logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Uyğunluq sertifikatı olmayan qeyri-ərzaq mallarının idxalı və satışı qanuna ziddir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri ticarət şəbəkələrində, bazarlarda, mağazalarda, marketlərdə və.s satış obyektlərində aparılan müşahidə və təhlillər, həmçinin istehlakçılardan daxil olan müraciətlər göstərir ki, bəzi hallarda istehlak təyinatlı qeyri-ərzaq mallarının bir hissəsi ölkə ərazisinə onların təhlükəsizliyinə zəmanət verən uyğunluq sertifikatı olmadan idxal olunur.

Qanunvericiliyin tələblərinə əsasən, standartların tələblərinə uyğunluğu təsdiq edən sertifikat olmadıqda texniki tənzimləmənin şamil olunduğu xarici mənşəli istehlak mallarını satmaq və istifadə etmək qadağandır. Belə malların ölkə ərazisinə idxal edilməsi üçün idxalçı tərəfindən malın təhlükəsizliyini təsdiq edən uyğunluq sertifikatı təqdim edilməlidir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu cür malları idxal və satış məqsədilə qəbul edən sahibkarların nəzərinə çatdırır ki, belə hallar istehlakçıların həyat və sağlamlığına, iqtisadi maraqlarına ziddir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, uyğunluq sertifikatı olmayan malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq edilir.

Eyni zamanda bu cür faktlar aşkar edildiyi təqdirdə, uyğunluq sertifikatı olmayan malların idxalının qarşısının alınması məqsədilə həmin sahibkarlıq subyektləri barəsində aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılacaq.

İdxalla məşğul olan sahibkarlıq subyektləri inzibati sanksiyalarla qarşılaşmamaq üçün qeyri-ərzaq mallarının sertifikatlaşdırılması məqsədilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə və ya uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya edimiş digər qurumlara müraciət etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılardan uyğunluq sertifikatı olmayan istehlak mallarını almamağı, belə hallarla rastlaşdıqda Xidmətin 498-15-01 və 498-15-04 qaynar xəttinə məlumat verməyi xahiş edir.