Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi Zəfərinin altıncı ildönümü ölkəmizdə böyük qürur və fəxarət hissi ilə qeyd olunur.
8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib.
Zəfər abidəsinin önünə gül dəstələri düzülüb. Ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, keçdikləri şərəfli döyüş yolu və Vətən qarşısında göstərdikləri misilsiz fədakarlıq dərin ehtiramla anılıb.









