ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində Dünya Bankının nümayəndələri görüş keçirilib

Dünya Bankı missiyasının Bakı səfəri çərçivəsində ixracın şaxələndirilməsi üzrə yeni təhlillərinin ilkin nəticələri müzakirə edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələrinin də iştirak etdiyi görüşdə Dünya Bankının Bakı səfəri çərçivəsində ixracın şaxələndirilməsi üzrə yeni təhlillərinin ilkin nəticələri müzakirə edilib.

Bundan əlavə, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ticarət əlaqələrinin genişləndirilməsi üçün nəzərdə tutulmuş layihələr, o cümlədən məhsulların keyfiyyəti üzrə standartların unifikasiyası istiqamətində görülmüş işlər barədə məlumat verilib.

Sonda keyfiyyət infrastukturunun təkmilləşdirilməsi və ticarət siyasəti sahəsində gələcək tərəflər arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.