklərə malik olmamalıdır.

3.3. Avadanlıqlar asan təmizlənməli və dezinfeksiya edilməlidir (zərurət yarandıqda bütün asanlıqla sökülə bilən hissələri əvvəlcədən çıxararkən). Avadanlıqların daxili səthləri onların hərtərəfli təmizlənməsinə imkan verən radiuslu qovşağa malik olmalıdır.

3.4. Ərzaq, kosmetik vasitələr və ya əczaçılıq məhsulları tərəfindən buraxılan, həmçinin təmizləmə və dezinfeksiya nəticəsində əmələ gələn maye, qaz və aerozolların avadanlıqlardan tamamilə çıxarıla bilməsi üçün imkanın olması zəruridir.

3.5. Avadanlıqlar yad maddələrin və ya zərərvericilərin (məsələn, həşəratların) onlara düşməsinin, habelə təmizliyin aparılmasının çətin olduğu yerlərdə hər hansı üzvi maddələrin yığılmasının qarşısını alacaq şəkildə layihələndirilməli və istehsal edilməlidir.

3.6. Avadanlıqlar sağlamlıq üçün təhlükəli olan köməkçi maddələrin (məsələn, sürtkü yağlarının) ərzaq, kosmetik vasitələr və ya əczaçılıq məhsulları ilə təmasda olma ehtimalını istisna edəcək şəkildə layihələndirilməli və istehsal edilməlidir.

3.7. Avadanlıqların istismarı üzrə təlimatda (göstərişdə) təmizləmə, dezinfeksiya və yumaq üçün tövsiyə olunan vasitələr və üsullar barədə məlumatlar yer almalıdır.

 

“Maşın və avadanlıqların

təhlükəsizliyi haqqında” texniki reqlamentə

3 nömrəli əlavə

 

Maşın və avadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlamentin tələblərinə uyğunluğu sertifikatlaşdırma formasında təsdiq edilməli olan texniki tənzimləmə obyektlərinin siyahısı

1. Məişətdə istifadə olunan ağac emaledici dəzgahlar;

2. Qarda-bataqlıda gedən (avtomobillər), aeroxizəklər və onlar üçün qoşqular;

3. Avtonəqliyyat vasitələri və qoşqular üçün qaraj avadanlığı;

4. Kənd təsərrüfatı maşınları;

5. Mexanikləşdirilmiş, o cümlədən elektrik bağ-bostan və meşə təsərrüfatı təyinatlı kiçik mexanizasiya vasitələri;

6. Heyvandarlıq, quşçuluq və yem istehsalı üçün maşınlar;

7. Mexanikləşdirilmiş, o cümlədən elektrik alətlər (əl aləti);

8. Ağac tədarükü, ağac anbarları və ağac axıtma üçün texnoloji avadanlıq:

8.1. Benzin motorlu mişarlar;

8.2. Zəncirli elektrik mişarlar.

9. Açılış və təmizləmə işləri və dağ lağımların bərkidilməsi üçün avadanlıq:

9.1. Təmizləyici kombaynlar;

9.2. Mexanikləşdirilmiş komplekslər;

9.3. Qazıntılar üçün mexanikləşdirilmiş dayaqlar;

9.4. Pnevmatik alət.

10. Dağ lağımların qazılması üçün avadanlıq:

10.1. Kömür və süxur üzrə qazmaçı kombaynlar;

10.2. Hazırlıq lağımları üçün metallik dayaqlar;

11. Gövdə qaldırıcıların və şaxta nəqliyyatının avadanlığı:

11.1. Kürəkli şaxta konveyerləri;

11.2. Lentli şaxta konveyerləri;

11.3. Şaxta və dağ-mədən bucurğadları.

12. Şpurların və quyuların qazılması üçün avadanlıq, partlayıcı quyularının doldurulması və toxaclaması üçün avadanlıq:

12.1. Pnevmatik perforatorlar (qazma çəkicləri);

12.2. Pnevmatik vurucular;

12.3. Dağ-mədən sənayesində quyuların qazılması üçün dəzgahlar;

12.4. Qazma qurğuları;

13. Ventilyasiya və tozun yatırılması üçün avadanlıq:

13.1. Şaxta ventilyatorları;

13.2. Toz tutma və toz yatırılma vasitələri;

13.3. Oksigen kompressorları.

14. Qaldırıcı-nəqledici avadanlıq, yükqaldırıcı kranlar.

“Maşın və avadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlamentin tələblərinə uyğunluğu uyğunluq bəyannaməsi formasında təsdiq edilməli olan texniki tənzimləmə obyektlərinin siyahısı

1. Turbinlər və qaz-turbin qurğuları; 

2. Dartmaüfürmə maşınları;

3. Xırdalama maşınları;

4. Dizel-generatorlar;

5. Yükqaldırma əməliyyatları üçün qurğular; 

6. Konveyerlər;

7. Elektrik kanatlı və zəncirli tallar;

8. Relsiz yerüstü sənaye nəqliyyatı;

9. Kimyəvi, neft-qaz emal edən avadanlıqlar;

10. Polimer materialların emalı üçün avadanlıqlar;

11. Nasos avadanlıqları (nasoslar, nasos aqreqatları və qurğuları);

12. Kriogen, kompressor, soyuducu, avtogen, qaztəmizləmə avadanlıqları:

12.1. hava bölücü və nadir qaz qurğuları;

12.2. qaz və mayelərin hazırlanması və təmizlənməsi üçün aparatlar, kriogen sistemlər və qurğular üçün istilik və kütlə mübadiləsi aparatları;

12.3. kompressorlar (hava və qaz ötürücü);

12.4. soyuducu qurğular.

13. Metalların qaz-alovla emalı və məmulatların metallaşdırılması üçün avadanlıqlar;

14. Qaztəmizləmə və toztutan avadanlığı;

15. Sellüloz-kağız avadanlığı;

16. Kağızqayıran avadanlıq;

17. Neft-mədən, geoloji-kəşfiyyat buruq avadanlığı;

18. Maşınqayırma məmulatlarına lak-boya örtüklərinin çəkilməsi üçün texnoloji avadanlıqlar və aparatura;

19. Maye ammonyak üçün avadanlıqlar.

20. İçməli suyun hazırlanması və təmizlənməsi üçün avadanlıq;

21. Metal emalı dəzgahlar;

22. Dəmirçi-presləmə maşınları;

23. Ağac emal edən avadanlığı (məişət ağac emalı dəzgahları istisna olmaqla);

24. Tökmə istehsalı üçün texnoloji avadanlıq;

25. Qaynaq və qaz-termik püskürtmə üçün avadanlıq;

26. Sənaye traktorları;

27. Yükləyicilər;

28. Velosipedlər (uşaq velosipedləri istisna olmaqla);

29. Torpaq qazma, meliorativ işləri, karxana işləri və xidməti üçün maşınlar;

30. Yol tikintisi, təmiri və xidməti üçün maşınlar, inşaat qarışıqlarının hazırlanması üçün avadanlıq;

31. İnşaat maşınları və avadanlıqları;

32. İnşaat materialları sənayesi üçün avadanlıqlar;

33. Ağac tәdarükü, ağac anbarları və ağac axıtma üçün texnoloji avadanlıq (benzin motorlu və elektrik zəncirli mişarlar istisna olmaqla);

34. Torf sənayesi üçün texnoloji avadanlıq;

35. Sənaye camaşırxana avadanlığı;

36. Paltar və məişət məmulatlarının kimyəvi təmizlənməsi və boyanması üçün avadanlıq;

37. Kommunal təsərrüfat üçün maşın və avadanlıq;

38. Sənaye ventilyatorları;

39. Sənaye kondisionerləri;

40. Havaqızdırıcıları və havasoyuducuları;

41. Yüngül sənaye üçün texnoloji avadanlıq;

42. Tekstil sənayesi üçün texnoloji avadanlıq;

43. Kimyəvi liflərin, şüşə lifinin və asbest saplarının istehsalı üçün texnoloji avadanlıq;

44. Qida, ət-süd və balıqçılıq sənayesi üçün texnoloji avadanlıq;

45. Dəyirman-ding, kombinə edilmiş yem və elevator sənayesi üçün texnoloji avadanlıq;

46. Ticarət, ictimai iaşə və qida bloku müəssisələri üçün texnoloji avadanlıq:

46.1. qida məhsullarının mexaniki və isti emalı üçün avadanlıq;

46.2. meyvə-tərəvəz bazaları və tədarük fabrikləri üçün avadanlıq.   

47. Poliqrafeiya avadanlığı;

48. Şüşə, farfor (çini), saxsı və kabel sənayesi üçün texnoloji avadanlıq;

49. Maye və bərk yanacaqla işləyən istilik qazanları;

50. Sənaye müəssisələrində texnoloji proseslərdə istifadə etmək üçün nəzərdə tutulmuş avadanlıqlara quraşdırılan qaz və kombinasiya edilmiş maye yanacaq odluqlar;

51. Maye və bərk yanacaqla işləyən suqızdırıcı və qızdırıcı (isidici) aparatlar;

52. Frezlər:

52.1. çoxüzlü bərk xəlitə plastinli frezlər;

52.2. tezkəsən poladdan kəsici və kəsikli frezlər;

52.3. bərk xəlitə frezlər.

53.  Kəskilər:

53.1. lehimlənmiş bərk xəlitə plastinli torna kəskilər;

53.2. çoxüzlü bərk xəlitə plastinli torna kəskilər.

54. Ağac materiallarının emalı üçün bərk xəlitə plastinli dairəvi mişarlar;

55. Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında işləmək üçün izoləedici asiya dəstəkləri olan çilingər-montaj aləti;

56. Taxma frezlər:

56.1. arxa dişli ağackəsən taxma frezlər;

56.2. poladdan və ya bərk xəlitədən bıçaqlar ilə  ağackəsən taxma frezler;

56.3. quraşdırılmış silindrik taxma frezlər.

57. Təbii və sintetik almazdan alətlər:

57.1. cilalama almaz dairələri;

57.2. kəsici almaz dairələr.

58. Bor nitridi əsasında sintetik çox bərk materiallardan alətlər (elbordan alət);

59. Sənaye boru kəməri armaturu;

60. Abraziv alət, abraziv materiallar:

60.1. cilalama dairələri, o cümlədən əl maşınları üçün;

60.2. kəsici dairələr;

60.3. pardaq dairələri;

60.4. ləçəkli cilalama dairələri;

60.5. sonsuz cilalama lentləri;

60.6. fibra cilalama diskləri.

“Maşın və avadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlamentin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsinin qəbul  olunması zərurətinin əsaslandırılması

“Maşın və vadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlamentin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsinin (bundan sonra – layihə) hazırlanmasının məqsədləri, onun mövcud hüquqi tənzimləmədə dəyişikliklər edən struktur elementlərinin hüquqi tənzimləmə predmeti:

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən həmin Qanunun şamil edildiyi mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair texniki reqlamentlər Qanun qüvvəyə mindikdən sonra 5 (beş) il ərzində mərhələlərlə işlənilib hazırlanmalı, qəbul və dərc edilməlidir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən texniki reqlamentlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”na (bundan sonra – “Dövlət Proqramı”) dair Tədbirlər Planının 8.1.3-cü yarımbəndinə əsasən texniki tənzimləmənin şamil olunduğu mallara dair texniki reqlamentlər qəbul olunmalıdır.

Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər 04.03.2024-cü il tarixli, 1-5/1-3230/2024/1217/2023 aid nömrəli dərkənarına əsasən aidiyyəti dövlət orqanlarına texniki reqlamentlərin hazırlanması istiqamətində işin aparılması ilə bağlı müvafiq tapşırıq verilmişdir. Bundan başqa, “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının 2023-cü il 26 dekabr tarixində keçirilmiş iclasının 2 nömrəli protokolu” ilə maşın və avadanlıqların təhlükəsizliyi ilə əlaqədar texniki reqlamentin hazırlanması nəzərdə tutulmuşdur. 

Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin, xarici dövlətlərin qanunvericiliyinin, kütləvi informasiya vasitələrində dərc olunmuş materialların, normativ hüquqi aktın layihəsinin hüquqi tənzimləmə predmetinə dair fiziki və hüquqi şəxslərin müraciətlərinin aparılmış təhlili:

Layihənin hazırlanması zamanı beynəlxalq təcrübə və onun ölkəmizdə tətbiqi imkanları, o cümlədən çoxsaylı sahəvi milli qanunvericilik aktları təhlil edilmişdir.

Layihənin qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması:

Layihənin qəbul edilməsi ilə maşın və avadanlıqlara dair təhlükəsizlik tələbləri müəyyən ediləcək, rəqabətqabiliyyətli malların istehsalına nail olunacaq, eyni zamanda “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanunu, Dövlət Proqramı və “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının 2023-cü il 26 dekabr tarixində keçirilmiş iclasının 2 nömrəli protokolu”nun icrası təmin ediləcəkdir.