logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
ABŞ-la iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşüb.

Mikayıl Cabbarov ABŞ-la iqtisadi, ticarət, sənaye və s. sahələrdə tərəfdaşlığın inkişaf etdiyini, ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb.

Görüşdə ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri və qarşıya qoyulan hədəflər diqqətə çatdırılıb, “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji layihələrinə önəm verildiyi qeyd edilib.

İqtisadiyyat naziri Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan İnvestisiya Holdinqinin yaradıldığını bildirib.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker regionda dayanıqlı sülhün bərqərar olmasının, regional inkişafın önəmini vurğulayıb, ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında, xüsusilə minalardan təmizləmə fəaliyyətində iştirakda marağını ifadə edib.

Görüşdə ABŞ-la iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın, iqtisadi-ticarət, investisiya əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.