Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Ölkədə turizm sahəsində yeni dövlət standartları qəbul edilib

Yeni dövlət standartlarının tətbiqi macəra turizmi fəaliyyətlərinin daha təhlükəsiz və səmərəli təşkil olunmasını təmin edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 3163:2026 “Macəra turizmi — Lüğət”, AZS ISO 21101:2026 “Macəra turizmi — Təhlükəsizlik idarəetmə sistemləri —Tələblər”, AZS ISO 21103:2026 “Macəra turizmi — İştirakçılar üçün məlumat” dövlət standartları qəbul edilib.

Bu dövlət standartları macəra turizmi sahəsində təhlükəsizlik və xidmət terminlərinin aydın şəkildə müəyyənləşdirilməsi, turizm fəaliyyətlərini təşkil edənlər üçün təhlükəsizlik idarəetmə sistemlərinə dair tələblərin formalaşdırılması, həmçinin iştirakçılara fəaliyyət başlamazdan əvvəl, fəaliyyət zamanı və tamamlandıqdan sonra təqdim olunacaq məlumatlara dair minimum tələbləri əhatə edir. 

Qeyd edək ki, yeni dövlət standartları Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nəzdində təsis edilən “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 06) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.