Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Tütün məmulatlarının idxalı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla maarifləndirici görüş keçirilib

Tütün məmulatları sahəsində qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb, sözügedən bazarda mövcud problemlərin həlli istiqamətində rəy və təkliflər dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində tütün məmulatları, o cümlədən elektron siqaretlərlə bağlı istehlak bazarında mövcud olan problemlərin müzakirəsi və onların aradan qaldırılması məqsədilə maarifləndirici görüş keçirilib. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində təşkil olunan görüşdə sözügedən məhsulların idxalı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.

Görüş zamanı tütün məmulatlarının üzərində istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi və məhsulun müvafiq keyfiyyət göstəricilərinə uyğunluğunu təsdiqləyən sənədlərlə müşayiət olunması barədə qanunvericiliyin tələbləri izah olunub. Həmçinin tütün məmulatlarının satış xüsusiyyətlərinə dair qaydalar iştirakçıların diqqətinə çatdırılıb. Bundan əlavə, reklam sahəsində qanunvericiliyin tələbləri barədə məlumat verilib və sahibkarların öz fəaliyyətlərini müvafiq qanunun müddəalarına uyğun təşkil etmələri tövsiyə olunub.

Görüş sözügedən bazarda mövcud olan çatışmazlıqlar və onların həlli yolları, istehlakçıların daha çox qarşılaşdığı problemlər barədə müzakirələrlə davam etdirilib.