Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir. Müsahibəyə təqdim edilmiş vakant vəzifə barədə məlumatları buradan əldə edə bilərsiniz.
Müsabiqə üzrə müsahibədə iştirak etmək istəyən namizədlər 5 fevral 2025-ci il tarixindən 6 mart 2025-ci il saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.
