İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyətinin Belarusa səfəri çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti arasında rəqabət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Rusiya Federasiyasının Federal Antiinhisar Xidmətinin rəisi Maksim Şaskolski imzalayıblar. Memorandumda rəqabət sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, təcrübə mübadiləsi və digər məsələlər öz əksini tapıb.
Dövlət Xidmətinin nümayəndələri həmçinin, Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın 53-cü iclasında da iştirak ediblər. Tədbirdə Dövlət Xidmətinin nümayəndəsi Cəfər Babayev “Haqsız rəqabət sahəsində hüquqi-praktiki təcrübələr” mövzusunda təqdimatla çıxış edib.