Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentlikdə Zəfər Gününün altıncı ildönümü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr edilmiş “Zəfər tarixi” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində Agentliyin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Abbas Məmmədov “Zəfər tarixi” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun misilsiz şücaəti sayəsində əldə edilən şanlı qələbənin xalqımızın milli birliyinin, vətənpərvərlik ruhunun və sarsılmaz iradəsinin təcəssümü olduğu vurğulanıb. Qeyd edilib ki, Zəfər tariximiz xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün qürur və vətənə bağlılıq nümunəsi olaraq qalacaqdır.

Daha sonra torpaqlarımızın işğaldan azad olunması və Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən bəhs edən sənədli film nümayiş etdirilib.