twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı təlimlər keçirilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə mediatorlar üçün istehlakçıların hüquqlarının müdafiəsinə dair maarifləndirmə kurslarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov qurum tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli qeyri-ərzaq mallarından qorunması istiqamətində həyata keçirilən müxtəlif nəzarət tədbirləri barədə məlumat verib. Bildirilib ki, 2021-ci ilin 11 ayı ərzində istehlakçı hüquqlarının pozulması ilə bağlı Dövlət Xidmətinə 4500-ə yaxın müraciət daxil olub. Bu müddət ərzində müraciətlərin müsbət həlli nəticəsində istehlakçıların 330.000 manatdan artıq məbləğində tələbləri təmin edilib.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov bildirib ki, bu günədək akademiya tərəfindən 420 nəfər distant formada mediatorların ilkin hazırlıq kursuna cəlb edilib. Təlimləri uğurla başa vuran 354 nəfərə sertifikat təqdim edilib.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun sözlərinə görə, bu günədək şuraya ailə, kommersiya və əmək mübahisələrinə dair 9552 müraciət qəbul edilərək mediatorlar arasında bölünüb.

Sonra Dövlət Xidməti ilə Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.