Alınan malları hansı hallarda geri qaytara bilərsiniz?
İstehlakçıların nəzərinə! Onlayn satış platformalarından hər hansı məhsul alarkən mütləq qəbz, kassa çeki və digər təsdiq edən sənədi tələb edin. Əgər həmin məhsulu dəyişdirmək və qaytarmaq istəsəniz təsdiqedici sənədləri təqdim etməklə, eyni zamanda malın əmtəə görünüşünü, etiketini, paketləmə qaydalarını pozmamaq şərti ilə 14 gün müddətində dəyişdirə və qaytara bilərsiniz.