twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dərman vasitələri və tibbi xidmətlərin reklamı barədə maarifləndirici tədbir keçirilib

Sahibkarlara dərman və tibbi vasitələrin, həmçinin tibbi xidmətlərin reklamlarının xüsusiyyətləri, bu sahədə reklam qanunvericiliyinin tələbləri barədə məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə dərman vasitələri, tibbi təyinatlı texnika və məmulatlar, tibb xidmətləri sahəsində fəaliyyət göstərən bazar subyektlərinin maarifləndirilməsi məqsədilə seminar keçirilib.

50-ə yaxın sahibkarın qatıldığı görüşdə Dövlət Xidmətinin nümayəndələri iştirakçılara aidiyyəti sahələr üzrə haqsız rəqabət və reklam qanunvericiliyinin tələbləri, həmçinin onların hüquq və öhdəlikləri barədə ətraflı məlumat verib. Eyni zamanda, sahibkarlara əhalinin sağlamlığının qorunmasına dair reklam fəaliyyətinin əsasları, dərman vasitələrinin reklamına dair ümumi tələblər, tibbi vasitələr və tibbi xidmətlərin reklamlarının xüsusiyyətləri izah edilib, haqsız, qeyri dəqiq və gizli reklam nəticəsində yol verilən pozuntulara görə məsuliyyət tədbirləri barədə məlumat verilib.