logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb

Memorandum Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında rəqabətin təşviqi, rəqabət siyasətinin inkişafı, qanun pozuntularının təhlili istiqamətində qurumlararası təcrübə mübadiləsi və digər məsələləri ehtiva edir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyətinin Macarıstan Respublikasına səfəri çərçivəsində Macarıstan Rəqabət Qurumu ilə ikitərəfli görüş keçirilib.

Görüş zamanı qurumlar arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə edilib. Rəqabətin inkişafı sahəsində ən yaxşı təcrübələrin öyrənilməsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, bu ilin 1 iyul tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsi və Məcəlləyə əsasən rəqabət orqanının tənzimləmə siyasəti və nəzarət alətlərindən bəhs edilib.

Sonda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Macarıstan Rəqabət Qurumunun rəhbəri Ksaba Balaş Riqo imzalayıblar. Memoranduma əsasən, tərəflər rəqabətin təşviqi və strategiyaların hazırlanması, müvafiq sahədə qanunvericilik və rəqabət siyasətinin inkişafı, o cümlədən qanun pozuntularının təhlili istiqamətində təcrübə mübadiləsi həyata keçirəcəklər.