Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentlikdə ixracatçılar üçün “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüş keçirilib

Görüşdə “Mənşə sertifikatı” alt modulunun funksional imkanları barədə məlumat verilib, elektron müraciət prosesi və sistemin istifadəsi ilə bağlı qaydalar iştirakçıların diqqətinə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Mənşə sertifikatı” alt modulunun tətbiqi və funksional imkanlarına dair maarifləndirici görüş keçirilib. Görüşdə mənşə sertifikatı əldə etmiş və ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektinin 20-yə yaxın nümayəndəsi iştirak edib.

Tədbirdə Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev çıxış edərək cari ildən etibarən mənşə sertifikatlarının verilməsi prosesinin “E-keyfiyyet.gov.az” informasiya sistemi vasitəsilə tam elektron qaydada həyata keçirildiyini diqqətə çatdırıb, bu sahədə tətbiq olunan rəqəmsal həllərin ixracatçılar üçün yaratdığı üstünlüklərdən bəhs edib.

Görüş çərçivəsində iştirakçılara mənşə sertifikatının əldə edilməsi üzrə elektron müraciət prosesinin mərhələləri, “Mənşə sertifikatı” alt modulunun funksional imkanları, şəxsi kabinet vasitəsilə müraciətlərin bütün mərhələlərinin izlənilməsi, eləcə də sistem üzərindən təqdim edilmiş sertifikatlara dair məlumatların əldə edilməsi qaydaları barədə videoçarx nümayiş etdirilib.

Bununla yanaşı, ixracatçıların sistemdən istifadə təcrübəsi və təqdim etdikləri təkliflər nəzərə alınmaqla modulda həyata keçirilmiş yeniliklər və gələcəkdə tətbiqi nəzərdə tutulan təkmilləşdirmələr barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarx ilə Agentliyin rəsmi “Youtube” kanalı  (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə tanış olmaq mümkündür.