Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Əməyin təhlükəsizliyi sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Yeni dövlət standartları fərdi mühafizə vasitələri üzrə ümumi texniki tələbləri və sınaq metodlarını müəyyən edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əməyin təhlükəsizliyi sahəsini əhatə edən 5 yeni dövlət standartı qəbul edilib:

  • AZS EN 355:2026 “Hündürlükdən yıxılmaya qarşı fərdi mühafizə vasitələri. Enerji udma qurğuları”;
  • AZS ГОСТ 12.4.024:2026 “Əməyin təhlükəsizliyi standartları sistemi. Vibrasiyadan qoruyan xüsusi ayaqqabılar. Ümumi texniki tələblər”;
  • AZS ГОСТ 12.4.072:2026 “Əməyin təhlükəsizliyi standartları sistemi. Sudan, neft yağlarından və mexaniki təsirlərdən qoruyan, qəlibləmə üsulu ilə hazırlanmış rezin xüsusi çəkmələr”;
  • AZS ГОСТ 12.4.124:2026 “Əməyin təhlükəsizliyi standartları sistemi. Statik elektrikdən qoruma vasitələri. Ümumi texniki tələblər”;
  • AZS ГОСТ 12.4.177:2026 “Əməyin təhlükəsizliyi standartları sistemi. Ayaqları deşilmədən qoruyan fərdi mühafizə vasitələri. Deşilmə əleyhinə xüsusiyyətlər üzrə ümumi texniki tələblər və sınaq metodu”

Yeni dövlət standartlarının qəbul edilməsində məqsəd fərdi mühafizə vasitələrinin keyfiyyət və təhlükəsizlik göstəricilərini artırmaq, istehsalat risklərini azaltmaq, iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin olunmasına və əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin tətbiqinə töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, sözügedən dövlət standartları 2023–2025-ci illər üçün “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Dövlət Proqramı”na daxil olan “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında milli texniki reqlament”in istinad standartları siyahısına daixildir.

Yeni dövlət standartı layihələri AZSTAND tərəfindən “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin bazasında təsis edilən “Əmək sahəsində” standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.