Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentlikdə Azərbaycan Zərgərlər Assosiasiyasının nümayəndələri və zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Görüş zamanı qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların istehsalı və dövriyyəsi sahəsində qanunvericiliyin tələbləri, sahibkarların öhdəlikləri və həmin tələblərin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi və müvafiq sahədə sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir. Bu çərçivədə Agentlikdə “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin nümayəndələri, eləcə də zərgərlik məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Görüş zamanı qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların istehsalı və dövriyyəsini tənzimləyən normativ hüquqi aktların tələbləri, sahibkarların hüquq və vəzifələri, habelə qanunvericiliklə müəyyən edilmiş öhdəliklər və həmin tələblərin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri barədə ətraflı məlumat verilib.

Bundan əlavə, zərgərlik məmulatlarının əyarlanması və damğalanması, məhsulların qanunvericiliyin tələblərinə uyğun olaraq bazara təqdim edilməsi, eləcə də müvafiq sahədə qarşıya çıxan praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sahibkarların təklif və rəyləri dinlənilib.