ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Rusiyaya səfər edib

Nümayəndə heyəti 11-ci Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak edib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Rusiyaya səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti sayca 11-ci Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak edib.

Qeyd edək ki, ictimai maraqlar naminə hüququn modernləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və antiinhisar nəzarəti məsələləri üzrə dövlət orqanları, hüquq sahəsində fəaliyyət göstərən orqanlar və elmi fəaliyyətlə məşğul olan qurumlar arasında dialoq üçün ən böyük beynəlxalq platformalardan biri olan Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu bu il 11-13 may tarixlərində keçirilib.

Forum çərçivəsində antiinhisar tənzimlənməsinin aktual aspektləri, bazarlarda rəqabət şərtləri, tənzimləyici orqanlar arasında qarşılıqlı əlaqələrin qurulması, rəqabətin inkişafı sahəsində beynəlxalq hüquqi əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətlərində qarşılıqlı müzakirələr aparılıb, müvafiq sahələr üzrə təqdimatlar edilib.