twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Mobil telefon cihazları bazarında araşdırmalar davam etdirilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi məqsədilə tədbirləri davam etdirir.

Bu tədbirlər çərçivəsində Dövlət Xidməti tərəfindən mobil telefon cihazları bazarında araşdırmalar aparılıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməyən “V-TELECOM” MMC, “İMPERİUS” MMC və “BUL ELECTRONİCS” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.

İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdirilir.