Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
“Mənşə sertifikatı” alt modulundan istifadəyə dair növbəti maarifləndirici görüş keçirilib

Görüşdə malın mənşə ölkəsini təsdiq edən sertifikatların elektron qaydada verilməsi prosesi və sahibkarların bu xidmətə müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələrinin vacibliyi müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən sahibkarlar arasında Keyfiyyət informasiya sisteminin  “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüşlərin keçirilməsi davam etdirilir. Növbəti görüş Agentliyin 6 saylı regional bölməsinin əhatə etdiyi rayonlarda (Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara) fəaliyyət göstərən biznes subyektləri üçün onlayn qaydada təşkil olunub.

Görüş zamanı malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması məqsədilə “E-keyfiyyət.gov.az” informasiya sistemində istifadəyə verilmiş “Mənşə sertifikatı” alt modulunun imkanları və funksionallığı barədə ətraflı məlumat verilib. Həmçinin sözügedən  moduldan istifadə qaydalarını əks etdirən videoçarx nümayiş etdirilib.

Görüşdə modulun ixracatçılar üçün təmin etdiyi üstünlüklərdən danışılıb, sahibkarların malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi ilə bağlı müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələrinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarxı Agentliyin rəsmi “Youtube” kanalı  (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsi ilə izləmək mümkündür.