Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

 

 

Layihə

“Sürtkü materialları, yağları və xüsusi mayelərə dair tələblər haqqında texniki reqlament”in təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

Sürtkü materialları, yağları və xüsusi mayelərə dair tələblər haqqında texniki reqlament” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri, “__” ______ 2025-ci il

№ ___

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2025-ci il ______ tarixli ____ nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Sürtkü materialları, yağları və xüsusi mayelərə dair tələblər haqqında

texniki reqlament

 

1. Ümumi Müddəalar

1.1. “Sürtkü materialları, yağları və xüsusi mayelərə dair tələblər haqqında texniki reqlament” (bundan sonra – Texniki reqlament) “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və sürtkü materialları, yağları və xüsusi mayelərə, işlənmiş sürtkü materialları, yağları və xüsusi mayelərə, məhsulun həyat dövranının mərhələlərində işlənmiş məhsulun emalı (utilizasiyası) nəticəsində əldə olunmuş, Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılmış məhsullara dair tətbiqi və icrası məcburi olan tələblərin müəyyən edilməsi məqsədilə hazırlanmışdır. 

1.2. Azərbaycan Respublikasının işlənmiş məhsulun emalı (utilizasiyası) nəticəsində əldə olunmuş sürtkü materialları, yağları və xüsusi mayelərlə bağlı başqa texniki reqlamentləri qəbul edilərsə, işlənmiş məhsulun emalı (utilizasiyası) nəticəsində əldə olunmuş sürtkü materialları, yağları və xüsusi mayelər Azərbaycan Respublikasının onlara şamil olunan texniki reqlamentlərinin tələblərinə cavab verməlidir.

1.3. Texniki reqlament insanların həyat və sağlamlığını, əmlakı, ətraf mühiti, canlıların və bitkilərin həyat və ya sağlamlığını qorumaq, istehlakçıları (istifadəçiləri) çaşdıran hərəkətlərin qarşısını almaq, eləcə də resurslara qənaət etmək məqsədilə sürtkü materialları, yağlar və xüsusi mayelərə (bundan sonra -  məhsullar), işlənmiş sürtkü materialları, yağları və xüsusi mayelərə (bundan sonra – işlənmiş məhsullara, işlənmiş məhsulların emalı nəticəsində əldə edilmiş məhsullara dair tələbləri müəyyən edir.

1.4. Texniki reqlament plastik sürtkü yağları və aşağıdakılara şamil olunur:

1.4.1. sürtkü materiallarına, o cümlədən, üzvi mənşəli sürtkü yağlarına:

  1. mühərrik yağlarına (universal, karbürator, dizel, porşenli aviasiya mühərrikləri üçün);

  2. transmissiya yağları;

  3. hidravlik yağlar;

  4. sənaye yağları;

  5. kompressor yağları;

  6. turbin yağları;

  7. antikorroziya yağları;

  8. elektrik izolyasiya yağları;

  9. baza yağları;

  10. plastik sürtkülər.  

1.4.2. xüsusi mayelər:

1. Soyuducu mayelər (o cümlədən soyuducu sürtkü mayeləri);

2. Əyləc mayeləri;

1.4.3.  İşlənmiş məhsullar.

1.5. Məhsullar dövriyyə buraxılanda, dövriyyədə olanda, istifadə (istismar) və emal (utilizasiya) olunanda yaranan əsas təhlükəli faktorlar (risklər) aşağıdakılardır:

1.5.1. məhsulların yanğın və partlayış təhlükəsi;

1.5.2. suyun və mexaniki qarışıqların miqdarının müəyyən edilmiş normalardan artıq olması;

1.5.3. işlənmiş məhsul ətraf mühitə düşdüyü zaman ekoloji təsiri;

1.5.4. insan orqanizminə zərərli təsir.

1.6. Texniki reqlament qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan, dövriyyədə olan məhsullara və işlənmiş məhsullara şamil olunur.

1.7. Texniki reqlamentin şamil olunmadığı mallar aşağıdakılardır:

1.7.1. Dövlətin müdafiə sifarişi üçün təchiz olunan;

1.7.2. Azərbaycan Respublikasının ərazisindən kənarda ixrac üçün təchiz olunan;

1.7.3. dövlətin material ehtiyatlarının bütövlüyünü təmin edən təşkilatlarda saxlanılan;

1.7.4. bitki və heyvan mənşəli yağlar;

1.7.5. kömür (o cümlədən kreozot) qatranının temperaturda distillə olunması nəticəsində əldə edilən;

1.7.6. Texniki reqlamentin 2-ci hissəsi ilə müəyyən edilmiş “yağ”, “sürtkü materialı” və “xüsusi maye”  anlayışlarına uyğun gəlməyən;

1.7.7. ətriyyat-kosmetika məhsullarının, tibbi təyinatlı məhsulların və dərman vasitələrinin hazırlanması üçün istifadə olunan yağ

2. Əsas Anlayışlar

2.1. Texniki reqlamentin məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. məhsulun təhlükəsizliyi – təhlükəli amilin baş vermə ehtimalı ilə nəticələrinin ağırlıq dərəcəsinin uyğunluğunu nəzərə almaqla, insan həyatına, sağlamlığına, ətraf mühitə, o cümlədən bitki və heyvan aləminə zərər yetirilməsi ilə əlaqədar yolverilməz riskin olmaması;

2.1.2. dövriyyəyə buraxılma – məhsulun istehsalçıdan (idxalatçıdan) satıcıya və (və ya) istehlakçıya ilkin keçidi;

2.1.3. məhsulun identifikasiyası (eyniləşdirilməsi) – məhsulun uyğunluğun məcburi təsdiqlənməsi üçün təqdim olunan xüsusiyyətlərinin müşayiətedici sənədlərdə qeyd olunan xüsusiyyətlərlə eyniliyinin müəyyən edilməsi;

2.1.4.  işlənmiş məhsulun identifikasiyası (eyniləşdirilməsi) – işlənmiş məhsulun bu və ya digər növ tullantılara məxsusluğunun müəyyən edilməsi və onun təhlükəli, resurs, texnoloji və digər xüsusiyyətlərinə dair məlumatların müəyyən edilməsi;

2.1.5. istehsalçı – öz adından və (və ya) tapşırıq əsasında məhsulun hazırlanmasını və satışını həyata keçirən, onun hazırki Texniki reqlamentin tələblərinə uyğunluğuna cavabdeh olan hüquqi şəxs, o cümlədən xarici hüquqi şəxs və ya fərdi sahibkar;

2.1.6. idxalatçı –Texniki reqlamentlə əhatə olunmuş malları idxal edən və Texniki reqlamentin tələblərinə uyğunluğa görə cavabdehlik daşıyan hüquqi şəxs və ya fərdi sahibkar;

2.1.7. həyat dövrü – məhsulun dövriyyə buraxılanda, dövriyyədə olanda, istifadə (istismar) və emal (utilizasiya) olunanda vəziyyətinin mərhələləri;

2.1.8. məhsulun etiketi – məhsulun sözlə və (və ya) hərflə, rəqəmlə işarələnməsi;

2.1.9. yağ – sürtkü materialı və (və ya) xüsusi maye qismində istifadə olunan neft və ya sintetik (yarı-sintetik) mənşəli maye;

2.1.10. antikorroziya yağları – qara və əlvan metalların korroziyadan müvəqqəti qorunması üçün istifadə olunan yağlar;

2.1.11. baza yağları – əmtəə sürtkü yağları əldə etmək üçün xammal qismində istifadə olunan yağlar;

2.1.12. sənaye yağları – maşınlarda və sənaye avadanlığının mexanizmlərində istifadə olunan sürtkü yağları;

2.1.13. kompressor yağları – porşen və rotasiya kompressorlarının yağlanması üçün istifadə olunan sürtkü yağları;

2.1.15. mühərrik yağları – porşenli daxili yanma mühərrikləri üçün istifadə olunan sürtkü yağları;

2.1.16. transmissiya yağları – müxtəlif maşın və mexanizmlərin transmissiya aqreqatlarının yağlanması üçün istifadə olunan yağlar;

2.1.17. turbin yağları – turboaqreqatların (buxarlı qaz turbinləri, turbokompressor maşınları, hidroturbinlər, gəmilərdə buxarlı turbin qurğularının) yağlanması üçün istifadə olunan sürtkü yağları;

2.1.18. elektrik izolyasiya yağları – elektrik cihaz və qurğularının (transformatorlar, kondensatorlar və kabellərin) izolyasiyası və soyudulması üçün istifadə olunan yağlar;

2.1.19. məhsulun bazarda dövriyyəyə buraxılması – məhsulun dövriyyəyə buraxıldıqdan sonra istehsalçıdan istehlakçıya (istifadəçiyə) keçid mərhələləri;

2.1.20. işlənmiş məhsulun dövriyyəsi – işlənmiş məhsulun yığım və emal (utilizasiya) mərhələləri;

2.1.21. işlənmiş məhsul – istismar xüsusiyyətlərini itirmiş, o cümlədən işçi sistemdən süzülmüş, tullantı kimi təsnif olunan və sürtkü materialları, yağları və xüsusi mayelər əldə etmək məqsədilə emal (utilizasiya) olunmalı işlənmiş sürtkü materialları, işlənmiş yağlar və işlənmiş xüsusi mayelər;

2.1.22. məhsul partiyası – eyni etiketə məxsus olan, keyfiyyət sənədi (pasport) ilə müşayiət olunan məhsulların sayı;

2.1.23. kimyəvi məhsulun təhlükəsizlik pasportu – tərkibində kimyəvi məhsulun təhlükəli xüsusiyyətlərinə dair məlumat, bu məhsulun istehsalçısı (təchizatçısı, idxalatçısı) barədə məlumat, kimyəvi məhsulun təhlükəsiz dövriyyəsinin təmin olunması üçün ehtiyat tədbirləri və təhlükəsizlik tələblərini ehtiva edən, müəyyən edilmiş formada sənəd;

2.1.24. məhsulun (işlənmiş məhsulun) keyfiyyət pasportu – məhsulun (işlənmiş məhsulun) keyfiyyət göstəricilərinin laborator sınaqlar nəticəsində əldə edilmiş rəqəm göstəricilərinin istehsalçı tərəfindən verilən normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən edən sənəd;

2.1.25. istehlakçı – məhsulları müstəsna olaraq şəxsi ehtiyacları üçün sifariş vermək və əldə etmək niyyətində olan, yaxud sifariş verən, əldə edən və ya istifadə edən fiziki və ya hüquqi şəxs;

2.1.26. satıcı – Azərbaycan Respublikasının rezidenti olan, məhsulun istehlakçıya (istifadəçiyə) topdan (pərakəndə) satışını həyata keçirən və hazırki Texniki reqlamentin tələblərinə cavab verən məhsulun (işlənmiş məhsulun) bazarda dövriyyəsinə görə cavabdeh olan hüquqi şəxs və ya fərdi sahibkar;

2.1.27. işlənmiş məhsulun yığım məntəqəsi – işlənmiş məhsulun qəbulu, saxlanması, uçotu, yola salınmağa hazırlanması üçün nəzərdə tutulmuş mühəndis-texniki kompleks;

2.1.28. işlənmiş məhsulun yığımı – işlənmiş məhsulun sonrakı emal (utilizasiya) üçün formalaşdığı yerdən götürülməsi ilə əlaqədar fəaliyyət;

2.1.29. sürtkü materialı – toxunan detalların iş səthlərində sürtünmə prosesini asanlaşdıran, sürtünmə qüvvəsinin və səthin aşınmasının azalmasına səbəb olan neft və ya sintetik mənşəli maddə;

2.1.30. xüsusi maye – neft və ya sintetik mənşəli, işçi cisim qismində istifadə üçün nəzərdə tutulmuş maye;

2.1.31. işlənmiş məhsulun emalı (utilizasiyası) – yeni məhsul əldə etmək məqsədilə işlənmiş məhsulun həyat dövranının yekunlaşma prosesləri.

3. Məhsulların Bazarda Dövriyyəsinə Dair Tələblər

3.1. Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan məhsul bu Texniki reqlamentin, habelə Azərbaycan Respublikasının onlara şamil olunan digər texniki reqlamentlərinin tələblərinə cavab verməlidir.

3.2. Texniki reqlamentin tətbiqi məqsədilə sürtkü materialları, yağları və xüsusi mayelərin identifikasiyası (eyniləşdirilməsi) sənədlərə əsasən həyata keçirilir. Sənədlər qismində texniki sənədlərdən, keyfiyyət pasportlarından, sınaq protokollarından, təchizat müqavilələrindən, spesifikasiyalardan, etiketlərdən, annotasiyalardan və məhsulu səciyyələndirən digər sənədlərdən istifadə oluna bilər. Yağlar, sürtkü materialları və xüsusi mayeləri səciyyələndirən əlamətlər məhsulların sürtkü materialı və ya xüsusi maye qismində istifadəsidir.

3.3. İşlənmiş məhsulun identifikasiyası (eyniləşdirilməsi) aşağıdakı əlamətlər üzrə həyata keçirilir:

3.3.1. müstəsna olaraq əmtəə neft məhsulları əldə etmək məqsədilə emal (utilizasiya) edilməsi üçün nəzərdə tutulması;

3.3.2. məhsulun birbaşa təyinatı üzrə istifadəsi nəticəsində əldə olunması;

3.3.3. əmtəə neft məhsulları əldə etmək üçün ilkin xammal qismində istifadə olunması.

3.4. Dövriyyəyə buraxılan və (və ya) dövriyyədə olan sürtkü materialları, yağları və xüsusi mayelərin hər bir partiyası məhsulun keyfiyyət pasportu ilə müşayiət olunmalıdır.

3.5. Keyfiyyət pasportunda aşağıdakılar olmalıdır:

3.5.1. məhsulun adı, etiket işarəsi və təyinatı; istehsalçının (istehsalçının səlahiyyətli nümayəndəsinin) və ya idxalatçının, yaxud satıcının adı, əmtəə nişanı (olduqda), yeri (ölkəni qeyd etməklə), əlaqə məlumatları;

3.5.2. Texniki reqlamentə 1 nömrəli əlavədə və faktiki sınaq nəticələrinə əsasən məhsulun təhlükəsizlik göstəricilərinin normativ dəyərləri;

3.5.3. məhsulun hansı sənədə əsasən istehsal olunduğuna dair məlumat (olduqda);

3.5.4. məhsulun istehsalı zamanı əsas götürülən normativ sənədlə müəyyən edilmiş normativ dəyərlər və faktiki sınaq nəticələri;

3.5.5. saxlanma müddətləri və şəraiti;

3.5.6..istehsal tarixi (ay, il);

3.5.7. partiya nömrəsi;

3.5.8. pasport nömrəsi;

3.5.9. pasportu rəsmiləşdirən şəxsin imzası.

3.6. Məhsul kimyəvi məhsulun təhlükəsizlik pasportuna (bundan sonra – təhlükəsizlik pasportu) malik olmalıdır.

3.7. Satıcı istehlakçının tələbinə əsasən istehlakçıya keyfiyyət pasportunun və ya təhlükəsizlik pasportunun nüsxəsini təqdim etməlidir.

3.8. Keyfiyyət pasportu və təhlükəsizlik pasportu Azərbaycan Respublikasının dövlət dilində olmalıdır.

3.9. İşlənmiş məhsulun dövriyyəsinə dair tələblər aşağıdakılardır:

3.9.1. İşlənmiş məhsul sonrakı emala (utilizasiyaya) hazırlıq üçün işlənmiş məhsulun yığım məntəqəsində təhvil verilməlidir.

3.9.2. İşlənmiş məhsulun saxlanması Texniki reqlamentə 2 nömrəli əlavəyə uyğun olaraq etiketlər və ya qruplar üzrə həyata keçirilir.

3.10. İşlənmiş məhsulun yığım məntəqələrindən emal (utilizasiya) üçün çatdırılan, yaxud işlənmiş məhsulu istehsal edən təşkilat tərəfindən sərbəst emala (utilizasiyaya) hazırlanan işlənmiş məhsul keyfiyyət pasportu ilə müşayiət olunmalı və Texniki reqlamentə 3 nömrəli əlavədə qeyd olunan tələblərə cavab verməlidir. Texniki reqlamentə 3 nömrəli əlavədə qeyd olunan tələblər işlənmiş məhsulların yığım məntəqəsində təhvil verilən işlənmiş məhsullara şamil olunmur.

3.11. İşlənmiş məhsulun dövriyyəsi zamanı aşağıdakılar qadağandır:

3.11.1. su obyektlərinə, torpağa və ümumi istifadə üçün nəzərdə tutulmuş kanalizasiya şəbəkələrinə atmaq (tökmək);

3.11.2. məişət və sənaye tullantıları üçün poliqonlara aparmaq və sonra basdırmaq;

3.11.3. enerji qurğuları üçün nəzərdə tutulmuş yanacaq əldə etmək məqsədilə neft (qaz kondensatı), benzin, ağ neft, yanacaq (dizel, gəmi, qazanxana-soba yanacağı, mazut) ilə qarışdırmaq, Azərbaycan Respublikasında təbiətdən istifadə və ətraf mühitin mühafizəsi sahəsində səlahiyyətli dövlət orqanları tərəfindən icazə verilən hallar istisnadır;

3.11.4. tərkibində halogenli-üzvi birləşmələr olan məhsullarla qarışdırmaq;

3.11.5. anti-adgeziv materiallar və tikinti materialları üçün hopdurucu vasitələr olaraq istifadə etmək.

3.12. İşlənmiş məhsulun yığımı və utilizasiyası üzrə fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

4. Sürtkü Materiallarının, Yağların və Xüsusi Mayelərin Təhlükəsizliyinə Dair Tələblər

4.1. İşlənmiş məhsulun emalı (utilizasiyası) nəticəsində əldə olunan məhsullar (işlənmiş məhsulun emalı (utilizasiyası) nəticəsində əldə olunan sürtkü materialları, yağları və xüsusi mayelər) Texniki reqlamentə 1 nömrəli əlavədə qeyd olunan tələblərə cavab verməlidir.

4.2. Qablaşdırılmış məhsul etiketlənməlidir. Etiketlənmə aşağıdakı məlumatları əhatə etməlidir:

4.2.1. İstehsalçının adı və yeri (hüquqi ünvanı, o cümlədən ölkəsi), əmtəə nişanı (olduqda);

4.2.2. Markanın adı, işarəsi və məhsulun təyinatı;

4.2.3. İstehsalın hansı sənədə əsasən həyata keçirildiyinin qeyd olunması (olduqda);

4.2.4. Saxlanma müddəti və şəraiti;

4.2.5. İstehsal tarixi;

4.2.6. Partiya nömrəsi;

4.2.7. Ştrixli identifikasiya kodu (lazım olduqda).

4.3. İnsan sağlamlığına, ətraf mühitə zərər yetirə bilən, yanğın təhlükəli xüsusiyyətləri olan məhsullar müvafiq xəbərdaredici etiketlənməyə malik olmalıdır.

4.4. Azərbaycan Respublikasının qanunvericiliyində etiketlənmə məhsulun istehlakçıya satışının həyata keçirildiyi Azərbaycan Respublikasının dövlət dilində olmalıdır, lakin istehsalçının və məmulatın adı, eləcə də qeydiyyatdan keçmiş əmtəə nişanındakı digər mətn istisnadır. Əlavə olaraq xarici dillərin istifadəsinə məzmunun mətnlə tam eyni olması şərtilə icazə verilir.

4.5. Etiketlənmə aydın olmalı və asan oxuna bilməli, qablaşdırmada mühafizə olunmasını və ətraf mühitin təsirinə qarşı davamlı olmasını təmin edən üsulla həyata keçirilməlidir.

4.6. Qablaşdırılmamış məhsul təchiz olunduqda məhsul haqqında məlumatlar keyfiyyət pasportunda qeyd edilir.

5. Uyğunluğun Təmin Olunması

5.1. Məhsulun Texniki reqlamentə uyğunluğu onun təhlükəsizlik tələblərinin birbaşa icrası, yaxud könüllü şəkildə tətbiqi bu Texniki reqlamentin tələblərinə riayətlə nəticələnən standartlar siyahısına daxil olan istinad standartlarının tələblərinin icrası ilə təmin olunur.

5.2. Tədqiqatların (sınaqların) və ölçmələrin  qayda və metodları, o cümlədən hazırki Texniki reqlamentin tələblərinin tətbiqi və istifadəsi üçün zəruri olan nümunə götürmə qaydaları dövlət standartlarında müəyyən edilir.

6. Uyğunluğun Qiymətləndirilməsi

6.1. Texniki reqlamentin əhatə dairəsinə düşən mallar  bazarda dövriyyəyə buraxılmazdan əvvəl uyğunluğun bəyan edilməsi formasında uyğunluğun təsdiqlənməsi prosedurandan keçməlidir. Uyğunluğu təsdiqləyərkən ərizəçi istehsalçı (istehsalçının səlahiyyətli şəxsi) və ya idxalatçı (satıcı) olan fərdi sahibkar qismində hüquqi və ya fiziki şəxs ola bilər.

6.2. Uyğunluğuq təsdiqlənməzdən əvvəl məhsulun identifikasiya (eyniləşdirmə) prosesi həyata keçirilir.

6.3. Məhsulun Texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edilməsi Texniki reqlamentə 4 nömrəli əlavənin 1b və 2b sxemləri üzrə həyata keçirilir. 6.4. Uyğunluğun bəyan edilməsi məqsədilə sınaqlar istehsalçı (istehsalçının səlahiyyətli nümayəndəsi), idxalatçı (satıcı) tərəfindən sınaq laboratoriyasında və ya “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq akkreditasiya olunmuş sınaq laboratoriyasında (bundan sonra – akkreditasiya olunmuş sınaq laboratoriyası) təşkil olunur.

6.5. Məhsulun uyğunluğu təsdiq olunarkən ərizəçi bu məhsulun Texniki reqlamentin təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiqləyən aşağıdakı sənədlər toplusunu formalaşdırır:

6.5.1. texniki şərtlər (olduqda);

6.5.2. müqavilə (təchizat müqaviləsi) və mal-müşayiətedici sənədlər (uyğunluq 2b sxemi üzrə bəyan edilərkən);

6.5.3. istehsalçının keyfiyyətin idarəetmə sisteminin uyğunluq sertifikatı (olduqda);

6.5.4. məhsulun təhlükəsizlik pasportu;

6.5.5. məhsulun keyfiyyət pasportu;

6.5.6. məhsulun Texniki reqlamentin təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiqləyən sınaq protokolları;

6.5.7. Ərizəçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hüquqi şəxs və ya fərdi sahibkar kimi qeydiyyatdan keçdiyini təsdiqləyən sənədin nüsxəsi;

6.5.8. Uyğunluq sertifikatları, o cümlədən xarici sertifikatlaşdırma orqanları tərəfindən verilən sertifikatlar (olduqda).

6.6. Texniki reqlamentə 4 nömrəli əlavənin 1b sxemi üzrə uyğunluğu bəyan edərkən ərizəçi Texniki reqlamentin 6.5-ci bəndində qeyd olunan sənədlər toplusunu formalaşdırır, istehsal nəzarətini həyata keçirir və istehsal prosesinin məhsulun Texniki reqlamentin tələblərinə uyğunluğunu təmin etməsi üçün lazımi bütün tədbirləri görür, nümunələri sınaqdan keçirir, uyğunluq bəyannaməsini qəbul edir və məhsulun istehlak bazarında uyğunluq nişanı ilə nişanlanmasını təmin edir.

6.7. Texniki reqlamentə 4 nömrəli əlavənin 2b sxemi uyğunluğu bəyan edərkən ərizəçi Texniki reqlamentin 6.5-ci bəndində qeyd olunan sənədlər toplusunu formalaşdırır, nümunələri sınaqdan keçirir, uyğunluq bəyannaməsini qəbul edir və məhsulun istehlak bazarında uyğunluq nişanı ilə nişanlanmasını təmin edir.

6.8. Uyğunluq bəyannaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 215 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”na uyğun olaraq qeydiyyatdan keçməlidir.

6.9. Uyğunluq bəyannaməsinin müddəti qeydiyyatdan keçirildiyi tarixdən başlayır:

6.9.1. seriyalı buraxılan məhsullar üçün – maksimum 3 il;

6.9.2. məhsul partiyası üçün – məhsulun saxlanılma müddəti ərzində.

6.10. Məhsul üzrə sənədlər toplusu, o cümlədən uyğunluq bəyannaməsi Azərbaycan Respublikası ərazisində aşağıdakı müddətdə saxlanmalıdır:

6.10.1. seriyalı buraxılan məhsullar üzrə – istehsalçı (səlahiyyətli şəxs) tərəfindən məhsul istehsaldan çıxarıldıqdan (istehsalı dayandırıldıqdan) sonra minimum 10 il ərzində ;

6.10.2. partiyalı buraxılan məhsullar üçün – idxalatçı (satıcı), istehsalçı (səlahiyyətli şəxs) tərəfindən uyğunluq bəyannaməsi qeydiyyatdan keçirildiyi tarixdən etibarən minimum 10 il ərzində.

7. Məhsulların İstehlak Bazarında Uyğunluq Nişanı İlə Nişanlanması

7.1. Texniki reqlamentin tələblərinə cavab verən və Texniki reqlamentin 6-cı hissəsinə əsasən uyğunluğun qiymətləndirilməsi prosedurlarından keçən sürtkü materialları, yağları və xüsusi mayelər Azərbaycan Respublikasının istehlak bazarında uyğunluq nişanı ilə nişanlanmalıdır.

7.2. Azərbaycan Respublikasının istehlak bazarında uyğunluq nişanı ilə nişanlanma sürtkü materialları, yağları və xüsusi mayelər istehlak bazarında dövriyyəyə buraxılmazdan əvvəl həyata keçirilir.

7.3. Sürtkü materialları, yağları və xüsusi mayelər Azərbaycan Respublikasının onlara şamil olunan və bu nişanın qeyd olunmasını nəzərdə tutan bütün texniki reqlamentlərin tələblərinə cavab verdikdə istehlak bazarında uyğunluq nişanı ilə nişanlanır.

7.4. Azərbaycan Respublikasının istehlak bazarında uyğunluq nişanı hər bir qablaşdırmanın üzərində, eləcə də keyfiyyət pasportunda qeyd olunur.

8. Texniki Reqlamentin Tələblərinin Pozulmasına Görə Məsuliyyət

8.1. Texniki reqlamentin tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki Məcəllələrinə uyğun məsuliyyət daşıyırlar.

8.2. İstehlak bazarlarında Texniki reqlamentin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Agentliyi tərəfindən aparılır.

9. Yekun Müddəalar

9.1. Texniki reqlament qəbul edildiyi tarixdən 6 (altı) ay sonra hüquqi qüvvəyə minir.

 

“Sürtkü materialları, yağları və

xüsusi mayelərə dair tələblər haqqında

 texniki reqlament”ə

1 nömrəli əlavə

 

Məhsulların xarakteristikasına dair tələblər

 

Göstəricinin adı Plastik sürtkü yağları Yağlar Xüsusi mayelər
Öz-özünə alovlanma temperaturu ***, °С müəyyən edilməyib minimum 165 müəyyən edilməyib
Açıq putada alışma temperaturu, °С müəyyən edilməyib minimum 135 müəyyən edilməyib
Selektiv həlledicilərin miqdarı*, % müəyyən edilməyib maksimum 0,3 müəyyən edilməyib

101,3 kPa (760 mm c.s.) təzyiqdə qaynama temperaturu, °С, minimum:

- soyuducu mayelər üçün

müəyyən edilməyib müəyyən edilməyib müəyyən edilməyib
əyləc mayeləri üçün müəyyən edilməyib müəyyən edilməyib 115

Kristallaşmaya başlama temperaturu, °С, maksimum:

- soyuducu zəif dondurucu mayelər üçün

müəyyən edilməyib müəyyən edilməyib minus 35
Suyun miqdarı*, % kütlə “izlər”   müəyyən edilməyib
Mexaniki qarışıqların miqdarı, % kütlə Maksimum 0,03    
Polixlordifenillərin miqdarı**, mq/kq müəyyən edilməyib maksimum 50 müəyyən edilməyib
Hidrogen göstəricisi (pH) müəyyən edilməyib müəyyən edilməyib 6-10 arası

* - aşqarsız yağlar üçün;

** - transformator və kabel yağları üçün;

*** - bəyan edərkən

 

“Sürtkü materialları, yağları və

xüsusi mayelərə dair tələblər haqqında

 texniki reqlament”ə

2 nömrəli əlavə

 

İşlənmiş məhsulların (işlənmiş sürtkü materiallarının, yağların) qruplar üzrə bölgüsü

 

Qrup Tərkibi

 

İşlənmiş mühərrik yağları

İşlənmiş mühərrik yağları:

Universal, karbürator, dizel yağları, porşenli

 aviasiya mühərrikləri üçün.

 

 

 

 

İşlənmiş sənaye yağları

İşlənmiş sənaye yağları:

Transmissiya yağları;

Sənaye yağları;

Qaz-turbin və turbin yağları;

Transformator yağları;

Kompressor yağlar;

 Hidravlik yağlar;

 Antikorroziya yağları;

Elektrik izolyasiya yağları.

 

 

 

 

 

 

İşlənmiş neft məhsullarının qarışıqları

İşlənmiş neft məhsullarının qarışıqları:

Yuyucu neft mayeləri;

Metalların termal işlənməsində istifadə olunan yağlar;

Transmissiya,  ox, ilkin işləmə, silindr yağları; neft       emulsiyalarından hasil olunan yağlar;

Saxlama və daşıma vasitələrinin təmizlənib hamarlanması zamanı toplanan neft məhsullarının qarışığı, təmizləyici qurğulardan və neft tərkibli sulardan əldə edilir.

 

Xüsusi mayelər:

Soyuducu mayelər (o cümlədən soyuducu sürtkü mayeləri);

Əyləc mayeləri.

 

“Sürtkü materialları, yağları və

xüsusi mayelərə dair tələblər haqqında

 texniki reqlament”ə

3 nömrəli əlavə

 

İşlənmiş məhsulların (işlənmiş sürtkü materiallarının, yağların) yığılması, saxlanması (toplanması) və emal (utilizasiya) üçün təhvil-təslimi zamanı fiziki-kimyəvi göstəricilərinə dair tələblər

 

Göstəricinin adı

Qrup üçün norma

İşlənmiş mühərrik yağları

İşlənmiş sənaye yağları

İşlənmiş neft məhsullarının qarışığı

1. 50 °С temperaturda kinematik yapışqanlıq,mm2/san (sSt)

35-dən yuxarı

5 – 35 arası*

-

2. Açıq putada müəyyən edilən alışma temperaturu, °С, minimum

 

100

 

120

 

-

3. Mexaniki qarışıqların kütlə payı,

%, maksimum

1

1

1

4. Suyun kütlə payı, %, maksimum

2

2

2

5. Çirklənmə miqdarı

Yoxdur

* Göstərici ayrı-ayrı markalar üçün daha çox ola bilər

 

“Sürtkü materialları, yağları və

xüsusi mayelərə dair tələblər haqqında

 texniki reqlament”ə

4 nömrəli əlavə

 

Məhsulların uyğunluq bəyannaməsi sxemləri

 

 

Sxemin nömrəsi

Sxemin elementi

 

 

Tətbiqi

Uyğunluğu təsdiqləyən sənəd

Məhsulun sınaqdan keçirilməsi, növün araşdırılması

İstehsalın qiymətləndirilməsi

İstehsal nəzarəti

1b

Nümunələr istehsalçı tərəfindən sınaqdan keçirilir

-

İstehsal nəzarəti istehsalçı tərəfindən həyata keçirilir

Seriyalı istehsal olunan məhsullar üçün Ərizəçi –istehsalçı, satıcı (idxalatçı)

yaxud xarici istehsalçının səlahiyyətli nümayəndəsi

Seriyalı istehsal olunan məhsul üzrə uyğunluq bəyannaməsi

2b

Məhsul ərizəçi tərəfindən sınaqdan keçirilir

-

-

Məhsul partiyası üçün Ərizəçi –istehsalçı, satıcı (idxalatçı)

Məhsul partiyası üzrə uyğunluq bəyannaməsi

 

 

 

 

yaxud xarici istehsalçının səlahiyyətli nümayəndəsi