Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentlikdə “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin nümayəndələri ilə görüş keçirilib

Görüşdə alkoqolsuz içkilər bazarının cari vəziyyəti müzakirə olunub, bu sahədəki mövcud tendensiyalar, istehlakçı davranışları və bazarın gələcək artım potensialı barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov  və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova arasında ikitərəfli görüş keçirilib.

Görüş zamanı ölkədə sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması, istehlakçı hüquqlarının etibarlı müdafiəsi, həmçinin bazar iştirakçılarının məsuliyyətli və şəffaf fəaliyyətinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Tərəflər arasında alkoqolsuz içkilər bazarının cari vəziyyəti müzakirə olunub, bu sahədəki mövcud tendensiyalar, istehlakçı davranışları və bazarın gələcək artım potensialı barədə fikir mübadiləsi aparılıb. Həmçinin “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllı rayonunda yeni zavodunun fəaliyyətə başlaması və onun çeşid perspektivindən istehlak bazarına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.

Sonda dövlət-özəl dialoqu çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi və müvafiq bazarla bağlı məlumat mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.