Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı onlayn maarifləndirici seminar keçirilib

Tədbir çərçivəsində əmtəə nişanından qanunsuz istifadə edilməsi ilə bağlı Rəqabət Məcəlləsində təsbit olunmuş tənzimləmə mexanizmləri barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə “Əmtəə nişanından qanunsuz istifadə nəticəsində baş verən haqsız rəqabət hallarının qarşısının alınması” mövzusunda onlayn maarifləndirici seminar keçirilib. Seminarda pərakəndə ticarət, istehsal, ixrac, logistika, nəqliyyat, xidmət və digər sahələrdə fəaliyyət göstərən 40-dan çox biznes subyektinin təmsilçisi iştirak edib.

Tədbirdə Agentliyin sədrinin birinci müavini Cəfər Babayev və Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin sektor müdiri Röyal Rəhimov çıxış ediblər. Çıxışlar zamanı əmtəə nişanlarının qorunması sahəsində mövcud vəziyyət, hüquqi tənzimləmə mexanizmləri, eləcə də Rəqabət Məcəlləsində əmtəə nişanlarından qanunsuz istifadə və digər haqsız rəqabət halları ilə bağlı nəzərdə tutulan müddəalar barədə məlumat verilib.

Bununla yanaşı, rəqibə məxsus əmtəə nişanından qanunsuz istifadənin haqsız rəqabətə səbəb olduğu hallar, bununla əlaqədar sahibkarların hüquq və vəzifələri, habelə qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları ilə bağlı məsələlər iştirakçıların diqqətinə çatdırılıb.

Seminar çərçivəsində iştirakçılara mövzu ilə bağlı əyani nümunələr üzərindən izahlar verilib, onların sualları cavablandırılıb.