ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidməti ilə Bakı Ali Neft Məktəbi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Bakı Ali Neft Məktəbi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə Ali Məktəbinin rektoru Elmar Qasımov imzalayıblar.

Memorandumda ali məktəbin tələbələri üçün istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının təşkili, təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsində qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur. Sənəddə həmçinin, birgə layihə və tədqiqatların aparılması, konfrans, təlim və seminarların təşkil edilməsi, eyni zamanda tədris müəssisəsini xüsusi fərqlənmə ilə  bitirmiş məzunların işlə təmin edilməsi ilə əlaqədar tərəflər arasında əlaqələrin qurulması məsələləri də əksini tapıb.