Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən texniki tənzimləmə sahəsində laboratoriyalar şəbəkəsinin optimallaşdırılması, müasir tələblərə cavab verən yeni laboratoriyaların yaradılması və maddi texniki təchizatının təmin edilməsi məqsədilə sınaq laboratoriyalarının təkmilləşdirilməsi və ya yeni laboratoriyaların qurulmasında maraqlı olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçiriləcək.
Görüşdə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına əsasən, Dövlət Xidməti tərəfindən texniki tənzimləmə sahəsində aparılmış laboratoriyaların diaqnostik qiymətləndirməsinin nəticələri üzrə hazırlanmış hesabatın sahibkarlıq subyektlərinin nümayəndələrinə təqdim edilməsi və onları maraqlandıran sualların cavablandırılması nəzərdə tutulur.
Sahibkarlıq subyektləri görüşdə iştirak etmək məqsədilə müvafiq müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
Tarix: 16 və 25 oktyabr 2024-cü il, saat 10:00–12:30
Məkan: Landmark Hotel, Rotunda zalı (Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 90A ünvanında yerləşən)
Görüşdə iştiraka dair sualların yunus.huseynov@competition.gov.az elektron poçt ünvanına və ya +994 12 599 76 00 (dax: 4958) əlaqə nömrəsinə ünvanlanması xahiş olunur.