twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində Türkiyə iş adamları ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndələri ilə görüş keçirilib.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması məqsədilə antiinhisar nəzarəti, rəqabət, dövlət satınalmaları, keyfiyyət təminatı  sahələrində aparılan institusional islahatları diqqətə çatdırıb.  Dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin önəmini vurğulayan Xidmət rəisi birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin, bu sahədə beynəlxalq təcrübənin tətbiqinin əhəmiyyətini qeyd edib.

TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, ATİB-in İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov, MÜSİAD-ın İdarə heyətinin üzvü Alim Şentürk Dövlət Xidməti ilə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər, bu baxımdan keçirilən görüşlərin və aparılan müzakirələrin faydalı olacağını bildiriblər.

Görüşdə dövlət-özəl tərəfdaşlığı sahəsində əməkdaşlığın inkişafı, sahibkarların iştirakı ilə görüşlərin keçirilməsi  və digər məsələlər barədə müzakirələr aparılıb.