Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İstehlakçılar üçün növbəti “Açıq qapı” günü Şəki şəhərində keçirilib

“Açıq qapı” günündə istehlakçıların əsas hüquqları və onların müdafiəsi vasitələri, eləcə də bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Bu məqsədlə Agentliyin Şəki şəhərində yerləşən 13 saylı regional bölməsində (əhatə etdiyi rayonlar: Şəki, Qax, Zaqatala, Balakən) istehlakçılar üçün növbəti “Açıq qapı” günü keçirilib. 

40-dan çox istehlakçının qatıldığı tədbirdə Agentliyin fəaliyyət istiqamətlərinə dair təqdimat edilib, istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud olan normativ-hüquqi aktlar barədə ətraflı məlumat verilib. Təcrübədə rast gəlinən istehlakçı hüquqlarının pozulması halları ilə bağlı müraciətlər dinlənilib, həmin pozuntularla bağlı qanunvericiliyin müvafiq müddəaları izah olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bundan əlavə, tədbir iştirakçılarına istehlakçı hüquqlarının müdafiəsini həyata keçirən aidiyyəti dövlət qurumları və məhkəmə orqanlarının bu sahədə rolu və funksiyaları barədə ətraflı məlumat verilib.