Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə dövlət satınalmalarına dair tədbir keçirilib

Tədbirdə satınalma sahəsində dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının genişləndirilməsi, ictimai iştirakçılığın təşviqi və birgə fəaliyyət imkanları müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “Satınalma sahəsində dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığı” mövzusunda tədbir keçirilib. Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı çərçivəsində təşkil olunub.

Tədbirdə qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə heyətinin sədri Aygün Əliyeva açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı dövlət idarəçiliyində hesabatlılığın və ictimai iştirakçılığın əhəmiyyəti vurğulanıb, dövlət satınalmaları sahəsində rəqabətli və bütün iştirakçılar üçün əlçatan satınalma sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

Daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov və Agentliyin sədrinin birinci müavini Cəfər Babayevin çıxışları dinlənilib. Çıxışlarda dövlət qurumları ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinin və maarifləndirmə fəaliyyətinin əhəmiyyətindən bəhs olunub. Eyni zamanda, dövlət satınalmalarına dair təqdimat nümayiş etdirilərək satınalmaların həcminin dinamikası, elektron satınalmaların tətbiqi nəticəsində əldə olunan göstəricilər, rəqəmsallaşma istiqamətində görülən işlər, Dövlət satınalmalarının vahid internet portalının (etender.gov.az) funksional imkanlarının genişləndirilməsi, digər dövlət informasiya sistemləri ilə inteqrasiya, süni intellekt texnologiyalarının tətbiqi barədə məlumat verilib.

Tədbirdə həmçinin müxtəlif fond və ictimai birliklərin təmsilçiləri çıxış ediblər. Çıxışlarda satınalma sahəsində mövcud çağırışlar, bu istiqamətdə maraqlı tərəflər arasında kommunikasiyanın gücləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları diqqətə çatdırılıb.

Tədbir mövzu ətrafında qarşılıqlı müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşıb.