Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində kollegiya iclası keçirilib

Kollegiya iclasında Agentliyin fəaliyyət istiqamətləri üzrə cari ilin ilk yarımilliyi ərzində görülmüş işlərə dair məruzələr dinlənilib və qarşıdakı dövrdə həyata keçirilməsi planlaşdırılan layihələr müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində cari ilin ilk yarımilliyi üzrə rəqabət, dövlət satınalmaları, metrologiya və akkreditasiya, habelə rəqəmsallaşma, sənəd dövriyyəsi, dövlət qulluğu və insan resursları sahələrində görülmüş işlərin ətraflı təhlilinə, eləcə də qarşıdakı dövr üçün müəyyən edilmiş əsas prioritet və vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib.

Agentliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında Agentliyin və Kollegiyanın sədri Elnur Bağırov cari ilin ilk yarımilliyində qarşıya qoyulmuş hədəflərin icrası istiqamətində görülmüş işlər barədə məlumat verib.

Kollegiya iclasında əvvəlcə rəqabət siyasətinin həyata keçirilməsi üzrə görülən işlər nəzərdən keçirilib. Rəqabət Məcəlləsinin tətbiqi ilə əlaqədar əldə olunan nəticələr, xüsusilə rəqabət mühitinin qorunması, iqtisadi təmərküzləşmələr, haqsız rəqabət və təbii inhisar sahələrində həyata keçirilən nəzarət tədbirləri barədə məlumat verilib.

Daha sonra dövlət satınalmaları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə həyata keçirilmiş tədbirlərdən bəhs edilib, bu istiqamətdə hazırlanmış layihələrin aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsində olduğu diqqətə çatdırılıb. Bundan əlavə, Dövlət satınalmalarının vahid internet portalının (etender.gov.az) funksional imkanlarının genişləndirilməsi, eləcə də digər dövlət informasiya sistemləri ilə inteqrasiyası istiqamətində həyata keçirilmiş və icrası nəzərdə tutulan rəqəmsal layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Kollegiya iclasında metrologiya və akkreditasiya sahələrində əsas fəaliyyət göstəriciləri müzakirə olunub, laboratoriyaların texniki imkanlarının genişləndirilməsi, beynəlxalq əməkdaşlıq və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər nəzərdən keçirilib.

Sonda növbəti iclasın gündəliyində yer alacaq məsələlər diqqətə çatdırılıb.