Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
“Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlamentin qəbuluna dair maarifləndirici görüş keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən  8 - 10 iyul 2026-cı il tarixlərində uyğunluğu qiymətləndirən qurumların, 15 iyul 2026-cı il tarixində isə qaz yanacağı ilə işləyən qurğu və avadanlıqlar sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin iştirakı ilə maarifləndirici görüşlər keçiriləcək. Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndələrinin də qatılacağı görüşlər “Hökümət evi”nin inzibati binasında saat 11:00-da baş tutacaq.

Müzakirələr zamanı “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlamentin əhatə dairəsi, təhlükəsizlik tələbləri, tətbiqi mexanizmləri, uyğunluğun qiymətləndirilməsi prosedurları, eləcə də müvafiq istiqamətdə sahibkarlıq subyektlərinin öhdəlikləri barədə ətraflı məlumat veriləcəkdir.

Maraqlı şəxslər müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə və görüşdə iştiraklarını təsdiqləyə bilərlər.

Məlumat üçün bildirək ki, “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında” Texniki Reqlament Nazirlər Kabinetinin 2026-cı il 6 may tarixli 131 nömrəli Qərarı ilə təsdiq edilib.