Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Akkreditasiya edilmiş kalibrləmə laboratoriyalarının nümayəndələri ilə maarifləndirici görüş keçirilib

Görüşdə Keyfiyyət informasiya sistemindən istifadə qaydaları, kalibrləmə fəaliyyətinin nəticələrinin elektron qaydada rəsmiləşdirilməsi, qanunvericiliyin tələbləri və bu sahədə həyata keçirilən nəzarət tədbirləri barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində akkreditasiya edilmiş kalibrləmə laboratoriyaları ilə Keyfiyyət informasiya sistemindən (e-keyfiyyet.gov.az) istifadə qaydaları və qanunvericiliyin tələblərinə dair növbəti maarifləndirici görüş keçirilib. Görüşdə kalibrləmə fəaliyyətini həyata keçirən 12 kalibrləmə laboratoriyasının 15-ə yaxın nümayəndəsi iştirak edib.

Tədbirdə Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev çıxış edərək bildirib ki, akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluğun qiymətləndirilməsi fəaliyyəti, o cümlədən kalibrləmə laboratoriyaları tərəfindən kalibrləmə fəaliyyətinin yerinə yetirilməsi nəticələrinin rəsmiləşdirilməsi Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilməlidir. Qeyd olunub ki, sistemdən istifadə sənədləşmə proseslərinin elektronlaşdırılmasına, kağız dövriyyəsinin və vaxt itkisinin azaldılmasına, əməliyyatların sürətləndirilməsinə, eləcə də elektron hesabatlılığın təmin edilməsinə imkan yaradır.

Tədbir çərçivəsində Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin əməkdaşı Nəriman Kamallı Keyfiyyət informasiya sistemi vasitəsilə cari il ərzində rəsmiləşdirilmiş sənədlər və həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinə dair statistik məlumatları təqdim edib.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.