logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvlərinə maarifləndirici seminar keçirilib

Seminarın əsas məqsədi Rəqabət Məcəlləsində təsbit edilmiş yeni anlayışlar, müvafiq tənzimləmə üsulları barədə məlumatın verilməsi, həmçinin Məcəllənin tətbiqinin özəl sektorun inkişafı və sahibkarlıq subyektləri üçün eynişərtli rəqabət imkanlarının təmin edilməsində rolu ilə bağlı sahibkarları maarifləndirmək olub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasına üzv olan sahibkarlar üçün “Rəqabət Məcəlləsi: Tənzimləmə metodları və müasir yanaşmalar” mövzusunda seminar təşkil olunub.

70-ə yaxın sahibkarın iştirak etdiyi seminarda Rəqabət Məcəlləsində antiinhisar nəzarəti, haqsız rəqabət və təbii inhisar sahələri üzrə tənzimləmələr ilə bağlı nəzərdə tutulan yeniliklər, Məcəllənin üstünlükləri və tətbiqinin gözlənilən nəticələri barədə məlumat verilib. Tədbir çərçivəsində, həmçinin bazarları tənzimləmə metodları, rəqabət siyasətinin prinsipləri və qanun pozuntularına görə məsuliyyət tədbirlərindən bəhs olunub.

Bundan əlavə, tədbir çərçivəsində sahibkarlarla hökmran mövqedən sui-istifadə edilməsi, rəqabəti məhdudlaşdıran sazişlər, təsərrüfat subyektlərinin təmərküzləşmə hesab olunan fəaliyyətləri və sahibkarlıq fəaliyyətində haqsız rəqabətə yol verilmə halları ilə bağlı qarşılıqlı müzakirələr baş tutub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.