ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Tələbələr üçün Metrologiya İnstitutuna məlumat turu təşkil edilib

Ali təhsil müəssisələrinin tələbələri üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutuna məlumat turu keçirilib.

Tədbirdə tələbələrə effektiv keyfiyyət infrastrukturunun yaradılmasında  Metrologiya İnstitutunun əhəmiyyəti, dövlət etalonları, ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyaları barədə məlumat verilib. Tələbələr həmçinin, İnstitutda yerləşən ölkənin ən dəqiq nüvə saatının iş prinsipi ilə də tanış olublar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.