Layihə
“Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament”in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “__” ______ 2025-ci il
№ ___
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2025-ci il ______ tarixli __ nömrəli
qərarı ilə təsdiq edilmişdir.
Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament
1. Ümumi Müddəalar
1.1. “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” (bundan sonra – Texniki reqlament) “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun hazırlanmış və uşaq oyun meydançaları üçün avadanlıqların və/və ya örtüklərin və onlarla əlaqəli layihələndirmə, istehsal, quraşdırma, istismar, saxlanma, daşınma və utilizasiya proseslərinin təhlükəsizliyinə dair tələbləri müəyyən edir.
1.2. Texniki reqlament Azərbaycan Respublikası ərazisində ilk dəfə dövriyyəyə buraxılan və Texniki reqlamentin 1 nömrəli əlavəsində göstərilən siyahıya əsasən açıq yerlərdə və ya qapalı yerlərdə yerləşdirilən uşaq oyun meydançaları üçün avadanlıq və/və ya örtüklərə şamil edilir.
1.3. Texniki reqlament insanların həyatını və/və ya sağlamlığını, əmlakını, ətraf mühiti qorumaq, istehlakçıları yanıldan hərəkətlərin qarşısını almaq məqsədi ilə hazırlanmışdır.
1.4. Texniki reqlament aşağıdakılara şamil edilmir:
1.4.1. Texniki reqlament qüvvəyə minənədək istehsal olunmuş və istismara verilmiş uşaq oyun meydançaları üçün avadanlıq və/və ya örtüklərə;
1.4.2. bədən tərbiyəsi və idman, təlim-məşqlər və turizm məşğələləri üçün nəzərdə tutulmuş idman avadanlıqlarına və məmulatlarına;
1.4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “__” _____ 2025-ci il tarixli “___” nömrəli qərarı ilə təsdiq edilmiş “Attraksionların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının texniki reqlamenti”nə (TR AZ ---/2025) aid olan attraksionlara;
1.4.4. oyuncaqlara.
1.5. Uşaq oyun meydançaları üçün avadanlıqlara və/və ya örtüklərə dair tələblərin müəyyən olunduğu Azərbaycan Respublikasının digər texniki reqlamentləri qəbul olunduğu təqdirdə bu avadanlıq və/və ya örtüklər qüvvədə olan və onlara aid edilən Azərbaycan Respublikasının bütün texniki reqlamentlərinin tələblərinə uyğun olmalıdır.
2. Əsas Anlayışlar
2.1. Texniki reqlamentin məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. yaş qrupu – boyu, çəkisi, fiziki gücü və intellektual inkişaf səviyyəsi oxşar olan müəyyən yaşda uşaqlar qrupu;
2.1.2. uşaq oyun meydançası – uşaqların oynaması üçün nəzərdə tutulmuş, müvafiq avadanlıqların və örtüklərin daxil olduğu xüsusi təchiz olunmuş sahə;
2.1.3. uşaq şəhərciyi (oyun kompleksi) – bir neçə konstruksiyadan ibarət uşaq oyun meydançası üçün çoxfunksiyalı avadanlıq;
2.1.4. avadanlığın və/və ya örtüyün ömrü – avadanlığın və/və ya örtüyün o cümlədən, istehsal, saxlanma, daşınma, quraşdırılma, modernləşdirmə, təmir, texniki qulluq və utilizasiyanın daxil olduğu layihələndirilmənin başlanğıcından istismarın başa çatmasına qədər olan müddət;
2.1.5. yerə düşmə zonası – istifadəçinin avadanlıqdan yıxıldıqdan sonra düşə biləcəyi səth;
2.1.6. yerə enmə zonası – uşaq oyun meydançasının uşağın tormozlaması və dayanması üçün nəzərdə tutulmuş sahəsi;
2.1.7. kritik yerə düşmə hündürlüyü – örtüyün zərbənin dempferlənməsinin lazımi səviyyəsini təmin etdiyi avadanlıqdan yerə düşmənin maksimal hündürlüyü;
2.1.8. müəyyən olunmuş istismar müddəti – başa çatdığı təqdirdə texniki vəziyyətindən asılı olmayaraq avadanlığın və/və ya örtüyün və/və ya onların əvəz olunmayan hissələrinin istismarının dayandırılmalı olduğu avadanlığın və/və ya örtüyün istismar müddəti;
2.1.9. avadanlıq – uşaq oyun meydançasında quraşdırılmış, uşaqların mülahizəsinə və üsuluna görə fərdi və ya qrup şəklində oynaya biləcəyi avadanlıq;
2.1.10. pasport – avadanlığın istismar qaydalarını müəyyən edən və istehsalçı tərəfindən avadanlığın əsas parametrlərinin və xüsusiyyətlərinin (xassələrinin) zəmanət verilmiş qiymətlərini təsdiqləyən, onun zəmanəti və müəyyən olunmuş xidmət müddəti ərzində istismarı haqqında məlumatları əks etdirən istismar sənədi;
2.1.11. örtük – avadanlıqla birlikdə istifadə olunan ən azı yerə enmə zonası ölçüsündə uşaq oyun meydançasının səthinin bir hissəsi;
2.1.12. istifadəçi – avadanlıqdan və/və ya örtükdən təyinatı üzrə istifadə edən uşaq və ona nəzarət edən şəxs;
2.1.13. satıcı – fərdi sahibkar kimi qeydiyyata alınmış, avadanlıq və/və ya örtüklərin satışı ilə məşğul olan və onların texniki reqlamentin tələblərinə, həmçinin onlara aid edilən Azərbaycan Respublikasının digər texniki reqlamentlərinin tələblərinə uyğunluğuna görə məsuliyyət daşıyan Azərbaycan Respublikasının rezidenti olan hüquqi və ya fiziki şəxs;
2.1.14. uşaq – uşaq oyun meydançasının 14 yaşadək olan istifadəçisi;
2.1.15. təmir – avadanlığın və/və ya örtüyün sazlığının və ya işləmə qabiliyyətinin təmin olunması məqsədilə bərpa olunması üzrə kompleks əməliyyatlar;
2.1.16. avadanlığın və/və ya örtüyün növü – nəzərə çarpmayacaq fərqləri olan və standart texniki sənədlərdən və standart texnoloji proseslərdən istifadə olunmaqla istehsal edilən məmulatlar;
2.1.17. zərbəni udan örtük – amortizasiya xüsusiyyətlərinə malik örtük;
2.1.18. idxalatçı – Texniki reqlamentlə əhatə olunmuş malları idxal edən və Texniki reqlamentin tələblərinə uyğunluğa görə cavabdehlik daşıyan hüquqi şəxs və ya fərdi sahibkar;
2.1.19. istismarçı – uşaq oyun meydançası istifadəyə verildiyi andan avadanlığın və/və ya örtüyün istismarını həyata keçirən və onların texniki reqlamentin tələblərinə uyğunluğunu təmin edən hüquqi və ya fiziki şəxs (o cümlədən, fərdi sahibkar kimi qeydiyyatdan keçmiş fiziki şəxs);
2.1.20. avadanlığın və/və ya örtüyün istismarı – avadanlığın və/və ya örtüyün istismara verildiyi andan onların utilizasiyasına qədər olan həyat dövrünün mərhələsi;
2.1.21. sağlamlıq imkanları məhdud uşaqlar - xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan 14 yaşınadək uşaqlar.
3.Avadanlığın və/və ya örtüyün identifikasiyası qaydaları
3.1. Avadanlığın və/ və ya örtüyün Texniki reqlamentin tətbiq olunduğu texniki tənzimləmə obyektlərinə aid edilməsi məqsədi ilə maraqlı şəxslər tərəfindən avadanlığın və/və ya örtüyün identifikasiyası (eyniləşdirilməsi) həyata keçirilir.
3.2. Avadanlığın və/və ya örtüyün identifikasiyası onların adına və/və ya sənədlərinə əsasən vizual üsulla həyata keçirilir.
3.3. Texniki reqlamentin tətbiqi məqsədilə avadanlığın və/ və ya örtüyün identifikasiyası üçün məhsulu müşayiət edən sənədlərdən, texniki sənədlərdən (konstruktor sənədləri, pasport) və/və ya etiketləmədən istifadə edilir. Məhsulu müşayiət edən sənəd qismində tədarük müqavilələri və/və ya spesifikasiyalar və/və ya etiketlər və/və ya annotasiyalar, həmçinin avadanlığı və/və ya örtüyü xarakterizə edən digər sənədlər ola bilər.
4. İstehlak bazarında avadanlığın və/və ya örtüyün dövriyyəsi qaydaları
4.1. Avadanlıq və/və ya örtük Texniki reqlamentin və Azərbaycan Respublikasının bu avadanlıq və/və ya örtüyə aid edilən digər texniki reqlamentlərinin tələblərinə uyğun olduğu təqdirdə və onların Texniki reqlamentin 9-cu hissəsinə və onlara aid edilən Azərbaycan Respublikasının digər texniki reqlamentlərinə müvafiq olaraq uyğunluğu təsdiq edildikdə istehlak bazarında dövriyyəyə buraxılır.
4.2. Bu texniki reqlamentlərin tələblərinə uyğunluğu təsdiq edilməmiş avadanlığın və/və ya örtüyün istehlak bazarında məhsul dövriyyəsinin uyğunluq nişanı ilə nişanlanmasına və istehlak bazarında dövriyyəyə buraxılmasına yol verilmir.
5. Layihələndirmə zamanı avadanlığa və/və ya örtüyə dair təhlükəsizlik tələbləri
5.1. Avadanlığın və/və ya örtüyün layihələndirilməsi zamanı aşağıdakılar təmin edilməlidir:
5.1.1. konstruktor sənədlərinin Texniki reqlamentin və tərkibində avadanlığa və/və ya örtüyə tətbiq olunan təhlükəsizlik tələbləri olduğu təqdirdə Azərbaycan Respublikasının digər texniki reqlamentlərinin təhlükəsizlik tələblərinə uyğunluğu;
5.1.2. lazımi qaydada attestasiyadan keçirilmiş metodlar əsasında kompleks zəruri hesablamaların və sınaqların aparılması;
5.1.3. avadanlığın və/və ya örtüyün istismar parametrləri və şəraitindən asılı olaraq onların istehsalı zamanı istifadə olunan materialların (xammalın) seçimi;
5.1.4. son hədd meyarlarının müəyyən olunması;
5.1.5. təyin olunmuş xidmət müddətlərinin, texniki qulluq və təmir müddətlərinin müəyyən olunması;
5.1.6. avadanlığın və/və ya örtüyün mümkün gözlənilən sui-istifadəsi ilə bağlı bütün təhlükələrin müəyyən olunması;
5.1.7. avadanlığın və/və ya örtüyün istismarına dair məhdudiyyətlərin müəyyən olunması.
5.2. Risk avadanlığın və/və ya örtüyün istismar zamanı hədəf yaş qrupu nəzərə alınmaqla hesablanmalıdır.
5.3. Pasportun hazırlanması avadanlığın layihələndirilməsinin ayrılmaz hissəsidir.
6.Avadanlığa və/və ya örtüyə dair təhlükəsizlik tələbləri
6.1. Avadanlığın və onun elementlərinin istehsalı zamanı onların konstruktor sənədlərinə və Texniki reqlamentin tələblərinə uyğunluğu təmin edilməlidir.
6.2. Avadanlığın və onun elementlərinin istehsalı zamanı istehsalçı tərəfindən konstruktor sənədlərilə müəyyən olunan təhlükəsizlik tədbirlərinin tam kompleksi həyata keçirilməli, eyni zamanda təhlükəsizliyin asılı olduğu bütün texnoloji əməliyyatların yerinə yetirilməsinə nəzarət imkanı təmin edilməlidir.
6.3. İstismara verildikdən sonra avadanlığın pasportu istismarçı tərəfindən saxlanılır.
6.4. Avadanlığın və/və ya örtüyün istehsalında istifadə olunan materiallar:
6.4.1. istismar zamanı insan sağlamlığına və ətraf mühitə zərərli təsir göstərməməli;
6.4.2. çox yüksək və ya çox aşağı temperaturlu iqlim zonalarında istifadəçinin dərisi ilə təmasda olan zaman termiki yanıqlara səbəb olmamalı;
6.4.3. asanlıqla alovlanan materiallara aid olmamalı;
6.4.4. son dərəcə zəhərli yanma məhsullarına aid olmamalı;
6.4.5. xassələri kifayət qədər öyrənilməmiş materiallara aid olmamalıdır.
6.5. Avadanlığın və/və ya örtüyün istehsalında istifadə olunan materialların gigiyenik təhlükəsizlik göstəriciləri Texniki reqlamentin 2 nömrəli əlavəsində göstərilən tələblərə uyğun olmalıdır.
6.6. Avadanlıq və/və ya örtük elə istehsal olunmalıdır ki, təyinatı üzrə istifadə edilən zaman istifadəçilərin həyatı və sağlamlığı üçün təhlükə yaratmasın.
6.7. Avadanlıq və onun elementləri elə layihələndirilməlidir ki:
6.7.1. nəzərdə tutulduğu uşaqların yaş qrupuna uyğun olsun, oyun zamanı mümkün risk aşkar olsun və uşaq tərəfindən asanlıqla müəyyən edilə bilsin;
6.7.2. uşaqlara nəzarət edən şəxslərin uşaqlara kömək etmək üçün avadanlığın içərisinə daxil olmaq imkanı olsun;
6.7.3. avadanlığın səthində suyun toplanmasına yol verilməsin, sərbəst axma və quruma təmin edilsin;
6.7.4. tozdan, kirdən və zibildən təmizlənmənin əlverişli və rahat olması təmin edilsin.
6.8. Müəyyən növ avadanlığın pasportunda yaş qrupları (boy və çəki üzrə) və avadanlığın və onun elementlərinin möhkəmlik göstəriciləri göstərilir.
6.9. Avadanlığın konstruksiyasında:
6.9.1. möhkəmlik, davamlılıq, sərtlik və dəyişməzlik təmin edilməli;
6.9.2. mühitin aqressivlik və istifadə olunan materialların davamlılıq dərəcəsi nəzərə alınmaqla korroziyaya və köhnəlməyə qarşı qorunmalı;
6.9.3. iti uclara və ya kənarlara malik çıxıntılı elementlər olmamalı;
6.9.4. istifadəçini zədələyə biləcək nahamar səthlər olmamalı;
6.9.5. boltlarla bərkidilən çıxıntılı uclar qoruyucuya malik olmalı;
6.9.6. qaynaq tikişləri hamar olmalı;
6.9.7. avadanlığın istifadəçi üçün əlçatan istənilən küncü və kənarı yuvarlaq olmalı;
6.9.8. xüsusi alətlərdən istifadə olunmadan demontaj imkanı istisna edilməli;
6.9.9. vaxtaşırı təmirə və ya dəyişdirilməyə məruz qalan avadanlıq elementlərinə (komplektdə olan) icazəsiz müdaxilədən qorunmalı;
6.9.10. tutmaq üçün nəzərdə tutulmuş avadanlığın elementlərinin en kəsiyinin ölçüləri uşaqların tuta bilməsi imkanını təmin edəcək ölçüdə olmalı;
6.9.11. hərəkətli elementlər, həmçinin hərəkətli və hərəkətsiz elementlər arasında sıxıcı və ya kəsici səthlərin əmələ gəlməsi istisna edilməli;
6.9.12. avadanlığın hərəkətli elementləri ilə oyun meydançasının səthi arasında təhlükəsiz məsafələr təmin edilməli;
6.9.13. məhəccər və çəpərlə təchiz edilməli;
6.9.14. uşağın bədəninin, bədən hissələrinin və ya paltarının ilişib qalmasına yol verilməməli;
6.9.15. meydana çıxan yüklərə tab gətirmək üçün lazımi yükdaşıma qabiliyyətinə malik olmalıdır.
6.10. Qapalı avadanlıqlar (tunellər, oyun evləri və s.) bir-birindən asılı olmayan və avadanlığın müxtəlif tərəflərində yerləşən ən azı 2 açıq girişə malik olmalıdır. Girişlərin konstruksiyasında onların təcrid olunması imkanı istisna edilməli və lazım gəldikdə uşaqlara heç bir əlavə vasitə olmadan yardım göstərilməsi təmin olunmalıdır.
6.11. Avadanlıqdan yerə enmə zonası boyunca zərbəni udan örtüklər quraşdırılmalıdır.
6.12. Avadanlıqdan sərbəst yerə düşmə hündürlüyü müəyyənləşdirilərkən zərbəni udan örtüyün növü və uşağın və avadanlığın konstruksiya elementlərinin mümkün yerdəyişməsi nəzərə alınmalı və istifadəçinin ayaqlarını dayadığı səthdən yerə enmə zonasına qədər olan məsafə 3 metrdən çox və əl ilə tutulma səviyyəsindən yerə enmə zonasına qədər olan məsafə 4 metrdən çox olmamalıdır. Yerə enmə zonasının sərhədləri müəyyənləşdirilərkən uşağın və konstruksiya elementlərinin mümkün yerdəyişmələri nəzərə alınmalıdır.
6.13. İstənilən hava şəraitində platformaların, keçidlərin, nərdivanların və pilləkənlərin səthində sürüşmə istisna edilməlidir.
6.14. Zərbəni udan örtükdə təhlükəli çıxıntılar olmamalıdır.
6.15. Zərbəni udan örtük kimi səpələnməyən materialların istifadəsi zamanı örtükdə uşağın bədən hissələrinin və ya paltarının ilişib qala biləcəyi sahələr olmamalıdır.
6.16. Zərbəni udan örtük iqlim şəraitindən asılı olmayaraq öz xassələrini qoruyub saxlamalıdır.
6.17. Sərbəst yerə düşmə hündürlüyü 60 sm-dən çox olan avadanlıqların altında zərbəni udan örtük bütün yerə enmə zonası boyunca quraşdırılır.
6.18. Kritik yerə düşmə hündürlüyü avadanlıqdan sərbəst yerə düşmə hündürlüyünə bərabər və ya ondan çox olmalıdır.
6.19. Avadanlıq və/və ya örtük Texniki reqlamentin 5.1.5-ci yarımbəndinə müvafiq olaraq müəyyən olunan xidmət müddətinə malik olmalıdır.
6.20. Avadanlığın və/və ya örtüyün qablaşdırmasında və ya məhsulu müşayiət edən müvafiq sənədlərdə istehsalçının adı və/və ya onun əmtəə nişanı, avadanlığın və/və ya örtüyün adı və təyinatı, yaş qrupu haqqında məlumatlar, müəyyən olunmuş xidmət müddəti, müəyyən növ avadanlığın və/və ya örtüyün müvafiq olaraq istehsal edildiyi sənədin təyinatı göstərilməlidir.
6.21. Bu cür məlumatlar Azərbaycan Respublikasının dövlət dilində göstərilir.
7. Avadanlığın və/və ya örtüyün quraşdırılması, istismarı, daşınması, saxlanması və/və ya utilizasiyası zamanı onların təhlükəsizliyinin təmin olunması
7.1. Avadanlığın xüsusiyyətləri və təhlükəsiz istismarı haqqında məlumat pasportda göstərilməlidir.
7.2. Pasportda aşağıdakı məlumatlar olmalıdır:
7.2.1. avadanlıq haqqında əsas məlumatlar (istehsalçının (istehsalçının səlahiyyətli nümayəndəsinin) adı və yeri (ünvanı), müvafiq olaraq avadanlığın istehsal olunduğu sənədin təyinatı);
7.2.2. avadanlığın əsas texniki məlumatları;
7.2.3. avadanlığın komplektliliyi;
7.2.4. avadanlığın qəbulu haqqında məlumat;
7.2.5. avadanlığın qablaşdırılması haqqında məlumat;
7.2.6. avadanlığın istehsalçısının zəmanət öhdəlikləri;
7.2.7. avadanlığın saxlanması haqqında məlumat;
7.2.8. avadanlığın daşınması haqqında məlumat;
7.2.9. istismar zamanı avadanlığın işə salınması və yenidən işə salınması haqqında məlumat;
7.2.10. tövsiyə olunan örtük növü;
7.2.11. istismar zamanı avadanlığın nasazlıqlarının qeydə alınması haqqında məlumat;
7.2.12. avadanlığın texniki qulluğunun qeydə alınması haqqında məlumat;
7.2.13. avadanlığın istismarı prosesində böyük yüklərə məruz qalan avadanlığın detal və hissələrinin siyahısı, həmçinin onların dəyişdirilməsi müddəti və halları daxil olmaqla təmir işləri haqqında məlumat;
7.2.14. avadanlığın quraşdırılması haqqında təlimat;
7.2.15. avadanlığın təhlükəsiz istismarı qaydaları;
7.2.16. istismardan əvvəl avadanlığın müayinəsi və yoxlanılması üzrə təlimat;
7.2.17. avadanlığın müayinəsi, texniki qulluğu və təmiri üzrə təlimat;
7.2.18. avadanlığın utilizasiyası haqqında məlumat;
7.2.19. avadanlığın istehsal olunduğu ay və il;
7.2.20. yaş qrupları haqqında məlumat (çəki və boy məhdudiyyətləri daxil olmaqla);
7.2.21. müəyyən olunmuş xidmət müddəti;
7.2.22. xüsusi qeydlər (lazım olduğu təqdirdə);
7.2.23. avadanlığın foto və ya qrafik təsviri (lazım olduğu təqdirdə rəngli);
7.2.24. əsas ölçüləri göstərilməklə avadanlığın ümumi görünüşünün çertyoju;
7.2.25. avadanlığın quraşdırılma sxemi;
7.2.26. yerə düşmə zonasının sxemi (planı).
7.3. Pasport Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur.
7.4. Avadanlığın və/və ya örtüyün quraşdırılması aşağıdakı məlumatları ehtiva edən quraşdırma təlimatına müvafiq olaraq yerinə yetirilməlidir:
7.4.1. avadanlığın yerləşdirilməsi üçün minimal sahənin ölçüləri və avadanlıq ilə uşaq oyun meydançasının səthi arasında təhlükəsiz məsafə;
7.4.2. avadanlığın və/və ya örtüyün quraşdırılması qaydası;
7.4.3. quraşdırılmanı asanlaşdırmaq üçün lazımi işarələr (məsələn, avadanlığın quraşdırma hissələrində nişanlar və ətraflı təlimatlar);
7.4.4. avadanlığın və/və ya örtüyün quraşdırılması üçün zəruri olan xüsusi qurğuların və alətlərin siyahısı (qaldırıcı qurğular, şablonlar, kalibrlər, lekallar və s.), habelə avadanlığın və/və ya örtüyün quraşdırılması zamanı ehtiyat tədbirləri;
7.4.5. yivli birləşmələr üçün sıxılma momentinin qiymətləri (lazım olduğu təqdirdə);
7.4.6. müəyyən növ avadanlığın quraşdırılması üçün sahənin ölçüləri;
7.4.7. avadanlığın və onun elementlərinin iqlim şəraitinin təsirindən (günəş, külək (zəruri olduğu təqdirdə)) qorunması məqsədi ilə istiqamətləndirilməsi;
7.4.8. bünövrəyə dair irəli sürülən tələblər, bünövrənin konstruksiyasının və yerləşmə sxeminin təsviri, anker dayağının bərkidilməsinə dair irəli sürülən tələblər;
7.4.9. avadanlığın və/və ya örtüyün təhlükəsiz istismarının təmin edilməsi üçün landşaft xüsusiyyətlərinin təsviri;
7.4.10. sərbəst yerə düşmə hündürlüyü (zərbə udan örtüyün seçimi zamanı);
7.4.11. avadanlığın və ya onun elementlərinin rənglənməsi və ya xüsusi hopdurulmasına dair irəli sürülən tələb (lazım olduğu təqdirdə);
7.4.12. avadanlığı istismara buraxmazdan əvvəl qablaşdırma elementlərinin çıxardılmasına dair irəli sürülən tələb.
7.5. Avadanlıq istifadəçilərin təhlükəsizliyinin təmin olunacağı şəkildə quraşdırılmalıdır.
7.6. Avadanlığın quraşdırılması zamanı qonşu avadanlıq üçün müəyyən olunmuş yerə düşmə zonaları və yerə enmə zonaları nəzərə alınmalıdır.
7.7. Avadanlığın konstruksiyası sağlamlıq imkanları məhdud olan uşaqların uşaq oyun meydançasına maneəsiz daxil olmasını nəzərə alır və onların uşaq oyun meydançasında qalmasının təhlükəsizliyini təmin edir.
7.8. Səpələnən materialların uşaq oyun meydançasında zərbə udan örtük kimi istifadəsi zamanı bu örtüyün qalınlığı bu materialın sıxışdırılaraq çıxarılmasını kompensasiya etmək üçün kifayət edəcək miqdarda artırılır (lazımi qalınlıqla müqayisədə).
7.9. Avadanlığın və/və ya örtüyün istismara verilməsi qanunvericilik ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
7.10. Avadanlığın və/və ya örtüyün istismarı istismarçı tərəfindən Texniki reqlamentin tələblərinə və pasportla müəyyən edilmiş təhlükəsiz istismar qaydalarına müvafiq olaraq həyata keçirilir.
7.11. Avadanlığın texniki qulluğu və təmiri pasporta müvafiq olaraq həyata keçirilir.
7.12. Müəyyən olunmuş xidmət müddəti başa çatdıqdan sonra avadanlığın texniki vəziyyətindən asılı olmayaraq avadanlığın istismarı dayandırılmalıdır.
7.13. Avadanlığın təhlükəsizliyinin təmin olunması məqsədilə istismarçı tərəfindən avadanlığın konstruksiyasında onun konstruksiyasının və ya elementlərinin təhlükəsizliyinə təsir edən dəyişikliklərin edilməsinə yol verilmir.
7.14. Uşaq oyun meydançasında aşağıdakıları ehtiva edən lövhəcik (piktoqram) şəklində məlumat yerləşdirilməlidir:
7.14.1. avadanlıqdan istifadə qaydaları və yaş qrupları haqqında məlumat (boy və çəki məhdudiyyətləri daxil olmaqla);
7.14.2. xilasetmə xidmətinin, təcili yardımın telefon nömrələri;
7.14.3. avadanlıqların nasazlığı və ya xarab olması halında əlaqə saxlamaq üçün istismarçının telefon nömrələri.
7.15. Avadanlığın istismarı prosesində pasportda göstərilən boy və çəki məhdudiyyətlərinə əməl olunmalıdır.
7.16. Avadanlığın və onun elementlərinin daşınması və saxlanması Texniki reqlamentin tələbləri və pasportda göstərilən məlumatlar nəzərə alınmaqla həyata keçirilməlidir.
7.17. Avadanlığın utilizasiyası pasporta müvafiq olaraq həyata keçirilir.
7.18. Avadanlığın utilizasiyasının xüsusiyyətləri ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik ilə müəyyən edilə bilər.
8. Avadanlığın və/və ya örtüyün təhlükəsizlik tələblərinə uyğunluğunun təmin edilməsi
8.1. Avadanlığın və/və ya örtüyün Texniki reqlamentə uyğunluğu aşağıdakı tələblərin yerinə yetirilməsilə təmin edilir:
8.1.1. Texniki reqlamentin 2 nömrəli əlavəsi ilə müəyyən olunan gigiyenik təhlükəsizlik tələbləri;
8.1.2. Texniki reqlament ilə müəyyən olunmuş təhlükəsizlik tələbləri (8.1.1-ci yarımbənddə göstərilən tələblər istisna olmaqla) və ya tətbiqi nəticəsində könüllülük əsasında Texniki reqlamentin tələblərinə əməl olunması təmin edilən standartlar siyahısına daxil edilmiş istinad standartlarının tələbləri.
8.2. Avadanlığın və/və ya örtüyün tədqiqi (sınağı) və ölçmə üsulları Texniki reqlamentin tələblərinin tətbiqi və icrası və avadanlığın və/və ya örtüyün uyğunluğunun qiymətləndirilməsinin həyata keçirilməsi üçün lazım olan tədqiqat (sınaq) və ölçmə qaydalarını və üsullarını, o cümlədən nümunə götürmə qaydalarını ehtiva edən standartların siyahısına daxil edilmiş istinad standartlarında müəyyən olunur.
9. Avadanlığın və/və ya örtüyün uyğunluğunun qiymətləndirilməsi
9.1. İstehlak bazarında dövriyyəyə buraxılan avadanlığın və/və ya örtüyün Texniki reqlamentin tələblərinə, həmçinin ona tətbiq olunan digər texniki reqlamentlərinin tələblərinə uyğunluğu qiymətləndirilməlidir.
9.2. Avadanlığın və/və ya örtüyün Texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsi uyğunluğun təsdiqi formasında həyata keçirilir.
9.3. Avadanlığın və/və ya örtüyün Texniki reqlamentin tələblərinə uyğunluğunun təsdiqi (bundan sonra uyğunluğun təsdiqi) sertifikatlaşdırma və ya uyğunluq bəyannaməsi formasında həyata keçirilir.
9.4. Uyğunluğun təsdiqi zamanı sifarişçilər istehsalçı, idxalatçı və ya satıcı, yaxud istehsalçının səlahiyyətli nümayəndəsi, idxalatçı ola bilər.
9.5. Avadanlığın və/və ya örtüyün uyğunluğu Texniki reqlamentin 3 nömrəli əlavəsində göstərilən siyahıya əsasən aşağıdakı sxemlər üzrə sertifikatlaşdırma formasında təsdiq edilir:
9.5.1. seriyalı istehsal olunan avadanlıq və/və ya örtük üçün 1s və 2s sxemi;
9.5.2. avadanlıq və/və ya örtük partiyası üçün 3s sxemi;
9.5.3. tək mal üçün 4s sxemi.
9.6. Avadanlığın və/və ya örtüyün uyğunluğu Texniki reqlamentin 4 nömrəli əlavəsində göstərilən siyahıya əsasən aşağıdakı sxemlər üzrə uyğunluğun bəyan edilməsi formasında təsdiq edilir:
9.6.1. seriyalı istehsal olunan avadanlıq və/və ya örtük üçün 1b və 4b sxemi;
9.6.2. avadanlıq və/və ya örtük partiyası (tək məmulat) üçün 2b və 4b sxemi.
9.7. Avadanlığın və/və ya örtüyün sertifikatlaşdırılması zamanı sifarişçi aşağıdakılar ola bilər:
9.7.1. 1s və 2s sxemi üçün – istehsalçı (istehsalçının səlahiyyətli nümayəndəsi);
9.7.2. 3s və 4s sxemi üçün – istehsalçı (istehsalçının səlahiyyətli nümayəndəsi), idxalatçı və ya satıcı.
9.8. Avadanlığın və/və ya örtüyün sertifikatlaşdırılması sxeminin seçimi sifarişçi tərəfindən həyata keçirilir.
9.9. Avadanlığın və/və ya örtüyün sertifikatlaşdırılması zamanı sifarişçi:
9.9.1. istehsal prosesinin stabil olması və istehsal olunan avadanlıq və/və ya örtüyün Texniki reqlamentin tələblərinə uyğunluğunun (1s və 2s sxemi) təmin olunması üçün bütün zəruri tədbirləri görür;
9.9.2. texniki sənədləri, o cümlədən aşağıdakıları tərtib edir:
1. pasport (avadanlıq üçün);
2. konstruktor sənədləri (1s və 2s sxemi);
3. avadanlığın və/və ya örtüyün istehsal olunduğu sənəd (1s və 2s sxemi);
4. avadanlığın və/və ya örtüyün möhkəmlik hesablamalarının nəticələri;
5. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq akkreditasiya olunmuş sınaq laboratoriyasında (bundan sonra – akkreditasiya olunmuş sınaq laboratoriyası) istehsalçı tərəfindən aparılan avadanlığın və/və ya örtüyün sınaqlarının protokolu (protokolları);
6. materialların və komplektləşdirilmiş məmulatların xüsusiyyətlərini təsdiq edən sənəd (mövcud olduğu təqdirdə);
7. materiallara və komplektləşdirilmiş məmulatlara dair uyğunluq sertifikatları və uyğunluq bəyannamələri və ya sınaq protokol(lar)ı (mövcud olduğu təqdirdə);
8. Texniki reqlamentin 8-ci hissəsində göstərilən istehsal zamanı istifadə edilmiş standartların siyahısı (onlar istehsalçı tərəfindən istifadə olunduğu təqdirdə);
9. idarəetmə sistemi üçün uyğunluq sertifikatının surəti (2s sxemi);
10. avadanlığın və/və ya örtüyün bir partiyası və tək məhsul üçün müqavilə (tədarük müqaviləsi) və məhsulu müşayiət edən sənədlər (3s və 4s sxemi);
11. sifarişçinin seçimi üzrə avadanlığın və/və ya örtüyün Texniki reqlamentin tələblərinə, həmçinin onlara aid edilən digər texniki reqlamentlərin tələblərinə uyğunluğunun təsdiqi üçün əsas olan digər sənədlər (mövcud olduğu təqdirdə).
9.9.3. Texniki reqlamentin 9.9.2-ci yarımbəndində nəzərdə tutulmuş texniki sənədlər əlavə olunmaqla avadanlığın və/və ya örtüyün sertifikatlaşdırılması üçün “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş sertifikatlaşdırma orqanına (bundan sonra – sertifikatlaşdırma orqanı) sifariş verir:
1. Sifarişdə idarəetmə sisteminin sertifikatlaşdırıldığı sənəd göstərilir (2s sxemi).
2. Sifarişdə partiyanın identifikasiya (eyniləşdirmə) əlamətləri (partiyanın ölçüsü, bu partiyanı identifikasiya edən məhsulu müşayiət edən sənədlərin rekvizitləri) və ona daxil olan avadanlıq və/və ya örtük vahidləri (adı, tipi, növü və s. (mövcud olduğu təqdirdə)) (3s və 4s sxemi) göstərilməlidir.
9.9.4. uyğunluğun təsdiqi proseduru başa çatdıqdan sonra uyğunluq nişanını vurur;
9.9.5. avadanlıq və/və ya örtüyün Texniki reqlamentin tələblərinə uyğunluğuna təsir göstərə bilən avadanlıq və/və ya örtüyün konstruksiyasında və ya onların istehsal texnologiyasında dəyişikliklər barədə sertifikatlaşdırma orqanını yazılı şəkildə məlumatlandırır (1s sxemi);
9.9.6. uyğunluğun təsdiqi proseduru başa çatdıqdan sonra Texniki reqlamentin 9.9.2-ci yarımbəndində nəzərdə tutulmuş texniki sənədləri formalaşdırır.
9.10. Avadanlığın və/və ya örtüyün sertifikatlaşdırılması zamanı sertifikatlaşdırma orqanı:
9.10.1 sifarişçinin təqdim etdiyi sifarişi və texniki sənədləri təhlil edir və sertifikatlaşdırmanın aparılmasına (sertifikatlaşdırmanın aparılması şərtləri göstərilməklə) və ya ondan imtina edilməsinə (səbəbləri göstərilməklə) dair qərar barədə sifarişçini məlumatlandırır;
9.10.2. sınaqların aparılması üçün sifarişçidən avadanlıq və/və ya örtük nümunələrinin identifikasiyasını və nümunə götürülməsini həyata keçirir;
9.10.3. akkreditasiya edilmiş sınaq laboratoriyasında avadanlıq və/və ya örtük nümunələrinin (1s, 2s və 3s sxemi), yaxud avadanlığın və/və ya örtüyün tək məmulatının (4s sxemi) sınağının aparılmasını təmin edir;
9.10.4. nəticələri müvafiq aktla rəsmiləşdirilən istehsalçının istehsal obyektinə baxışı həyata keçirir (1s sxemi);
9.10.5. avadanlıq və/və ya örtük nümunələrinin sınaqlarının, istehsal obyektinə baxışın (1s sxemi) və sifarişçi tərəfindən təqdim olunan texniki sənədlərin təhlilinin nəticələri müsbət olduğu təqdirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nda göstərilən vahid forma üzrə sifarişçiyə təqdim olunan uyğunluq sertifikatını tərtib edir;
9.10.6. uyğunluq sertifikatının qüvvədə olduğu bütün müddət ərzində akkreditasiya edilmiş sınaq laboratoriyasında avadanlıq və/və ya örtük nümunələrinin sınaqdan keçirilməsi və/və ya istehsal obyektinə baxış (1s sxemi) vasitəsilə sertifikatlaşdırılmış avadanlıqlara və/və ya örtüyə dövri qiymətləndirməni həyata keçirir;
9.10.7. uyğunluq sertifikatının qüvvədə olduğu bütün müddət ərzində akkreditasiya edilmiş sınaq laboratoriyasında avadanlıq və/və ya örtük nümunələrinin sınaqdan keçirilməsi və sertifikatlaşdırılmış idarəetmə sistemi üçün idarəetmə sisteminin sertifikatlaşdırma orqanı tərəfindən aparılan dövri qiymətləndirmənin nəticələrinin təhlili (2s sxemi) vasitəsilə sertifikatlaşdırılmış avadanlıqlara və/və ya örtüyə dövri qiymətləndirməni həyata keçirir;
9.10.8. dövri qiymətləndirmənin nəticələrinə əsasən:
1. uyğunluq sertifikatının qüvvədə olduğunu təsdiqləyir və bunu dövri qiymətləndirmə aktında göstərir;
2. dövri qiymətləndirmənin nəticələri mənfi olduğu təqdirdə uyğunluq sertifikatının qüvvədə olmasının dayandırılması və ya ləğv edilməsi haqqında qərar qəbul edir.
3. Dövri qiymətləndirmənin nəticələrinə dair qərarı sifarişçinin nəzərinə çatdırır.
9.10.9. uyğunluq sertifikatı haqqında məlumatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 215 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”na uyğun olaraq uyğunluğun qiymətləndirilməsi üzrə verilmiş və ya qəbul edilmiş sənədlərin Reyestrinə daxil edir.
9.11. Sertifikatlaşdırılmanın idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını nəzərdə tutan sxemlər üzrə həyata keçirilməsi halında idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə işlər “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq akkreditasiya olunmuş idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı tərəfindən həyata keçirilir.
9.12. Seriyalı istehsal olunan avadanlıq və/və ya örtük üçün uyğunluq sertifikatının qüvvədə olma müddəti 5 ildən artıq olmamalı, avadanlığın və/və ya örtüyün bir partiyası (tək məmulat) üçün isə uyğunluq sertifikatının qüvvədə olma müddəti müəyyən edilmir.
9.13. Texniki reqlamentin 9.9.6-cı yarımbəndində göstərilən avadanlığın və (və ya) örtüyün sertifikatlaşdırılmasından sonra tərtib edilən sənədlər toplusu sifarişçi və sertifikatlaşdırma orqanı tərəfindən aşağıdakı müddətlərdə saxlanılmalıdır:
9.13.1. seriyalarla istehsal olunan avadanlıq və (və ya) örtük üçün – uyğunluq sertifikatına xitam verildiyi tarixdən etibarən ən azı 10 il;
9.13.2. məhsulun bir partiyası (tək məhsul) üçün – məhsulun bir partiyasından (tək məhsuldan) son avadanlığın və/və ya örtüyün satıldığı tarixdən etibarən ən azı 10 il.
Sənədlər toplusu dövlət yoxlaması (nəzarəti) orqanlarına onların tələbi əsasında təqdim olunur.
9.14. Avadanlığın və/və ya örtüyün uyğunluğunun bəyan edilməsi zamanı sifarişçi aşağıdakılar ola bilər:
9.14.1. 1b və 3b sxemi üçün istehsalçı (istehsalçının səlahiyyətli nümayəndəsi);
9.14.2. 2b və 4b sxemi üçün istehsalçı (istehsalçının səlahiyyətli nümayəndəsi), idxalatçı və ya satıcı.
9.15. Avadanlığın və/və ya örtüyün uyğunluğunun bəyan edilməsi sxeminin seçimi sifarişçi tərəfindən həyata keçirilir.
9.16. 1b və 2b sxemi üzrə avadanlığın və/və ya örtüyün uyğunluğunun bəyan edilməsi sifarişçi tərəfindən öz sübutları əsasında həyata keçirilir. Sifarişçinin seçimi ilə avadanlıq və/və ya örtük nümunələrinin sınaqdan keçirilməsi sifarişçinin öz sınaq laboratoriyasında və/və ya akkreditasiya edilmiş sınaq laboratoriyasında aparılır.
9.17. 3b və 4b sxemi üzrə avadanlığın və/və ya örtüyün uyğunluğunun bəyan edilməsi sifarişçi tərəfindən öz sübutları və sınaq laboratoriyasının iştirakı ilə əldə edilmiş sübutlar əsasında həyata keçirilir.
9.18. Avadanlığın və/və ya örtüyün uyğunluğunun bəyan edilməsi zamanı sifarişçi:
9.18.1. avadanlığın və/və ya örtüyün Texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən sənədləri, o cümlədən aşağıdakıları tərtib və təhlil edir:
1. pasport (avadanlıq üçün);
2. konstruktor sənədləri (1b və 3b sxemi);
3. avadanlığın və/və ya örtüyün istehsal olunduğu sənəd (1b və 3b sxemi)
4. möhkəmlik hesablamalarının nəticələri;
5. sifarişçinin öz sınaq laboratoriyasında və/və ya akkreditasiya edilmiş sınaq laboratoriyasında həyata keçirilən avadanlıq və/və ya örtük nümunələrinin sınağının protokol(lar)ı;
6. materialların və komplektləşdirilmiş məmulatların xüsusiyyətlərini təsdiq edən sənəd (mövcud olduğu təqdirdə);
7. materiallara və komplektləşdirilmiş məmulatlara dair uyğunluq sertifikatları, uyğunluq bəyannamələri və ya sınaq protokolları (mövcud olduğu təqdirdə);
8. Texniki reqlamentin 8-ci hissəsində göstərilən istehsal zamanı istifadə edilmiş standartların siyahısı (onlar istehsalçı tərəfindən istifadə olunduğu təqdirdə);
9. məhsul partiyası (tək məhsul) üçün müqavilə (tədarük müqaviləsi) və məhsulu müşayiət edən sənədlər (2b və 4b sxemi);
10. avadanlığın və (və ya) örtüyün Texniki reqlamentin tələblərinə, həmçinin onlara aid edilən digər texniki reqlament tələblərinə uyğunluğunun təsdiqi üçün əsas olmuş sifarişçinin seçimi ilə bağlı digər sənədlər (mövcud olduğu təqdirdə);
9.18.2. Texniki reqlamentin 3-cü hissəsinə müvafiq olaraq avadanlığın və/və ya örtüyün identifikasiyasını aparır;
9.18.3. istehsal nəzarətinin həyata keçirilməsini təmin edir və avadanlığın və/və ya örtüyün istehsal prosesinin Texniki reqlamentin tələblərinə uyğunluğunu təmin etmək üçün zəruri tədbirlər görür;
9.18.4. Azərbaycan Respublikasının Nazilər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nda göstərilən vahid forma və qaydalara uyğun tərtib edilən uyğunluq bəyannaməsini qəbul edir
9.18.5. uyğunluğun bəyan edilməsi proseduru başa çatdıqdan sonra uyğunluq nişanını vurur;
9.18.6. Avadanlığın və (və ya) örtüyün uyğunluğunun bəyan edilməsi proseduru başa çatdıqdan sonra 9.18.1-ci yarımbənddə nəzərdə tutulmuş sənədləri və uyğunluq bəyannaməsini özündə əks etdirən sənədlər toplusunu tərtib edir.
9.19. Uyğunluq Bəyannaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 215 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nda müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır.
9.20. Texniki reqlamentin 9.18.6-cı yarımbəndində göstərilən avadanlığın və (və ya) örtüyün uyğunluğu bəyan edildikdən sonra tərtib edilən sənədlər toplusu aşağıda qeyd olunan müddətlərdə sifarişçidə saxlanılmalıdır:
9.20.1. seriyalı istehsal olunan avadanlıq və/və ya örtük üçün – uyğunluq bəyannaməsinə xitam verildiyi tarixdən etibarən ən azı 5 il;
9.20.2. məhsulun bir partiyası (tək məhsul) üçün – məhsulun bir partiyasından (tək məhsuldan) son avadanlığın və/və ya örtüyün satıldığı tarixdən etibarən ən azı 5 il.
9.20.3. Sənədlər toplusu dövlət yoxlaması (nəzarəti) orqanlarına onların tələbi əsasında təqdim olunur.
9.21. Avadanlığın və (və ya) örtüyün seriyalı istehsalı üçün uyğunluğun bəyan edilməsi zamanı uyğunluq bəyannaməsinin qüvvədə olma müddəti 5 ildən çox olmamalıdır. Avadanlıq və/və ya örtük partiyası (tək məhsul) üçün uyğunluq bəyannaməsinin qüvvədə olma müddəti müəyyən edilmir.
10. Avadanlığın və/və ya) örtüyün uyğunluq nişanı ilə nişanlanması
10.1. Texniki reqlamentin tələblərinə uyğun olan və uyğunluğun qiymətləndirilməsi prosedurlarına uyğun olaraq uyğunluğu qiymətləndirilən mallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na uyğun olaraq uyğunluq nişanı ilə nişanlanmalıdır.
10.2. Malların uyğunluq nişanı ilə nişanlanması istehlak bazarına dövriyyəyə buraxılmazdan əvvəl həyata keçirilir.
10.3. İstehlak bazarında məhsul dövriyyəsinin uyğunluq nişanı avadanlığın və/və ya örtüyün bütün istismar müddəti ərzində dəqiq və aydın təsviri təmin edən istənilən üsulla avadanlıq və/və ya örtüyün hər bir vahidinə vurulur, həmçinin əlavə olunan pasportda göstərilir. İstehlak bazarında məhsul dövriyyəsinin uyğunluq nişanını bilavasitə avadanlığa və/və ya örtüyə vurmaq mümkün olmadığı təqdirdə nişanının yalnız qablaşdırmaya vurulmasına və onun əlavə olunmuş pasportda göstərilməsinə yol verilir.
10.4. Avadanlığın və/və ya örtüyün uyğunluq nişanı ilə nişanlanması onların bu avadanlıq və/və ya örtüyə aid edilən və istehlak bazarında uyğunluq nişanının vurulmasını nəzərdə tutan bütün texniki reqlamentlərinin tələblərinə uyğunluğunu sübut edir.
11. Yekun müddəalar
11.1. Texniki reqlamentin tələblərinə əməl olunmasına dair dövlət yoxlaması (nəzarəti) qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.
11.2. Texniki reqlamentin tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
11.3. İstehlak bazarlarında Texniki reqlamentin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Agentliyi tərəfindən aparılır.
11.4. Texniki reqlament dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minir
“Uşaq oyun meydançaları üçün avadanlıqların
təhlükəsizliyi haqqında texniki reqlament”ə
1 nömrəli əlavə
“Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında
texniki reqlament”in tələblərinin aid edildiyi məhsulların
SİYAHISI
Avadanlığın, örtüyün növü |
Avadanlığın, örtüyün növünün xüsusiyyətləri |
Avadanlığın, örtüyün tipi |
1. Uşaq oyun meydançası üçün sürüşkən |
uşağın ağırlıq qüvvəsinin təsiri altınd aşağı düşdüyü uşaq oyun meydançası üçün maili sürüşən səthli avadanlıq |
- ayrıca duran sürüşkən - quraşdırılan sürüşkən - sürüşkən-dalğa (dalğa şəkilli sürüşkən) - “yamacda” sürüşkən (təpənin, qum təpəsinin, sahilin yamacında sürüşkən) - spiral sürüşkən - əyrixətli sürüşkən - tunel sürüşkən - kombinasiya edilmiş - tunel sürüşkən - bir neçə yolu olan sürüşkən |
2. Uşaq oyun meydançası üçün yelləncək
|
uşaq oyun meydançası üçün kütləsi yellənmənin həyata keçirildiyi şarnirə nəzərən aşağı olan uşaq tərəfindən hərəkətə gətirilən avadanlıq
|
- bir fırlanma oxuna malik yelləncəklər - bir neçə fırlanma oxuna malik yelləncəklər - bir asma nöqtəsinə malik yelləncəklər - kollektiv yelləncəklər |
Avadanlığın, örtüyün növü |
Avadanlığın, örtüyün növünün xüsusiyyətləri |
Avadanlığın, örtüyün tipi |
3. uşaq oyun meydançası üçün yırğalanan kürsü
|
uşaq oyun meydançası üçün uşaq (uşaqlar) tərəfindən hərəkətə gətirilən və müxtəlif səthlərdə titrəyişli hərəkətin həyata keçirildiyi avadanlıq
|
- taraz yellənən kreslo - bir dayaqlı yellənən kreslo - yellənən zaman uşağın (uşaqların) bir neçə müstəvidə hərəkətini təmin edən bir dayaqlı yellənən kreslo - yellənən zaman uşağın (uşaqların) əsasən bir müstəvidə hərəkətini təmin edən bir neçə dayaqlı yellənən kreslo - yellənən zaman uşağın (uşaqların) bir neçə müstəvidə hərəkətini təmin edən bir neçə dayaqlı yellənən kreslo - sürgü qollu yellənən kreslo - hündürlükdə yerləşən bir yellənmə oxuna malik yellənən kreslo - mərkəzi ox ətrafında fırlanan yellənən |
4. Uşaq oyun meydançası üçün karusel
|
uşaq oyun meydançası üçün şaquli ox ətrafında fırlanan, şaquli oxa nəzərən meyl bucağı 5°-dən çox olmayan bir və ya daha çox oturacaqlı avadanlıq |
- fırlanan kreslolar - fırlanan platforma - fırlanan göbələk - havada planerlə uçma - dairəvi yol üzrə hərəkət - böyük fırlanan disk |
5. Uşaq oyun meydançası üçün kanat yolu |
uşağın ağırlıq qüvvəsinin təsiri altında sürüşdüyü uşaq oyun meydançası üçün avadanlıq |
- kanat yolu: - asma tutacaqlı - oturacaqlı |
Avadanlığın, örtüyün növü |
Avadanlığın, örtüyün növünün xüsusiyyətləri |
Avadanlığın, örtüyün tipi |
6. Uşaq şəhərciyi (oyun kompleksi), oyun avadanlığı, uşaq şəhərciklərinin (oyun komplekslərinin) avadanlıqları və elementləri
|
uşaq oyun meydançası üçün uşaqların oynaması, fiziki inkişafı, onlara çeviklik və cəsarətin aşılanması üçün nəzərdə tutulmuş avadanlıq
|
- uşaq şəhərciyi (oyun kompleksi) - uşaq şəhərciklərinin (oyun komplekslərinin) avadanlıqları və elementləri: - qüllə - üfüqi nərdivan - isveç divarı - dırmanmaq üçün divar - tunel - körpü - pilləkən - nərdivan - spiral - şüvül - dırmanmaq üçün elastiki elementlər (nərdivan, tor, hörümçək toru) - oyun avadanlığı, o cümlədən qumqabı, oyun evi, labirint |
7. Zərbəuducu örtük |
uşaq oyun meydançası üçün amortizasiya xassələrinə malik örtük
|
- rezin örtük - sintetik örtük |
“Uşaq oyun meydançaları üçün avadanlıqların
təhlükəsizliyi haqqında texniki reqlament”ə
2 nömrəli əlavə
Uşaq oyun meydançaları üçün avadanlıqların və örtüklərin istehsalında
tətbiq olunan materialların gigiyenik təhlükəsizliyinə dair
TƏLƏBLƏR
1. Uşaq oyun meydançaları üçün avadanlıq və örtüklərin istehsalı zamanı istifadə olunan materialların (bundan sonra materiallar) qoxusunun intensivliyi 2 baldan çox olmamalıdır.
2. İstismar şəraitində polimerin, polimer tərkibli materialların, sintetik və qarışıq toxuculuq materiallarının səthində elektrostatik sahənin gərginlik səviyyəsi 15.0 kV/m-dən çox olmamalıdır.
3. Materiallar mikrofloranın, o cümlədən patogen mikrofloranın böyüməsini və inkişafını stimullaşdırmamalıdır.
4. Mineral əsaslı materiallarda təbii radionuklidlərin xüsusi effektiv aktivliyi 370 Bq/kq-dan çox olmamalıdır. Sezium-137-nin oduncaq və oduncaq tərkibli materiallarda yol verilən xüsusi aktivliyi 300 Bq/kq-dan çox olmamalıdır.
5. Avadanlıqların və örtüklərin qoruyucu-dekorativ örtüyü nəm təmizləməyə, avadanlıqlar tüpürcək, tər və nəmin təsirinə qarşı davamlı olmalıdır.
6. Avadanlıq dəriyə yerli qıcıqlandırıcı təsir göstərməməlidir, yaxud avadanlığın su mühitində (distillə edilmiş mühitdə) müəyyən olunmuş toksiklik indeksi 70-120%, hava mühitində müəyyən olunmuş toksiklik indeksi 80-120% həddində olmalıdır.
7. Materiallar ətraf mühitə insan orqanizminə birbaşa və ya dolayı mənfi təsir göstərə biləcək miqdarda (bütün ayrılan maddələrin birgə təsiri nəzərə alınmaqla) uçucu maddələr buraxmamalıdır.
8. Avadanlıqların və örtüklərin istismarı zamanı materiallardan 1-ci təhlükə sinifinə aid olan kimyəvi maddələr havaya buraxılmamalıdır, digər maddələrin ayrılması isə aşağıdakı cədvəldə göstərilən gigiyenik normativləri ötüb keçməməlidir (materiallardan birgə təsirə malik olan bir neçə kimyəvi maddənin ayrılması zamanı onların qatılıqlarının yol verilən hədd qatılıqlarına nisbətlərinin cəmi cədvəldə göstərilənlərdən çox olmamalıdır).
Uşaq oyun meydançaları üçün avadanlıqların və örtüklərin istehsalında tətbiq olunan materiallardan zərərli maddələrin ayrılmasının gigiyenik normativləri
Materialın (maddənin) adı
|
Sanitar-epidemioloji tələblər |
|||
göstərici
|
hava mühitinə miqrasiyanın yol verilən səviyyəsi, mq/m3 |
su mühitinə miqrasiyanın yol verilən səviyyəsi, mq/dm |
||
1 |
2 |
3 |
4 |
|
I. Polimerlər və polimer tərkibli materiallar |
||||
1. Plastifikasiya olunmuş polivinilxlorid (suspenziyada və emulsiyada alınan) |
dibutilftalat dioktilftalat formaldehid hidrogen xlorid* benzol toluol |
yol verilmir 0.02 0.01 0.10 0.1 0.6 |
yol verilmir 2.0 0.1 - 0.01 0.5 |
Materialın (maddənin) adı
|
Sanitar-epidemioloji tələblər |
||
göstərici
|
hava mühitinə miqrasiyanın yol verilən səviyyəsi, mq/m3 |
su mühitinə miqrasiyanın yol verilən səviyyəsi, mq/dm |
|
1 |
2 |
3 |
4 |
2. Fenolformaldehid, melaminformaldehid qatranları |
ammonyak* metil spirti fenol** fenolların ümumi miqdarı** formaldehid |
0.04 0.50 0.003 -
0.01 |
- 0.2 0.05 0.1
0.1 |
3. Karbamid qatranları
|
ammonyak * metil spirti formaldehid |
0.04 0.50 0.01 |
- 0.2 0.1 |
4. Butadien və butadienin akrilonitril və stirol ilə birgəpolimerləri əsasında sintetik kauçuklar
|
akrilonitril hidrogen sianid* dibutilftalat dioktilftalat stirol toluol ksilollar (izomerlər qarışığı) formaldehid |
0.03 0.01 yol verilmir 0.02 0.002 0.60 0.20 0.01 |
0.02 - yol verilmir 2.0 0.01 0.5 0.05 0.1 |
5. Polisturol plastikləri |
|
|
|
polistirol (blok, suspenziya, zərbəyədavamlı), stirolun akrilonitril ilə |
akrilonitril stirol formaldehid
|
0.03 0.002 0.01
|
0.02 0.01 0.1
|
Materialın (maddənin) adı
|
Sanitar-epidemioloji tələblər |
||
göstərici
|
hava mühitinə miqrasiyanın yol verilən səviyyəsi, mq/m3 |
su mühitinə miqrasiyanın yol verilən səviyyəsi, mq/dm |
|
1 |
2 |
3 |
4 |
birgəpolimeri, ABS plastikləri stirolun metakrilat ilə birgəpolimeri stirolun butadien ilə birgəpolimeri köpükləndirilmiş polistirollar |
metilmetakrilat stirol formaldehid
butil spirti metil spirti stirol formaldehid
stirol ksilollar (izomerlər qarışığı) toluol formaldehid |
0.01 0.002 0.01
0.10 0.50 0.002 0.01
0.002 0.20
0.30 0.01 |
0.25 0.01 0.1
0.5 0.2 0.01 0.1
0.01 0.05
0.5 0.1 |
6. Poliuretanlar
|
butilasetat hidrogen sianid * izopropil spirti metil spirti formaldehid etilenqlikol |
0.10 0.01 0.60 0.50 0.01 0.30 |
0.1 - 0.1 0.2 0.1 1.0 |
Materialın (maddənin) adı
|
Sanitar-epidemioloji tələblər |
|||
göstərici
|
hava mühitinə miqrasiyanın yol verilən səviyyəsi, mq/m3 |
su mühitinə miqrasiyanın yol verilən səviyyəsi, mq/dm |
||
1 |
2 |
3 |
4 |
|
7. Epoksid qatranları
|
dibutilftalat dioktilftalat ksilollar (izomerlər qarışığı) fenol** fenolların ümumi miqdarı** formaldehid epixlorhidrin |
yol verilmir 0.02 0.20
0.003 -
0.01 0.04 |
yol verilmir 2.0 0.05
0.05 0.1
0.1 0.1 |
|
8. Poliefir qatranları |
dibutilftalat dioktilftalat stirol ftal anhidridi* formaldehid etilenqlikol |
yol verilmir 0.02 0.002 0.02 0.01 0.30 |
yol verilmir 2.0 0.01 - 0.1 1.0 |
|
9. Vinil spirti və onun törəmələri əsasında polimer tərkibli materiallar |
vinilasetat dibutilftalat dioktilftalat metil spirti formaldehid |
0.15 yol verilmir 0.02 0.50 0.01 |
0.2 yol verilmir 2.0 0.2 0.1 |
|
10. Akril və metakril turşusu əsasında polimer tərkibli materiallar |
akrilonitril dibutilftalat dioktilftalat metil spirti |
0.03 yol verilmir 0.02 0.50 |
0.02 yol verilmir 2.0 0.2 |
|
Materialın (maddənin) adı
|
Sanitar-epidemioloji tələblər |
|||
göstərici
|
hava mühitinə miqrasiyanın yol verilən səviyyəsi, mq/m3 |
su mühitinə miqrasiyanın yol verilən səviyyəsi, mq/dm |
||
1 |
2 |
3 |
4 |
|
|
metilmetakrilat formaldehid |
0.01 0.01 |
0.25 0.1 |
|
11. Polietilen və polipropilen əsasında polimer tərkibli materiallar |
asetaldehid izopropil spirti metil spirti formaldehid |
0.01 0.60 0.50 0.01 |
0.2 0.1 0.2 0.1 |
|
12. Poliamid
|
dibutilftalat dioktilftalat kaprolaktam metil spirti formaldehid |
yol verilmir 0.02 0.06 0.50 0.01 |
yol verilmir 2.0 0.5 0.2 0.1 |
|
13. Mineral əsasında polimer tərkibli materiallar |
fosfat anhidridi * kükürd dioksid * |
0.05 0.05 |
- - |
|
14. Sellüloza əsasında polimer tərkibli materiallar |
ammonyak* metil spirti fenol** fenolların ümumi miqdarı ** formaldehid |
0.04 0.50 0.003 -
0.01 |
- 0.2 0.05 0.1
0.1 |
|
15. Rezin |
dibutilftalat dioktilftalat fenol** fenolların ümumi |
yol verilmir 0.02 0.003 - |
yol verilmir 2.0 0.05 0.1 |
|
Materialın (maddənin) adı
|
Sanitar-epidemioloji tələblər |
|||
göstərici
|
hava mühitinə miqrasiyanın yol verilən səviyyəsi, mq/m3 |
su mühitinə miqrasiyanın yol verilən səviyyəsi, mq/dm |
||
1 |
2 |
3 |
4 |
|
|
miqdarı** formaldehid |
0.01 |
0.1 |
|
16. Oduncaq
|
asetaldehid butil spirti izobutil spirti |
0.01 0.1 0.1 |
0.2 0.5 0.5 |
|
|
metil spirti izopropil spirti fenol** fenolların ümumi miqdarı** formaldehid ammonyak* |
0.5 0.6 0.003 -
0.01 0.04 |
0.2 0.1 0.05 0.1
0.1 - |
|
II. Toxuculuq materialları |
||||
17. Bitki xammalından alınan təbii |
formaldehid |
0.01 |
0.1 |
|
18. Süni viskoz və asetat |
formaldehid |
0.01 |
0.1 |
|
19. Poliefir
|
formaldehid dimetiltereftalat asetaldehid |
0.01 0.01 0.01 |
0.1 1.5 0.2 |
|
20. Poliamid
|
formaldehid kaprolaktam heksametilendiamin |
0.01 0.06 0.001 |
0.1 0.5 0.01 |
Materialın (maddənin) adı
|
Sanitar-epidemioloji tələblər |
||
göstərici
|
hava mühitinə miqrasiyanın yol verilən səviyyəsi, mq/m3 |
su mühitinə miqrasiyanın yol verilən səviyyəsi, mq/dm |
|
1 |
2 |
3 |
4 |
21. Poliakrilonitril
|
formaldehid akrilonitril dimetilformamid vinilasetat |
0.01 0.03 0.03 0.15 |
0.1 0.02 10.0 0.2 |
22. Polivinilxlorid
|
formaldehid aseton benzol toluol dioktilftalat dibutilftalat fenol** fenolların ümumi miqdarı** |
0.01 0.35 0.1 0.6 0.02 yol verilmir 0.003 -
|
0.1 0.1 0.01 0.5 2.0 yol verilmir 0.05 0.1
|
____________________________
* Kimyəvi maddələrin miqrasiyası yalnız hava mühitində müəyyən edilir.
** Göstəricilər qarşılıqlı əvəz olunandır.
Qeydlər: 1. Sanitar-kimyəvi tədqiqatların aparılması zamanı məcburi model mühit hava mühitidir.
2. Dəri ilə birbaşa təmasda olan avadanlıq hissələrindən zərərli kimyəvi maddələrin yalnız su model mühitinə miqrasiyası müəyyən edilir.
_____________________________
“Uşaq oyun meydançaları üçün avadanlıqların
təhlükəsizliyi haqqında texniki reqlament”ə
3 nömrəli əlavə
Sertifikatlaşdırma formasında “Uşaq oyun meydançaları üçün
avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament”in tələblərinə
uyğunluğu məcburi təsdiq edilməli olan məhsulların
SİYAHISI
1. Uşaq oyun meydançası üçün avadanlıq:
- uşaq oyun meydançası üçün sürüşkən;
- uşaq oyun meydançası üçün yelləncək;
- uşaq oyun meydançası üçün yırğalanan kürsü;
- uşaq oyun meydançası üçün karusel;
- uşaq oyun meydançası üçün kanat yolu;
- uşaq şəhərciyi (oyun kompleksi).
2. Uşaq oyun meydançası üçün a) zərbəuducu örtük:
- rezin döşəmə örtüyü;
- sintetik döşəmə örtüyü.
“Uşaq oyun meydançaları üçün avadanlıqların
təhlükəsizliyi haqqında texniki reqlament”ə
4 nömrəli əlavə
Uyğunluğun bəyan edilməsi formasında “Uşaq oyun meydançaları üçün
avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament”in tələblərinə
uyğunluğu məcburi təsdiq edilməli olan məhsulların
SİYAHISI
1. Uşaq oyun meydançası üçün oyun avadanlıqları, o cümlədən:
- qumqabı;
- oyun evciyi;
- labirint.