logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Daşıma şirkətləri tərəfindən istehlakçıların hüquqlarının pozulması ilə bağlı faktlar müəyyən edilib.

Xarici ölkələrdən daşıma xidmətini həyata keçirən “Mover” MMC və “Cargo Line” MMC tərəfindən yol verilən qanunsuzluqlar barədə çoxsaylı istehlakçı müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baxılıb. Müraciətlər əsasən bağlamaların istehlakçılara çatdırılma müddəti, vaxtı və statusu barədə məlumatların düzgün təqdim edilməməsi, bağlamaların itirilməsi, eləcə də istehlakçılar tərəfindən ödənilən vəsaitin geri qaytarılmaması ilə bağlı olub.

Müraciətlərin araşdırılması zamanı istehlakçıların aldadılmasına dair ilkin dəlillər aşkar olunduğundan qeyd olunan şirkətlərin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.