logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə “Dövlət satınalmaları haqqında” yeni Qanun layihəsi, tenderlərin səmərəliliyinin artırılması, satınalma əməliyyatları və digər mövzular barədə müzakirələr aparılıb.  

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri, ölkəmizdə dövlət satınalmaları sahəsində aparılan islahatlar, səmərəlilik və şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində görülən işlərdə Asiya İnkişaf Bankının rolunu qeyd edib.

Görüşdə qurumlar arasında digər sahələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.