twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Rəqabət Məcəlləsinə dair Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının üzvləri ilə müzakirələr aparılıb

Məcəllənin biznes mühitinin optimallaşdırılmasına təsirlərindən bəhs edilib və bu istiqamətdə dövlət-özəl tərəfdaşlığı imkanları dəyərləndirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbər heyəti və üzvləri ilə görüş keçirilib. Görüşdə bu ilin 1 iyul tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin tətbiqi və onun biznes mühitinə təsirləri barədə müzakirələr aparılıb.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli dövlət-özəl tərəfdaşlığı çərçivəsində biznes subyektləri ilə genişlənən əlaqələrin sosial-iqtisadi artıma töhfə verdiyini vurğulayıb. Bildirilib ki, özündə inhisarçılıq və haqsız rəqabət halları ilə mübarizənin hüquqi əsaslarını ehtiva edən Rəqabət Məcəlləsi sahibkarlığın inkişafını stimullaşdıracaq. Bundan əlavə, “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı”nın da kiçik və orta biznes subyektlərinin bazara sərbəst girişinə maneə yaradan amillərin aradan qaldırılmasına xidmət edəcəyi vurğulanıb.

ASK-nın prezidenti Məmməd Musayev öz növbəsində milli iqtisadiyyatın güclənməsində biznes subyektlərinin rolundan söz açıb. Qeyd edilib ki, dövlət-özəl dialoqu çərçivəsində həyata keçirilən layihələr ölkədə biznes mühitinin daha da tǝkmillǝşdirilmǝsində mühüm əhəmiyyət kəsb edir.

Yekunda Dövlət Xidməti və ASK arasında dövlət-özəl tərəfdaşlığı çərçivəsində dialoqların təşkilində çevikliyin və optimallığın təmin edilməsi məqsədilə Əməkdaşlıq Şurasının yaradılması istiqamətində razılığa gəlinib.

Qeyd: Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 1999-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasında işəgötürənlərin ictimai birliyi qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hüquqi və iqtisadi mənafelərini müdafiə edir.