İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə “Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda təlim keçirilib.
Dövlət Sərhəd Xidmətinin Akademiyasında keçirilən tədbirdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov, Dövlət Sərhəd Xidmətinin müvafiq şöbə rəisləri və struktur bölmələrinin tender komissiyalarının üzvləri iştirak ediblər.
Təlimdə qurumlar arasında gələcək fəaliyyətin təşkili ilə bağlı elektron satınalma prosedurlarının vahid internet portalında həyata keçirilməsi zamanı şəffaflığın artırılması məqsədilə kompleks tədbirlərin görülməsinin vacibliyi vurğulanıb, tender komissiyalarının üzvləri və satınalma mütəxəssislərinin sualları cavablandırılıb.