Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Antiinhisar nəzarəti

1. Hökmran mövqe nədir?

Hökmran mövqe – bazar payı Rəqabət Məcəlləsində qeyd olunan hədlərdən çox olan təsərrüfat subyektinin öz üstün bazar gücünə əsaslanaraq, rəqiblərdən və müştərilərdən asılı olmadan müvafiq bazarda rəqabəti məhdudlaşdırmaq və ya ona təsir etmək (o cümlədən məhsulun dövriyyəsinin ümumi qaydalarını və şərtlərini dəyişdirmək, bazara giriş maneələri yaratmaq, rəqibləri bazardan çıxarmaq) imkanı verən müstəsna vəziyyətidir.

2. Hökmran mövqedən sui-istifadə halları hansılardır?

  • aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi;
  • satışın və ya texniki inkişafın (o cümlədən yeni texnologiyanın tətbiqinin) məhdudlaşdırılması;
  • müqavilənin predmeti ilə birbaşa əlaqəsi olmayan əlavə öhdəliklərin daxil edilməsi;
  • bir məhsulun satışı üçün digər məhsulun əldə edilməsinin məcburi şərt kimi müəyyən edilməsi və (və ya) məhsulun məcburi əlavə çeşidlə satışı;
  • hökmran mövqedə olan təsərrüfat subyekti tərəfindən digər təsərrüfat subyektlərinin ona üstünlük verməyə məcbur edilməsi;
  • müqavilənin bağlanılmasından imtina edilməsi;
  • iqtisadi və ya texnoloji əsaslar olmadan məhsulun maya dəyərindən aşağı qiymətə satılması;
  • rəqibin mühüm əhəmiyyətli resursdan istifadə etmək imkanından məhrum edilməsi;
  • eyni növ müqavilələrə obyektiv əsaslar olmadan fərqli şərtlərin (ayrı-seçkilik hallarının) tətbiqi ilə onların rəqabətdə əlverişsiz vəziyyətə salınması və s.

Hökmran mövqedən sui-istifadə halları  ilə buradan tanış ola bilərsiniz.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəqabət qanunvericiliyinə nəzarət fəaliyyəti nədən ibarətdir?

  • Rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirir;
  • rəqabət qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada hüquqi şəxslərin, o cümlədən dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərin yaradılmasına, yenidən təşkilinə və ləğv edilməsinə razılıq verir;
  • iqtisadi təmərküzləşmələrlə bağlı müvafiq ərizələri rəqabət qanunvericiliyinə uyğun olaraq araşdırır, araşdırmanın nəticələrinə əsasən təmərküzləşmələrə şərtli və ya şərtsiz razılıq verir, yaxud razılıq verilməsindən imtina edir;
  • rəqabətin vəziyyətini araşdırır, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən edir və müvafiq bazarda payı qanunvericiliklə müəyyən edilmiş həddən çox olan hökmran mövqe tutmuş təsərrüfat subyektlərinin fəaliyyətində rəqabətli mühitin təmin edilməsi üçün təkliflər verir;
  • kartel sövdələşmələrini aşkar edir və aradan qaldırır;
  • təsərrüfat subyektləri ilə xarici ölkələrin hüquqi və fiziki şəxsləri arasında bağlanılan sazişlərin, təmərküzləşmələrin və (və ya) həmin subyektlərin xaricdəki fəaliyyətinin daxili bazarda rəqabəti məhdudlaşdırmasına gətirib çıxardığı hallarda tədbirlər görür və s.

4. Rəqabət qanunvericiliyinin pozulması ilə bağlı Agentliyə necə müraciət edilməlidir?

Rəqabət qanunvericiliyinin pozulması faktı ilə bağlı Agentliyə aşağıdakı üsullardan biri ilə müraciət etmək olar:

Agentliyə müraciət edilməsi qaydası aşağıdakı şəkildədir:

  • Müraciət edən şəxslər tərəfindən rəqabət orqanına rəqabət qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli, yaxud notariat qaydasında təsdiq edilmiş surətləri, həmçinin qanunvericiliyin pozulması faktını təsdiq edən əşya və materiallar təqdim edilməlidir.
  • Müraciət edən hər bir şəxs qanun pozuntusunun onun qanuni marağına toxunduğunu sübut etməlidir. Ərizədə müraciət edən və şikayət edilən bazar subyektləri barədə məlumatlar, müraciət edənin tələblərinin mahiyyəti göstərilməli, rəqabət qanunvericiliyinin pozulması faktı izah olunmalıdır.

Qeyd: xarici dillərdə olan sənədlərin Azərbaycan dilinə tam və dəqiq tərcümə olunmaqla notariat qaydasında təsdiq edilmiş əsli və ya surəti təqdim edilməlidir.