Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
AZSTAND IEC standartlarının rəsmi nəşrlərini yaymaq hüququnu əldə edib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) rəsmi olaraq Beynəlxalq Elektrotexniki Komissiyasının (IEC) beynəlxalq standartlarının rəsmi nəşrlərini ölkə ərazisində yaymaq hüququnu qazanıb. Bununla da, elektrik, elektronika və əlaqəli texnologiyalar üzrə beynəlxalq standartların Azərbaycanda rəsmi qaydada yayılması təmin olunacaq.

Əlavə olaraq, IEC standartlarının tətbiqi yerli istehsal olunan məhsulların, göstərilən xidmətlərin və əlaqəli proseslərin keyfiyyətinin yüksəldilməsinə, innovasiyaların tətbiqinə və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərəcək.

Qeyd edək ki, AZSTAND 1 yanvar 2026-cı il tarixindən IEC-də assosiativ üzv qismində təmsil olunur. Bu status quruma həm IEC-in standart bazasından yararlanmaq, həm də elektrik, elektronika, sənaye, informasiya-kommunikasiya texnologiyaları, robototexnika və nanotexnologiyalara dair standartlaşdırma üzrə texniki komitələrdə iştirak imkanı yaradır.

Qeyd: IEC (Beynəlxalq Elektrotexniki Komissiyası) konsensusa əsaslanan beynəlxalq standartların hazırlanması və nəşrini həyata keçirən, elektrotexnologiya sahəsi üzrə elektrik və elektron məhsullarının və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi sistemlərini idarə edən aparıcı qlobal təşkilatdır.