Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin Rəqabət Forumu və 3-cü İclası çərçivəsində ikitərəfli görüşlər keçirilib

Görüşlər zamanı rəqabət orqanları arasında rəqabət siyasəti sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin Rəqabət Forumu və 3-cü İclası çərçivəsində ikitərəfli görüşlər keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov ikitərəfli görüşlər çərçivəsində Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Xalilillo Turaxujayev, Şimali Kipr Türk Respublikasının Rəqabət Şurasının sədri Şifa Kırmızıgil və Macarıstan Rəqabət Qurumunun rəhbəri Ksaba Balaş Riqo ilə rəqabət siyasəti sahəsində qarşılıqlı əməkdaşlıq məsələri və birgə fəaliyyət istiqamətləri üzrə müzakirələr aparıb.

Agentliklə Macarıstanın Rəqabət Qurumu arasında olan Anlaşma Memorandumunun icrası məqsədilə 2026-2028-ci illər üzrə Fəaliyyət Planı imzalanıb. Fəaliyyət Planı birgə tədbirlərin təşkili və fəaliyyətlərin koordinasiyası, qarşılıqlı bilik və təcrübə mübadiləsi, eləcə də  rəqabət sahəsində ortaq təşəbbüs və əməkdaşlığın genişləndirilməsini ehtiva edir.