Görüşdə keyfiyyət infrastrukturunun inkişafı və beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev İslam İnkişaf Bankının ölkə üzrə iqtisadçısı Cem Tintinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı ölkəmizin keyfiyyət infrastrukturunun beynəlxalq tələblərə tam uyğunlaşdırılması, o cümlədən texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahələrinin inkişafı istiqamətində birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bundan əlavə, tərəflər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, rəqabətin təmin olunması və keyfiyyət infrastrukturu sahəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə birgə fəaliyyət imkanlarının nəzərdən keçirilməsi və potensial layihələrin reallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.







