Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentlikdə istehsalat təcrübəsi keçən tələbələrlə görüş keçirilib

Təcrübə proqramı tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi, onların dövlət idarəçiliyi sahəsində iş prinsipləri ilə yaxından tanış olması və gələcək peşə fəaliyyətlərinə hazırlığının gücləndirilməsinə töhfə verəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində cari ilin may-iyun ayları ərzində qurumda istehsalat təcrübəsi keçən tələbələrlə görüş keçirilib.

Görüş çərçivəsində Agentliyin əsas fəaliyyət istiqamətləri, korporativ dəyərləri, eləcə də gənclər üçün təqdim olunan karyera imkanları barədə ətraflı məlumat verilib. Həmçinin istehsalat təcrübəsi proqramının gedişatı müzakirə olunub, tələbələrin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, sözügedən dövr ərzində Agentlikdə ümumilikdə 23 tələbə istehsalat təcrübəsində iştirak edib. Təcrübəçilər arasında Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin ümumilikdə 23 tələbəsi yer alır. Onlardan 14 nəfər istehsalat təcrübəsini uğurla başa vurub, 9 nəfər isə hazırda təcrübə keçməyə davam edir.

Təcrübə proqramı çərçivəsində Agentliyin müxtəlif struktur bölmələrində istehsalat təcrübəsi keçən tələbələr üçün fərdi təcrübə proqramları hazırlanıb və onların istehsalat təcrübəsi həmin proqramlara uyğun şəkildə təşkil edilib.

Agentlik gənclərin dövlət qulluğunda praktiki təcrübə qazanması və ixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində ali təhsil müəssisələri ilə əməkdaşlığı davam etdirəcək.